Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1008/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Məmmədov Habil Çingiz oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Həsənov İqbal Mehdi oğlunun iştirakı ilə, ## ###### 1998-ci il tarixdə Bərdə rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Bərdə rayonu, Güloğlular Ə/D, Qaradağlı kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.2, 29,120.2.4 və 157.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Belə ki, o, sevgi münasibətində olduğu şahid1 həyat yoldaşı Zərərçəkmiş şəxs tərəfindən davamlı olaraq təhqir və təhdid edildiyini güman etməsi kimi cüzi səbəbləri bəhanə edib sonuncunu xuliqanlıq niyyətilə qəsdən öldürmək qərarına gələrək, həmin niyyətini həyat keçirməkdən ötrü istintaqa məlumolmayan tikinti malları satılan mağazaya daxil olaraq soyuq silah hesab edilməyən dəftərxana bıçağı (rezak) almış, ##.##.2025-ci il tarixdə saat 08:15 radələrində Zərərçəkmiş şəxs və şahid1 yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək qapının açıq olmasından istifadə edib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan həmin tikilidə yaşayan şəxslərin iradəsi ziddinə və hər hansı razılığı olmadan qanunsuz olaraq həmin fərdi yaşayış evinə daxil olmuş, Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun əziz yaxınları olan, azyaşlı övladları ##.##.2021-ci təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 və həyat yoldaşı şahid1 gözləri qarşısında sonunculara xüsusi əzab və iztirab verdiyini dərk edərək, öz cinayətkar hərəkətlərini davam etdirib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gətirdiyi dəftərxana bıçağı ilə qəsdən öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs bir əli ilə boyun nahiyəsindən tutub digər əlində qeyd olunan kəsici alət ilə həyat üçün təhlükəli olan boğaz və baş nahiyələrinə zərbələr vuraraq sol gicgah nahiyəsində tüklü hissə ilə sol yanağın orta 1/3-i arası proyeksiyasının cərrahi tikişi olmayan 1 (bir) ədəd səthi kəsilmiş, sol yanağın orta 1/3-i ilə sol qulaq seyvanı sırğalığı arası proyeksiyanın 1 (bir) ədəd, çənəaltı nahiyənin mərkəzinin və boyunun yuxarı 1/3-nin sol yarısının 1 (bir) ədəd, boyunun ön səthinin yuxarı 1/3-nin sağ yarısının 1 (bir) ədəd, boyunun sol ön-yan səthinin orta-aşağı 1/3-nin 1 (bir) ədəd, arxa səthinin orta 1/3-nin sağ yarısının 1 (bir) ədəd, boyunun arxa səthinin sol yarısının orta 1/3-i ilə sağ yarısının aşağı 1/3-i arasını əhatə edən 1 (bir) ədəd və sol əl pəncəsinin ovuc səthində II-IV daraqsümükləriarası sahənin 1 (bir) ədəd cərrahi tikişli kəsilmiş yaraları dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməsi, sonuncunun hadisə yerində olan arvadı şahid1 ona mane olması, habelə Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş təxirəsalınmaz ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olduğundan o, sonuncunun qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur.. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş,. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələbinə əsasən islah işləri cəzasının dörd günü bir gün azadlıqdan. məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətə islah işləri cəzası 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınması müəyyən edilmişdir. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və ona daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, iş materiallarında olan - Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, ünvan 3 ünvanda yaşayır. Əvvəllər yəni, 2025-ci ilin fevral ayında Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinmiş və 1(bir) il 1 (bir) ay 11 (on bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, o, 2025-ci ilin mart ayının 22-si “Azar” sosial şəbəkəsində səsli danışıq qrupunda Zülfiyyə adlı qadınla tanış olmuşdur. Zülfiyyə ilə bir-iki gün “Azar” sosial şəbəkəsində danışıb yazışmış, bundan sonra bir-birilərinə nömrələrini vermiş və “WhatsApp” vasitəsi ilə danışmağa başlamışlar. İlk əvvəllər şahid1 evli olduğunu bilməmişdir. Təxminən danışmağa başladıqdan 10 gün sonra Zülfiyyə onların mənəvi cəhətdən çox yaxınlaşdıqlarını görüb ona evli olduğunu, iki azyaşlı övladının olduğunu, lakin ərindən ayrılmaq istədiyini və anasında 38.000 manat pulu olduğunu, özünə yeni ev alıb boşanacağını bildirmişdir. O, ilk öncə Zülfiyyənin evli olduğunu bildikdə əlaqəni kəsmək istəmişdir. Lakin sonradan Zülfiyyəni həm sevdiyi üçün, həm də əri ilə münasibətinin pis olduğu üçün əlaqəni kəsməmişdir. Onlar həmin vaxta kimi yalnız telefon vasitəsi ilə əlaqə qurmuşlar. İlk dəfə təxminən 2025-ci il aprel ayının 20-si dənizkənarı bulvarda görüşüb çay içmişlər. Bundan sonra isə mütəmadi görüşləri olmuşdur. Zülfiyyə ilə görüşdüyü ərəfədə təxminən üç dəfə sonuncunun evinə getmişdir. Zülfiyyənin evinə getdikdə əri evdə olmurdu. Uşaqları isə bağçada olmuşdur. O, Zülfiyyə ilə birgə bir neçə dəfə uşaqları bağçadan götürüb evinə ötürmüşdür. Bu səbəbdən Zülfiyyənin evinin yerini bilmişdir. İlk dəfə Zülfiyyənin evinə dalaşdıqları üçün barışmağa getmişdir. O, Zülfiyyə ilə görüşən zaman sonuncu ona həmişə əri tərəfindən döyüldüyünü, söyüldüyünü və yola getmədiklərini demişdir. O, da Zülfiyyəyə dəfələrlə ayrılmasını bildirmiş, sonuncu ayrılacağını, sadəcə bir neçə ay səbrli olmasını demişdir. O, bir neçə dəfə Zülfiyyənin ərinə görə kefinin olmadığını gördükdə başa düşmüşdür ki, əri tərəfindən döyülmüşdür. Hətta bir neçə dəfə də telefonda danışanda ərinin Zülfiyyəyə pis söyüşlər söydüyünü eşitmişdir. O, həmin zamanlar əsəbləşib Zülfiyyəyə ərinin axırına çıxacağını bildirmişdir. Lakin Zülfiyyə onu sakitləşdirmişdir. O, bir neçə dəfə Zülfiyyənin ünvanına gedərək telefonda bildirmişdir ki, “gəlib ərini öldürəcəm”. Lakin sonradan fikrini dəyişmişdir. Sonuncu dəfə isə ##.##.2025-ci il tarixdə səhər saat 06:30 radələrində yuxudan oyanıb Zülfiyyəyə “sabahın xeyir” yazıb yatmışdır. Bir müddət sonra oyananda görmüşdür ki, Zülfiyyə ona cavab yazaraq soruşmuşdur ki, “niyə telefona baxmırsan?”. O, Zülfiyyəyə cavab yazdıqda sonuncu ondan şəkil atmağını istəmişdir. O, Zülfiyyəyə yerindən şəkil atmış, bu dəfə isə Zülfiyyə onun başqa yerdə olduğunu və başqası ilə qaldığını bildirmişdir. Bu səbəbdəndə Zülfiyyə ondan “konumu” yəni olduğu ünvanı göndərməyini istəmişdir. Zülfiyyənin həmişə belə qısqanclıqları olduğu üçün çox da əhəmiyyət verməmişdir. Lakin Zülfiyyə onunla dalaşıb onu bloka atdıqda yenə səhər öz əri ilə dalaşdığını düşünmüş və bu səbəbdən kefinin olmadığını zənn etmişdir. Buna görə də Zülfiyyəyə bildirmişdir ki, “sən artıq ərinlə qaldığın müddətdə sənin başın gedir, hər şeyin başı sənin ərindir, gəlib sənin ərini öldürəcəm”. Zülfiyyə isə ona inanmayaraq yazmışdır ki, “bizim aramızdakı münasibət bitdi, sən mənə yalan danışmısan”. O, ##.##.2025-ci il tarixdə təxminən saat 08 radələrində Zülfiyyənin yaşadığı ünvan 4 ünvanının qarşısına gəlmişdir. Oraya gələrkən yolda məhlənin başında olan inşaat mağazasından təxminən 1 manat 40 qəpiyə rezak, yəni divar kağızı (oboy) bıçağı almışdır. O, Zülfiyyənin yaşadığı evin qapısının qarşısından bir neçə dəfə keçmiş, lakin içəri girməmişdir. Gözləmişdir ki, Zülfiyyə və əri uşaqları avtobus dayanacağına aparsın. Çünki oradan sonra Zülfiyyənin əri uşaqları aparır, Zülfiyyə isə tək evə qayıdırdı. Lakin o, qapının qarşısında olan zaman Zülfiyyənin əri Xəyalın Zülfiyyəni təhqir etdiyini eşitmişdir. Buna əsəbləşib “rezak”-ı, yəni divar kağızı (oboy) bıçağını qutusundan çıxararaq açmış və evin qapısının açıq olmasından istifadə edərək evə girmişdir. Evə girdikdə Xəyalın qonaq otağından yataq otağına keçən pilləkənin üzərində dayandığını, Zülfiyyə ilə əl qolla danışdığını görmüşdür. Həmin vaxt azyaşlı uşaqları daXəyalın yanında idilər. Həmin vaxt onun əsəbləri tab gətirməmiş və arxadan Xəyalın üzərinə tullanıb sağ əlində olan divar kağızı (oboy) bıçağı ilə Xəyalın boğazını ön tərəfdən sağdan sola kəsmiş, bundan sonra Xəyal ona tərəf dönərək onun əlindən divar kağızı (oboy) bıçağını almağa çalışmışdır. Bu zaman aralarında münaqişə baş vermişdir. Həmin vaxt o, divar kağızı (oboy) bıçağını istiqamətsizcə Xəyalın üzərinə atmışdır. Xəyal isə onun əlindən bıçağı almağa çalışmışdır. Bu zaman onun ayağı büdrəmiş və pilləkənin yanındakı divana yıxılmışdır. Xəyal isə onun üzərinə yıxılmışdır. Xəyal yenədə onun əlindən divar kağızı (oboy) bıçağını almağa çalışmışdır. O, güc verib Xəyalı üzərindən yerə yıxmış, lakin yerdə yenə Xəyal onun üzərinə qalxıb əlindəki divar kağızı (oboy) bıçağını almağa çalışmışdır. Bu zaman o, yenə həmin divar kağızı (oboy) bıçağını Xəyalın üzərinə dəfələrlə atmışdır ki, Xəyal onu buraxsın, çünki artıq gücü çatmamışdır. Bu zaman Xəyal qorxub ayağa qalxmışdır. Həmin vaxt bıçaq onun əlindən düşmüşdür. Onlar dalaşdıqları zaman Zülfiyyə onları aralamağa çalışmışdır. Zülfiyyə də onun əlindəki divar kağızı (oboy) bıçağını almağa çalışmışdır. Xəyal çölə çıxdıqda o, da Xəyalın arxasınca çölə çıxmışdır. Lakin qonşuların çöldə olduğunu gördükdə dayanmış və üzərində Xəyalın qanı olduğu üçün oradan uzaqlaşıb gedib əl üzünü yumuşdur. O, oradan uzaqlaşanda sağ əlinin kəsildiyini görmüşdür. Fikirləşmişdir ki, o, divar kağızı (oboy) bıçağını buraxmaq istəmədikdə onun da əli kəsilmişdir. Bundan sonra aptekə gedib dərman və bint alaraq əlini sarımışdır. Sonra isə polis əməkdaşları ilə birgə bölməyə getmişdir. Əlində olan divar kağızı (oboy) bıçağı isə Zülfiyyənin evində qalmışdır. O, ##.##.2025-ci il tarixdə Zülfiyyə ilə arasında olan münasibəti düzəltmək üçün sonuncunun evinə getmişdir. Yolda gələrkən “rezakı” yəni, divar kağızı (oboy) bıçağı Zülfiyyənin əri Xəyalı vurub öldürmək niyyəti ilə almışdır. Çünki Xəyalın yenə də Zülfiyyəyə evdə əziyyət verdiyini fikirləşmişdir. O, Xəyalın evinin qarşısına çatdıqda ilkin olaraq sonuncunu öldürmək və əlindəki divar kağızı (oboy) bıçağını istifadə etmək fikrindən daşınmışdır. X3 söydüyünü eşitdikdə gözü dönmüş və özündən asılı olmayaraq Xəyalı öldürməkdən başqa heç bir şey düşünə bilməmiş və evin içinə girərək Xəyala arxadan hücum edib əlindəki divar kağızı (oboy) bıçağı ilə birbaşa Xəyalın boğazını kəsmişdir. Lakin sonradan Xəyala gücü çatmadığı üçün istəyini yarımçıq qoyub oradan uzaqlaşmışdır. Hadisə zamanı bilərəkdən şahid1 xəsarət yetirməmişdir. Zülfiyyə divar kağızı (oboy) bıçağını ondan almaq istəyən zaman və əri ilə onu aralamaq istəyən zaman hansısa xəsarət almış ola bilər, lakin bu barədə onun orada məlumatı olmamışdır. O, əlindəki divar kağızı (oboy) bıçağını buraxmamaq üçün tutduqda sol əlinin baş barmağı kəsilmişdir. Hadisə zamanı əynində qara rəngli qısaqol köynək, tünd göy rəngli cins şalvar olmuşdur. Həmin paltarları təcridxanaya gəldikdən sonra çıxarıb atmışdır Birinci instansiya məhkəməsi zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixdə səhər tezdənZülfiyyə ilə yuxudan oyanıb uşaqları bağçaya hazırlayırdılar. Həmin vaxt evin havasının dəyişməsi, həm də uşaqların hava alması üçün evin çöl qapısını açmışdır. Bu zaman Zülfiyyə uşaqlarla birlikdə yataq otağında idi. Evin yataq otağına qonaq otağından 3-4 pilləkən qalxaraq keçmək mümkündür. Qonaq otağında pilləkənin aşağısında dayanıb üzü yataq otağına baxaraq Zülfiyyə və uşaqları çağırmışdır. Uşaqlar birlikdə yanına gələndə Zülfiyyənin geyindiyi paltar xoşuna gəlmədiyi üçün aralarında sözlü mübahisə olmuşdur. Zülfiyyəyə paltarını dəyişməyi tapşırmışdır. Zülfiyyə yataq otağına gedərkən uşaqlar yanında qalmışdır. Övladları Əli və Ülvi ilə oynayan zaman evin qapısından kiminsə içəri daxil olduğunu hiss etmişdir. Həmin şəxs arxadan üzərinə hücum edərək ona qarşı nalayiq ifadə işlədib bir əli ilə boynundan tutub, digər əlindəki kəsici alətlə yəni, divar kağızı bıçağı (rezak) ilə boğazını kəsmişdir. O, cəld həmin şəxsə tərəf çönüb əlini tutmağa çalışsa da, sonuncu əlindəki divar kağızı bıçağı ilə boğazına zərbələr endirməyə davam etmişdir. Həmin vaxt həmin şəxsin bıçaq olan sağ əlini tutmağı bacarmış, itələşən zaman sonuncunu yerə yıxmış, sol əli ilə həmin şəxsin əlindəki bıçağı və əlini tutmuşdur. Bu zaman əli kəsilmişdir. Sağ dizini həmin şəxsin sinəsinin üzərinə qoyaraq Zülfiyyəni köməyə çağırmış və bıçağı almağa kömək etməsini istəmişdir. Həmin vaxt Zülfiyyə yanlarına gəlib ayırmağa köməklik etmişdir. O, bıçağı həmin şəxsin əlindən aldıqdan sonra gözlərinin qaraldığını və çoxlu qan itirdiyini hiss etmiş və evdən qaçaraq çölə çıxıb qonşulardan kömək istəmişdir. Ona hücum edən şəxs isə mətbəxə keçib oradan ayrı bıçaq götürüb arxasınca gəlmişdir. Lakin qonşulardan Afət, sonuncunun oğlu Orxan və digər qonşular çölə çıxdığı üçün həmin şəxs oradan qaçaraq uzaqlaşmışdır. Həmin şəxs arxa çölə çıxdıqda əlindəki mətbəx bıçağını görmüş, sonuncu qışqıraraq “mən bu işin axrına çıxacam” demişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.2, 29,120.2.4 və 157.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün etirafı və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin ## ###### 2026cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarından görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsi ilə 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətinin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təyin edilmiş cəza ilə bağlı gətirilmiş dəlillərini əsassız hesab edir və cəzanın yüngülləşdirilməsi üçün hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.2, 29,120.2.4 və 157.1-ci maddələrinin sanksiyası hüdudlarında apellyasiya şikayətinin cəza ilə bağlı dəlillərinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.2, 29,120.2.4 və 157.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Həsənov İqbal Mehdi oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Həsənov İqbal Mehdi oğluna 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən veilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.2, 29,120.2.4 və 157.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Həsənov İqbal Mehdi oğluna 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1008/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1008/2026
04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver