Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-84/2026 12.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(051)-211/2025 ( sədrlik edən G.Quliyeva) nömrəli hökmü ilə, ##.##.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 4, mənzil 29 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində ##.##.2025-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsi və onun, ərazi narkoloji dispanserdə qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ##.##.2025-ci il tarixdən hesablanması, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-da məsul saxlanca verilmiş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 409,8 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İşin halları Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, ## #### 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə - qurudulmuş marixuananın xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, ##.##.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq islah olunmayıb, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, xeyli miqdarda, təmiz çəkisi 410 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, ##.##.2025-ci il tarixdə saat 12:23-də Mingəçevir ŞPŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivi, Bakıxanov küçəsində saxlanılıb həmin tarixdə, həmin ünvanda saat 12:24-dən 12:30dək olan müddətdə üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana sağ əlindəki qara rəngli sellafon torbanın içərisində aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayətdə özünü təqsirli blmir və məhkəmənin onun barəsində olan qərarını ədalətli hesab etmir. Qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının, eləcə də barəsində seçilmiş azadlıqdan məhrumetmə cəzasının ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir. ##.##.2025-ci il tarixdə Mingəçevir şəhəri, Şəfa bağ massivində səhər saatlarında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, daha sonra isə üzərində polis əməkdaşlarının özlərinin qoyduğu narkotik vasitə qurudulmuş marixuana aşkarlandığı üçün Mingəçevir ŞPŞ-ə gətirilmişdir. Lakin Mingəçevir ŞPŞ-nin əməkdaşları Mingəçevir şəhəri, Şəfa bağ massivi adlanan ərazidə onu saxlayarkən dialoq nəticəsində ona qurudulmuş marixuananı boynuna almağı, əks halda isə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə barəsində cinayət işi açacaqları ilə təhdid edərək onu seçim qarşısnda qoymuşlar. Bu səbəbdən ibtidai istintaq zamanı qurudulmuş marixuananın onun olduğuna dair ilkin ifadə vermişdir. Təqsirləndirildiyi cinayət işi materiallarına əlavə olunmuş yaşadığı ünvanda müsbət xarakterizə olunduğu qeyd olunmuşdur. Lakin həmin ünvanda 2012-ci il tarixdən yaşamır. ##.##.2025-ci il tarixdə saat 11 radələrində Şəfa bağ massivində piyada hərəkət edərkən Samux küçəsi, “Zərif” şadlıq sarayının yaxınlığında polis əməkdaşlarının ona yaxınlaşdığı qeyd olunmuşdur. Lakin ümumiyyətlə həmin tarixdə “Zərif” şədlıq sarayının yaxınlığında olmamışdır. Saxta əməliyyat tədbirindən təqribən 20 dəqiqə əvvəl saxlanılmışdır. Toplanmış sübutları mötəbər hesab etmədiyi üçün şahid qismində qeyd edilən polis əməkdaşları şahid2, şahid3 və şahid1, eləcə də ona aid telefonların anten dairəsinin və saxlanıldığı ərazinin kamera görüntülərini çıxarılmasını bildirmişdir. Kannabinoid adlanan narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Odur ki, məhkəmə-narkoloji ekspertizasının rəyi əsassızdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət vermişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Şahid şahid3 birinci instasniya məhkəməsinin məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis maayoru rütbəsində xidmət edir. ##.##.2025-ci il tarixdə saat 12:23-də o, Mingəçevir ŞPŞ- nin əməkdaşları şahid2 və şahid1 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Şəfa bağ massivi, Bakıxanov küçəsində piyada gedən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu, bu səbəbdən üzərinin yoxlanılanacağını və üzəri video çəkiliş aparılmaqla yoxlanılarkən videoçəkilişdən istifadə edildiyi üçün hal şahidlərinin iştirakının məcburi olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs isə üzərinin yoxlanılmasına etiraz etmədi və üzəri yoxlanılmazdan öncə Təqsirləndirilən şəxs sağ əlindəki qara rəngli sellafon torbanı könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzəri yoxlanılarkən qanunla saxlanması qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd qara rəngli torbaya baxış keçirilən zaman içərisində qırmızı rəngli bağlama aşkar edilmiş və həmin bağlama açılarkən spesifik iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra prosses iştirakçılarının yanında həmin bir ədəd qırmızı rəngli torbada olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 435 qram olmuşdur. Daha sonra həmin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı ##.##.2025ci il tarixdə Mingəçevir şəhəri ərazisində yerdən tapdığını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmiş və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. X7 və X3 da məhkəmə istintaqında şahid Eemin Şirəliyeev ilə eyni məzmunda ifadə veermişlər. Həmçinin, iş materiallarında olan ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan torbanın içərisində olan qırmızı rəngli sellefon bağlamadan ümumi çəkisi 435 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (i.v. 10-11). “xxxx” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 13:20-dən tutulmuş hesab edilmişdir (i.v. 25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki təmiz çəkisi - 410 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v. 39-40). ##.##.2025-ci il tarixli “xxxx” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 59-60). Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Hansıki bu məhkəmə iclasında da Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir (i.v. 76-79). Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əzizbəyov Rayon Məhkəməsinin ##.##.2007ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə şərti maliyyə vahidinin 400 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, MM ##.##.2009-cu il tarixli amnistiya qərarı əsasında cərimə cəzasından azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2016-cı ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə şərti azad edilmiş, ##.##.2017-ci ildə cəza müddəti başa çatmış, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2020-ci ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 04 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2021ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib 02 il cəza təyin edilmiş, ##.##.2021-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin ##.##.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2025-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 86-87). “Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 410 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 409,80 qram olan narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v. 90- 91). Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının ##.##.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. (i.v. 94-97). Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş **** №-li ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir. (i.v. 113). Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş **** №-li ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. (i.v. 114). Məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs burada da həkimə bildirmişdir ki, 15 ildir ki, narkotik vasitədən istifadə edir. Aşkar olunmuş narkotik vasitəni tapdığını bildirmişdir (i.v.118). ##.##.2025-ci il tarixli 318 №li * saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 4, mənzil 29 ünvanında yaşayır. (i.v. 120). “xxxx” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və ##.##.2025-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, şahid ifadələri, baxış və götürmə protokolu, məhkəmə-bioloji ekspertizasının ##.##.2025- ci il tarixli **/*** saylı və məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli **** saylı rəylərin sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. (i.v. 122-127). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq iş materiallarını və toplanmış sübutları birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə müqayisəli şəkildə təhlil edib aşağıdakı qənaətə gəlir: Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları CPM-in 125-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə, saat 12:23 radələrində Mingəçevir şəhəri, Bakıxanov küçəsində saxlanılarkən sağ əlindəki sellofanda təmiz çəkisi 410 qram olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlaması faktı özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, baxış protokolları və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Şahid – polis əməkdaşlarının məhkəmə iclasında verdiyi ardıcıl və məntiqi ifadələr, əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitənin aşkar edilməsi şəraitini tam təfərrüatı ilə izah edir və işin digər materialları ilə ziddiyyət təşkil etmir. Təqsirləndirilən şəxsin narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması və təhdid altında ifadə verməsi barədə dəlilləri təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, bu iddialar cinayət məsuliyyətindən yayınmaq məqsədilə seçilmiş müdafiə xarakterli mövqedir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılması və üzərinə baxış keçirilməsi qanunvericiliyin tələblərinə uyğun, videoçəkiliş vasitəsilə sənədləşdirilmişdir. Həmin çəkilişlərdə və ilkin ifadələrdə təqsirləndirilən şəxs tərəfindən hər hansı təzyiq və ya qanunsuzluq barədə şikayət daxil olmamış, əksinə, o, narkotik vasitəni tapdığını könüllü etiraf etmişdir. Həmçinin, Məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyi aşkar edilmiş maddənin məhz xeyli miqdarda qurudulmuş marixuana olduğunu elmi şəkildə təsdiq edir. Əməlin hüquqi tövsifi və cəza təyini məsələlərində qanun normaları düzgün tətbiq edilmişdir. Təqsirləndirilən şəxsin əməli CM-in 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə və saxlama) düzgün tövsif olunmuşdur. Cəza təyin edilərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə analoji və digər cinayətlərə görə məhkum olunmasını, cəzasını çəkib azad olduqdan cəmi iki ay sonra yenidən cinayət törətməsini, yəni islah yoluna qədəm qoymamasını və narkomanlıqdan əziyyət çəkməsini nəzərə almışdır. Habelə təqsirləndirilən şəxsin narkomanlıqdan məcburi müalicəsinə dair qərar əsaslıdır. Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli **** saylı rəyi ilə Təqsirləndirilən şəxs kannabinoid asılılığından əziyyət çəkdiyi və məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə gəldiyi nəticə qanunidir. Məhkəmə kollegiyası həmçinin şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirməyi zəruri hesab edir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Narkotik cinayətlərində tətbiq edilən sərt cəza tədbirləri "ümumi preventiv" xarakter daşıyaraq, potensial cinayətkarlar üçün çəkindirici rol oynamalıdır. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik cinayətlərinin digər cinayətlərdən fərqi onların zəncirvari reaksiya yaratmasıdır. Bir narkotik vasitə istifadəçisi onlarla asılı şəxs yaradır, o şəxslər isə öz növbəsində yeni cinayətlər (oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma) törətməyə sövq edilir. Bu, cinayət hüququnda "latentlik" (gizlilik) dərəcəsi yüksək olan bir sahədir. Məhz bu səbəbdən, aşkar olunmuş hər bir fakt üzrə tətbiq edilən sərt cəza, aşkar olunmamış potensial cinayətlər üçün bir maneə rolu oynamalıdır. Cinayət hüququnda humanizm prinsipi təkcə təqsirləndirilən şəxsə qarşı deyil, həm də zərərçəkmiş tərəfə və cəmiyyətə qarşı tətbiq olunmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğl olan şəxslərə qarşı göstərilən qeyri-proposional humanistlik, cəmiyyətə qarşı laqeyd yanaşma deməkdir. Ədalətli cəza — cinayətkarın törətdiyi əməlin cəmiyyətə vurduğu zərərin ağırlığına mütənasib olan cəzadır. Hüquqi baxımdan satış məqsədi olmadan dövriyyəsi əməlin təhlükəsiz olduğu mənasına gəlmir. Narkotik vasitələrin fərdi istehlak üçün əldə edilməsi və saxlanılması qanunsuz narkotik bazarında "tələbi" formalaşdıran əsas amildir. Tələb olan yerdə təklif (satış) qaçılmazdır. Buna görə də, fərdi istehlakçıya qarşı tətbiq edilən sərt cəza, əslində narkotik ticarətinin iqtisadi zəncirini qırmağa xidmət edir. Şəxsin narkotik maddəni üzərində və ya mənzilində saxlaması hər an onun başqa şəxslərə ötürülməsi və ya təsadüfi şəxslərin (məsələn, ailə üzvlərinin, uşaqların) zəhərlənməsi riskini yaradır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Sözügedən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrlə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il * №-li qərarının 27-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. BMT-nin Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyasının 36-cı maddəsinin 1-ci bəndinə əsasən bu konvensiyaya qoşulmuş hər bir ölkə özünün konstitusiya məhdudiyyətlərinə riayət etməklə bu Konvensiyanın qərarlannı pozmaqla narkotik vasitələrin becərilməsi və istehsalmın, hazırlanmasının, tərkibdən çıxanlmasının, hasil edilməsinin, saxlanmasının, təklif edilməsinin, kommersiya məqsədi ilə təklif edilməsinin, paylanılmasının, satın alınmasının, satılmasının, istənilən şərtlə çatdırılmasının, dəllallığının, göndərilməsinin, tranzitlə yenidən göndərilməsinin, daşınmasmm, idxalının və ixracının və Tərəfiərin rəyinə görə bu Konvensiyanın qərarlarına zidd sayıla biləcək istənilən digər hərəkətin qəsdən törədildiyi halda cəzalandırılmalı olan əməl sayılması, eləcə də ciddi cinayətlərin müvafıq cəzalanmaya, xüsusən də həbsxanada saxlamaqla azadlıqdan məhrumetmə, yaxud digər üsulla azadlıqdan məhrumetmə növündə cəzalanmaya məruz qoyulmasını təmin edəcək tədbirlər görməlidir. X9 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dıyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 4 (dörd) saat üçün 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müdafiəçi1 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-84/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-84/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver