Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-221/2026 17.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Tural Əfəndizadə, hakimlər Günay Aşurova, Xaliq Məmmədov) ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə, ## ##### 1958-ci ildə Ucar rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Ucar RPŞ-də saxlanılan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş bir ədəd şalvar, bir ədəd jaket, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş bir ədəd uzunqol köynək, bir ədəd kalqotka, bir ədəd tumanın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, 01 ədəd diskin iş materiallarında saxlanılmasının nəzərə alınması, iş üzrə 166 (yüz altmış altı) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edildiyini, ona verilmiş cəzanın ağır olduğunu, cəza təyin edilərkən asma xəstəsi olması, 68 yaşı olması, müalicəyə ehtiyacı olmasının nəzərə alınmadığını bildirərək Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmünün dəyişdirilərək daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verdiyini, hazırda həmin şikayətdən imtina etdiyini və şikayətə baxılmasını istəmədiyini bildirərək bu barədə ərizəsini məhkəmə kollegiyasına təqdim etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsini və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Cinаyət-Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən vermiş olduğu apellyasiya şikayətindən imtina edərək onu geri götürdüyünü və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Qeyd edilənlərə əsаsən və Cinayət-Prosessual Məcəlləsinin 390, 396 və 410-cu mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən vermiş olduğu apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-221/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-221/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver