Məhkəmə qərarları › İş №1(3-10)-208/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-208/2026

02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-208/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs barəsindəAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından dövlət ittihamçısı, R dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) ## #### 2026-cı il tarixli, *(*-***)- */**** saylı qərarı ilə, ## ###### 2003-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə ekspertiza xərcinin və mülki iddianın olmamasının nəzərə alınması müəyyən edilmişdir. işin halları: Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs lotereya oyununda iştirak etməsi üçün 8500 manat pul verəcəyi təqdirdə yüksək gəlir əldə edəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb guya lotereya oyununa qoyacağı adı ilə Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində, istintaqla dəqiq müəyyən olunmamış müxtəlif günlərdə Şəki şəhəri ərazisində nəğd şəkildə cəmi 4982 manat pulunu, habelə ##.##.2025-ci il tarixdə, saat 22:30-da Şəki şəhəri erazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 100 manat, ##.##.2025-ci il tarixdə, saat 19:46-da Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 170 manat, ##.##.2025-ci il tarixdə, saat 19:27-də Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 200 manat, ##.##.2025-ci il tarixdə, saat 12:56-da Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 100 manat, ##.##.2025-ci il tarixdə, saat 13:26-da Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 200 manat, ##.##.2025-ci il tarixdə, saat 14:46- da Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 50 manat, ##.##.2025-ci il tarixdə, saat 15:18-da Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 29 manat, ##.##.2025-ci il tarixdə, saat 15:32-də Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 21 manat, ##.##.2025-ci il tarixdə, saat 19:46da Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 70 manat, ##.##.2025-ci il tarixdə, saat 20:58-də Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil tclcfonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 15 manat, ##.##.2025-ci il tarixdə, saat 16:03-də Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 70 manat, ##.##.2025-ci il tarixdə, saat 15:29da Şəki şəhəri ərazisindən “Sarnsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 10 manat, ##.##.2025-ci il tarixdə, saat 19:54də Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 170 manat, ##.##.2025-ci il tarixdə, saat 20:11- də Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 25 manat, ##.##.2025-ci il tarixdə, saat 21:37 dəqiqədə cinayətkar niyyətdən xəbərsiz olan tanışı şahid2 istifadəsində olan “Kapital Bank”-a məxsus 4169 7388 9967 **** saylı hesaba Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Ay market” mağazasında qoyulmuş ödəmə terminalı vasitəsilə göndərdiyi və sonuncunun ##.##.2025-ci il tarixdə, saat 21:43-də Şəki şəhəri ərazisindən “Samsung A24” markalı mobil telefonundakı “Birbank” tətbiqi vasitəsilə onun istifadəsində olan “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli hesaba göndərdiyi 150 manat, ##.##.2025-ci il tarixdə, saat 16:42-də Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefondakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 188 manat, ##.##.2025-ci il tarixdə, saat 16:01-də Şəki şəhəri ərazisindən “Samsung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 100 manat, ##.##.2025-ci il tarixdə, saat 16:01-də Şəki şəhəri ərazisindən “SamSung S20 Ultra” markalı mobil telefonundakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 110 manat, ##.##.2025-ci il tarixdə, saat 13:17 dəqiqədə cinayətkar niyyətdən xəbərsiz olan tanışı şahid3 istifadəsində olan “Leobank”-a məxsus 4098 5844 6552 **** saylı hesaba Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən “Ay market” mağazasında qoyulmuş ödəmə terminalı vasitəsilə göndərdiyi və sonuncunun ##.##.2025-ci il tarixdə, saat 13:23-də Şəki şəhəri ərazisindən istifadəsində olan “Honor 90 Litc” markalı mobil telefondakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 650 manat, ##.##.2025-ci il tarixdə, saat 21:45 dəqiqədə cinayətkar niyyətdən xəbərsiz olan tanışı şahid3 istifadəsində olan “Leobank”-a məxsus 4098 5844 6552 **** saylı hesaba Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən “Ay market” mağazasında qoyulmuş ödəmə terminalı vasitəsilə göndərdiyi və sonuncunun ##.##.2025-ci il tarixdə, saat 21:50-də Şəki şəhəri ərazisindən istifadəsində olan “Honor 90 Litc” markalı mobil telefondakı “Leobank” tətbiqi vasitəsilə onun “Kapital bank”-a məxsus 4169 7388 0092 **** nömrəli kart hesabına göndərdiyi 690 manat, ##.##.2025-ci il tarixdə, saat 21:02 dəqiqədə cinayətkar niyyətdən xəbərsiz olan tanışı şahid2 istifadəsində olan “Kapital Bank”-a məxsus 4169 7388 9967 **** saylı hesaba Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən “Ay market” mağazasında qoyulmuş ödəmə terminalı vasitəsilə göndərdiyi və sonuncunun ##.##.2025-ci il tarixdə, saat 21:08 dəqiqədə Şəki şəhəri ərazisindən istifadəsində olan “Samsung A24” markalı mobil telefondakı “Birbank” tətbiqi vasitəsilə onun “Kapital Bank”-a məxsus 4169 7388 0092 **** nömrəli hesabına göndərdiyi 400 manat olmaqla, ümumilikdə cəmi xeyli miqdar təşkil edən 8.500 (səkkiz min beş yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda, yəni 8.500 (səkkiz min beş yüz) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından dövlət ittihamçısı, R dövlət ittihamçısı3 tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya prоtestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, R dövlət ittihamçısı3 verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə, yəni maddi sübutlarla bağlı məsələnin həllinin qərarın nəticəvi hissəsində göstərilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə ##.##.2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Vivo 5 G” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Həmçinin, cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, 1 ədəd “Vivo 5 G” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və Şəki RPŞ-də saxlanılır. Lakin, qərarın nəticəvi hissəsində maddi sübutların həlli göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.2-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4-132.1 7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Həmin Məcəllənin 353.4.11-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində maddi sübutların həlli göstərilməlidir. Şərh olunanlardan da aydın olur ki, məhkəmə maddi sübutla bağlı məsələni həll etməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun oxşar məzmunda çıxış edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi X2 qanunamüvafiq qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.4-cü maddəsinə görə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-nin 403.0-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara dövlət ittihamçısı, R dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- */**** saylı qərarı apellyasiya protestinə münasibətdə iş üzrə maddi sübutun həlli ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya protestində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 73-1.2ci maddəsinə əsasən xitam verilməsi ilə bağlı hissə mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125, 144 və 145-ci maddələrinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi ilə bağlı hissədə cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Lakin təhlil olunan işdən aydın olur ki, dövlət ittihamçısı R dövlət ittihamçısı3 apellyasiya protesti verərək, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə, yəni maddi sübutlarla bağlı məsələnin həllinin qərarın nəticəvi hissəsində göstərilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kоllegiyаsı аpellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, həqiqətən də cinayət işi üzrə ##.##.2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Vivo 5 G” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Həmçinin, cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, 1 ədəd “Vivo 5 G” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və Şəki RPŞ-də saxlanılır. Lakin, qərarın nəticəvi hissəsində maddi sübutların həlli göstərilməmişdir. CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). CPM-in 353.4 və 353.4.11-ci maddələrinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində maddi sübutların həlli göstərilməlidir. Beləliklə də, birinci instаnsiyа məhkəməsi tərəfindən bu xüsusda cinayət qanununun normaları düzgün tətbiq edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı, R dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı apellyasiya protestinə münasibətdə iş üzrə maddi sübutun həlli ilə bağlı hissədə dəyişdirilməli, cinayət işi üzrə maddi sübut qismində tanınaraq Şəki ŞRPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 1 ədəd “Vivo 5 G” markalı mobil telefon təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qaytarılmalı, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X2 tapşırılmışdır. X3 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə X3 66 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Аzərbаycаn Respublikаsı Cinаyət Prоsessuаl Məcəlləsinin 394, 397, 398, 403, 407 və 410-cu maddələrini rəhbər tutaraq qərara aldı: Dövlət ittihamçısı, R dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı apellyasiya protestinə münasibətdə iş üzrə maddi sübutun həlli ilə bağlı hissədə dəyişdirilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Şəki ŞRPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 1 ədəd “Vivo 5 G” markalı mobil telefon təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qaytarılsın. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı qalan hissələrdə dəyişdirilmədən saxlansın. X3 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 66 manat vəsait X2 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ013501*****000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar