Məhkəmə qərarları › İş №1(3-6)-1028/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1028/2026

05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1028/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Müdafiəçi müdafiəçi1 İbad qızının, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən (bundan sonra apellyasiya şikayəti) işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X.Əlisoy) ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ## ######## 1972-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respulikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 70-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 2l8A, mənzil 37- də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq müddətində tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün (##.##.2022-ci il - ##.##.2022-ci il, ##.##.2022-##.##.2022, ##.##.2022-##.##.2023, ##.##.2023- ##.##.2023) müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il, 03 (üç) ay, 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ##.##.2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Mülki iddiaçı zərərçəkmiş şəxs8 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. 6350 (altı min üç yüz əlli) manat mülki iddia üzrə ödənilməmiş 4934 (dörd min doqquz yüz otuz dörd) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs8 ödənilməsi hökm edilmişdir. İşin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyi adı ilə yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə, zərərçəkmiş şəxs8 ## #### 2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin inzibati binasının yaxınlığında 4000 manat, 2018-ci il may ayının ilk on günlüyündə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yeləşən "Arzu” şadlıq sarayının yaxınlığında zərərçəkmiş şəxs8 qardaşı şahid7 vasitəsilə 1500 manat, ## ######## 2018-ci il tarixdə Qusar rayonu Həzrə kəndindən poçt vasitəsilə göndərilmiş 500 manat, ## ###### 2019-cu il tarixdə Qusar şəhəri, Fəxrəddin Musayev küçəsi 123-də yerləşən mərkəzi poçt vasitəsilə göndərimiş 200 manat, ## #### 2021-ci il tarixdə Qusar rayonu Mucuq kəndindən bank kartından «Kapital Bank»a məxsus bank kartına göndərilmiş 150 manat, ümumilikdə isə 6.350 (altı min üç yüz əlli) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxs5 övladı X4 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan mülki iş üzrə vəkilə vermək adı ilə və məhkəmə tərəfindən zərərçəkmiş şəxs5 xeyrinə qərar çıxarılacağı adı ilə yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə, zərərçəkmiş şəxs5 2020-ci ilin mart ayı ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Səməd bəy Mehmandarov küçəsində yerləşən "Badu Kubə” şadlıq sarayının yaxınlığında iki dəfəyə, hər dəfə 1500 manat olmaqla, ümumilikdə isə 3.000 (üç min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxs4 övladı şahid9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyi adı ilə yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə, zərərçəkmiş şəxs4 ## ##### 2021-ci il tarixdə Bakı Metropoliteninin "Xətai” stansiyasının yaxınlığında, ünvan 3 ünvanında yerləşən "50 qəpik” adlanan çay evində 5000 manat, ## ### 2021-ci il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti, Hindarx- Borsunlu yolunun kənarında yerləşən marketin qarşısında quraşdırılmış "Million” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs cinayətdən xəbərsiz olan oğlu şahid1 "Kapital bank"a aid kart hesabına köçürdüyü 1010 manat, ümumilikdə isə 6.010 (altı min on) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxs2 Kəmaləddin oğluna təqaüdə çıxmaq məsələsini həll edəcəyi adı ilə yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə, zərərçəkmiş şəxs2 ## ##### 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu. Heydər Əliyev prospekti 72 ünvanında yerləşən * saylı notariat ofisində 2500 manat, 2021-ci ilin aprel ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonunda, Bakı Metropoliteninin «Memar Əcəmi» stansiyasının yaxınlığında 500 manat, ümumilikdə isə 3.000 (üç min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 Kəmaləddin oğluna ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxs7 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsi, ev 3, mənzil 1-də yerləşən bir mərtəbəli kommunal tipli mülkiyyət hüququ üzrə çıxarış əsasında mülkiyyətində olan evinin qarşısında olan 0,01 ha sənədsiz həyətyanı sahəsinə, bunu edə bilməyəcəyi halda isə Bakı şəhəri. Xəzər rayonu, Binə qəsəbəsi, imaddədin Nəsimi küçəsində yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququna dair çıxarış alınmasına dair yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə, zərərçəkmiş şəxs7 2021-ci ilin avqust ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında 5.800 (beş min səkkiz yüz) manat məbləğində pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Hüseynov İxtiyar Rafael oğluna xırda buynuzlu heyvan ticarəti ilə məşğul olub ona gəlir verəcəyi barədə yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə, İxtiyar Hüseynovun ## ######## 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Bakı Metropoliteninin "Azadlıq" stansiyasının yuxarı çıxışında 4500 manat, ## ###### 2021-ci il tarixdə həmin metrostansiyanın aşağı çıxışında 500 manat olmaqla cəmi 5000 manat ələ keçirdikdən sonra, 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonunda, Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasının yaxınlığında borc adı ilə ondan 200 manat almaqla, ümumilikdə isə 5.200 (beş min iki yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs Hüseynov İxtiyar Rafael oğluna xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə. zərərçəkmiş şəxs6 Bakı Nəqliyyat Agentliyinə sürücü kimi işə düzəldəcəyi barədə yalan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə, zərərçəkmiş şəxs6 2022-ci ilin yanvar ayının təxminən 24-25-də Bakı şəhəri. Nizami rayonu, Babək prospekti 2269 ünvanında yerləşən 'Top-Servis"in yaxınlığında 1000 manat, 2022-ci ilin fevral ayının təxminən 5-6-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən Bakı Metropoliteninin "Koroğlu" stansiyasının yaxınlığında 500 manat və ## #### 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən "Bravo" hipermarketin qarşısında 6000 manat, ümumilikdə isə 7.500 (yeddi min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə mülki işə düzəldəcəyi adı ilə yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə, zərərçəkmiş şəxs1 2022-ci ilin sentyabr ayının ilk on günlüyündə Bakı şəhəri, Nəsimi rayonunda, Bakı Metropoliteninin "Memar Əcəmi” stansiyasının yaxınlığında 3500 manat, təxminən 2 gün sonra eyni ünvanda 3500 manat, həmin ilin sentyabr ayının təxminən 17-18-də Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 1959-cu məhəllədə yerləşən "Oksigen" klinikasının yaxınlığında 1000 manat, 2022-ci ilin sentyabr ayının 25-də ünvan 4 ünvanında yerləşən "Mado" restoranının qarşısında 800 manat, həmin ayın 26-da qeyd olunan "Mado" restoranının arxasında 200 manat, ümumilikdə isə 9.000 (doqquz min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilərək, hüquqlarını müdafiə etdiyi şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təyin edilən cəza həddindən artıq ağırdır və təyin edilmiş cəza işin hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallara, habelə cinayət qanunvericiliyinin cəza təyin etmə prinsiplərinə tamamilə ziddir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə zərərçəkmiş zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs2 aid hissədə cinayət məsuliyyətinə cəlb etmə müddəti Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə müvafiq olaraq keçmişdir və həmin hissədə işin icraatına xitam verilmişdir. Digər tərəfindən məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Hüseynov İxtiyar Rafael oğluna qarşı dələduzluq etməsi epizodu öz təsdiqini tapmadığı halda məhkəmə həmin epizod üzrə Təqsirləndirilən şəxs təqsirli bilmişdir.Belə ki,Təqsirləndirilən şəxs verilmiş ittihama görə guya Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibar dan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə xırda buynuzlu heyvan ticarəti ilə məşğul olub 3-5 ay müddətində İxtiyar Hüseynova gəlir verəcəyi barədə yalan vəd verib aldadaraq İxtiyar Hüseynovdan ## ######## 2021-ci il tarixdə saat 11 radələrində Binəqədı rayonu, S.S.Axundov küçəsi 179 ünvanında yerləşən "Azadlıq" metrosunun yuxarı çıxışında 4500 manat, ## ###### 2021-ci il tarixdə saat 17 radələrində həmin metronun aşağı çıxışında 500 manat, vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 5000 manat aldıqdan sonra 2021-ci ilin dekabr ayının əvvəllərində saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu "Memar Əcəmi" metrosunun yanında borc adı ilə ondan 200 manat məbləğində, ümumilikdə 5200 manat pulu alıb ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmuşdur. İlk öncə qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs İxtiyar Hüseynovdan 5000 manat pulu xırdabuynuzlu heyvan ticarəti etmək məqsədilə deyil, 10 faizdən hesablanmaqla borc a İmişdir. Bu fakt İxtiyar Hüseynovla Təqsirləndirilən şəxs oğlu X5 həbsdə olduğu zaman telefon danışığı zamanı təsdiq etməsi və əyər Təqsirləndirilən şəxs pulu tezliklə qaytarmasa ikiqat faiz hesablamaqla 5 min manatın əvəzində 10 min manat pul alacağını bildirmişdir.Həmin səs yazısı məhkəm prosesində dinlənilmiş və sübut kimi işə əlavə edilmişdir. Digər tərəfdən həmin epizod üzrə verilmiş ittihamda bi başa qeyd edilmişdir ki, guya Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvan ticarəti etmək məqsədilə İ.Hüseynovdan 5000 manat almış,bundan bir neçə gün sonra 200 manat borc pul almışdır.Belə olan halda S.Mirzə yevin İxtiyar Hüseynovdan 2021-ci ildə 5000 manat alandan sonra 200 manat borc pul alması faktı dələduzluq cinayət əməlinin tərkibini yaratmır.Eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş İxtiyar Hüseynovdan 2021-ci ildə 5000 manat alması faktı təsdiq olmuş olsa belə həmin ittiham üzrə CM-nin 75-ci maddəsinə əsasən cinayətə cəlb etmə müddəti keçmiş hesab edilməli və həmin epizodada xitam verilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi epizodlar üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın demək olar ki,40-50 faizini ödəmişdir.S.Mirzəyvin özü və yaxınları tərəfindən zərərəçək miş- zərərçəkmiş şəxs8 1500 manat, zərərçəkmiş şəxs1 2000 manat; zərərçəkmiş şəxs5 3000 manat, zərərçəkmiş şəxs6 7500 manat, Qaflan Əlirazayevə 1500 manat, zərərçəkmiş şəxs4 500 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs artıq 2 ilə yaxındır ki,həbsdə saxlanılır.Onun həyat yoldaşı ağır xəstədir və bu barədə tibbi sənəd məhkəməyə təqdim edilmişdir. Təqsirləndirilən şəxs özünü müəyyən epizodlar üzrə təqsirli bilmiş və səmimi etiraflar etmişdir. Həbsdə saxlandığı vaxtda zərərəçəkmişlərin bir qisminə vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsi digər zərərçəkmişlərə vurulmuş ziyanın ödənilməsinə şərait yaratmış olardı. Ona görə də hesab edirik ki, məhkəmə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ağır cəza təyin etmişdir. İşin apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavə verilərək, onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycaan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli Qərarını tətbiq etməklə vəziyyətini yaxşılaşdıraraq, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayətləri, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödədiyini nəzərə alaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycaan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli Qərarını tətbiq etməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Xalq Məhkəməsinin ##.##.2000-ci il tarixli hökmü ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 il şərti sınaq müddəti tətbiq edilib. İşdə olan zərərçəkmiş zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli dəymiş ziyan tələbinə dair mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 6350 manat və 84 manat dövlət rüsumunun alınaraq ödənilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan zərərçəkmiş zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan 1500 manat ödənilmişdir, mülki iddia üzrə qalan məbləğ 4934 manatı tələb edir. İşdə olan zərərçəkmiş X8 tərəfindən təqdim edilən ##.##.2025- ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı maddi və mənəvi tələb yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər və ziyan tam məbləğdə ödənilmişdir. İşdə olan zərərçəkmiş zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 7000 manat məbləğində vurulmuş zərərdən 2000 manat məbləği ödənilmişdir, qalan məbləğin ödənilməsini tələb edir. İşdə olan ##.##.2023-cü il tarixli və ##.##.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 500 manat pul ödənilmişdir. İşdə olan ##.##.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 500 manat pul ödənilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə onun işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın qismən ödənilməsi onun əməlini yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Bundan başqa, işin apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavə verilərək onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycaan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli Qərarının tətbiq edilməsini xahiş etmişdir, lakin göründüyü kimi, Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycaan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli Qərarının tətbiq edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 İbad qızı tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən Bakı şəhəri 28 saylVəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar