Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-96/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.1, 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, məhkum olunmalarına dair Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş appelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 1(5-137)-1/2026 ( sədrlik edən Ü.Qənbərov) nömrəli hökmü ilə, ##.##.2009-cu ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş, AR vətəndaşı, subay, orta məktəbin 9-cu sinfini bitirmiş, Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi cəza müddəti ərzində təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması,cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması,təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi hökm edilmişdir. , Həmin hökmlə 05.2008-ci ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi CM-ın 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdə və ##.##.2025-ci il tarixdən həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1(bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması cəza müddəti ərzində təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi və onun, məhkəmə zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Həmçinin, bu Məhkəmənin ## #### 2026-cı il tarxli qərarı ilə təqsirləndirilən şəxs2 CMin 185-ci maddəsi ilə olan iş üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. İŞİN HALLARI: təqsirləndirilən şəxs2 ondan ötrü məhkəməyə verilmişdir ki, o, Qəbələ rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, cəzasını çəkdiyi dövürdə bundan nəticə çıxararaq islah olunmaq əvəzinə, əksinə özgənin əmlakını qanunsuz, əvəzsiz və gizli yolla talamaq məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinə keçən gecə saat 02 radələrində Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ şəhəri istiqamətinə doğru yolun sağ kənarında yerləşən həmin qəsəbə sakini zərərçəkmiş şəxs5 məxsus “Nur market” adlı ərzaq mağazasının qarşısına gələrək mağazanın giriş qapısını əvvəlcədən özü ilə gətirdiyi kəlbətinlə açmaqla oradan qanunsuz içəriyə daxil olaraq mağazanın içərsindəki kassadan 80 (səksən) manat məbləğində nəğd şəkildə pul və mağazanın daxilində quraşdırılmış 126.68 (bir yüz iyirmi altı manat altmış səkkiz qəpik) manat dəyərində “Hikvison” markalı Hard Diski gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir;Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz, əvəzsiz və gizli yolla talamaq məqsədi ilə 2025-ci ilin may ayının əvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə saat 22 radələrində Qəbələ rayonunun Nohurqışlaq kənd sakini zərərçəkmiş şəxs3 məxsus həyət evinin qarşısına gələrək həyətin giriş darvazasını açmaqla qanunsuz həyətə daxil olub, həyət evindən ibarət birmərtəbəli yaşayış evinə yaxınlaşmaqla evin ağ rəngli plastik materialdan olan giriş qapısını əli ilə açıb qanunsuz yataq otağına daxil olub zərərçəkmiş şəxs3 yuxulu vəziyyətdə olmasından istifadə edərək stolun üzərində olan sonuncuya məxsus şalvarın cibindən 104 (bir yüz dörd) manat pulu gizli yolla talayaraq qanunsuz və əvəzsiz ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək oğurluq cinayətini törətmişdir;Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz, əvəzsiz və gizli yolla talamaq məqsədilə ## ### 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhər sakini zərərçəkmiş şəxs4 məxsus Qəbələ rayonunun Vəndam qəsəbəsindəki həyət evinin qarşısına gələrək həyətin giriş qapısı bağlı olduğu üçün evinin həyətyanı sahəsinin hasarından aşmaqla qanunsuz həyətə daxil olub, zərərçəkmiş şəxs4 ayaqyolunda olmasından istifadə edərək həyət evindən ibarət birmərtəbəli yaşayış evinə yaxınlaşmaqla evin giriş qapsını əli ilə açıb qanunsuz yataq otağına daxil olub stuldan asılmış vəziyyətdə olan sonuncuya məxsus pencəyin sol yan cibindəki qara rəngli pul kisəsinin içərisindən həmin tarix üçün milli valyuta məzənnəsinə uyğun olaraq 680 (altı yüz səksən) manat dəyərində 4 (dörd) ədəd 100 ABŞ dollarından ibarət pul əskinazlarını və 1 ədəd bütöv 100 (bir yüz) manat pulu, elcə də evin digər otağından 20 (iyirmi) manat təşkil edən elektirik dirleini gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir;Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz, əvəzsiz və gizli yolla talamaq məqsədilə 2025-ci ilin may ayının əvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə saat 23 radələrində Bakı şəhər sakini zərərçəkmiş şəxs4 məxsus Qəbələ rayonunun Vəndam qəsəbəsindəki həyət evinin qarşısına gələrək həyətin giriş qapısı bağlı olduğu üçün evinin həyətyanı sahəsinin hasarından aşmaqla qanunsuz həyətə daxil olub, zərərçəkmiş şəxs4 ayaqyolunda olmasından istifadə edərək həyət evindən ibarət birmərtəbəli yaşayış evinə yaxınlaşmaqla evin giriş qapsını əli ilə açıb qanunsuz yataq otağına daxil olub stuldan asılmış vəziyyətdə olan sonuncuya məxsus pencəyin sol yan cibindəki qara rəngli pul kisəsinin həmin tarix üçün milli valyuta məzənnəsinə uyğun olaraq 170 (bir yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd 100 ABŞ dollarından ibarət pul əskinazını gizli yolla talayaraq qanunsuz və əvəzsiz ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək oğurluq cinayətini törətmişdir;Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz, əvəzsiz və gizli yolla talamaq məqsədilə ## ### 2025-ci il tarixdə saat 23 radələrində əmisioğlu təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ rayonunun Nohurqışlaq kənd sakini zərərçəkmiş şəxs3 məxsus həyət evinin qarşısına gələrək həyətin giriş qapısı bağlı olduğu üçün evinin həyətyanı sahəsinin hasarından aşmaqla qanunsuz həyətə daxil olub, aralarında olan rol bölgüsünə uyğun olaraq təqsirləndirilən şəxs1 həyətdə dayanaraq kiminsə gəlib-gəlməməsinə nəzarət etmiş, o, isə həyət evindən ibarət birmərtəbəli yaşayış evinə yaxınlaşmaqla evin ağ rəngli plastik materialdan olan giriş qapısını əli ilə açıb qanunsuz yataq otağına daxil olub zərərçəkmiş şəxs3 yuxulu vəziyyətdə olmasından istifadə edərək stolun üzərində olan sonuncuya məxsus şalvarın cibindən 110 (bir yüz on) manat pulu gizli yolla talayaraq qanunsuz və əvəzsiz ələ keçirib oğurladığı pulu təqsirləndirilən şəxs1 ilə aralarında yarı şəkildə bölərək, payına düşən hissəsini öz şəxsi ehtiyaclarına sərf etməklə oğurluq cinayətini törətmişdir;Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz, əvəzsiz və gizli yolla talamaq məqsədilə ## ### 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhər sakini zərərçəkmiş şəxs4 məxsus Qəbələ rayonunun Vəndam qəsəbəsindəki həyət evinin qarşısına gələrək həyətin giriş qapısı bağlı olduğu üçün evinin həyətyanı sahəsinin mişar daşından olan hasarından aşmaqla qanunsuz həyətə daxil olub, zərərçəkmiş şəxs4 yaşadığı evdə olmamasından istifadə edərək evin giriş qapıları bağlı olduğu üçün, nərdivanla evin dam hissəsinə çıxıb oradan evin dəhlizinə daxil olaraq sonuncuya məxsus qiyməti 170 (bir yüz) manat təşkil edən 1 ədəd 5 (beş) litirlik odun samovarını, eləcə də evin digər otağında olan 60 (altmış) metr uzunluğunda qiyməti 120 (bir yüz iyirmi) manat təşkil edən 05x4 markalı elektirik kabelini gizli yolla talamaq istəyərkən hadisə yerində zərərçəkmiş şəxs4 qonşusu şahid2 tərəfindən yaxalanmış, bununla da planlaşdırdığı oğurluğu öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluq cinayətini törətməyə cəhd etmişdir;Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz, əvəzsiz və gizli yolla talamaq məqsədilə ## ######## 2025-ci il tarixdə saat 14 radələrində Qəbələ rayonunun Vəndam qəsəbə sakini X3 məxsus Qəbələ rayonunun Vəndam qəsəbəsindəki həyət evinin qarşısına gələrək həyətin giriş qapısı bağlı olduğu üçün evinin həyətyanı sahəsinin mişar daşından inşa edilmiş hasarından aşmaqla qanunsuz həyətə daxil olub, Ümid Kərimlinin evdə olmamasından istifadə edərək həyət evindən ibarət birmərtəbə yaşayış evinə yaxınlaşmaqla evin plastik materialdan olan giriş qapsını əli ilə itələyib açıb qanunsuz evə daxil olaraq evin dəhlizindəki stolun üzərində olan Ümid Kərimlinin atası zərərçəkmiş şəxs2 məxsus 105 (bir yüz beş) manat dəyərində, işlək vəziyyətdə Redmi 9A markalı mobil telefonunu gizli yolla talayaraq həmin mobil telefonun oğurluq olmasından məlumatlı olmayan əmisioğlu X1 özünə məxsus mobil telefon kimi təqdim edib 40 (qırx) manat pul vəsaiti müqabilində satıb, əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə zərəçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus 105 (bir yüz beş) manat dəyərində Redmi 9A markalı mobil telefonunu gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir;Bundan başqa o, ##.##.2025-ci il tarixdə saat 23 radələrində alkoqol sərxoş vəziyyətdə, həmkəndlisi zərərçəkmiş şəxs1 etibarnamə ilə sahibliyində olan Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşadığı evin həyətindəki talvarın altında əvvəlcədən qapıları açıq vəziyyətdə, açarını üzərində saxladığı 2003-cü il buraxılışlı Vaz 2106 minik markalı ** BC *** nömrə nişanlı avtomobilə əyləşərək avtomobil idarə etmək üçün talama məqsədi olmadan Bayram Məhərərmovdan xəbərsiz və məlumatsız ələ keçirib, mühhərikini işə salaraq qaçırmış, avtomobili Nohurqışlaq kəndinin ərazisində idarə edərkən həmin kənd sakini X4 yaşadığı evin həyətinin qarşısından keçərkən idarə etməni itirib yol nəqliyyat hadisəsi törətməsi səbəbindən avtomobili həmin yerdə qoyaraq oradan uzaqlaşmış, yol nəqliyyat hadisəsi törədib avtomobili zədələməsi nəticəsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 620 (altı yüz iyirmi) manat maddi ziyan vurmuş, bununla da talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə cinayətini törətmişdir. təqsirləndirilən şəxs1 ondan ötrü məhkəməyə verilmişdir ki, o, ##.##.2025-ci il tarixdə saat 23 radələrində özgə əmlakını gizli yolla talamaq məqsədilə əmisi oğlu təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən həmkəndlisi zərərçəkmiş şəxs3 məxsus həyət evinin qarşısına gələrək həyətin giriş qapısı bağlı olduğu üçün evinin həyətyanı sahəsinin mişar daşından inşa edilmiş hasarından aşmaqla qanunsuz həyətə daxil olub, aralarında olan rol bölgüsünə uyğun olaraq o, həyətdə dayanaraq kiminsə gəlib-gəlməməsinə nəzarət etmiş, təqsirləndirilən şəxs2 isə həyət evindən ibarət birmərtəbəli yaşayış evinə yaxınlaşmaqla evin ağ rəngli plastik materialdan olan giriş qapısını əli ilə açıb qanunsuz yataq otağına daxil olub zərərçəkmiş şəxs3 yuxuu vəziyyətdə olmasından istifadə edərək stolun üzərində olan sonuncuya məxsus şalvarın cibindən 110 (bir yüz on) manat pulu gizli yolla talayaraq qanunsuz və əvəzsiz ələ keçirib oğurladığı pulu təqsirləndirilən şəxs2 ilə aralarında yarı şəkildə bölərək, payına düşən hissəsini öz şəxsi ehtiyaclarına sərf etməklə oğurluq cinayətini törətmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən appelyasiya protesti verilmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya protesti onunla əsalandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin hökmü təqsirləndirilən şəxs2 təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Protest müəllifi qeyd etmişdir ki, məhkəmə təqsirləndirilən şəxs Ə.qanuni nümayəndə1 cəza təyin edərkən cəza təyininin ümumi müddəalarını müəyyən edən CM-in 8.1, 41.2, 59.1 və 58.3-cü maddələrinə formal istinad etməklə kifayətlənmiş, həmin maddələrin müəyyən etdiyi tələbləri faktiki təhlil etmədən cəza təyini ilə bağlı ədalətsiz nəticəyə gəlmişdir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Protest müəllifi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına istinad etmişdir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərərçəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı, təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərərçəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Buna baxmayaraq məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığı həmin halları əsaslandırmamışdır. Protest müəllifi bildirmişdir ki, Ə.qanuni nümayəndə1 Qəbələ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə dəyişdirilərək cümlə olaraq 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, barəsində amnistiya tətbiq edilərək cəzadan azad edilmiş, lakin məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini də cəza çəkdiyi dövr ərzində törətmişdir. Prokuror qeyd etmişdir ki, təqsirləndirilən şəxs eyni tipli əvvəllər də cinayət törətmiş, hətta əvvəlki cəzasını çəkdiyi dövrdə yenidən eyni vaxt ərzində həmin cinayət əməllərini törətmişdir. Əvvəlki məhkumluqları üzrə azadlığın məhdudlaşdırılması növündə yüngül cəza təyin edilməsinə baxmayaraq islah olunmamışdır. Əvvəllər qəsdən eyni qəbildən olan cinayət əməlləri törətmiş və buna görə 2 dəfə məhkum olunaraq azadlığın məhdudlaşdırılması növündə yüngül cəzaya məhkum edilmiş, islah olunmamış və islah olunmamaqda israrlı olan şəxsə azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyin edilməsi cəmiyyətin maraqlarına xidmət etmir, təyin edilmiş yüngül cəza nə onun özünün islah olunmasına, nə də başqa şəxsləri cinayət törətməkdən çəkindirməyə xidmət etməmişdir. Məhkəmə isə təqsirləndirilən şəxsdə cinayət meylinin formalaşmasını və onun cinayət törətməyə meyilli olmasını cəza təyin edərkən nəzərə almamışdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün təqsirləndirilən şəxs2 münasibətdə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasında gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilmiş, habelə təyin edilmiş cəza növləri və hədləri qanunvericiliyin tələblərinə, ədalət və humanizm prinsiplərinə uyğun müəyyən edildiyindən dövlət ittihamçısının apellyasiya protesti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü protestin hüdudlarında yoxlayır. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, hadisə yerinə baxış protokollarını tam və obyektiv qiymətləndirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-ci maddələri ilə təqsirli bilinməsinə dair hökmün nəticəsi tam əsaslıdır və əməlin tövsifi hüquqa uyğundur. Dövlət ittihamçısının apellyasiya protestində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruriliyi və azadlığın məhdudlaşdırılması cəzasının ədalətsiz olması barədə irəli sürdüyü dəlillərlə məhkəmə kollegiyası razılaşmır. Belə ki, CM-in 58.3-cü maddəsinin imperativ tələbinə görə, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Birinci instansiya məhkəməsi cəza tədbiri seçərkən bu müddəaları tam həcmdə rəhbər tutmuş, formal istinadla kifayətlənməmiş, işin konkret xüsusiyyətlərini hüquqi süzgəcdən keçirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxsin şəxsiyyəti və onun əmələ münasibəti cəzanın fərdiləşdirilməsi zamanı həlledici meyarlardan biridir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini ibtidai istintaq və məhkəmə iclası zamanı səmimi etiraf etməsi, törətdiyi əməllərdən dərin peşmançılıq hissi keçirməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına, törətdiyi cinayətə tənqidi münasibət bəslədiyinə dəlalət edir. Birinci instansiya məhkəməsi tərəfindən bu halların CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi və iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi faktı şəxs barəsində sanksiya daxilində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın seçilməsini tam hüquqi şəkildə şərtləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” müvafiq rəhbər göstərişlərinə və məhkəmə təcrübəsinə əsasən, cinayət qanununun sanksiyasında müddətə azadlıqdan məhrum etmə ilə yanaşı digər daha yüngül cəza növləri nəzərdə tutulduğu halda, şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması imkanları mövcuddursa, üstünlük məhz yüngül cəza növünə verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərində də təsbit olunduğu kimi, cinayət hüququnda humanizm prinsipi cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini və məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini nəzərdə tutur. Azadlığın məhdudlaşdırılması cəzası özlüyündə təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, müəyyən saatlarda yaşayış yerini tərk etməmək və inzibati ərazini icazəsiz tərk etməmək kimi ciddi hüquqi məhdudiyyətlər və vəzifələr qoyur ki, bu da şəxsin həm xüsusi, həm də ümumi profilaktikası, habelə onun cəmiyyətdən tam təcrid olunmadan islah edilməsi üçün tam yetərlidir. Məhkəmə kollegiyası mühüm hüquqi əsas kimi xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 (##.##.2008-ci il təvəllüdlü) hazırda apellyasiya baxışı dövründə yetkinlik yaşına çatmış olsa da, cinayət materiallarında və ittihamda göstərilən bütün əməlləri törətdiyi dövrdə yetkinlik yaşına çatmamış şəxs olmuşdur. CM-in 84.1 və 84.2-ci maddələrinə əsasən, cinayət törətdiyi zaman on dörd yaşı tamam olmuş, lakin on sekkiz yaşına çatmamış şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunurlar və barəsində cəza təyin edilərkən CM-in XIV fəslinin ("Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin xüsusiyyətləri") xüsusi hüquqi rejim və humanizm daşıyan normaları tətbiq edilməlidir. Şəxsin sonradan yetkinlik yaşına çatması onun cinayəti törətdiyi dövrdəki yetkinlik yaşına çatmayan statusunu və bununla bağlı qanunvericilikdən irəli gələn güzəştləri ortadan qaldırmır və cəzanın ağırlaşdırılması üçün əsas yaratmır. Çünki, məhkəmə kollegiyasının xatırlatmasına görə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır, eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Göstərilən hallarla məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha sərt və ya daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal və ya yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və ya çoxaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Halbuki, protestin və şikayətin məzmunundan göründüyü kimi, həmin protestdə və şikayətdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır.. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını həm qanuni, həm də ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsini və təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı, cəzanın islah təsiri baxımından məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407-ci maddələrini, rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 6 (altı) saat üçün 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müdafiəçi1 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-96/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-96/2026
02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver