Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-72/2026 19.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regiоnаl Vəkil Bürоsunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə, ##.##.2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, #.##.2024-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, barəsində Yevlax Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,872 qram miqdarında psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd diri halda olan toyuqların qəbz əsasında saxlanılması üçün sahibi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınması, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq X8 KOD 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ 013601**********3944 S.W.İ.F.T. BIK CTREAZ məhkəmə ekspertizası mərkəzi VÖEN 1700326621 hesab AZ**CTRE******************** saylı hesaba keçirilməsi, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olmasının izah edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 13 (on üç) saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi, məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 143 (bir yüz qırx üç) manatın dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi hökm edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirərək, həmin apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etmişdir. Ona görə də о dа təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyini nəzərə alaraq, həmin apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 91.5.33-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən verdiyi apellyasiya şikayətindən imtina edərək, onu geri götürmüş və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X2 tapşırılmışdır. X5 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə X5 55 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Qeyd edilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 390, 391.3.10, 396 və 410-cu mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərаrа аldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilsin. X5 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait X2 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: 1300017201; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ013501*****000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-72/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-72/2026
19.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver