Məhkəmə qərarları › İş №1(3-10)-223/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-223/2026

16.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-223/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Xəlilov Ismət Xanlar oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı (sədrlik edən hakim: Hümbət Səlimov) hökmü ilə, ## ####### 1983-cü il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 1(bir) ay 2(iki) gün cəkilməmiş cəzası qalan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təyin edilmiş 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan, 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 ay 2 gün azadlıqdan məhrumetmə cəzasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməsi və ona qəti olaraq 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Onun ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir günə bir gün hesablanmaqla, cəmi 02 (iki) gün müddətin həmin cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun narkomaniyadan məcburi müalicə olunması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surətinin yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanması, ekspertiza tədqiqatının dəyəri 71.86 manatın (yetmiş bir manat 86 qəpik) təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzi; VÖEN **********; AZ34CTRE00000000000002088501,X9, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ 01360100000003003944 SWIFT BIK CTREAZ22 hesaba köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumilikdə təmiz çəkisi 8,43 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 8,38 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməsi, iş üzrə maddi sübut olan iki ədəd diskin cinayət işinin materiallarında saxlanması hökm edilmişdir. işin halları: Istintaq orqanının mövqeyinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 8,43 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2026-cı il tarixdə saat 14:51-də Balakən rayon Sarıbulaq kəndi ərazisində yolda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman həmin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana bir ədəd qara rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün ləğv edilməsini və dərhal məhkəmə iclas zalından azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən himayəsində iki azyaşlı uşağın olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs izahatında bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Odur ki, məhkəmə kollegiyasında ona köməklik göstərilməsini və cəzasının endirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hökmünün cəzaya aid hissədə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunidir. Bu həddən aşağı cəzanın təyin edilməsi üçün heç bir əsas görmür. Odur ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini və hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. hüquq məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Balakən rayonu Mahamalar kəndində yaşayır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, həbs edilənə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin * saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. ## #### 2026-cı il tarixdə Balakən rayonu Sarıbulaq kəndində yaşayan bir nəfər qadın ondan DIN-nin “102” Xidməti-Zəng Mərkəzinə şikayət etmiş, bununla əlaqədar polis əməkdaşları onu Balakən şəhərində saxlayaraq Balakən Rayon Polis Şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində 1 qramdan da az narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Sonra onu Balakən rayonu Sarıbulaq kəndinə aparmışlar və orada ondan 11,4 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunmasına dair sənədləşmə aparılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı psixi, fiziki zorakılıq tətbiq olunmamışdır. O, bu barədə heç bir orqana müraciət etməmişdir. Özünü təqsirli bilmir. Ona bəraət verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞnin Qabaqçöl polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. ## #### 2026-ci il tarixdə Balakən rayon Mahamalar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində saxlaması barədə Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur.Daha sonra daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması ilə bağlı Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinin rəhbərliyinə raportla müraciət etmiş və ## #### 2026-cı il tarixdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 14:51-də Balakən rayon Sarıbulaq kəndi ərazisində yol kənarında tərəflərindən saxlanılmış, ona özlərini təqdim edərək üzərində narkotik vasitə əldə edib istifadə etməsi narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmişdir. Daha daha sonra ona hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir.Həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, üzərindən 1 dəfə istifadə etdiyini, həmin bitki kütləsini 2 ay əvvəl yaşadığı Balakən rayonu Mahamalar kəndi ərazisində tapdığını, şəxsi istifadəsi üzərində saxladığını, başqa yerdə narkotik vasitə saxlamadığını, kiməsə satmaq və vermək niyyətində olmadığını bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və onun üzərindən hər hansı bir narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisi 11,4 qram təşkil etmişdir. Bundan sonra həmin bitki kütləsi qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Təqsirləndirilən şəxs üstünü yoxlama prosesi Balakən rayon Sarıbulaq kəndi ərazisində keçirilmiş və Samsung A56 markalı mobil telefonun video kamerası ilə Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin polis nəfəri şahid1 tərəfindən fasiləsiz olaraq qeydə alınmışdır.Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin inzibati binasında tərtib edilmişdir.Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk əlavə olunmuşdur.Daha sonra həmin material və maddi sübutlar təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Həmid Tanrıverdiyev tərəfindən maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının əks olunduğu diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onda olan narkotikin çəkisinin bir qramdan az olması, onun Balakən şəhərində saxlanılması, sonra Sarıbulaq kəndinə aparılması barədə göstərdikləri yalandır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Balakən rayonu Sarıbulaq kəndində saxlanmış, onun üstü orada yoxlanmış, üstü yoxlama tədbiri keçirilərkən fasiləsiz audio-video çəkiliş aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı etirazı olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsir göstərilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin ITB-nin sahə polis nəfəri şahid3 və Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin polis nəfəri şahid1 şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.Onlar da bildirmişlər ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onda olan narkotikin çəkisinin bir qramdan az olması , onun Balakən şəhərində saxlanılması, sonra Sarıbulaq kəndinə aparılması barədə göstərdikləri yalandır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Balakən rayonu Sarıbulaq kəndində saxlanmış, onun üstü orada yoxlanmış, üstü yoxlama tədbiri keçirilərkən fasiləsiz audio-video çəkiliş aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı etirazı olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan ## #### 2026-cı il tarixdə Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili şahid2 tərəfindən tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə saat 14:51-də Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi üzərində saxlamasında, daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs Balakən rayonu Sarıbulaq kəndi ərazisində saxlanılmış, sonuncuya hüquq və vəzifələri,o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur.Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən rayonu Sarıbulaq kəndi ərazisində üzərini yoxlamağa başlanmışdır.Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində olan 1 ədəd sellofan bükümü təqdim etmiş və bükümün içərisində nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuana olduğunu, üzərindən bir dəfə istifadə etdiyini bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 11,4 qram olduğu müəyyən olunmuşdur.Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik tərkibli bitki olan marixuananı iki ay əvvəl yaşadığı, Balakən rayon Mahamalar kəndi ərazisində yerləşən yolun qırağında, kol-kosun içərisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, üzərində əlavə olaraq narkotik vasitə olmadığını bildirmişdir.Üstünü yoxlama Balakən rayonu Sarıbulaq kəndi ərazisində keçirilmişdir. Üstünü yoxlama zamanı «Samsung A 56” markalı mobil telefon ilə Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri, R şahid1 tərəfindən video çəkiliş aparılmışdır.Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin Qabaqçöl PB-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üstünün yoxlanması zamanı video-görüntünün qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmiş və protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan ## #### 2026-cı il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən tərtib olunmuş “təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və üzərində saxlamasında şübhəli bilindiyi üçün, ## #### 2026-cı il tarixdə Balakən rayonu Sarıbulaq kəndi ərazisində saxlanılaraq üstü yoxlanılmış, bu zaman üzərindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur.Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə açılmadan vizual baxış keçirilmiş, həmçinin 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən sadalananlar götürülmüşdür. Daha sonra 1 (bir) ədəd DVD diskə “Acer” markalı kompüterdə baxış keçirilən zaman diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunması baradə bildirməsi öz əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı «Panasonic» markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, R Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur.Iştirakçılar tərəfindən şikayət, təklif və protokola əlavə qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi zamanı videogörüntünün qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmiş və protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə bioloji ekspertizasının ## #### 2026-cı il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərindən çıxan büküm” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi - 8,43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının ## ### 2026-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan ## #### 2026-cı il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2026-cı ildə saat 17:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. O, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan-## #### 2026-cı ildə saat 14:51-dən tutulmuş hesab edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*** nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Cinayət işi materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-***/** nömrəli hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Şəki Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixlki *(***)- **/**** nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının 01 (bir) il hissəsini çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir. Cinayət işi materiallarında olan 23 mart 2026cı il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 mart 2026-cı il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və 23 mart 2026-cı il tarixdə saat 14:51-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BƏSII tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Balakən rayon IHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kəndində yaşayır. Cinayət işi materiallarında olan Balakən rayon IHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləriatası, anası,qızı,qardaşı və qardaşı uşaqlarıdır. Cinayət işi materiallarında olan Balakən rayon IH Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət * saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin ## #### 2026-cı il tarixli, 3- 1617/45/268/2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, * saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixə çəkilməmiş cəzası 1 ay 2 gün təşkil edir. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Yekəyev Ramal Elçin oğlu ## ###### 2013-cü ildə anadan olmuşdur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı, o cümlədən narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə kolegiyası ona görə belə qənaətə gəlir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 8,43 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2026-cı il tarixdə saat 14:51-də Balakən rayon Sarıbulaq kəndi ərazisində yolda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman həmin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana bir ədəd qara rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl ## #### 2026-cı il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən birinci instansiya məhkəməsinin təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə, yəni 8,43 qram olan çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımışdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri məcmu halda nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını və dərhal məhkəmə iclas zalından azadlığa buraxılmasını xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini də əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən- və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının qənaətincə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını (hökmün 11-ci səhifəsində qeyd olunmuşdur) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin CM-nin 61-ci maddəsinə təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmaması qənaətinə gəlmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər də məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il ## ### tarixli Qərar). Belə olan halda, məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X2 tapşırılmışdır. X5 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə X5 55 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. X5 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait X2 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar