Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1004/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Nuriyev Elnur Aləm oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ##.##.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,147 və 0,102 qram, ümumi təmiz çəkisi 0,249 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına kimi daşımış, ##.##.2025-ci il tarixdə, saat 15:08-də Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evin qarşısında saxlanılaraq orada üzərinə videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş və yoxlama zamanı əynində olan boz rəngli sepli yun jaketinin sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,147 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,102 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.. Bundan başqa, o, istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə 2025-ci ilin iyun ayının əvvəllərində yaşadığı ünvan 5 ünvanında yerləşən həyətyanı sahəsində torpaqda qanunsuz olaraq xeyli miqdarda, yəni 13 ədəd yaş vəziyyətdə ümumi çəkisi 1100 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ##.##.2025-ci il tarixdə, saat 15:08-də ünvan 2 ünvanının yaxınlığında saxlanılıb yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi çəkisi 1100 qram olan xeyli miqdarda 13 ədəd əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq göstərilmiş bitki nümunələri əkilib-becərilməsi qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 2,524 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıyıb yaşadığı ünvan 1 ünvanında yerləşən evində saxlamış ## ######## 2025-ci il tarixdə, saat 14:44-də Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin qarşısında saxlanılmış və həmin tarixdə saat 17 radələrində yaşadığı ünvan 5 ünvanındakı evinə baxış zamanı qonaq otağındakı stolun üzərində metamfetaminə məxsus izlər olan 01 ədəd gümüşü elektron tərəzi, 01 ədəd bükümdə və 01 ədəd şprisdə olan 0,7 ml mayedə 0,08 qram külli miqdarda ümumi təmiz çəkisi 2,524 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-cü il tarixədək tutulduğu 02 (iki) gün, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə saxlanıldığı. 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş onun barəsində həbs qətimkan tədbiri seçilmiş, o, məhkəmə iclas zalında dərhal həbs edilmiş və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmuş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli ##.##.2026-cı il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülmüşdür. Həmin hökmdən narazı qalan müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələri ilə bəraət verilməsinə dair apellyasiya şikayətinin dəlillərini, eləcə də apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdikləri dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir İş materiallarında olan: - ##.##.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs geyindiyi tünd göy rəngli pencəyin sol döş cibindən gümüşü rəngli falqaya bükülmüş büküm aşkar edildi. Ardınca aşkar olunan büküm qablaşdırılaraq götürülmüşdür. ##.##.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqdim olunan 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümə və DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan zərfdən 01 büküm aşkar olunmuşdur. Sonra aşkar olunan büküm yenidən qablaşdırılıb möhürlənmişdir.Daha sonra bir ədəd DVD-yə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik maddənin aşkar olunması baradə bildirməsi əksini tapmışdır. . ##.##.2025-ci il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üzərində axtarış aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları onu narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyindən saxlanılan zaman ünvan 6 ünvanının qarşısında saxlanılan zaman gümüşü falqaya bükülmüş 01 ədəd büküm “metamfetamin” psixotrop maddəsinə bənzər bərk kristal maddəni polis əməkdaşlarına təhvil verdiyini bildirərək hazırda üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olmadığını, yaşadığı ünvanda narkotik maddələrin olduğunu, həmin narkotik maddələri də götürmək üçün evinə baxış keçrilməsinə etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış, baxış zamanı və götürmə üzü və arxası qara rəngli “Samsung” markalı mobil telefon aşkar olunaraq götürüldü və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Abdullayev. Bəhlul Bəhram oğlunun üzərindən aşkar edilmiş mobil telefon sübut əhəmiyyətli olduğundan qablaşdırılıb götürülmüşdür ##.##.2025-ci il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evdə olması ehtimal edilən narkotik vasitəni təqdim edilməsi təklif edilmiş və daha sonra həyətə daxil olunmuş, yaşadığı evə baxış keçirilərkən evində yerləşən stolun üzərindən bir ədəd büküm ağ kağıza bükülmüş “marixuana” bitkisinə bənzər maddə, stolun üzərindəki şüşə qabın içərisində bir ədəd büküm ağ kağıza bükülmüş “metamfetamin” psixotrop maddəsinə bənzər maddə, stolun üzərində gümüşü rəngli falqaya bükülmüş “marixuana” bitkisinə bənzər maddə, stolun bir ədəd şəffaf rəngli sellofana bükülmüş “metamfetamin” psixotrop maddəsinə bənzər maddə, otaqda olan şkafdakı siqaret qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş “marixuana" bitkisinə bənzər maddə və stolun üzərində tibbi iynənin içərisində olan maye halında maddə aşkar edilərək prosessual qaydada sənədləşdirilərək qablaşdırılıb ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Stolun üzərində olan elektron tərəzi sübut əhəmiyyətli olduğundan götürülmüş və başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir -##.##.2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ## ######## 2025-ci il tarixdə saat 14:44 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Balaəli Dadaşov küçəsində Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, R şahid1 və həmin şöbənin baş əməliyyat müvəkkili, R Şamxal İsmayılov küçədə dayanmış Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edirlər və Təqsirləndirilən şəxs də özünü təqdim etməsini xahiş edirlər. Həmin vaxt şahid1 Təqsirləndirilən şəxs sorğu-sual edir, Şamxal İsmayılov isə videoçəkilişi aparır. Bu zaman şahid1 Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli pencəyin sol sinə cibindən bir ədəd qızılı rəngli bükümü çıxararaq təqdim edir. şahid1 həmin bükümə baxdıqda orada ağ rəngli, kristal şəkilli maddə kütləsinin olmasını aşkar edir. Təqsirləndirilən şəxs həmin maddə kütləsinin nə olmasını soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirir. Bundan sonra şahid1 Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik maddə və ya psixotrop maddə saxlayıbsaxlamadığını soruşur. Təqsirləndirilən şəxs isə yaşadığı mənzildə də narkotik maddə və ya psixotrop maddə saxladığını bildirir və eyni zamanda narkotik vasitə olan “nəşə” çəkdiyini də qeyd edir. Bundan sonra şahid1 Təqsirləndirilən şəxs aşkar edilmiş qızılı bükümdəki kütləni ağ rəngli boş zərfə qoyaraq götürür. ##.##.2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ## ######## 2025-ci il tarixdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində həmin şöbənin təhqiqatçısı, R Sərxan Qarayev tərəfindən müfadiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarışda şöbənin baş əməliyyat müvəkkili, R Şamxal İsmayılov və müdafiəçi iştirak edir. Həmin şöbənin əməliyyat müvəkkili, R şahid1 videoçəkiliş aparır. X5 əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirir. X5 üzərinə baxış keçirir və 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilərək götürülür. Lakin, onun üzərindən küçədə baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd qızılı rəngli bükümdən başqa qanunsuz əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və predmet olmadığını, lakin yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxladığını bildirir. Daha sonra Sərxan Qarayev Təqsirləndirilən şəxs küçədə aşkar edilmiş qızılı rənglibükümə baxış keçirir və bükümdə ağ rəngli, kristal şəkilli maddə olduğu görünür. Həmin büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalanır və ekspertizaya təqdim ediləcəyi bildirilir. ##.##.2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ## ######## 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Balaəli Dadaşov küçəsində Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısı, R Sərxan Qarayev, həmin şöbənin baş əməliyyat müvəkkili, R Şamxal İsmayılov Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evə baxış keçirir. Baxış zamanı həyata keçirən proseslər həmin şöbənin əməliyyat müvəkkili, R şahid1 tərəfindən video çəkiliş aparılmaqla qeydiyyata alınır. Polis əməkdaşları Təqsirləndirilən şəxs məxsus göy rəngli darvazalı həyətə daxil olaraq həyətin sol tərəfində yerləşən bir mərtəbəli yaşayış evinə daxil olurlar. Bu zaman əvvəlcə evin içərisindəki stolun üzərindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş yaşıl rəngli qurudulmuş bitki kütləsi aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin nəyşə kimi tanıdığı narkotik vasitə olduğunu bildirir. Bundan başqa, həmin stolun üzərindəki qabın içərisindən şəffaf rəngli bükümün içərisindən ağ rəngli kristal şəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin metamfetamin olduğunu bildirir. Bundan başqa, həmin stolun üzərindən ağ kağıza bükülmüş vəziyyətdə olan yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər maddə kütləsi aşkar edilir. Bundan başqa həmin otaqdakı servatın içərisindən siqaret qutusunun içərisindən şəffaf rəngli sellofanın içərisində yaşıl rəngli maddə aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin nəyşə kimi tanıdığı narkotik vasitə olduğunu bildirir. Bundan başqa, içərisində şəffaf rəngli mayenin olduğu bir ədəd şpris və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürüldü. Daha sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər predmetlər X5 tərəfindən ekspertizaya təqdim olunması üçün zərfə qoyularaq qablaşdırılır ##.##.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə bir ədəd 01 dəqiqə 23 saniyədən ibarət videogörüntü mövcuddur. Diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, ## #### 2025-ci il tarixdə, saat 15:08-də Bakı şəhər, Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri R şahid5 və R Cəfərov İslam Sadıq oğlu ünvan 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmiş, təqdim etdikdən sonra onun da özünü təqdim etməsini tələb etmiş, daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli sepli yun jaketin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb təqdim edərək içərisində “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu və özünün şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Bundan başqa həmin cibində bir ədəd şəffaf sellofan kəsiyində ağ rəngli kağız hissələri, bir ədəd qızılı rəngli alışqan, jaketin sol yan cibində isə bir ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Üzərindən aşkar edilmiş bir ədəd büküm və şəffaf sellofan kəsiyindəki ağ rəngli kağız hissələri eləcə də bir ədəd Samsung markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, bir ədəd qızılı rəngli alışqan isə özünə qaytarılmışdır. Bundan sonra üzərinə yoxlama aparılarkən hər hansı bir maddə və ya predmet aşkar edilməmişdir. Bununla da əməliyyat müvəkkili R şahid5 saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində yoxlam və götürmə aparılmasının sona çatdığını bildirmişdir. ##.##.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ## #### 2025-ci il tarixdə, Bakı şəhər, Xəzər RPl-nin 2-ci Polis Şöbəsinin inzibati binasında təhqiqatçı R şahid4 xidməti iş otağında Bakı şəhəri, * saylı Vəkil Bürosunun vəkili X3, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçı R şahid4, Xəzər RPl-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri R Cəfərov İslam Sadıq oğlu və R şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 15:08 radələrində Xəzər RPİ-nin 2-ci PŞnin əməkdaşları tərəfindən saxlanılması, saxlanılarkən üzərindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki tərkibli maddə və şəffaf sellofan kəsiyindəki ağ rəngli kağız hissələri, eləcə də bir ədəd Samsung markalı mobil telefon aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb onunla birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirildiyini bildirdi. Bu zaman həmin bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki tərkibli maddə və şəffaf sellofan kəsiyindəki ağ rəngli kağız hissələri, eləcə də bir ədəd “Samsung” markalı mobil telefonu araşdırmaya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs sual verilərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükümün kimə məxsus olduğu və içərisində nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs cavab verərək bildirdi ki, üzərindən aşkar edilmiş büküm ona məxsusdur və içərisində “nəşə” kimi tanıdığı narkotik vasitədir. Bundan sonra təhqiqatçı ona 2-ci PŞ-də də üzərinə şəxsi axtarış, baxış və götürmə keçiriləcəyini bildirdi və Təqsirləndirilən şəxs buna etiraz etmədi. Bundan sonra təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edildi. Bu təklifdən sonraTəqsirləndirilən şəxs hazırda üzərində hər hansı bir əşya, predmet və ya maddə olmadığını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Bundan sonra həmin bükümə baxış keçirildi və maddi sübut kimi götürüldüyünü bildirmişdir. Bu zaman Xəzər RPl-nin 2-ci PŞnin əməliyyat müvəkkili R şahid5 həmin maddi sübutları araşdırmaya təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verilərək üzərindən aşkar edilərək götürülmüş və araşdırmaya təqdim edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükümdə nə olduğunu və nə məqsədlə əldə etdiyi barədə soruşulmuş, Təqsirləndirilən şəxs cavab verərək həmin bükümdə “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı ona üzərində təqdim etdiyi bükümdən başqa qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs cavab verərək üzərində başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Xəzər RPl-nin 2-ci PŞ-nin təhqiqatçısı R şahid4 tərəfindən bükümə baxış keçirildikdən sonra bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürmüşdür. Sonda Bakı şəhəri, * saylı Vəkil Bürosunun vəkili X3 müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs sual verərək nə vaxt tutulduğunu, hər hansı bir şikayət və ya etirazı olub-olmamasını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təsirə məruz qalıbqalmamasını, eləcə saxlanılması barədə ailə üzvlərinə məlumat verilib-verilməməsini soruşduqda Təqsirləndirilən şəxs cavab verərək bu gün, yəni ##.##.2025-ci il tarixdə tutulduğunu, heç bir şikayət və ya etirazı olmadığını, polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını və ailə üzvlərinə məlumat verildiyini bildirmişdir. Sonra müdafiəçinin bundan artıq sualı olmadığını bildirərək və bununla da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolji tibbi müəssisəsinsə dispanser qeydiyyata alınması məsləhət görülür Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələri ilə bəraət verilə bilməz. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, məhkum edilmiş şəxslərin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayətin törədilməməsi ilə bağlı dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir.. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ##.##.1999-cu il tarixli Bakı şəhəri Sabunçu rayon Xalq Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59, 61 və 65-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələrinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1004/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1004/2026
04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver