Məhkəmə qərarları › İş №1(3-6)-1012/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1012/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1012/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X4 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-*)-***/**** saylı hökmündən müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim B.Ə.Pənahov, hakimlər H.E.Kamranov və H.İ.Hüseynlidən ibarət tərkibdə) ## #### 2026-cı il tarixli hökmü ilə, ## ####### 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), ali təhsilli, evli, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 79, mənzil 47-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Bennam” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən o, “Bennam” adlı şəxin sifarişi və pul təklifi ilə deyilən ünvanlara çatdırılması üçün naməlum tarix, vaxt və şəraitdə istintaqla müəyyən edilməyən ünvanda yerləşdirilən bir ədəd torbanın içərisində 13 ədəd sellofan bağlamada eyni tərkibli olmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 870 qram, 985 qram, 975 qram, 1015 qram, 990 qram, 1020 qram, 1005 qram, 995 qram, 975 qram, 995 qram, 980 qram, 990 qram və 995 qram, bir ədəd torbanın içərisində 06 ədəd sellofan bağlamada eyni tərkibli olmaqla, ayrı ayrılıqda təmiz çəkiləri 995 qram, 990 qram, 990 qram, 980 qram, 960 qram və 995 qram olmaqla, ümumilikdə külli miqdarda 18.700 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib idarə etdiyi “Audi” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşımaqla qohumu, cinayətin törədilməsinə aidiyyəti olmayan X2 yaşadığı ünvan 2 ünvanında saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, ##.##.2025-ci il tarixdə, saat 09:30-da Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ** saylı ünvanda yerləşən “Su İdman Sarayı” idman kompleksinin yaxınlığında saxlanılmış, saat 10:40-dan etibarən onun və Arif Rzayevin razılıqları və iştirakları ilə sonuncunun yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman evin həyətyanı hissəsində yerləşən yarımtikilinin içərisindən və evin həyətindəki divanın alt hissəsindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Hökmdən müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilərək onun törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etməklə həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsini yalnız mülahizələrlə əsaslandırmışdır. Belə ki, Təqsirləndirilən şəxs kiminlə əlbir olması, əlbir olduğu şəxsin şəxsiyyətinin müəyyən olunması, habelə narkotik vasitəni məhz kimə satması və ya satmaq istəməsi müəyyənləşdirilməmiş, yalnız guya İran vətəndaşı ilə olan yazışmaları əsas götürməklə ittiham irəli sürülmüşdür. Halbuki sübut növü kimi istinad olunan yazışmalarda narkotik vasitənin hansı miqdarda olması barədə hər hansı bir məlumat qeyd olunmamış və ümumiyyətlə yazışmaların özü belə kim tərfındən yazılması müəyyən edilməmişdir. Həm ibtidai araşdırma dövründə, həm də məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı vətəndaşdan məhz özünün şəxsi istifadəsi üçün özündə saxlamaq niyyətində olduğunu bildirmiş, onun satışı ilə bağlı hər hansı şəxslə sövdələşmədiyini qeyd etmişdir. Bunun əksini təsdiq edən hər hansı sübutu isə istintaq orqanı orta qoya bilməmişdir. İşin faktiki hallarından da görünür ki, narkotik vasitənin satış əlamətlərini özündə ehtiva edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun nəzərdə tutduğu hallar (çəkilib xırda bağlamalara bükülməsi, tərəzinin olması və s.) mövcud deyildir. Sübut etmə vəzifəsi isə qanunvericiliyin tələbinə görə məhz ittiham tərəfinin üzərinə düşdüyü halda bununla bağlı hər hansı bir sübut növü təqdim edə bilməmişdir. Qeyd olunan halla bağlı bütün şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğu halda təəssüflər olsun ki, birinci instansiya məhkəməsi qanunvericiliyin bu tələblərinə riayət etməmiş, əksinə təqsirləndirilən şəxsin irəli sürdüyü faktlara tənqidi yanaşmış, işdə maraqlı tərəf olan polis əməkdaşlarının ifadələri isə əsas götürmüşdür. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verərək, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, müdafiə tərəfin apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən ittiham hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmü mübahisələndirilərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq edilmiş iş materialları əsasında yoxlamağı zəruri hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisəsi ilə bağlı irəli sürülən dəlillərə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlar əsasında obyektiv hüquqi qiymət verərək, hökmü qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından qanuni və əsaslı sayır, habelə məhkəmənin iş üzrə gəldiyi nəticəni tədqiq olunmuş sübutlara və onların məcmusuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X9 təməl prinsiplərindəndir. Qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, istintaq sənədlərinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiə hüququ istintaq orqanı tərəfindən Milli və Beynəlxalq hüquq normaları daxilində təmin olunmuş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı hallar aşkar edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş mümkün sübutlara, habelə təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrə, həmçinin ibtidai istintaq orqanı tərəfindən toplanmış sübut əhəmiyyətli sənədlərə, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yanaşması qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə bir-biri ilə əlaqəli tədqiq və təhlil olunmasından belə məlum olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi və məhkum olunması xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhs həmin sübutların məcmusu əsasında düzgün müəyyənləşdirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsində istinad olunan sübutlar tədqiq olunmuş və onlar mümkünlüyü üzrə qiymətləndirilmişdir. Hökmdən görünür ki, apellyasiya şikayətində qeyd olunan hallar, işin müəyyən olunmuş faktiki halları ilə əlaqəli şəkildə təhlil olunmuş və bu xüsusda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin hüquqi tövsifi, tədqiq olunmuş istintaq sənədləri, qanunvericiliyin tələbləri və məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi tövsiyyəsi nəzərə alınaraq müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə birbiri ilə əlaqəli tədqiq və təhlil olunmasına rəğmən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunması xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhz həmin sübutların məcmusu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, habelə şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətinin protokollarının, digər sənədlərin tədqiqi, onların müzakirəsi və təhlili ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun sayaraq onunla razılaşaraq qeyd edir ki, bu xüsusda şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması faktı işdə olan müvafiq məlumatlarla əlaqəli sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət vermiş və həmin sübutlar yoxlanılarkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələ üzrə hüquqi mövqeyi və gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair işin faktiki halları müəyyən olunarkən, məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna, qanunun müddəalarına istinad olunmaqla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarlarının hüquqi tövsiyyələri də nəzərə alınmışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası, apellyasiya şikayəti ilə əlaqədar iş üzrə toplanmış sübutlarda (o cümlədən şikayətdə istinad edilən sübutlarda) olan məlumatları bir daha təhlil edərək vurgulayır ki, şikayətin yuxarıda göstərilən dəlilləri təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi, məhkəmədə tədqiq olunmuş sübutları məcmu halda mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə yoxlamış və həmin sübutların təhlili ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq qiymətləndirmişdir. Məhkəmə kollegiyası bununla bağlı mövqeyini iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmusuna rəğmən qətiləşdirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli ** №-li qərarının hüquqi tövsiyyəsinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. İstintaq materiallarında və hökmdə əks olunan ifadələrin müqayisəli təhlilinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığına görə, həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara, onlarda olan məlumatlara əsaslanmış, mövqeyini (gəldiyi nəticəni) qətiləşdirərkən işin müəyyən olunmuş faktiki hallarına və qanunun tələblərinə istinad etmişdir. Həmin nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanunsuz olması haqqında qənaətə gəlmək üçün əsas vermir, habelə iş materialları ilə əlaqəli olan məlumatlara da uyğun deyildir. Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara və verilmiş apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, istintaq və məhkəmə hərəkətinin protokollarının, ekspert rəylərinin və işdə olan digər sənədlərin təkrarən elan olunmasına, onların müzakirəsinə və təhlilinə lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, bu xüsusda verilmiş şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 145.2-ci (Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər) maddəsinin tələblərini və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə alır. Qeyd olunan xüsusatları nəzərə alan məhkəmə kollegiyası, ibtidai istintaq və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması faktı üzrə şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış digər sübutların bir-biri ilə əlaqəli şəkildə təhlili bir mənalı olaraq göstərir ki, bu məsələdə sübutların mötəbərliyi və mümkünlüyü mübahisəsizdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmədə tədqiq olunmuş biri-digərinə kifayət qədər uyğun gələn mötəbər və mümkün sübutların məcmusuna əsasən, birinci instansiya məhkəməsi gəldiyi nəticəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş və bu xüsusda məhkəmə aktı qəbul olunarkən Ali Məhkəmənin Plenum qərarlarının hüquqi tövsiyyələri nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış məhkəmə araşdırmasının nətcələri və tədqiq olunmuş sübutların məcmusu ilə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təsdiq olunmaqla yanaşı, onun ibtidai istintaq zamanı təsir və təzyiqə məruz qalması ilə bağlı iddialar da təkzib olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli ** №-li qərarının hüquqi tövsiyyəsində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Birinci və apellyasiya instansiyası məhkəməsi zamanı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə irəli sürülmüş dəlillər ittiham tərəfin təqdim etdiyi mümkün və mötəbər sübutların məcmusu ilə müqayisədə təkzib edilmişdir. İş üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılmış mümkün sübutların təhlilini dir daha nəzərə alan məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin tövsif edilməsi haqqında şikayətin dəlillərini əsassız hesab edir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları bir daha tədqiq və təhlil edərək, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, qanunvericilik təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ona qarşı ittihamın əsası kimi qəbul edilməsinin mümkünlüyünü yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halla şərtləndirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək və ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edə biləcək konkret sübutlar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil və bu xüsusda verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli hökmü, verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar