Məhkəmə qərarları › İş №1(3-10)-99/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-99/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-99/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(063)-82/2025 ( sədrlik edən X.Bədəlov ) nömrəli hökmü ilə, ## ###### 1983-cü il tarixində Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla Ucar şəhəri, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 22 radələrində B1, B, C1, C kateqoriyalı, BC ****** nömrəli sürücülük hüququ verən sənəd əsasında ## #### 2031-ci il tarixədək qüvvədə olan etibarnamə ilə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə “Vaz 21074” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili Ucar rayonu, Lək kəndindən Ucar rayonu, Qazyan kəndi istiqamətində idarə edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, Ucar rayonu, Qazyan kəndində qarşı hərəkət zolağına çıxaraq qarşı hərəkət zolağında hərəkətdə olan şahid3 idarə etdiyi “LF 7132E-330” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfindən vurduqdan sonra həmin nəqliyyat vasitəsinin arxasında hərəkətdə olan Əhmədov İsa Əli oğlunun idarə etdiyi “Vaz 2103” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “Vaz 21074” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs əng sümüyünün yerini dəyişmiş sınığı, burun sümüklərinin yerini dəyişmiş sınığı, burunun açıq yarası, qapalı kəllə beyin travması ilə müşahidə olunan sağlamlığa Ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin həmin hökmü qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Müdafiəçi qeyd etmişdir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona CM-in 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, idarə etdiyi "VAZ-21074" markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X4 məxsus olmuş, həmin nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmişdir. Onun ## #### 2031-ci il tarixədək qüvvədə olan B1, B, C1, C kateqoriyalı sürücülük hüququ verən sənədi olmuşdur. ## ###### 2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ona zəng edərək birlikdə Zərdab rayonuna gedib avtomobil üçün ehtiyat hissələri almağı təklif etmişdir. O da Vahidlə razılaşmış və Zərdab rayonundan avtomobil üçün ehtiyat hissələri almışlar. Həmin ehtiyat hissələrini Ucar rayonu, Qazyan kəndində usta Familə vermək istəyən zaman artıq gec olmuş və Famil çıxıb getmişdir. Bundan sonra onlar Ucar rayonunun Qazyan kəndində yerləşən kafedə əyləşib yemək yeməyə başlamışlar. Yemək yeyən vaxt o, spirtli içki qəbul etməmişdir. Daha sonra onlar kafedən çıxıb üzü Ucar rayonu, Lək kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Avtomobili həmin vaxt o idarə etmiş, avtomobildə həmkəndlisi Zərərçəkmiş şəxs da olmuşdur. Həmin gün, saat 22 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində olan zaman "LF 7132E-330" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına daxil olaraq ötmə əməliyyatını həyata keçirdiyini görmüşdür. Həmin avtomobilin sürücüsü özü ilə eyni istiqamətdə hərəkətdə olan "VAZ-2103" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün onun hərəkət zolağına daxil olmuşdur. O, idarə etdiyi avtomobili nə qədər sağa çəksə də, avtomobilin sol hissəsi digər avtomobilin sol hissəsinə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özü də xəsarət almış, ona görə də daha sonra baş verən hadisələr yadında qalmamışdır. Qanından nümunə götürülməsindən xəbəri olmamış, spirtli içki qəbul etmədiyindən məhkəmə-kimyəvi ekspertizasının müvafiq rəyi ilə razı deyildir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, şahidlər zərərçəkmiş şəxsin qohumları və tanışları olduğundan düzgün ifadə vermirlər. Müdafiəçi qeyd etmişdir ki, bundan başqa məhkəmədə iş üzrə dindirilmiş şahid Abbasov İbrahim İsmi oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə vermişdir. Müdafiəçi bu halın şahid ifadələrindəki ziddiyyəti göstərdiyini bildirmişdir. Odur ki, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)**/**** saylı hökmünün ləğv edilməsini və həmin cinayət işi üzrə CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə CM-in 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həmin hökmü qanunsuz və əsassız hesab etdiyini və aşağıdakı əsaslara görə ondan şikayət verdiyini bildirmişdir. Şikayətçi qeyd etmişdir ki, CM-in 263-cü maddəsi üzrə əməl ehtiyatsızlıqdan törədilən cinayət hesab olunur. Onun əməlində qəsd elementi olmamış, hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Məhkəmə bu halı nəzərə alsa da, cəza təyin edilərkən bu mühüm yüngülləşdirici halı kifayət qədər qiymətləndirməmişdir. Şikayətçi CM-in 59-cu maddəsinə əsasən, törədilmiş əmələ görə səmimi peşmançılıq, zərərçəkmiş şəxslə barışıq əldə olunması, şəxsin ailə vəziyyəti və digər yüngülləşdirici halların nəzərə alınmalı olduğunu bildirmişdir. O, törətdiyi əmələ görə tam səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hadisədən sonra məsuliyyətini dərk etdiyini qeyd etmişdir. Onun himayəsində iki azyaşlı uşaq olduğunu, ailədə başqa işləyən şəxs olmadığını, ailənin yeganə təminatçısı olduğunu bildirmişdir. Şikayətçi bu halların CM-in 59-cu maddəsinə əsasən mütləq nəzərə alınmalı yüngülləşdirici hallar olduğunu, lakin məhkəmənin bunlara lazımi hüquqi qiymət vermədiyini qeyd etmişdir. Şikayətçi CM-in 62-ci maddəsinə əsasən, yüngülləşdirici hallar olduqda məhkəmənin daha yüngül cəza təyin edə biləcəyini, onun işində bir neçə yüngülləşdirici hal mövcud olduğu halda, məhkəmənin bu maddəni tətbiq etmədiyini bildirmişdir. Şikayətçi CM-in 70-ci maddəsinə əsasən, şəxsin islah olunması üçün real azadlıqdan məhrum etməyə ehtiyac olmadıqda şərti cəza tətbiq edilə biləcəyini qeyd etmişdir. O, əvvəllər məhkum olunmadığını, ictimai təhlükəli şəxs olmadığını, əmələ görə peşman olduğunu, ailə vəziyyətinin ağır olduğunu bildirmişdir. Bu hallarda ona şərti cəza tətbiq edilməsinin mümkün və qanuni olduğunu qeyd etmişdir. Şikayətçi onun sürücülük hüququndan məhrum edilməsinin ailəsinin dolanışığını daha da ağırlaşdırdığını, uşaqlarının təminatını təhlükə altına qoyduğunu bildirərək bu cəza tədbirinin də həddindən artıq ağır olduğunu qeyd etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona CM-in 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərmişir ki, idarə etdiyi “VAZ-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X4 məxsus olmuş, həmin nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmişdir. Onun ## #### 2031-ci il tarixədək qüvvədə olan B1, B, C1, C kateqoriyalı sürücülük hüququ verən sənədi olmuşdur. ## ###### 2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs avtomobili ustada olduğuna görə ona zəng edərək birlikdə Zərdab rayonuna gedib avtomobil üçün ehtiyat hissələri almağı təklif etmişdir. O da Vahidlə razılaşmış və Zərdab rayonundan avtomobil üçün ehtiyat hissələri almışlar. Həmin ehtiyat hissələrini Ucar rayonu, Qazyan kəndində usta Familə vermək istəyən zaman artıq gec olmuş və Famil çıxıb getmişdir. Həmin vaxt onlar Ucar rayonu, Qazyan kəndində yerləşən “Oba market” daxil olmuş və Vahid oradan 1 ədəd 0,7 litr araq spirtli içki almışdır. Daha sonra həmin marketin arxasındakı kafedə əyləşib yiyib-içməyə başlamışlar. Lakin həmin vaxt o, spirtli içki qəbul etməmişdir. Daha sonra onlar kafedən çıxıb üzü Ucar rayonu, Lək kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Avtomobili həmin vaxt o, idarə etmişdir. Həmin vaxt avtomobildə həmkəndlisi Zərərçəkmiş şəxs da olmuşdur. Həmin gün, saat 22 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində olan zaman təxminən 40-50 metr məsafədə “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına daxil olaraq ötmə əməliyyatını həyata keçirdiyini görmüşdür. Həmin vaxt “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özü ilə eyni istiqamətdə hərəkətdə olan “VAZ-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün onun hərəkət zolağına daxil olmuşdur. Həmin vaxt o, idarə etdiyi avtomobili nə qədər sağa çəksə də, idarə etdiyi avtomobilin sol hissəsi “LF 7132E-330” markalı, 61-BH106 dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsinə dəymişdir. Lakin daha sonra baş verən hadisələr yadında qalmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı həm özü, həm də idarə etdiyi avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxt avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmiş və spirtli içki qəbul etməmişdir Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə avtomobili ustada olduğuna görə həmkəndlisi Təqsirləndirilən şəxs zəng edərək birlikdə Zərdab rayonuna gedib avtomobil üçün ehtiyat hissələri almışlar. Həmin ehtiyat hissələrini Ucar rayonu, Qazyan kəndində usta Familə vermək istəyən zaman artıq gec olmuş və Famil çıxıb getmişdir. Həmin vaxt onlar Ucar rayonu, Qazyan kəndində yerləşən “Oba market”dən 1 ədəd 0,7 litr araq spirtli içki almış və həmin marketin arxasındakı kafedə əyləşib yiyib-içməyə başlamışlar. Həmin gün, saat 22 radələrində kafedən çıxıb evə getmək istəyən zaman o, Pərvizə spirtli içki qəbul etdiklərinə görə taksi avtomobili çağırıb taksi ilə evə getməyi təklif etmişdir. Lakin Pərviz etiraz etmiş və o, Pərvizin idarə etdiyi “VAZ-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ tərəfdə sərnişin qismində əyləşmişdir. Avtomobili isə Pərviz idarə etmişdir. ## ###### 2025-ci il tarixdə, saat 22 radələrində Ucar rayonu, Qazyan kəndində hərəkətdə olan zaman Pərviz içkili olduğu üçün avtomobili sağa və sola hərəkət etdirib sürmüşdür. Pərviz qarşı hərəkət zolağına daxil olub hərəkətini davam etdirən zaman qarşı hərəkət zolağında hərəkətdə olan “LF 7132E-390” markalı, 61-BH106 dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfindən vuraraq həmin avtomobilin arxasında hərəkətdə olan “VAZ-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bundan sonra olan hadisələr isə yadında qalmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində özü müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə zamanı Pərviz avtomobili təxminən 120 km/saat sürətlə idarə etmişdir. Avtomobildə başqa şəxs və ya şəxslər olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir, o, hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncuya qarşı şikayətçidir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X2 məxsus olmuş, həmin avtomobili ## ###### 2032-ci il tarixədək qüvvədə olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə idarə etmişdir. O, nəqliyyat vasitəsini B1, B, C1, C kateqoriyalı sürücülük hüququ verən sənəd əsasında idarə etmişdir. ## ###### 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxaraq Ucar rayonu, Qazyan kəndi istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Ucar rayonu, Qazyan kəndi ərazisində qarşı hərəkət zolağında hərəkətdə olan “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun hərəkətdə olduğu zolağa daxil olaraq idarə etdiyi avtomobili üzərinə sürməyə başlamışdır. Həmin avtomobilin sürücüsünün hərəkət etdiyi zolaq boş olmuş, yəni heç bir ötmə əməliyyatı həyata keçirməmiş, sürətini isə dəqiq bilməsə də avtomobili təxminən 120 km/saat sürətlə idarə etmişdir. “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə gəldiyi təxminən 30-40 metr məsafədə gördükdən sonra o, avtomobilini yolun sağ kənarına çəkib hərəkətini davam etdirən zaman, həmin vaxt “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilin sol kənarlarına vuraraq onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində özü müxtəlif dərəcəli bədən xəsarətləri almış və Ucar və Göyçay RMX-na müraciət etmişdir. Həmin gün spirtli içki qəbul etməmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona 7600 manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid Əhmədov İsa Əli oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, “VAZ-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsus olmuş, həmin avtomobili ## #### 2026-ci il tarixədək qüvvədə olan nəqliyyat vasitəsinə dair sərəncam verilməsi haqqında etibarnamə ilə idarə etmişdir. Lakin nəqliyyat vasitəsini idarə etmək hüququ verən sənədi olmamışdır. ## ###### 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxaraq Ucar rayonu, Qazyan kəndi istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt onun qarşısında onunla eyni istiqamətdə “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etmişdir. Ucar rayonu, Qazyan kəndi ərazisində qarşı hərəkət zolağında hərəkətdə olan “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onların hərəkətdə olduğu zolağa daxil olaraq idarə etdiyi avtomobili “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sürməyə başlamışdır. Həmin vaxt “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkət etdiyi zolaq boş olmuş, yəni heç bir ötmə əməliyyatı həyata keçirməmiş, idarə etdiyi avtomobili isə təxminən 120 km/saat sürətlə idarə etmişdir. “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə gələn zaman “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini yolun sağ kənarına çəkərək hərəkətini davam etdirən zaman, “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol kənarlarına vuraraq onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində özü müxtəlif dərəcəli bədən xəsarətləri almış və Ucar və Göyçay RMX-na müraciət etmişdir. Həmin gün o, spirtli içki qəbul etməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona 5294 manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid Abbasov İbrahim İsmi oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımış, həmkədliləri olmuşdur. Onlar arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. ## ###### 2025-ci il tarixdə, saat 19-20 radələrində Vahid və Pərviz onun işlədiyi kafeyə, yəni Ucar rayonu, Qazyan kəndində yerləşən “Oba marketin” arxasındakı kafeyə gəlmişlər. Həmin vaxt onların əlində şəffaf sellofanda 0,7 litrlik araq olmuşdur. Həmin vaxt onlar həyətdə olan kabinetdə əyləşmişlər. Pərviz və Vahidə o, qulluq etmişdir. Onlar bir müddət kafedə oturub yiyib-içdikdən sonra çıxıb getmişlər. Lakin onların çıxıb getməklərini görməmişdir. Onlar çıxıb getməmişdən qabaq isə hesablarını vermiş və onların hesabı təxminən 40 manat olmuşdur. Həmin vaxt Pərviz də Vahidlə birlikdə spirtli içki qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli (## ####### 2025-ci il tarixdə imzalanmış), *** saylı rəyindən görünür ki, Əhmədov İsa Əli oğlunda sağ saidin orta 1/3-nin yan səthinin sıyrığı vardır. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti ## ###### 2025-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Sağlamlığa zərər vurmadığı üçün qeyd olunan xəsarətin dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli (## ####### 2025-ci il tarixdə imzalanmış), *** saylı rəyindən görünür ki, şahid3 döş qəfəsinin küt travması, sağ yuxarı ətrafın sıyrığı olmuşdur. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, ## ###### 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Sağlamlığa zərər vurmadığı üçün qeyd edilən xəsarətin dərəcəsi təyin edilmir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli (## ####### 2025-ci il tarixdə imzalanmış), *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol incik sümüyünün sınığı, alt dodağın əzilmiş yarası olmuşdur. Bu xəsarət bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti ## ###### 2025- ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi az ağır zərər vuran xəsarətlərə aid edilir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 məhkəmə-tibb ekspertizasının ## ######## 2025-ci il tarixli (## ####### 2025-ci il tarixdə imzalanmış), *** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əng sümüyünün yerini dəyişmiş sınığı, burun sümüklərinin yerini dəyişmiş sınığı, burunun açıq yarası, qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, əsas sümüyünün sınığı olmuşdur. Bu xəsarətlər bərk küt alətin təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni ## ###### 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 ## ###### 2025-ci il tarixli, ****/K saylı ekspert rəyindən (maddi sübutların ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı-0,68%-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. ## ###### 2025-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, hadisə yeri Ucar rayonu, Qazyan kəndidir. Hadisə yerinə baxış Ucar rayonu, Qazyan kəndi istiqamətindən Ucar rayonu, Lək kəndi istiqamətində keçirilmişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru, düz və hamardır. Hadisə yeri küçədir, işıqlandırılmayıb. Hadisə yerində 1.8 üfüqi nişanlanma xətti mövcuddur. Baxış zamanı hadisə yeri hal şahidlərinin iştirakı ilə aparılmışdır. Hadisədən öncə “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Ucar rayonu, Lək kəndindən Ucar rayonu, Qazyan kəndi istiqamətində, “VAZ-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ucar rayonu, Qazyan kəndində Ucar rayonu, Lək kəndi istiqamətində hərəkətdə olmuşdur. Hər üç nəqliyyat vasitəsinin hərəkətdə olduğu yolun eni 9 metr olmaqla, hərəkət zolağının eni 4,5 metr olmuşdur. “VAZ-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yerindən yolun sol kənarına qədər məsafə 2,1 metr, yolun sağ kənarına qədər məsafə isə 6,9 metr olmuşdur. “Vaz-21074” markalı, 99- RE-963 dövlət qeydiyyat nişanlı avtomobilin LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yerindən “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə qədər məsafə 30 metr olmuşdur. “Vaz-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAz-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən yolun sol kənarına qədər məsafə 2,4 metr, yolun sağ kənarına qədər məsafə isə 6,6 metr olmuşdur. Birinci toqquşma yerindən ikinci toqquşma yerinə qədər məsafə isə 10 metr olmuşdur. Yol çiyinlərinin eni 0,6 metr olmuşdur. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edə biləcək digər iz və ya hallar aşkar edilərək götürülməmişdir. BC****** nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ## #### 2021-ci il tarixdən ## #### 2031-cü il tarixədək BC kateqoriyalı sürücülük hüququ verilmişdir. Ucar RPŞ-nin DYP-nin ## ###### 2025-ci il tarixli raportundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yoxlama zamanı müəyyən olunmuşdur ki, Ucar rayonu, Lək kənd sakini Təqsirləndirilən şəxs ## ###### 2025ci il tarixdə “VAZ-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili ## #### 2031ci il tarixədək qüvvədə olan etibarnamə ilə idarə etmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ## ####### 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Zərdab Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, */**** saylı rəyindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə LF 7132E330 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-2103 markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əhmədov İsa Əli oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü İ.Əhmədov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21074 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli qəbul edildiyindən dəyişdirilmədən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçilərinin verdikləri apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, toplanmış sübutlara cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq düzgün hüquqi qiymət vermiş və təqsirləndirilən şəxsin əməlini CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətində irəli sürdükləri bəraət verilməsi və ya cəzanın şərti olaraq tətbiq edilməsi barədə dəlilləri iş materialları və məhkəmə istintaqı zamanı tədqiq olunmuş mötəbər sübutlar toplusu ilə tamamilə təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması təkcə özünün fərziyyələrə əsaslanan və məsuliyyətdən yayınma xarakteri daşıyan ifadələri ilə deyil, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tam obyektivliklə yoxlanılmış materiallarla tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilkin və məhkəmə istintaqı zamanı verdiyi ardıcıl ifadələri təqsirləndirilən şəxsin hadisə vaxtı spirtli içki qəbul etməsini, avtomobili yüksək sürətlə (təxminən 120 km/saat) idarə etməsini və manevr qaydalarını pozaraq qarşı hərəkət zolağına çıxmasını birbaşa təsdiq edir. Zərərçəkmiş şəxsin ifadəsi iş üzrə dindirilmiş şahidlər – digər nəqliyyat vasitələrinin sürücüləri şahid3 və Əhmədov İsa Əli oğlunun ifadələri ilə tam üst-üstə düşür. Şahidlər qətiyyətlə göstərmişlər ki, öz zolaqlarında normal sürətlə hərəkət etdikləri halda, Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ-21074" markalı avtomobil qəfildən onların hərəkət zolağına daxil olmuş və ardıcıl toqquşmalar törətmişdir. Bu ifadələr həmçinin kafedə onlara qulluq etmiş şahid Abbasov İbrahim İsmi oğlunun təqsirləndirilən şəxsin hadisədən az öncə spirtli içki qəbul etdiyinə dair verdiyi ifadə ilə də tam təsdiqlənir. Hüquqi baxımdan proses iştirakçılarının ifadələri arasında hər hansı ciddi, mahiyyət kəsb edən ziddiyyət mövcud deyil və müdafiə tərəfinin şahid ifadələrinin qərəzli olması barədə iddiaları tamamilə əsassızdır. Eyni zamanda, iş üzrə maddi sübutlar və ekspert rəyləri təqsirləndirilən şəxsin qanunsuz hərəkətlərini qəti şəkildə sənədləşdirir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ## ###### 2025-ci il tarixli, ****/K saylı ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs qan nümunəsində 0,68% qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da onun nəqliyyat vasitəsini alkoqoldan sərxoşluq vəziyyətində idarə etdiyini elmi və maddi cəhətdən sübut edir. Müdafiə tərəfinin bu rəyi qəbul etməməsi hüquqi əsasdan məhrumdur və ekspertizanın aparılması qaydalarının pozulmasına dair heç bir dəlil təqdim edilməmişdir. Bundan başqa, məhkəmə-tibb ekspertizasının *** saylı rəyi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs aldığı çoxsaylı bədən xəsarətlərinin (əng sümüyünün və burun sümüklərinin yerini dəyişmiş sınığı, kəllə-beyin travması və s.) törədilən qəza nəticəsində meydana gəlməsi və dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər qrupuna aid edilməsi tam təsdiqini tapmışdır. ## ###### 2025-ci il tarixli hadisə yerinə baxış protokolu, qəzanın sxemi və fotoşəkillər də toqquşma nöqtələrinin məhz qarşı hərəkət zolağında yerləşdiyini, yolun asfalt örtüyünün quru və maneəsiz olduğunu göstərməklə Təqsirləndirilən şəxs qarşı zolağa çıxmaqla qəza şəraiti yaratdığını obyektiv şəkildə əks etdirir. Məhkəmə kollegiyası əməlin hüquqi tövsifinə toxunaraq bildirir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hərəkətlərini CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd olunan maddə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən pozulmasını nəzərdə tutur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini kobud şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaratmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, */**** saylı avtotexniki ekspertizanın rəyi ilə də təsdiq edilir ki, Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində qanunvericiliyin tələblərinə uyğunsuzluq olmuşdur və onun bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı mövcud idi. Digər sürücü İ.Əhmədovun sürücülük vəsiqəsinin olmaması faktı onun inzibati məsuliyyətini yaratsa da, baş vermiş yol-nəqliyyat hadisəsi ilə birbaşa səbəbli əlaqədə olmadığından Təqsirləndirilən şəxs cinayət məsuliyyətini istisna etmir və ya yüngülləşdirmir. Cəzanın təyin edilməsi və ədalətliliyi məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət qanununun cəza təyin etməyin ümumi başlanğıclarını tənzimləyən CM-in 58-ci maddəsinin tələblərinə tam riayət etmişdir. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində cəzanın həddindən artıq ağır olması, səmimi peşmançılıq çəkməsi və zərərçəkmişlə barışması barədə göstərdiyi dəlillər reallığı əks etdirmir. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında açıq şəkildə bəyan etmişdir ki, ona dəymiş ziyan ödənilməmişdir, o, təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Təqsirləndirilən şəxsin məhkəmədə özünü təqsirli bilməməsi, spirtli içki qəbul etməsini inkar etməsi və hadisəni digər sürücünün üzərinə yıxmağa çalışması onun əməlindən səmimi peşmançılıq çəkmədiyini və törətdiyi cinayətin nəticələrini dərk etmədiyini nümayiş etdirir. Bu baxımdan, iş üzrə CM-in 59cu maddəsində nəzərdə tutulmuş hər hansı mühüm yüngülləşdirici hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ailə vəziyyəti, himayəsində iki azyaşlı uşağının olması və əvvəllər məhkum olunmaması (üzərində məhkumluğunun olmaması) faktlarını diqqətdə saxlasa da, bu halların törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi qarşısında cəzanın azaldılmasına və ya şərti olaraq tətbiqinə əsas vermədiyi qənaətindədir. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək ağır nəticəli qəza törətmək cəmiyyət üçün yüksək risk daşıyan bir əməldir. CM-in 62-ci maddəsinin (qanunla nəzərdə tutulmuşdan daha yüngül cəza təyin edilməsi) və 70-ci maddəsinin (şərti məhkum etmə) tətbiq edilməsi üçün iş üzrə müstəsna hallar və ya şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasını əsaslandıran kifayət qədər zəmin mövcud deyildir. Ucar Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-in 263-1.2-ci maddəsinin sanksiyası daxilində təyin edilmiş 03 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə, əməlinin xarakterinə tam mütənasibdir, ədalətlidir və cəzanın məqsədlərinə (sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa) xidmət edir. Cəzanın çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi də qanunvericiliyin tələblərinə tam uyğundur. Məhkəmə hüquq tətbiqetmə təcrübəsində beynəlxalq standartların rəhbər tutulmasını mühüm hesab edərək qeyd edir ki, insan həyatı, sağlamlığı və ictimai təhlükəsizlik hüququ beynəlxalq birliyin qoruduğu ən ali dəyərlərdir. Bu baxımdan, təqsirləndirilən şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edərək digər şəxslərin fiziki toxunulmazlığına ağır zərər vurması, onun barəsində real azadlıqdan məhrum etmə cəzasının tətbiqini beynəlxalq hüquq müstəvisində də tam qanuni və mütənasib edir. Məhkəmə kollegiyası ilk növbədə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının (İnsan Hüquqları üzrə Avropa Konvensiyası) 2-ci maddəsində (Yaşamaq hüququ) və Konvensiyaya dair Avropa Məhkəməsinin presedent hüququnda təsbit olunmuş dövlətin pozitiv öhdəliklərinə istinad edir. Beynəlxalq hüququn bu imperativ tələbinə görə, dövlət yalnız fərdlərin yaşamaq və fiziki toxunulmazlıq hüququna qəsd etməməklə kifayətlənməməli, həm də cəmiyyətdə üçüncü şəxslərin qanunsuz, ehtiyatsız və ya cinayətkar hərəkətlərindən qaynaqlanan real təhlükələrin almaq üçün effektiv qanunvericilik və cəza mexanizmləri formalaşdırmalıdır. Təqsirləndirilən şəxs oğlunun alkoqollu içki qəbul edərək idarəetməni itirməsi və zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirməsi, cəmiyyətin ümumi təhlükəsizlik mühitinə və fərdlərin Konvensiya ilə qorunan hüquqlarına birbaşa təhdid formalaşdırmışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin şəxs barəsində cəmiyyətdən təcridetmə növündə cəza müəyyən etməsi, beynəlxalq sənədlərdə nəzərdə tutulmuş ümumi maraqların qorunması mütənasibliyi prinsipi ilə tam uzlaşır. Bununla yanaşı, nəqliyyat vasitələrinin idarə edilməsi sahəsində beynəlxalq hüquqi tənzimləmənin əsasını təşkil edən 1968-ci il tarixli "Yol hərəkəti haqqında" Vyana Konvensiyasının 8-ci maddəsinin tələbləri hazırkı iş üzrə həlledici əhəmiyyət kəsb edir. Həmin beynəlxalq konvensiyanın birbaşa imperativ normasına əsasən, hər bir sürücü hərəkətdə olan nəqliyyat vasitəsini tam idarə etmək üçün lazımi fiziki və psixoloji keyfiyyətlərə malik olmalı və hər an avtomobilə nəzarət edə biləcək vəziyyətdə qorunmalıdır. Təqsirləndirilən şəxs qanında 0,68% qatılıqda etil spirtinin tapılması, onun beynəlxalq konvensiyanın bu təməl qaydasını birtərəfli qaydada pozduğunu və qəsdən özünü nəqliyyat vasitəsini idarə edə bilməyəcək qeyri-adekvat psixofiziki vəziyyətə gətirdiyini subyektiv olaraq təsdiqləyir. Beynəlxalq yol hərəkəti standartlarının bu şəkildə rədd edilməsi nəticəsində yaranan qəza şəraiti, əməlin ictimai təhlükəliliyini artıraraq müdafiə tərəfinin irəli sürdüyü yüngül və ya şərti cəza arqumentlərini hüquqi baxımdan tamamilə əsassız edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 'Məhkəmə hökmü haqqında' ## ###### 2021-ci il tarixli qərarının tələblərinə görə, cəza elə seçilməlidir ki, o, yalnız məhkumun islahına deyil, həm də cəmiyyətdə qanunçuluq hissinin bərpasına xidmət etsin. Hazırkı işdə təyin edilmiş cəza həm fərdi, həm də ümumi prevensiya baxımından mütənasibdir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CPM-nin 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərər çəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 4 (dörd) saat üçün 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müdafiəçi1 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar