Məhkəmə qərarları › İş №1(3-6)-1016/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1016/2026

30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1016/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) ## #### 1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, X10 sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Bakıxanov küçəsi, ev 17-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni massiv, döngə 24, nömrəsiz evdə yaşamış, barəsində həbas qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 5,663 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, ## #### 2025-ci il tarixdə, saat 17:25 radələrində Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları inzibati ərazidə xidmətdə olarkən ünvan 3 ünvanının qarşısında narkotik vasitələrin aludəçisi olmaqda şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,663 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını, Təqsirləndirilən şəxs İnsan Hüquqları və X21 haqqında Konvensiyanın 3, 5, 6, 8, 9, 10, 11, 13 və 18-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusunun tanınmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci ildə 5 nəfər şəxs tərəfindən Keşlə qəsəbəsində yerləşən Ət kombinatının həyətində tutulub və 10-15 dəqiqə içərisində 23-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib. 23-cü Polis Bölməsində döyülüb və məcbur edilib ki, etirafedici ifadə versin. 23cü Polis Bölməsində ailəsinə məlumat verilməyib və öz vəkilinin olduğunu bildirsə də, vəkilinə məlumat verilməyib. Ərizəçi heç bir sənədə imza atmayıb. Lakin dövlət hesabına təyin edilən vəkil protokollarda Ərizəçinin qeydlərini yazmayıb. Ərizəçi bildirir ki, şəxsi axtarış aparılarkən belə videoçəkilişdə də narkotikin ona məxsus olmadığını deyib. ## #### 2025-ci ildə Ərizəçinin vəkili onunla Nizami RPİ MSY-də görüşüb. Ərizəçinin gözünün üstündə qançır izi olduğunu görüb. Ərizəçi vəkilinə bildirib ki, gecə MSY-də saxlanılarkən ona fanta verilib və onun içərisində narkotik olub. Çünki 20-30 dəqiqə içərisində vəziyyəti pisləşib və TTTY çağırılıb. Ərizəçinin huşu gələndə ona deyiblər ki, * saylı X13. Vəkil dərhal Baş Prokurorluğa və Ombudsman Aparatının qaynar xəttinə müraciət edib və rəsmi məktublar göndərib. Xahiş edib ki, Ərizəçinin işgəncəyə məruz qalması faktı araşdırılsın. ## #### 2025-ci ildə Ərizəçi şübhəli və təqsirləndirilən şəxs qismində tutulub və CM-nin 234.1-1-ci maddəsi ilə ittiham edilib. Ərizəçi bildirib ki, günahsızdır və işgəncəyə məruz qalıb. Ərizəçinin vəkili protokolda qeydlər verib və xahiş edib ki, kamera görüntüləri götürülsün, şahidlər dindirilsin və s. Elə həmin gün də müstəntiq vəsatətlə məhkəməyə müraciət etdi. Həmin vaxt Ərizəçi Nizami rayon prokurorluğuna aparıldı və prokurorun köməkçisi ilə görüşdü. Ərizəçi ona da işgəncəyə məruz qaldığını bildirdi. Məhkəmə prosesində Ərizəçinin vəkili aşağıdakı vəsatətləri təqdim etdi. Ət kombinatı ətrafında olan TŞ kameralarından, 23-cü PB-nin giriş-çıxış və dəhlizindəki kameralardan, Nizami RPİ MSY-nin giriş-çıxış və dəhlizindəki kameralardan kamera görüntüləri götürülsün. MSY-nin qeydiyyat kitabçası və tibbi kitabçasından müvafiq səhifələr götürülsün. 23-cü PB-nin rəisi şahid kimi dindirilsin. Məhkəmə heç bir vəsatəti təmin etmədi. Döyülməsi ilə bağlı təqsirləndirilən şəxsin ifadələrində göstərdikləri məqamları yoxlamaq məqsədilə, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş və həmin kitabçaya proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin tibbi kitabçasında onun xəsarət aldığını bildirməsinə rəğmən, tibbi müayinəsi zamanı bədən səthində yeni xəsarət izlərinin aşkarlanmadığı barədə qeydlərin olduğu müəyyən edilmişdir. Məhkəmədə dindirilmiş polis əməkdaşları olan şahidlər onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq, o cümlədən fiziki və psixi təzyiq göstərilmədiyini bildirdilər. Bununla da, məhkəmə belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən boyun qaçırmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ərizəçi bildirir ki, o, tutulduğu andan müdafiə hüququ pozulub. Ona dövlət hesabına vəkil təyin etsələr də, vəkil onun müdafiəsini həyata keçirməyib. Əksinə təhqiqatçı və müstəntiqin verdiyi sənədləri sorğu-sualsız imza edib. Ümumiyyətlə, Ərizəçi bildirir ki, onun vəkili olub. Hətta vəkili Nizami RPİ-yə gəlib. Onun döyüldüyünün şahidi olub. Baxmayaraq ki, təxirəsalınmaz əməliyyat-axtarış hərəkətlərinin keçirilməsinə dair qərarda Ərizəçinin üzəri, evi dərhal axtarılmalı və tutulması çəkilişlə aparılmalı idi, lakin polis bu qərarı icra etməyib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilən əsaslarla Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, sürücü işləmiş, tort və ayaqqabı qablarının çatdırılmasını həyata keçirmişdir. 10 iyun tarixində sifarişi təhvil verib qayıdarkən köhnə ət kombinatının ərazisinə maşınla daxil olmuş, sol tərəfə dönüb maşından düşüb köşkdən özünə su almaq istədikdə tanımadığı mülki geyimdə, qara rəngli “Jeep”ə bənzər maşında olan 4-5 nəfər şəxs onu saxlamışlar. Həmin şəxslər onu saxlayarkən kim olduqlarını təqdim etməmiş, sadəcə maşına mindirib həmin ərazidən uzaqlaşdırmışlar. Maşında onlara sual verdikdə danışmamasını bildirmiş, yenidən sual verən zaman başının arxasından vuraraq susmasını demişlər. Həmin ərazidən çox uzaqlaşmamış, Davud Aslan küçəsindən 50-100 metr uzaqlaşıb maşını saxlamışlar. 15 dəqiqə sonra polis əməkdaşları gəlmiş, saxlayan şəxslər gələn polis əməkdaşlarına onu təhvil vermişlər. Bundan sonra polis əməkdaşları onu ** saylı Polis bölməsinə aparmışlar. Təhvil alan şəxslər 2 nəfər polis əməkdaşı, 1 nəfər də sürücü olmuşdur, maşının ön oturacağında başqa kiminsə əyləşib- əyləşmədiyini xatırlamır. Bölmədə onu sorğu-sual etmiş, hədə-qorxu gəlmiş, şillə-təpiklə döymüşlər. Önünə adını bilmədiyi narkotik vasitəni qoyaraq ona aid olduğunu qəbul etməsini istəmişlər. Polis əməkdaşları 3 büküm narkotik vasitəni boynuna götürməsini bildirmişlər. O, nə istifadəçi, nə də daşıyıcı olduğundan polis əməkdaşlarının dedikləri ilə razılaşmamışdır. Polis əməkdaşları bölmədə onunla 1-2 saat müddətində söhbət etmişlər. Onun hansı səbəbdən bunu etməli olduğunu izah etməmişlər. O, dini hərəkatın üzvüdür, tez-tez X7 yanına gedib-gəlmişdir. X7 hal-hazırda ** saylı cəzaçəkmə müəssisəsindədir. Hacı Taleh onun din qardaşıdır. O, Hacı Talehin uşaqlarını aparıb-gətirmişdir. Hacı Talehin yanına gedib-gəldiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır, bu hamıya məlumdur. Polis əməkdaşları onu bölmədə ailəsi ilə təhdid etmişlər. Bölməyə apardıqdan sonra ikinci mərtəbəyə qalxmışlar, onu otaqların birinə salmışlar. Bütün prosedur hərəkətlər həmin otaqda həyata keçirilmişdir. Polis əməkdaşları tez-tez yanına gəlib onu döymüş, şillətəpik vurmuşlar. Nə qədər etsələr, narkotik vasitələri boynuna götürməmişdir. Onu zala bənzər böyük bir otağa gətirmişlər. Orada səhv etmirsə, polis əməkdaşlarının rəisi əyləşmiş, bir nəfər də yanında dayanmışdır. Rəis olduğunu düşündüyü şəxs ona sənədlərə imza çəkməli olduğunu demişdir. O razılaşmamış, sənədlərin heç birinə də imza çəkməmişdir. Bundan sonra onu yenidən otağa qaytarmışlar. Otaqda hədə-qorxu gəlmişlər. Otağa mülki geyimdə bir şəxs daxil olmuş, şəxs otağa gəldikdən sonra 3 nəfər əməliyyatçı çıxmışdır. Həmin şəxs onunla mehriban şəkildə danışaraq sənədlərə imza çəkməli olduğunu, çəkmədiyi halda başına nə gələcəkləri izah etmişdir. O, həmin şəxslə də razılaşmamışdır. Bundan sonra əməliyyatçılar otağa daxil olmuşlar. Onun üzərinə narkotik vasitə yerləşdirdikdən sonra onu birinci mərtəbəyə aparmışlar. Birinci mərtəbəyə düşdükdən sonra həyət kimi yerə aparmışlar, oradan keçdikdən sonra bir otağa daxil olmuşlar. Otaqda təhqiqatçı, müdafiəçi, 3 nəfər əməliyyatçı olmuşdur. Əməliyyatçılardan biri videoçəkiliş aparmış, digər ikisi onun yanında dayanmışdır. Videoçəkiliş zamanı ondan üzərində qanunsuz vasitə olub-olmadığını soruşmuşlar. O da üzərindəki narkotik vasitəni əməliyyatçıların yerləşdirdiyini demişdir. Videoçəkiliş zamanı Polad Mehdiyev adlı müdafiəçi iştirak etmişdir. Polis əməkdaşları onu sonradan MSY-ə aparmışlar, 5-10 dəqiqə sonra otağa 55-60 yaşlarında bir şəxs daxil olmuşdur. Həmin şəxsin bədəni döymələrdən ibarət imiş və əlində su və peraşki var imiş. Onlar bir müddət söhbət etmişlər, həmin şəxs onun tanışların adlarını çəkmiş, onun kimi şərlənən neçə günahsız gənc olduğunu demiş, söhbət edərək güvənini qazanmışdır. Daha sonra əlindəki sudan həm özünə, həm də ona süzmüşdür. Birinci özü sudan içmiş, daha sonra o içmişdir. Suyu içdikdən 10-15 dəqiqə sonra onun halı pisləşmiş, özünü itirmişdir. Gözünü “Semaşko” xəstəxanasında açmış, ayıldıqdan sonra izahat yazmışdır. Sonra polis əməkdaşları onu narkoloji dispanserə aparmışlar, orada qan analizi vermiş, qanında narkotik maddə aşkar olunmuşdur. Daha sonra ekspertizaya aparmışlar, həmin vaxt gözünün üzərində çapıq var imiş. Ekspertizadan da keçdikdən sonra polis əməkdaşları onu MSY-ə geri qaytarmışlar. MSY-ə qaytarıldıqdan bir gün sonra “Şüvəlan”a göndərmişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, o, ibadət əhlidir, namaz qılır, səhər işə gedib, axşam evə qayıdır. Heç bir cinayət əməli törətməmişdir, bütün pis hərəkətlərdən uzaqdır. Onun heç bir asılılığı olmamışdır. Polis əməkdaşlarının onu saxlamaları üçün heç bir səbəb olmamışdır, burada qərəzli hərəkət olduğu aşkardır. Onun kimi yüzlərlə günahsız gənc şərlənərək bu şəkildə saxlanılmışdır. Dini hərəkatın üzvü olduqları üçün qərəzli şəkildə bu işin törədildiyini düşünür. “Şüvəlan”da olarkən DTX əməkdaşı ona demişdir ki, "biz Hacı Talehi islah olunması üçün saxlamışıq, siz də onun yanına gedərək dəstək olursunuz”. Qərəz elə buradadır. “Şüvəlan”da ona deyilmişdir ki, yanına gələn DTX əməkdaşıdır, onunla söhbət etmək üçün gəlmişdir. İbtidai istintaqda heç bir sənədə imza çəkməmişdir. Polis əməkdaşları onu saxlayarkən heç bir səbəb deməmişlər, sadəcə maşına mindirib oradan uzaqlaşdırmışlar, onu saxlayan kimi telefonunu əlindən almışlar. ** saylı Polis bölməsinə gətirildikdən sonra əməliyyatçılar telefonunun parolunu istəmişlər. O da parolu daxil edib telefonu onlara vermişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı müddətədək üzərində heç bir xəsarət, yara izi olmamışdır. O, bu hadisələrdən çox qısa müddət öncə maşınla yol qəzası törətmişdir. Bundan sonra onu Maştağadakı narkoloji dispanserə qan analizi verməsi üçün göndərmişlər. Qan analizi verdikdən sonra narkotik maddə aşkar olunmadığını təsdiq edən sənədi Sabunçu şəhərindəki X4 vermişdir. Yol qəzasında üzündə ciddi xəsarət yaranmamışdır, sadəcə maşını başqa bir şəxsin maşınına dəymişdir. X14 yanına gələn yaşlı məhkum özünü Murad kimi təqdim etmişdir. Onunla 30-40 dəqiqə söhbət etmiş, daha sonra suyu içmiş, özünü itirmişdir. Özünə gəldikdən sonra o şəxsi bir daha görməmişdir. Murad adlı şəxs onunla tanış şəxslər barədə danışmışdır, Tural Vəliyev adlı şəxsin adını çəkmişdir, hansı ki, həmin şəxs hal-hazırda ** saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü Polis bölməsinin baş əməliyyat müvəkkili şahid3 ifadəsində göstərdi ki, ## #### 2025-ci il tarixdə, Nizami rayonu, Keşlə qəsəbəsində inzibati ərazidə xidmətdə olarkən, digər əməliyyat müvəkkilləri ilə birlikdə, Davud Aslan 13 ünvanında axşam saat 17:00 radələrində Təqsirləndirilən şəxs görmüşdür. Onlar 3 nəfər imiş. Təqsirləndirilən şəxs həmin ünvanda şübhəli hərəkətlər etmişdir. Elgizin şübhəli hərəkətlərinə görə şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmişlər. Onlar həmin vaxt mülki geyimdə olmuşlar. Elgizə hüquq və vəzifələrini izah etdikdən sonra ona suallar vermişlər. Elgiz verilən suallara cavab verməkdən yayınmışdır, bununla yanaşı, Elgizin zahiri görünüşü də narkotik vasitə istifadəçisinə bənzəyirmiş. Bunların hamısı onlarda müəyyən şübhələr yaratmışdır. Elgiz onlarla danışdığı müddət ərzində telefonundan nəsə silməyə çalışmışdır. Elgizdən onlara istifadəsində olan mobil telefonu təqdim etməsini istəmişlər. Elgiz də "Redmi” markalı mobil telefonunu onlara könüllü şəkildə təqdim etmişdir. Elgizə hüquq və vəzifələrini izah etdikdən sonra onu maşına əyləşdirmiş, daha sonra da 23-cü Polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra raport yazılmış, Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirmişlər. Elgiz müdafiəçi ilə təmin olunmuşdur. Həmin müddət ərzində Elgiz özünə xəsarət yetirməyə çalışmışdır. Şöbədə olarkən Elgiz ona qarşı hər hansı qərəzli davranış olduğunu əsas göstərərək özünə xəsarət yetirmək istədikdə tərəflərindən bunun qarşısı alınmışdır. Daha sonra müdafiəçi gəlmiş, müdafiəçi tərəfindən Elgizə hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçının otağında şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Elgizdən üzərində hər hansı qanunsuz əşya varsa, könüllü şəkildə təqdim etməsini istəmişlər. Baxış zamanı Elgizin üzərindən qəpiklər və bir ədəd büküm aşkar olunmuşdur. Həmin bükümdə ağ kristallik maddə metamfetamin var imiş. Elgiz aşkar olunan maddənin ona məxsus olmadığını bildirərək tərtib olunmuş protokola imza çəkməkdən imtina etmişdir. Büküm Elgizin üzərindəki şalvarın yan cibindən aşkar olunmuşdur. Aşkar olunmuş büküm qablaşdırılaraq möhürlənmiş, daha sonra da tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq şahid şahid3 bildirdi ki, əməliyyat tədbirini Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan 13 ünvanında həyata keçirmişlər. Həmin ərazi açıq sahədə, ət kombinantı tərəfdə imiş, 48 hektarlıq ərazi olmuşdur. Həmin ərazinin bir kənarında Təqsirləndirilən şəxs görmüşlər. Elgizi o və digər iki nəfər əməliyyat müvəkkili polis şöbəsinə dəvət etmişlər. Elgiz könüllü şəkildə onlarla şöbəyə gəlmişdir. Şöbədə olarkən Elgizə müdafiəçi dəvət olunacağını və onun üzərinə şəxsi axtarış və götürmə keçirəcəklərini bildirmişlər. Bu zaman Elgiz etiraz etməyə başlamışdır. Elgiz ona qarşı qərəzli yanaşdıqlarını, bu səbəbdən şöbəyə gətirdiklərini deyərək etirazlarını bildirmiş, müdafiəçinin də dəvət olunmasını istəməmişdir. Təqsirləndirilən şəxs Davud Aslan 13 ünvanında, ət kombinantı deyilən 48 hektarlıq ərazidə saxlamışlar. Həmin ünvanda konkret olaraq hansı yerdə şəxsi saxladıqlarını dəqiq deyə bilmir. Çünki sözügedən ərazi ət kombinantı olaraq adlandırılmışdır, 48 hektarlıq ərazisi var. Orada müxtəlif iaşə obyektləri var. Elgiz küçədə boşluq bir ərazidə nəsə axtarmışdır. Onlar da həmin şəxsin geyiminə, görkəminə baxmışlar, telefonla nə axtardığı onlara da maraqlı gəlmişdir. Elgizi saxlayarkən gözaltında qaralar olmuşdur, hərəkətləri isə bir qədər qeyri-adekvat imiş, bunlar da onlarda şübhə yaratmışdır. Narkotik vasitə istifadəçilərinin üzündə, dərisində müəyyən ləkələr olur. Elgizin də gözaltındakı qaralar normal bir insanın gözaltındakı qaralara bənzəməmişdir. Onlar hər gün narkotik vasitə istifadəçiləri saxladıqları üçün həmin an onları seçə bilmişlər. Elgiz də gözaltındakı qaralardan narkotik vasitə istifadəçisinə bənzəmişdir. Elgizi saat 17:25 radələrində saxlamışlar. Sonuncunu təhqiqatçıya raportu yazan kimi təhvil vermişlər. Raportu neçə dəqiqə ərzində tərtib etdiklərini dəqiq xatırlamır. Elgizi təhqiqatçıya saat neçədə təhvil verdiklərini xatırlamır. Raport yazdıqdan sonra Elgizin mobil telefonunu təhqiqatçıya təhvil vermişlər. Elgiz təhqiqatçıya təhvil verildikdən sonra özünə xəsarət yetirmək istəmişdir. Elgiz narkotik vasitə istifadəçisi olmuşdur, sadəcə özünü müdafiə etmək məqsədilə digər istifadəçilər kimi yalan danışır. Elgizi heç vaxt döyməmişlər, onlar heç vaxt şəxslərə qarşı fiziki güc tətbiq etməmişlər. Onun yanında Elgizi digər əməkdaşlar döyməmişdir. Bəlkə də, Elgiz məsuliyyətdən azad olunacağını düşünərək belə ifadə vermişdir. Elgizin bədənində aşkar olunmuş xəsarətlərin necə yarana biləcəyi barədə məlumatı yoxdur. İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPI-in 23-cü PB-nin inzibati ərazisində zahiri əlamətlərindən narkotik vasitə aludəçisinə oxşayan və özünü şübhəli aparan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami RPİ-in 23-cü PB-in əməliyyat müvəkkili, R şahid1 və baş əməliyyat müvəkkili, R şahid3 və baş əməliyyat müvəkkili, R İbayev Asif Sübhan oğlu tərəfindən ## #### 2025-ci il tarixdə saat 17:25 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti *** saylı ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş və onun paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış və götürmə aparılması haqqında” ## #### 2025-ci il tarixli qərara əsasən Bakı şəhər Nizami RPI-in 23-cü PB-in inzibati binasında * saylı xidməti iş otaqda müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra baş əməliyyat müvəkkili şahid3 Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd büküm və 5 ədəd dəmir pul əskinas aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş şəffaf sellofana bükülmüş bir ədəd bükümdə psixotrop maddəyə bənzər maddə kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” *** saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin ona aid olmadığını bildirmişdir (cild 1, iş vərəqi 29-31). İşdə olan baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, diskdə 1 ədəd videofayl vardır. Müddəti 6 dəqiqə 57 saniyə olan videofayla baxıldıqda görünür ki, 23-cü Polis bölməsinin təhqiqatçısı Urman Ağayev özünü və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, barəsində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs və müdafiəçi X8 təqdim edir. Şəxsi axtarışa başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olmadığını bildirir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərinə axtarış aparır və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm və 5 ədəd dəmir pullar aşkar edilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya tapılmır. Təhqiqatçı bükümü açdıqda onun içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal formalı maddə olduğu görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olmadığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü zərfə qoyub möhürləyir, zərfin üzərinə iştirakçılar imza edirlər, lakin Təqsirləndirilən şəxs imza etməkdən imtina edir. Təhqiqatçı şəxsi axtarış və götürmənin başa çatdığını bildirir (cild 1, iş vərəqi 56). İşdə olan sənədə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” şirkətindən daxil olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ## ### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək daxil olan, həmin nömrədən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına, eləcə də ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək olan müddətin anten məlumatlarına baxış keçirilmiş, məlum olmuşdur ki, ***-***-**-** saylı nömrə sonuncu dəfə ## #### 2025-ci il tarixdə, saat 17:00-da şəbəkədə olmuş, həmin nömrə ilə işləyən mobil telefon ## #### 2025-ci il tarixdə, saat 16:17-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 125 ünvanında, saat 16:25- də ünvan 2 2, X10, saat 16:36-dan etibarən isə sonuncu şəbəkədə olma dəqiqəsinə qədər Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 125 ünvanında (Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yerin yaxınlığı) mobil operatorun əhatə dairəsinə düşmüşdür (cild 1, iş vərəqi 126128). İşdə olan sənədə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” şirkətindən daxil olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ## ### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək daxil olan, həmin nömrədən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına, eləcə də ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək olan müddətin anten məlumatlarına baxış keçirilmiş, məlum olmuşdur ki, ***-***-**-** saylı nömrə sonuncu dəfə ## #### 2025-ci il tarixdə, saat 16:41-də şəbəkədə olmuş, həmin nömrə ilə işləyən mobil telefon ## #### 2025-ci il tarixdə, saat 16:16-da Bakı şəhəri, ünvan 5 köndələn ünvanında, saat 16:41-də ünvan 1 və Daş Karxanasının kəsişməsi, Kapital bankın yanı ünvanında mobil operatorun əhatə dairəsinə düşmüşdür (cild 1, iş vərəqi 129-131). İşdə olan məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs - sol göz qapağının sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, şəxsin müayinəsindən 3-4 gün əvvələ uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiya və xüsusiyyətini nəzərə alaraq, demək olar ki, həmin xəsarət şəxsin əlçatan nahiyəsində yerləşir, özü tərəfindən özünə yetirilməsi inkar olunmur, öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inandırıcı deyil (cild 1, iş vərəqi 140-141). İşdə olan Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halı olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143). İşdə olan İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X21 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Məcəllənin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi əməlin tövsifi məsələsini müzakirə edərək qeyd etmişdir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesi iştirakçılarının suallarına cavab verərək ## #### 2025-ci il tarixdə Keşlə Ət kombinatının həyətində mülki geyimdə olan tanımadığı 4-5 nəfər tərəfindən saxlanılaraq oradan 50-100 metr aralı yerdə polis əməkdaşlarına təhvil verilməsi, həm həmin şəxslər, həm də polis əməkdaşları tərəfindən döyülməsi, ailəsi ilə təhdid olunması, psixotrop maddəni üzərinə götürməsinə məcbur edilməsi, buna baxmayaraq ona aid olmayan maddəni boynuna almaması, bundan sonra polis əməkdaşının narkotiki onun cibinə yerləşdirməsi və üzərinə şəxsi axtarış keçirilərək həmin maddənin ondan aşkar edilməsi, X14 saxlanılarkən ora sonradan daxil olan Murad adlı şəxsin verdiyi suyu içdikdən sonra huşunu itirməsi, daha sonra analiz zamanı qanından narkotik izinin aşkar olunması və bunun Muradın ona verdiyi su ilə əlaqəli olması, habelə heç bir cinayət törətməməsi, saxlanılmasının Taleh Bağırzadəyə dəstək olması ilə bağlı olması barədə bildirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin həmin ifadəsini inandırıcı və ağlabatan hesab etməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, polis bölməsində onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətlərdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o, tutulmuş və üzərinə şəxsi axtarış keçirilmiş, axtarış nəticəsində onun üzərindən psixotrop maddə aşkar edilmişdir. Aparılmış istintaq hərəkətinin nəticəsinə dair müvafiq protokol tərtib edilmiş, həmin protokolu o özü imzalamasa da, sənəd müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Döyülməsi ilə bağlı təqsirləndirilən şəxsin ifadələrində göstərdikləri məqamları yoxlamaq məqsədilə, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş və həmin kitabçaya proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin tibbi kitabçasında onun xəsarət aldığını bildirməsinə rəğmən, tibbi müayinəsi zamanı bədən səthində yeni xəsarət izlərinin aşkarlanmadığı barədə qeydlərin olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş polis əməkdaşları olan şahidlər onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq, o cümlədən fiziki və psixi təzyiq göstərilmədiyini bildirmişlər. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin # ###### 2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zor tətbiqinə məruz qalması barədə müdafiəçi müdafiəçi2 müraciəti əsasında prokurorluğun həmin idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs, onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyinə görə, Təqsirləndirilən şəxs - sol göz qapağının sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, şəxsin müayinəsindən 3-4 gün əvvələ uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiya və xüsusiyyətini nəzərə alaraq, demək olar ki, həmin xəsarət şəxsin əlçatan nahiyəsində yerləşir, özü tərəfindən özünə yetirilməsi inkar olunmur, öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inandırıcı deyil. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən olunduğu üçün, polis əməkdaşları barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması hissəvi rədd edilmişdir. Təqsirləndirilən şəxs bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 135-137). İfadəsində dəlil kimi gətirdiyi digər iddialarla bağlı təqsirləndirilən şəxs, bütövlükdə müdafiə tərəfi məhkəməyə hər hansı sübutu təqdim etməmişlər. Murad adlı şəxsin mövcudluğuna aydınlıq gətirmək məqsədilə isə ibtidai istintaq orqanı tərəfindən Nizami RPİ- nin MSY-də saxlanılan şəxslərin uçotu kitabına baxış keçirilmiş, məlum olmuşdur ki, ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixə qədər olan müddət ərzində Nizami RPİ-nin X14 Murad adlı şəxs saxlanılmamışdır. Məhkəmə müdafiə tərəfinin vəsatətinə əsasən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin giriş-çıxış və dəhlizindəki kameralardan və Nizami RPİnin MSY-nin giriş-çıxış və dəhlizindəki kameraların görüntülərinə baxış keçirilməsi məqsədilə həmin görüntülər polis idarəsindən tələb edilmiş, verilən cavabdan görünür ki, 23-cü Polis bölməsində quraşdırılmış kameraların ## #### 2025-ci i tarixdə olan görüntülərin saxlama müddəti bitdiyi üçün silindiyindən təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə polis əməkdaşları tərəfindən döyülməsi və digər təzyiqlərə məruz qalması, habelə suya narkotik qarışdırılıb içirdilməsi və başqa səbəblərə görə tutulması barədə təqsirləndirilən şəxsin məhkəmədə bildirdiklərini həqiqətə uyğun olmayan mülahizələr kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən boyun qaçırmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər qeyd edir ki, müdafiə tərəfi apellyasiya şikayətində təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin ona məxsus olmadığını, polislər tərəfindən üzərinə qoyulduğunu, həmçinin polis bölməsində polis əməkdaşları tərəfindən ona psixi və fiziki təzyiqlər edilərək döyüldüyünü bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyi, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № *****/**, ## ###### 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün kifayət qədər araşdrıma aparmış, müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, eləcə də birinci instansiya məhkəməsinin ittiham hökmündə ətraflı təsvir edilmişdir. Nəticədə Təqsirləndirilən şəxs oğlunun iddiaları öz təsdiqini tapmamışdır. Apellyasiya baxışı zamanı cinayət işinin materialları nəzərdən keçirilərkən iş üzrə hansı prosessual pozuntuya yol verildiyi müəyyən olunmamış, sübutlar qanunauyğun qaydada toplanmışdır. Apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv yanaşmasından ibarət olmaqla Təqsirləndirilən şəxs təqsirsizliyinə dair əsaslar kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılşaraq iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən yekun nəticəyə gəlir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs oğlunun irəli sürülmüş ittiham üzrə təqsirsiz olmasını iddia edərək ona bəraət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124, 143 və 145- ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəilə razılaşmaqla bərabər, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş manat) dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Faiq Qəniyev Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar