Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-232/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R Dövlət ittihamçısı iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi, həmçinin vəkili müdafiəçi1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə ilkin açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Ceyhun Əhmədov) ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmü ilə, ##.##.1999-cu ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, himayəsində 2 azyaşlı uşağı olan, Şəki Rayonu, Sarıca Kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilib, həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal həbs edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi ## #### 2026-cı ildən hesablanması, iş üzrə maddi sübutun mülki idianın və üzərinə həbs qoyulmuş əmlakın olmamasının nəzərə alınması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 manat məbləğində məhkəmə məsrəfinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501, SAP (XIIS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22 hesabına ödənilməsi, iş üzrə mülki iddia və maddi sübutun olmamasının nəzərə alınması hökm edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi, həmçinin vəkili müdafiəçi1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi, həmçinin vəkili müdafiəçi1 verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün dəyişdirilməsini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmasını, bu mümkün olmadıqda cəzanın şərti olaraq tətbiq edilməsini və ya uşaqları 14 yaşına çatanadək cəzanın təxirə salınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün dəyişdirilməsi, ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-nin 79cu maddəsi tətbiq edilməsi və himayəsində olan övladları (X2, X1) 14 yaşına çatanadək ona təyin edilmiş cəzanın təxirə salınması və məhkəmə iclas zalından azad olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs və onun nümayəndəsi, həmçinin vəkili və təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə iclasına gəlməmiş, təqsirləndirilən şəxs məhkəmə iclasında iştirakının təmin olunmasını xahiş etməmişdir. Məhkəmə kollegiyası hazırki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R Dövlət ittihamçısı iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirdib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, cinayət işinin materialları birinci instansiya məhkəməsinə qaytarılmalı və CPM-in 388 və 391.6.4-cü maddəsində göstərilən tələblərin birinci instansiya məhkəməsi tərəfindən yerinə yetirilməsi üçün 10 gün müddət təyin edilməlidir. Belə ki, iş materialları tədqiq olunan zaman müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının audioyazısı iş materiallarına əlavə edilməmiş, eləcə də verilmiş apellyasiya şikayətlərinin surətləri tərəflərə göndərilərək onlara öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququ və müddəti izah olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 388.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olduqdan sonra birinci instansiya məhkəməsi 48 saat müddətində onların surətlərini bu Məcəllənin 383.1 və 383.2-ci maddələrində göstərilən şəxslərə təqdim edir və ya göndərir və onlara bu sənədlərə dair öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu və müddətini izah edir. Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsinə əsasən cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının protokolu və məhkəmə iclasının audioyazısı, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı çıxarılmış hökm və ya qərar olmadıqda apellyasiya instansiyası məhkəməsi cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 391.7.1-ci maddəsinə əsasən Bu Məcəllənin 391.6-cı maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə yol verilmiş pozuntuların aradan qaldırılması üçün 10 (on) gündən çox olmamaq şərtilə müddət təyin edir və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə göndərir. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, cinayət işi qərarın təsviri-əsaslandırıcı hissəsində yol verilmiş pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsi qaytarılmalı, CPM-in 388 və 391.6.4-cü maddələrində göstərilən tələblərin birinci instansiya məhkəməsi tərəfindən yerinə yetirilməsi üçün 10 gün müddət təyin edilməlidir. Qeyd edilənlərə əsasən və CPM-in 391-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cinayət iş materialları hazırki qərarın təsviri-əsaslandırıcı hissəində yol verilmiş pozuntuların aradan qaldırılması üçün Şəki Rayon Məhkəməsinə məhkəməsi qaytarılsın. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən CPM-in 388 və 391.6.4-cü maddələrində qeyd olunan tələblərin yerinə yetirilməsi üçün cinayət işi Şəki Rayon Məhkəməsinə daxil olduqdan sonra 10 (on) gün müddət təyin edilsin və qeyd olunan tələblər yerinə yetirildikdən sonra cinayət işi Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardan bir ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-232/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-232/2026
02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver