Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-210/2026 11.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli (hakim: Aygün Mürsəlova) hökmü ilə, ## ##### 1995-ci ildə Ağdaş şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı iki gün müddətin ona təyin olunmuş cəzadan iki günə dörd gün hesabı ilə çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrasının yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edildikdən sonra qalıq qalmış 55,19 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 71 (yetmiş bir) manat 86 (səksən altı) qəpiyin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. işin halları: Istintaq orqanının mövqeyinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 55,29 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, ## ###### 2026-cı il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq həmin tarixdə saat 13:56-dan 14:08-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd sellofan torbanın içərisində təmiz çəkisi 55,29 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, R dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli hökmünün ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə (yaşayış yerinin hüdudlarının tərk edilmə müddətləri düzgün müəyyən edilməklə) dəyişdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən apellyasiya şikayəti və verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Dövlət ittihamçısı, 2-ci dərəcəli hüquqşunas dövlət ittihamçısı2 verdiyi apellyasiya protestini aşağıda qeyd olunmuş dəlillərlə əsaslandırmışdır:
1. Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixuananın xeyli miqdarı daxil olmaqla aşağı həddi 5 qramdır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə onun əldə edib daşıyaraq saxladığı narkotik vasitə qurudulmuş marixuananın miqdarının 55.29 qram-xeyli miqdarın aşağı həddindən 11 dəfə çox olmasına baxmayaraq məhkəmə cəza təyini zamanı narkotik vasitənin miqdarını nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hökmündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Belə ki, CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətlərində belə hallar müəyyən edilməmiş, iş materiallarına əsasən təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsindən sonra ibtidai araşdırma orqanlarına gələrək cinayətin üstünün açılmasına hər hansı köməklik etməmiş, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa edilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün əməlindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi.
2. Bundan başqa, narkotik vasitədən istifadə edən və qanunsuz olaraq onu xeyli miqdarda əldə edib saxlayaraq daşımış və əvvəllər dəfələrlə məhkum olunmuş şəxsin müsbət xarakterizə olunmasının nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Əvvəllər qəsdən cinayət törətdiyinə görə üç dəfə məhkum olunmuş, iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs bundan heç bir nəticə çıxarmayaraq islah olunmadığını aşkar surətdə göstərmiş və yenidən qəsdən eyni xarakterli cinayəti törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (o cümlədən CM-in 234.1-ci maddəsi ilə iki dəfə) məhkum edilməsinə, son iki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq islah olunmamış, yenidən hazırki cinayət əməlini törətmişdir. Şərh edilənlərdən də aydın olur ki, Təqsirləndirilən şəxs kriminal qətiyyət formalaşmış, o islah olunmaq niyyətində deyil və təyin edilmiş yüngül cəza onun islah olunmasına kifayət etməyəcəkdir.
3. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək vəzifəsi qoymuşdur. Lakin məhkəmə burada da ədalətli mövqe göstərməmiş, hökmdə göstərilən saatlar gecə vaxtını belə tam əhatə etmir. CPMin 7.0.35-ci maddəsinə əsasən gecə vaxtı-yerli vaxtla axşam saat 22-dən səhər saat 7dək olan vaxt müddətidir. Belə olan halda məhkəmənn mövqeyi azadlığının məhdudlaşdırılması cəzasının məqsədinə nail olmasında yetərli hesab edilməməlidir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı, R dövlət ittihamçısı1 apellyasiya protestinin dəlillərini müdafiə edərək və apellyasiya protestinə oxşar məzmunda çıxış edərək apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsi hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 izahatında bildirdi ki, şəxsə verilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası da kifayət qədər ağır cəzadır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi.
hüquqi məsələlər:
Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir və əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. ## ###### 2026-cı il tarixdə axşam saatlarında Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan ərazinin yaxınlığında hərəkətdə olan zaman yerdə sellofan paket görmüş, həmin paketi yerdən götürmüş və açıb baxdıqda içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. O həmin paketi gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. ##.##.2026-cı il tarixdə saat 13:50 radələrində Ağdaş şəhəri, 20 Yanvar küçəsində olarkən sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər videoçəkiliş vasitəsilə ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman polis əməkdaşları ona özlərində narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O da buna heç bir etiraz etməmişdir. Bundan sonra ona üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və ya sənədlər olubolmadığı, əgər varsa onları təqdim etməyi təklif edilmiş, o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində qurudulmuş marixuana olmasını bildiyi 01 ədəd sellofan paketi təqdim etmişdir. Sonra polis əməkdaşı tərəfindən həmin paketin içərisindəki bitki kütləsinə baxış keçirilən zaman spesifik qoxuya malik olması və narkotik vasitə qurudulmuş marixuanaya bənzədiyi bildirilmişdir. Daha sonra polis əməkdaşı tərəfindən narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 65 qram olması müəyyən edilmişdir. 01 ədəd sellofan paket 01 ədəd zərfə qablaşdırılmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Şifahi qaydada onun ilə sorğusual aparılan zaman aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni ##.##.2026-cı il tarixdə Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan ərazinin yaxınlığında hərəkətdə olan zaman yerdən tapdığını, həmin narkotik vasitəni gələcəkdə satmaq və kiməsə pay vermək məqsədinin olmadığını, gələcəkdə istifadə etmək üçün üzərimdə saxladığını bildirmişdir. Bundan sonra o şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslimi həyata keçirilmiş, təhqiqatçı tərəfindən içərisində narkotik vasitəyə bənzər bitki kütləsi və 01 ədəd telefon olan 02 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, Ağdaş RPŞ-nin PPXB-in polis nəfəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıyır. ##.##.2026-cı il tarixdə Ağdaş RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında ##.##.2026-cı tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 13:56-da Ağdaş şəhəri, 20 Yanvar küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba təqdim etmişdir. Sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 65 qram olmuşdur. Sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba 01 ədəd zərfə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs oğlunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd zərfə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni ##.##.2026-cı il tarixdə Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan ərazinin yaxınlığında hərəkətdə olan zaman yerdən tapdığını, həmin narkotik vasitəni gələcəkdə satmaq və kiməsə pay vermək məqsədinin olmadığını, şəxsi istifasi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd sellofan torbanın və 01 ədəd mobil telefonun qablaşdırıldığı 02 ədəd kağız zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman 01 ədəd selofan torbanın içərisindəki kütlənin özünə məxsus olduğunu, həmin bitki kütləsini ##.##.2026-cı il tarixdə Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan ərazinin yaxınlığında yaxınlığında hərəkətdə olan zaman yerdən tapdığını, gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Mehman Paşayev ondan hər hansı xəstəliyinin və ya əlillik dərəcəsinin olub-olmadığını, polis əməkdaşları tərəfindən hüquqlarının izah olunubolunmadığını və ona qarşı fiziki qüvvə və ya psixi zor tətbiq olunubolunmadığını soruşmuş, Təqsirləndirilən şəxs heç bir xəstləyinin və əlillik dərəcəsinin olmadığını, polis əməkdaşları tərəfindən hüquqlarının izah olunduğunu və ona qarşı fiziki qüvvə və ya psixi zor tətbiq olunmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd hüquq və vəzifələrin əks olunduğu bildirişi çıxararaq təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar olunmamış, daha sonra 01 ədəd bildiriş geri qaytarılmışdır. Cinayət işi materiallarında olan ## ###### 2026-cı il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 13:56-da Ağdaş şəhəri, 20 Yanvar küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba təqdim etmişdir. Sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 65 qram olmuşdur. Bundan sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba 01 ədəd zərfə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs oğlunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd zərfə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni ##.##.2026-cı il tarixdə Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan ərazinin yaxınlığında hərəkətdə olan zaman yerdən tapdığını, həmin narkotik vasitəni gələcəkdə satmaq və kiməsə pay vermək məqsədinin olmadığını, şəxsi istifasi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işi materiallarında olan ## ###### 2026-cı il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 13:56-dan saat 14:08-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan torbanın və 01 ədəd “Redmi” markalı mobil telefonun qablaşdırıldığı 02 ədəd kağız zərfə təkrar açılaraq baxış keçirilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd selofan torbanın içərisindəki kütlənin özünə məxsus olduğunu, həmin bitki kütləsini ##.##.2026-cı il tarixdə Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan ərazinin yaxınlığında yaxınlığında hərəkətdə olan zaman yerdən tapdığını, gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Mehman Paşayev ondan hər hansı xəstəliyinin və ya əlillik dərəcəsinin olub-olmadığını, polis əməkdaşları tərəfindən hüquqlarının izah olunubolunmadığını və ona qarşı fiziki qüvvə və ya psixi zor tətbiq olunub-olunmadığını soruşmuş, Təqsirləndirilən şəxs heç bir xəstləyinin və əlillik dərəcəsinin olmadığını, polis əməkdaşları tərəfindən hüquqlarının izah olunduğunu və ona qarşı fiziki qüvvə və ya psixi zor tətbiq olunmadığını bildirmişdir. Bundan sonra videogörüntünün nümayiş etdirilməsi və protokolun tərtib olunması üçün videoçəkiliş dayandırılmışdır. Bundan sonra video görüntüdən ibarət olan 01 ədəd DVD disk “HP” markalı kompüterin DVD-Romuna yerləşdirilmiş, daha sonra “My computer” pəncərəsində açıldıqda “VID-20261105-WA0045” adlı video görüntü açılmışdır. Videogörüntüdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba təqdim etmiş, sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 65 qram olmuşdur. Sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torba 01 ədəd zərfə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs oğlunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmiş, bundan sonra 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd zərfə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni ##.##.2026-cı il tarixdə Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan ərazinin yaxınlığında hərəkətdə olan zaman yerdən tapdığını, həmin narkotik vasitəni gələcəkdə satmaq və kiməsə pay vermək məqsədinin olmadığını, şəxsi istifasi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## ###### 2026-cı il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki, digər zərfin içərisində olan 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi-55,29 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ##### 2026-cı il tarixli *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işi materiallarında olan “xxxx” X7 daxil olan ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DIN-in Baş Əməliyyat Statistik Informasiya Idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağdaş Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, ##.##.2018-ci ildə Ağdaş Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 15% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. 2) Ağdaş Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3, 68.1, 68.1.3 və 67.1-ci maddələrinə əsasən 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının 01 ay 09 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 3) Ağdaş Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətə azaldılmış, ##.##.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işi materiallarında olan Ağdaş rayon Icra Hakimiyyəti Başçısının Ağdaş şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *-**-**/*-C-***/**** nömrəli ## #### 2026-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası ##.##.1967-ci il təvəllüdlü X8, qardaşı ##.##.1969-cu il təvəllüdlü X2, ##.##.1995-ci il təvəllüdlü X4, ##.##.1998-ci il təvəllüdlü X5, ##.##.2024-ci il təvəllüdlü X9, ##.##.2017-ci il təvəllüdlü X9, ##.##.2011-ci il təvəllüdlü X6, ##.##.2014-ci il təvəllüdlü Cümşüdov Ismət Ramil oğlu və ##.##.2021-ci il təvəllüdlü X3 ibarətdir. Cinayət işi materiallarında olan Ağdaş rayon Icra Hakimiyyəti Başçısının Ağdaş Şəhər Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *-**-**/*-C-***/**** nömrəli ## #### 2026-cı il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ## ###### 2026-cı il tarixdə saat 13:56-dan ## ###### 2026-cı il tarixə saat 13:00-dək həbsdə saxlanılmışdır. Cinayət işi materiallarında olan Ağdaş rayon Icra və Probasiya Şöbəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli c/*-*** saylı cavabdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qərarına əsasən * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs cəzasının 01 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs oölu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qərarı üzrə cəzasını ##.##.2022-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon Icra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. Cinayət işi materiallarında olan ## #### 2026-cı il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2014-cü ildə X5 doğulmuş X1 oğlunun və ## #### 2017-ci ildə X5 doğulmuş X9 ataları hesab edilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanunu (bundan sonra-***-IIQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarda həmçinin o da göstərilmişdir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təklif etdiyi həddə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir və apellyasiya protestini yuxarıda qeyd olunmuş dəlillərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini nəzərdən keçirərək, apellyasiya protestinin ilk dəlilinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm birinci instansiya məhkəməsində əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını göstərmişdir. Onun əməlindən səmimi peşman olması özünü həm də təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılan zaman təqsirləndirilən şəxs tərəfindən üzərində olan narkotik vasitəni könüllü təhvil verməsində və elan olunmuş ittihamda özünü təqsirli bilərək etirafedici ifadə verməsində öz əksini tapır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya protestində səmimi peşmançılıq halı Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsi əsasında qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, səmimi peşmançılıq halının anlayışı və hansı halların səmimi peşmançılıq yaratması Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsində göstərilsə də, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs səmimi peşman olmasını qiymətləndirərkən Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad etmişdir. Şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasına münasibətdə qeyd olunmalıdır ki, cinayət işi materiallarında olan Ağdaş rayon Icra Hakimiyyəti Başçısının Ağdaş Şəhər Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *-**-**/*-C-***/**** nömrəli ## #### 2026-cı il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alarkən qeyd olunan ərizəyə istinad etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya protestinin birinci dəlili ilə də razılaşmır və hesab edir ki, apellyasiya protestinin birinci dəlili birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökmünü dəyişdirilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası apellyasiya protestinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin əvvəlki məhkumluqlarının cəza təyini zamanı nəzərə alınması yalnız məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda nəzərə alınır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24” dekabr 2021-ci il tarixli ** nömrəli qərarının 50-ci maddəsində məhkəmələrə izah olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə,o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi şəxsin əvvəllər məhkumluğu olduğu və ödənildiyi halda belə qeyd olunan halın təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alına bilməyəcəyi ilə bağlı vahid hüquqi mövqe olmasına baxmayaraq apellyasiya protestində dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində məhkumluğu ödənilmiş cinayətləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakteriza edən hal kimi qiymətləndirmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya protestinin ikinci dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya protestinin üçüncü dəlilinə münasibətdə qeyd edir ki, CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Göründüyü kimi qanunvericilikdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini tərk etməsi üzrə müddət məhdudiyyətinin müəyyən edilməsi tamamilə məhkəmənin səlahiyyətinə aid edilmiş, qeyd olunan müddətin müyyən olunması zamanı gecə vaxtının nəzərə alınması kimi hər hansı imperativ norma müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş müddət məhdudiyyətini qanuni və ədalətli hesab edərək dəyişməyə lüzum görmür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protestinin dəlilləri birinci intansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas deyil. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, apellyasiya araşdırması zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar təqsirləndirilən şəxsə cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 8 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 88 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı: Dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 88 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.