Məhkəmə qərarları › İş №1(3-10)-95/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-95/2026

01.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-95/2026 01.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Səmədov Xəqani Hacı oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Fərhadov Adil Müşviq oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundann sonra mətndə CM-in) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair İlyasova Vüsalə Məmməd qızının xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından İlyasova Vüsalə Məmməd qızının müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli (sədrlik edən K. Musayev) qərarı ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair İlyasova Vüsalə Məmməd qızının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından İlyasova Vüsalə Məmməd qızının müdafiəçisi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. İlyasova Vüsalə Məmməd qızının müdafiəçisi Nümayəndə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və işin icraata qəbul edilməsini məhkədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin verilmə şəraitini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin şikayət vermə qaydalarını tənzimləyən tələblərinə riayət olunmamışdır. Belə ki, CPM-in 384.1-ci maddəsinə əsasən, məhkəmənin qərarından apellyasiya şikayəti qərarın elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilməlidir. İş materiallarından görünür ki, Şəki Rayon Məhkəməsinin yekun qərarı ## ###### 2026cı il tarixdə elan edilmişdir. Ancaq İlyasova Vüsalə Məmməd qızının müdafiəçisi Nümayəndə apellyasiya şikayəti ## ##### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bu da qanunvericiliklə təyin edilmiş müddətin əhəmiyyətli dərəcədə pozulması deməkdir. Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə İlyasova Vüsalə Məmməd qızının müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və cinayət işi CPM-in 385.2, 386 və 387-ci maddəsində göstərilən tələblərin birinci instansiya məhkəməsi tərəfindən yerinə yetirilməsi üçün 20 günədək müddət təyin edilməklə Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Lakin, işdən görünür ki, iş materialları Şəki Rayon Məhkəməsinə qaytarıldıqdan sonra İlyasova Vüsalə Məmməd qızının müdafiəçisi Nümayəndə apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə birinci instansiya məhkəməsi qarşısında vəsatət verməmişdir. Şəki Rayon Məhkəməsi İlyasova Vüsalə Məmməd qızının müdafiəçisi Nümayəndə tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət daxil olmadığından iş materiallarını Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdır. CPM-in 391.4-cü maddəsin əsasən, bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 gündən 20 günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə İlyasova Vüsalə Məmməd qızının müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmasına və iş materiallarının CPM-in 386-cı maddəsi ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmasına baxmayaraq, təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası göstərilənlərə əsаsən və Cinayət Prosessual Məcəlləsinin 391.4-cü mаddəsini rəhbər tutаrаq, qərara aldı: Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından İlyasova Vüsalə Məmməd qızının müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar