Məhkəmə qərarları › İş №1(3-10)-71/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-71/2026

07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-71/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 Rəfail qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qax Rayon Məhkəməsinin(sədrlik edən M.Zeynalov) ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə, ## ####### 1960-cı il tarixdə Qax rayonu Qaxbaş kəndində doğulmuş, evli, Azərbaycan Respubikasının vətəndaşı, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1ndə qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 314.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə «01» (bir) il, «06» (altı) ay müddətinə (dövlət orqanlarında, dövlətin adından yaradılan publik hüquqi şəxslərdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və yerli özünü idarə orqanlarında o cümlədən qaz təsərrüfatı, sahəsində maddi və məsul vəzifə tutma) hüququndan məhrum edilməklə «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, əsas cəzanın icra müddəti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan əlavə cəzanın icrası hökm qanuni qüvvəyə mindiyi andan hesablanması, hökmün icrası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılması, üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 1 ünvanda yerləşən evini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması hökm edilmişdir. . İŞİN HALLARI: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ## #### 2014-cü il tarixli, 264-k №li əmrə əsasən X4 İstismarı İdarəsinin Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsində işləyərkən «Azəriqaz»İB-in X4 İstismarı İdarəsinin rəisi S.Q.Bayramov tərəfindən təsdiq olunmuş ## #### 2023-cü il tarixli X4 İstismarı İdarəsinin Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisinin peşə təlimatının 2.6-cı bəndinin və Qaz təsərrüfatında təhlükəsizlik qaydaların»ın 3.86, 3.96, 3.102, 9.239-cu bəndlərinin, «Qazdan istifadə Qaydaları»ın 3.2.12, 3.4.7-ci bəndlərinin tələblərinə əsasən xidmət göstərdiyi ərazidə istehlakçıların balans mənsubiyyəti sərhəddi (qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qaz paylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi) aktı çərçivəsində qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarının, habelə havalandırma və hava dəyişmə xəttlərinin işçi vəziyyətdə olmasına və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi, həmçinin bu məqsədlə həyata keçirilən müayinə xidməti işlərinin tərtib edilmiş plan-qrafıklərdə nəzərdə tutulan müddətlərdə həyata keçirilməsi vəzifəsini daşıdığı halda həmin vəzifənin tələblərini pozaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli Qərarı ilə təsdiqlənmiş «Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası»na uyğun olaraq qaz xəttlərini ətraflı müayinə etmədən «Müayinənin nəticəsinə dair 1023259 №li, ## #### 2024-cü il tarixli akt tərtib etmiş və həmin aktda hər hansı bir nöqsanın aşkar olunmadığını qeyd etməklə X2 ailəsi ilə birlikdə kirayə yaşadığı ünvan 1ndə şahid10 qızma məxsus fərdi yaşayış evinin hamam otağında istifadə olunan qaz ilə işləyən kombi tipli su qızdırıcısının tüstü borusunda sormanın normal olmaması (dəm qazının otağa dolması), hamam otağına təmiz havanın daxil olması üçün qapının aşağı hissəsinə ara məsafəsinin olmaması və qaz cihazının quraşdırıldığı otağın havasının daimi olaraq dəyişməməsi, yanma məhsulları ilə birlikdə dəm qazının otağa dolmasını və getdikcə toplanmasını çatışmazlıq kimi qeyd etməli olduğu halda etməmiş, bununla da qeyd olunan fərdi yaşayış evinin hamam otağında istifadə olunan qaz ilə işləyən kombi tipli su qızdırıcısının tüstü borusunda sormanın normal olmamasına, eləcə də, hamam otağının qapısının aşağı hissəsində otağa təmiz havanın daxil olması üçün müəyyən edilmiş (0.02 m2) ara məsafənin açılmamasına baxmayaraq, müayinə zamanı həmin halların aşkar edilib müvafiq tədbirlərin görülməsi həyata keçirilmədiyinə görə, «Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 3.86, 3.96, 3.102, 9.239 bəndlərinin tələbləri» fərdi yaşayış evində müayinəni həyata keçirən zaman onun tərəfindən pozulmaqla vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməsindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs T.Zərərçəkmiş şəxsin hüquqi varisi dəm qazından zəhərlənərək ölməsi kimi ağır nəticəyə səbəb olmuşdur İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 Rəfail qızı tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya şikayətinin, protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı2 verdiyi apellyasiya protestinin onunla əsaslandırnmışdır ki, Qax Rayon Məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CMin 314.2-ci maddəsi ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar ədalətsiz və yüngül cəza təyin etmişdir. Protestdə əsas gətirilir ki, məhkəmə cəzanı yüngülləşdirən hallar kimi təqsirləndirilən şəxsin səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə almışdır. Lakin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almamış, cinayətin üstünün açılmasına fəal kömək etməmiş, dəymiş ziyanı ödəməmişdir. Bundan başqa, əvvəllər məhkum olunmaması hadisələrin təsadüfi axarı zəminində törədilmədiyi halda məhkəmə tərəfindən əsassız olaraq yüngülləşdirici hal kimi qəbul edilmişdir. Protestdə həmçinin vurğulanır ki, məhkəmə cəza təyin edərkən bu halları əsaslandırmamış, müvafiq motivləri hökmdə göstərməmişdir. İnsan həyatının səhlənkarlıq nəticəsində itirilməsi cəmiyyət üçün ən ağır nəticələrdən biri olmasına, qanunvericinin CM-in 314.2-ci maddəsinin sanksiyasında ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlığın ictimai təhlükəliliyini yüksək qiymətləndirməsinə baxmayaraq, məhkəmə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növünün ən aşağı həddini tətbiq etmişdir. Zərərçəkmiş şəxs X2 gənc olması, hakim vəzifəsinə yeni təyin edilməsi, evli olması və azyaşlı uşaqlarının ata himayəsindən məhrum qalması da protestdə qeyd olunaraq, təyin edilmiş cəzanın ədalətli olmadığı bildirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təkilif etdiyi həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 Rəfail qız apellyasiya şikayətini onunla əsaslandımışdır ki, onun müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətə müəyyən vəzifələr tutma hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Müdafiəçi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hökm çıxararkən Cinayət Məcəlləsinin tələblərini pozmuş, cəzanın təyin edilməsində ədalət, mütənasiblik və cəzanın fərdiləşdirilməsi prinsiplərinə əməl etməmişdir. Şikayətə əsasən, təqsirləndirilən şəxs istintaqın başlandığı ilk gündən əməli tam və səmimi şəkildə etiraf etmiş, istintaq orqanları ilə əməkdaşlıq etmişdir. Bundan başqa, müdafiəçi bildirmişdir ki, məhkum edilmiş şəxs törətdiyi əmələ görə səmimi peşmançılıq göstərmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxs də ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Müdafiəçinin iddiasına görə, təqsirin etiraf olunması, səmimi peşmançılıq, zərərin ödənilməsi və zərərçəkmiş şəxslə barışıq Cinayət Məcəlləsinə əsasən cəzanı yüngülləşdirən hallar olduğu halda, məhkəmə bu halları kifayət qədər nəzərə almamış və barəsində ağır cəza təyin etmişdir. Müdafiəçi həmçinin, məhkum edilmiş şəxsin ailə vəziyyətini, himayəsində şəxslərin mövcudluğunu, əvvəllər məhkum olunmamağını və cəmiyyət üçün təhlükəli şəxs olmamağını da nəzərə alınmalı hallar kimi göstərmişdir. Şikayətdə qeyd edilmişdir ki, iş üzrə mövcud olan yüngülləşdirici halların məcmusu Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün kifayət qədər əsas yaratdığı halda, məhkəmə bu normanı tətbiq etməmişdir. Odur ki, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestində olan dəlillər ilə razı olmadığını, həmin hissədə protestin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, apellyasiya şikayətinin təmin edilməməsi, təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, apellyaisya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində və proteestinə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 314.2ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Öyrənilən işdən bəlli olur ki, müdafiəçinin şikayətində, birinci instansiya məhkəməsinin cəzanın təyin edilməsi zamanı CM-in 62-ci maddəsini (cəzanın daha yüngül növündə və ya həddində təyin edilməsi) tətbiq etməməsi, yüngülləşdirici halları (əməlin etirafı, səmimi peşmançılıq, zərərçəkmişlə barışmaq) kifayət qədər nəzərə almaması iddia edilir. Lakin məhkəmə kollegiyası bu iddiaları əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi hökmdə təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər məhkum olunmadığını, əməlini etiraf etdiyini və səmimi peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bununla belə, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, müdafiəçinin istinad etdiyi “zərərçəkmiş şəxslə barışma” və “zərərin ödənilməsi” kimi hallar iş materialları ilə təsdiq edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir tələbinin olmaması, barışıq və ya zərərin ödənilməsi faktını sübut etmir. Bundan başqa, təqsirləndirilən şəxs könüllü şəkildə istintaqa gəlməmiş və cinayətin üstünün açılmasına fəal kömək etməmişdir. Müdafiəçinin əsas arqumentləri cəzanın yüngülləşdirilməsinə, o cümlədən CM-in 62-ci maddəsinin tətbiq edilməməsinə, səmimi peşmançılıq, əməlin etirafı və zərərçəkmişlə barışıq kimi halların tam nəzərə alınmamasına yönəlmişdir. Məhkəmə kollegiyası bu dəlilləri təhlil edərək aşağıdakı nəticələrə gəlmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinin tələblərinə tam riayət etmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini obyektiv şəkildə qiymətləndirmişdir. Təqsirləndirilən şəxsin əməlini etiraf etməsi və səmimi peşmançılığı məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hallar kimi qəbul edilmiş və nəzərə alınmışdır. Bu hallar hökmdə öz əksini tapmışdır. Bununla belə, müdafiəçinin istinad etdiyi «zərərçəkmiş şəxslə barışıq» halı iş materialları ilə təsdiq edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmaması, barışıq faktını sübut etmir, çünki barışıq iki tərəfin iradəsini əks etdirən ikitərəfli prosessual hərəkətdir. CM-in 62-ci maddəsinin tətbiqi üçün qanun müstəsna halların olmasını tələb edir. Belə müstəsna hallar sırasına, məsələn, cinayətin ağır nəticələrinin qarşısının alınması, təqsirləndirilən şəxsin cinayətin üstünün açılmasına fəal kömək etməsi, dəymiş ziyanın könüllü ödənilməsi və s. aiddir. İş materiallarında bu cür hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs könüllü şəkildə istintaqa gəlməmiş, cinayətin üstünün açılmasına fəal kömək etməmiş, nəticələrin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Birinci instansiya məhkəməsi artıq sanksiyada nəzərdə tutulmuş ən yüngül cəza növünü – azadlığın məhdudlaşdırılmasını tətbiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah oluna biləcəyi qənaətinə gəlmişdir ki, bu da cəza siyasətinin humanistləşdirilməsi istiqamətində dövlət siyasətinə tam uyğundur. Azadlığın məhdudlaşdırılması cəzası, müəyyən məhdudiyyətlər qoymaqla yanaşı, təqsirləndirilən şəxsin əmək fəaliyyətini davam etdirməsinə, ailəsinin qayğısına qalmasına imkan verir ki, bu da onun islah olunmasına daha effektli təsir göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçinin şikayətində cəzanın yüngülləşdirilməsi ilə bağlı irəli sürdüyü arqumentlər məhkəmə tərəfindən nəzərdən keçirilmiş və onlara müvafiq hüquqi qiymət verilmişdir. Məhkəmənin gəldiyi nəticələr qanunvericilikdə müəyyən edilmiş cəzanın məqsədlərinə – sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin etdiyi cəzanı qanuni, əsaslı və ədalətli hesab edir. Apellyasiya şikayətində göstərilən dəlillər cəzanın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, milli məhkəmələr cəza təyin edərkən geniş takdir səlahiyyətinə malikdirlər. Avropa Məhkəməsi "Parmak və Başqaları Türkiyəyə qarşı" (2009) işində qeyd etmişdir ki, cəzanın ağırlığı törədilmiş cinayətin ağırlığına mütənasib olmalıdır, lakin cəzanın növünün və həddinin seçilməsi milli məhkəmənin diskresion səlahiyyətindədir. Avropa Məhkəməsi məhkəmələrin daxili inamına əsaslanan cəza təyini praktikasına yalnız o halda müdaxilə edir ki, təyin edilmiş cəza açıq-aşkar qeyri-mütənasib olsun. Eyni zamanda, "Vinnik Rusiyaya qarşı" (2013), "Nekvedaviçus Litvaya qarşı" (2015) və "Mamedova Azərbaycana qarşı" (2017) işlərində Avropa Məhkəməsi vurğulamışdır ki, cəzanın fərdiləşdirilməsi tələbi ədalətli mühakimə hüququnun tərkib hissəsidir. Məhkəmə hər bir konkret iş üzrə təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsi şəraitini və digər müvafiq halları nəzərə almalıdır. BMT-nin "Ədalət mühakiməsinin həyata keçirilməsində hakimlərin davranışı haqqında Banqladorda prinsipləri"nin (2017) 11-ci prinsipinə əsasən, məhkəmələr cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ağırlığı, təqsirkarın şəxsiyyəti, zərərçəkmiş şəxsə vurulmuş zərər, habelə cəza ilə gözlənilən məqsədlər arasında mütənasibliyi təmin etməlidirlər. Avropa Məhkəməsinin "X3 Azərbaycana qarşı" (2021) işi üzrə qərarında qeyd edilmişdir ki, milli məhkəmələr cəza təyin edərkən təqsirkarın şəxsiyyəti, onun əməli etiraf etməsi, peşmançılığı, zərərin ödənilməsi kimi halları nəzərə almalıdır. Bu işdə məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsi və səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi qəbul etmiş və hökmdə əks etdirmişdir. Bununla belə, müdafiəçinin istinad etdiyi «zərərçəkmiş şəxslə barışıq» halı iş materialları ilə təsdiq edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmaması, barışıq faktını sübut etmir. Avropa Məhkəməsi "Biryukov Litvaya qarşı" (2018), "Gülməmmədova Azərbaycana qarşı" (2019) və "Mehman Hüseynov Azərbaycana qarşı" (2020) işlərində vurğulamışdır ki, zərərçəkmiş şəxsin hüquqlarının müdafiəsi ədalətli mühakimə hüququnun tərkib hissəsidir. Lakin cəzanın ağırlığı təkcə zərərçəkmiş şəxsin vəziyyəti ilə deyil, həm də təqsirkarın şəxsiyyəti, onun islah olunma imkanları, cəmiyyət üçün təhlükə dərəcəsi və digər hallarla müəyyən edilməlidir. Bu iş üzrə məhkəmə bütün bu əks çəkilən mənafeləri tarazlaşdıraraq ədalətli cəza təyin etmişdir. Bu beynəlxalq standartlarla müqayisədə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəza tamamilə mütənasibdir və məhkəmənin takdir səlahiyyətləri daxilindədir. Göstərilənlərlə yanaşı, həmçinin məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini də araşdıraraq hesab edir ki, protest təmin edilməməli, Qax Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə də dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, dövlət ittihamçısı apellyasiya protestində əsasən məhkəmənin təqsirləndirilən şəxsə çox yüngül cəza təyin etdiyini, cəzanın açıq-aşkar ədalətsiz olduğunu, məhkəmənin cəzanı ağırlaşdıran halları nəzərə almadığını və azadlıqdan məhrumetmə cəzasının təyin edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bu arqumentləri təhlil edərək aşağıdakı nəticələrə gəlmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, milli məhkəmələr cəza təyin edərkən geniş takdir səlahiyyətinə malikdirlər. Avropa Məhkəməsi "Parmak və Başqaları Türkiyəyə qarşı" işində qeyd etmişdir ki, cəzanın ağırlığı törədilmiş cinayətin ağırlığına mütənasib olmalıdır, lakin cəzanın növünün və həddinin seçilməsi milli məhkəmənin diskresion səlahiyyətindədir. Avropa Məhkəməsi məhkəmələrin daxili inamına əsaslanan cəza təyini praktikasına yalnız o halda müdaxilə edir ki, təyin edilmiş cəza açıq-aşkar qeyri-mütənasib olsun. "Saxkovski Ukraynaya qarşı" (2011) və "Nekvedaviçus Litvaya qarşı" (2015) işlərində də eyni hüquqi mövqe təsdiq edilmişdir. BMT-nin İnsan Hüquqları Komitəsinin "Ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində beynəlxalq standartlar" haqqında ** saylı Ümumi Şərhində (2007) qeyd edilir ki, cəza təyin edilərkən məhkəmələr təqsirkarın şəxsiyyətini, cinayətin xarakterini və ağırlığını, habelə cəza ilə gözlənilən məqsədlər arasında mütənasibliyi təmin etməlidirlər. Cəzanın yalnız qisas məqsədi daşıması qəbuledilməzdir. Bu beynəlxalq standartlarla müqayisədə, birinci instansiya məhkəməsinin təyin etdiyi cəza açıq-aşkar qeyri-mütənasib deyildir. Məhkəmə CM-in 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növünü tətbiq etmişdir ki, bu da onun takdir səlahiyyətləri daxilindədir. CM-in 60-cı maddəsi cəzanı ağırlaşdıran halların tam siyahısını müəyyən edir. Bu hallar sırasına cinayətin ağır nəticələri (o cümlədən ölüm) daxil edilməmişdir. Qanunverici bilərəkdən ağır nəticələri ayrıca ağırlaşdırıcı hal kimi nəzərdə tutmamışdır, çünki ehtiyatsızlıqdan ölümə səbəb olmaq CM-in 314.2-ci maddəsinin özündə kvalifikasiya edici əlamət kimi nəzərdə tutulmuşdur. Eyni əlamətin həm kvalifikasiya, həm də cəzanı ağırlaşdıran hal kimi təkrar nəzərə alınması qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara zidd olardı. Avropa Məhkəməsi "Jambek Gürcüstana qarşı" (2015) işində qeyd etmişdir ki, cinayətin tərkib elementlərinin (o cümlədən ağır nəticələrin) cəza təyini zamanı yenidən ağırlaşdırıcı hal kimi nəzərə alınması "ne bis in idem" (eyni əmələ görə iki dəfə məsuliyyət) prinsipinin pozulmasına səbəb ola bilər. Dövlət ittihamçısının protestdə istinad etdiyi zərərçəkmiş şəxsin gənc olması, hakim vəzifəsində çalışması, evli olması və azyaşlı uşaqlarının olması kimi hallar qanunda nəzərdə tutulmuş ağırlaşdırıcı hallar siyahısına daxil deyildir. Bu hallar zərərçəkmiş şəxsin fərdi xüsusiyyətlərini səciyyələndirir və hökmün təsvir hissəsində qeyd edilməklə kifayətlənilə bilər. Onların cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməsi qanunun tələblərinə zidd olardı. Beynəlxalq hüquqda cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqi prioritet istiqamət kimi müəyyən edilmişdir. BMT-nin "Pekin Bəyannaməsi və Fəaliyyət Platforması" (1995), BMT-nin "Cəza siyasəti sahəsində əsas prinsiplər"i (1990) və "Minimum standart qaydalar" (Necesson qaydaları, 2015) bu sahədə fundamental sənədlərdir. Avropa Şurası Nazirlər Komitəsinin R(**)** saylı "Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza tədbirləri haqqında" Tövsiyəsinin 3-cü bəndinə əsasən, azadlıqdan məhrumetmə cəzası yalnız digər, daha yüngül cəza növləri ilə cəzanın məqsədlərinə nail olmaq mümkün olmadıqda tətbiq edilməlidir. Eyni prinsip Avropa Şurası Nazirlər Komitəsinin R(**)** saylı "Həddindən artıq sıxlıq və türmə infrastrukturunun yenilənməsinə dair" Tövsiyəsində də təsbit edilmişdir. BMT-nin İqtisadi və Sosial Şurasının "Ədalət mühakiməsi sahəsində alternativ tədbirlər haqqında" ****/** saylı Qətnaməsi də dövlətləri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növlərinin tətbiqini genişləndirməyə çağırır. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi" dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sənədin 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulsun. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu beynəlxalq standartları və daxili siyasəti nəzərə alaraq, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunma imkanı verən azadlığın məhdudlaşdırılması cəzasını tətbiq etmişdir. Bu cəza növü təqsirləndirilən şəxsin davranışına nəzarət etməyə, müəyyən məhdudiyyətlər (gecə saatlarında evdə olma, ərazi hüdudlarını tərk etməmə, elektron nəzarət vasitəsi gəzdirmə və s.) qoymağa imkan verir. Eyni zamanda, təqsirləndirilən şəxs əmək fəaliyyətlə məşğul ola, ailəsinin qayğısına qala bilər ki, bu da onun islah olunmasına daha effektli təsir göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin etdiyi cəzanı qanuni, əsaslı, ədalətli və beynəlxalq standartlara uyğun hesab edir. Təyin edilmiş cəza açıq-aşkar ədalətsiz və ya yüngül deyildir. Azadlıqdan məhrumetmə cəzasının tətbiqi üçün heç bir əsas yoxdur. Apellyasiya protestində göstərilən dəlillər hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, gənc olmasını və ilk dəfə cinayət əməli törətməsini CM-in 59-cu madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 314.2-ci maddəsinin sanksiyası həddində cəzasını həm qanuni, həm də ədalatli hesab etmişdir. Apellyasiya protestində təqsirləndirilən şəxsə daha ağır cəzanın təyin edilməsi barədə göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş daha ağır azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in CM-in 314.2ci maddəsi ilə təqsirli bilinməsini və təqsirli bilindiyi CM-in 314.2-ci maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı, cəzanın islah təsiri baxımından məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 Rəfail qızu tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfinfən verilmiş apellyasiya protetsti təmin edilməməli Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 Rəfail qız tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 4 (dörd) saat üçün 44 (qırx dörd ) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müdafiəçi1 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar