Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-89/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan sədrliyi və məruzəsi, Səmədov Xəqani Hacı oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi oğlunun, ölmüş zərərçəkmiş şəxslər X7 və X1 hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(091)-225/2025( sədrlik edən T.Əfəndizadə) nömrəli hökmü ilə, ##.##.2004-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, tələbə, subay, Mingəçevir şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, ##.##.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı ##.##.2026-cı il tarixdən hesablanması, təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilməsi, Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunması hökm edilmişdir. işin halları: Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə saat 01 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-2107» markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən, adsız küçəyə dönüb, oradan Şəfa küçəsi istiqamətində hərəkətini davam etdirərkən, həmin adsız küçənin Samux küçəsi ilə kəsişməsində yerləşən və adsız küçəni Şəfa küçəsi ilə birləşdirən yol ayrıcına çatarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanı) tələbini pozaraq, sürücü həmin maddənin tələbinə əsasən üstünlük nişanları yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini gözləməli olduğu halda, Qanunun bu tələbinə əməl etməyərək Samux küçəsində yolun hərəkət hissəsinə çıxıb Şəfa küçəsi istiqamətində hərəkətini davam etdirməkdə olarkən Samux küçəsi ilə düz istiqamətdə hərəkətdə olan və şəhərin H.Əliyev prospektini Samux küçəsi ilə birləşdirən adsız küçə ilə Samux küçəsinin kəsişdiyi yol ayırıcının yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, yəni həmin maddənin tələblərinə əsasən yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini 60 km/saat sürətdən yüksək sürətlə hərəkət etdirməməli olduğu halda, Qanunun bu tələbinə əməl etməyərək yolda avtomobili 100 km/saat sürətdən artıq sürətlə hərəkət etdirən sürücü İsmayılov Elgiz Dilavər oğlunun idarə etdiyi «X2» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkər hissəsindən idarə etdiyi avtomobilin qabaq sağ qanad hissəsi ilə vurmuş, avtomobillərin toqquşması nəticəsində sürücü İsmayılov Elgiz Dilavər oğlunun idarə etdiyi «X2» markalı, 02-CA830 dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirib, yolun hərəkət hissəsi ilə sürüşərək yolun sol tərəfində yerləşən ehtiyyat torpaq sahəsində olan elektrik dirəyinə bərkidilmiş dəmir naqilə dəyərək aşmış və «X2» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərnişin qismində gedən X7 həyatla bir araya sığmayan, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan başın sağ yarısının və üz sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyin maddəsinin dağılması (evakuasiya), sağ said sümüklərinin qapalı yerdəyişən sınıqları xəsarətləri, azyaşlı X1 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan açıq kəllə beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq sınıqları, baş beyin maddəsinin əzilməsi, baş beyinə qansızma, hər iki körpücük və sağ bazu sümüklərinin qapalı sınıqları xəsarətləri, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyan sol 2- 3-4-cü qabırğaların qapalı sınıqları xəsarətləri, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyan sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı xəsarəti, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan qapalı kəllə-beyin travması, 4-5-6-cı boyun fəqərələrinin cisminin sınıqları, 8-ci döş fəqərəsinin cisminin sınığı, çanaq sümüklərinin qapalı çoxsaylı yerdəyişən sınığı xəsarəti, zərərçəkmiş şəxs İsmayılov Elgiz Dilavər oğluna yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan sol tərəfli hematoraksla müşayiət olunan sol 6-cı qabırğanın qapalı sınığı, sağ 3-4-cü qabırğaların sınığı, döş sümüyünün və 12-ci döş fəqərəsinin qapalı sınığının əmələ gəlməsi ilə nəticələnən, ehtiyyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X7 baş-beynin maddəsinin əzilibdağılmasından ##.##.2024-cü il tarixdə hadisə yerində, X1 isə baş beynin diffuz travmasından ##.##.2024-cü il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ölmüşlər İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş cəza ədalətsizdir, yüngüllüyünə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə adekvat deyildir. Ona görə də hökm dəyişdirilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməlidir. Şikayətçi nəzərə alınmalı olduğunu bildirmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının təqsirləndirilən şəxs tərəfindən pozulması Hüquqi varis iki ailə üzvünün vəfat etməsinə səbəb olmuşdur. Belə ki, X7 baş-beynin maddəsinin əzilib dağılmasından hadisə yerində, X1 isə baş-beynin diffuz travmasından xəstəxanada ölmüşlər. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi arasında hər hansı barışıq əldə edilməmişdir. Ona görə də şikayətçi təyin edilmiş cəza həddinin cəzanın məqsədlərini təmin edə bilmədiyini hesab etmişdir. Şikayətçi qeyd etmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İş üzrə digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti və protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin olunması xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihаmçısı dövlət ittihamçısı1 zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bunddan sonra mətndə CPMin) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü təyin edilmiş cəzanın həddi və növü hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkum Təqsirləndirilən şəxs əməlini CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif etmiş, cəza təyin edərkən cinayət qanunvericiliyinin ümumi və xüsusi hissəsinin prinsiplərinə, cəzanın fərdiləşdirilməsi və ədalətliliyi meyarlarını tam rəhbər tutmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakterinə, onun ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə tam adekvatdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin məhkum barəsində cəzanın ağırlaşdırılması və onun CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə (on ilədək azadlıqdan məhrum etmə) məhkum edilməsi barədə dəlillərini araşdıraraq bildirir ki, cinayət qanununun mühüm prinsiplərindən olan ədalətlilik prinsipinə (CM-in 8-ci maddəsi) əsasən, cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri mütləq qaydada nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir və CM-in 15.4-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilən və sanksiyasında on iki ildən çox azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmayan bu əməl ağır cinayətlər kateqoriyasına aid edilir. Birinci instansiya məhkəməsi cəza həddini müəyyən edərkən bu xüsusatları, məhkumun gənc yaşda olmasını, subaylığını, tələbə olmasını, əvvəllər məhkum olunmamasını və cinayət xarakterli digər neqativ hallarla xarakterizə edilməməsini hüquqi baxımdan düzgün dəyərləndirmişdir. Şikayətçinin hadisə nəticəsində iki nəfərin – X7 və azyaşlı X1 vəfat etməsi, bir neçə şəxsin isə ağır və az ağır xəsarətlər alması səbəbindən cəzanın mütləq qaydada maksimum həddə çatdırılması barədə arqumenti qanunvericiliyin sistemli təhlili baxımından əsaslı hesab edilə bilməz. Belə ki, qeyd olunan ağır nəticələr (iki və daha çox şəxsin ölümü) artıq CM-in 263.3-cü maddəsinin dispozisiyasını formalaşdıran və cinayətin tövsifedici əlaməti olan hallardır. CM-in 61.2-ci maddəsinin birbaşa tələbinə görə, cinayət qanununun Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti bəndində nəzərdə tutulmuş hal cəzanı ağırlaşdıran hal kimi təkrarən nəzərə alına bilməz. Bu səbəbdən, iki şəxsin ölümü faktı əməlin məhz CM-in 263.3-cü maddəsi ilə tövsif edilməsinə hüquqi zəmin yaratdığından, həmin nəticənin həm də cəza müddətinin süni şəkildə artırılması üçün yeganə əsas kimi qəbul edilməsi cinayət hüququnun eyni bir hala görə təkrarən məsuliyyətə cəlb etməni qadağan edən fundamental qaydalarına ziddir. Eyni zamanda, məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013cü il tarixli Qərarının 21-ci bəndinin tələblərinə görə, bu kateqoriyadan olan işlər üzrə cəza təyin edilərkən yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu mütləq qaydada araşdırılmalı və qiymətləndirilməlidir. İşin faktiki hallarından aydın olur ki, hadisə zamanı digər nəqliyyat vasitəsinin, yəni «X2» markalı avtomobilin sürücüsü İsmayılov Elgiz Dilavər oğlu yaşayış məntəqələri daxilində müəyyən edilmiş 60 km/saat sürət həddini kobud surətdə pozaraq, avtomobili 100 km/saatdan artıq sürətlə idarə etmiş və bununla da "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməmişdir. Hərçənd məhkum Təqsirləndirilən şəxs baş yola çıxarkən üstünlük nişanının tələbini pozması qanunaziddir və hadisə ilə birbaşa səbəbli əlaqədədir, lakin digər sürücünün sürət həddini həddindən artıq aşması da yaranmış qəza şəraitinin miqyasını, toqquşmanın qüvvəsini və nəticələrin ağırlıq dərəcəsini əhəmiyyətli dərəcədə artırmışdır. Yol hərəkətinin digər iştirakçısının bu cür qarşılıqlı təqsirinin və kobud qayda pozuntusunun mövcudluğu cinayət hüququ sferasında təqsirləndirilən şəxs barəsində qanunvericiliklə müəyyən edilmiş sanksiya çərçivəsində ən maksimal, ifrat cəza tədbirinin seçilməsini istisna edən və cəzanın orta həddə yaxın müəyyən edilməsini şərtləndirən mühüm amildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun cəzanın mahiyyəti və məqsədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqelərə istinad edərək qeyd edir ki, cəza yalnız cəzalandırma və ya intiqam aktı olmayıb, həm də sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa (ümumi və xüsusi profilaktika) xidmət edir (CM-in 41.2-ci maddəsi). Təqsirkar ilə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışığın əldə olunmaması və dəymiş mənəvi ziyanın tam aradan qaldırılmaması birtərəfli qaydada cəzanın mütləq şəkildə ağırlaşdırılmasına zəmin yaratmır. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası məhkumun cəmiyyətdən təcrid olunmaqla islah edilməsi, törətdiyi əməlin hüquqi nəticələrini dərk etməsi və sosial ədalətin bərpası məqsədlərinə tam uyğundur. Azadlıqdan məhrum etmə cəzasının növü olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi də qanunvericiliyin imperativ normalarına əsaslanır və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətində irəli sürülən cəzanın maksimal həddə çatdırılması tələbini beynəlxalq hüquqi standartlar kontekstində qiymətləndirərək bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qəbul edilmiş "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 10-cu maddəsinin 3-cü hissəsinə əsasən, penitensiar sistemdə məhkumlarla rəftarın əsas məqsədi onların islah edilməsi və sosial adaptasiyası olmalıdır. Sırf intiqam və ya cəzalandırma yönümlü ifrat cəza tədbirlərinin seçilməsi beynəlxalq hüququn bu humanitar məqsədinə ziddir. İş materiallarından göründüyü kimi, cinayət ehtiyatsızlıqdan törədilmişdir və məhkum Təqsirləndirilən şəxs gənc yaşı, tələbə olması, əvvəllər məhkum edilməməsi və şəxsiyyətini mənfi xarakterizə edən halların olmaması onun sosial korreksiyasının (islahının) sanksiya daxilindəki orta həddə yaxın cəza ilə də mümkünlüyünü birmənalı sübut edir. Bu xüsusat BMT-nin "Həbslə bağlı olmayan tədbirlərə dair X5"nın (Tokio Qaydaları) cəzanın fərdiləşdirilməsi və təqsirkarın şəxsiyyətinə uyğunlaşdırılması tələbi ilə tam uzlaşır. Dəlillərin araşdırılması zamanı o da nəzərə alınmalıdır ki, Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə "Cinayətlərin törədilməsində cəza təyini üzrə tutarlı standartların tapılması haqqında" R(**)** saylı Tövsiyəsinə əsasən, məhkəmələr cəza təyin edərkən hadisənin baş vermə şəraitini, zərərçəkmiş tərəfin və ya digər proses iştirakçılarının hərəkətlərinin hadisəyə təsirini hərtərəfli nəzərə almalıdırlar. Konkret iş üzrə müəyyən edilmişdir ki, digər nəqliyyat vasitəsinin sürücüsü İsmayılov Elgiz Dilavər oğlu yaşayış məntəqəsində müəyyən edilmiş sürət həddini (60 km/saat) kobud şəkildə aşaraq avtomobili 100 km/saatdan artıq sürətlə idarə etmişdir. Hərçənd məhkumun yolayrıcını keçmə qaydasını pozması qəzanın əsas səbəblərindən biridir, digər sürücünün də bu cür beynəlxalq yol təhlükəsizliyi standartlarına (məsələn, "Yol hərəkəti haqqında" Vyana Konvensiyasının normalarına) zidd olan kobud qarşılıqlı təqsiri yaranmış zərərin və ölüm nəticələrinin miqyasını artırmışdır. Belə bir şəraitdə, beynəlxalq cinayət-hüquq doktrinasına və qeyd olunan Tövsiyə sənədlərinə uyğun olaraq, digər tərəfin qanunsuz hərəkətləri təqsirləndirilən şəxs barəsində sanksiyanın ən yuxarı həddinin tətbiq edilməsini hüquqən istisna edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında tez-tez AİHM-in qərarlarına istinad edərək qanunçuluq və ədalətlilik prinsiplərinin vəhdətini vurğulayır. AİHM-in formalaşmış hüquqi mövqeyinə görə, cinayət qanununun tətbiqi proqnozlaşdırıla bilən (predictable) və ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi işin həm yüngülləşdirən, həm də ağırlaşdıran obyektiv xüsusatlarını balanslaşdıraraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən etmişdir ki, bu da qanunvericiliklə müəyyən edilmiş cəza həddinin yuxarı rübünə yaxın bir müddətdir. Cəzanın mənəvi ziyanın ödənilməməsi və ya barışığın olmaması səbəbindən mütləq şəkildə 10 il maksimum həddə çatdırılması tələbi həm milli qanunvericiliyə, həm də beynəlxalq hüququn qeyri-mütənasib və aşkar əsassız cəza tətbiqini qadağan edən fundamental insan hüquqları standartlarına ziddir. CPM-in 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiq edilməsinin düzgünlüyünü tam həcmdə yoxlamışdır. Məhkəmə icraatı zamanı CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına tam riayət olunmuş, cəzanın həddinə təsir edən bütün faktiki hallar materiallarda mövcud olan mötəbər, mənsubiyyəti və mümkünlüyü baxımından qüsursuz olan sübutların məcmusu ilə (CPM-in 144, 145.1-ci maddələri) əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə qanun normalarının tətbiqi zamanı hər hansı bir pozuntuya və ya prosessual xətalara yol verilmədiyi, cəza təyini zamanı sanksiya hədlərinin aşılmadığı və qeyd olunan cəzanın qanunauyğun olduğu müəyyən edilmişdir. Şikayətdə irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi ədalətli nəticələri təkzib etmək gücündə deyildir. Belə olan halda, hökmün dəyişdirilməsi və cəzanın artırılması üçün prosessual əsaslar mövcud olmadığından, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü qüvvədə saxlanılmalıdır. Çünki, cəzanın ədalətliliyi meyarı hər bir konkret halda törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi ilə dövlətin tətbiq etdiyi məhrumiyyətlərin həcmi arasında mütənasibliyin qorunmasını imperativ olaraq tələb edir. Cinayət qanunvericiliyinin prinsiplərinə görə, cəza heç bir halda birtərəfli intiqam aktı və ya zərərçəkmiş tərəfin subyektiv istəklərinin mexaniki şəkildə icra edilməsi vasitəsi ola bilməz. Hüquqi ədalət cinayət nəticəsində pozulmuş ictimai asayişin və sarsılmış sosial ədalətin bərpa edilməsində (CM-in 41.2-ci maddəsi), eyni zamanda təqsirkarın islah olunaraq yenidən cəmiyyətə inteqrasiya edilməsi üçün optimal hüquqi zəminin yaradılmasında ifadə olunur. Bu baxımdan, birinci instansiya məhkəməsinin qanunla müəyyən edilmiş sanksiya çərçivəsində, lakin onun ən maksimal həddinə çatdırılmadan müəyyən etdiyi azadlıqdan məhrum etmə cəzası cinayət-hüquqi təsir tədbirlərinin tarazlığını tam şəkildə təmin edir. CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, ədalətli cəzanın təyin edilməsi həm də cəzanın fərdiləşdirilməsi prosesi ilə birbaşa bağlıdır. Ədalətlilik prinsipi məhkəmənin qarşısında təqsirkarın şəxsiyyətini, onun yaşını, sosial durumunu, əvvəlki davranış modelini və islaholunma potensialını mütləq qaydada nəzərə almaq vəzifəsi qoyur. Ehtiyatsızlıq zəminində törədilən cinayətlərdə subyektiv təqsirin forması qəsdən törədilən cinayətlərdən köklü surətdə fərqləndiyindən, ədalətli cəza həddi də şəxsin gələcək həyatını və cəmiyyət üçün faydalı fərdə çevrilmə imkanlarını tamamilə istisna edəcək ifrat dərəcədə sərt olmamalıdır. Məhkəmə sanksiya daxilində cəza müddətini müəyyən edərkən bu fərdi və humanitar xüsusatları düzgün uzlaşdırmış, nəticədə qanunun həm cəzalandırma, həm də tərbiyəvi funksiyalarını ehtiva edən ədalətli bir mövqe ortaya qoymuşdur. Bundan başqa, cəzanın ədalətliliyi prinsipi beynəlxalq hüquqi standartlar və İnsan Hüquqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının mütənasiblik (proportionality) doktrinası ilə tam vəhdət təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, dövlət orqanları tərəfindən fərdə tətbiq olunan məhrumiyyətlər qanuni məqsədlərə nail olmaq üçün zəruri olan həddən artıq olmamalı, mütənasıb xarakter daşımalıdır. Eyni zamanda, Avropa Şurası Nazirlər Komitəsinin cəza təyini üzrə tövsiyələrində qeyd olunduğu kimi, hadisənin baş verməsində hər hansı kənar amillərin və ya hadisə şəraitinin obyektiv çətinliklərinin mövcudluğu cəzanın ifrat dərəcədə ağırlaşdırılmasını hüquqən məhdudlaşdırır. Barışığın əldə edilməməsi və ya mənəvi ziyanın ödənilməməsi kimi xüsusatlar sanksiya daxilində cəzanın orta həddən yuxarı təyin edilməsinə təsir göstərsə də, beynəlxalq standartlara görə bu hallar cəzanın avtomatik olaraq mütənasiblik çərçivəsindən çıxarılaraq ən maksimal həddə çatdırılması üçün yeganə və mütləq əsas rolunu oynaya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-in 139.0.5-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmələrin hökmlərində və ya qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli Qərarının 21-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Şərh olunanlara əsasən məhəmə kollegiyası belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq, qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətonə münasibətdə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-89/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-89/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver