Azərbaycan Respublikası adından Hökm Şəki şəhəri İş № 1(3-10)-94/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(025)-36/2025 ( sədrlik edən Ü.Qənbərov) nömrəli hökmü ilə, ##.##.1971-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-in 234.2-ci və 237.2.3cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ##.##.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, işləməyən, Qəbələ rayonu, Bum qəsəbəsində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.9 və 5.1-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs barəsində CM-ın 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməsi, iş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş cəmi 10,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilmsəi.qərara alınmışdır. İşin halları: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2025-ci sentyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Tikanlı kəndində çaylaq ərazidə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, hazırlayıb, saxlamaqla üzərində gəzdirərkən ## ######## 2025-ci il tarixdə Qəbələ şəhəri, 28 may küçəsində piyada hərəkət edən zaman Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış, həmin yerdə əməliyyataxtarış tədbirini keçirən cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən foto və video çəkiliş aparılmaqla üstünə yoxlama aparılan zaman yuxarıda qeyd edilən mənbədən qanunsuz olaraq əldə etdiyi ağ rəngli sellofan bükümdə təmiz çəkisi 10,82 qram çəkidə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkarlanaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protestinin dəlilləri onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Protest müəllifi bildirmişdir ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Xalq Məhkəməsinin ##.##.1996-cı il tarixli hökmü ilə ##.##.2000-ci il tarixədək qüvvədə olmuş CM-in 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.1996-cı il tarixdə "Azərbaycan Respublikası günü münasibətilə amnistiya haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1996-cı il tarixli Qərarının 4-cü bəndinə əsasən əməyə mütləq cəlb olunmaqla 01 il 08 ay 02 gün şərti azad edilmiş, Nəsimi Rayon Xalq Məhkəməsinin ##.##.1998-ci il tarixli hökmü ilə həmin Məcəllənin 143-cü maddəsinin 4-cü hissəsi və 193-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib ona qəti olaraq 07 il 02 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhər Məhkəməsinin ##.##.1999-cu il tarixli qərarı ilə cəzası 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Qəbələ Rayon Məhkəməsinin ##.##.2001-ci il tarixli hökmü ilə həmin Məcəllənin 129-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ##.##.2003-cü il tarixdə "İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2003-cü il tarixli Qərarına əsasən azad edilmiş, Qobustan Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli hökmü ilə CM-in 263.1ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2005-ci il tarixdə cəza müddəti başa çatmış, Qəbələ Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, ##.##.2013-cü il tarixdə "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2013-cü il tarixli Qərarına əsasən cərimə cəzasından azad edilmiş, Qəbələ Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-in 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ğöründüyü kimi, Təqsirləndirilən şəxs barəsində ##.##.1996 və ##.##.2003-cü il tarixlərdə amnistiya aktları tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasından azad edildiyini, sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə ağır cinayət törətdiyinə görə CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini qeyd etmişdir. Protest müəllifi "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 7.6-cı bəndinə əsasən, 1991-ci il #######ın ##-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər barəsində amnistiyanın tətbiq edilmədiyini bildirmişdir. Buna baxmayaraq, məhkəmənin əsassız olaraq Təqsirləndirilən şəxs barəsində amnistiya aktını tətbiq etməklə onu cinayət məsuliyyətindən azad etdiyini qeyd etmişdir. Bundan başqa, iş materiallarından aydın olduğunu bildirmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Lakin məhkəmə onun barəsində narkomaniyadan məcburi müalicə tətbiq etməmişdir. Protest müəllifi göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" ## #### 2023-cü il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müalicəsinin həyata keçirilməsini istisna etmədiyini bildirmişdir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, tibbi xarakterli məcburi tədbirlər, o cümlədən narkomaniyadan məcburi müalicə, cinayət məsuliyyətindən azad etmə, cəzadan azad etmə və ya cəzanın yüngülləşdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Cinayet-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunun normasının düzgün tətbiq edilməməsinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olduğunu, həmin Məcəllənin 403-cü maddəsinə əsasən isə, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsinin birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edildiyini qeyd etmişdir. Odur ki, eynalov Nizami Fizuli oğlunun CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun oxşar məzmunda çıxış edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi və bildirdi ki, hazırda səhətində ciddi problemlər var odur ki, barəsində hökm çıxarılacağı təqdirdə haqqında yüngül cəza təyin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1 və 399.1.1, həmçinin 399.1.4-cü maddəsinə görə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Bum qəsəbəsində yaşayır və 30 ildən artıq müddətdir ki, narkotik maddə olan qurudulmuş marixuanadan istifadə edir və marixuananı Qəbələ rayonunun Tikanlı kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığmaqla əldə etmişdir. Hazırda istifadə etdiyi narkotik vasitə olan marixuananı 2025-ci sentyabr ayının əvvəllərində Qəbələ rayonu Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yabanı halda bitmiş marixuana bitkilərindən yığaraq istifadə etmək üçün qurutmuş və sellofan torbaya yığaraq ailə üzvlərindən xəbərsiz yaşadığı ünvanda həyətdə gizlədərək saxlamışdır. Həmin narkotik vasitədən müxtəlif vaxtlarda az-az istifadə etmiş, ##.##.2025-ci il tarixdə günortaya yaxın qalan hissəni çəkmək üçün sellofan torba ilə birlikdə götürüb Qəbələ şəhərinə gəlmişdir. Saat təxminən 12:41 radələrində Qəbələ şəhəri, 28 May küçəsində Bum qəsəbəsi istiqamətində gəzərkən tanımadığı iki nəfər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakından şübhələndiklərini bildirərək üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. Onlara üzərində qurudulmuş marixuana olduğunu bildirərək əynindəki qara rəngli gödəkçəsinin sol cibində saxladığı 01 (bir) ədəd ağ rəngli sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuana kütləsini polis əməkdaşlarına təqdim etmiş, həmin kütləni Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yabanı halda bitən çətənə bitkilərindən topladığını və qurudaraq yaşadığı ünvanda gizlətdiyini, üzərindəki narkotik vasitəni də həmin yerdən götürdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid2 ifadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ## ######## 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana qanunsuz olaraq əldə edərək üzərində daşıması, eləcə də saxlaması barədə daxil olmuş məlumat əsasında həmin gün günorta vaxtı Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, Ruhlan Mustafayev, Babək Mustafazadə və şahid1 ilə birlikdə Qəbələ şəhəri, 28 may küçəsinə gedərək mövqe tutub müşahidə aparmış və Təqsirləndirilən şəxs ərazidə olarkən saxlanılmışdır. Özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib hüquq və vəzifələri izah edilmiş və ondan üzərində narkotik vasitə, yaxud digər cinayət xarakterli predmet olub-olmadığı şifahi qaydada soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində qurudulmuş marixuana olduğunu bildirmiş və əynindəki qara rəngli gödəkçəsinin sol cibindən 01 ədəd ağ rəngli sellofan torba çıxararaq təqdim etmişdir. Sellofan torba açıldıqda kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və 2025ci sentyabr ayının əvvəllərində Qəbələ rayonu Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yabanı halda bitmiş marixuana kollarından yığaraq əldə edib özü istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı mobil telefon vasitəsilə fotoşəkillər çəkilmiş və videoçəkiliş aparılmış, fotoşəkillər, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. Digər şahid Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid1 ifadəsində şahid şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan ## ######## 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, ## ######## 2025-ci il tarixdə, saat 12:41 radələrində Qəbələ şəhəri, 28 may küçəsində saxlanılmış, hüquq və vəzifələri izah olunaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 1 (bir) ədəd ağ rəngli sellofan torbada yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin narkotik maddə olan qurudulmuş marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək 12.42 qram gəlmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2025-ci sentyabr ayının əvvəllərində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yanabı halda bitən nartkotik tərkibli bitklərin yarpaqlarından toplayaraq özünün istifadəsi üçün qurudub yaşadığı ünvanda gizlədərək saxladığını və həmin qurudulmuş bitki kütləsini üzərində daşıyarkən yaxalandığını bildirmişdir. Qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı mobil telefon vasitəsilə fotoşəkillər çəkilmiş və videoçəkiliş aparılmış, həmin fotoşəkillər, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh:11-18; fotocədvəl. səh:13-17) İşdə olan ##.##.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi, həmçinin, şəxsi axtarış və götürmə haqqında” protokola əsasən ## ######## 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara (predmetlərə) videoçəkilişdən istifadə edilərək baxış keçirilərkən təqdim olunan 01 ədəd ağ rəngli zərf açıldıqda içərisində 1 ədəd ağ rəngli sellafon torbada olan kəskin iyə malik, marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin onun üzərində aşkar edilərək götürüldüyünü, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və 2025ci sentyabr ayının əvvəllərində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yanabı halda bitən nartkotik tərkibli bitklərin yarpaqlarından toplayaraq özünün istifadəsi üçün qurudub üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuana kütləsi təkrarən elektron tərəzidə çəkildikdə 12,43 qram gəlmiş və və həmin kütlə 1 ədəd müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə fotoşəkillər çəkilmiş və videoçəkiliş aparılmış, həmin fotoşəkillər, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh: 34-42; fotocədvəl. səh:34-41) İşdə olan ##.##.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokola əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Qəbələ rayonu Tikanlı kəndi yaxınlığındakı ərazini göstərərək ##.##.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən üzərində aşkarlanaraq götürülmüş 1 ədəd sellofan torbada olan qurudulmuş marixuana kütləsini 2025-ci sentyabr ayının əvvəllərində həmin yerdə yabanı halda bitmiş marixuana bitkilərindən öz istifadəsi üçün yığdığını və qurutduqdan sonra Qəbələ rayonu, Bum qəsəbəsində, yaşadığı ünvanda saxladığını bildirmişdir. (c.i. səh: 126-131; fotocədvəl. səh: 129-131) İşdə olan AR ƏN MEM Şəki Regional Bölməsi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli **/*** nömrəli məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “İştirakçılar” 1.Şübhəli şəxs Təqsirləndirilən şəxs 2.Müdafiəçi müdafiəçi2.” yazısı və imzalar olan 01 (bir) ədəd zərfin içərsindəki, digər 01 (bir) ədəd zərfin içərsində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 10,82 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır; Tədqiqata 0,05 qram sərf eilmiş,marixuananın qalıq çəkisi 10,77 qram olmuşdur. ( c.i. səh :52-55) İşdə olan Qəbələ rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri, mütəxəssis-aqronom X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Rəyə əsasən Qəbələ rayonununun Tikanlı kəndində Tikanlı çayının kənarlarında narkotik tərkibli çətənə (kannabis) bitkiləri yabanı halda bitə bilər. Yabanı halda narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. (c.i. səh : 144) İşdə olan Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı əsasında əldə edilmiş Təqsirləndirilən şəxs məxsus ********** nömrəli mobil nömrənin əhatə dairəsinə dairəsinə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonundan ##.##.2026cı il tarixdə saat 12:17-də 28 may küçəsindən təxminən 190 metr məsafədə siqnal alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya protestinin arqumentlərini və proses iştirakçılarının məhkəmədəki çıxışlarını bir daha diqqətlə nəzərdən keçirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən həm maddi, həm də prosessual hüquq normalarını düzgün tətbiq etməyib, faktiki hallara hüquqi qiymət verilməsində ciddi səhvlərə yol verilmişdir. CPM-in 397.1-ci maddəsi apellyasiya instansiyasının vəzifəsini birmənalı müəyyən edir birinci instansiyanın faktları necə müəyyənləşdirdiyini, qanunu necə tətbiq etdiyini yoxlamaq, CPM-in 399.1.4-cü maddəsinə görə isə cinayət qanununun yanlış tətbiqi qərarın ləğvi üçün mütləq əsasdır. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı məhz bu tələblərə cavab vermədiyindən Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiqi və işin xitamı qanunauyğun olmamışdır. Diqqətdən kənarda qalan məqam budur ki, məhkəmə Təqsirləndirilən şəxs keçmiş məhkumluqlarına və ona əvvəllər tətbiq olunmuş amnistiya aktlarına lazımi əhəmiyyət verməyib. Halbuki işdə olan sənədləri göstərir ki, o, ##.##.1996-cı il tarixli hökmlə məhkum olunub və ##.##.1996-cı ildə amnistiyaya düşüb; sonra ##.##.2001-ci il tarixli hökmlə yenidən azadlıqdan məhrum edilib və ##.##.2003-cü ildə təkrar amnistiya ilə azad olunub. Nəhayət, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-in 234.2 və 237.2.3cü (ağır cinayət) maddələri üzrə 5 il azadlıqdan məhrum etmə cəzası alıb və cəzasını çəkərək ##.##.2025-ci ildə azad olunub. "Konstitusiya və Suverenlik İli" münasibətilə elan olunmuş amnistiya haqqında Milli Məclisin ##.##.2025-ci il tarixli Qərarının 7.6-cı bəndi kifayət qədər aydın qeyd edilmişdir ki, 1991-ci il #######ın ##-dən sonra amnistiya və ya əfv aktı ilə azadlıqdan məhrum etmə cəzasından azad olunmuş, sonradan yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslərə amnistiya şamil edilmir. Təqsirləndirilən şəxsn məhz bu kateqoriyayadan olan şəxslərin dairəsinə düşüriki dəfə amnistiya ilə azad olunub, ardınca ağır cinayət törədib. Deməli, cari amnistiya qərarının ona tətbiqi əvvəlcədən istisna olunmalıydı. Birinci instansiyanın qərarın 1.9 və 5.1-ci bəndlərinə istinadla şəxsi cinayət məsuliyyətindən azad etməsi qanunun tətbiq edilməli olmayan normasının tətbiqidir, ona görə də apellyasiya protesti əsaslıdır. Zeynalovun CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi mötəbər və birbirini təsdiqləyən sübutlarla öz etirafedici ifadəsi, şahidlərin ardıcıl ifadələri, ## ######## 2025-ci il tarixli əməliyyat-axtarış protokolu, şəxsi axtarış-götürmə protokolları, əməlin yerinin göstərilməsi ilə bağlı yoxlama protokolu tam sübuta yetirilmişdir. Şəki Regional Bölməsinin ##.##.2025-ci il tarixli **/*** nömrəli bioloji ekspertiza rəyi götürülmüş maddənin qurudulmuş marixuana olduğunu və təmiz çəkisinin 10,82 qram təşkil etdiyini müəyyən edilmişdir, buna əlavə olaraq Qəbələ Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəyi və mobil operator əhatə dairəsi protokolları da satış məqsədi olmadan narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması faktını təsdiqləyir. Sübutlar prosessual qaydada qanuni toplanıb, ona görə kollegiya əməlin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətindədir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 28 May küçəsində saxlanılmaması və ittihamda göstərilən məkanda daxil olan faktiki şübhələrin reallığı əks etdirməməsi barədə müdafiə tərəfinin irəli sürdüyü dəlillərini araşdıraraq bildirir ki, bu iddialar işin materiallarında toplanmış obyektiv və təkzibolunmaz texniki sübutlarla tamamilə rədd edilir. Belə ki, cinayət mühakimə icraatında şifahi bəyanatların və dindirilmə protokollarının daxili ziddiyyətləri yoxlanılarkən xüsusi biliklərin tətbiqi və texniki vasitələrin köməyi ilə əldə edilmiş məlumatlar daha yüksək sübutedici qüvvəyə malik olur. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı əsasında mobil operatordan prosessual qaydada tələb olunaraq əldə edilmiş, təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun qəbul və ötürmə stansiyalarının əhatə dairəsinə dair rəsmi çıxarışdan açıq-aydın görünür ki, hadisə günü, yəni ## ######## 2025-ci il tarixdə, saat 12:17 radələrində cinayətin törədildiyi iddia olunan Qəbələ şəhəri, 28 May küçəsindən təxminən 190 metr məsafədə yerləşən qəbuledici antenadan siqnal alınmışdır. Bu texniki göstərici, saxlanılma protokolunda qeyd edilən saat 12:41 radələri ilə tam zaman və məkan uzlaşması təşkil edərək, şəxsin cinayət başında məhz qeyd olunan coğrafi koordinatlarda hərəkətdə olduğunu elmi-texniki baxımdan şübhəsiz şəkildə təsdiq edir. Ona görədə kollegiya təqsirkarın əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini və uyğun olaraq onun həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqbul sayır, həmçinin bu fikirdədir ki, cəza təyin edilərkən Ali Məhkəmə Plenumunun ##.##.2021-ci il tarixli ** nömrəli "Məhkəmə hökmü haqqında" qərarını və CM-in 58.3-cü maddəsi əsas götürülməlidir cinayətin xarakteri, təqsirkarın şəxsiyyəti və islah perspektivi birlikdə qiymətləndirilir. Təqsirləndirilən şəxs dəfələrlə analoji cinayətlərə görə məhkum olunması, dövlətin humanist amnistiya siyasətindən düzgün nəticə çıxarmadan yenidən cinayət yoluna qayıtması onun ictimai təhlükəliliyinin yüksək olduğunu göstərir və ciddi rejimli cəzaçəkmə müəssisəsində islahını zəruri edir. Buna görə də ona CM-in 234.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 50-ci bəndində qeyd edilir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs keçmiş məhkumluqları və əməlinin residiv təşkil etməsi onun cəmiyyətdən təcrid olunmasını və real azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini hüquqi baxımdan qaçılmaz etsə də, onun xəstə olması cəzanın müddətinin müəyyən edilməsində yüngülləşdirici meyar kimi əsas götürülməlidir. Şəxsin səhhətinin ağır vəziyyətdə olması, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi zamanı onun reabilitasiya və tibbi təminat ehtiyaclarını ön plana çıxarır ki, bu da məhkəmə tərəfindən maddənin sanksiyasında nəzərdə tutulmuş maksimal həddə deyil, daha aşağı və mütənasib müddətdə (1 il 6 ay) cəza təyin edilməsi ilə nəticələnmişdir. Kollegiya hesab edir ki, şəxsin xəstəlik halının cəzanın ölçüsündə bu şəkildə nəzərə alınması həm qanunun sanksiya tələblərinin tam qorunmasını, həm də təqsirləndirilən şəxsin fərdi fiziki durumuna həssaslıq nümayiş etdirilməklə cəzanın ədalətliliyi prinsipini tam təmin edir. Ayrıca qeyd olunmalıdır ki, tibbi sənədlər Təqsirləndirilən şəxs uzun müddətdir narkotik maddə istehlakçısı olduğunu və məcburi müalicəyə ehtiyacı olduğunu göstərir. Buna görə şəxsə cəza təyin edilməklə yanaşı, onun məcburi müalicəyə cəlb olunmalı və ərazi narkoloji kabnetdə qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası cəzanın müddətini dəqiqləşdirərək qeyd edir ki, təqsirləndirilən şəxsin həbsdə keçirdiyi 2 gün çıxıldıqdan sonra onun üzərində qəti olaraq çəkilməli olan cəza müddəti 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası həddində saxlanılır. Şəxsin cəza çəkmə müddətinin əvvəli isə hüquqi tənzimləməyə müvafiq olaraq, hazırkı apellyasiya instansiyası məhkəməsinin hökmünün elan edildiyi tarixdən, yəni ## #### 2026-cı il tarixdən etibarən hesablanmalıdır Maddi sübutlarla bağlı məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə Qəbələ Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, təqsirləndirilən şəxsdən şəxsi axtarış zamanı aşkarlanaraq götürülmüş cəmi 10,77 qram çəkidə (ekspertiza tədqiqatından sonra qalan xalis çəki) narkotik vasitə olan qurudulmuş marixuana qanunsuz dövriyyədən çıxarılmış predmet olduğundan, narkotik vasitə kütləsi hökmün qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya protesti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ləğv edilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. .Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq hökm etdi: Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə ittihamedici hökm çıxarılsın. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanıldığı müddət CM-in 69.3cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla hazırkı hökmlə ona təyin edilmiş bu cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı ## #### 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalında həbs edilsin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş cəmi 10,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 71,86 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 5 (beş) saat üçün 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Hökm elan edildikdən dərhal sonra qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-94/2026
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-10)-94/2026
30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver