Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-80/2026 16.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bundan sonra mətndə CM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(091)-193/2025( sədrlik edən T.Əfəndizadə) nömrəli hökmü ilə, ##.##.1986-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona həmin maddə ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 29 gün vaxtından əvvəl azad edilməsi ləğv olunması, CM-in 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 29 gün hissəsi hazırki hökmlə təyin olunan 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 10 (on) il 07 (yeddi) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınması, Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Ağdaş Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 305,07 qram olan narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1444,95 qram olan narkotik vasitə heroin məhv edilməsi hökm edilmişdir. İşin halları Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1445.0 qram (1 kq 445 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xeyli miqdarda, ümumi təmiz çəkisi 305,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, ##.##.2025-ci il tarixdə Ağdaş RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə saxlanıldıqdan sonra həmin tarixdə saat 20:06-dan 20:19-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin alt hissəsindən 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlamada təmiz çəkisi 305,12 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, həmin tədbirlərin davamı kimi ##.##.2025-ci il tarixdə saat 16:58-dən 17:09-dək Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan əraziyə baxış keçirilən zaman həmin yerdə olan söhbətgahın dam hissəsində saxladığı 01 ədəd qara rəngli bağlamada təmiz çəkisi 1445 qram (1 kq 445 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilsə də, məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. O, məhkəmə istintaqı zamanı bildirmişdir ki, ##.##.2025-ci il tarixində cəza çəkdiyi müəssisədən çıxmış və növbəti gün yaşadığı Ağdaş şəhərinə gəlmişdir. Pulu olmadığı üçün ##.##.2025-ci il gecə saatlarında qonşusu İsmayılov Kamil Kamal oğluna məxsus nəqliyyat vasitəsinin akkumulyatorunu oğurlayaraq səhər satmışdır. ##.##.2025-ci il tarixində səhər hadisədən xəbəri olan qonşusu DİN “102 Qaynar xəttin”ə oğurluq barədə xəbər vermişdir. Nəticədə həmin gün günortaya yaxın polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmışdır. Oğurlanmış akkumulyatorun kimə satdığını bildirmiş və polis əməkdaşları ilə birlikdə həmin yerdən götürmüşdür. Onu axşama kimi müxtəlif istiqamətlərdə gəzdirmiş, gecəyə yaxın üzərinə narkotik vasitə qoyaraq şəxsi axtarışla həmin narkotik vasitəni götürmüşlər. Müdafiəçi bildirmişdir ki, cinayət işi materialları məhkəmə icraatında olduğu müddət ərzində hər dəfə təqsirləndirilən şəxs eyni ifadəni vermiş və təqsirsizliyinin sübut olunması üçün bir neçə arqument göstərmişdir. Onun göstərdiyi arqumentləri yoxlamaq üçün məhkəmə tərəfindən DİN “102 Qaynar xəttin”ə oğurluq barədə məlumat daxil olub-olmaması barədə sorğu verilmişdir. Sorğuya cavab olaraq həqiqətən təqsirləndirilən şəxsin göstərdiyi xüsusat öz təsdiqini tapmışdır. İsmayılov Kamil Kamal oğlunun həyat yoldaşı tərəfindən həqiqətən oğurluq hadisəsi barədə məlumat daxil olmuş və ##.##.2025-ci il tarixində profilaktik tədbirlər nəticəsində akkumulyatorun götürüldüyü qeyd edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildikdən sonra müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət etmişdir. O, ibtidai istintaq zamanı əməli etiraf etməsini onunla əsaslandırmışdır ki, onu qardaşı ilə birgə tutmaqla hədələdikləri üçün, məcburən qardaşını qorumaq məqsədilə cinayəti boynuna almaq məcburiyyətində qalmışdır. Müdafiəçi onun təqsirliyinə dair əsaslı şübhələr mövcud olduğunu bildirmişdir. İş materiallarında göründüyü kimi, təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədən çıxdıqdan iki gün sonra şübhəli kimi saxlanılmışdır. Cibində yemək almağa pulu olmayan, buna görə də akkumulyator oğurlamaq məcburiyyətində qalan bir şəxsdə xüsusilə külli miqdarda narkotik vasitə olması özü şübhəlidir. İttihama görə həmin narkotik vasitəni ona İran vətəndaşı Ağdaş şəhərinə aparmaq və göstərdiyi ünvana çatdırmaq üçün vermişdir. Müdafiəçi bunu məntiqsiz hesab etmişdir. Dəyəri bəlkədə yüz min manatdan çox olan xüsusilə külli miqdarda narkotik vasitəni İran vətəndaşının tanımadığı, cəzaçəkmə müəssisəsindən bir neçə saat əvvəl çıxmış bir şəxsə etibar edə bilməyəcəyini, həmin şəxsin nə adını bildiyini, nə də telefonunun olduğunu qeyd etmişdir. Müdafiəçi təqsirləndirilən şəxsin narko-kuryer xidməti aparmasının mümkün olmadığını, məhz buna görə də həmin şəxsə bəraət verilməli olduğunu bildirmişdir. Lakin çox təəssüf ki, məhkəmə tam ittiham hökmü çıxarmışdır. Müdafiəçi məhkəmənin çıxardığı ittiham hökmü ilə razılaşmadığını bildirmişdir. Əgər məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlmişdisə, o zaman əməl üzrə onu tam təqsirli bilməməli idi və onu qismən, yəni birinci epizod üzrə, 316 qram narkotik vasitə üzrə təqsirli götürərək ittiham hökmü çıxarmalı idi. Çünki təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri mötəbər sübut kimi qiymətləndirmiş olsaq, görərik ki, ikinci epizod üzrə, yəni 1476 qram narkotik vasitə onun tərəfindən polis əməkdaşlarına könüllü təqdim edilmişdir. Həmin narkotik vasitənin varlığından heç kimin xəbəri olmamışdır. O, şübhəli kimi tutulduqdan bir gün sonra təhqiqatçıya şübhəli kimi izahat verərkən həmin narkotik vasitə barədə məlumat verməklə onu könüllü təqdim etmişdir. Müdafiəçi CM-in 234-cü maddəsinin qeyd hissəsində qeyd edildiyini bildirmişdir ki, narkotik vasitələri könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. O, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2024-cü il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsinin səbəbi, bu hərəkətlərin icrası nəticəsində cinayət əməlini törətmiş şəxsin şəxsiyyətinin və ya onun törətdiyi əməlin öz ictimai təhlükəliliyini itirməsi ilə deyil, şəxsin törətmiş olduğu əmələ tənqidi münasibətinin yaranması, cinayət təqibi orqanlarının aşkar etmə ehtimalı çox az və ya belə ehtimalın olmadığı halda narkotik vasitələrin aşkarlanıb qanunsuz dövriyyədən çıxarılmasına, bu vasitələrdən istifadə olunmaqla törədiləcək cinayətlərin qarşısının alınmasına mühüm töhfə verməsi ilə bağlıdır. Bu halda ictimai təhlükəsizliyə ciddi təhdid hesab edilən maddə və vasitələr dövriyyədən çıxarılmaqla onlardan istifadə nəticəsində yaranacaq mənfi halların qarşısı alınır. Müdafiəçi iş materiallarında olan şəxsi axtarış və götürmə barədə video görüntülərə istinad edərək göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanılarkən üzərinə olan narkotik vasitəni təqdim etdiyini və istifadə etdiyini və tapdığını bildirdiyini qeyd etmişdir. Sual-cavab əsasında başqa şübhəli heç nə bildirməmişdir. Sonrakı izahatlarında, yəni gizlədilmiş 1476 qram narkotik vasitəni könüllü təqdim etdikdən sonrakı ifadələrində İran vətəndaşı barədə məlumat bildirmişdir. Müdafiəçi hesab etmişdir ki, sonrakı ifadələr onun öz beyninin məhsulu deyil və təsir altında, başqasının sözləri ilə yazılmışdır. Əgər məhkəmə bu ifadələri mötəbər sübut kimi qiymətləndirirsə, o zaman mütləq könüllü təqdim etməni nəzərə almalıdır. Çünki əməliyyat məlumatlarında, saxlanma zamanı və daha sonrakı saatlarda 1476 qram narkotik vasitənin varlığından heç kimin xəbəri olmamışdır. Təhqiqatçıya təqsirləndirilən şəxs izahat verərkən bu barədə məlumat vermiş və saxladığı yeri göstərmişdir. Məhz buna görə məhkəmə bu epizodu könüllü təqdim etmə kimi qiymətləndirməlidir. Müdafiəçi hüquqi əsas olaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə (şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır), 351.3.4-cü maddəsinə (təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edilməlidir), 42.1.4-cü maddəsinə (təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır), Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ və II bəndlərinə (təqsirsizlik prezumpsiyası), CM-in 8.1-ci maddəsinə (ədalətli cəza) və Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə (apellyasiya məhkəməsinin yeni hökm çıxarmaq hüququ) istinad etmişdir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs müdafiəçi1 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ## ###### 2025-ci il tarixdə ** saylı X4 2 ay vaxtından əvvəl azad olunmuşdur. Axşam saat 21 radələrində X4 çıxıb 28 May metrosuna, oradan isə avtovağzala gəlmişdir. Avtobus olmadığına görə Şəki kafesinə getmişdir. Şəki kafesinin yanında qardaşına zəng etmişdir. Qardaşı Bərdədən olan şəxsin kartına 20 manat pul göndərmişdir. Bundan sonra səhər saat 6-7 radələrində Ağdaş şəhərinə gəlmişdir. Ağdaşda restoranda yemək yemişdir. Qardaşından pul istəmiş, lakin qardaşı ona imkanı olmadığını demişdir. Elə olub “Akkumulyator” oğurlamışdır. Həmin “Akkumulyator”u satmışdır. Sonra qonşusunun yanına gəlmişdir. Sonra “Samid” adlı əməliyyatçı və digər əməkdaşlar tərəfindən saxlanılmışdır. Ona “Akkumulyator” oğurlamaqda şübhəli olduğunu demişlər. Sonra onu 11 radələrindən axşam 20 radələrinə qədər maşında gəzdirmişlər. Hava qaraldıqdan sonra onu Padar meşəsinə aparmışlar. Sellofanda olan marixuananı bölmüşlər və ona demişlər ki, ona hörmət etdikləri üçün marixuananı bölüb 330 qram saxlayırlar. Sonra ona CM-in 234.1-ci maddəsi ilə ittiham verəcəklər. Güya onu ev həbsinə buraxacaqmışlar. Sonra qardaşı ilə ona hədə-qorxu gəlmişlər. Yekunda polis əməkdaşları ilə razılaşmış və 330 qramla razılaşıb polis şöbəsinə gəlmişdir. Polis şöbəsində 1 gündən sonra onu otağa çağırmışlar. Sonra ona demişlər ki, güya narkotik vasitəni Bakı şəhərindən gələndə özü ilə gətirmişdir. Sonra təkrar qardaşı ilə ona hədə-qorxu gəlmişlər. Güya o, narkotik vasitəni Padar meşəsinə qoymuşdur. Həbsdən çıxdığı 20 saat olmamışdır. Onun hesab kartı və telefonu yoxdur. Qardaşı ilə hədəqorxu gəldikləri üçün narkotik vasitəni boynuna almışdır. Gəldiyi gün polis şöbəsinə qeydiyyata düşüb, elə həmin günü “Akkumulyator” oğurlamışdır. Yəni özünü yalnız “Akkumulyator” oğurluğu ilə təqsirli bilir. Narkotik vasitə ilə əlaqəsi yoxdur. Güya o, 200 manat müqabilində Ağdaşa narkotik vasitə gətirmişdir. Əgər o, 200 manat müqabilində Ağdaşa narkotik vasitə gətirmişdirsə, niyə restoranda oturub nisyə yemək yemişdir? Niyə qardaşı ona yol pulu atmışdır? Hələ kafedə işləyəndə cibinə 15 manat pul qoymuşdur. O, 200 manat almışdırsa, niyə “Akkumulyator” oğurlamışdır? Ona qardaşı ilə hədə-qorxu gəlib boynuna narkotik vasitə qoymuşlar. “Akkumulyator”u satmışdır. Satdığı yerdən alıb sahibinə qaytarmışlar. Sahibi də qonşusudur. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, həbsdən çıxandan sonra Nizami metrosunun yaxınlığında olmuşdur. Həmin günü Nizami metrosunun yanına getmişdir. Qardaşının dostu Nizami metrosunun yanında lotereya işinə baxır. Orada gedib qardaşına zəng etmişdir ki, ona pul versin, rayona getsin. O da ona saat 13:30-a kimi pul verəcəyini demişdir. Ancaaq o, onu gözləmədən avtovağzala getmişdir. Nizami metrosunun yanında “Turabi” adlı şəxslə tanış olmamışdır. İranlı şəxslə tanış olmamışdır. O, Ağdaş rayonuna getməli imiş. Həbsə qədər Bakı şəhərində fəhləlik etmişdir. Həbsdən çıxıb Ağdaş şəhərinə gəlmişdir ki, polisdə qeydiyyata düşsün. Sonra Bakı şəhərinə qayıtmalı imiş. Çünki spit xəstəsidir və xəstəxanada qeydiyyata düşməlidir. Polis əməkdaşları onu döyməmişlər, lakin qardaşı ilə hədə-qorxu gəlmişlər. Qardaşı tutulmasın deyə polislə razılaşmışdır. Ona qardaşı ilə hədə-qorxu gəlmişlər. O da onların dedikləri məzmunda ifadə vermişdir. Məhkəmədə verdiyi ifadəsi doğrudur. Samitin otağında olan zaman kimsə zəng edib demişdir ki, narkotiki “Şfelin” içinə qoymuş, vəkili götürüb gəlsin, onlar hazırdırlar. Sonra onlar getmişdirlər. Onlardan 5 dəqiqə sonra vəkil gəlmişdir. O, Kamil İsmayılovdan “Akkumulyator” oğurlamışdır. Video çəkilişdən görünür ki, qolunda qandal olmamış və olduqca rahatdır. Çünki artıq boynuna 330 qram marixuana qoymuşlar. O, polis əməkdaşları ilə qardaşına görə razılaşmışdır. Onun 31 yaşında qardaşı vardır. Atası və anası xəstədir. Bacısı rəhmətə getmişdir. Qardaşının 2 körpə uşağı vardır. Qardaşının tutulmağını istəmirmiş. Ona görə polislərlə razılaşmışdır. Ona qardaşı ilə hədə-qorxu gəlmişlər. Onu axşam saatlarına qədər maşında gəzdirib, meşəyə gətirib boynuna narkotik vasitə qoymuşlar. Qardaşı ilə ona hədə-qorxu gəldikləri üçün qoluna qandal vurmamışlar. Çünki bilirmişlər ki, qorxusundan heç nə deyə bilməyəcək. 19 mart Xəzər xəbərdə onun çəkilişi olmuşdur. “Mercedes Benz” markalı maşının arxa baqaj hissəsindən akkumulyatoru götürüb satmışdır. Aradan 1-2 saat keçməmiş onu gəlib saxlamışlar. Polis şöbəsində olan zaman onu otağa çağırmışlar və demişlər ki, qardaşını gətirmişdirlər. Sonra demişlər ki, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham veriləcəkdir və onun qardaşını buraxacaqlar. O da razılaşmış və demiş ki, qardaşını buraxsınlar, sənədlərə imza çəkəcəkdir. 1 gün çöldə qalmışdır. Daha sonra tutulmuşdur. Bakı şəhərindən Ağdaş şəhərinə nisyə gəlmişdir. Onda 50-100 minlik mal haradan olub? Onu Fəzigilin evində tutmuşlar. Akkumulyator oğurlamışdır, lakin aşkar olunan narkotik vasitə onda olmamışdır. Əvvəllər tutulduğu zaman heç bir müqavimət göstərməmişdir. Çünki əvvəllər tutulan zaman ona qarşı qanunsuzluq olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, özünü CM-in 234.4-1-ci maddəsi ilə qismən təqsirli bilir. ünvan 1-da qeydiyyatda olmaqla yaşayır. Uzun müddətdir ki, narkotik vasitələr qəbul edir, bu səbəblə əvvəllər məhkum olunmuş, ##.##.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən çıxmışdır. Həmin gün Bakı şəhərində yerləşən Nizami metrostansiyasının yaxınlığında olan zaman əvvəllər tanımadığı, orta yaşlarında kişi cinsinə mənsub şəxs ona yaxınlaşaraq özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edərək adının “Turabi” olmasını demişdir. Həmin şəxs onun xarici görkəmcə narkotik vasitə istifadə edən şəxsə bənzədiyini bildirmiş, o da narkotik vasitə istifadə etdiyini, buna görə cəza çəkdiyini və cəzaçəkmə müəssisəsindən yeni çıxdığını bildirmişdir. Həmin şəxs ona 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bağlamada narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri Ağdaş şəhərində deyəcəyi ünvana aparıb qoymağını və bunun qarşılığında ona 200 manat pul verəcəyini bildirmiş, o da həmin şəxslə razılaşmışdır. Həmin şəxs ona göyqırmızı rəngli sellofan torba vermişdir. Həmin sellofan torbanın içərisində 1 ədəd qara rəngli sellofan bağlama və 1 ədəd sarı rəngli sellofan bağlama olmuşdur. Bundan başqa həmin şəxs Ağdaş şəhərinə çatan zaman onunla əlaqə yaradıb bildirəcəyi ünvana narkotik vasitəni qoymağı üçün içərisində mobil nömrəsi yazılmış 01 ədəd kağız parçasını ona vermişdir. O da kağız parçasını və sellofan torbanı götürmüş və oradan uzaqlaşmışdır. Bir az uzaqlaşdıqdan sonra içərisində mobil nömrəsi yazılmış 01 ədəd kağız parçasını mobil nömrəyə baxmadan cırıb tullamışdır. Daha sonra Ağdaş şəhərinə gəlmiş, ##.##.2025-ci il tarixdə gecə saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan əraziyə gəlmişdir. Sellofan torbada olan 01 ədəd bağlamadakı narkotik vasitə qurudulmuş marixuananı həmin yerdə olan kolluq ərazidə, digər bağlamadakı narkotik vasitə heroini həmin ərazidə olan söhbətgahın dam yerində gizlətmişdir. ##.##.2025-ci il tarixdə axşam saatlarında narkotik vasitə qurudulmuş marixuananı götürmək üçün Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan əraziyə gəlmişdir. O, sellofan torbada olan 01 ədəd bağlamadakı narkotik vasitə qurudulmuş marixuananı kolluq ərazidən götürüb əynində olan qara rəngli gödəkcəsinin alt hissəsinə qoymuşdur. Həmin ərazidən uzaqlaşan zaman saat 20:06 radələrində sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman polis əməkdaşları ona özlərində narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O da buna heç bir etiraz etməmişdir. O, qərarla tanış olunmuş, hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim edilmişdir. Ondan üzərində narkotik vasitələr saxlayıb-saxlamamağı soruşulmuş, o da üzərində özünün istifadə etməyi üçün narkotik vasitə olmasını bildirmişdir. Daha sonra o, qara rəngli gödəkcəsinin alt hissəsində gizlətdiyi içərisində narkotik vasitə marixuana olan sellofan torbada olan 01 ədəd bağlamanı təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 316 qram olması müəyyən edilmişdir. Sellofan torbada olan 01 ədəd bağlama 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibinbdən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar geri qaytarılmışdır. Şifahi qaydada sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni ##.##.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmiş, təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. O, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusunu və 02 ədəd kağız parçasını, həmin gödəkcənin sol yan cibindən isə içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusunu və hüquq və vəzilərin əks olunduğu bildirişi çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya və ya predmet aşkar olunmamış, daha sonra aşkar olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Bundan başqa şübhəli şəxs qismində dindirilən zaman təhqiqatçı daxil olmuş əməliyyat məlumatına əsasən onun başqa yerdə də narkotik vasitə saxlamağını bildirmiş, o da həmin zaman polis əməkdaşlarının artıq özünün digər yerdə narkotik vasitə saxladığını bildiklərini, daha da gizlətməyin mümkün olmadığını düşünüb doğrunu danışmaq qərarına gələrək Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə narkotik vasitə heroin saxladığını bildirmişdir. ##.##.2025- ci il tarixdə saat 16:58-də müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə narkotik vasitə heroini gizlətdiyi Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan əraziyə baxış keçirilməyə başlamışdır. Özünün göstərdiyi yolla hərəkətə başlanılmış, həmin yerdə olan söhbətgahın dam hissəsində gizlətdiyi 01 ədəd bağlamadakı narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisinin 1,476 qram olması müəyyən edilmişdir. Sellofan bağlamada olan 01 ədəd bağlama 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni ##.##.2025-ci il tarixdə Bakı şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən 200 manat qarşılığında Ağdaş şəhərində deyəcəyi ünvana aparıb qoymağı üçün aldığını, lakin sonradan həmin narkotik vasitələrdən özünün istifadəsi üçün saxladığını, narkotik vasitə heroini Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə olan söhbətgahın dam hissəsində, narkotik vasitə marixunanı isə üzərində saxlayan zaman polis əməkdaşlarının aşkar etdiyini, həmin narkotik vasitələrdən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin orta yaşlarında, üzündə az miqdarda saqqal, əynində qara rəngli gödəkcə və göy rəngli cins şalvar olduğunu, özünün narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə heroini satmaq niyyətinin olmadığını, aşkar olunan həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroindən istifadə etmədiyini, narkotik vasitə qurudulmuş marixuna və narkotik vasitə heroin saxlamağından ailə üzvlərinin və ya başqa şəxslərin xəbəri olmadığını, ifadəsinin alınmasında heç bir güc və ya psixoloji təzyiq tətbiq edilmədiyini, mobil telefondan istifadə etmədiyini bildirmişdir Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid2 İlyas oğlu ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 20:06-da Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə soruşulmuş, o, üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbada olan 01 ədəd bağlama təqdim etmiş, narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd bağlamanın təxmini çəkisi 316 qram olması müəyyən edilmişdir. Daha sonra sellofan torbada olan 01 ədəd bağlama zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibindən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar geri qaytarılmışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni ##.##.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş üstünün yoxlanıılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. İçərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusunu və 02 ədəd kağız parçasını, həmin gödəkcənin sol yan cibindən isə içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusunu və hüquq və vəzilərin əks olunduğu bildirişi çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar olunmamış, daha sonra aşkar olunmuş əşyalar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, ##.##.2025- ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 20:06-da Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, ona hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə soruşulmuş, o, üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbada olan 01 ədəd bağlama təqdim etmiş, narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd bağlamanın təxmini çəkisi 316 qram olması müəyyən edilmişdir. Daha sonra sellofan torbada olan 01 ədəd bağlama 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibindən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar geri qaytarılmışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni ##.##.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanıılmasına dair protokol tərtib edilmiş, bundan sonra maddi sübutların təhvil-təslimi həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. İçərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusunu və 02 ədəd kağız parçasını, həmin gödəkcənin sol yan cibindən isə içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusunu və hüquq və vəzilərin əks olunduğu bildirişi çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar olunmamış, daha sonra aşkar olunmuş əşyalar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs başqa yerdə də narkotik vasitə saxlamağı barədə dail olmuş əməliyyat məlumatı ilə əlaqədar şübhəli şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə narkotik vasitə saxladığını bildirmişdir. Qeyd edilən ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlamış, həmin yerdə olan söhbətgahın yanına çatmışlar. Təqsirləndirilən şəxs dam hissəsində gizlətdiyi içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd qara rəngli bağlama təqdim etmişdir. Narkotik vasitə heroinə bənzər kütlə ilə birlikdə 01 ədəd bağlamanın təxmini çəkisi 1,476 qram olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd bağlama 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni ##.##.2025-ci il tarixdə Bakı şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən 200 manat qarşılığında Ağdaş şəhərində deyəcəyi ünvana aparıb qoymağı üçün aldığını, lakin sonradan həmin narkotik vasitələrdən özünün istifadəsi üçün saxladığını, narkotik vasitə heroini Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə olan söhbətgahın dam hissəsində, narkotik vasitə marixunanı isə üzərində saxlayan zaman polis əməkdaşlarının aşkar etdiyini, həmin narkotik vasitələrdən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün saxladığını saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir İş materiallarında olan # ###### 2025-ci il tarixli “raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda ##.##.1986-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). ## ###### 2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). ##.##.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 20:06-da Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlama təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 316 qram olmuş, sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibinbdən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni ##.##.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 01, iş vər. 10-12) ## ###### 2025-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur (cild 01, iş vər.16-17). ##.##.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə saat 20:06-dan saat 20:19-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlamanın qablaşdırıldığı kağız zərf təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlamada olan narkotik vasitənin özünə məxsus olmasını, həmin narkotik vasitəni ##.##.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapmasını, ona qarşı heç bir fiziki zorakılıq olmamasını bildirmişdir. Video görüntüdən ibarət 1 ədəd DVD disk “HP” markalı kompüterə qoşularaq və sonra «My computer» pəncərəsində açıldıqda bir ədəd diskdə bir kadrda çəkilmiş video fayllar vardır. DVD diskə baxış zamanı «Windows-10» əməliyyat sisteminin «X1» proqramı vasitəsi ilə açılmış, ilkin olaraq DVD disk “HP” markalı kompüterin DVD-Romuna yerləşdirilmiş, daha sonra «My computer» pəncərəsində açıldıqda “00023” adlı video görüntü açılmışdır. 13 dəqiqə 21 saniyədən ibarət olan görüntü 01:43 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlama təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 316 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibinbdən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni ##.##.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (cild 01, iş vər. 34-36). ##.##.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə də narkotik vasitə saxladığını bildirmişdir. Qeyd edilən ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanılmış, həmin yerdə olan söhbətgahın yanına çatılmışdır. Təqsirləndirilən şəxs dam hissəsində gizlətdiyi içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd qara rəngli bağlama təqdim etmiş, sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1,476 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitəni ##.##.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən 200 manat qarşılığında Ağdaş şəhərində deyəcəyi ünvana aparıb qoymağı üçün aldığını, lakin sonradan həmin narkotik vasitələrdən özünün istifadəsi üçün saxladığını, narkotik vasitə heroini Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə olan söhbətgahın dam hissəsində, narkotik vasitə marixunanı isə üzərində saxlayan zaman polis əməkdaşlarının aşkar etdiyini, həmin narkotik vasitələrdən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir (cild 01, iş vər. 47- 49). Məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki sellofan torbaya bükülmüş 01 (bir) ədəd sarı rəngli sellofan bağlamada, təmiz çəkisi-305,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 54-57) Məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs Ağdaş rayonu, Padar meşəsi adlanan yerdə gizlətdiyi narkotik vasitəyə bənzər kütlə” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfi açdıqda, içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi-1445,0 qram olan maddə kustar üsulla hazıranmış narkotik vasitə heroindir (cild 01, iş vər. 67-70) Ağdaş Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından görünür ki, Aqdamidar Nurlan Rüstəm oğlunun barəsində əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01. iş vər. 93-95) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1) Ağdaş rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə 01 il müddətinə islah işləri cəzası 20% cəzasına məhkum edilmiş, 2) Yevlax rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 185.1-ci və 69.3-cü maddələri ilə 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 3) Ağdaş rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 4) Ağdaş rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 5) Bakı şəhər Nəsimi rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci və 29,177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Xətai rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhər, Xətai rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə 01 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir; 6) Bakı şəhər Nərimanov rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci, 69.3-cü, 76.6.3-cü və 67.1-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-in 234.1-ci, 67.1- ci və 69.3-cü maddələri əsasən üzərində 02 il 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01, iş vər. 102-105) “xxxx” publik hüquqi şəxsindən daxil olan ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır (cild 01, iş vər. 106). Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli *** saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 120). İş üzrə verilmiş əməliyyat taşırığına verilmiş cavabda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, həmçinin onun narkotik vasitəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı olması və adının “Turabi” olması ehtimal edilən şəxsin şəxsiyyətini müəyyən etmək, həmçinin Təqsirləndirilən şəxs bu barədə dediklərini sübut edən məlumat əldə edilə bilməmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasından heç kimin xəbəri olmamış, onunla və onun əlbir olduğu olduğu şəxs olmamışdır (cild 01, iş vər. 135) Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin təqdim etdiyi ##.##.2025-ci il tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi ** nömrəli evdə qeydiyyatdadır, atası, anası və qardaşlarından ibarət ailə tərkibi var və barəsində nümaydəliyə yazılı və ya şifahi qaydada ərizə, şikayət daxil olmamışdır (cild 01, iş vər. 137-138) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 1(005)- ***/**** nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (06-## ###### 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 76.6.3-cü maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunmuş və CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və onun üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01, iş vər. 140-149). Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)***/**** nömrəli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs üzərində CM-in 234.1-ci, 67.1-ci və 69.3-cü maddələri əsasən 02 il 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01, iş vər. 150-156). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Aqdamir Nurlan Rüstəm oğlunun cəzasının çəkilməmiş 01 (bir) ay 29 (iyirmi doqquz ) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01, iş vər. 157-160). Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsinə heç bir hökm və qərar daxil olmamışdır (cild 01, iş vər. 161). ## ##### 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işindən başqa cinayət işinin ayrılması və icraat qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 206.2 və 235.1-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etmə mənbəyinin müəyyən olunması məqsədilə CM-in 234.4-1-ci maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilməsi, ayrılan cinayət işinə sənədlərin surəti əlavə olunması və ayrılan cinayət işi 250220036 statistik nömrə ilə qeydə alınması qərara alınmışdır (cild 01, iş vər. 190-204). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin ***/**** nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl aldığı zədələr və bədən xəsarətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X10 ##.##.2025-ci il tarixli, *-**-**/**/*-****/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi işində tələb edilən sənədlərin surətləri (akt, izahat, məlumat və xüsusi məlumat) mövcud deyil. Ağdaş RPŞ-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi yoxdur. Ağdaş RPŞ-nin ##.##.2026-cı il tarixli məktubundan və ona əlavə olunmuş ##.##.2025ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ##.##.2025-ci il tarixdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, ev 12-də yaşayan İsmayılov Kamil Kamal oğlu özünə məxsus nəqliyyat vasitəsinin akkumlyatorunun oğurlanmasını aşkar etməsi barədə Ağdaş RPŞ-yə müraciət etmiş və Təhqiqat bölməsində araşdırma aparılmışdır. ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş, Kamil İsmaylovun əmlakının oğurlanması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, habelə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat-profilaktik tədbirlər nəticəsində Kamil İsmayılova məxsus akkumlyatoru sonuncunun oğurlaması ##.##.2025-ci il tarixdə müəyyən edilmişdir. Nəticədə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surəti Ağdaş RPŞ-nin İTB-yə göndərilmişdir Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (06-## ###### 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 76.6.3-cü maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- ***/**** saylı ##.##.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunmuş və CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün hissəsi sözügedən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və onun üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)***/**** nömrəli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs üzərində CM-in 234.1-ci, 67.1-ci və 69.3-cü maddələrinə əsasən 02 il 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Aqdamir Nurlan Rüstəm oğlunun cəzasının çəkilməmiş 01 (bir) ay 29 (iyirmi doqquz ) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Belə olan halda, cinayətin təhlükəli residiv qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Adamifar Nurlan Rüstəm oğlunun müdafiəçisi X2 şəxsin əməlini səmimi etiraf etdiyini və əməlindən peşman olduğunu bildirmiş, və həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, cinayət işinin faktiki halları düzgün müəyyən edilmiş, toplanmış sübutlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirilmiş, təqsirləndirilən şəxsin əməlinə hüquqi tövsif düzgün verilmiş, təyin edilmiş cəzanın növü və həddi törədilmiş cinayətin ağırlığına, onun ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olaraq müəyyən edilmişdir. Müdafiəçi tərəfindən apellyasiya şikayətində verilmiş arqumentlər iş materialları ilə təsdiq edilmədiyindən və qanunvericiliyin tələblərinə əsaslanmadığından, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas arqumentləri, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi, ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz təzyiq göstərilməsi, narkotik vasitələrin qanunsuz olaraq ona verilməsi, ikinci epizod üzrə narkotik vasitənin könüllü təhvil verilməsi və bununla əlaqədar olaraq cinayət məsuliyyətindən azad edilməsi, həmçinin əmələ düzgün hüquqi qiymətin verilməməsi barədədir. Məhkəmə kollegiyası bu arqumentləri hərtərəfli araşdırmış və onların əsassız olduğu qənaətinə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı və ibtidai istintaq zamanı verdiyi ifadələri arasında mövcud olan ziddiyyətlər, onun məhkəmədə özünü təqsirli bilməməsinin sonrakı müdafiə strategiyası olmasını, əslində isə ibtidai istintaq zamanı verdiyi ətraflı, ardıcıl və konkret ifadələrinin hadisənin faktiki vəziyyətinə uyğun olduğunu göstərir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkillə təmin olunmuş şəraitdə, ona qarşı heç bir fiziki və ya psixoloji təzyiqin tətbiq edilmədiyini özü qeyd etmiş, narkotik vasitələrin əldə edilməsi, saxlanması, gizlədilməsi və aşkar edilməsi hallarını ardıcıl və təfərrüatlı şəkildə izah etmiş, bu ifadələri işin digər sübutları, o cümlədən əməliyyat-axtarış tədbirlərinin protokolları, baxış protokolları, maddi sübutlar, ekspert rəyləri və şahid ifadələri ilə tam uyğunluq təşkil etmişdir. Onun məhkəmədəki ifadələri isə ibtidai istintaqdakı ifadələrindən əsaslı şəkildə fərqlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı irəli sürdüyü, polis əməkdaşlarının onu saatlarla maşında gəzdirdikdən sonra meşə ərazisində narkotik vasitələri ona qoyması və daha sonra onu saxlaması barədə iddiaları real təcrübəyə və iş materiallarına ziddir, belə bir halın baş verməsi üçün heç bir obyektiv əsas yoxdur, həmçinin onun bu iddialarını təsdiq edəcək heç bir sübut iş materiallarında mövcud deyildir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı akkumulyator oğurluğu ilə bağlı ifadələri, bu məsələ üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olmasına baxmayaraq, onun narkotik vasitələrlə əlaqədar əməlinin sübuta yetirilməsinə heç bir təsir göstərmir, çünki oğurluq əməli ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi arasında heç bir səbəbli əlaqə yoxdur və bu, onun törətdiyi narkotik cinayətindən yayındırmaq məqsədi ilə irəli sürülən bir müdafiə vasitəsidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, onun ibtidai istintaq zamanı sərbəst iradəsi ilə və etiraf xarakterli ifadələr verməsindən sonra, məhkəmə prosesində müdafiə taktikasını dəyişməsi kimi qiymətləndirilməlidir və bu, onun əməlinin sübuta yetirilməsinə şübhə yaratmır, əksinə onun təqsirini daha da təsdiqləyir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şahid İsmayılov Kamil Kamal oğlunun səhhətində olan problem səbəbindən məhkəmə iclasında iştirak etməməsi işin mahiyyətinə təsir etmir, onun məhkəmə iclasına gəlməməsinin təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməsinə mane olmur. Belə ki, həmin şahid akkumulyator oğurluğu epizodu ilə bağlı çağırılmışdır ki, bu epizod təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş əsas ittihamla birbaşa əlaqəli deyildir və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin sübuta yetirilməsinə heç bir təsir göstərmir. İş materiallarında mövcud olan Ağdaş Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli məktubu və ona əlavə olunmuş ##.##.2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından göründüyü kimi, İsmayılov Kamil Kamal oğlunun əmlakının oğurlanması ilə bağlı araşdırma aparılmış və bu fakt cinayət işinin başlanmasına səbəb olmamışdır. Təqsirləndirilən şəxsin akkumulyator oğurluğu ilə bağlı ifadələri, onun narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması ilə bağlı hərəkətlərinə heç bir hüquqi təsir göstərə bilməz, çünki bu iki hadisə arasında səbəbiyyət əlaqəsi yoxdur. Məhkəmə iclasının bütün iştirakçıları, o cümlədən təqsirləndirilən şəxsin özü və onun müdafiəçisi, şahid İsmayılov Kamil Kamal oğlunun iştirakı olmadan məhkəmə baxışının keçirilməsinə etiraz etmədiklərini bildirmişlər və bu, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, məhkəməyə onun iştirakı olmadan baxışı davam etdirmək hüququ vermişdir. İş üzrə toplanmış sübutların məcmusu, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etiraf ifadələri, şahid şahid2 İlyas oğlu və şahid şahid1 ifadələri, ## ###### 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol, ## ###### 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi protokolu, ## ###### 2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokol, məhkəmə-bioloji ekspertizasının **/*** nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının **/*** nömrəli rəyi, videoçəkilişlərin diskləri və digər iş materialları bir-birini tamamlayaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilməsində mühüm rol oynamışdır. Xüsusilə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş və gizlətdiyi yerdən götürülmüş narkotik vasitələrin miqdarı, keyfiyyəti, onların qablaşdırılma forması, saxlanma şəraiti və təqsirləndirilən şəxsin bu vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə bağlı ibtidai istintaqda verdiyi ətraflı ifadələri, onun bu hərəkətlərinin satış məqsədi olmadan belə, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətinin tərkibinə daxil olduğunu qəti şəkildə sübut edir. Məhkəmə kollegiyası vurğulayır ki, CM-in 234.4-1-ci maddəsinin dispozisiyasında satış məqsədi bir məcburi əlamət kimi nəzərdə tutulmamışdır, bu maddə üzrə məsuliyyət narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması üçün nəzərdə tutulmuşdur ki, bu da təqsirləndirilən şəxsin əməlində tam təsdiqini tapmışdır. Müdafiəçi tərəfindən apellyasiya şikayətində qaldırılan ikinci epizod üzrə narkotik vasitənin könüllü təhvil verilməsi və bu səbəbdən cinayət məsuliyyətindən azad olunması barədə arqumenti də əsaslı deyildir. Çünki, CM-inin 234-cü maddəsinin qeyd hissəsinin müddəalarına əsasən, narkotik vasitələri könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Lakin bu müddəanın tətbiqi üçün zəruri şərtlər mövcuddur. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs saxlanıldıqdan və üzərindən narkotik vasitə marixuana aşkar edilərək götürüldükdən sonra, polis əməkdaşları tərəfindən onun başqa yerdə də narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı olduğu bildirildikdən sonra, yəni hüquq-mühafizə orqanları artıq onun digər narkotik vasitələri gizlətdiyi barədə məlumata malik olduğu bir şəraitdə, ikinci epizod üzrə narkotik vasitə heroini gizlətdiyi yeri göstərmişdir. Bu hal, qanunvericilikdə nəzərdə tutulmuş "könüllü təhvil vermə" anlayışına uyğun gəlmir, çünki könüllü təhvil vermə dedikdə, hüquq-mühafizə orqanlarının həmin narkotik vasitənin mövcudluğu və saxlanma yeri barədə məlumatının olmadığı, yaxud bu barədə məlumat əldə etmək imkanlarının olmadığı bir vəziyyətdə, şəxsin öz sərbəst iradəsi ilə və heç bir məcburiyyət altında olmadan həmin narkotik vasitəni məhz hüquq-mühafizə orqanlarına təhvil verməsi başa düşülür. Bu işdə isə təqsirləndirilən şəxs, üzərindən narkotik vasitə aşkar edilərək götürüldükdən sonra, hüquq-mühafizə orqanlarının onun başqa yerdə də narkotik vasitə saxlaması barədə məlumatı olduğu bildirildikdən sonra, gizlətdiyi yeri göstərmişdir ki, bu da könüllü təhvil vermə kimi qiymətləndirilə bilməz. Bundan əlavə, təqsirləndirilən şəxsin gizlətdiyi yerə aparılaraq narkotik vasitəni göstərməsi, Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsində göstərilən "fəal iştirak" kimi də qiymətləndirilə bilməz, çünki o, narkotik vasitələrin əldə edilməsi mənbəyini, yaxud digər şəxsləri açıqlamaqla cinayətin tam aşkar edilməsinə kömək etməmiş, sadəcə olaraq artıq hüquq-mühafizə orqanlarına məlum olan həmin narkotik vasitəni göstərmişdir. Belə olan halda, müdafiəçinin bu əsasla şikayətinin təmin edilməsi tələbi qanuna ziddir və təqsirləndirilən şəxsin əməlinə verilmiş hüquqi qiymətə təsir edə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin hərəkətlərinin CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməsini düzgün hesab edir. Belə ki, təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən xüsusilə külli miqdarda (1 kq 445 qram) heroin və xeyli miqdarda (305,12 qram) qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamışdır. Həmin narkotik vasitələrin miqdarı CM-in 234-cü maddəsinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarlarının çəkisi"nə uyğun olaraq, heroin üçün xüsusilə külli miqdar həddini, marixuana üçün isə xeyli miqdar həddini keçdiyindən, təqsirləndirilən şəxsin əməli qanunvericilikdə müəyyən edilmiş bütün obyektiv əlamətləri özündə ehtiva edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri əldə etmə mənbəyinin, onları kimdən və hansı şəraitdə aldığının istintaq zamanı müəyyən edilməməsi, onun bu hərəkətlərini qanunsuzluqdan çıxarmır, əksinə, bu fakt onun narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakının ayrıca bir tərəfini təşkil edir və onun məsuliyyətini ağırlaşdıran hallardan biri kimi dəyərləndirilə bilər. Təqsirləndirilən şəxsin narkotik vasitələri əldə etdiyi şəxs barədə bildirdiyi məhdud məlumatlar və bu şəxsin sonradan müəyyən edilə bilməməsi, onun ifadələrinin etibarlılığına şübhə yaradır və bu, onun ibtidai istintaqdakı ifadələrinin sonradan dəyişdirilməsinin səbəblərindən biri ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin etiraf ifadələri, xüsusilə də məhkəmə istintaqında onun bu ifadələrdən imtina etməsi, onun təqsirinin sübuta yetirilməsinə mane olmur, çünki onun təqsiri işdəki digər yazılı sübutlarla, o cümlədən ekspert rəyləri və əməliyyat-axtarış tədbirlərinin protokolları ilə qəti şəkildə təsdiq edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu işdə məhz belə bir sübutlar məcmusu mövcuddur və onlar təqsirləndirilən şəxsin əməlini tam və qəti şəkildə sübuta yetirir. Apellyasiya şikayətində müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsindən yeni azad olunması, maddi çətinliklərinin olması, narkotik vasitələri satmaq iqtidarında olmaması, belə böyük miqdarda narkotik vasitəni ona tanımadığı bir şəxsin etibar edə bilməyəcəyi kimi göstərilmiş arqumentləri də əsassızdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, xüsusilə də müasir dövrdə mürəkkəb və gizli şəbəkələr vasitəsilə həyata keçirilir və bu cür əməllərin iştirakçıları çox vaxt bir-birini tanımır, maddi vəziyyətlərindən asılı olmayaraq, müxtəlif sosial təbəqələrdən olan şəxslər bu cinayətə cəlb edilirlər. Təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsindən yeni azad olması və maddi çətinliklərinin olması, əksinə, onun bu cür asan pul qazanmaq vədiləri ilə narkotik vasitələrin daşınması və saxlanması kimi qanunsuz əməllərə cəlb olunmasına zəmin yarada bilər və bu, onun təqsirini aradan qaldırmır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın ədalətli olub-olmaması məsələsinə də hərtərəfli baxmışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə CM-in 234.4-1-ci maddəsi ilə 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, daha sonra CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 29 gün vaxtından əvvəl azad edilməsi ləğv edilmiş və CM-in 67.1-ci maddəsinə əsasən, bu çəkilməmiş cəza hissəsi yeni təyin olunan cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 10 il 07 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası bu cəzanın müəyyən edilməsi prosesində birinci instansiya məhkəməsinin CM-in 58.3-cü maddəsinin tələblərinə tam riayət etdiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən onun əvvəlki məhkumluqlarını, məhkumluğunun ödənilməməsini, cinayətin təhlükəli residiv əlamətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu işdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xüsusilə külli miqdarda və xeyli miqdarda olmaqla, ümumilikdə 1 kq 750 qramdan çox müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Onun törətdiyi cinayət, narkotik vasitələrin yayılmasına və cəmiyyətdə narkomaniyanın artmasına birbaşa təsir göstərən, yüksək ictimai təhlükəli olan ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin şəxsiyyəti öyrənildikdə məlum olur ki, o, əvvəllər dəfələrlə, o cümlədən CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. O, 2023-cü ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023cü il tarixli qərarı ilə ona 02 il 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, bu cəzanı çəkərkən, ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, azad olduğu gündən etibarən yeni, daha ağır cinayət törətməyə başlamış, cəmi iki gün sonra, ## ###### 2025-ci il tarixdə xüsusilə külli miqdarda narkotik vasitələrlə saxlanılmışdır. Bu fakt, onun islah olunmaq istəmədiyini, cəzaçəkmə müəssisəsində olmanın ona heç bir təsir göstərmədiyini, onun üçün cinayət fəaliyyətinin davamlı bir məşğuliyyət halına çevrildiyini və onun cəmiyyət üçün təhlükəli olaraq qaldığını açıq şəkildə göstərir. Belə bir şəraitdə, təqsirləndirilən şəxsə qarşı yüngül cəza tədbirinin tətbiqi, həm onun özünün yenidən cinayət törətməsinin qarşısını ala bilməz, həm də ümumi xəbərdarlıq məqsədinə xidmət etməz, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə dövlətin tutduğu sərt mövqeyə zidd olar. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu işdə, təqsirləndirilən şəxsin keçmiş məhkumluqları, xüsusilə də narkotik cinayətləri üzrə olması, cəzaçəkmə müəssisəsindən azad olduqdan dərhal sonra təhlükəli residiv şəraitində yeni və daha ağır narkotik cinayəti törətməsi, onun islah olunmasına nail olmaq üçün cəzanın ədalətli və kifayət qədər ağır olmasının vacibliyini ortaya qoyur. Təyin edilmiş cəza, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə və onun əvvəlki hərəkətlərinə tam mütənasibdir, cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Narkotik cinayətlərində tətbiq edilən sərt cəza tədbirləri "ümumi preventiv" xarakter daşıyaraq, potensial cinayətkarlar üçün çəkindirici rol oynamalıdır. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik cinayətlərinin digər cinayətlərdən fərqi onların zəncirvari reaksiya yaratmasıdır. Bir narkotik vasitə istifadəçisi onlarla asılı şəxs yaradır, o şəxslər isə öz növbəsində yeni cinayətlər (oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma) törətməyə sövq edilir. Bu, cinayət hüququnda "latentlik" (gizlilik) dərəcəsi yüksək olan bir sahədir. Məhz bu səbəbdən, aşkar olunmuş hər bir fakt üzrə tətbiq edilən sərt cəza, aşkar olunmamış potensial cinayətlər üçün bir maneə rolu oynamalıdır. Cinayət hüququnda humanizm prinsipi təkcə təqsirləndirilən şəxsə qarşı deyil, həm də zərərçəkmiş tərəfə və cəmiyyətə qarşı tətbiq olunmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğl olan şəxslərə qarşı göstərilən qeyri-proposional humanistlik, cəmiyyətə qarşı laqeyd yanaşma deməkdir. Ədalətli cəza — cinayətkarın törətdiyi əməlin cəmiyyətə vurduğu zərərin ağırlığına mütənasib olan cəzadır. Hüquqi baxımdan satış məqsədi olmadan dövriyyəsi əməlin təhlükəsiz olduğu mənasına gəlmir. Narkotik vasitələrin fərdi istehlak üçün əldə edilməsi və saxlanılması qanunsuz narkotik bazarında "tələbi" formalaşdıran əsas amildir. Tələb olan yerdə təklif (satış) qaçılmazdır. Buna görə də, fərdi istehlakçıya qarşı tətbiq edilən sərt cəza, əslində narkotik ticarətinin iqtisadi zəncirini qırmağa xidmət edir. Şəxsin narkotik maddəni üzərində və ya mənzilində saxlaması hər an onun başqa şəxslərə ötürülməsi və ya təsadüfi şəxslərin (məsələn, ailə üzvlərinin, uşaqların) zəhərlənməsi riskini yaradır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Sözügedən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrlə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il * №-li qərarının 27-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. BMT-nin Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyasının 36-cı maddəsinin 1-ci bəndinə əsasən bu konvensiyaya qoşulmuş hər bir ölkə özünün konstitusiya məhdudiyyətlərinə riayət etməklə bu Konvensiyanın qərarlannı pozmaqla narkotik vasitələrin becərilməsi və istehsalmın, hazırlanmasının, tərkibdən çıxanlmasının, hasil edilməsinin, saxlanmasının, təklif edilməsinin, kommersiya məqsədi ilə təklif edilməsinin, paylanılmasının, satın alınmasının, satılmasının, istənilən şərtlə çatdırılmasının, dəllallığının, göndərilməsinin, tranzitlə yenidən göndərilməsinin, daşınmasmm, idxalının və ixracının və Tərəfiərin rəyinə görə bu Konvensiyanın qərarlarına zidd sayıla biləcək istənilən digər hərəkətin qəsdən törədildiyi halda cəzalandırılmalı olan əməl sayılması, eləcə də ciddi cinayətlərin müvafıq cəzalanmaya, xüsusən də həbsxanada saxlamaqla azadlıqdan məhrumetmə, yaxud digər üsulla azadlıqdan məhrumetmə növündə cəzalanmaya məruz qoyulmasını təmin edəcək tədbirlər görməlidir. X8 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dıyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 10 (on) saat üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müdafiəçi1 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-80/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-80/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver