Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-82/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Anar Əlifağa oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 1(046)-86/2025 ( sədrlik edən G.Qurbanova) nömrəli hökmü ilə, ##.##.1957-ci ildə Göyçay rayonundaanadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, subay,əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, M.Füzuli küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azaqlıdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs” qətimkan tədbirinə dəyişdirilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs olunması Təqsirləndirilən şəxs narkoloji kabinetə qeydiyyata alınması iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,840 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» ## #### 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,890 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, ## ### 2025-ci il tarixda saat 14:21-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Füzuli küçəsində saxlanılmış və saat 14:21-dən 14:28-dək üstünün yoxlanılması zamanı qara rəngli şalvarın sağ yan ön cibindan 01 ədəd "LD” markalı siqaretin içərisində olan 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 0,890 qram olmaqla xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cinayət işinə baxarkən heç bir yüngülləşdirici halları nəzə almamışdır. 3-cü qrup əlildir və vərəm xəstəsidir. İki azyaşlı övladı vardır və əməlindən səmimi peşmandır. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti, eləcə də digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Milli Məclisin qərarının 3.1-ci maddəsinin nəzərə almaqla şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı3 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Milli Məclisin qərarının təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tətbiq etməyin mümkün olduğunu göstərərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Milli Məclisin qərarını tətbiq etməklə hökmün dəyişdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ##.##.2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki o, Leninqrad şəhəri Kuybışev Rayon Məhkəməsinin ##.##.1982-ci il tarixli hökmü ilə RSFSR-nin CM-in 145- ci maddəsinin 2-ci hissəsinə əsasan 04 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, Astraxan Şəhər Məhkəməsinin ##.##.1986-ci il tarixli hökmü ilə RSFSR-in CM-in 224-cü maddəsinin 4-cü hissəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum edilmiş, Göyçay Rayon Xalq Məhkəməsinin ##.##.1992-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum edilmiş, Ağstafa rayon Xalq Məhkəməsinin ##.##.1994-cü il tarixli hökmü 04 il müddətinə azadlıqdan məhrum edilmiş, Nizami rayon Xalq Məhkəməsinin ##.##.1996-cı il tarixli hökmü ilə 05 il azadlıqdan məhrum edilmiş, Göyçay Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum edilmiş, Göyçay rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə CM-in 234.4.1, 234.4.2 va 234.4.3-cü maddələrinə əsasən 11 il azadlıqdan məhrum edilmiş, Şəki Ağır Cinayətler Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müdəətə azadlıqdan məhrum edilmiş, ##.##.2024-cü il tarixdə Xatai Rayon Məhkəməsinin qararı ilə 04 ay 29 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü cəzaya aid hissəsində dəyişdirilməlidir. Cinayət işinin materiallarının araşdırılması göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mötəbər sübutlar kompleksi ilə tam sübuta yetirilmişdir. İş materiallarında mövcud olan əməliyyat-baxış protokolları, götürülmüş maddi sübutlar, məhkəmə-kimyəvi ekspertizasının rəyi və şahid ifadələri şəxsin satış məqsədi olmadan, xeyli miqdarda (0,890 qram) narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamasını qəti olaraq təsdiq edir. Bu baxımdan, təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi maddi hüquq normalarına tamamilə uyğundur və cinayət məsuliyyətinin əsaslarını şübhə altına qoya biləcək hər hansı prosessual pozuntu aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayətində cəzasının həddindən artıq ağır olması, məhkəmə tərəfindən onun 3-cü qrup əlil və vərəm xəstəsi olması, iki azyaşlı övladının xüsusatlarının və səmimi peşmanlığının nəzərə alınmaması barədə dəlilləri qiymətləndirilərkən, məhkəmə kollegiyası onun şəxsiyyətini xarakterizə edən mühüm hüquqi faktlara xüsusi diqqət yetirir. İş materiallarında olan tələbnamədən aydın görünür ki, Təqsirləndirilən şəxs ömrünün böyük bir hissəsini mütəmadi olaraq cinayətlərin törədilməsinə sərf etmiş, 1982-ci ildən etibarən Leninqrad, Astraxan, Göyçay, Ağstafa, Nizami və Şəki Məhkəmələri tərəfindən müvafiq olaraq müxtəlif ağır və az ağır cinayətlərə, xüsusən də qanunsuz narkotik dövriyyəsi ilə bağlı əməllərə görə ardıcıl olaraq 04 il 06 ay, 05 il, 02 il, 04 il, 05 il, 01 il, 01 il 06 ay, 11 il və son olaraq 02 il 06 ay müddətlərinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. Şəxsin dövlət tərəfindən tətbiq edilən çoxsaylı cəza tədbirlərindən, hətta ən son ##.##.2024-cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsindən belə nəticə çıxarmayaraq, məhkumluğu ödənilmədiyi və reabilitasiya dövrünü keçmədiyi halda yenidən eyni xarakterli cinayət əməlini törətməsi onun açıq-aşkar islaholunmaz, cinayətkar vərdişlərə meylli və cəmiyyət üçün yüksək dərəcədə təhlükəli bir şəxsiyyət olduğunu nümayiş etdirir. CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə cəza təyin edərkən təqsirkarın şəxsiyyətini və cəzanın çəkindirici təsirini tam nəzərə almalıdır; şəxsin bu dərəcədə zəngin və təkrar olunan məhkumluluq tarixçəsi onun barəsində hər hansı yüngül və ya alternativ cəzanın tətbiqini hüquqi cəhətdən qeyri-mümkün edir. CM-in 8.1-ci maddəsində təsbit olunmuş ədalət və sosial ədalətin bərpası prinsipləri belə residiv xarakterli davranışlara qarşı dövlətin adekvat və qətiyyətli məcburiyyət tədbirləri görməsini tələb edir, çünki dövlət cəza siyasətində cinayəti peşəyə çevirmiş şəxslərə münasibətdə cəmiyyətin təhlükəsizliyini ön plana çəkməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasının növü və ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməsi şəxsin keçmişi ilə tam mütənasibdir, qanunidir və şikayətdə göstərilən fərdi xüsusatlarla cəzanın daha da yüngülləşdirilməsi barədə dəlillər tamamilə əsassızdır. Cinayət qanunvericiliyinə əsasən, cəza sadəcə törədilmiş əmələ görə tətbiq edilən cəza tədbiri deyil, onun əsas məqsədləri sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır (ümumi və xüsusi profilaktika). Şəxsin 1982-ci ildən bəri mütəmadi olaraq fərqli məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzalarına məhkum edilməsi və cəzaçəkmə müəssisələrindən azad olunduqdan dərhal sonra yenidən cinayət yoluna qayıtması sübut edir ki, əvvəlki cəzaların xüsusi çəkindirici təsiri şəxs üzərində effektiv olmamışdır. Belə bir vəziyyətdə cəzanın daha da yüngülləşdirilməsi, cəzanın islahetmə və çəkindiricilik funksiyalarını tamamilə heçə endirər, şəxsdə cəzasızlıq sindromu və cinayətkar davranışa rəvac verən arxayınlıq hissi yaradardı. Cəzanın qanunvericilikdə nəzərdə tutulmuş hədlərdən daha aşağı təyin edilməsi və ya şərti tətbiqi üçün şəxsin islaholunma potensialı, səmimi peşmanlığı və cəmiyyət üçün real təhlükəlilik dərəcəsinin azalması əsas götürülməlidir. Lakin Təqsirləndirilən şəxs reabilitasiya potensialı daxili keçmişi ilə tamamilə sıfırlanmışdır. Şəxsin hətta bu cinayəti törətməzdən az əvvəl, yəni ##.##.2024-cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi kimi dövlətin böyük etimad və humanizm addımından sui-istifadə edərək yenidən qanunsuz narkotik dövriyyəsinə qurşanması onun hüquqi şüurunun fəsadlaşdığını və qanunlara tabe olmaq istəmədiyini göstərir. Dövlətin sonuncu humanitar etimadını doğrultmayan şəxsə eyni hüquqi status daxilində yenidən yüngülləşdirici güzəştlərin edilməsi qanunun ruhuna ziddir. Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi sadəcə fərdi cinayət əməli olmayıb, bəşəriyyətin gələcəyini, cəmiyyətin genofondunu, dövlətlərin iqtisadi və siyasi təhlükəsizliyini təhdid edən ən ağır qlobal fəsadlardan biridir. Bu qanunsuz dövriyyə fərdlərin fiziki və mənəvi baxımdan məhvinə, ailələrin dağılmasına və digər ağır, xüsusilə də zorakı cinayətlərin artmasına birbaşa şərait yaradır. Şəxsin zəngin cinayət keçmişi, xüsusən də əvvəllər dəfələrlə məhz narkotik cinayətlərinə görə məhkum olunmasına baxmayaraq yenidən eyni xarakterli əməli törətməsi, onun bu təhlükəli zərərli vərdişi reabilitasiya etmək niyyətində olmadığını və cəmiyyət üçün davamlı fəsadlar yaratdığını nümayiş etdirir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə beynəlxalq birliyin də diqqət mərkəzindədir və dövlətlər qarşısında ciddi öhdəliklər qoyur. Azərbaycan Respublikasının da tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlər, o cümlədən BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyası, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyası və xüsusilə BMT-nin 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyası bu növ cinayətləri bəşəri bəla kimi xarakterizə edir. Sözügedən 1988-ci il Konvensiyasının müddəalarında birbaşa göstərilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin fəsadlarının ağırlığı nəzərə alınmalı, üzv dövlətlər tərəfindən bu cinayətləri törədən şəxslərə, xüsusən də residivistlərə qarşı adekvat, effektiv və çəkindirici cəza tədbirləri müəyyən edilməlidir. Beynəlxalq hüququn bu imperativ tələbləri təhlükəli residiv xarakterli narkotik cinayətləri törətmiş şəxslərə qarşı güzəştsiz hüquqi mövqe nümayiş etdirilməsini şərtləndirir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki:
3. Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 3.1. az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər; 3.2. ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər. Həmin qərarın 5.2.3-cü bəndində qeyd edilir ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Hazırkı cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət cinayətlərin ağırlıq dərəcəsinə görə təsnifatına görə az ağır cinayətə aiddir. Belə ki, CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini, xüsusilə də onun amnistiya tətbiq edilməklə cəzadan tamamilə azad olunması barədə tələbini araşdıraraq hesab edir ki, şəxsin cəzadan tam azad edilməsi hüquqi cəhətdən qeyri-mümkündür. İş materiallarında mövcud olan sənədlərdən və tələbnamədən aydın görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ardıcıl olaraq xeyli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayət əməllərinə görə uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, dövlət tərəfindən tətbiq olunan cəza tədbirlərindən nəticə çıxarmayaraq, məhkumluğu ödənilmədiyi dövrdə yenidən qəsdən eyni xarakterli cinayət əməlini törətmişdir. Onun bu davranışı CM-in 18.2-ci maddəsinin mənasına görə əməlində təhlükəli residiv yaradır. İş üzrə istinad edilən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərara əsasən, dövlətin humanizm siyasətinin təzahürü olan bu aktın tətbiqi mütləq deyil və müəyyən imperativ məhdudiyyətlərə tabedir. Sözügedən sənədin II. Amnistiyanın tətbiqinə məhdudiyyətlər" hissəsinin 7-ci bəndində amnistiyanın cəzadan tam azad etməni nəzərdə tutan müddəalarının (aktın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi) hansı şəxslərə şamil edilməyəcəyi dəqiq təsbit olunmuşdur. Məhz həmin 7-ci bəndin 7.5-ci yarımbəndində qəti qaydada müəyyən edilmişdir ki, təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş şəxslər barəsində amnistiyanın cəzadan tam azad etmə müddəaları tətbiq edilmir. Təqsirləndirilən şəxs zəngin cinayət keçmişi və əməlində hüquqi fakt kimi təsdiq olunmuş təhlükəli residiv vəziyyəti onu birbaşa olaraq amnistiya aktının 7.5-ci yarımbəndindəki qadağanın dairəsinə daxil edir. Qanunverici orqan cinayətkar vərdişlərdən əl çəkməyən və cəmiyyətin təhlükəsizliyi üçün sistemli təhdid formalaşdıran residivist şəxslərin cəzadan tamamilə yayınmasını qadağan etdiyi üçün, birinci instansiya məhkəməsinin hökmü şəxsin cəzadan tam azad edilməsi hissəsində dəyişdirilə bilməz. Buna görə də, amnistiya aktının 7-ci bəndinin 7.5-ci yarımbəndinin imperativ tələbi rəhbər tutularaq, təhlükəli residivi olan şəxs barəsində yalnız aktın 3.1-ci bəndinə uyğun olaraq (az ağır cinayətlər üzrə çəkilməmiş hissənin 1 ildən artıq olması əsası ilə) cəzanın qismən, yəni 6 ay müddətinə azaldılması tətbiq edilə bilər. Bundan əlavə təhlil olunan işdən bəlli olur ki, sözügedən hökmün giriş hissəsində birinci instansiya məhkəməsi səhfən təqsirkarın CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxdığını qeyd emişdir. Halbuki, işdən görünür ki, təqsirkar CM-in 263.1-ci maddəsi ilə deyil, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmişdir. Bu baxımdan da kollegiya bu fikirdədir ki, qeyd edilən hal məhkəmə kollegiyasının yekun qərarında aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarının 3.1-cı bəndinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin olunmuş 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldılmalı, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025cı il tarixli, *(***)-**/**** nömrəli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarının 3.1, 5.1 və 5.3-cü bəndini rəhbər tutaraq, Qərara aldı:
Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü cəzaya aid hissədə, eləcədə həmin hökmün giriş hissəsində təqsirləndirilən şəxsin CM-in 263.1-ci maddəsi ilə deyil, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi qeyd edilməklə dəyişdirilsin. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarının 3.1, 5.1 və 5.3-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin olunmuş 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 2(iki) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. .Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablansın Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 4 (dörd) saat üçün 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müdafiəçi1 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.