Məhkəmə qərarları › İş №1(3-10)-88/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-88/2026

30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-88/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızı və onun müdafiəçisi müdafiəçi1, zərərçəkmiş şəxs X8 qızının iştirakları ilə, təqsirləndirilən şəxs1 İmran qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızının müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu və zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(033)-46/2025( Z.Məmmədova) nömrəli hökmü ilə, ##.##.1995-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Zaqatala şəhəri, Uşaq İncəsənət Məktəbində musiqi müəllimi işləyir, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşayan təqsirləndirilən şəxs1 İmran qızının CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, barəsində ## #### 2025-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə təqsirləndirilən şəxs1 İmran qızının üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması hökm edilmişdir. İşin halları: təqsirləndirilən şəxs1 İmran qızı tanışı Zərərçəkmiş şəxs əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək qərarına gələrək, reallıqda birlikdə biznes fəaliyyəti həyata keçirib qazanc əldə etmək məqsədi olmadığı halda tamah niyyəti ilə 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs şərikli qaydada biznes fəaliyyəti ilə məşğul olmaq üçün mağaza açmağı təklif etməklə aldadıb bu adla 17000 manat məbləğində pul vəsaiti istədiyinə görə sonuncunun Zaqatala rayonu Car kəndində yerləşən torpaq sahəsini bazar dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi pulun 17000 manatını ## ##### 2024- cü il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanında yerləşən “Bank Respublika” Zaqatala filialında ələ keçirib zərərçəkmiş şəxsə qəsdən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra qabaqcadan hazırladığı plan üzrə hərəkət edərək Zərərçəkmiş şəxs biznes fəaliyyətini həyata keçirəcəkləri yer kimi göstərdiyi Zaqatala şəhəri, Z.Əliyeva küçəsində yerləşən mağazanın sahibinə gəlir əldə etmədiyi halda hər ay 600 manat olmaqla iki ay müddətində cəmi 1200 manat pul verməklə və mağazanın daxilində cüzi rənglənmə işləri görməklə görüntü yaradıb öz dələduzluq niyyətini gizlətmiş, öz cinayətkar niyyətinə uyğun olaraq şərikli qaydada gəlir əldə etmək üçün isə faktiki olaraq heç bir iş görməmiş, yəni mal alışını və ya satışını həyata keçirməmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızının müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu və zərərçəkmiş şəxs X8 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızının müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu apellyasiya şikayətini belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Kamil qızı Zaqatala Rayon Məhkəməsinin hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi həmin hökmü əsassız hesab edərək apellyasiya şikayəti vermişdir. Müdafiəçi şikayətində bildirmişdir ki, təqsirləndirilən şəxs1 Kamil qızı işlədiyi mağazada ziyana getdiyini görüb hər gün mağazadan malları və asılqanları götürüb evinə aparırmış. O, hər iki mağazada ziyana getdiyi üçün işləyə bilməmişdir. Zərərçəkmiş şəxs ondan götürdüyü mallarla və asılqanlarla özünə başqa yerdə mağaza icarəyə götürmüşdür. Lakin Zərərçəkmiş şəxs həmin mağazada işləyə bilməmiş və Zaqatala şəhərində sələmçilik fəaliyyəti ilə məşğul olan Məryəm adlı şəxsdən faizlə pul götürmüş, ancaq faizi ödəyə bilmədiyi üçün mağazadan çıxmışdır. Onlar Zərərçəkmiş şəxs ilə qarşılıqlı iş görmək üçün mağazaya pul qoysalar da işləyə bilməmişlər və o, ziyana getdiyi üçün və Zərərçəkmiş şəxs yazığı gəldiyi üçün onun mağazaya qoyduğu puldan mağaza üçün xərclədikləri pul çıxdıqdan sonra ona 9800 manat pul verəcəyi qalmışdır. 2025-ci il may ayında Zərərçəkmiş şəxs ilə araları yaxşı olmuş və Naira ona yenə də birlikdə iş görməyi təklif etmişdir. Naira ona dəstək olmağını istəmiş və ondan Binə ticarət mərkəzindən "Marca" adlı mağazadan mal götürməyini istəmiş və o, Nairaya onun razılığı ilə birlikdə "Kruvasan" adlı kafedə video görüntü ilə 1800 manat dəyərində mal seçmişlər və Nairanın 270 manat icarə pulunu verməyə köməklik etmişdir. Müdafiəçi göründüyü kimi, təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı dələduzluq etmədiyini, onu aldatmadığını və əmlakını qəsdən ələ keçirmək niyyətinin olmadığını bildirmişdir. Onlar qarşılıqlı pul qoyaraq mağaza açmışlar, lakin ziyana getdikləri üçün işləyə bilməmişlər. Onlar arasında yalnız mülki hüquq münasibətləri olması işin bütün halları ilə sübuta yetirilir. Həm istintaq orqanı, həm də məhkəmə təqsirləndirilən şəxs1 bu əməlinə dələduzluq kimi qiymət vermişdir. Müdafiəçi bu yanaşmanı tamamilə qəbuledilməz hesab etmişdir. Müdafiəçi həmçinin mülki iddiaya münasibətdə də məhkəmənin heç bir əsaslı araşdırma aparmadığını, mülki hüquq normalarını düzgün tətbiq etmədiyini bildirmişdir. təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən hal kimi Zərərçəkmiş şəxs ifadəsini əsas gətirsə də, onun ifadəsi özü özlüyündə qeyri-dəqiq məqamlarla müşahidə edilmişdir. Məhkəmə iclaslarında müdafiə tərəfinin və məhkəmənin suallarına verilən cavablarında özü də mağazada işlədiyini, arabir alverdən gələn pullardan götürdüyünü bildirmişdir. Bu hallar həm də müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi foto şəkillər və video materiallarla da sübuta yetirilir. Müdafiəçi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyin təyinatının cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etdiyini, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və məhkum etmək mümkün olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. Məhkəmənin hökmü cinayət-prosessual qanunvericiliyin bu təyinatına cavab vermir. Bu halda sadəcə ehtimallara əsaslanaraq şəxsə qanunsuz olaraq ittiham irəli sürülmüş və o, təqsirli bilinərək cəza almışdır. Müdafiəçi Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməyəcəyini və işə aid biri digərinə kifayət qədər uyğun mötəbər sübutların məcmusu ilə təsdiq olunmalı olduğunu bildirmişdir. Yalnız zərərçəkmiş şəxsin ifadəsinin mötəbər sübut kimi qiymətləndirilə bilməyəcəyini qeyd etmişdir. Müdafiəçi qanunçuluq prinsipini təsbit edən Cinayət-Prosessual Məcəlləsinin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçılarının Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinin tələbinə görə, bu tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Müdafiəçi Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.2-ci maddələrində müəyyən edildiyini bildirmişdir ki, hakimlər və andlı iclasçılar cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayet-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayet prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Müdafiəçi Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulduğunu bildirmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Müdafiəçi “İnsan hüquqlarının və X12 Haqqında” Avropa Konvensiyasının Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilə olduğunu, həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin dövlətlərin Konvensiya və ona dair Protokolları üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin etdiyini, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll etdiyini bildirmişdir. Müdafiəçi qeyd olunan normaların konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi gördüyünü bildirmişdir. Müdafiəçi təqsirləndirilən şəxs1 heç bir mötəbər sübut olmadan törətmiş olduğu hər hansı bir cinayət əməli müəyyən olunmadığı halda ona CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinin nə yuxarıda təsvir edilən cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, nə də ki, İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə cavab verən mühakimə prosesi kimi qiymətləndirilməməli olduğunu bildirmişdir. Bu isə onu göstərir ki, baxılan işdə məhkəmə tərəfindən məhkəmə hökmünün apellyasiya qaydasında ləğv edilməsini şərtləndirən pozuntulara yol verilmişdir. Müdafiəçi qeyd olunan qanun normalarının mənası baxımından, həmçinin cinayət işinin faktiki hallarına əsasən, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki halların məcmu halında qiymətləndirilməli olduğunu bildirmişdir. Cinayet-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə biləcəyini qeyd etmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Kamil qızına bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 17000 manat pulunu mənimsəmişdir. Ona maddi zərərdən əlavə mənəvi zərər vurulmuşdur. Şikayətçi işin faktiki hallarından, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən göründüyü kimi, təqsirləndirilən şəxsin cinayət əməlini törətməsinin sübuta yetirildiyini, öz əməlindən peşman olmadığını, islah olunmadığını bildirmişdir. Ondan əlavə tanıdığı onlarla vətəndaşın pullarını mənimsədiyini qeyd etmişdir. Şikayətçi şərh edilənlərdən göründüyü kimi, barəsində şikayət verilən hökmü qəbul etmiş məhkəmənin maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozduğunu, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratdığını bildirmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızı barəsində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair hökm qəbul edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızı və onun müdafiəçisi müdafiəçi1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızının müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxmini 7-8 ildir tanıyır, Zərərçəkmiş şəxs ilə o Zaqatala şəhəri, Vidadi küçəsində icarə əsasında işlətdiyi qadın paltarları mağazasında tanış olmuşdur. Zərərçəkmiş şəxs onun mağazasına müştəri kimi gəlirdi. Həmin vaxtdan Naira ilə münasibəti yaranmış, Naira mağazadan həmişə nisyə mal götürərək 3 aydan artıq keçdikdən sonra pulunu verirdi. 2024-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs ona obyekt icarəyə götürərək birlikdə mağaza açmağı təklif etmişdir. O da Naira ilə razılaşmışdır. Onlar Zaqatala şəhərində sələmçilik fəaliyyəti ilə məşğul olan Məryəm və Səmranın təklifi ilə Asya adlı şəxsin Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “İce butik” paltar mağazasında hazır biznesini almışlar. Asya adlı şəxsin həmin mağazanı onlara satması barədə Zaqatala rayon polis şöbəsində izahatı vardır. Həmin mağazanın daxilində 8508 manat dəyərində mal olmuşdur. Zərərçəkmiş şəxs təxminən 2024-cü ilin may ayının əvvəllərində həmin vaxt işlədiyi Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “X1” paltar mağazasına gələrək ona yaxınlaşmış və 17000 manat pulunun olduğunu və birlikdə iş görmək istədiyini ona demişdir. O da Naira ilə onun da pul qoyaraq birlikdə iş görməyə razılaşmışdır. Onlar həmin mağazaya birlikdə 12000 manat pul qoyaraq oraya 3 aylıq ümumi 1800 manat icarə haqqı, 8508 manat paltar, 2000 manat dəyərində mebel, 601 manat təmir işlərinə xərcləmişlər. Həmin mağazada malları sata bilmədikləri üçün ziyana getmişlər, həmin ərəfələrdə Zərərçəkmiş şəxs birlikdə işlədikləri mağazada və başqa yerdə olan işlədiyi mağazada ziyana getdiyini görüb hər gün mağazadan malları götürüb evinə aparırdı. Həmçinin mağazada olan asılqanları da özü ilə aparırdı. O, hər iki mağazada ziyana getdiyi üçün işləyə bilməmişdir. Zərərçəkmiş şəxs ondan götürdüyü mallarla və asılqanlarla özünə başqa yerdə mağaza icarəyə götürmüşdür. Lakin, Zərərçəkmiş şəxs həmin mağazada işləyə bilməmiş və Zaqatala şəhərində sələmçilik fəaliyyəti ilə məşğul olan Məryəm adlı şəxsdən faizə pul götürmüş, ancaq faizi ödəyə bilmədiyi üçün mağazadan çıxmışdır. O, Zərərçəkmiş şəxs ilə qarşılıqlı iş görmək üçün mağazaya pul qoysalar da işləyə bilməmişlər və o, ziyana getdiyi üçün və Zərərçəkmiş şəxs yazığı gəldiyi üçün onun mağazaya qoyduğu puldan mağaza üçün xərclədikləri puldan çıxdıqda sonra ona 9800 manat pul verəcəyi qalmışdır. 2025-ci il may ayında Zərərçəkmiş şəxs ilə araları yaxşı olmuş və Naira ona yenə də birlikdə iş görməyi təklif etmişdir. Naira ona dəstək olmağını istəmiş və ondan Binə ticarət mərkəzindən “Marca” adlı mağazadan mal götürməyini istəmiş və o Nairaya onun razılığı ilə birlikdə “Kruvasan” adlı kafedə videogörüntü ilə 1800 manat dəyərində mal seçmişlər və Nairanın 270 manat arenda pulunu verməyə köməklik etmişdir. Zərərçəkmiş şəxs qarşı dələduzluq etməmişdir. Onlar qarşılıqlı pul qoyaraq mağaza açmışlar, lakin ziyana getdikləri üçün işləyə bilməmişlər. Zərərçəkmiş şəxs qeyd etdiyi məbləği hissə-hissə ödəyə bilər. O, hal-hazırda iki uşaq anasıdır, təkdir, kirayədə qalır. Əlavə olaraq o, bildirir ki, Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “İce butik” paltar mağazasına 12000 manat pul qoyaraq oraya 3 aylıq ümumi 1800 manat icarə haqqı, 8508 manat paltar, 2000 manat dəyərində mebel, 601 manat təmir işlərinə xərcləmişdir. Həmin mağazaya xərclədiyi pullar əslində Zərərçəkmiş şəxs puludur. Belə ki, onun Nairaya yazığı gəldiyi üçün ona ziyan dəyməməsini istəyirdi. O, Zərərçəkmiş şəxs heç bir dələduzluq etməmiş, onunla arasında olan mübahisə borcla bağlı olduğu üçün mülki xarakterlidir. “İce butik” paltar mağazasına 2000 manat dəyərində mebeli Bakı şəhərində yerləşən Binə ticarət mərkəzində adı və nömrəsi yadında qalmayan şəxsə düzəldirmişdir. Həmçinin usta kimi işlətdiyi Qurban adlı şəxsə mağazanın divarlarını rəngləməyə görə 90 manat, Müslüm adlı şəxsə isə ağazaya rəsm çəkdirdiyi və divara yazı yazdırdığı üçün 50 manat pul vermişdir. Bundan başqa Zaqatala şəhərində yerləşən hal-hazırda adını xatırlamadığı inşaat materialları mağazasından mağazaya boya, üzlük, işıq kabelləri, kəndir, işıqlar və digər aksesuarlar almış, qeyd etdiklərinin hamısına birlikdə 601 manat pul xərcləmişdir. Nairanın ona verdiyi pulu mağazaya qoysalar da, onun Nairaya yazığı gəldiyi üçün və ona ziyan dəyməsin deyə ibtidai istintaqdakı ifadələrində həmin pulu Məryəmə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs onun ayrıca işlətdiyi mağazadan paltar və nağd pul vəsaiti götürdüyü üçün onun halhazırda Zərərçəkmiş şəxs 9800 manat pul verəcəyi qalmış, o, 2024-cü il aprel ayında Zərərçəkmiş şəxs 17000 manat pulu Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “X1” paltar mağazasında götürmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2024-cü ilin sentyabr ayında Zaqatala şəhəri, Z.Əliyeva küçəsində yerləşən “İZ butik” paltar mağazasını icarə əsasında işlətmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, o, təqsirləndirilən şəxs1 İmran qızını təxmini 3 ildən çoxdur ki tanıyır. Belə ki, təqsirləndirilən şəxs1 ilə onun Zaqatala şəhəri, Z.Əliyeva küçəsində icarə əsasında işlətdiyi qadın paltarları mağazasında tanış olmuşdur. Həmin vaxtdan onunla ünsiyyəti yaranmışdır. 2024-cü ilin mart ayında təqsirləndirilən şəxs1 ona Zaqatala şəhəri, Z.Əliyeva küçəsində hazır biznes olduğunu və orada yerləşən obyekti icarəyə götürərək birlikdə işlətmələrini təklif etmişdir. O da Sabina ilə razılaşmışdır. Sabina ona hərəyə 17000 (on yeddi min) manat pul qoyaraq obyektə mal vurmaq lazım olduğunu demişdir. Onun da Zaqatala rayonu, Car kəndində mərhum atasından ona qalan 23 sot torpaq sahəsini sataraq həmin işə girməyin mümkün olduğunu düşünmüş və təqsirləndirilən şəxs1 ilə razılaşmışdır. O, həmin torpaq sahəsini dəyərindən aşağı qiymətə əmisi şahid3 23000 manata satmışdır. Həmin torpaq sahəsi əmisinin oğlu şahid5 adına olmuşdur. ##.##.2024-cü il tarixdə əmisi oğlu şahid5 ilə həmin torpaq sahəsini alqı-satqı etmişdir. Həmin gün o, pulu götürmək üçün Zaqatala şəhərində yerləşən “Bank Respublika”ya getmişdir. Həmin vaxt yanında anası şahid8 da olmuşdur. təqsirləndirilən şəxs1 həmin gün və əvvəllər də ona dəfələrlə zəng edərək 17000 manat pulu nə vaxt verəcəyini soruşurdu. O da Sabinaya həmin gün “Bank Respublika”ya gəlməyini demişdir. O, bankdan pulu götürmüşdür. Həmin vaxt təqsirləndirilən şəxs1 da banka gəlmişdir. O, Sabina ilə bankın içərisində görüşmüş və götürəcəkləri obyektə mal vurmaq üçün ondan istədiyi 17000 manat pulu anası şahid8 yanında Sabinaya əlbə-əl nağd qaydada vermişdir. Bundan başqa, o, təqsirləndirilən şəxs1 işlətdiyi paltar mağazasından paltar götürdüyü üçün Sabinaya olan 3000 manat borcunu da həmin vaxt vermişdir. Ümumilikdə həmin vaxt o, təqsirləndirilən şəxs1 20000 manat pul vermişdir. Pulu verdikdən təxmini 3 gün sonra Sabina ilə birlikdə Z.Əliyeva küçəsində götürüləcək həmin obyektə getmişlər. Həmin obyektin içərisində olan malları təqsirləndirilən şəxs1 özünün işlətdiyi mağazaya aparmış, o da Sabinaya malları aparmağa kömək etmişdir. Bir müddət keçdikdən sonra o, təqsirləndirilən şəxs1 obyektə malların nə vaxt gələcəyini soruşmuşdur. Sabina isə malların gecikdiyini, gah malların gömrükdə ilişdiyini deyirdi, gah da başqa bəhanələr gətirirdi. Malların gəlmədiyini gördükdə və onun da pula ehtiyacı olduğu üçün Sabina Nuriyavadan verdiyi 17000 manat pulu geri tələb etmişdir. təqsirləndirilən şəxs1 ona həmin pulu mala vurduğunu və pulu geri qaytarmağın mümkün olmayacağını ona demişdir. O, təqsirləndirilən şəxs1 dəfələrlə pulunu yenə də geri tələb etdikdə Sabina ona özünün işlətdiyi mağazada işçi kimi işləməyini və hər ay ona 1000 manat pul verəcəyini demişdir. 2024-cü ilin aprel ayının sonlarında o, təqsirləndirilən şəxs1 icarə əsasında işlətdiyi obyektə işə başlamışdır. O, həmin obyektdə 2024-cü ilin iyul ayının sonunadək işləmişdir. Lakin təqsirləndirilən şəxs1 həmin müddət ərzində ona mağazasında işçi kimi işlədiyinə görə heç bir məbləğdə pul verməmişdir. O da buna görə Sabinanın obyektindən işdən çıxmışdır. Daha sonra təqsirləndirilən şəxs1 ona sentyabr ayında 17000 manat pulun bir hissəsini verəcəyinə söz vermişdir. O da Sabinaya arxayın olaraq həmin ərəfələrdə Zaqatala şəhəri, Z.Əliyeva küçəsində yerləşən “İZ butik” paltar mağazasını icarəyə götürmüşdür. Lakin, təqsirləndirilən şəxs1 yenə də ona yalan danışaraq, müxtəlif bəhanələr gətirmiş və onun pulunu qaytarmamışdır. Beləliklə, təqsirləndirilən şəxs1 İmran qızı onunla şərikli iş qurmaq adı ilə etibarından sui-istifadə edərək 17000 manat pulunu ələ keçirmişdir. Sonradan ona aydın olmuşdur ki, təqsirləndirilən şəxs1 özünün dələduzluq əməlini gizlətmək üçün görüntü yaratmaq məqsədilə dükana iki ay icarə haqqı vermiş, eləcə də dükanın daxilində kosmetik işlər həyata keçirmişdir. Buna görə də o, şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Həmin vaxtadək təqsirləndirilən şəxs1 ona heç bir məbləğdə pul ödəməmişdir. təqsirləndirilən şəxs1 etdiyi qanunsuz hərəkətlərə görə ona mənəvi ziyan da vurmuşdur. Sabinanın ucbatından o əsəb xəstəsi olmuşdur. Tez-tez xəstəxanaya müraciət edir. Hal-hazırda onun azyaşlı övladının böyrəyində genişlənmə var və təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə onun pulunu ələ keçirdiyinə görə övladını müalicəyə aparmağa imkanım yoxdur. Bundan başqa, təqsirləndirilən şəxs1 dəfələrlə ona yalan danışmış, o da Sabinaya inanaraq obyekt icarəyə götürmüş, lakin götürdüyü obyektdə ziyana düşərək çıxmış, bunun da günahkarı Sabinadır. Onun hal-hazırda ayrıayrı şəxslərə borcu da var və həmin borcları da verə bilmir. təqsirləndirilən şəxs1 ilə onun whatsapp sosial şəbəkəsində yazışmaları var və həmin yazışmaları istintaqa təqdim etmişdir. Verilən sullara cavab olaraq, o, təqsirləndirilən şəxs1 17000 manat pulu ##.##.2024-cü il tarixdə Zaqatala şəhərində yerləşən “Bank Respublika”nın içərisində anası şahid8 yanında verdiyini, təqsirləndirilən şəxs1 ona obyekt icarəyə götürərək birlikdə mağaza açmağı təklif etdiyini, o, mərhum atasına məxsus torpağı satdıqdan sonra əldə etdiyi 23000 manatdan 17000 manatı şərikli iş qurmaq adı ilə, 3000 manat pulu borcu olduğu üçün Sabinaya verdiyini, həmin vaxt yanında anası olduğunu, Məryəmə pul verdiyini görmədiyini, bundan da məlumatının olmadığını, təqsirləndirilən şəxs1 ayrıca işlətdiyi paltar mağazasında ona işçi kimi işləməyi təklif etdiyini, ona aylıq 1000 manat verəcəyini bildirdiyini, ancaq təqsirləndirilən şəxs1 mağazasında işlədiyi müddətdə onunla işçi müqaviləsi bağlamadığını, söz verdiyi kimi ona mağazasında işləməyi müqabilində 1000 manat pulu da vermədiyini, o da bunun əvəzində onun mağazasından istifadə etmək üçün 500 manat dəyərində paltar götürdüyünü, buna görə də hal-hazırda təqsirləndirilən şəxs1 mağazasında işçi kimi işləməyinə görə ona əlavə olaraq 2500 manat borcu da olduğunu, təqsirləndirilən şəxs1 yalan dediyini, təxmini 2 ay əvvəl təqsirləndirilən şəxs1 1800 manat dəyərində ona paltar verdiyini, bundan başqa Sabina həmin ərəfələrdə 270 manat pulu onun kart hesabına göndərdiyini bildirmişdir. təqsirləndirilən şəxs1 onu yalandan inandırmaq üçün şərikli açacaqları mağaza açılana qədər onun ayrıca işlətdiyi mağazada işçi kimi işləməyini istəmiş, lakin onun mağazasında işlədiyi 3 ay müddətdə ona heç bir məbləğdə əməkhaqqı verməmişdir. təqsirləndirilən şəxs1 ifadəsində dedikləri tamamilə yalandır, Sabinanın 1800 manat icarə haqqı, mağazada olan mallara görə isə 8508 manat pul verdiyini, həmçinin 2000 manat dəyərində mebel aldığını və 601 manat təmir işlərinə xərclədiyini görməmişdir. Sabinanın qeyd etdiklərinə dair sübutları da yoxdur. təqsirləndirilən şəxs1 ilə şərikli açacaqları mağaza ümumiyyətlə açılmamışdır, ona görə də Sabina həmin mağazada ziyana gedə bilməzdi. Sabinanın ayrıca işlətdiyi mağazada o, 3 ay işləmiş, təqsirləndirilən şəxs1 ona heç bir məbləğdə pul verməmiş, ona görə də o Sabinanın razılığı ilə işlədiyi müddətdə əməkhaqqının əvəzinə paltar və təxmini 20 ədəd ucuz asılqan götürmüşdür. təqsirləndirilən şəxs1 ona 1800 manat dəyərində paltar sifariş vermiş və 270 manat pulu kart hesabına göndərmişdir. Sabinanın ona 9800 manat verəcəyi barədə dediklərinin yalandır, ona 14930 manat pul verəcəyi qalmışdır. təqsirləndirilən şəxs1 onun 17000 manat pulunu ələ keçirdikdən sonra o, ayrı-ayrı şəxslərdən borca pul götürmüş, hələ də həmin borcları verə bilmir. təqsirləndirilən şəxs1 ilə şərikli mağaza açmaq üçün atasından qalan 23 sot torpaq sahəsini dəyərindən aşağı qiymətə satmış, əslində ümumilikdə 50-60 min manat ziyana düşmüş, bunun da səbəbkarı Sabina omuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hal-hazırda 3-cü qrup əlildir, heç yerdə işləmir. Qızı Zərərçəkmiş şəxs 2024-cü ilin sentyabr ayında Zaqatala şəhəri, Z.Əliyeva küçəsində yerləşən “İZ butik” paltar mağazasını icarə əsasında işlətmişdir. Bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs1 İmran qızı ilə tanışlıqları vardır. Belə ki, 2024-cü ilin mart ayında təqsirləndirilən şəxs1 qızına Zaqatala şəhəri, Z.Əliyeva küçəsində hazır biznes olduğunu və orada yerləşən obyekti icarəyə götürərək birlikdə şərikli işlətmələrini təklif etmişdir. Bunun üçün qızından 17000 manat pul istəmişdir. Qızı da bunu evdə onlara demiş və Zaqatala rayonu, Car kəndində mərhum atasından ona qalan 23 sot torpaq sahəsini sataraq həmin işə girmək istədiyini bildirmişdir. Onlar də qızı ilə razılaşmışlar. Qızı da daha sonra təqsirləndirilən şəxs1 ilə razılaşmışdır. Qızı həmin torpaq sahəsini dəyərindən aşağı qiymətə əmisi şahid3 23000 manat satmışdır. 2024-cü ilin aprel ayında əmisi ilə torpağı alqısatqı edən günü o pulu götürmək üçün Zaqatala şəhərində yerləşən “Bank Respublika”ya getmişdir. Həmin vaxt o da qızının yanında idi. təqsirləndirilən şəxs1 qızına dəfələrlə zəng edərək pulu nə vaxt verəcəyini deyirdi. Qızı da Sabinaya banka gəlməyini demişdir. Qızı bankdan pulu götürmüş, həmin vaxt təqsirləndirilən şəxs1 da banka gəlmişdir. Qızı və o, Sabina ilə bankın içərisində görüşmüşlər və şərikli icarəyə götürəcəkləri obyekti işlətmələri üçün qızından istədiyi 17000 manat pulu onun yanında Sabinaya əlbəəl nağd qaydada vermişdir. Ancaq təqsirləndirilən şəxs1 verdiyi vədə əməl etməyərək obyekti açmamış və hər dəfə qızına müxtəlif yalanlar danışaraq malın gecikdiyini deyirdi, buna görə obyekti aça bilməmişlər. Qızı malların gəlmədiyini gördükdə və pula ehtiyacı olduğu üçün Sabina Nuriyavadan verdiyi 17000 manat pulu geri tələb etmişdir. təqsirləndirilən şəxs1 qızına həmin pulu mala vurduğunu və pulu geri qaytamağın mümkün olmayacağını qızına demişdir. təqsirləndirilən şəxs1 qızına öz mağazasında işləməyini, gələn gəlirdən hər ay qızına 1000 manat pul verəcəyini demişdir. 2024-cü ilin aprel ayının sonlarından 2024-cü ilin iyul ayının sonunadək işləsə də qızına heç bir məbləğdə pul verməmişdir. Buna görə qızı oradan işdən çıxmışdır. Daha sonra təqsirləndirilən şəxs1 qızına sentyabr ayında 17000 manat pulun bir hissəsini verəcəyinə söz vermiş, qızı da Sabinaya arxayın olaraq həmin ərəfələrdə obyekt icarəyə götürmüşdür. Lakin təqsirləndirilən şəxs1 yenə də qızına yalan danışaraq, müxtəlif bəhanələr gətirmiş və pulu verməmişdir. Beləliklə, təqsirləndirilən şəxs1 İmran qızı qızı ilə şərikli iş qurmaq adı ilə qızının etibarından sui-istifadə edərək 17000 manat pulunu ələ keçirmişdir. Bir neçə dəfə qızı ilə birlikdə olarkən qızı təqsirləndirilən şəxs1 ilə görüşmüş, həmin işlə bağlı söhbət etdiklərinin və təqsirləndirilən şəxs1 qızının 17000 manat pulunu ələ keçirmək üçün qızına müxtəlif yalanlar danışdığının şahidi olmuşdur. Buna görə də qızı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. təqsirləndirilən şəxs1 etdiyi qanunsuz hərəkətlərə görə qızına mənəvi ziyan da vurmuşdur. Onun ucbatından o əsəb xəstəsi olmuş, tez-tez xəstəxanaya müraciət edir. Hal-hazırda qızının azyaşlı övladının böyrəyində genişlənmə var və təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə onun pulunu ələ keçirdiyinə görə övladını müalicəyə aparmağa imkanı yoxdur. Bundan başqa qızının ayrıayrı şəxslərə borcu da var və həmin borcları da verə bilmir. Bunun da səbəbkarı təqsirləndirilən şəxs1dır. Qızı Zərərçəkmiş şəxs dəymiş ziyanın geri qaytarılmasına və barəsində qanuni tədbir görülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç yerdə işləmir, işsizdir. Zərərçəkmiş şəxs onun əmisi qızıdır. O, təqsirləndirilən şəxs1 İmran qızını tanımır, haqqında eşitmişdir. Belə ki, təqsirləndirilən şəxs1 əmisi qızı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək şərikli iş qurmaq adı ilə mağaza açmaq üçün 17000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Əmisi qızı Zərərçəkmiş şəxs bu haqda onlara danışmışdır. 2024-cü ilin mart ayında əmisi qızı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs1 inanaraq şərikli iş qurmağa razılıq vermişdir. Buna görə Naira mərhum atasından ona qalan 23 sot torpaq sahəsini satmaq qərarına gəlmişdir. təqsirləndirilən şəxs1 əmisi qızı Zərərçəkmiş şəxs şərikli iş qurmaq adı ilə mağaza açmağa görə pulu tapmağı məcbur etmişdir. Buna görə Naira atası şahid3 xahiş edərək pula ehtiyacının olduğunu, həmin torpağı almağını istəmişdir. Atası da əmisi qızına köməklik etmək üçün həmin 23 sot torpaq sahəsini almaq qərarına gəlmişdir. Ancaq həmin torpaq sahəsini almağa atasının çox pulu olmadığı üçün Naira təqsirləndirilən şəxs1 təkidindən sonra məcbur qalıb 2024-cü ilin aprel ayında həmin torpaq sahəsini atasına dəyərindən aşağı qiymətə 23000 manata satmışdır, atası da razılaşaraq həmin torpağı almışdır. Həmin ərazidə torpaq sahəsinin bir sotu təxminən 2500 manatdır. ##.##.2024-cü il tarixdə həmin torpaq sahəsini Zaqatala rayonunda yerləşən notariusda əmisi qızı Zərərçəkmiş şəxs ilə alqı-satqı etmişlər və həmin torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Əmisi qızı Zərərçəkmiş şəxs 23000 manat pulu həmin gün Zaqatala şəhərində yerləşən “Bank Respublika”dan götürmək üçün getmişdir və o, notariusdan torpağın sənədlərini götürmək üçün Nairanın pulu bankdan götürdükdən sonra gətirəcəyi çeki gözləmişdir. Zərərçəkmiş şəxs bankdan pulu götürmüş və təxmini 20 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs anası ilə birlikdə notariusa qayıtmış və bankın verdiyi çeki təqdim etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs 17000 manat pulu təqsirləndirilən şəxs1 banka gələrək götürdüyünü bildirmişdir. təqsirləndirilən şəxs1 əmisi qızı Nairadan 17000 manat pulu götürərkən yanında anası şahid8 da olmuşdur. Sonradan əmisi qızından eşitdiyinə görə təqsirləndirilən şəxs1 Nairanın etibarından sui-istifadə edərək şərikli iş qurmaq adı ilə mağaza üçün 17000 manat pulunu ələ keçirmişdir. Əmisi qızı dəfələrlə təqsirləndirilən şəxs1 pulunu geri tələb etsə də, təqsirləndirilən şəxs1 pulu qaytarmaqdan imtina etmişdir. Bundan başqa, əmisi qızı Sabina Nuiryevanın obyektində işçi kimi təxmini 3 ay işləsə də, ona heç bir məbləğdə pul verməmişdir. Buna görə də əmisi qızı Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. təqsirləndirilən şəxs1 etdiyi qanunsuz hərəkətlərə görə Nairaya mənəvi ziyan da vurmuşdur. Onun ucbatından Naira əsəb xəstəsi olmuş, tez-tez xəstəxanaya müraciət edir. Özünü müalicə etdirməyə imkanı yoxdur. Hal-hazırda Nairanın azyaşlı övladının böyrəyində genişlənmə var və təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə pulunu ələ keçirdiyinə görə övladını müalicəyə aparmağa imkanı yoxdur. Bundan başqa, təqsirləndirilən şəxs1 dəfələrlə əmisi qızına yalan danışmış, ona inanaraq obyekt icarəyə götürmüşdür və ziyana getmişdir. Bunun da günahkarı təqsirləndirilən şəxs1dır. Əmisi qızı Zərərçəkmiş şəxs ayrı-ayrı şəxslərə borcu da var və həmin borcları da verə bilmir. təqsirləndirilən şəxs1 İmran qızının əmisi qızı Zərərçəkmiş şəxs etdiyi qanunsuz hərəkətlərə görə Sabinanın barəsində qanuni tədbir görülməsinə və əmisi qızından dələduzluq yolu ilə aldığı 17000 manat pulu geri qaytarmasına, həmçinin Nairaya vurmuş olduğu mənəvi ziyanı da ödəməsinə köməklik göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahid7zadə qızı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs1 İmran qızı barəsində şikayət etmiş Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs tanıdığı təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs əvvəllər Sabinaya məxsus "X1"-də satıcı işləmişdir. O, arabir oradan paltar alanda Naira ilə söhbət etmişdir. 2024-cü ilin təxminən mart-aprel aylarında, dəqiq xatırlamadığı gündə o, rəfiqəsi Səmra ilə birlikdə Sabinaya məxsus paltar mağazasına paltar almağa getmişlər. Həmin vaxt Sabina onlara Naira ilə birlikdə şərikli paltar mağazası açmaq istədiklərini bildirmişdir. Həmçinin Nairanın 17000 manat pul verdiyini bildirmişdir. Lakin, təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldığı 17000 manat pulu ona verməmişdir. Əksinə o, Sabinaya pul vermiş və pulu qaytarmadığı üçün məhkəməyə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsi təqsirləndirilən şəxs1 barəsində qərar çıxarmışdır. təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmaq və Nairanın pulunu geri qaytarmamaq üçün pulu guya ona verdiyini bildirir. Lakin onun izahat və ifadəsində barəsində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyil. Verilən suallara cavab olaraq o, təqsirləndirilən şəxs1 göstərdiklərinin yalan olduğunu, şər-böhtan atdığını, Sabina ona heç bir məbləğdə pul vermədiyini, o və Səmra Sabinaya heç bir təklif etmədiklərini və Sabinadan heç bir məbləğdə pul almadıqlarını, Sabinanın Asya adlı şəxsə pul verdiyini görmədiyini, eşitdiyinə görə təqsirləndirilən şəxs1 qeyd edilən mağazada olan malları sonradan ayrıca işlətdiyi mağazaya apardığını bildirmişdir Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs1 İmran qızı barəsində şikayət etmiş Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs tanıdığı təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs əvvəllər Sabinaya məxsus "X1"-də satıcı işləmişdir. O, arabir oradan paltar alanda Naira ilə söhbət etmişdir. 2024-cü ilin təxminən mart-aprel aylarında, dəqiq xatırlamadığı gündə o, rəfiqəsi şahid7 ilə birlikdə Sabinaya məxsus paltar mağazasına paltar almağa getmişlər. Həmin vaxt Sabina onlara Naira ilə birlikdə şərikli paltar mağazası açmaq istədiklərini bildirmişdir. Həmçinin Nairanın 17000 manat pul verdiyini bildirmişdir. Lakin, təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldığı 17000 manat pulu rəfiqəsi şahid7 verməmişdir. Əksinə rəfiqəsi Məryəm və o, Sabinaya pul vermişlər və pullarını qaytarmadığı üçün məhkəməyə müraciət etmişlər və Zaqatala rayon Məhkəməsi təqsirləndirilən şəxs1 barəsində qərar çıxarmışdır. təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmaq və Nairanın pulunu geri qaytarmamaq üçün pulu guya rəfiqəsi şahid7 verdiyini bildirmişdir. Verilən suallara cavab olaraq o, təqsirləndirilən şəxs1 göstərdiklərinin yalan olduğunu, şərböhtan atdığını, Sabinanın rəfiqəsi şahid7 heç bir məbləğdə pul vermədiyini, o və Məryəm ona heç bir təklif etmədiklərini və Sabinadan heç bir məbləğdə pul almadıqlarını, Sabinanın Asya adlı şəxsə pul verdiyini görmədiyini, həmin mağazada olan malları təqsirləndirilən şəxs1 özünün ayrıca işlətdiyi mağazaya apardığını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs1 İmran qızını ortaq tanışları vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs isə adını eşitmişdir. O, 2024-cü ilin mart və aprel aylarında Zaqatala şəhərində yerləşən “İce butik” paltar mağazasını icarə əsasında işlətmişdir. O, həmin obyektdə işlədiyi müddətdə ziyana getdiyi üçün obyektdən çıxmışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs1 İmran qızından şikayət etdiyini eşitmişdir. Eşitdiyinə görə, təqsirləndirilən şəxs1 onun işlətdiyi “İce butik” paltar mağazasını icarəyə götürüb Zərərçəkmiş şəxs ilə şərikli iş qurmaq adı ilə etibarından suiistifadə edib 17000 manat pulunu ələ keçirmişdir. Verilən suala cavab olaraq o, təqsirləndirilən şəxs1 ona heç bir məbləğdə pul vermədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid1 İmran oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, rəsmi iş yeri yoxdur. O, halhazırda özünə məxsus avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. O, əvvəllər Rusiya Federasiyasında tikintidə usta kimi işləmişdir. O, təqsirləndirilən şəxs1 İmran qızını tanıyır. O, təqsirləndirilən şəxs1 mallarını onun sifariş ilə daşıyarkən onu tanımışdır. Zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxs1 yanında bir-iki dəfə görmüşdür. Təxminən 2024cü ilin iyun ayın ayında təqsirləndirilən şəxs1 ona Zaqatala şəhərində yerləşən arendaya götürdüyü obyektdə rənglənmə işinin olduğunu demiş və ondan həmin işi görməyini xahiş etmişdir. O, təqsirləndirilən şəxs1 göstərdiyi həmin obyektə getmişdir. Həmin obyektin divarları normal vəziyyətdə olsa da, bəzi yerlərində qaraltılar var idi. O, həmin işi görməyə razılıq verçişdir. təqsirləndirilən şəxs1 obyektin divarlarını rəngləmək üçün qiyməti 12-15 manat olan 10 kq-lıq boya və şotka almışdır. O, həmin obyektdə təxmini 3-4 gün işləmiş və divarları rəngləmişdir. Gördüyü işin müqabilində Sabina ona 90 manat pul vermişdir. Bundan təxmini bir həftə sonra təqsirləndirilən şəxs1 ona həmin obyektdən çıxacaqların bildirmiş və o, obyektin içində olan təxmini 12 ədəd şkafı divardan sökərək onların evinə aparmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç yerdə işləmir, işsizdir. Zərərçəkmiş şəxs onun qardaşı qızıdır. O, təqsirləndirilən şəxs1 İmran qızını tanımır, haqqında eşitmişdir. Belə ki, təqsirləndirilən şəxs1 qardaşı qızı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək şərikli iş qurmaq adı ilə mağaza açmaq üçün 17000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Qardaşı qızı Zərərçəkmiş şəxs bu haqda onlara danışmışdır. 2024-cü ilin mart ayında qardaşı qızı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs1 inanaraq onunla şərikli iş qurmağa razılıq vermişdir. Buna görə Zərərçəkmiş şəxs mərhum atasından ona qalan 23 sot torpaq sahəsini satmaq qərarına gəlmişdir. təqsirləndirilən şəxs1 qardaşı qızı Zərərçəkmiş şəxs şərikli iş qurmaq adı ilə mağaza açmağa görə pul tapmağı məcbur etmişdir. Buna görə Zərərçəkmiş şəxs ondan xahiş edərək pula ehtiyacının olduğunu, həmin torpağı almağını istəmişdir. O da qardaşı qızına köməklik etmək üçün həmin 23 sot torpaq sahəsini almaq qərarına gəlmişdir. Ancaq həmin torpaq sahəsini almağa onun çox pulu olmadığı üçün Naira təqsirləndirilən şəxs1 təkidindən sonra məcbur qalıb 2024-cü ilin aprel ayında həmin torpaq sahəsini ona dəyərindən aşağı qiymətə 23000 manata satmışdır, o da razılaşaraq həmin torpağı almışdır. Həmin ərazidə torpaq sahəsinin bir sotu təxminən 2500 manatdır. ##.##.2024-cü il tarixdə həmin torpaq sahəsini Zaqatala rayonunda yerləşən notariusda qardaşı qızı Zərərçəkmiş şəxs ilə alqı-satqı etmişlər və həmin torpaq sahəsini oğlu şahid5 adına sənədləşdirmişlər. Qardaşı qızı Zərərçəkmiş şəxs 23000 manat pulu həmin gün Zaqatala şəhərində yerləşən “Bank Respublika”dan götürmək üçün getmişdir və o, oğlu ilə birlikdə notariusdan torpağın sənədlərini götürmək üçün Nairanın pulu bankdan götürdükdən sonra gətirəcəyi çeki gözləmişlər. Zərərçəkmiş şəxs bankdan pulu götürmüş və təxmini 20 dəqiqə keçdikdən sonra anası ilə birlikdə notariusa qayıtmışlar və bankın verdiyi çeki təqdim etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs 17000 manat pulu təqsirləndirilən şəxs1 banka gələrək götürdüyünü bildirmişdir. təqsirləndirilən şəxs1 qardaşı qızı Nairadan 17000 manat pulu götürərkən yanında anası şahid8 da olmuşdur. Sonradan qardaşı qızından eşitdiyinə görə təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək şərikli iş qurmaq adı ilə mağaza açmaq üçün 17000 manat pulunu ələ keçirmişdir. Qardaşı qızı dəfələrlə təqsirləndirilən şəxs1 pulunu geri tələb etsə də, təqsirləndirilən şəxs1 pulu qaytarmaqdan imtina etmişdir. Bundan başqa, qardaşı qızı Sabinanın obyektində işçi kimi təxmini 3 ay işləsə də, Sabina Nairaya heç bir məbləğdə pul verməmişdir. Buna görə də qardaşı qızı Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. təqsirləndirilən şəxs1 etdiyi qanunsuz hərəkətlərə görə Nairaya mənəvi ziyan da vurmuşdur. Sabinanın ucbatından Naira əsəb xəstəsi olmuş, tez-tez xəstəxanaya müraciət edir. Özünü müalicə etdirməyə imkanı yoxdur. Hal-hazırda Nairanın azyaşlı övladının böyrəyində genişlənmə var və təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə onun pulunu ələ keçirdiyinə görə övladını müalicəyə aparmağa imkanı yoxdur. Bundan başqa, təqsirləndirilən şəxs1 dəfələrlə qardaşı qızına yalan danışmış, Sabinaya inanaraq obyekt icarəyə götürmüşdür və ziyana getmişdir. Bunun da günahkarı təqsirləndirilən şəxs1dır. Qardaşı qızı Zərərçəkmiş şəxs ayrı-ayrı şəxslərə borcu da var və həmin borcları da verə bilmir. təqsirləndirilən şəxs1 İmran qızının qardaşı qızı Zərərçəkmiş şəxs etdiyi qanunsuz hərəkətlərə görə təqsirləndirilən şəxs1 barəsində qanuni tədbir görülməsinə və qardaşı qızından dələduzluq yolu ilə aldığı 17000 manat pulu geri qaytarmasına, həmçinin ona vurmuş olduğu mənəvi ziyanı da ödəməsinə köməklik göstərilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, əvvəllər ingilis dili müəllimi işləmiş, hal-hazırda təqaüddədir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi qızı X4 və bacısının qızı Əzimova Sevinc İmran qızının adınadır. Maddi vəziyyəti aşağı olduğu üçün həmin evin aşağısında təxmini 2 il əvvəl obyekt açmışdır. Həmin obyekt etibarnamə ilə onun istifadəsindədir. Həmin obyektin açılıb fəaliyyət göstərməsi ilə bağlı icra hakimiyyətinin sərəncamı da vardır. Təxmini 2024-cü ilin mart-aprel aylarında Sabina adlı şəxs ona yaxınlaşaraq həmin obyekti icarəyə götürmək istədiyini bildirmişdir. O da təqsirləndirilən şəxs1 ilə aylıq 600 manat icarə haqqı verməyə görə razılaşmışlar. Həmin obyekt təxmini 2 ay yarım Sabina adlı şəxsin istifadəsində olmuş, o həmin obyektin divarını sadəcə boyalatmış və divara ayaqqabı şəkli çəkdirmişdir. təqsirləndirilən şəxs1 ona birinci ay icarə haqqını tam vermişdir. Lakin, bundan sonra o, təqsirləndirilən şəxs1 obyekti açmadığını və ümumiyyətlə obyekti açmaq niyyətinin olmadığını görmüşdür. təqsirləndirilən şəxs1 ikinci ayın icarə haqqını istədikdə o, icarə haqqını verməkdən imtina etmişdir. O, ikinci ayın icarə haqqını bir neçə dəfə istədikdən sonra təqsirləndirilən şəxs1 ona ikinci ayın icarə haqqını vermişdir. Lakin, buna baxmayaraq növbəti ay o, yenə də obyektin açılmadığını və işləmədiyini görmüşdür. Bundan başqa, o, eşitdiyinə görə təqsirləndirilən şəxs1 ayrı-ayrı şəxslərdən pul almış və geri qaytarmamışdır. Bundan narahat olaraq o, təqsirləndirilən şəxs1 obyektin açarını təhvil verməyini və mağazadan çıxmağını istəmişdir. Verilən suallara cavab olaraq o, Zərərçəkmiş şəxs tanımadığını və heç vaxt görmədiyini, təqsirləndirilən şəxs1 isə ona məxsus olan obyekti icarəyə götürəndə tanıdığını, əvvəllər tanımadığını, obyekti təqsirləndirilən şəxs1 icarəyə verərkən onun Zərərçəkmiş şəxs ilə şərikli mağaza açmaq barədə heç bir məlumatının olmadığını, təqsirləndirilən şəxs1 şərikli mağaza açmaq adı ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 17000 manat pulunu ələ keçirdiyi barədə sonradan eşitdiyini bildirmişdir İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs araşdırmaya təqdim etdiyi onun 077-588-98-08 nömrəsi ilə Nuriyevə Sabina İmran qızının 050-735-34-43 nömrəsi arasında Whatsapp proqramında aparılmış səsli və yazılı yazışmaların saxlandığı 01 ədəd diskə onun iştirakı ilə baxış keçirilmiş. Diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 21 ədəd səs yazısı faylları vardır. Mətn yazışmalarına və səsli yazışmalara baxış zamanı təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldadıb şərikli mağaza açmaq adı ilə 17000 manat pulunu ələ keçirməsi, N. Musayevanın təqsirləndirilən şəxs1 pulunu geri tələb etməsi, təqsirləndirilən şəxs1 bəhanələr edərək pulu qaytarmaması öz əksini tapmışdır. Araşdırma üçün əhəmiyyət kəsb etdiyindən həmin yazışmaların surəti çıxarılaraq 72 vərəqədə, eləcə də Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd disk qablaşdırılaraq protokola 3 əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs1 İmran qızı əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon X16 Hüquqi Şəxsin ## ###### 2025-ci il tarixli, 18-1- **/*-***/**** nömrəli məktubundan görünür ki, Zaqatala rayonu, Aşağı kəndində qeydiyyatda olmaqla, ünvan 2-də yaşayan, ##.##.1995-ci il təvəllüdlü təqsirləndirilən şəxs1 İmran qızı Zaqatala RMX PHŞ-in Psixiatrik və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizə ilə Zaqatala RPŞ-yə müraciət edərək, təqsirləndirilən şəxs1 İmran qızının ona vurduğu maddi ziyanın 2070 manatını ödədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh təqsirləndirilən şəxs1 İmran qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsindən görünür ki, cinayət əməli nəticəsində vurmuş olduğu maddi zivana görə 17000 (on yeddi min) manat pul vəsaitinin əlavə olaraq məhkəməyə ödəmiş olduğu 140 manat dövlət rüsumunun mülki cavabdeh təqsirləndirilən şəxs1 İmran qızından alınaraq ona Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İşdə olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqında ## #### 2025-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs1 İmran qızı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən ## ### 2016-cı il tarixdə verilmiş Doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.2015-ci il tarixdə anadan olmuş X5 anası təqsirləndirilən şəxs1 İmran qızıdır. “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, Qasarayeva Mira İbrahim qızı ##.##.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan Zaqatala RİHB-nın Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs1 İmran qızı barəsində yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır İş materiallarından görünür ki, təqsirləndirilən şəxs1 İmran oğlunun Zaqatala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli və Zaqatala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə şahid6 75662 manat və şahid7 olan 74662 manat borcu mövcud olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov Xəyal Rahim oğlunun təqsirləndirilən şəxsə bəraət verilməsi barədə apellyasiya şikayəti əsassız olduğuna görə rədd edilməli, zərərçəkmiş şəxs X8 cəzanın ağırlaşdırılmasına dair apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, müdafiə tərəfinin apellyasiya şikayətinin əsas dəlili kimi irəli sürdüyü, tərəflər arasında yaranmış münasibətlərin mülki-hüquqi xarakter daşıması və borc öhdəliyindən ibarət olması barədə iddiaları məhkəmə kollegiyası tərəfindən araşdırılaraq rədd edilir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli qərarının 1 və 27-ci bəndlərinin tələblərinə görə, mülki-hüquqi münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan və ya əmlakı əldə etməzdən əvvəl özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti müəyyən edilmiş olsun. Mülki hüquq münasibətlərində tərəflər müqavilə öhdəliklərini icra edərkən real sahibkarlıq risklərinə və bərabər hüquqlu tərəfdaşlığa əsaslandığı halda, dələduzluq cinayətində təqsirkar şəxs ilk andan etibarən qarşı tərəfi aldatmaq, onda pulun təyinatı üzrə xərclənəcəyinə dair yalançı inam yaratmaq və tamah niyyəti ilə özgə əmlakını qanunsuz, əvəzsiz olaraq ələ keçirmək qəsdi (ilkin cinayət qəsdi) ilə hərəkət edir. İş üzrə dindirilmiş zərərçəkmiş şəxs X8, şahidlər şahid8 və şahid3 ifadələrindən aşkar göründüyü kimi, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızı reallıqda heç bir biznes fəaliyyəti qurmaq və mağaza açmaq niyyəti olmadığı halda, zərərçəkmiş şəxsi bu adla aldadaraq onun mərhum atasından qalan torpaq sahəsini dəyərindən ucuz qiymətə satmağa vadar etmiş və 17000 manat məbləğində pul vəsaitini nağd qaydada bankın daxilində ələ keçirmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət qəsdinin ilkin andan etibarən əmlakı ələ keçirməyə yönəlməsi tam sübuta yetirildiyindən, müdafiəçinin əməlin mülki xarakterli olması barədə arqumentləri cinayət məsuliyyətindən yayanma məqsədi daşıyır. Həmçinin, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızının məhkəmə iclasında verdiyi ifadələr və özünü müdafiə məqsədilə irəli sürdüyü dəlillər işin faktiki halları və toplanmış sübutların məcmusu ilə tamamilə təkzib olunur və ciddi uyğunsuzluqlar ehtiva edir. İş materiallarından göründüyü kimi işin ibtidai istintaq mərhələsindən başlayaraq ifadələr və iş mataeriallarında bir-birini təksib edən xüsusatlar mövcud olmuşdur. Belə ki, təqsirləndirilən şəxs1 İmran qızı ibtidai istintaq dövründə ilkin olaraq Zərərçəkmiş şəxs aldığı 17 min manat pulu 35 min manat pul geri almaq vədi ilə şahid7 verdiyini, daha sonrakı ifadələrində Zərərçəkmiş şəxs ilə birlikdə mağaza açdığını daha sonra satış edə bilmədikləri üçün ziyana düşdüklərini bildirmişdir. Habelə, iş materiallarında olan Whatsapp söhbətlərindən görünür ki, təqsirləndirilən şəxs1 İmran qızı onun da aldadıdığını, bu səbəbdən pulu qaytara bilmədiyini qeyd etmişdir. təqsirləndirilən şəxs1 İmran qızı ifadəsində zərərçəkmiş şəxsdən aldığı pulları hazır biznesi olan “İce butik” mağazasının sahibi Asya adlı şəxsə verdiyini, malları aldığını, mağazaya 12000 manat pul qoyaraq icarə haqqı, mebel və təmir xərcləri çəkdiyini və mağazanın ziyana getdiyini iddia etsə də, onun bu göstərdikləri digər proses iştirakçılarının ifadələri ilə birmənalı olaraq təkzib edilmişdir. Belə ki, məhkəmədə ifadəsi tədqiq edlmiş şahid şahid4 təqsirləndirilən şəxs1 ona heç bir məbləğdə pul vermədiyini bəyan etmiş, obyekt sahibi şahid şahid2 isə təqsirləndirilən şəxs1 obyekti icarəyə götürdükdən sonra ümumiyyətlə açmadığını, orada heç bir fəaliyyət göstərmədiyini və obyekti işlətmək niyyətinin olmadığını təsdiq etmişdir. Şahid ifadələrindən aydın olur ki, şərikli açılacaq mağaza real olaraq heç vaxt açılmadığından, təqsirləndirilənin mağazanın guya fəaliyyət göstərərək ziyana uğraması barədə iddiaları tamamilə yalandır və öz cinayətkar niyyətini örtbasdır etmək məqsədinə xidmət edir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə 9800 manat borcu qalması barədə müdafiə dəlilini rədd edir. Zərərçəkmiş şəxs X8 ifadəsindən və iş materiallarından görünür ki, təqsirləndirilən şəxs1 İmran qızı 17000 manat pulu ələ keçirdikdən sonra zərərçəkmiş şəxsə yalnız 2070 manat maddi ziyanı geri ödəmiş, yerdə qalan 14930 manat pul vəsaitini isə qaytarmamışdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi özünün digər ayrıca işlətdiyi mağazada 3 ay müddətində heç bir əməkhaqqı vermədən işlətməsi, zərərçəkmiş şəxsin isə əməkhaqqının əvəzinə mağazadan geyim və ucuz asılqanlar götürməsi faktı tərəflər arasında hər hansı şərikli biznes ziyanının bölünməsi kimi deyil, təqsirləndirilənin zərərçəkmiş şəxsi növbəti dəfə aldatması və onun əməyini istismar etməsi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin ustaya divarların rənglənməsi üçün cüzi ödəniş etməsi və mağazanın daxilində qısa müddətdə kosmetik görüntü yaratması, sözügedən dükana əlavə mebellər alaraq quraşdırması, əslində isə mövcud olan 12 ədəd şkafı divardan sökərək onların evinə aparması, onun dələduzluq niyyətini gizlətmək və zərərçəkmiş şəxsi şikayət etməkdən yayındırmaq üçün apardığı manipulyasiya xarakterli hərəkətlərdir. İş materiallarında mövcud olan rəsmi sənədlərin, xüsusən də Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş icra sənədlərinin tədqiqi nəticəsində müəyyən edilir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızının eyni dövrdə digər vətəndaşlar şahid6 75662 manat və şahid7 74662 manat məbləğində böyük həcmdə borc öhdəlikləri mövcud olmuşdur. Bu fakt təqsirləndirilən şəxsin real maliyyə vəziyyətinin iflas həddində olduğunu, onun digər şəxslərdən topladığı pulları qaytarmaq imkanının və niyyətinin olmadığını, onun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs pul alarkən də eyni niyyətlə özünün digər borclarını bağlamaq və ya şəxsi tamah tələbatını ödəmək üçün hərəkət etdiyini tam sübuta yetirir. təqsirləndirilən şəxs1 İmran qızı bu ağır borc yükü altında olduğu halda zərərçəkmiş şəxsə böyük gəlirli şərikli biznes vəd etməsi onun fəaliyyətinin əvvəldən axıra kimi dələduzluq üzərində qurulduğunu aşkar nümayiş etdirir. Bundan əlavə, ## ###### 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokolla tədqiq edilmiş və apellyasiya prosesi gedişatında təqdim edilmiş "WhatsApp" yazışmaları və səs yazıları təqsirləndirilən şəxsin müdafiə versiyasını tamamilə təkzib edən təkzibolunmaz mötəbər sübutdur. 72 vərəqdən və 21 ədəd səs faylından ibarət olan həmin qeydlərdə təqsirləndirilən şəxs1 İmran qızının zərərçəkmiş şəxsdən 17000 manat pulu alması, sonradan zərərçəkmiş şəxsin öz pulunu geri tələb etməsi, təqsirləndirilənin isə pulu qaytarmaqdan yayınmaq üçün gah malın gömrükdə qalması, gah da müxtəlif uydurma bəhanələr gətirməklə vaxt qazanmağa çalışması tam müəyyən olunmuşdur. Həmin yazışmaların məzmunu cinayət işinin faktiki halları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam uzlaşaraq bütöv bir sübutlar zənciri yaradır və təqsirləndirilən şəxs1 İmran qızının CMin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətdiyini şübhəsiz qaydada təsdiq edir. Məhkəmə kollegiyası gəldiyi qənaətdə həm də ona görə israrlıdır ki, təqsirkar bütün ifadələrində yalnız zərərçəkmiş şəxsin verdiyi pulun hara xərclədiyini açıqlamağa çalışsada, iddia etdidiyi şərikli biznesə özü hansı məbləğədə vəsait qoyduğunu, bu vəsaitin nədən ibarət olduğu, hara xərcləndiyi barədə hər hansı bir məlumat vermir və ümumiyyətlə buna cəhd gösrməyə çalışmır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə şikayət dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanunvericiliyinin prinsiplərinə tam riayət olunmuşdur. CM-in tələblərinə müvafiq olaraq cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi məqsədi daşıyır və şəxsin şəxsiyyəti nəzərə alınmaqla fərdi qaydada müəyyən edilməlidir. Hökm çıxarılarkən təqsirləndirilən şəxs1 İmran qızının əvvəllər məhkum olunmaması, onun daimi iş yerinin olması, eləcə də himayəsində iki azyaşlı uşağının (##.##.2015-ci il təvəllüdlü Nuriyev Amirxan və ##.##.2023-cü il təvəllüdlü Qasarayeva Mira) olması CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi düzgün qəbul edilmişdir. İş üzrə cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Dövlət məcburiyyət tədbirlərinin qənaəti və humanizm prinsipləri baxımından, iki azyaşlı uşağını təkbaşına böyüdən qadına cəmiyyətdən təcridetmə ilə bağlı olmayan, lakin effektiv nəzarəti təmin edən azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi qanunauyğundur və bu cəza şəxsin islah olunması üçün kifayətdir. Həmçinin, təhlil olunan işdən bəlli olduğu kimi məlum işdə zərərçəkənin əsas marağını cinayət əməli nəticəsində ona vurulmuş maddi zərərin ödənilməsi təşkil edir ki, hansıki bu zərər də sonuncunun mülki iddiası təmin edilməklə kompensasiya olunmuşdur. Eləcədə, mülki iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi barədə tələbini mülki icraat qaydasında düzgün həll etmiş, vurulmuş ümumi zərər məbləğindən ödənilmiş hissə çıxılmaqla qalan hissənin tutulmasını qərara almışdır. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində qeyd olunan mənəvi sarsıntılar, əsəb xəstəlikləri və azyaşlı övladının müalicəsi ilə bağlı yaranmış çətinliklər mənəvi ziyanın predmeti olmaqla, zərərçəkmiş şəxs tərəfindən mülki məhkəmə mühakimə icraatı qaydasında ayrıca iddia qaldırılmaqla həll edilə bilər və bu hal cinayət işi üzrə hökmün qanuniliyini şübhə altına almır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinin təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CPM-nin 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərər çəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş daha ağır azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızının CM-in CM-in 178.2.4cü maddəsi ilə təqsirli bilinməsini və təqsirli bilindiyi maddə ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı, cəzanın islah təsiri baxımından məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızının müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu, zərərçəkmiş X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, həmin apellyasiya şikayətləri təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum təqsirləndirilən şəxs1 İmran oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPMin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İmran qızının müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu, zərərçəkmiş şəxs X8 apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs1 İmran qızına göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 11 (on bir) saat üçün 121 (yüz iyirmi bir)) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar