Məhkəmə qərarları › İş №1(3-10)-91/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-91/2026

14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-91/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun müdafiəçi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(046)-108/2025 (sədrlik edən İ.Fəttahov) nömrəli qərarı ilə, ##.##.1977-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi qərara alınmışdır. İŞİN HALLARI: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» ## #### 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 7,43 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, ## ######## 2025-ci il tarixdə saat 18:50 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Nizami küçəsində, * saylı orta məktəbin yaxınlığında, həyət evlərinin qarşısında saxlanılmış və saat 18:50 dəqiqədən 18:57 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,43 qram olmaqla xeyli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittohamçısı dövlət ittihamçısı2 verdiyi apellyasiya protestinin onunla əsaslandırnmışdır ki, Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) ## ###### 2026-cı il tarixli qərarı ilə, ##.##.1977-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad olunmuş və barəsində cinayət təqibinə xitam verilmişdir. Qərara əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" ## #### 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 7,43 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. ## ######## 2025-ci il tarixdə saat 18:50-də Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Nizami küçəsində, * saylı orta məktəbin yaxınlığında, həyət evlərinin qarşısında saxlanılmış və saat 18:50-dən 18:57-dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,43 qram olmaqla xeyli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Prokuror aşağıdakı əsaslara görə hesab etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı cinayət qanununun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın ## ###### 2025-ci il tarixli **** nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Buna baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq etməmişdir. Prokuror "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarında barəsində amnistiya aktı tətbiq edilmiş narkomaniya xəstəliyindən əzab çəkən şəxslərə məcburi müalicənin tətbiqini istisna edən hər hansı bir qeydin olmadığını bildirmişdir. Halbuki, "08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi" haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Qərarının 36-cı bəndinə əsasən, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir. Göründüyü kimi, "08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi" haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021ci il tarixli Qərarında amnistiya tətbiq edilməli olan narkomaniya xəstəliyindən əzab çəkən şəxslərin müalicəsinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı cinayət qanununun norması düzgün tətbiq olunaraq (barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməklə) dəyişdirilməsini xahiş etmişdir. Verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi . Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlillər ilə razı olmadıqlarını və təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi haqqqında qərar qəbul edə bilər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi - Narkoloji tibbi yoxlamanın ## ###### 2025-ci il tarixli **** nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə kannobinoidlərdən sui- istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X2 Məcburi-Narkoloji tibbi yoxlamaya dair ## ###### 2025-ci il tarixli **** nömrəli rəyi ilə etibarlı şəkildə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və bu xəstəlikdən məcburi müalicəyə ehtiyacı vardır. Bu rəy heç bir tərəfin şübhə altına almadığı, qanunla müəyyən edilmiş qaydada əldə olunmuş sübutdur və məhkəmə kollegiyası onu etibarlı və cinayət işinin həlli üçün əhəmiyyətli hesab edir. Bununla belə, birinci instansiya məhkəməsi «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli qərarının 5.1-ci bəndini tətbiq edərək təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etmiş, lakin narkomaniya xəstəliyindən əzab çəkməsi faktını nəzərə almadan barəsində məcburi müalicə tədbirinin tətbiqindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma qanunun düzgün tətbiqi baxımından yolverilməzdir, belə ki, amnistiya aktının tətbiqi şəxsi cəza çəkməkdən və ya cinayət təqibindən azad edə bilər, lakin bu, onun sağlamlığına, o cümlədən narkomaniya xəstəliyinin müalicəsinə dair tələbləri istisna etmir. Amnistiya aktı alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən əziyyət çəkən şəxslər barəsində amnistiyanın tətbiqi onların müalicəsinin davam etdirilməsi zərurətini aradan qaldırmır, əksinə, bu cür şəxslərin sağlamlığının bərpası və cəmiyyət üçün təhlükə mənbəyi olmaqdan çıxması məqsədilə məcburi müalicə tədbirinin görülməsini nəzərdə tutur. Həmçinin, «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarında barəsində amnistiya aktı tətbiq edilmiş narkomaniya xəstəliyindən əzab çəkən şəxslərə məcburi müalicənin tətbiqini istisna edən hər hansı bir qeyd yoxdur. Bundan əlavə, “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Qərarının 36-cı bəndinə əsasən alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir Göründüyü kimi, “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Qərarında amnistiya tətbiq edilməli olan narkomaniya xəstəliyindən əzab çəkən şəxslərin müalicəsinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6- cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1 -ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müalicəsinin həyata keçirilməsini istisna etmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, “nəzərə alınmalıdır ki, tibbi xarakterli məcburi tədbirlər məqsədlərinin özünəməxsusluğu ilə fərqlənir və məcburi müalicəyə dair qərarın vaxtında icra edilməməsi bu məqsədlərin həyata keçirilməsini çətinləşdirməklə onları səmərəsiz vasitəyə çevirə bilər. Tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə dair məhkəmə qərarının qeyri-müəyyən vaxtadək icra olunmaması və ya təxirə salınması Konstitusiya və qanunvericiliyin tələbləri baxımından yolverilməzdir”. Həmçinin məhkəmə kollegiyası cinayət mühakimə icraatı zamanı cəza təyinin ümümi əsaslarına toxunaraq qeyd edir ki,“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o yaşadığı ərazi üzrə narkoloji mərkəzdə qeydiyyata alınsın. Qərarın icrası Göyçay rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilərərk müdafiəçi1 4 saat üçün 44 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar