Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-97/2026 16.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinnayət Məcəlləsinin (bundann sonnra mətnndə CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-166)-2/2026 ( sədrlik edən R.Cəfərova) nömrəli hökmü ilə, ##.##.1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Yevlax rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, Yevlax şəhəri, M.S.ünvan 1 ünvanda qeydiyyatda olmaqla, halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmasl, iş üzrə maddi sübutlar - Yevlax RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 440 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalan 439.9 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İşin halları Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 440,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa və məhkəməyə məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə etməklə saxlamış, ## ###### 2025-ci il tarixdə, saat 16:32-də Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməklə saxlamasında şübhəli bilindiyinə görə Yevlax şəhəri köhnə taxıl kombinatının yaxınlığında piyada hərəkətdə olarkən Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin tarixdə, saat 16:32-dən saat 16:41-dək olan müddət ərzində videoçəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində onun üzərində olan bir ədəd rəngli sellofan bağlamada ümumi təmiz çəkisi 440,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-166)-2/2026 nömrəli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin hakimi xanım R. Cəfərovanın sədrliyi ilə müdafiəçisi olduğu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə baxılmışdır. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi həmin hökmü qanunsuz və əsassız hesab etdiyini bildirmişdir. Müdafiəçi təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyini və məhkəmə iclasında bildirdiyini qeyd etmişdir ki, onu Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə saat 16:32 radələrində deyil, daha tez saxlanılmışdır. Daha sonra o, Yevlax Rayon Polis Şöbəsinə gətirilərək döyülmüş və bildirilmişdir ki, ona təklif edilən narkotik vasitənin özünün olduğunu etiraf etməsə, daha ağır maddə ilə təqsirləndirilməsinə dair saxta əməliyyatlar təşkil edəcəklər. Təqsirləndirilən şəxs ona qarşı edilmiş fiziki işgəncələrə dözə bilməyərək təklif edilən narkotik vasitənin özünün olmasını etiraf etmişdir. ## ###### 2025-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsində təqsirləndirilən şəxsə döyülərək işgəncə verilən zaman onun barmaqları qırılmışdır. Hətta hazırda da səhhətinin həmin vəziyyətdə olduğu və günü-gündən fəsadlaşmaqda olduğu bildirilmişdir. Müdafiəçi təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilməsinə dair vəsatətinin təmin edilmədiyini qeyd etmişdir. Müdafiəçi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.4-cü maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edildiyini, eynilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrin də onun xeyrinə həll olunmalı olduğunu qeyd etmişdir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxsin özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu olmadığını, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşdüyünü bildirmişdir. Müdafiəçi Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə (məhkum etmənin əsasları) əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmənin ittiham hökmü çıxardığını qeyd etmişdir. Həmin Məcəllənin 42-ci maddəsinə (bəraətin əsasları) əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarıldığını bildirmişdir. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs olunduğu vaxta qədər Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər Yevlax rayonunda taksi sürücüsü kimi işləmiş və subaydır. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluğu olmuşdur. Sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə vaxtı marketdə alış-veriş edib çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq maşına oturmasını bildirmişlər. Hazırki cinayət işi üzrə tutulan zaman onun üzərində narkotik vasitə olan marixuana olmamışdır. Narkotiki onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmiş və məhkum olunmuşdur. ## ###### 2025-ci il tarixdə günorta saatlarında təxminən saat 12.00-13.00 aralığında “Neptun” Marketdə olmuşdur. Orada olan zaman ona polis əməkdaşları yaxınlaşmış, polis şöbəsinə aparılmış, polis şöbəsində olan zaman ona fiziki və psixoloji təzyiqlər edilmiş, narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və daha sonra ittiham üzrə verilmiş əraziyə yəni, Yevlax şəhəri köhnə taxıl kombinatının yaxınlığına getmişlər. Üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı polis tərəfindən verilən bir ədəd rəngli sellofan bağlamada çəkisi 440,0 qram tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsini tələb etmişlər. Bədənində xəsarətlər olmuş, barmağının sındığını bildirmişdir. Məhkəməyədək icraat zamanı ona olunmuş təzyiqlər və təsirlər barədə məhkəmə nəzarəti qaydasında şikayət etmədiyi bildirmişdir. Günorta saatlarında təxminən 12.00-13.00 aralığında polis şöbəsinə aparılan zaman telefonu üzərində olmuşdur. 44 gün sürən Vətən müharibəsində (2-ci Qarabağ müharibəsi) iştirak etməmiş, əlilliyi yoxdur və amnistiya tətbiq edilən şəxslərin dairəsinə düşmədiyi müəyyən edilmişdir. Birinci insstansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ildən Yevlax Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ## ###### 2025-ci il tarixdə Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması və istehlakı barədə Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Yevlax şəhəri köhnə taxıl kombinatının yaxınlığında piyada hərəkətdə olmasını görmüşlər və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra qanunsuz olaraq üzərində narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər və həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olduğu üçün üstünü yoxlamağa başlamışlar. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstünü yoxlama aparılması zamanı əməliyyat müvəkkili Tofiq Cəfərov tərəfindən “Samsung” markalı smartfon tipli mobil telefonun videokamerası vasitəsilə videoçəkiliş aparılmışdır. Üstünü yoxlama aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş və həmin narkotik vasitəni tutulmamışdan təxminən 1 ay əvvəl səhər saatlarında yaşadığı Yevlax şəhəri M.S.Ordubadi küçəsinin yaxınlığında yerləşən köhnə taxıl kombinatının yaxınlığında olan arteziana su doldurmağa gedən zaman yulğun kollarının arasında tapdığı 2 ədəd narkotik tərkibli çətənə kolundan yığaraq həmin yerdə quruması üçün gizlətməsini və özü istifadə etmək üçün üzərində saxlamasını, həmin narkotik vasitə qurudulmuş marixuananı heç kimə satmadığını, satmaq və ya kiməsə vermək niyyətinin olmadığını bildirmişdir. Daha sonra tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana elektron əl tərəzisi ilə çəkilmiş və ekspertiza tədqiqatı üçün 01 ədəd sellofan bağlamada üzərinə 01 ədəd A4 vərəqə yapışdırılaraq qablaşdırılmış, sonra DİN-in zərflər üçün ** nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra tərəfindən protokollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hər-hansı təzyiq edilməmişdir. Birinci insstansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş NMQ-nun əməliyyat müvəkkili şahid1 şahid şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Birinci instasniya məhkəməsinin hazırlıq iclası zamanı məhkəməyədək icraat dövründə ona hər hansı təsir və təzyiqin olub-olmaması barədə verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı hər hansı təsirin və təzyiqin olmadığını və ittihamın mahiyyətinin ona aydın olduğunu bildirərək, törətmiş olduğu əməli etiraf etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri altında alınmasını və narkotikin polis tərəfindən onun üzərinə qoyulmasını bildirsə də özü və eyni zamanda müdafiəçisi tərəfindən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmədiyi müəyyən olunmuşdur. Bundan əlavə iş materiallarında olan: - ##.##.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxsin paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ iç səthindən bir ədəd qırmızı rəngli sellofana bükülmüş ümumilikdə çəkisi 440 olan bükümün qurudulmuş marixuanaya bənzər kütlənin narkotik vasitə olduğunu və özü tərəfindən bir ay öncə saxlanıldığı yerin yaxınlğında Yulğun ağacları olan yerdə iki ədəd yabanı şəkildə bitmiş çətənə kolları tapdığını və qurutduğunu bildirmişdir. Protokol Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, R şahid2 tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. Protokola qeyd və ya təklif olmamışdır - şübhəli şəxsin tutulması haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə saat 16.32-də Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuşdur - ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin İBnin müstəntiqi S.Tağıyev tərəfindən CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir - qətimkan tədbirinin seçilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir - ##.##.2025-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan məlum olur ki, ##.##.2025-ci il tarixdə saat 18:30-18:38 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üstündə, paltarında, ciblərində, əşyalarında və yə bədənində olması ehtimal edilən əşyaları könüllü surətdə verməsi təklif edilmiş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol Yevlax RPŞ-nin TB-nin baş təhqiqatçısı Səddam Əsgərov tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Hüseyn Abbasov tərəfindən də imzalanmışdır. Protokol iştirakçılara oxunmuş və heç bir şikayət, qeyd və ya təklif olmamışdır məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şəki Regional bölməsi tərəfindən keçirilmiş məhkəməbioloji ekspertizasının ##.##.2025-ci il tarixli, **/*** saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N85” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş...kütlə...” sözləri, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan bağlamada, təmiz çəkisi- 440.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v.50-52); ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; - məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən nistifadə edib. Narkotik vasitə olan marixuana suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddənin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur - diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokollardan görünür ki, üç ədəd kompakt diskdə olan video görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında, eyni zamanda şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında ##.##.2025-ci il tarixli protokollara uyğun olmuşdur - cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-inn 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmişdir Yevlax Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, CM-in 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətininin əvvəli ##.##.2022-ci il tarixdən hesablanmışdır - Yevlax Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli ****/* saylı məktubundan görünür ki, Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkuma təyin edilmiş cəza müddəti ##.##.2024-cü il tarixdə başa çatmış və şöbənin qeydiyyatından çıxarılmışdır (i.v.121); Sübutların qiymətləndirilməsi haqqında Yevlax Rayon Polis Şöbəsinin ## ###### 2026cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır Cinayət işi üzrə məhkəmə istintaqı zamanı sorğu əsasında əldə edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı İstintaq Təcridxanasına ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə * saylı İstintaq Təcridxanasına qəbul olunmuş, ilkin tibbi müayinədən keçirilmiş və bədən səthi üzərində xəsarət izləri aşkar edilməmişdir. Müdafiə tərəfinin verdiyi vəsatətə əsasən “Neptun” Supermarket şəbəkələrinə sorğu verilmiş, əldə edilmiş ##.##.2026-cı il tarixli məlumata əsasən video görüntülərin saxlama müddəti 15 gün olduğundan sorğunun cavablandırılması mümkün olmamışdır. Müdafiə tərəfinin verdiyi vəsatətə əsasən “xxxx” MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, *** *** ** ** nömrəli mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglər ## ###### 2025-ci il tarixdə gecə saat 02.42-dən günorta saat 14.56 radələrinədək qeydə alınmış, eyni zamanda həmin vaxta dair anten məlumatlar göstərilmişdir Təqsirləndirilən şəxs barəsində olan Yevlax rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və götürülmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ##.##.2022- ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq (Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə 01 ay 17 gün cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir), üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmış, toplanmış sübutlara CPM-in 125-ci maddəsinin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri ittihamdan yayınmaq və məsuliyyəti azaltmaq məqsədi daşıyan əsassız müdafiə taktikası kimi qiymətləndirir və aşağıdakı hüquqi əsaslara görə rədd edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə, işgəncələrə məruz qalması, döyülməsi və bu səbəbdən barmaqlarının qırılması nəticəsində narkotik vasitənin özünə aid olmasını etiraf etməyə məcbur edilməsi barədə müdafiə tərəfinin arqumentləri iş materialları ilə tam təkzib olunur. Belə ki, CPM-in 125.2.2-ci maddəsinə əsasən, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə vermə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlərlə əldə edilmiş materialların sübut qüvvəsi yoxdur və onlardan ittihamın əsası kimi istifadə oluna bilməz. Lakin cinayət işinin materiallarında mövcud olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq təcridxanasının cavab məktubundan aydın görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə təcridxanaya qəbul olunarkən dərhal ilkin tibbi müayinədən keçirilmiş və onun bədən səthi üzərində heç bir xəsarət, o cümlədən iddia olunan barmaq qırığı və ya döyülmə izi aşkar edilməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hazırlıq iclası zamanı hakimin birbaşa suallarına cavab verərkən məhkəməyədək icraat dövründə ona qarşı hər hansı təsir və ya təzyiqin olmadığını fərdi qaydada bəyan etmiş, habelə nə özü, nə də müdafiəçisi CPMin məhkəmə nəzarəti qaydalarını tənzimləyən normalarına uyğun olaraq müstəntiqin və ya əməliyyat əməkdaşlarının hərəkətlərindən aidiyyəti məhkəməyə şikayət verməmişlər. Bu halları nəzərə alaraq, məhkəmə kollegiyası işgəncə və təzyiq iddialarını hüquqi əsasdan məhrum hesab edir və birinci instansiya məhkəməsinin bu xüsusatda gəldiyi nəticəni tamamilə düzgün hesab edir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin qeyd olunan rəsmi protokollarda göstərilən vaxtda və yerdə (## ###### 2025-ci il tarixdə saat 16:32-də Yevlax şəhəri köhnə taxıl kombinatının yaxınlığında) deyil, daha tez saatlarda “Neptun” supermarketinin qarşısında qanunsuz saxlanılaraq polis şöbəsinə aparılması barədə iddiaları da mötəbər sübutlarla öz təsdiqini tapmır. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi zamanı subyektin cinayət hadisəsini törətməsi, törədilmə vaxtı və yeri sübuta yetirilməli olan hallara daxildir. İş üzrə toplanmış ##.##.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında rəsmi protokol, eləcə də şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokollar prosessual qanunvericiliyin tələblərinə tam uyğun tərtib edilmiş, həmin protokollar təqsirləndirilən şəxs və onun o zamankı müdafiəçisi tərəfindən heç bir xüsusi qeyd və ya etiraz edilmədən imzalanmışdır. Həmçinin, bu prosessual hərəkətləri müşayiət edən və işə əlavə olunmuş videoçəkiliş materialları (kompakt disklər) üzərində aparılmış baxış zamanı hadisənin protokollarda əks olunmuş vaxt, məkan və ardıcıllıqla tam uyğunluq təşkil etdiyi məhkəmə kollegiyası tərəfindən bir daha yoxlanılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında “xxxx” MMC-dən daxil olmuş mobil nömrənin anten və zəng tarixlərinə dair məlumatlar Təqsirləndirilən şəxs konkret olaraq saat 16:32-də polis şöbəsində saxlanılması faktını deyil, yalnız gün ərzində fərqli vaxtlarda telefon zənglərinin mövcudluğunu göstərir ki, bu da rəsmi protokolları təkzib etmək üçün kifayət edən mötəbər alternativ faktiki əsas yaratmır. “Neptun” supermarketindən video görüntülərin arxiv müddətinin bitməsi səbəbindən əldə olunmaması isə ittiham tərəfinin qanunsuz hərəkəti kimi qiymətləndirilə bilməz və CPM-in 21.3-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası kontekstində ittihamın əsassızlığına dəlalət edən “aradan qaldırılması mümkün olmayan şübhə” dairəsinə daxil edilmir. Məhkəmə kollegiyası bəyan edir ki, Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə etmə və saxlama) tam düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Qanununa əlavə edilmiş * nömrəli Siyahıya əsasən, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/*** saylı ekspertiza rəyi ilə növü və təmiz çəkisi təsdiq edilmiş 440,0 qram qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Ekspertiza rəyi elmi əsaslara söykəndiyindən, prosessual qaydada mötəbər sübut statusundadır. Qeyd edilən maddi sübutun əldə edilməsi üsulları, şahid - Yevlax RPŞ-nin əməliyyat müvəkkili şahid2 ilkin və məhkəmə istintaqı zamanı verdiyi ardıcıl, bir-birini tamamlayan ifadələri ilə tam təsdiq olunur və bu sübutlar məcmusu şəxsin təqsirliliyini şübhəyə yer qoymayacaq dərəcədə sübuta yetirir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası müəyyən edir ki, Yevlax Rayon Məhkəməsi CM-in 8.1 (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 61-ci (cəza təyin etmənin ümumi əsasları) maddələrinin tələblərinə tam riayət etmişdir. Cəza təyin edilərkən cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallar, o cümlədən onun əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması faktı xüsusi olaraq nəzərə alınmışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törədilməsinə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin məhkumluğu cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilir. Təqsirləndirilən şəxs əvvəlki cəza müddəti ##.##.2024-cü ildə başa çatdığı üçün, qanunla müəyyən edilmiş 2 illik müddət keçməmiş, yəni məhkumluğu ödənilmədən və götürülmədən ## ###### 2025-ci il tarixdə yenidən qəsdən az ağır növə aid olan analoji cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. CM-in 65-ci maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı cəza təyin edilərkən törədilmiş cinayətin və əvvəllər törədilmiş cinayətlərin xarakteri, cinayətlərin residivini yaradan halların xüsusiyyətləri, habelə əvvəlki cəzanın islahedici təsirinin kifayət etməməsi nəzərə alınmalıdır. CM-in 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsi tərəfindən şəxsin residiv şəraitində cinayət törətməsini, subay, işsiz olmasını, Gəncə şəhəri Narkoloji Dispanserinin ##.##.2025-ci il tarixli rəyinə görə narkomaniya xəstəliyindən əziyyət çəkməsini düzgün qiymətləndirərək ona CM-in 234.1-ci maddəsinin sanksiyası həddində 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və CM-in 56.1.3-cü maddəsinə uyğun olaraq cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi qanunauygundur. Təyin edilmiş bu cəza sosial ədalətin bərpası və məhkumun islah olunaraq yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədlərinə tam cavab verir. Barəsində daha yüngül cəza tədbirinin seçilməsi və ya CM-in 62, 70-ci maddələrinin tətbiq edilməsi qanunun fundamental prinsiplərinə zidd olardı. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmək üçün maddi və ya prosessual hüquq normalarının pozulması hallarını aşkar etmədiyindən, hökmün qüvvədə saxlanılması qənaətinə gəlir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Narkotik cinayətlərində tətbiq edilən sərt cəza tədbirləri "ümumi preventiv" xarakter daşıyaraq, potensial cinayətkarlar üçün çəkindirici rol oynamalıdır. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik cinayətlərinin digər cinayətlərdən fərqi onların zəncirvari reaksiya yaratmasıdır. Bir narkotik vasitə istifadəçisi onlarla asılı şəxs yaradır, o şəxslər isə öz növbəsində yeni cinayətlər (oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma) törətməyə sövq edilir. Bu, cinayət hüququnda "latentlik" (gizlilik) dərəcəsi yüksək olan bir sahədir. Məhz bu səbəbdən, aşkar olunmuş hər bir fakt üzrə tətbiq edilən sərt cəza, aşkar olunmamış potensial cinayətlər üçün bir maneə rolu oynamalıdır. Cinayət hüququnda humanizm prinsipi təkcə təqsirləndirilən şəxsə qarşı deyil, həm də zərərçəkmiş tərəfə və cəmiyyətə qarşı tətbiq olunmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğl olan şəxslərə qarşı göstərilən qeyri-proposional humanistlik, cəmiyyətə qarşı laqeyd yanaşma deməkdir. Ədalətli cəza — cinayətkarın törətdiyi əməlin cəmiyyətə vurduğu zərərin ağırlığına mütənasib olan cəzadır. Hüquqi baxımdan satış məqsədi olmadan dövriyyəsi əməlin təhlükəsiz olduğu mənasına gəlmir. Narkotik vasitələrin fərdi istehlak üçün əldə edilməsi və saxlanılması qanunsuz narkotik bazarında "tələbi" formalaşdıran əsas amildir. Tələb olan yerdə təklif (satış) qaçılmazdır. Buna görə də, fərdi istehlakçıya qarşı tətbiq edilən sərt cəza, əslində narkotik ticarətinin iqtisadi zəncirini qırmağa xidmət edir. Şəxsin narkotik maddəni üzərində və ya mənzilində saxlaması hər an onun başqa şəxslərə ötürülməsi və ya təsadüfi şəxslərin (məsələn, ailə üzvlərinin, uşaqların) zəhərlənməsi riskini yaradır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Sözügedən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrlə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il * №-li qərarının 27-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. BMT-nin Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyasının 36-cı maddəsinin 1-ci bəndinə əsasən bu konvensiyaya qoşulmuş hər bir ölkə özünün konstitusiya məhdudiyyətlərinə riayət etməklə bu Konvensiyanın qərarlannı pozmaqla narkotik vasitələrin becərilməsi və istehsalmın, hazırlanmasının, tərkibdən çıxanlmasının, hasil edilməsinin, saxlanmasının, təklif edilməsinin, kommersiya məqsədi ilə təklif edilməsinin, paylanılmasının, satın alınmasının, satılmasının, istənilən şərtlə çatdırılmasının, dəllallığının, göndərilməsinin, tranzitlə yenidən göndərilməsinin, daşınmasmm, idxalının və ixracının və Tərəfiərin rəyinə görə bu Konvensiyanın qərarlarına zidd sayıla biləcək istənilən digər hərəkətin qəsdən törədildiyi halda cəzalandırılmalı olan əməl sayılması, eləcə də ciddi cinayətlərin müvafıq cəzalanmaya, xüsusən də həbsxanada saxlamaqla azadlıqdan məhrumetmə, yaxud digər üsulla azadlıqdan məhrumetmə növündə cəzalanmaya məruz qoyulmasını təmin edəcək tədbirlər görməlidir. X4 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dıyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili X1 oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 6 (altı) saat üçün 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından X1 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-97/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-97/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver