Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-77/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı2, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 onların müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, məhkum olunmalarına dair Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 1(054)-93/2025( sədrlik edən E.Məmmədli) nömrəli hökmü ilə, ##.##.1997-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2, CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-in 69.3cü maddəsinə əsasən həbsdə saxlanıldığı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması, təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulması, təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulması, təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Hökmün icrasına nəzarəti təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, ##.##.1990-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması, təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 5 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi,. barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasına nəzarəti təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməsi hökm edilmişdir. İŞİN HALLARI: İttiham aktında göstərilmişdir ki, təqsirləndirilən şəxs2 cinayət işi üzrə toplanmış cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayaraq oğurlamışdır. Belə ki, o, tanışı ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan təqsirləndirilən şəxs1 ilə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olaraq ##.##.2025-ci tarixdə saat 08 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21099” minik markalı, **-BM-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Oğuz rayonu, Muxas kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı küçənin qarşısından keçərkən, təqsirləndirilən şəxs1 ilə razılığa gəldikdən sonra, idarə etdiyi avtomobili yol kənarında saxlamış, təqsirləndirilən şəxs1 avtomobildən aşağı düşərək Zərərçəkmiş şəxs məxsus 02 baş ümumilikdə 700 manat, hər biri 350 manat dəyərində diri çəkiləri təxminən 35- 40 kq olan 01 baş dişi cinsli qoyunu və 01 baş erkək cinsli qoyunu avtomobilin yük hissəsinə qoyub, gizli yolla talayaraq, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. təqsirləndirilən şəxs1 cinayət işi üzrə toplanmış cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayaraq oğurlamışdır. Belə ki, o, tanışı ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan təqsirləndirilən şəxs2 ilə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olaraq ##.##.2025-ci tarixdə saat 08 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21099” minik markalı, **-BM-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Oğuz rayonu, Muxas kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı küçənin qarşısından keçərkən, təqsirləndirilən şəxs2 ilə razılığa gəldikdən sonra, sonuncu idarə etdiyi avtomobili yol kənarında saxlamış, avtomobildən aşağı düşərək Zərərçəkmiş şəxs məxsus 02 baş ümumilikdə 700 manat, hər biri 350 manat dəyərində diri çəkiləri təxminən 35-40 kq olan 01 baş dişi cinsli qoyunu və 01 baş erkək cinsli qoyunu avtomobilin yük hissəsinə qoyub, gizli yolla talayaraq, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 700 (yeddi yüz) manat məbləğində maddi İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmündən dövlət ittohamçısı dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittohamçısı dövlət ittihamçısı1 verdiyi apellyasiya protestinin onunla əsaslandırnmışdır ki, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə, ##.##.1997-ci il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə, ##.##.1990-cı il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 da CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən, təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs1 ilə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olaraq ##.##.2025-ci il tarixdə saat 08 radələrində etibarnamə ilə idarə etdiyi avtomobil ilə Oğuz rayonu, Muxas kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı küçənin qarşısından keçərkən, təqsirləndirilən şəxs1 ilə razılığa gəldikdən sonra, idarə etdiyi avtomobili yol kənarında saxlamış, təqsirləndirilən şəxs1 avtomobildən aşağı düşərək Zərərçəkmiş şəxs məxsus 02 baş qoyunu avtomobilin yük hissəsinə qoyub, gizli yolla talamaqla zərərçəkmiş şəxsə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Prokuror məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxışda təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, təqsirləndirilən şəxs1 isə CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Odur ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün həmin şəxslərə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi . Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1, onların müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 apellyasiya protestinin dəlillər ilə razı olmadıqlarınə və təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hasab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi haqqqında qərar qəbul edə bilər. İş materiallarında olan Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ##.##.2025-ci il tarixli 3-16-35-88/2- ******/**** saylı məktubdan görünür ki, ##.##.1990-cı il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs1 Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 il müddətinə islah işləri və Zaqatala Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli hökmü ilə 2 il 7 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmışdır. ##.##.1997-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olmaqla, yaşayan təqsirləndirilən şəxs2 Qax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum ##.##.2024-cü il tarixdə qeydiyyata götürülmüşdür. Məhkum təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanın 1 il 4 ay 15 gün hissəsini çəkmiş, 4 ay 11 gün müddətinə çəkilməmiş cəza müddəti qalmışdır. Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli 3-16- 35-88/2- ****/**** saylı məktubdan görünür ki, Zaqatala şəhərində ##.##.1997-ci ildə anadan olmuş Zaqatala şəhəri, A.Həmidov küçəsi döngə 4 ev 11 ünvanında qeydiyyatda olmaqla, yaşayan təqsirləndirilən şəxs2 Qax Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli hökmu ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş 01 il 09 ay azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmaqla qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmiş və ##.##.2026-cı il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli Aministiya aktının tətbiqi barədə qərardan görünür ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs1 1) CM-in 221.2.1- ci maddəsi ilə təqsirli bilinərək ##.##.2015-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinin hökmü ilə 02 il islah işləri 20% cəzasına məhkum edilmişdir. 2) CM-in 177.2.1-ci və 69-cu maddələri ilə təqsirli bilinərək Zaqatala Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə 01 il, 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. ##.##.2022-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli Amnsitiya Qərarının 5-ci bəndinə əsasən ##.##.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il, 03 ay, 11 gün hissəsi 01 il müddətinı azadılmışdır. 3) CM-in 177.2.1-ci, 177.2.3-cü və 69.3-cü maddələri ilə təqsirli bilinərək Zaqatal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə 02 il, 07 ay, 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. ##.##.2024-cü il tarixdə cəzası bitib qeydiyyatdan çıxmışdır. (i.v. 78-80) Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ##.##.2025-ci il tarixli ***** saylı məktubdan görünür ki, ##.##.1990-cı il tarixdə anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs1 Zaqatala Rayon Məhkəməsinin *(***)-*/**** saylı ##.##.2022- ci il tarixli hökmü ilə 02 il, 07 ay, 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökm və icrası barədə göstəriş ##.##.2022-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum təqsirləndirilən şəxs1 cəza müddəti ##.##.2024-cü il tarixdə başa çatmış və elə həmin tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. (i.v. 111) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 CM-in 234.1-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək ##.##.2024-cü il tarixdə Qax Rayon Məhkəməsinin hökmü ilə 01 il, 08 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İ-***** nömrəli vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs1 barəsində hazırda CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə istintaq aparılır və Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən verilmiş apellyasiya protesti təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 münasibətdə təmin edilməməli, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 münasibətdə isə təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü ona münasibətdə cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 700 manat olan 2 baş qoyunu gizli olaraq talamaqla oğurluq cinayətini törətmələri iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam subuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməlinin CM-in 177.2.1-ci maddəsi ilə tövsif edilməsini hüquqi baxımdan düzgün hesab edir və törədilmiş cinayət faktı ilə bağlı tərəflərin hər hansı bir etirazı yoxdur. Apellyasiya protestinin əsas predmeti birinci instansiya məhkəməsi tərəfindən hər iki məhkum barəsində azadlıqdan məhrumetmə cəzasının deyil, azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsinin ədalətsizliyi və cəzanın yüngüllüyü ilə bağlıdır. Bu baxımdan işə apellyasiya protesti əsasımda yenidən baxxan məhkəmə kollegiyası ilk öncə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyi məsələsini nəzərdən keçirərək məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi ona münsibətdə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinin tələblərinə tam riayət etmişdir. Belə ki, Nəciməddin Muxtarovun törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına aid olsa da, onun şəxsiyyətini xarakterizə edən müstəsna hallar mövcuddur. İş materiallarından görünür ki, Nəciməddin Muxtarov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bu hal cinayət qanunvericiliyinin humanizm prinsipləri baxımından təqsirkarın şəxsiyyətini müsbət xarakterizə edən mühüm amildir. Həmçinin, iş materiallarında olan Zaqatala rayon İcra və Probasiya Şöbəsinin məktublarından və müvafiq qərarlardan aydın olur ki, təqsirləndirilən şəxs2 əvvəllər Qax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə məhkum olunsa da, Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmiş və ##.##.2026-cı il tarixdə probasiya qeydiyyatından çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxxarıda sadalanann halların işığında dövlət ittihamçısının Nəciməddin Muxtarov barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə protestinin dəlilləri əsaslı sayıla bilməz. CM-in 8.1 və 41.2-ci maddələrinə görə, cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi məqsədi daşıyır və şəxsin şəxsiyyətinə adekvat olmalıdır. Nəciməddin Muxtarovun müharibə iştirakçısı olması, ailə vəziyyəti (evli olması) və törədilmiş cinayət nəticəsində vurulmuş ziyanın xarakteri nəzərə alınmaqla, onun cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür. Birinci instansiya məhkəməsi tərəfindən ona CM-in 177.2.1-ci maddəsinin sanksiyası daxilində 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddətin çıxılmaqla qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması tam qanuni və ədalətlidir. Bu səbəbdən prokurorun Nəciməddin Muxtarova münasibətdə protesti rədd edilməli, hökmün bu hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Lakin, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və təyin etdiyi cəza növü işin faktiki hallarına, cinayət-hüquqi prinsiplərə və dövlət məcburiyyət tədbirlərinin məqsədlərinə uyğun gəlmir. Belə ki, təqsirləndirilən şəxs1 şəxsiyyəti və cinayət-statistik məlumatları araşdırılarkən məlum olur ki, o, mütəmadi olaraq tamah niyyətli cinayətlər törətməyə meyllidir və əvvəllər tətbiq edilmiş humanizm aktlarından, eləcə də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalardan özü üçün düzgün nəticə çıxarmamışdır. təqsirləndirilən şəxs1 əvvəllər Zaqatala Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə 2 il islah işləri cəzasına, ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində amnistiya aktı tətbiq olunaraq cəzadan qismən azad edilmişdir. Buna baxmayaraq, o, yenidən cinayət yoluna qayıdaraq Zaqatala Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və bu cəzanın icrası ##.##.2024-cü il tarixdə başa çatmışdır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaqla təkrarən cinayətlər törətmiş və sonuncu cəzasının icrasının bitməsindən qısa müddət keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə hazırkı cinayət əməlini (CM-in 177.2.1-ci maddəsi) törətmişdir. Bundan əlavə, iş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli rəsmi məktubundan görünür ki, təqsirləndirilən şəxs1 barəsində hazırda CM-in 177.2.1 və 177.2.2-ci maddələri (təkrarən oğurluq) ilə növbəti bir cinayət işi üzrə istintaq aparılır və Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu faktlar birmənalı olaraq sübut edir ki, təqsirləndirilən şəxs1 qanunlara tabe olmaqdan boyun qaçırır və onun azadlıqda qalması cəmiyyət üçün aşkar təhlükə yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenum qərarlarında qeyd olunduğu kimi, cəzanın xüsusi və ümumi xəbərdarlıq məqsədi o vaxt nail olunmuş hesab edilir ki, təqsirkar şəxs yeni cinayətlər törətmir və dövlətin cəza tədbiri profilaktik, çəkindirici xarakter daşıyır. təqsirləndirilən şəxs1 münasibətdə əvvəllər dəfələrlə tətbiq olunmuş azadlığın məhdudlaşdırılması və islah işləri cəzaları heç bir tərbiyəvi və çəkindirici təsir göstərməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin onun barəsində yenidən azadlığın məhdudlaşdırılması cəzası təyin etməsi CM-in 8-ci (ədalət) və 41ci (cəzanın məqsədləri) maddələrinin tələbləri ilə kəskin ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs1 islah olunması, sosial ədalətin bərpası və yeni cinayətlərin törədilməsinin qarşısının alınması yalnız onun cəmiyyətdən təcrid edilməsi, yəni azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi yolu ilə mümkündür. Qeyd edilənlərə əsasən, dövlət ittihamçısının təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə apellyasiya protestinin dəlilləri tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin prinsiplərini rəhbər tutaraq, cinayətin xarakterini, təkrarılığını və təqsirləndirilən şəxsin islaholunmaz davranışını nəzərə alıb, təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini və birinci instansiya məhkəməsinin hökmünün bu hissədə dəyişdirilməsini zəruri hesab edir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alır. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 1(054)-93/2025 nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təqsirli bilndiyi CM-in 177.2.1-ci maddəsi ilə barəsində 2(iki) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 oğuna təyin edilmiş cəzanın əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi2 və müdafiəçi1 oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə müdafiəçi2 8(səkkiz) saat üçün 88 (səksən səkkiz) manat, müdafiəçi1 8 saat üçün 88 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-77/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-77/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver