Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-92/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş appelyasiya protesti, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(075)-116/2025( sədrlik edən C.Əhmədov) nömrəli hökmü ilə, ## ###### 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, işsiz, ali təhsilli, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 3nvanında yaşayan Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 178.2.4- cü maddəsi ilə təyin edilmiş 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 4 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalı, “Konstitusiya və Suverenlik İli” münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərar tətbiq edilməklə, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 4 ay 11 gün hissəsindən azad edilməsi nəzərə alınmaqla, həmin cəza cinayətlərin məcmusu qaydasında təyin edilmiş vahid azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200 -dan növbəti gün saat 7 00 -dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, mülki iddianın qismən təmin edilməsi, Zərərçəkmiş şəxs dəymiş 5000 manat maddi ziyan məbləği Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, mülki iddia qalan hissədə təmin edilməməsi hökm edilmişdir. İŞİN HALLARI: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs, 5000 manat pul müqabilində onun Bakı şəhərində yerləşən özəl tibbi klinikalardan birində UZM həkimi kimi işlə təmin olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək, onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2024-cü ilin iyul ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Bakı şəhəri ərazisində 1500 manat, ##.##.2024-cü tarixdə, saat 1056 -da Şəki şəhəri, M.FAxundov küçəsində yerləşən “Şəki store” mağazasında quraşdırılmış milliön ödəmə terminalı vasitəsilə özünün adına olan 416973....**** nömrəli kart hesabına göndərdiyi 3500 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 5000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 5000 manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittohamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş appelyasiya protesti, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin, protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittohamçısı dövlət ittihamçısı2 verdiyi apellyasiya protestinin onunla əsaslandırnmışdır ki, iş materiallarından aydın olur ki, məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin etsə də, ona ərazi məhdudiyyəti tətbiq etməmişdir. CM-in 52-1.2.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməməlidir. Məhkəmə isə hökmdə belə məhdudiyyəti müəyyən etməmiş və faktiki olaraq təyin etdiyi cəzanın mahiyyəti qalmamışdır. Prokuror Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanununun normasının düzgün tətbiq edilməməsinin birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olduğunu bildirmişdir. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən isə tətbiq edilməli olan cinayət qanununun tətbiq edilməməsi hökmün dəyişdirilməsinə əsas olduğunu qeyd etmişdir. Prokuror bundan başqa qeyd etmişdir ki, məhkəmə onun təklifini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almadan Təqsirləndirilən şəxs yüngül cəza təyin etmişdir. Halbuki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpasına, məhkumun islah olunmasına və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yönəldilir. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Prokuror bildirmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayətinin obyektini mülkiyyət münasibətləri təşkil edir, obyektiv cəhətdən fəal hərəkətlərlə ifadə olunur, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs qəsdən törədilən cinayət əməlini başa çatdırmış və nəticələrini aradan qaldırmamışdır. Prokuror həmçinin, qeyd etmişdir ki, məhkəmə özgənin əmlakına qəsd edən, zərər çəkmiş şəxsin etibarından sui-istifadə edən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi kimi mühüm hallara məhəl qoymadan daha yüngül cəza təyin etməklə qanunun tələblərini pozmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə (ərazi məhdudiyyəti müəyyən edilməklə) dəyişdirilsin.. Verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü çox ədalətsiz və əsassızdır. O, həm istintaqda, həm də məhkəmədə bildirmişdir ki, 3500 manat pulu oğlu Elmir həbs olunduğu üçün onun müalicəsi və işinə köməklik edilməsi məqsədilə Məlahət xanımdan borc almışdır. Məlahət onun yaxın qohumu hesab edilir (mərhum qaynının həyat yoldaşı). İllərdir ki, bir-birlərini tanıyırlar, Məlahət onun imkansız olduğunu, əlində heç bir səlahiyyətinin olmadığını çox gözəl bilir. Təqsirləndirilən şəxs qeyd edir ki, Məlahət onun özünün işə ehtiyacı olduğunu bilə-bilə, mənə özünün işə düzəltməsi üçün necə pul verə bilərdi? Çox gözəl bilir ki, Quliyeva ondan əlborcu olaraq aldığı 3500 manat pulu oğlu Elmirin həbsdən azad edilməsi və müalicəsinə xərcləmək məqsədilə götürmüşdür. Hətta Məlahət özü ona əlavə olaraq 200 manat da pul vermişdir ki, həmin məbləğlə oğlu Elmirin yanına gedəndə onun üçün bazarlıq edib aparsın. Təqsirləndirilən şəxs vurğulayır ki, onun Məlahəti işə qoymaq niyyəti necə ola bilərdi? O, məşğulluq xidmətinin əməkdaşı deyildir və özünün işə ehtiyacı vardır. Məlahət onu illərlə tanıyır və imkansız olduğunu çox gözəl bilir. Borcla bağlı bütün məsələlər onunla Məlahət arasında baş vermişdir. Hətta qoca və ahıl atası Məlahət xanıma ona çətin vəziyyətində borc pul verdiyi üçün zəng edərək dəfələrlə təşəkkürünü bildirmişdir. O, Məlahət xanımdan 2024-cü ilin iyul ayında əlborcu aldığı 3500 manatı imkanı olduqca az-az qaytarmağa söz vermişdir. Məlahət xanım bir müddət sonra ondan aldığı 3500 manatı geri qaytarmağı tələb etsə də, o, imkanının olmadığını və əlimdəki bütün pulların oğlu Elmirin həbsdən azad edilməsi və müalicəsi üçün xərclədiyini bildirərək ona vaxt verilməsini xahiş etmişdir. Lakin Məlahət israrla ona bildirmişdir ki, əgər ondan aldığı 3500 manatı təcili olaraq geri qaytarmasa, ondan polisə şikayət edərək onu tutduracaq. Həqiqətən də polisə şikayət etdikdən sonra o, 3500 manatı Məlahət xanımdan borc aldığını desə də, polis buna əhəmiyyət verməyərək ona qarşı cinayət işi açmışdır. Təqsirləndirilən şəxs bildirir ki, işin həm ibtidai istintaqı, həm də məhkəmə istintaqı onun ziyanına aparılaraq borc almasına əhəmiyyət verilməmişdir. Hətta o, pulu borc aldığını desə də, məhkəmə buna əhəmiyyət verməyərək onun barəsində heç bir sübut və əsas olmadığı halda ittiham hökmü çıxarmışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilərək ona bəraət verilməsini, həmçinin ona qarşı təmin edilmiş mülki iddianın rədd edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxsin CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsini əsaslı hesab etmir. Belə ki, şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməlidir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmün dəyişdirilməsini və şəxsin əməlinin CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayətlərini qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi . Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestində və zərərçəkmiş hüquqi şəxsin apellyasiya şikayətində olan dəlillər ilə razı olmadığını, həmin hissədə protestin və şikayətin təmin edilməməsini, müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi haqqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, bununla bağlı proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, aşağıdakı əsaslara görə dövlət ittohamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsədə, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 178.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs qaynı Malikin həyat yoldaşı olmuşdur. Məlahət ilə münasibəti normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2024-cü ilin avqust ayında Abşeron RPİ-də barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin istintaqı aparılmış, cinayət işi Abşeron Rayon Məhkəməsinin icraatda olmuşdur. X1 2023-cü ilin yanvar ayında CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını * saylı Cəzaçəkmə müəssisəsində çəkmişdir. 2024-cü ilin iyul ayının əvvəllərində Məlahətlə telefon vasitəsilə əlaqə saxlamış, tanışlarına borcu olduğunu, pulu qaytara bilmədiyini demiş və borc olaraq 3500 manat borc istəmişdir. Məlahət Bakı şəhərinə gələcəyini, onunla görüşüb söhbət edəcəyini demişdir. Bir neçə gün sonra Məlahətlə Bakı şəhərində “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Boranı” restoranında görüşmüşlər. Söhbət zamanı Məlahətə, oğlu Elmirə həbsdə olması ilə bağlı gündəlik pul göndərdiyini, artıq maddi imkanının zəif olduğunu demiş və Məlahətin əri Maliklə birgə ona köməklik göstərməsini xahiş etmişdir. Məlahət həmin yerdə ona 200 manat pul vermiş və həmin pulu Elmirə köməklik üçün verdiyini demişdir. Sonra Məlahət, rayona qayıtdıqdan sonra ona pul göndərəcəyini bildirmiş və sağollaşıb Şəki rayonuna qayıtmışdır. Bir neçə gün sonra Məlahət zəng edərək, kart hesabına 3500 manat pul köçürəcəyini demiş, ondan öz adına olan kart nömrəsi istəmişdir. O, da öz adına olan Kapital banka məxsus 416973********** nömrəli kart hesabını Məlahətə demiş, həmin gün Məlahət onun kart hesabına 3500 manat pul köçürmüşdür. O, 9-cu mikrorayonda yerləşən “Araz” marketin yanındakı bankomatdan pulu çıxarmış və borclarının bir hissəsini ödəmişdir. Məlahətlə aralarındakı söhbət zamanı Məlahət nə vaxt maddi imkanı yaxşı olsa ona borcunu qaytarmasını demişdir. O, həmin vaxt Məlahətin verdiyi 3500 manat pulun müqabilində “Bank Respublika” bankında olan 225 qram çəkidə qızılına görə Məlahətə etibarnamə vermiş, daha sonra keçmiş əri, yəni Məlahətin qaynı Əhsanın adına olan mülklərlə bağlı vərəsəlik iddiası qaldırmışdır. Bundan sonra Məlahətin ona olan münasibəti dəyişmişdir. Məlahətdən 5000 manat pul almamış, xəstəxanada işə düzəldəcəyinə söz verməmişdir Məlahətlə aralarında bu barədə heç bir danışıq olmamışdır. Məlahət ona, oğlu Elmirə bazarlıq etməsi üçün Bakı şəhərində, Boranı restoranında cəmi 200 manat vermiş, lakin o, həmin vaxt Məlahətdən 1500 manat pul almamışdır. Orada Məlahətlə o, oğlu Elmirin həbs olunması ilə bağlı görüşüb danışmışlar. O, Məlahətə xəstəxanada işə düzəldəcəyinə söz verməmişdir. 3500 manat pulu Məlahətdən borc olaraq almışdır. O, 3500 manat borcu vardır. Məlahətlə aralarında işə düzəldəcəyi il bağlı heç bir danışıq olmamış, bu məqsədlə Məlahətdən pul almamışdır. Hər hansı bir xəstəxanada kimisə işə düzəltmək üçün heç bir tanışı olmamışdır. X6 36230 manat pul aldığı üçün Abşeron Rayon Polis İdarəsinin istintaq bölməsində barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin istintaqı aparılıb Abşeron Rayon Məhkəməsinə göndərilmiş, ziyanı ödədiyi üçün bir neçə gün əvvəl həmin iş üzrə barəsində aministiya tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Hal-hazırda atası ağır xəstədir. Oğlu isə cəzaçəkmə müəssisəsində cəza çəkir. Qeyd olunanların nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs onun mərhum qaynı Əhsanın həyat yoldaşı olmuşdur. Sevda uzun illərdi ki, Bakı şəhərində yaşamış, əvvəllər münasibəti normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. O, Bakı şəhərində, Nəsimi rayonu, Şamil Əzizbəyov, ev 203, mənzil 34-də qeydiyyatda olsa da uzun müddətdir ki, Şəki şəhərində, M.Ə.Rəsulzadə 177 ünvanında yaşamışdır. 1986-cı ildən 2024-cü ilədək X7 həkim işləmişdir. Əvvəllər uzun illər həkim işlədiyi üçün, 2024-cü ilin iyul ayının ilk günlərində Bakı şəhərində görüşdükləri zaman Sevdaya, iş olsa yenidən həkim kimi fəaliyyət göstərmək istədiyini demiş, Sevda ondan Bakı şəhərində işləmək istəyibistəmədiyini soruşmuşdur. O, Sevdaya iş olsa işləyə biləcəyini demiş, Sevda Səhiyyə Nazirliyində tanışlarının olduğunu, onun işə düzəlməsi ilə bağlı maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Bir neçə saat sonra Sevdadan ayrılıb Bakı şəhərində yerləşən atası evinə getmişdir. Sabahısı gün səhər saatlarında Sevda hazırda xatırlamadığı mobil nömrə ilə ona zəng edərək, “Ege” və “Real” Hospitallar ilə əlaqə saxladığını, həmin xəstəxanalardan birində onu UZM həkimi kimi işə düzəldə biləcəyini demiş və bunun üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Sevdaya həmin vaxt üstündə o qədər pul olmadığını, bacısı Şövkətdən 1500 manat pul götürüb ona verəcəyini, qalan 3500 manat pulu da Şəki şəhərinə qayıtdıqdan sonra göndərə biləcəyini söyləmişdir. Sevda razı olmuş və 1500 manatı təcili istəmişdir. O, Sevdaya inanıb səhəri gün bacısından həmin pulu götürmüş, daha sonra “beş mərtəbələr” adlanan ərazidə beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ailə kafesində Sevda ilə görüşmüşdür. O, kafeyə daxil olduqda əvvəlcədən aralarındakı danışığa əsasən, Sevda kafedə onu gözləmişdir. Orada 1500 manat pulu Sevdaya vermiş, Sevda pulun hamısını ondan götürüb qalan 3500 manat pulu da təcili çatdırmasını demiş və Hospitallardan birində onu yüksək qazancı olan həkim kimi işə düzəldəcəyini bildirmişdir. Aralarındakı söhbət zamanı Sevda oğlu Elmirin həbs olunduğunu, hərdən cəzaçəkmə müəssisəsində ona baş çəkdiyini demişdir. O da özündə olan 200 manat pulu Sevdaya verərək, növbəti dəfə Elmirin yanına gedərkən onun adından bazarlıq etməsini söyləmişdir. Sevda 200 manatı götürmüş, o, Şəki şəhərinə qayıtmışdır. Səhəri gün Sevda ona tez-tez zəng edərək 3500 manat pulu göndərməsini tələb etmiş və öz adına olan “Kapital Bank”a məxsus kart nömrəsini də ona göndərmişdir. O, Bakıdan qayıtdıqdan iki gün sonra, yəni ##.##.2024-cü ildə, saat 11 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Şəki Store” ticarət mərkəzində yerləşən ödəmə terminalı vasitəsilə Sevdanın adına olan kart hesabına 3500 manat pulu köçürmüşdür. Sevda pulun hesabına köçdüyünü, ondan xəbər gözləməsini demişdir. Sevdaya inanmış və razı olub gözləmişdir. Sevda əvvəllər də kimlərisə işə düzəltdiyini, heç bir problem olmayacağını demişdir. Sevda onu bir həftəyə qədər işlə təmin edəcəyinə söz vermişdir. Təxminən 5-6 gün sonra o, özü Bakı şəhərinə getmiş, orada hesabından 1500 manat pulu çıxarıb bacısına olan borcunu qaytarmış, Sevda ilə əlaqə saxlayan zaman Sevda guya ondan aldığı 5000 manat pulu kiməsə verdiyini, həmin şəxsin onu aldatdığını, ona görə də onu işə düzəldə bilmədiyini, tezliklə özünə məxsus evi sataraq pulunu qaytaracağını demişdir. O, bir müddət gözləmiş, lakin, Sevda gah zənglərinə cavab verməmiş, gah da müxtəlif bəhanələr etmişdir. Təxminən bir il ərzində Sevda onu aldadaraq pulunu qaytarmamış, gah bankda olduğunu, gah da notariat ofisində sənədləşmə işləri apardığını demiş, nəhayət ki, Sevdanın onu aldatdığını başa düşmüş və Şəki ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Sevda, 2024-cü ilin iyul ayının ilk günlərində Bakı şəhərində “beş mərtəbələr” adlanan ərazidə beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ailə kafesində ondan 1500 manat pul almış, bundan sonra ##.##.2025-ci ildə, 3500 manat pulu da adına olan kart hesabına köçürməklə Sevdaya vermişdir. Sevda ondan aldığı ümumilikdə 5000 manat pulun müqabilində onu Bakı şəhərində yerləşən “Ege” və ya “Real” Hospitallardan birində UZM həkimi kimi işə düzəldəcəyinə söz vermişdir. 1500 manat pulu Sevdaya nəğd olaraq verərkən, həmçinin 3500 manat pulu kart hesabına köçürərkən yanında heç kim olmamışdır. Həmin pullar özünə məxsus olmuşdur. Sevda onun 5000 manat pulunu ələ keçirsə də, heç bir real hərəkət etməmiş, pulu aldıqdan təxminən bir həftə sonra guya həmin pulu kiməsə verdiyini, onu aldatdıqlarını deyərək bəhanələr etmişdir. Sevda ona nazirlikdə işləyən hansısa qohumunun vasitəsilə onu işlə təmin edəcəyini bildirsə də, konkret olaraq hər hansı şəxsin adını deməmişdir. 200 manat pulu isə Sevdaya həbsdə olan oğlu Elmirə bazarlıq etməsi üçün pay vermişdir. O, Sevdanın barəsində qanuni tədbir görülməsini, mülki iddiasının da təmin edilməsini məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, hazırda heç yerdə işləməmiş, pensiya alıb dolanmışdır. Zərəməkm şəxs Zərərçəkmiş şəxs olan bacısı ilə münasibətləri normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Məlahət əvvəllər uzun illər X7 həkim işləmişdir. 2024-cü ildə pensiyaya çıxdıqdan sonra özəl xəstəxanalarda özünə iş axtarmışdır. Təqsirləndirilən şəxs tanımış, heç bir münasibətləri, həmçinin aralarında ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs bacısı Məlahətin eltisi, yəni mərhum qaynı Əhsanın keçmiş həyat yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs uzun müddət Bakı şəhərində yaşamışdır. 2024-cü ilin iyul ayının əvvəllərində bacısı Məlahət Bakı şəhərinə gedəcəyini dedikdə o, da səhhəti ilə bağlı müayinə olunmaq üçün Məlahətlə birlikdə Bakı şəhərinə getmişdir. Müayinə və müalicə xərcləri üçün özü ilə bir qədər pul götürmüşdür. Bilrlikdə Bakı şəhərində yerləşən ata evlərinə getmişlər. Səhəri gün evdə Məlahətlə söhbət zamanı Məlahət Sevda ilə görüşdüyünü, Sevdanın ona Bakı şəhərində özəl xəstəxanalarda iş tapacağını, lakin bunun üçün 5000 manat pul lazım olduğunu, həmin pulun 1500 manatını təcili çatdırmalı olduğunu, özündə o qədər pul olmadığını, maaş kartının Şəki şəhərində qaldığını demişdir. Məlahət ondan üstündə pul olub-olmadığını soruşaraq, bir neçə günlüyünə borc verməsini istəmişdir. O da Məlahətə 1500 manat pul vermişdir. Məlahət pulu götürüb Sevda ilə görüşməyə getmiş, görüşüb Sevdaya 1500 manat pulu vermişdir. Rayona qayıtdıqdan sonra qalan 3500 manat pulu da Sevdaya göndərəcəyini, Sevdanın bir həftəyə onu Bakı şəhərində hansısa hospitalda işə düzəldəcəyini demişdir. Məlahət səhəri gün Şəki rayonuna qayıtmışdır. Təxminən bir həftə sonra yenidən Bakı şəhərinə gəlmiş, ondan aldığı 1500 manat borcunu qaytarmışdır. Söhbət zamanı Məlahətdən iş ilə bağlı soruşmuş, Məlahət 3500 manat pulu da Sevdaya verdiyini, Sevdadan xəbər gözlədiyini, bir neçə günə işlə təmin olunacağını demişdir. Məlahət onun yanından Sevda ilə əlaqə saxlamış, işlə bağlı danışmışlar. Sonra o, Məlahətlə birlikdə Şəki şəhərinə qayıtmışdır. Bir müddət sonra isə Məlahət Sevdanın onu aldadaraq pulunu ələ keçirdiyini, onu işlə təmin etmədiyini, pulunu Sevdadan ala bilmədiyini demişdir. ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs tərəfindən Şəki ŞRPŞ-ya ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə Şəki ŞRPŞ-ya ərizə ilə müraciət edərək bildirmişdir ki, eltisi Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında onu Bakı şəhərində yerləşən klinikalardan birinə işə düzəldəcəyi ilə bağlı vəd verərək 5000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir ## #### 2025-ci il tarixli qərarda göstərilmişdir ki, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək, ümumilikdə 5000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi barədə məlumat vermişdir. Həmin məlumat ##.##.2025-ci il tarixdə Şəki ŞRPŞ-nin NH-da * saylı qeydiyyat kitabında HK1/1047 nömrəsi ilə qeydiyyata alınmışdır. Odur ki, toplanmış materialda CM-nın 178-ci maddəsinin tərkib əlamətləri olduğundan, araşdırmanın davam etdirilməsi üçün Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır ##.##.2024-cü tarixli ödəniş qəbzinin surətindən görünür ki, ##.##.2024-cü tarixdə, saat 1056 -da Şəki şəhəri, M.FAxundov küçəsində yerləşən “Şəki store” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə 416973....**** nömrəli kart hesabına 3500 manat pul köçürülmüşdür ##.##.2024-cü tarixli ödəniş qəbzinin surətindən görünür ki, ##.##.2024-cü tarixdə, saat 1056 -da Şəki şəhəri, M.FAxundov küçəsində yerləşən “Şəki store” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə 416973....**** nömrəli kart hesabına 3500 manat pul köçürülmüşdür Təqsirləndirilən şəxs haqqında şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış məlumatlarından görünür ki, o, ##.##.1972-ci ildə Gəncə şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır ## #### 2025-ci il tarixli qərarda göstərilmişdir ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, ##.##.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində ##.##.2020-ci il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, ##.##.2020-ci il tarixdə iş məhkəməyə göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində ##.##.2024-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, ##.##.2024-cü il tarixdə iş məhkəməyə göndərilmişdir ##.##.2025-ci il tarixli raportdan görünür ki, ##.##.2025-ci il tarixdə, saat 1127 -də Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə zəng edərək oğlu Elmirin CM-nin 234.4.3- cü maddəsi ilə həbs olunması, maddi vəziyyəti pisləşdiyi üçün qaynına və qaynının arvadına kömək məqsədi ilə müraciət etməsi barədə məlumat vermişdir. Bildirmişdir ki, qaynı arvadı Məlahət maddi yardım məqsədi ilə ona 200 manat pul vermiş, bank kartına 3500 manat pul köçürmüşdür. Lakin 10 gün əvvəl Məlahət, onun 3500 manat pulunu alaraq işə düzəltməsinə dair vəd verdiyi barədə Şəki ŞRPŞ-ya müraciət etmişdir. Bu səbəbdən barəsində cinayət işi açılmışdır. ##.##.2025-ci il tarixdə Astarada Daxili İşlər nazirinin qəbulunda olmuş, problemi ilə bağlı işin yenidən və ətraflı araşdırılması barədə göstəriş verilmişdir. Lakin göstəriş Şəki ŞRPŞ tərəfindən təmin olunmamışdır. Bu səbəbdən məlumatın yoxlanılması barədə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-tərəfindən Şəki ŞRPŞ-ya ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubda göstərilmişdir ki, ##.##.1972-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3nvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə almamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” PHŞtərəfindən Şəki ŞRPŞ-ya ünvanlanmış ##.##.2025-ci il tarixli **** nömrəli məktubda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3nvanında yaşayan ##.##.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. ## ###### 2025-ci il tarixli qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə məcburi qaydada Şəki ŞRPŞ-ya məcburi gətirilməsi qərara alınmış və qərar icra edilərək, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-ya məcburi qaydada gətirilmişdir. ## ######## 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmündən görünür ki, X2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir Abşeron Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir Abşeron Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021- ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 5 ay 15 gün hissəsi 1 il azaldılmışdır. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir Sumqayıt şəhər Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və onun icrası barədə göstəriş ##.##.2025-ci il tarixdə şöbənin icraatına daxil olaraq həmin tarixdə onun ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə qeydiyyata alınaraq, ona həmin tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs qeyd edilən cəzanı ##.##.2025-ci il tarixə 27 gün hissəsini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 2 il 4 gün təşkil etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli hökmü ##.##.2022-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsi barədə ## ###### 2026-cı il tarixli qərardan görünür ki, o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 4 ay 11 gün hissəsindən azad edilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddiadan görünür ki, o, təqsirləndirilən şəxsdən 5000 manat maddi və 1500 manat mənəvi zərərin tutulub, onun xeyrinə ödənilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən, mülki iddia icraata qəbul edilmiş, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiaçı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi – 3500 manat pulu zərərçəkmiş şəxsdən cinayət niyyəti ilə deyil, oğlu Elmirin həbsdən azad edilməsi və müalicəsi məqsədilə borc (əlborcu) kimi alması və əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri məhkəmə kollegiyası tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan müdafiə xarakterli bəhanə kimi qiymətləndirilir və rədd edilir. İşin halları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs uzun illər həkim işləməsindən və yenidən ixtisası üzrə fəaliyyət göstərmək istəyindən istifadə edərək, özünün Səhiyyə Nazirliyində nüfuzlu tanışlarının olması barədə uydurma və yalan vədlər vermişdir. O, zərərçəkmiş şəxsi inandıraraq Bakı şəhərində yerləşən özəl tibbi klinikalardan birində (“Ege” və ya “Real” Hospitallarda) UZM həkimi kimi işlə təmin olunmasına köməklik göstərəcəyi adından sui-istifadə etməklə ümumilikdə 5000 manat pulu ələ keçirmişdir. Təqsirləndirilən şəxsin həqiqətdə kimisə işə düzəltmək imkanının və səlahiyyətinin olmaması, pulu aldıqdan sonra real olaraq heç bir hərəkət etməməsi və zərərçəkmiş şəxsə gah pulu kiməsə verdiyini, gah da evini satıb qaytaracağını deməklə müxtəlif bəhanələr gətirməsi onun əməlinin borc münasibətləri deyil, birbaşa tamah niyyəti ilə törədilmiş aldatma – yəni dələduzluq olduğunu aşkar nümayiş etdirir. Bu səbəbdən Təqsirləndirilən şəxs bəraət verilməsi və mülki iddianın rədd edilməsi barədə müdafiə tərəfinin şikayəti tamamilə əsassızdır. Xüsusilə vurğulanmalıdır ki, mülki-hüquqi öhdəliklərdən fərqli olaraq, hazırkı işdə təqsirləndirilən şəxsin zərərçəkmişə məxsus pul vəsaitini ələ keçirmək barədə cinayətkar qəsdi və tamah niyyəti pulun alındığı andan əvvəl (və ya pul alınan zaman) mövcud olmuşdur. Təqsirləndirilən şəxs pulu borc adı ilə alarkən belə, faktiki olaraq həmin vəsaiti geri qaytarmaq imkanının və niyyətinin olmadığını əvvəlcədən bilmişdir. Şəxsin real maddi vəziyyəti, heç bir sabit gəlir mənbəyinin olmaması və mülki öhdəliyi icra etmək iqtidarında olmaması fonunda, onun zərərçəkmiş şəxs qarşısında "borc" adı altında öhdəlik götürməsi mülki münasibət kimi deyil, zərərçəkmişin etibarından sui-istifadə etməklə onun əmlakını qanunsuz mənimsəmək məqsədi daşıyan cinayətkar üsul kimi qiymətləndirilməlidir. Habelə, təqsirləndirilən şəxsin zərərçəkmişdən pulu oğlu Elmirin həbsdən azad edilməsi və müalicəsi üçün borc kimi alması barədə məhkəməyə təqdim etdiyi versiya işin obyektiv halları və şahid ifadələri ilə tam təkzib olunur. Əgər tərəflər arasında həqiqətən də borc xarakterli mülki-hüquqi sövdələşmə baş tutsaydı, pulun məhz hansı məqsədlə istənilməsi və qaytarılma müddəti barədə tərəflərin ilkin razılığı mövcud olmalı idi. Lakin iş materiallarından görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs pulu oğlunun müalicəsinə kömək məqsədilə deyil, məhz özünün Bakı şəhərindəki nüfuzlu klinikalarda işlə təmin olunacağına inandırıldığı üçün vermişdir. Təqsirləndirilən şəxs tərəfindən uydurulmuş "oğlunun həbsi və xəstəliyi" faktı cinayət törədilən zaman zərərçəkmiş şəxsdə rəhm və acıma hissi oyatmaqla onun etibarını qazanmağa və şüuruna psixoloji təsir göstərməyə yönəlmiş dələduzluq ssenarisinin tərkib hissəsidir Məhkəmə təcrübəsinə və qanunvericiliyin tələblərinə görə, dələduzluq zamanı aldatma dedikdə, təqsirkar şəxs tərəfindən həqiqətə uyğun olmayan yalan məlumatların şüurlu şəklidə zərərçəkmişə ötürülməsi başa düşülür. Hazırkı işdə də Təqsirləndirilən şəxs özünün reallıqda mövcud olmayan inzibati təsir imkanlarını və Səhiyyə Nazirliyindəki "tanışlıq" əlaqələrini qəsdən şişirdərək zərərçəkmiş şəxsdə öz xeyrinə yanlış təsəvvür yaratmış və onu pulu könüllü şəkildə verməyə sövq etmişdir. Bu cür uydurma vədlərin verilməsi faktının özü əməlin borc deyil, birbaşa qanunsuz fəaliyyət (dələduzluq) olduğunu sarsılmaz hüquqi dəlillərlə sübut edir. Bundan əlavə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətində irəli sürdüyü – təqsirləndirilən şəxsin əməlinin CM-in 178.1-ci maddəsi ilə deyil, CM-in 178.2.2-ci (təkrarən dələduzluq) maddəsi ilə tövsif edilməli olduğu barədə dəlili də kollegiya tərəfindən əsassız hesab olunur. Cinayət qanunvericiliyinin və mövcud məhkəmə təcrübəsinin tələblərinə görə, şəxs tərəfindən vahid niyyətlə əhatə olunan və eyni zərərçəkmiş şəxsə qarşı qısa müddət ərzində hissə-hissə törədilən fəaliyyət (Bakı şəhərində nağd qaydada alınan 1500 manat və bir neçə gün sonra terminal vasitəsilə köçürülən 3500 manat) təkrarən törədilmiş cinayət kimi deyil, vahid davam edən cinayət kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə məhkum olunması faktı mövcud olsa da, hazırkı cinayət əməli (2024-cü ilin iyul ayı) həmin hökmün çıxarılmasından əvvəl törədilmişdir. Bu səbəbdən, qeyd olunan əməl hüquqi baxımdan təkrarçılıq yarada bilməz və birinci instansiya məhkəməsi tərəfindən cinayətlərin məcmusu qaydalarının (CM-in 66.5-ci maddəsi) tətbiq edilməsi ilə əməlin CM-in 178.1-ci maddəsi ilə tövsif olunması tamamilə düzgündür. Zərərçəkmiş şəxsin ittihamın ağırlaşdırılması ilə bağlı apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, cinayət qanunvericiliyinin prinsiplərinə görə, davam edən cinayət – ümumi məqsədlə və vahid qəsdlə əhatə olunan, eyni bir qəsdin həyata keçirilməsinə yönəlmiş və bir-biri ilə sıx bağlı olan bir neçə eynicinsli cinayətkar hərəkətlərin məcmusundan ibarətdir. Hazırkı işdə də Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə aldadaraq əvvəlcə nağd şəkildə 1500 manat, bir neçə gün sonra isə terminal vasitəsilə 3500 manat pulunu alması fərqli cinayətkar niyyətlərin təzahürü olmayıb, ilkin olaraq qarşıya qoyulmuş vahid tamah məqsədinin (ümumilikdə 5000 manatın ələ keçirilməsinin) mərhələli şəkildə icrasıdır. Bu səbəbdən, əməlin tərkibində cinayətlərin təkrarçılığı əlaməti yoxdur və fəaliyyət vahid bir cinayət faktı kimi tamamilə düzgün tövsif edilmişdir. Xronoloji ardıcıllığa diqqət yetirdikdə aşkar görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 2024-cü ilin iyul ayında törətmişdir, onun Abşeron Rayon Məhkəməsi tərəfindən məhkum edilməsi isə xeyli sonra – ##.##.2025-ci il tarixdə baş vermişdir. Şəxsin hələ barəsində hökm çıxarılmayan və hüquqi qiymət verilməyən keçmiş tarixdəki əməli, sonradan çıxarılan hökmə münasibətdə heç bir halda təkrarçılıq və ya residiv yarada bilməz. Birinci instansiya məhkəməsi işin bu xüsusatını düzgün müəyyən edərək, CM-in 66.5ci maddəsinin imperativ tələblərinə müraciət etmişdir. Qanunun həmin normasına əsasən, iş üzrə hökm çıxarıldıqdan sonra şəxsin birinci iş üzrə hökm çıxarılana qədər törətdiyi digər cinayətdə təqsirli olduğu müəyyən edilərsə, cəza cinayətlərin məcmusu qaydalarına uyğun olaraq təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həm Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanı, həm də hazırkı əmələ (CM-in 178.1) görə müəyyən etdiyi cəzanı CM-in 66.5-ci maddəsinin qaydalarına uyğun olaraq qəti cəzada birləşdirməklə qanunvericiliyin tələblərinə tam riayət etmişdir. Bu hüquqi reallıq qarşısında ittihamın ağırlaşdırılması və əməlin CM-in 178.2.2-ci maddəsinə tövsif edilməsi tələbi qanununvericiliyə tamamilə ziddir. Habelə, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun normasının düzgün tətbiq edilməməsi və cəzanın yüngüllüyü ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası bu protesti qismən əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə CM-in 178.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin etsə də, CM-in 52- 1.2.3-cü maddəsinin imperativ tələblərinə zidd olaraq, məhkumun üzərinə "məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək" barədə konkret ərazi məhdudiyyəti vəzifəsini qoymamışdır. Ərazi məhdudiyyətinin hökmdə dəqiq müəyyən edilməməsi faktiki olaraq qanunvericiliklə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının mahiyyətini itirir və cinayət qanununun tətbiq edilməməsi mənasına gəlir. Prokurorun cəzanın həddən artıq yüngül olması və Quliyevaya birbaşa azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə digər iddiaları isə qəbul edilmir; çünki törədilmiş cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, təqsirləndirilən şəxsin himayəsində ağır xəstə atasının olması və digər şəxsi halları nəzərə alınaraq birinci instansiya məhkəməsi cəzanın növünü düzgün seçmişdir. Lakin qeyd olunan qanun pozuntusunun (ərazi məhdudiyyətinin qoyulmaması) aradan qaldırılması üçün CPM-in 398.1.4-cü və 403-cü maddələrinə əsasən, hökmün dəyişdirilməsi və Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq "Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək" vəzifəsinin qoyulması zəruridir Belə ki, CM-in 52-1.1-ci və 52-1.2.3-cü maddələrinin mənasına görə, azadlığın məhdudlaşdırılması cəzası öz xarakterinə görə cəmiyyətdən tam təcrid etmədən məhkumun yaşayış yeri üzrə nəzarət altında saxlanılmasını və onun üzərinə müəyyən edilmiş vəzifələrin qoyulmasını nəzərdə tutur. Bu vəzifələr arasında "məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək" öhdəliyi qanunverici tərəfindən alternativsiz və imperativ bir şərt kimi təsbit olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən hökmün nəticə hissəsində bu ərazi hüdudlarının dəqiq göstərilməməsi cəzanın icrasını qeyri-mümkün edir, elektron nəzarət vasitəsinin (elektron qolbağın) texniki tənzimlənməsi parametrlərini əsassız qoyur və faktiki olaraq təyin edilmiş cəzanın real hüquqi məhdudiyyət qüvvəsini heçə endirir. Bu baxımdan, dövlət ittihamçısının birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun normalarının düzgün tətbiq edilməməsi barədə apellyasiya protestinin dəlili tamamilə yerindədir və məhkəmə kollegiyası tərəfindən qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, CM-in 178.1-ci maddəsinin sanksiyasında daha ağır cəza növü olan "azadlıqdan məhrum etmə" cəzası nəzərdə tutulsa da, CM-in 42, 58 və 61-ci maddələrində təsbit olunmuş cəza təyininin ümumi başlanğıcları, ədalət və humanizm prinsipləri fərdi yanaşmanı tələb edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qadın olması, cinayətin xarakterinə görə böyük ictimai təhlükə törətməyən kateqoriyaya aid edilməsi, habelə onun himayəsində yataq xəstəsi olan və daimi qulluğa ehtiyacı olan yaşlı atasının olması, oğlunun da hazırda həbsdə olması faktı cəza növünün seçilməsində həlledici rol oynamışdır. Şəxsin cəmiyyətdən tam təcrid edilməsi onun himayəsindəki xəstə ailə üzvünün vəziyyətini daha da ağırlaşdıra bilər. Bu səbəbdən prokurorun təqsirləndirilən şəxsə birbaşa real azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə etirazı və cəzanın həddən artıq yüngül olması barədə iddiaları kollegiya tərəfindən əsassız hesab olunaraq rədd edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hazırkı cinayətə görə cəza təyin edərkən onun Abşeron Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli hökmü ilə məhkum olunduğunu da nəzərə almış və cəzaları CM-in 66.5-ci maddəsi (cinayətlərin məcmusu) qaydasında qismən toplamaqlas qəti cəza müəyyən etmişdir. Təyin olunmuş yekun cəza şəxsin islah olunması və yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün tam adekvatdır və törədilmiş əməlin xarakteri ilə tam mütənasibdir. Yalnız hökmün icrası zamanı yaranacaq hüquqi qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə, birinci instansiya məhkəməsinin buraxdığı prosessual nöqsan düzəldilməli, hökm müvafiq hissədə dəyişdirilməli və elektron nəzarət vasitəsinin tətbiqi üçün Bakı şəhəri ərazi hüdudları konkret məhdudiyyət zonası kimi qərarda öz əksini tapmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq təqsirləndirilən şəxs X5 CM-in 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirli bilinməsini və təyin edilmiş cəzanı, cəzanın islah təsiri baxımından məqsədə müvafiq hesab edir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs üzərinə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündə nəzərdə tutulmuş vəzifələrdən əlavə olaraq, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 6 (altı) saat üçün 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müdafiəçi1 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-92/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-92/2026
19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver