Məhkəmə qərarları › İş №1(3-10)-213/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-213/2026

11.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-213/2026 11.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- **/**** saylı hökmündən dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı (hakim Aygün Mürsəlova) hökmü ilə, ## #### 1993-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Ağdaş şəhəri Məşəd küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025ci il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 16 (on altı) gün həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi, və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrasının yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə maddi sübutlar - 02 ədəd qızıl üzüyün zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınması hökm edilmişdir. işin halları: Istintaq orqanının mövqeyinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə ##.##.2025-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs ünvan 1ndə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə dəmir darvazanın sağ küncündən, sonuncu tərəfindən torpağın altına qoyulmuş açarı götürüb qapını açmaqla qanunsuz olaraq daxil olub, oradan da həyətyanı sahədə yerləşən evə qanunsuz daxil olaraq fərdi yaşayış evinin giriş qapısı ilə üzbəüz, sağ tərəfdə yerləşən yataq otağındakı dolabın üzərindən 01 ədəd 3,90 qram xalis çəkidə üzərində 0,30 qram sadə qaşı olan 500 əyarlı 351 (üç yüz əlli bir) manat, 01 ədəd 1,75 qram xalis çəkidə üzərində 0,70 qram sadə qaşı olan 500 əyarlı 158 (bir yüz əlli səkkiz) manat dəyərində qadın qızıl üzüklərini, evin giriş qapısı ilə üzbəüz, sol tərəfdə yerləşən yataq otağındakı çarpayının yanında olan oturacağın üzərindəki döşəkcənin altından 80 (səksən) manat məbləğində pulu gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 589 (beş yüz səksən doqquz) manat maddi ziyan vurmuşdur. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, R dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanunun tələblərinə uyğun qərar qəbul edilməklə (ona təyin edilmiş qəti cəza düzgün müəyyənləşdirilməklə) dəyişdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən apellyasiya şikayəti və verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz daxil olmamışdır. Dövlət ittihamçısı, 2-ci dərəcəli hüquqşunas dövlət ittihamçısı2 verdiyi apellyasiya protestini aşağıda qeyd olunmuş dəlillərlə əsaslandırmışdır:

1. Məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən səhvə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 ay 16 gün müddəti CM-in 69.3-cü maddəsinin tələbləri baxımından 01 il 03 ay 02 gün müddət kimi qəti cəza müddətinə hesablamaqla onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlamışdır. Halbuki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına 01 il 03 ay 02 gün müddət hesablanıldıqda qəti cəza olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası yox, 01 il 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli idi.

2. Məhkəmə hökmündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Belə ki, CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətlərində belə hallar müəyyən edilməmiş, iş materiallarına əsasən təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsindən sonra ibtidai araşdırma orqanlarına gələrək cinayətin üstünün açılmasına hər hansı köməklik etməmiş, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa edilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün əməlindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Əvvəllər qəsdən cinayət törətməyə görə dəfələrlə məhkum edilmiş, islah olunmayaraq qəsdən yeni cinayət əməlini törədən şəxsin müsbət xarakterizə olunmasının nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı hallarla bağlı belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir.

3. Iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin ## #### 2015-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## #### 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ## ### 2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzadan azad olunmuş, Ağdaş Rayon Məhkəməsinin ## ### 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq üzərində 01 il 04 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin məhkəmənin ## ###### 2020ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsi 07 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ## #### 2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, həmin məhkəmənin ## ###### 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarına əsasən 01 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, ## ### 2026-cı il tarixdə “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən CM-in 237.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə cinayət törətdiyinə görə məhkum edilməsinə baxmayaraq islah olunmamış, barəsində başqa cinayət işinə baxıldığı müddətdə yenidən hazırki cinayət əməlini törətmişdir. Qeyd olunanlardan da aydın olur ki, Təqsirləndirilən şəxs kriminal qətiyyət formalaşmış, o islah olunmaq niyyətində deyil və təyin edilmiş yüngül cəza onun islah olunmasına kifayət etməyəcəkdir. Əvvəllər qəsdən cinayət əməlləri törətdiyinə görə məhkum olunmuş, islah olunmamış və islah olunmamaqda israrlı olan şəxsə azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyini cəmiyyətin maraqlarına xidmət etmir, eyni zamanda təyin edilmiş yüngül cəza nə onun özünün islah olunamasına, nə də başqa şəxsləri cinayət törətməkdən çəkindirməyə xidmət etməmişdir. Lakin Təqsirləndirilən şəxs əvvəlki məhkumluqlardan heç bir nəticə çıxarmayaraq islah olunmadığını aşkar surətdə göstərmiş və yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı, R dövlət ittihamçısı1 apellyasiya protestinin dəlillərini müdafiə edərək və apellyasiya protestinə oxşar məzmunda çıxış edərək apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsi hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X9 izahatında bildirdi ki, şəxsə verilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası da kifayət qədər ağır cəzadır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

hüquqi məsələlər:

Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə qəti cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla və ya onun ailə üzvləri ilə arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamış, ## ####### 2025-ci il tarixdə saat 8 radələrində yuxudan oyanıb yemək yedikdən sonra Ağdaş şəhəri, Vaqif küçəsinə yaşayan dostları ilə görüşmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 08 radələrində paltarını geyinib yaşadığı evin qarşısına çıxan zaman qonşusu Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə evdən çıxdığını görüb dərhal geri qayıdaraq onların evindən oğurluq etmək qərarına gəlmişdir. Daha sonra onların gedib-getmədiklərini dəqiqləşdirmək üçün qapının arasından onlara baxmış, həmin vaxt Azadın evdən çıxdıqdan sonra dəmir darvazanı açarla kilidlədiyini, açarı isə dəmir darvazanın sağ küncündə torpağın altında gizlətdiyini, bir neçə dəqiqə keçdikdən sonra onların taksiyə əyləşib çıxıb getdiklərini görmüşdür. Onların geri qayıtmayacaqlarına əmin olmaq üçün təxminən bir saat evdə gözləmiş, daha sonra evdən çıxıb Azadgilin dəmir darvazasının qarşısına getmiş, bundan sonra ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra dəmir darvazanın sağ küncündə torpağın altından açarı götürüb qapını açmış və həyətə daxil olmuşdur. Sonra evin qarşısına gəlmiş, evin biri pilləkənlərlə üzbəüz, biri isə sol tərəfdə yerləşməklə iki ədəd qapısının olduğunu, həmin qapıların bağlı olduğunu fikirləşmiş və ətrafda açarı axtarmağa başlamışdır. Həmin vaxt pilləkənlərin sağ tərəfindəki qaz sobasının altından açar tapıb onu pilləkənlərlə üzbəüz yerləşən qapının kilid yuvasına salmış, lakin açarı fırlamamış qapını dəstəyindən tutub açmış və qapı açılmış, bundan sonra qapının əvvəldən açıq olduğunu başa düşmüş və açarı yenidən qaz sobasının altına qoyub evə daxil olmuş, evin içərisinə daxil olduqda giriş qapısı ilə übəüz 02 ədəd, sol tərəfdə isə 1 ədəd otaq olduğunu görmüş, əvvəlcə qapı ilə üzbəüz yerləşən sağdakı otağa daxil olmuşdur. Həmin otağın yataq otağı olmuş, yataq otağına daxil olduqda qapı ilə üzbəüz sağ tərəfdə içərisində və üzərində qab-qacaqlar olan dolab olmuş, həmin dolaba yaxınlaşıb qabqacaqların içərisinə və dolabın üzərinə baxmış, həmin vaxt dolabın üzərində 02 ədəd qızıl üzük olmasını görmüş, dərhal həmin üzükləri oradan götürüb cibinə qoymuş və həmin otaqdan çıxmışdır. Daha sonra başqa əşyalar və ya pullar oğurlamaq üçün həmin otağın yanında olan digər otağa daxil olmuş, həmin otaqda çarpayı olmuş, çarpayının yanında üzərində döşəkcə olan balaca oturacaq olmuş, hərəkət edən zaman ayağı həmin oturacağa dəymiş, oturacağın üzərindəki döşəkcə tərpənmiş, lakin oturacağı aşmamış, döşəkcə tərpəndikdən sonra oturacaqla döşəkcənin arasında pul olduğunu görmüş, bu səbəbdən döşəkcəni qaldırıb pullara baxmış və dərhal pulları götürüb evdən çıxmışdır. Daha sonra küçədə başqa şəxslərin olmadığına əmin olduqdan sonra açarla dəmir darvazanı kilidləyib açarı götürdüyü yerə qoyub oradan getmiş, yolda gələrkən oğurladığı pulları cibindən çıxarıb sayarkən 01 ədəd 20 manatlıq, 03 ədəd 10 manatlıq və 06 ədəd 5 manatlıq olmaqla ümumilikdə 80 manat pul olmasını görmüş, daha sonra pulları şəxsi istifadəsi üçün Ağdaş şəhəri ərazisində xərcləmişdir. Lakin oğurladığı 02 ədəd qızıl üzüyü cibində saxlamış və bu barədə heç kimə məlumat verməmiş, oğurladığı pulu xərcləyib qurtardıqdan sonra 02 ədəd qızıl üzüyü satmaq qərarına gəlmişdir. Lakin daha sonra üzükləri satmaq istəməmiş, belə ki, onları sadəcə olaraq bir müddət girov qoyub qarşılığında pul əldə etmək, daha sonra pulu geri qaytarıb üzükləri özündə saxlamaq qərarına gəlmişdir. ##.##.2025-ci il tarixdə saat təxminən 08:30 radələrində qardaşı şahid1 öz şəxsiyyət vəsiqəsini tapa bilmədiyini, buna görə də onun adına kredit götürmək istədiyini söyləmiş, qardaşı şahid1 onunla razılaşıb, onunla birlikdə şəhərə gəlmiş, Ağdaş şəhəri ərazisində gəzərkən yolun kənarında “xxxx” adlı lombard görüb içəri daxil olmuşlar. Bundan sonra oğurladığı 2 ədəd qızıl üzüyü cibindən çıxarıb əməkdaşa göstərərək onları girov qoyub qarşılığında pul götürmək istədiyini bildirmiş, həmin vaxt qardaşı şahid1 ondan həmin 02 ədəd qızıl üzüyü haradan əldə etməyini soruşmuş, ona həmin 02 ədəd qızıl üzüyün arvadına məxsus olduğunu bildirmişdir. Daha sonra qardaşı şahid1 adına sənədləşmə işləri aparılmış, 02 ədəd qızıl üzük təhvil alındıqdan sonra qardaşı şahid1 adına 400 manat məbləğində kredit rəsmiləşdirilmiş və faizlər tutulduqdan sonra lombard tərəfindən ona 370 manat pul verilmiş, işləri yekunlaşdıqdan sonra lombarddan çıxmışlar və qardaşı 370 manat pulu ona vermişdir. Həmin 370 manat pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda oğurladıqları əşyaları və pulu tam qaytarmış, zərərçəkmiş şəxslə barışmış, əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı var, ona güzəşt edilib yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ## ####### 2025-ci il tarixdə saat 08:10 radələrində oğlu X2 şəhərində yerləşən mərkəzi bazarda işlədiyi üçün evdən çıxıb işə getmiş, saat 08:30 radələrində isə özünün arvadı X5 ilə birlikdə qızı Günel Həmidovanı Bakı şəhərində yaşadığı evə yerləşdirmək üçün evdən çıxıb taksi ilə Bakı avtobuslarının və taksilərinin dayandığı Ağdaş şəhəri, Qəbələ dörd yolu adlanın yerə gedib oradan da Bakı şəhərinə getmişlər. Həmçinin, evdən çıxan zaman hər zaman dəmir darvazanın qapısını açarla kilidləyib açarı darvazanın sağ küncündə torpağın altında gizlətmişdir. Həmin gün axşam saat 18 radələrində oğlu Nemət Həmidov ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb evdə vəziyyətin necə olduğunu soruşmuş, oğlu ona hər şeyin qaydasında olduğunu bildirmişdir. ## ####### 2025-ci il tarixdə saat 11 radələrində arvadı Validə Həmidova ilə birlikdə ünvan 1ndə yerləşən yaşadıqları evə qayıtmışlar, paltarını dəyişib yemək yedikdən sonra “Qəbələ dörd yolu” adlanan əraziyə işləməyə getmişdir. Həmin gün saat 18 radələlərində işdən çıxıb yaşadığı evə qayıtmışdır. ## ####### 2025-ci il tarixdə saat 07 radələrində yaşadığı evdən çıxıb Ağdaş şəhəri, M.Isayev keçəsinə, “Qozların dibi” adlanan əraziyə işləməyə getmiş, həmin gün saat 12:20 radələrində nahar etmək üçün yaşadığı evə qayıtmış, evə gəldikdən sonra arvadı Validə Həmidova ondan dolabın üzərində olan qızıl üzükləri götürüb-götürmədiyini soruşmuş, ona qızıl üzükləri götürmədiyini söyləmiş, bundan sonra arvadı ilə birlikdə evi axtarmağa başlamışlar. Lakin üzükləri tapa bilməmişlər, arvadı Validə Həmidova ondan Bakı şəhərindən evə qayıtdıqdan sonra yataq otağındakı çarpayının yanında olan oturacağın üzərindəki döşəkcənin altından 80 (səksən) manat pulu götürübgötürmədiyini soruşmuş, arvadı Validə Həmidovaya həmin pulu da götürmədiyini bildirmiş, bundan sonra yaşadıqları evdən oğurluq olduğuna əmin olmuşlar və Ağdaş RPŞ-yə gələrək bu barədə ərizə ilə müraicət etmişlər. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və şahid1 əvvəllər tanımamış, buna görə də aralarında hər hansı ədavət və düşmənçilikləri olmamışdər. ## ####### 2025-ci il tarixdə Təqsirləndirilən şəxsla şahid1 filiala yaxınlaşıb girov olaraq 02 ədəd qızıl üzük təqdim edib şahid1 adına kredit götürmək istəmişlər, həmin şəxslərdən qızıl üzüklərin kimə məxsus olduğunu soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs qızıl üzüklərin arvadına məxsus olduğunu, özünün şəxsiyyət vəsiqəsini tapa bilmədiyi üçün qardaşının adına kredit götürmək istədiyini bildirmişdir. Bundan sonra şahid1 şəxsi məlumatlarını götürdükdən sonra qiymətləndirmə təyin edib ona 400 manat kredit ayrıla biləcəyini bildirmiş, şahid1 razılaşdıqdan sonra krediti rəsmiləşdirmiş və həmin şəxslər pulu götürdükdən sonra çıxıb getmişlər. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, ##.##.2025-ci il tarixdə saat təxminən 08:30 radələrində qardaşı Təqsirləndirilən şəxs ona öz şəxsiyyət vəsiqəsini tapa bilmədiyini, buna görə də onun adına kredit götürmək istədiyini söyləmiş, o, razılaşıb qardaşı ilə birlikdə şəhərə gəlmiş, Ağdaş şəhəri ərazisində gəzərkən yolun kənarında “xxxx” adlı lombard görüb içəri daxil olmuşlar. Bundan sonra Nicat 2 ədəd qızıl üzüyü cibindən çıxarıb əməkdaşa göstərərək onları girov qoyub qarşılığında pul götürmək istədiyini bildirmiş, həmin vaxt o, Nicatdan həmin 02 ədəd qızıl üzüyü haradan əldə etməyini soruşmuş, Nicat həmin 02 ədəd qızıl üzüyün arvadına məxsus olduğunu bildirmişdir. Daha sonra onun adına sənədləşmə işləri aparılmış, 02 ədəd qızıl üzük təhvil alındıqdan sonra onun adına 400 manat məbləğində kredit rəsmiləşdirilmiş və faizlər tutulduqdan sonra lombard tərəfindən ona 370 manat pul verilmiş, işləri yekunlaşdıqdan sonra lombarddan çıxmışlar və o, 370 manat pulu Nicata vermişdir. Həmin 370 manat pulu Nicatın hara xərclədiyini bilməmişdir. Cinayət işi materiallarında olan ## ####### 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, baxış aparılan yer ünvan 1ndə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Evin həyətyanı sahənin giriş qapısı dəmir darvazadan ibarət olub kilidili vəziyyətdə olmuşdur. Həmin həyətyanı sahəyə olduqda qapı ilə üzbəüz bir mərtəbəli fərdi yaşayış evi yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs əvvəlcə evin giriş qapsından sol tərəfdə yerləşən yataq otağını göstərərək həmin otaqdakı çarpayının yanında olan oturacağın üzrəindəki döşəkçənin altından 80 (səksən) manat pulunun, daha sonra isə evin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağını göstərərək həmin otaqdakı qab-qacaq mebelinin üzərindən 02 ədəd, ümumilikdə 450 (dörd yüz əlli) manat dəyərində sadə qaşlı qadın qızıl üzüklərinin oğurlandığını bildirdi. Bundan sonra evin digər otaqlarına, qapı və pəncərələrinə baxış aparılmışdır. Lakin iş üçün əhəmiyyət kəsb edən və ya maddi sübut qismində götürülə biləcək hər hansı əşya aşkar olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin ambulaor məhkəmə psixiatrik ekspertizasının ## ###### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, onda xarakterin psixopatik tipli cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməsi qeyd olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. N.C. Hüseynov istintaqa düzgün ifadə vermək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. N.C. Hüseynovun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli AS **-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, nəzəri qaydada qiymətləndirməyə təqdim edilməklə 01 ədəd 3,90 qram xalis çəkidə üzərində 0,30 qram sadə qaşı olan 500 əyarlı qızıl qadın üzüyünün ##.##.2025-ci il tarixə orta bazar dəyəri 351,0 (üç yüz əlli bir) manat, 01 ədəd 1,75 qram xalis çəkidə üzərində 0,70 qram sadə qaşı olan 500 əyarlı qızıl üzüyün isə 158,0 (bir yüz əlli səkkiz) manat təşkil etmişdir. Cinayət işi materiallarında olan ## ###### 2025-ci il tarixli № AS **-***/** nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizanın növü – Daşınar əmlakın qiymətləndirilməsi, aparılmış tədqiqatın dəyəri (AQP-nin 100 (yüz) manat minimal xidmət haqqı cədvəlinə uyğun olaraq): Köçürüləcək hesab xidmət göstərən: “xxxx” MMC, VÖEN: **********, Hesab № AZN: AZ74AIIB400600F9443401807112, Bank “xxxx” ASC 28 Mərkəzi filialı, Bankın VÖEN-İ: 9900003611, Müxbir hesab: AZ37NABZ01350100000000001944, KOD: 200026, SWIFT: AIIBAZ2XXXX. Cinayət işi materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ********* nömrəli kredit (borc) və girov müqaviləsindən görünür ki, ##.##.2025-ci il tarixdə şahid1 arasında sonuncunun 01 ədəd 3,90 qram xalis çəkidə üzərində 0,30 qram sadə qaşı olan 500 əyarlı və 01 ədəd 1,75 qram xalis çəkidə üzərində 0,70 qram sadə qaşı olan 500 əyarlı qadın qızıl üzüklərini girov qoyaraq “xxxx” MMC-nin Ağdaş filialından 400 manat məbləğində 12 aylıq müddətə kredit götürmüşdür. Cinayət işi materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qızıl üzüyü təhvil almışdır. Cinayət işi materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs ##.##.1993-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan “xxxx” publik hüquqi şəxsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” publik hüquqi şəxsin poliklinika şöbəsində “Opioidlərin və psixostimulyatorın birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DIN-in Baş Əməliyyat Statistik Informasiya Idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bərdə Rayon Məhkəməsinin ## #### 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## #### 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ## ### 2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. 2) Ağdaş Rayon Məhkəməsinin ## ### 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ## ###### 2020-ci ildə Ağdaş Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 01 (bir) il 03 (üç) ay hissəsi CM-nin 52-1.5-ci maddəsi ilə 07 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ## #### 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. 3) Ağdaş Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarına əsasən 01 (bir) ay 11 (on bir) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işi materiallarında olan Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)**/**** saylı qərarından görünür ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işi materiallarında olan ## #### 2026-cı il tarixli arayışdan görünür ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Cinayət işi materiallarında olan Ağdaş rayon Icra Hakimiyyəti Başçısının Ağdaş şəhəri inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi ## ###### 2025-ci il tarixli *-**-**/*- H****/**** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - arvadı X6, qızı X7 və oğlu X3 ibarətdir. Cinayət işi materiallarında olan Ağdaş rayon Icra Hakimiyyəti Başçısının Ağdaş şəhəri inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi ## ###### 2025-ci il tarixli *-**-**/*- H****/**** nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan Ağdaş rayon Icra Hakimiyyəti Başçısının Ağdaş şəhəri inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi ## ###### 2025-ci il tarixli *-**-**/*- H****/**** nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs ailə tərkibi – arvadı ##.##.1967- ci il təvəllüdlü X5, oğlu ##.##.1997-ci il təvəllüdlü X1 və qızı ##.##.2004-cü il təvəllüdlü X4 ibarətdir. Cinayət işi materiallarında olan Ağdaş rayon Icra Hakimiyyəti Başçısının Ağdaş şəhəri inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi ## ###### 2025-ci il tarixli *-**-**/*- H****/**** nömrəli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan ## ##### 2026-cı il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2018-ci il ildə X6 doğulmuş X7 və ## ##### 2017-ci ildə X6 doğulmuş X3 ataları hesab edilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təklif etdiyi həddə cəza təyin edilməklə və cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir və apellyasiya protestini yuxarıda qeyd olunmuş dəlillərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin ilk dəlili ilə razılaşır və qeyd edir ki, həqiqətən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 ay 16 gün müddəti CM-in 69.3-cü maddəsinin tələbləri baxımından 01 il 03 ay 02 gün müddət kimi qəti cəza müddətinə hesablamaqla onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlamışdır. Halbuki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına 01 il 03 ay 02 gün müddət hesablanıldıqda qəti cəza olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası yox, 01 il 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli idi. Məhkəmə kollegiyası apellyasiya protestinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm birinci instansiya məhkəməsində əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını göstərmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya protestində səmimi peşmançılıq halı Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsi əsasında qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, səmimi peşmançılıq halının anlayışı və hansı halların səmimi peşmançılıq yaratması Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsində göstərilsə də, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs səmimi peşman olmasını qiymətləndirərkən Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad etmişdir. Qeyd olunanlardan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CPM-nin 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərərçəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərərçəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Göründüyü kimi iş üzrə zərərçəkmiş şəxsə də vurulmuş zərər tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal da təqsirləndirilən şəxsin müsbət xarakterizə edildiyini göstərən haldır. Şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasına münasibətdə qeyd olunmalıdır ki, cinayət işi materiallarında olan Ağdaş rayon Icra Hakimiyyəti Başçısının Ağdaş şəhəri inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi ## ###### 2025-ci il tarixli *-**-**/*-H****/**** nömrəli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alarkən qeyd olunan ərizəyə istinad etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya protestinin ikinci dəlili ilə də razılaşmır və hesab edir ki, apellyasiya protestinin birinci dəlili birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökmünü dəyişdirilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası apellyasiya protestinin üçüncü dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24” dekabr 2021-ci il tarixli ** nömrəli qərarının 50-ci maddəsində məhkəmələrə izah olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə,o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi şəxsin əvvəllər məhkumluğu olduğu və ödənildiyi halda qeyd olunan halın təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alına bilməyəcəyi ilə bağlı vahid hüquqi mövqe olmasına baxmayaraq apellyasiya protestində dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində məhkumluğu ödənilmiş cinayətləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakteriza edən hal kimi qiymətləndirmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya protestinin üçüncü dəlilini də əsassız hesab edir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, apellyasiya araşdırması zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar təqsirləndirilən şəxsə cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni, qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə qəti cəzaya aid hissədə qəti cəza müddəti düzgün hesablanmaqla dəyişdirilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X9 tapşırılmışdır. X10 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 7 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə X10 77 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qərara aldı:

Dövlət ittihamçısı, R dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya protestinə münasibətdə, qəti cəzaya aid hissədə dəyişdirilsin və Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə üzərində qəti olaraq saxlanılmış azadlığın məhdudlaşdırılması cəzası düzgün hesablanmaqla 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü qalan hissələrdə dəyişdirilmədən saxlansın. X10 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 77 manat vəsait X9 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar