Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-215/2026 10.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə,Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlu, onun müdafiəçisi müdafiəçi1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, İsmayılov Məhəmməd Məcnun oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) ## #### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü ilə, ##.##.1962-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Oğuz şəhəri, S.Qazıyev küçəsi ev 78A ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş İsmayılov Məhəmməd Məcnun oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlanıldığı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlqdan məhrum etmə cəzasının saxlanılması, təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlu bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının həbsə alındığı andan – ##.##.2026cı il tarixdən hesablanması, təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, İsmayılov Məhəmməd Məcnun oğlunun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, ##.##.1985-ci ildə Oğuz rayonunun Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Oğuz rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “Konstitusiya və suverenlik ili” münasibəti ilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 4 (025)- **/**** nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutularaq həbsə alındığı ##.##.2025ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübutlar: Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan ayrı-ayrılıqda qablaşdırılmış 2 ədəd zərfdə 5,91 qr və 11,93 qr çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış aparılan zaman video-çəkiliş aparılmasına dair 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə cəmi 69,10 manat ekspertiza xərcinin hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və İsmayılov Məhəmməd Məcnun oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X19, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ 01360100000000003944, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE00000000000002088501 hesabına köçürülməsi, iş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmamasının nəzərə alınması müəyyən edilmişdir. işin halları: Oğuz Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq tanışı təqsirləndirilən şəxs2 2,63 qram və 3,36 qram olmaqla ümumilikdə 5,99 qram çəkidə 2 ədəd salfet bükümdə narkotik vasitə qurudulmuş marixuananı ##.##.2025-ci il tarixdə 40 (qırx) manata alaraq özündə saxlayıb daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında ##.##.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində sonuncu Oğuz şəhəri ərazisində saxlanılaraq üzərinə video çəkiliş aparılmaqla yoxlama keçirilən zaman əynində olan yaşıl rəngli gödəkcənin sol yan cibindən 2 ədəd salfet bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,63 qram və 3,36 qram, ümumi çəkiləri 5,99 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür. Bununla da, İsmayılov Məhəmməd Məcnun oğlu Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Oğuz Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumulikdə 17,94 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək, həmin kütlədən 2,63 qram və 3,36 qram olmaqla ümumilikdə 5.99 qram hissəsini 2 ədəd salfet bükümdə qablaşdırıb ##.##.2025-ci il tarixdə 40 manata tanışı İsmayılov Məhəbbət Məcnun oğluna satmış, daxil olmuş əməliyyat məlumatı əsasında ##.##.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Oğuz şəhəri ərazisində saxlanılaraq üzərinə video çəkiliş aparılmaqla yoxlama keçirilən zaman əynində olan yaşıl rəngli gödəkcənin sol yan cibindən 2 ədəd salfet bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,63 qram və 3,36 qram, ümumi çəkiləri 5,99 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək götürülmüş, davam edən əməliyyat axtarış tədbirləri nəticəsində özü də Oğuz şəhəri ərazisində Oğuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq video çəkiliş aparılmaqla yaşadığı ünvan 3 ünvanında yerləşən evinə baxış keçirilən zaman 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 11,95 qram təşkil edən, İsmayılov Məhəbbət Məcnun oğlundan götürülmüş 2 ədəd salfet bükümdə olan narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Bununla da, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 verdiyi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Aşağıdakı əsaslara görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı hökmü ləğv edilməli, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs2 bаrəsində olаn cinаyət işinin ibtidаi аrаşdırmаsı zаmаnı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmışdır. Halbuki, CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-in 346.1.1-346.1.3-cı maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır) cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib yetirilmədiyi. Hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıdakı məsələlərə baxmadan təqsirləndirilən şəxs2 təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, nə CPMin 346.1-ci maddəsinin tələb etdiyi kimi cinayət hadisəsinin olmasının sübuta yetirilibyetirilməməsi sualına, nə də təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib yetirilməməsi sualına müsbət cavab vermək mümkün deyil ki, bundan sonra da CPMnin 351.3-cü maddəsinin tələb etdiyi qaydada onun təqsirliliyini sübuta yetmiş hesab etmək mümkün olsun. Hazırda təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamları təsdiq edən sübutların mümkünlüyü nə CPM-nin 125-ci maddəsinin tələblərinə cavab verir, nə də ki, ittiham tərəfindən X3 verilmiş ittihamda qeyd edilən cinayətlərin törədilməsinə aidiyyətinin olmasını hesab etmək mümkündür. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlunun, polis əməkdaşları olan şahid3, şahid2, X4 ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə təqsirləndirilən şəxs2 haqqında ittiham hökmü çıxarmış, hansıki, müdafiə tərəfinin fikrincə bu sübutlara əsasən sonuncunun cinayət əməli törətməsinə və təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmasını söyləmək faktiki olaraq mümkün deyil. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, dəfələrlə Məhəmməd ona narkotik vasitə təşkil edə biləcəyini soruşmuş, hər dəfə də Məhəmmədə yox cavabını vermişdir. Məhəmməd yenə də ondan əl çəkməmişdir. Dəfn mərasimində yenə də Məhəmməd ona yaxınlaşaraq narkotik vasitə tapmasında kömək etməsini xahiş etmişdir. O da Məhəmmədin ondan əl çəkmədiyini görüb, onu özündən uzaqlaşdırmaq üçün narkotik vasitə vermişdir. Qeyd edilənlərdən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmək fikrində olmadığı halda Məhəmməd İsmayılov təqsirləndirilən şəxs2 ona narkotik vasitə verməyə məcbur etmişdir. Çox təəssüflə qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini deyil, ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Bir halda ki, ibtidai istintaq zamanı verilən ifadələr əsas götürülürsə, onda məhkəmə prosesləri niyə təşkil olunur və tərsirləndirilən şəxslərin məhkəmələrdə dindirilmələrinin nə əhəmiyyəti qalır ki?. Bununla bağlı Avropa Məhkəməsi Ekrapiç Xorvatiyaya qarşı iş üzrə qərarında öz hüquqi mövqeyini ortaya qoyaraq qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, məhkəmələr ibtidai istintaq zamanı verilən ifadələrdən fərqli olaraq məhkəmə iclasında verilən ifadələrə daha çox əhəmiyyət verməlidirlər. İbtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində, təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün keçirilir.” İş üzrə şahid qismində dindirilən şəxslərə nəzər saldıqda görürük ki, bu şəxslər polis əməkdaşlarıdır. Qeyd edilənlər müdafiə tərəfinə haqlı olaraq onu deməyə əsas verir ki, şübhəsiz ki, bu şahidlər birmənalı olaraq həqiqəti əks etdirən deyil, ibtidai istintaqı aparan orqanın marağına uyğun ifadələr vermişlər. Buna görə də bu şahidlərin ifadələri heç bir halda mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən sübutlаrın mötəbərliyinin müəyyən olunmаsı və qiymətləndirilməsi bаxımındаn Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formаlаşmış yаnаşmа stаndаrtını müəyyən etmişdir. Məmmədov (Cəlаloğlu) Azərbаycаnа qаrşı 11 yаnvаr 2007-ci il tаrixli, Irlаndiyа Birləşmiş Krаllığа qаrşı 18 yаnvаr 1978-ci il qərаrındа, həmçinin bir sırа qərаrlаrdа məhkəmə sübutlаrı qiymətləndirərkən “əsаslı şübhə yerinin qаlmаmаsı” sübutetmə stаndаrtını tətbiq edir. Polis əməkdаşlаrının fəаliyyət göstərdiyi orqаn tərəfindən аpаrılаn istintаq hərəkətlərinə dаir onlаrın verdikləri ifаdələrin qeyd edilən stаndаrtа uyğun gəlməsi üçün ifаdələrin mötəbərliyinə heç bir şübhə yeri qаlmаmаlıdır. Aydın məsələdir ki, bаxılаn iş üzrə polis əməkdаşlаrı təqsirləndirilən şəxslə bağlı keçirilən əməliyyat axtarış tədbiri və digər istintаq hərəkətlərinin аpаrılmаsınа dаir şаhid kimi ifаdə vermişdir. Lаkin nəzərə аlmаq lаzımdır ki, həmin ifаdələr eyni zаmаndа digər polis əməkdаşlаrının fəаliyyətini əks etdirən informаsiyа dаşıyıcısıdır. Bu ifаdələr nəinki təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verilmiş ittihаmın əsаsını, eyni zаmаndа digər polis əməkdаşlаrının hərəkətlərinin qаnuni və əsаslı olmаsının təsdiqi vаsitəsidir. Bunlаrlа yаnаşı müdafiə tərəfi hesаb edir ki, polis əməkdаşlаrı istintаq аpаrаn orqаndа müxtəlif vəzifələrdə fəаliyyət göstərərək vəzifə bаxımındаn bir-birindən аsılı olduğu üçün, istintаq hərəkətləri bаrəsində verdikləri ifаdələri ittihаmın təsdiqi üçün kifаyət edən mötəbər sübut hesаb etmək olmаz. Hesab edirlər ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsində istinad etdiyi sübutlar mötəbər sübut kimi əsaslı şübhələrdən kənar olmamaqla, kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan ibarət olmamış, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 1996-cı il tarixli Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, ... ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə, ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmin Qərarın 6-cı bəndində qeyd edilir ki, hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Lakin birinci instansiya məhkəməsinin hazırkı mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Ali Məhkəmənin tövsiyyələrinə heç bir əhəmiyyət verməmiş, işdəki mövcud ziddiyyətlər aydınlaşdırılmamış, qeyri-mötəbər sübutlara istinad edilmişdir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci mаddəsinə görə cinаyət təqibi üzrə toplаnmış sübutlаrın kifаyət etməsi dedikdə müəyyən edilməli hаllаr üzrə mümkün sübutlаrın elə bir həcmi nəzərdə tutulur ki, onlаr sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkаn versin. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxаrıdа qeyd edilən hаllаrа əsаslаnаrаq hesаb edirlər ki, iş mаteriаllаrındа olаn sübutlаr təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifаyət etmir, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlаrın mötəbərliyi şübhə doğurur. CPM-in 399.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. Odur ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Oğuz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli *(***)-**/**** saylı hökmünün təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən digər proses iştirakçısı tərəfindən apellyasiya şikayəti, apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bildirmişdir ki, İ qrup əlildir və üç xəstəliyi vardır. Verilən suallara cavab olaraq bildirdi ki, İsmayılov Məhəmməd Məcnun oğluna narkotik vasitə vermişdir. Xəstəliyi ilə əlaqədar olaraq həbslə bağlı olmayan cəza verilməsini istəyir. Məhəmməd İsmayılov ondan narkotik vasitə istəyəndə əvvəlcə olmadığını bildirmişdir. Lakin üç gündən sonra Məhəmməd İsmayılova iki siqaretlik narkotik vasitə olan marixuana vermişdir. Narkotik vasitəni Məhəmməd İsmayılova əvəzsiz olaraq vermişdir. Məhəmməd İsmayılova əvvəllər narkotik vasitə verməmişdir, çünki Məhəmməd İsmayılov həbsdə olmuşdur. Məhəmməd İsmayılovla əvvəlcədən münasibəti olmuşdur. Oğuz Rayon Məhkəməsində də eyni məzmunlu ifadə vermişdir. Məhəmməd İsmayılovdan qırx manat pul alsa da həmin pulu narkotik vasitənin əvəzində almamış, özünə dərman almaq üçün almışdır. Odur ki, İ qrup əlil olmasının, üç ağır xəstəlikdən əziyyət çəkməsinin nəzərə alınaraq ona daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlu bildirdi ki, o, dərman almağa imkanı olmadığı üçün təqsirləndirilən şəxs2 qırx manat pul vemişdir. Verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs2 narkotik vasitə istəmiş, təqsirləndirilən şəxs2 də ona narkotik vasitə vermişdir. Pulu təqsirləndirilən şəxs2 narkotik vasitə almamışdan qabaq vermişdir. Apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxs2 həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 çıxışında apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlunun müdafiəçisi müdafiəçi1 çıxışında apellyasiya şikayətinin təmin olunmasını və bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 bildirdi ki, apellyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir əsaslandırma olmamışdır. Təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlu təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 dərman alması üçün pul verdiyini bildirsə də hansı dərmanın alınması, nə vaxt alınması ilə bağlı məsələlərə aydınlıq gətirilməmişdir. Hesab edir ki, qeyd edilənlər özünü müdafiə xarakterlidir. Təqsirləndirilən şəxs əvvəlki ifadələrində də pul qarşılığında narkotik vasitə verdiyini bildirmişdir. Odur ki, şikayətin heç bir əsaslı dəlili olmadığı üçün Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, narkotik vasitə istifadə etməyinə görə 2021 və 2024-cü illərdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmişdir. ##.##.2025-ci il tarixdə saat 12 radələrində uzaq qohumu Tamellanın dəfn mərasimi ilə bağlı Oğuz şəhər ərazisində yerləşən qəbirstanlığa getmişdir. Həmin dəfn mərasimində Məhəmməd ona yaxınlaşmış və ona narkotik vasitə almaq istədiyini bildirmişdir. O da Məhəmmədə narkotik vasitə sata biləcəyini demişdir. Bundan sonra Məhəmmədlə razılaşmış, Məhəmməddən ona verəcəyi narkotik vasitə olan marixuana ilə bağlı bir dəfə 20 (iyirmi) manat və 20 (iyirmi) manat da bir dəfə cəmi-40 (qırx) manat pul almışdır. Həmçinin Məhəmməd onun *** *** ** ** saylı telefon nömrəsini götürmüşdür. Bundan sonra təxminən saat 14 radələrində Məhəmməd istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan nömrəyə zəng etmişdir. Həmin vaxt Məhəmmədə narkotik vasitəni yaşadığı Oğuz şəhəri H.Əliyev küçəsi bina 15, mənzil 1-də yerləşən evinin giriş qapısının qarşısında olan rezin ayaqaltının altına qoyduğunu bildirib, ondan tez həmin narkotik vasitəni gəlib götürməsini istəmişdir. Bundan sonra işi olduğu üçün evdən çıxıb getmişdir. Həmin gün axşam saat 19 radələrində evə geri qayıtdıqda həmin rezin ayaqaltının altına baxdıqda narkotik vasitənin yerində olmadığını görmüş və Məhəmmədin götürdüyünü başa düşmüşdür. O, həmin yerə 02 (iki) ədəd ağ salfet bükümdə olan narkotik vasitə qurudulmuş marixuana qoymuşdur. Bundan sonra polis əməkdaşları onu yaşadığı ünvanda saxlayıb RPŞ-yə gətirmişlər. Bundan sonra şübhəli şəxs qismində tutulmuş və İsmayıl adlı müdafiəçi ilə təmin edilmişdir. Həmçinin polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış aparılmış, ancaq üzərində qanunsuz hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra yaşadığı ünvana baxış keçirilən zaman polis əməkdaşları ayaqqabının içərisindən narkotik vasitə aşkar edərək götürmüşlər. Bundan əlavə, o, təxminən 8 ildir ki, arabir narkotik vasitə istifadə edir, narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Belə ki, Məhəmmədə narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Ondan başqa heçkimə narkotik vasitə satmamışdır. ##.##.2025-ci il tarixdə yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə marixuananı Oğuz rayonunda olan meşəlik ərazidən tapmış və istifadə etmək üçün yaşadığı ünvana gətirmişdir. Daha sonra pul lazım olduğu üçün Məhəmmədin təklifini dəyərləndirmiş və narkotik vasitə satmaq qərarına gələrək, Məhəmmədə narkotik vasitə satmışdır. Evində aşkar olunandan başqa heç bir yerdə narkotik vasitə saxlamır. Məhəmmədə narkotik vasitəni satması, həmçinin narkotik vasitə saxlaması barədə heçkimə heçnə deməmişdir. Polis əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə saxlanılmışdır, Məhəmməd İsmayılov narkotik vasitəni ondan ##.##.2025-ci il tarixdə aldığını bildirdiyi üçün və bunu dəqiq xatırlamadığından onun dediklərini təsdiq etmişdir. O, narkotik vasitəni Məhəmməd İsmayılova telefon vasitəsi ilə danışdıqları tarixdə satmışdır. Onların mobil nömrələri arasında olan danışıq ##.##.2025-ci il tarixdə olduğuna görə dəqiq olaraq narkotik vasitəni Məhəmməd İsmayılova həmin tarixdə vermişdir, çünki onların arasında başqa vaxt telefon əlaqəsi olmamışdır. Məhəmməd İsmayılovla əvvəllər telefon əlaqəsi saxlaması yadında qalmamışdır, ##.##.2025-ci il tarixdə olan telefon danışıqlarının nə ilə bağlı olduğunu xatırlamır. İlkin ifadələrində Məhəmməd İsmayılov ondan narkotik vasitə istəyərkən onun mobil nömrəsini götürməsini və narkotik vasitəni qoyduğu yer barədə özünün zəng edərək məlumat verdiyini düzgün qeyd etməmişdir. Əslində həmin vaxt Məhəmməd İsmayılov onun mobil nömrəsini götürmüş, sonuncu özü zəng edərək əlaqə saxlamış, narkotik vasitəni qoyduğu yer barədə də həmin vaxt məlumat vermişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, ##.##.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə onun deyil. O, Məhəmməd İsmayılova narkotik vasitəni 3-4 gün əvvəl vermiş və onun evində başqa narkotik vasitə olmamışdır. 3 ildən yuxarıdır ki, o, qaraciyər serrozu, epiletik tutmalar, baş-beyin hissəsində 2 ədəd onkoloji şiş, sinir sisteminin pozğunluğu və hiv xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən uzun müddət mütəxəssis həkimlərin apardığı stasionar müalicələrə baxmayaraq qeyd etdikləri xəstəliklər sağalmır və bu səbəbdən səhhətində çox ciddi hərəkət pozğunluğu yaranmışdır. Onun hərəkət etməsində və qidalanmasında kənar köməyə ehtiyacı vardır. Eyni zamanda, o, məhkəmə tibbi ekspertizasının rəyinə etiraz edir. Belə ki, həmin rəy onun sağlamlıq vəziyyətini düzgün əks etdirmir. Həmçinin onun himayəsində bir azyaşlı övladı vardır və arvadı da birinci dərəcəli əlilliyi olan şəxsdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu və səhhətində ciddi problem olduğunu bildirərək qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayılov Məhəmməd Məcnun oğlu ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Sərxan adlı şəxsin narkotik vasitələr satdığını eşitmiş, ##.##.2025-ci il tarixdə saat 12 radələrində dəfn mərasimi ilə bağlı Oğuz şəhər ərazisində yerləşən qəbirstanlıqda olarkən Sərxanı görmüş, bu vaxt ondan narkotik vasitə almaq istəmişdir. Bu məqsədlə Sərxana yaxınlaşmış və ona “mənə şey lazımdır, təşkil edə bilərsən?” deyə soruşmuşdur. Bu vaxt Sərxan ondan nə qədər istədiyini soruşduqda ona 40 (qırx) manatlıq istədiyini bildirmişdir. Bundan sonra Sərxan öncədən 40 (qırx) manatı istədiyi üçün həmin pulu ona vermişdir. Həmçinin Sərxanın *** *** ** ** saylı mobil nömrəsini götürmüş və Sərxan 1-2 saata zəng edərsən deyərək çıxıb getmişdir. Təxminən saat 14 radələrində Sərxan istifadəsində olan *** *** ** ** saylı mobil nömrəsinə öz istifadəsində olan 077- ***-**-** saylı nömrədən zəng edərək, malın hazır olub-olmadığını soruşduqda, Sərxan yaşadığı evin qarşısında (blokda) ayaqaltı rezin olduğunu, narkotik vasitəni həmin ayaqaltı rezinin altına qoyduğunu bildirmişdir. Təxminən yarım saat sonra Sərxanın dediyi yerdən 02 ədəd ağ salfet bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı götürmüş və oradan uzaqlaşmışdır. Həmin gün axşam radələrində salfet bükümün birindən azca narkotik vasitəni götürüb siqaretə doldurub istifadə etmiş, qalanını isə üzərində saxlamışdır. ##.##.2025-ci il tarixdə saat 17 radələrində Oğuz şəhəri S.Qazıyev küçəsində piyada hərəkətdə olduğu vaxt mülki geyimli şəxslər videoçəkiliş apararaq ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş, üzərində olan narkotik vasitəni onlara təqdim etməyini istəmişlər. O da üzərində olan 02 (iki) ədəd ağ salfet bükümdə olan narkotik vasitəni polislərə təqdim etmişdir. Həmin sellefon bükümdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra o, Oğuz RPŞ-yə gətirilmişdir. Polis şöbəsində həmin narkotik vasitəyə yenidən baxış keçirilmiş və narkotik vasitə yenidən tərəzidə çəkilmiş, həmçinin qablaşdırılaraq götürülmüşdür. Bütün bu prosesler video çəkilişlə həyata keçirilmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuş və Araz adlı müdafiəçi ilə təmin edilmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, təxminən 5 ildir ki, arabir narkotik vasitə istifadə edir, heç vaxt narkotik vasitə satmamış və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ancaq narkotik vasitədən özü istifadə etmək üçün üstündə saxlamışdır. Heç vaxt heç kimə narkotik vasitə verməmiş, həmçinin heç kimə birlikdə narkotik vasitə istifadə etməyi təklif etməmişdir. ##.##.2025-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitə marixuanadan başqa heç bir yerdə narkotik vasitə saxlamır. Onda narkotik vasitə olması barədə heçkimə heçnə deməmişdir. Onların mobil nömrələri arasında əlaqə ##.##.2025-ci il tarixdə olduğuna görə dəqiq olaraq narkotik vasitəni də təqsirləndirilən şəxs2 həmin tarixdə almışdır, çünki onların aralarında başqa vaxt telefon əlaqəsi olmamışdır. Sərxanın mobil nömrəsini, ondan narkotik vasitə istədiyi vaxt götürmüşdür. ##.##.2025-ci il tarixdə təqsirləndirilən şəxs2 zəng etməyi, onunla aralarında danışığın nədən ibarət olması üzərindən uzun müddət keçdiyi üçün yadında qalmamışdır. İlkin ifadələrində təqsirləndirilən şəxs2 narkotik vasitə istəyərkən sonuncu onun mobil nömrəsini aldığını və narkotik vasitəni qoyduğu yer barədə sonuncunun ona zəng edərək məlumat verdiyini düzgün qeyd etməmişdir. Əslində həmin vaxt o təqsirləndirilən şəxs2 mobil nömrəsini götürmüş, təqsirləndirilən şəxs2 özü zəng edərək əlaqə saxlamış, o da narkotik vasitəni qoyduğu yer barədə məlumat verdikdən sonra onu həmin yerdən götürmüşdür. Eyni zamanda, o, İ Qarabağ müharibəsində könüllü iştirak etmişdir və hesab edir ki barəsində amnistiya aktı tətbiq edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs2 onun əridir. ##.##.2025-ci il tarixdə polis əməkdaşları onlar yaşayan evə gəlmiş, lakin evi axtarmamışlar. Polis əməkdaşları evin qapısının qarşısında ona məxsus idman ayaqqabısının içərisinə narkotik vasitə qoymuş, sonra isə guya həmin ayaqqabının içərisindən də tapmışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Oğuz şəhər sakinləri İsmayılov Məhəmməd Məcnun oğlunu və təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır, həmin şəxslərlə ədavət və ya düşmənçiliyi yoxdur. ## ###### 2025-ci il tarixdə Oğuz şəhər sakini İsmayılov Məhəmməd Məcnun oğlunun, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğu üçün raportla Oğuz RPŞ-nin rəhbərliyinə müraciət edilmişdir. Bununla bağlı əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul olunmuş və əməliyyat müvəkkili X4 rəhbərliyi ilə əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. Əməliyyat qrupunun üzvləri isə o özü, KTQ-nun baş inspektor-kriminalisti şahid2 Yusif oğlu və TB-nin təhqiqatçısı X2 təyin edilmişdir. ## ###### 2025-ci il tarixdə saat 17:10-da başlanmış və video çəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı İsmayılov Məhəmməd Məcnun oğlunun Oğuz şəhəri, M.Axundov küçəsi ilə hərəkətdə olduğu müəyyən edilərək saxlanılmışdır. Məhəmməd İsmayılova özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığı barədə məlumat vermişlər. Bundan sonra üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olubolmaması soruşulmuş, o, da əynində olan gödəkcənin sol yan cibindən 2 ədəd salfet kağızı bükümü, həmin gödəkcənin sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Prima” markalı siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd təsbeh, şalvarının sol arxa cibindən 1 ədəd cib dəsmalı və kağızlar çıxardaraq təqdim etmişdir. Daha sonra Məhəmməd İsmayılovun üzərində yoxlanış aparılmış, onun üzərindən təqdim etdiklərindən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Məhəmməd İsmayılov 2 ədəd salfet bükümünün içərisində narkotik vasitə olan marixuana olduğunu və onu “Sərxan” adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Salfet bükümlərinin içərisinə baxarkən, həqiqətən yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmiş və həmin 2 ədəd salfet bükümləri elektron tərəziyə qoyularaq çəkilmişdir, kütlənin ümumi çəkisinin 8,80 qram olması müəyyən edilmişdir. Daha sonra həmin 2 ədəd salfet bükümü və 1 ədəd “Nokia” markalı mobil telefon ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış, həmin zərflər RPŞ-nin ** saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Məhəmməd İsmayılov isə Oğuz RPŞ-yə gətirilmiş, keçirilmiş tədbirlə əlaqədar Qüdrət Poladzadə tərəfindən protokol tərtib olunmuş, aparılmış video çəkilişin görüntüləri həmin protokola əlavə olunmuş və iştirakçılar protokolla tanış olub imzaladıqdan sonra, toplanmış material, Məhəmməd İsmayılov və üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə təhqiqat bölməsinə təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı Vasif Məmmədov tərəfindən video çəkiliş aparılmaqla Məhəmməd İsmayılovun üzərindən aşkar edilmiş 2 ədəd salfet kağızı bükümlərində olan qurudulmuş marixuanaya bənzər kütləyə və həmin maddə ondan götürülərkən aparılmış video çəkilişin görüntülərinə baxış keçirilmişdir. 2 ədəd salfet kağızı bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə yenidən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,12 qram olması müəyyən edilmişdir. Baxış keçrilməsi başa çatdırıldıqdan sonra həmin kütlələr yenidən qablaşdırılaraq möhürlənib ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüş, protokol tərtib olunaraq iştirakçılara oxunmuş, iştirakçılar tərəfindən protokola hər hansı əlavə və düzəliş təklif edilmədən imzalanmış və aparılmış video çəkilişin görüntüləri DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhəmməd İsmayılov, ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni “Sərxan” adlı şəxsdən 40 manata almasını bildirməsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxsin təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş və raportla Oğuz RPŞnin rəhbərliyinə müraciət olunmuşdur. Bununla bağlı əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul olunmuş və onun rəhbərliyi ilə əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. Əməliyyat qrupunun üzvləri isə KTQ-nun baş inspektor-kriminalisti şahid2 Yusif oğlu, TB-nin təhqiqatçısı X2 və PPXB-nin polis nəfəri İbrahimov Toğrul İbrahim oğlu təyin edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanında olması müəyyən edilmiş və o, ## ###### 2025-ci il tarixdə saat 20 radələrində saxlanılaraq Oğuz RPŞ-yə gətərilib təhqiqat bölməsinə təqdim edilmişdir. təqsirləndirilən şəxs2 təhqiqatçı Vasif Məmmədov tərəfindən müdafiəçi ilə təmin edilməkə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və iki nəfər hal şahidi dəvət edilərək üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçiriləcəyi izah edilmiş və təqsirləndirilən şəxs2 ərizə təqdim edərək yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. təqsirləndirilən şəxs2, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına gedilərək təhqiqatçı Vasif Məmmədov tərəfindən video çəkilişdən istifadə edilməklə həmin mənzilə baxış keçirilməsinə başlanılmışdır. təqsirləndirilən şəxs2 mənzildə hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə varsa könüllü təqdim etməsi təklif edilmiş, lakin o evində hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra mənzilə baxış keçirilməsinə başlanılmış, baxış zamanı mənzilin giriş qapısının qarşısında olan dəhlizin sağ tərəfində ayaqqabılar olan hissədə, ayaqqabının içərisinə qoyulmuş sellofan torbada yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertiza tədqiqatına təqdim olunması üçün qablaşdırılıb götürülmüşdür. Sonra isə Oğuz RPŞ-yə qayıdaraq protokol tərtib edilmiş, aparılmış video çəkilişin görüntüləri DVD diskə köçürülərək protokola əlavə olunmuş, iştirakçılar protokolla tanış olmuş və protokola əlavə və düzəlişlər olmadan iştirakçılar tərəfindən imzalanaraq doğruluğu təsdiq edilmişdir. Birinci instansiya məhəməsinin iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Oğuz RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti vəzifəsində işləyir. Oğuz şəhər sakinləri İsmayılov Məhəmməd Məcnun oğlunu və təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır, həmin şəxslərlə ədavət və ya düşmənçiliyi yoxdur. ## ###### 2025-ci il tarixdə Oğuz şəhər sakini İsmayılov Məhəmməd Məcnun oğlunun, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğu üçün raportla Oğuz RPŞ-nin rəhbərliyinə müraciət edilmişdir. Bununla bağlı əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul olunmuş və əməliyyat müvəkkili X4 rəhbərliyi ilə əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. Əməliyyat qrupunun üzvləri isə o, əməliyyat müvəkkili şahid3 və təhqiqatçı X2 təyin edilmişdir. ## ###### 2025-ci il tarixdə saat 17:10-da başlanmış və onun tərəfindən video çəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı İsmayılov Məhəmməd Məcnun oğlunun Oğuz şəhəri, M.Axundov küçəsi ilə hərəkətdə olduğu müəyyən edilmiş və o saxlanılmışdır. Məhəmməd İsmayılova özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığı barədə məlumat vermişlər. Bundan sonra üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş, o, da əynində olan gödəkcənin sol yan cibindən 2 ədəd salfet kağız bükümü, həmin gödəkcənin sağ yan cibindən 1 ədəd "Nokia" markalı mobil telefon, 1 ədəd "Prima" markalı siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd təsbeh, şalvarının sol arxa cibindən 1 ədəd cib dəsmalı və kağızlar çıxardaraq təqdim etmişdir. Daha sonra Məhəmməd İsmayılovun üzərində yoxlanış aparılmış, onun üzərindən təqdim etdiklərindən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Məhəmməd İsmayılov 2 ədəd salfet bükümünün içərisində narkotik vasitə olan marixuana olduğunu və onu "Sərxan" adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Salfet bükümlərinin içərisinə baxarkən, həqiqətən yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmiş və həmin 2 ədəd salfet bükümləri elektron tərəziyə qoyularaq çəkilmiş, kütlənin ümumi çəkisinin 8,80 qram olması müəyyən edilmişdir. Daha sonra həmin 2 ədəd salfet bükümü və 1 ədəd "Nokia" markalı mobil telefon ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış, həmin zərflər RPŞ-nin ** saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Məhəmməd İsmayılov isə Oğuz RPŞ-yə gətirilmiş, keçirilmiş tədbirlə əlaqədar Qüdrət Poladzadə tərəfindən protokol tərtib olunmuş, aparılmış video çəkilişin görüntüləri həmin protokola əlavə olunmuş və iştirakçılar protokolla tanış olub imzaladıqdan sonra, toplanmış material, Məhəmməd İsmayılov və üzəindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə təhqiqat bölməsinə təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı Vasif Məmmədov, onun tərəfindən video çəkiliş aparılmaqla Məhəmməd İsmayılovun üzərindən aşkar edilmiş 2 ədəd salfet kağızı bükümlərində olan qurudulmuş marixuanaya bənzər kütləyə və həmin maddə ondan götürülərkən aparılmış video çəkilişin görüntülərinə baxış keçirmişdir. 2 ədəd salfet kağızı bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə yenidən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,12 qram olması müəyyən edilmişdir. Baxış keçrilməsi başa çatdırıldıqdan sonra həmin kütlələr yenidən qablaşdırılaraq möhürlənib ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüş, protokol tərtib olunaraq iştirakçılara oxunmuş, iştirakçılar tərəfindən protokola hər hansı əlavə və düzəliş təklif edilmədən imzalanmış və aparılmış video çəkilişin görüntüləri DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhəmməd İsmayılovun ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni "Sərxan" adlı şəxsdən 40 manata almasını bildirməsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxsin təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş və raportla Oğuz RPŞnin rəhbərliyinə müraciət olunmuşdur. Bununla bağlı əməliyyat tədbirinin kecirilməsi haqqında qərar qəbul olunmuş və əməliyyat müvəkkili şahid3 rəhbərliyi ilə əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. Əməliyyat qrupunun üzvləri isə o, təhqiqatçı X2 və PPXBnin polis nəfəri İbrahimov Toğrul İbrahim oğlu təyin edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında olması müəyyən edilmiş və o, ## ###### 2025-ci il tarixdə saat 20 radələrində saxlanılaraq Oğuz RPS-ya gətərilib təhqiqat bölməsinə təqdim edilmişdir. təqsirləndirilən şəxs2 təhqiqatçı Vasif Məmmədov ərəfindən müdafiəçi ilə təmin edilməkə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və iki nəfər hal şahidi dəvət edilərək üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçiriləcəyi izah edilmiş və təqsirləndirilən şəxs2 ərizə təqdim edərək yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. təqsirləndirilən şəxs2, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına gedilərək təhqiqatçı Vasif Məmmədov tərəndən həmin mənzilə video çəkilişdən istifadə edilməklə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı video çəkiliş tərəfimdən icra edildi. təqsirləndirilən şəxs2 mənzildə hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə varsa könüllü təqdim etməsi təklif edildi, lakin o evində hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra mənzilə baxış keçirilməsinə başlanılmış, baxış zamanı mənzilin giriş qapısının qarşısında olan dəhlizin sağ tərəfində ayaqqabılar olan hissədə, ayaqqabının içərisinə qoyulmuş sellofan torbada yaşıl rəngli, pesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertiza tədqiqatına təqdim olunması üçün qablaşdırılıb götürülmüşdür. Sonra isə Oğuz RPŞ-yə qayıdaraq protokol tərtib edilmiş, aparılmış video çəkilişin görüntüləri DVD diskə köçürülərək protokola əlavə olunmuş, iştirakçılar protokolla tanış olmuş və protokola əlavə və düzəlişlər olmadan iştirakçılar tərəfindən imzalanaraq doğruluğu təsdiq edilmişdir. Birinci instansiya mhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdri ki, Oğuz RPŞ-nin CAB-ın əməliyyat müvəkili vəzifəsində işləyir. Oğuz şəhər sakini İsmayılov Məhəmməd Məcnun oğlunu əvvəllər tanımamışdır, həmin şəxslə ədavət və ya düşmənçiliyi yoxdur. ## ###### 2025-ci il tarixdə Oğuz şəhər sakini İsmayılov Məhəmməd Məcnun oğlunun, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğu üçün raportla Oğuz RPŞnin rəhbərliyinə müraciət edilmişdir. Bununla bağlı əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul olunmuş və onun rəhbərliyi ilə əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. Əməliyyat qrupunun üzvləri isə CAB-nin əməliyyat müvəkkili şahid3 Haliz oğlu, KTQ- nun baş inspektor-kriminalisti şahid2 Yusif oğlu və TB-nin təhqiqatçısı X2 təyin edilmişdir. ## ###### 2025-ci il tarixdə saat 17:10-da başlanmış və video çəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı İsmayılov Məhəmməd Məcnun oğlunun Oğuz şəhəri, M.Axundov küçəsi ilə hərəkətdə olduğu müəyyən edilmiş və o, saxlanılmışdır. Məhəmməd İsmayılova özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığı barədə məlumat vermişlər. Bundan sonra üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olubolmaması soruşulmuş, o, da əynində olan gödəkcənin sol yan cibindən 2 ədəd salfet kağız bükümü, həmin gödəkcənin sağ yan cibindən 1 ədəd "Nokia" markalı mobil telefon, 1 ədəd "Prima" markalı siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd təsbeh, şalvarının sol arxa cibindən 1 ədəd cib dəsmalı və kağızlar çıxardaraq təqdim etmişdir. Daha sonra Məhəmməd İsmayılovun üzərində yoxlanış aparılmış, onun üzərindən təqdim etdiklərindən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Məhəmməd İsmayılov 2 ədəd salfet bükümünün içərisində narkotik vasitə olan marixuana olduğunu və onu "Sərxan" adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Salfet bükümlərinin içərisinə baxarkən, həqiqətən yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana oxşar kütlə olması aşkar edilmiş və həmin 2 ədəd salfet bükümləri elektron tərəziyə qoyularaq çəkilmiş, kütlənin ümumi çəkisinin 8,80 qram olması müəyyən edilmişdir. Daha sonra həmin 2 ədəd salfet bükümü və 1 ədəd "Nokia" markalı mobil telefon ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış, həmin zərflər RPŞ-nin ** saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Məhəmməd İsmayılov isə Oğuz RPŞ-yə gətirilmiş, keçirilmiş tədbirlə əlaqədar Qüdrət Poladzadə tərəfindən protokol tərtib olunmuş, aparılmış video çəkilişin görüntüləri həmin protokola əlavə olunmuş və iştirakçılar protokolla tanış olub imzaladıqdan sonra, toplanmış material, Məhəmməd İsmayılov və üzəindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə təhqiqat bölməsinə təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı Vasif Məmmədov tərəfindən video çəkiliş aparılmaqla Məhəmməd İsmayılovun üzərindən aşkar edilmiş 2 ədəd salfet kağızı bükümlərində olan qurudulmuş marixuanaya bənzər kütləyə və həmin maddə ondan götürülərkən aparılmış video çəkilişin görüntülərinə baxış keçirilmişdir. 2 ədəd salfet kağız bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə yenidən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,12 qram olması müəyyən edilmişdir. Baxış keçrilməsi başa çatdırıldıqdan sonra həmin kütlələr yenidən qablaşdırılaraq möhürlənib ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüş, protokol tərtib olunaraq iştirakçılara oxunmuş, iştirakçılar tərəfindən protokola hər hansı əlavə və düzəliş təklif edilmədən imzalanmış və aparılmış video çəkilişin görüntüləri DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarında olan #.##.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, ## ###### 2025-ci il tarixdə saat 17:10-da başlanmış və video çəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı İsmayılov Məhəmməd Məcnun oğlu Oğuz şəhəri ərazisində saxlanılaraq üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş, sonuncu əynində olan gödəkcənin sol yan cibindən salfetkaya bükülü halda 2 (iki) büküm olan narkotik vasitə marixuanaya bənzər kütlə və həmin gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd “Nokia” markalı mobil telefonu, 1 ədəd “Prima” markalı siqaret qutusunu, 1 ədəd alışqan, 1 ədəd təsbeh, şalvarının sol arxa cibindən 1 ədəd cib dəsmalı və kağızlar çıxardaraq təqdim etmişdir. Bundan sonra İsmayılov Məhəmməd Məcnun oğlunun üzərində yoxlama aparılmış, əlavə olaraq üzərindən qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. M.İsmayılov salfetkaya bükülü halda 2 ədəd olan kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin qurudulmuş marixuanaya bənzər kütləni “Sərxan” adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 2 ədəd salfet bükümü tərəziyə qoyularaq çəkilmiş və kütlənin ümumi çəkisinin 8,80 qram olması müəyyən edilmişdir. Həmin 2 ədəd salfet bükümündə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb RPŞnin ** saylı möhürü ilə möhürlənərək bağlanmışdır. Daha sonra aşkar edilmiş predmetlərlə həmin şəxs polis şöbəsinə gətirilmiş və Oğuz RPŞ-də əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol tərtib edilmiş və aparılan video çəkilişin görüntüləri 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, ## ###### 2025-ci il tarixdə saat 18:24-dən etibarən Oğuz RPŞ-nin TB-nin təhqiqatçısı, R Vasif tərəfindən video çəkiliş aparılmaqla İsmayılov Məhəmməd Məcnun oğlunun özünün də iştirakı ilə onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya və əməliyyat tədbiri zamanı çəkilmiş video görüntüyə baxış keçirilmiş və bu barədə protokol tərtib edilməklə aparılmış video çəkilişin görüntüləri 01 ədəd DVD diskə köçürülərək həmin protokola əlavə edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, təqsirləndirilən şəxs2 ərizəsi əsasında Oğuz RPŞnin TB-nin təhqiqatçısı, R Vasif Məmmədov tərəfindən ## ###### 2025-ci il tarixdə saat 20:50dən etibarən video çəkilişdən istifadə edilməklə yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzilin giriş hissəsində, dəhlizdə, giriş qapısının sağ tərəfindəki ayaqqabılar olan hissədə ayaqqabının içərisində sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ## ######## 2025-ci il tarixdə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, ifadəsi yerində yoxlanılan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında yerləşən yaşayış binasının giriş hissəsini və birinci mərtəbədə yerləşən * nömrəli mənzilin giriş qapısını göstərərək qeyd etmişdir ki, həmin mənzil ona məxsusdur və orada yaşamışdır. ##.##.2025-ci il tarixdə saat 12 radələrində Oğuz şəhər qəbiristanlığında dəfn mərasimində olarkən tanışı Məhəmməd İsmayılov ona yaxınlaşaraq ondan narkotik vasitə almaq istəmiş, orada Məhəmməddən 40 manat pul alıb, mobil nömrəsini də götürərək xəbər edəcəyini bildirmişdir və evində saxladığı narkotik vasitə qurudulmuş marixuananı 2 ədəd salfet bükümündə qablaşdıraraq yaşadığı həmin evin giriş qapısının qarşısında olan rezin ayaqaltının altına qoymuş və həmin gün saat 14 radələrində Məhəmmədə zəng edərək narkotik vasitəni qoyduğu yer barədə məlumat verərək onu tez oradan götürməsini istəmişdir. Bundan sonra işi olduğu üçün evdən çıxıb getmiş, təxminən saat 19 radələrində ayaqaltının altına qoyduğu narkotik vasitənin oradan olmadığını görmüş və onun oradan Məhəmməd tərəfindən götürüldüyünü başa düşmüşdür. təqsirləndirilən şəxs2 həmçinin narkotik vasitəni Oğuz rayonu ərazisində meşəlik sahədən tapdığını, lakin həmin yeri xatırlamadığını, ona görə də narkotik vasitəni tapdığı yeri göstərə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmçinin ## ####### 2025-ci il tarixdə təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlunun istintaqa veriyi ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, ifadəsi yerində yoxlanılan təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlu ilk öncə Oğuz şəhəri, S.Qazıyev küçəsində yerləşən Oğuz şəhər qəbiristanlığını göstərərək bildirmişdir ki, təqsirləndirilən şəxs2lə ##.##.2015-ci il tarixdə saat 12 radələrində orada rastlaşıb ondan “nəşə” istəmişdir. təqsirləndirilən şəxs2 buna razılıq verdikdən sonra ona 40 manat pul vermiş, həmçinin onun mobil nömrəsini götürmüşdür. Məhəmməd İsmayılov qəbiristanlıqda təqsirləndirilən şəxs2 40 manat pul veri yeri təqdim etdikdən sonra isə təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısına gedilmiş və Məhəmməd İsmayılov bildirmişdir ki, qeyd olunan tarixdə saat 14 radələrində təqsirləndirilən şəxs2lə telefon əlaqəsi saxlayan zaman sonuncu ona narkotik vasitəni 2 ədəd salfet bükümündə qablaşdıraraq yaşadığı həmin binanın birinci mərtəbəsində yerləşən evinin giriş qapısının qarşısında olan rezin ayaqaltının altına qoyması barədə məlumat verərək onu tez oradan götürməsini istəmiş, ona görə də həmin yerə gedərək təqsirləndirilən şəxs2 yaşadığı mənzilin giriş qapısının qarşısında olan 2 ədəd salfet bükümündə olan narkotik vasitəni oradan götürmüş və özündə saxlamışdır. Sonradan ##.##.2025-ci il tarixdə polis əməkdaşları onu saxlayarkən həmin 2 ədəd salfet bükümündə olan narkotik vasitə üzərindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ## ####### 2025-ci il tarixdə İsmayılov Məhəmməd Məcnun oğlunun və təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrələrlə bağlı Azərbaycan Respublikası DİNin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd diskdə olan məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, İsmayılov Məhəmməd Məcnun oğlunun istifadəsində olan +************ saylı mobil nömrədən təqsirləndirilən şəxs2 istifadəsində olan +************ saylı mobil nömrəyə ##.##.2028- ci il tarixdə saat 11:37-də edilmiş zəng zamanı 49 saniyə, həmin tarixdə saat 12:40-da edilmiş zəng zamanı 20 saniyə, saat 13:54-də edilmiş zəng zamanı 72 saniyə, saat 13:57- də edilmiş zəng zamanı isə 19 saniyə olmuşdur. Bundan əvvəl isə həmin nömrələr arasında əlaqə ##.##.2025-ci il tarixdə qeydə alınmışdır. Belə ki, İsmayılov Məhəmməd Məcnun oğlunun istifadəsində olan +************ saylı mobil nömrədən təqsirləndirilən şəxs2 istifadəsində olan +************ saylı mobil nömrəyə ##.##.2025-ci il tarixdə saat 14:09-da edilmiş zəng zamanı 90 saniyə, saat 14:55-də edilmiş zəng zamanı 60 saniyə, saat 14:59-da edilmiş zəng zamanı 26 saniyə, saat 15:00-da edilmiş zəng zamanı 41 saniyə, saat 18:16-da edilmiş zəng zamanı 2 saniyə və saat 18:18-də edilmiş zəng zamanı 4 saniyə danışıq olmuşdur. Qeyd olunan mobil nömrələr arasında göstərilən tarixlərdən başqa əlaqənin olması müəyyən edilməmiş, həmçinin qeyd edilənlərdən başqa iş üçün əhəmiyyət kəsb edəcək başqa hər hansı məlumat aşkar edilməmişdir və Azərbaycan Respublikası DİNin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş İsmayılov Məhəmməd Məcnun oğlunun və təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrələrlə bağlı məlumatlar əksini tapmış 1 ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin Məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “##.##.2025-ci il Məhəmməd İsmayılovdan aşkar edilmiş bükümlər” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd salfet kağızı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri – 2,63 qram və 3,36 qram, ümumi çəkiləri - 5,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların 0,04 qramı (hər ob. 0,02 qr.) tədqiqata sərf edilmiş, 5,95 qram qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin Məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “##.##.2025-ci il təqsirləndirilən şəxs2 evindən aşkar olunmuş kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 11,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş, üzərində “##.##.2025-ci il təqsirləndirilən şəxs2 evindən aşkar olunmuş kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuana ilə “##.##.2025-ci il Məhəmməd İsmayılovdan aşkar edilmiş bükümlər” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd salfet kağızı bükümlərində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların (1№li ob.) 0,02 qramı və (2,3№li ob.) 0,04 qramı (hər ob. 0,02 qr.) tədqiqata sərf edilmiş 11,93 qramı və 5,91 qramı qalıq qalmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə saat 19:37-də İsmayılov Məhəmməd Məcnun oğlu Oğuz RPŞ-nin TB-nin təhqiqatçısı, R Vasif Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə saat 20:10-da təqsirləndirilən şəxs2 Oğuz RPŞnin TB-nin təhqiqatçısı, R Vasif Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmiş və onun barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, İsmayılov Məhəmməd Məcnun oğlu barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, İsmayılov Məhəmməd Məcnun oğlunda narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı ##.##.2025-ci il tarixli, ** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Oğuz RMX PHŞ-dən daxil olmuş ## ######## 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubdan görünür ki, Oğuz rayon sakini 1962-ci il təvəllüdlü İsmayılov Məhəmməd Məcnun oğlu Oğuz RMX-nın Poliklinika şöbəsinin “Ruhi əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. Oğuz rayon sakini 1985-ci il təvəllüdlü təqsirləndirilən şəxs2 Oğuz RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində ##.##.2021-ci il tarixdən “F12 kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozğunluqları” diaqnozu ilə qeydiyyatdadır. “Ruhi əsəb” kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 əvvəllər Oğuz rayon məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2021-ci ildə Oğuz Rayon Məhkəməsinin Qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli Amnistiya Qərarına sasən cəzasının çəkilməmiş qalan 01 il 05 ay 08 gün hissəsi 01 il azaldılmış və ##.##.2022-ci ildə cəzası başa çatmışdır. Bundan sonra Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Oğuz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ##.##.2025ci il tarixli, **-P/****-**-* nömrəli məktubdan görünür ki, Oğuz rayon məhkəməsinin ##.##.2025ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş təqsirləndirilən şəxs2 barəsində hökmün icrası barədə göstəriş ##.##.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum həmin gün şöbənin probasiya qeydiyyatına alınaraq həmin tarixdən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə ##.##.2025-ci il tarixdə tutulduğu vaxta kimi cəzasının 03 ay 04 gün hissəsi çəkilmiş və 01 il 09 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarında olan Oğuz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, *-**-**-**/*-*****/**** nömrəli məktubdan görünür ki, Oğuz Rayon Məhkəməsinin 1 (054) – **/**** saylı ##.##.2025-ci il tarixli hökmünə əsasən məhkum təqsirləndirilən şəxs2 02 il 02 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və Oğuz rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxs2 “ Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edildiyi üçün Oğuz rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, İsmayılov Məhəmməd Məcnun oğlu Oğuz Rayon Xalq Məhkəməsinin ##.##.1994-cü il tarixli hökmü ilə 2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1 hissəsinə və 23-1-ci maddəsinə əsasən 3 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, Zaqatala Rayon Xalq Məhkəməsinin ##.##.1995ci il tarixli hökmü ilə 2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 190, 190-1, 38, 39-cü maddələri ilə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Nərimanov rayon məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4- cü maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2025-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə 03 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur, ##.##.2025-ci ildə cəzası başa çatmışdır. İş materiallarında olan Oğuz RİHB-nın Oğuz şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, *-**-*/*-**/**** saylı və 5- **-*/*-**/**** saylı arayışlardan görünür ki, İsmayılov Məhəmməd Məcnun oğlu ünvan 5 ünvanında qeydiyyatda olsa da, halhazırda Oğuz şəhəri, S.Qazıyev küçəsi ev 78A ünvanında yaşayır, ailə tərkibi arvadı İsmayılova Südabə Məhəmmədəli qızından və oğlu İsmayılov İsmayıl Məhəmməd oğlundan ibarətdir, həmin arayışlara əlavə edilmiş xasiyyətnamədə onun barəsində Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət xarakterli heç bir yazılı və şifahi müraciət daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan Oğuz RİHB-nın Oğuz şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, *-**-*/*-**/**** saylı və 5- **-*/*-**/**** saylı arayışlardan görünür ki, təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yaşayır, ailə tərkibi arvadı şahid4 və oğlu X5 ibarətdir, həmin arayışlara əlavə edilmiş xasiyyətnamədə onun barəsində Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət xarakterli heç bir yazılı və şifahi müraciət daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ## ####### 2025-ci il tarixdə İsmayılov Məhəmməd Məcnun oğlunun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,91 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, onun üzəri yoxlanılarkən aparılmış video çəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD disk, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya və həmin kütlə ondan götürülərkən aparılmış video çəkilişin görüntülərinə baxış keçirilərkən aparılmış video çəkilişin görüntülərinin köçürüldüyü 1 ədəd DVD disk, təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və baxış keçirilərkən aparılmış video çəkilişin görüntülərinin köçürüldüyü 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, 5,91 qram və 11,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanalar Oğuz RPŞ-nin maddi sübut otağına təhvil verilmiş, ümumilikdə 03 ədəd DVD diskin isə cinayət işinin istintaq materiallarına əlavə olunması nəzərə alınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlunun birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, İsmayılov Məhəmməd Məcnun oğlu “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının onun barəsində tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan *** №-li ("X10 batalyonu") hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrində, Azərbaycan Respublikası Müdafiə nazirinin 1992-ci il tarixli əmrlərində qeyd olunmuş "X10" batalyonunun və "Azərbaycan Qarabağ Könüllü Özünümüdafiə dəstəsinin” şəxsi heyətinin siyahısında İsmayılov Məhəmməd Məcnun oğlu barədə məlumat aşkar edilməmişdir. İsmayılov Məhəmməd Məcnun oğlunun xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən cavab məktubu barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında yazılmışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizası əsasında məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı ##.##.2026-cı il tarixli, **/KEŞ nömrəli rəyindən görünür ki,
1. təqsirləndirilən şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun "İnfeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virusu xəstəliyi (İİV-infeksiya), IV kliniki mərhələ. Sol beyin yarımkürəsinin təpə payında 16x15 mm ölçülərdə törəmə” xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir.
2. təqsirləndirilən şəxs2 düçar olduğu xəstəliklər xroniki gedişlidir.
3. təqsirləndirilən şəxs2 düçar olduğu xəstəliklər onun hal-hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə maneçilik törətmir və təcridxana şəraitində saxlanılması mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciət vərəqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxs2 orqanizm funksiyalarının 85% pozulmasına görə birinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxsdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində qoyulan başlıca məsələ təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmək fikrində olmadığı halda Məhəmməd İsmayılovun təqsirləndirilən şəxs2 ona narkotik vasitə verməyə məcbur etməsilə bağlıdır. Şikayətdə həmçinin birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini deyil, ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrinin mötəbər sübut kimi qəbul edildiyi göstərilmişdir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərilə bağlı aşağıdakıları qeyd edir. Öncə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə saat 12 radələrində uzaq qohumu Tamellanın dəfn mərasimi ilə bağlı Oğuz şəhər ərazisində yerləşən qəbirstanlığa getmiş, həmin dəfn mərasimində Məhəmməd ona yaxınlaşmış və ona narkotik vasitə almaq istədiyini bildirmiş, o da Məhəmmədə narkotik vasitə sata biləcəyini demiş, bundan sonra Məhəmmədlə razılaşmış, Məhəmməddən ona verəcəyi narkotik vasitə olan marixuana ilə bağlı bir dəfə iyirmi manat və iyirmi manat da bir dəfə, cəmi qırx manat pul almış, Məhəmməd istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan nömrəyə zəng etmiş, həmin vaxt Məhəmmədə narkotik vasitəni yaşadığı Oğuz şəhəri, H.Əliyev küçəsi bina 15, mənzil 1-də yerləşən evinin giriş qapısının qarşısında olan rezin ayaqaltının altına qoyduğunu bildirib, ondan tez həmin narkotik vasitəni gəlib götürməsini istəmiş, bundan sonra işi olduğu üçün evdən çıxıb getmiş, həmin gün axşam saat 19 radələrində evə geri qayıtdıqda həmin rezin ayaqaltının altına baxdıqda narkotik vasitənin yerində olmadığını görmüş və Məhəmmədin götürdüyünü başa düşmüşdür. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayılov Məhəmməd Məcnun oğlu ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, Sərxan adlı şəxsin narkotik vasitələr satdığını eşitmiş, ##.##.2025-ci il tarixdə saat 12 radələrində dəfn mərasimi ilə bağlı Oğuz şəhər ərazisində yerləşən qəbirstanlıqda olarkən Sərxanı görmüş, bu vaxt ondan narkotik vasitə almaq istəmiş, bu məqsədlə Sərxana yaxınlaşmış və ona “mənə şey lazımdır, təşkil edə bilərsən?” deyə soruşmuş, bu vaxt Sərxan ondan nə qədər istədiyini soruşduqda ona qırx manatlıq istədiyini bildirmiş, bundan sonra Sərxan öncədən qırx manatı istədiyi üçün həmin pulu ona vermiş, həmçinin Sərxanın *** *** ** ** saylı mobil nömrəsini götürmüş və Sərxan 1-2 saata zəng edərsən deyərək çıxıb getmiş, təxminən saat 14 radələrində Sərxan istifadəsində olan *** *** ** ** saylı mobil nömrəsinə öz istifadəsində olan 077- ***-**-** saylı nömrədən zəng edərək, malın hazır olub-olmadığını soruşduqda, Sərxan yaşadığı evin qarşısında (blokda) ayaqaltı rezin olduğunu, narkotik vasitəni həmin ayaqaltı rezinin altına qoyduğunu bildirmiş, təxminən yarım saat sonra Sərxanın dediyi yerdən 02 ədəd ağ salfet bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı götürmüş və oradan uzaqlaşmışdır. Apellyasiya məhkəmə kollegiyasının iclasında isə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Məhəmməd İsmayılova narkotik vasitə olan marixuana verdiyini qəbul etsə də, həmin narkotik vasitəni ona əvəzsiz olaraq verdiyini, Məhəmməd İsmayılovdan qırx manat pul alsa da həmin pulu narkotik vasitənin əvəzində deyil, özünə dərman almaq üçün aldığını göstərmiş, təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğlu isə təqsirləndirilən şəxs2 ona narkotik vasitə verdiyini, dərman almağa imkanı olmadığı üçün təqsirləndirilən şəxs2 qırx manat pul verdiyini göstərmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs2 və İsmayılov Məhəmməd Məcnun oğlunun həm məhkəməyədək icraat dövründə, həmçinin birinci instansiya və apellyasiya məhkəmə icraatı zamanı verdikləri ifadələrdən apellyasiya şikayətində qeyd edildiyi kimi Məhəmməd İsmayılovun təqsirləndirilən şəxs2 ona narkotik vasitə verməyə məcbur etməsi müəyyən edilməmişdir. Bundan başqa ibtidai istintaq zamanı DİN-in İnformasiya və Komunikasiya idarəsindən daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, İsmayılov Məhəmməd Məcnun oğlunun istifadəsində olan +************ saylı mobil nömrədən təqsirləndirilən şəxs2 istifadəsində olan +************ saylı mobil nömrəyə ##.##.2025-ci il tarixdə saat 11:37-də edilmiş zəng zamanı 49 saniyə, həmin tarixdə saat 12:40-da edilmiş zəng zamanı 20 saniyə, saat 13:54-də edilmiş zəng zamanı 72 saniyə, saat 13:57-də edilmiş zəng zamanı isə 19 saniyə olmuşdur. Bundan əvvəl isə həmin nömrələr arasında əlaqə ##.##.2025-ci il tarixdə qeydə alınmışdır. Tədqiq edilmiş telefon danışıqlarına dair məlumatlardan da görünür ki, təqsirləndirilən şəxs2 və Məhəmməd İsmayılov arasında olan telefon danışığı ##.##.2025-ci il tarixə təsadüf etmişdir ki, bununla da Məhəmməd İsmayılovun təqsirləndirilən şəxs2 ona narkotik vasitə verməyə məcbur etməsini təsdiq edəcək hal müəyyən edilməmişdir. Göründüyü kimi tədqiq edilmiş iş materiallarından təqsirləndirilən şəxs2 narkotik vasitənin satışına təhrik edilməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və İsmayılov Məhəmməd Məcnun oğlunun ifadələrində qırx manat pulun narkotik vasitənin alışı üçün deyil, təqsirləndirilən şəxs2 dərman alması üçün verilməsilə bağlı hissəsini də işin faktiki hallarına uyğun olmayan, iş materialları ilə təkzib edilən ifadə kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün əsaslar yoxdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi dəlillərin işin faktiki hallarına uyğun olmamaqla həqiqəti əks etdirməyən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanan dəlillər kimi qəbul edir. Bundan başqa məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə verilmiş ittiham üzrə özünü təqsirli bilərək İ qrup əlil olmasını, üç ağır xəstəlikdən əziyyət çəkməsinin nəzərə alınaraq ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona daha yüngül cəza təyin edilməsi ilə bağlı göstərdiyi xüsusatlara münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli - Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, orqanizm funksiyalarının 85% pozulmasına görə birinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxs olmasını onun cəzasını yüngülləşdirən hal olmasını və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin, apellyasiya məhkəməsi araşdırması zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İ qrup əlil olmasını, üç ağır xəstəlikdən əziyyət çəkməsini göstərmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizası əsasında məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı ##.##.2026-cı il tarixli, **/KEŞ nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 düçar olduğu xəstəliklər onun hal-hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə maneçilik törətmir və təcridxana şəraitində saxlanılması mümkündür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli ** saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd-sosial ədalətin bərpası, məhkumun islah edilməsi, yeni cinayətlər törədilməsinin qarşısının alınması qoyulmuşdur. Qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Cinayət qanunvericiliyində cəzaya münasibətdə sosial ədalətin nədən ibarət olması ədalət prinsipini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 8 və 58-ci maddələrində açıqlanmışdır. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Bu cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur. Başqa sözlə, CM-in 58-ci maddəsinin nəzərdə tutduğu müəyyən cəzanı yüngülləşdirən hallara həddindən artıq önəm verilməsi və digər halda isə cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirli bilinən şəxsin şəxsiyyəti isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Ali Məhkəmənin Plenumunun müvafiq izahlarına əməl edilmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi kifayət qədər nəzərə alınmışdır. Şərh olunanlardan da göründüyü kimi, məhkəmə cəza təyininin əsaslarını müəyyən edən cinayət qanununun normalarını, Ali Məhkəmənin müvafiq izahlarını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq cəza təyin etmişdir. Həmin cəza cinayətin ağırlığına uyğun cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail oluna bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi CM-in 234.2-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun və əsaslı hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İsmayılov Məhəmməd Məcnun oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmalı, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili müdafiəçi2 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına, təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğluna məhkəmə baxışı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayılov Məhəmməd Məcnun oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili müdafiəçi2 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs İsmayılov Məhəmməd Məcnun oğluna məhkəmə baxışı zamanı göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.