Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-98/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə, ##.##.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 119-da qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 464,80 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, istintaq hərəkətlərinin görüntülərini əks etdirən 3 ədəd kompakt disklərin cinayət işinin materiallarında saxlanılması, iş üzrə 71 (yetmiş bir) manat 86 (səksən altı) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ34CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesabına keçirilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi, göstərilən hüquqi yardıma görə cəmi 132 (bir yüz otuz iki) manatın dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi hökm edilmişdir. işin halları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki 1 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 465,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə etməklə saxlamış, ##.##.2025-ci il tarixdə saat 18:07-də Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Dəvəçi qəbiristanlığının yaxınlığında qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində onun sağ əlindəki göy rəngli sellofan torbanın içərisindəki 1 ədəd qara rəngli sellofan torbada saxladığı xeyli miqdarda təmiz çəkisi 465,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən barəsində çıxarılmış hökmlə razı deyildir. İşə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya protesti, digər proses iştirakçısı tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, atası və digər qardaşları həbs olunmuşlar. Azadlıqda xəstə qardaşı qalmışdır. Ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə ona məxsus olmuşdur. Yevlax Rayon Məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. Yevlax Rayon Məhkəməsində verdiyi ifadəsi doğru yazılmışdır. Əməlində residivin olduğunu bilir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi X1 bildirdi ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən yüngülləşdirici halları nəzərə almamışdır. Təqsirləndirilən şəxs yüngül cəza təyin etməklə onun islah olunmasına nail olmaq olar. Şəxsə təyin olunmuş cəza ədalətli olmalıdır. Cəza təyin edilərkən, onun ictimai təhlükəliliyi, xarakteri, cəza törətmiş şəxsin şəxsiyyəti və ailə vəziyyəti nəzərə alınmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını və təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X2 çıxış edərək bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs əvvəllər də eyni əmələ görə iki dəfə məhkum olunmuşdur. Hər iki hökm üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırkı cinayət əməlini törədən zaman əvvəlki məhkumluqları ödənilməmişdir. Cinayətin təhlükəli residivinə görə cəza təyin edilərkən, cəzanın həddi maddənin sanksiyasında nəzərə tutulmuş cəzanın yuxarı həddinin 2/3-dən az ola bilməz. Təqsirləndirilən şəxsə də 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hesab edir ki, təyin olunmuş cəza ədalətlidir, cəzanın yüngülləşdirilməsi üçün heç bir hal mövcud deyildir. Cəzanın yüngülləşdirilməsi üçün müstəsna hallar olmalıdır. Cinayət işinin materiallarında da belə hallar yoxdur. Şəxsin islah olunması üçün təyin olunmuş cəza ədalətlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. hüquq məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili ona təyin edilmiş cəzanın yüngülləşdirilməsilə bağlıdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən də göründüyü kimi, o, törətdiyi cinayətin hüquqi tövsifini mübahisələndirməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Əksinə cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iclasında, eləcə də məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək işin hallarına uyğun etirafedici ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür) Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi və CM-in 61-ci maddəsinə əsasən əvvəllər qəsdən cinayət törətməyə görə 2 dəfə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin təhlükəli residivini cəzasını ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 28 gün vaxtından əvvəl şərti azad edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2025-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay 6 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Yevlax rayon icra və probasiya şöbəsini tərəfindən ##.##.2025-ci il tarixli, ******/* saylı məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 ay 6 ay gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəz azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olmuş cəzasının 2 ay 12 gününü çəkmiş 24 günü isə çəkilməmiş olaraq qalmışdır. İş materiallarında olan Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən 3 ay 6 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)- */**** nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs “Konstitusiya və suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının 2.12-ci bəndi tətbiq edilməklə şərti olaraq vaxtından əvvəl azad edildiyi 3 ay 6 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 ““xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-98/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-98/2026
18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver