Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1031/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Əliyeva Aytən Heydər qızı və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə ##.##.1981-ci ildə Cəlilabad rayonu, Babalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəlilabad rayonu, Babalı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X10 cəza çəkən. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Azərbaycan Respublikası Əmək və Əhalinir Sosial Müdafiəsi Nazirliyində və Akademik Mirqasımov adına Respublikası Klinik Xəstəxanasında yaxın qohumlarının işlədiyini və şəxsi əlaqələrinin geniş olması barədə tanışı Zərərçəkmiş şəxs bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs bacısı Bayramova Ayşər Arzu qızına sosial müavinət təyin edilməsinəköməklik edəcəyinə dair yalan vədlər verib inandırıb aldadaraq, ## ### 2023-cü il tarixdə, saat 23:15-də Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən “Araz” marketdə quraşdırılmış “Mpay”xxxx” ASC- yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 1.300 manat puldan 1.100 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 15:50-də Zərərçəkmiş şəxs B^kı şəhəri, ünvan 4 ünvanında yerləşən “xxxx’ MMC-yə məxsus “Million” elektron ödəmə sistemi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 1.000 manat puldan 900 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib vədinə əməl etməyib aldadaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir iyində və Akademik Mirqasımov adına Respublikası Klinik Xəstəxanasında yaxın qohumlarının işlədiyini və şəxsi əlaqələrinin geniş olması barədə tanışı Zərərçəkmiş şəxs bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs bacısı şahid4 sosial müavinət təyin edilməsinə köməklik edəcəyinə dair yalan vədlər verib inandırıb aldadaraq ## ### 2023-cü il tarixdə, saat 15:50-də Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus “Million” elektron ödəmə sistemi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid 4169-7388- ****-**** nömrəli bank kartına göndərdiyi 1.000 manat puldan 100 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 17:03-də Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat” bazarında 2-ci sıra, ** nömrəli mağazada Zərərçəkmiş şəxs mobil bank tətbiqi vasitəsilə ora məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 1.000 manat puldan 900 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib vədinə əməl etməyib aldadaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir iyində və Akademik Mirqasımov adına Respublikası Klinik Xəstəxanasında yaxın qohumlarının işlədiyini və şəxsi əlaqələrinin geniş olması barədə tanışı Zərərçəkmiş şəxs bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs bacısı şahid4 övladı X1 əlillik təqaüdü təyin edilməsinə köməklik edəcəyinə dair yalan vədlər verib inandırıb aldadaraq ## ### 2023-cü il tarixdə, saat 17:03-də Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat” bazarında 2-ci sıra, ** nömrəli mağazada Zərərçəkmiş şəxs mobil bank tətbiqi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 1.000 manat puldan 100 manat pulu, 2023-cü ilin iyun ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat” bazarında 2-ci sıra, ** nömrəli mağazada Zərərçəkmiş şəxs əlbə-əl 1.900 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib vədinə əməl etməyib aldadaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Akademik Mirqasımov adına Respublikası Klinik Xəstəxanasında yaxın qohumlarının işlədiyini və şəxsi əlaqələrinin geniş olması barədə tanışı Zərərçəkmiş şəxs bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs anası şahid2 İzzət qızının ləğv olunmuş əlillik təqaüdünün bərpa olunmasına köməklik edəcəyinə dair yalan vədlər verib inandırıb aldadaraq, ## ##### 2023cü il tarixdə, saat 19:00-da Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən “Al market” mağazasında quraşdırılmış “xxxx” MMC-yə məxsus “Million” elektron ödəmə sistemi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 1.050 manat pulu, ## ### 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat” bazarında 2-ci sıra, ** nömrəli mağazada Zərərçəkmiş şəxs əlbə-əl 450 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 10:35-də Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat”xxxx“xxxx” MMC-yə məxsus “Million” elektron ödəmə sistemi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 200 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 12:27- də Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat”xxxx“xxxx’ MMC-yə məxsus “Million” elektron ödəmə sistemi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 100 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 12:36-də Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərüfat” bazarında 2-ci sıra, ** nömrəli mağazada Zərərçəkmiş şəxs mobil bank tətbiqi vasitəsilə ora məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 20 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 12:36-də Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat” bazarında 2-ci sıra, ** nömrəli mağazada Zərərçəkmiş şəxs mobil bank tətbiqi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 180 manat pulu, ## ### 2023cü il tarixdə, saat 12:40-da Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat”xxxx“xxxx” MMC-yə məxsus “Million” elektron ödəmə sistemi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid 4169- ****-****- **** nömrəli bank kartına göndərdiyi 1.000 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 12:45də Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat”xxxx“xxxx” MMC-yə məxsus “Million” elektron ödəmə sistemi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 200 manat pulu, ## ### 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat” bazarında 2-ci sıra, ** nömrəli mağazada Zərərçəkmiş şəxs əlbə-əl 1.500 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 12:49-da Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat” bazarında 2-ci sıra, ** nömrəli mağazada Zərərçəkmiş şəxs mobil bank tətbiqi vasitəsilə ona məxsus “xxxx” ASCyə aid 4169- ****-****-**** nömrəli bank kartına göndərdiyi 240 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 12:51-də Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatanqəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “təsərrüfat” bazarında 2-ci sıra, ** nömrəli mağazada Zərərçəkmiş şəxs mobil baık tətbiqi vasitəsilə ona məxsus “xxxx” ASCyə aid ****-****-****-**** nömrəli bank kartına göndərdiyi 360 manat pulu, ## ### 2023-cü il tarixdə, saat 23:15-də Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən “Araz” marketdə quraşdırılmış “Mpay” elektron ödəmə sistemi vasitəsilə ona məxsus “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli bank karlına göndərdiyi 1.300 manat puldan 200 manat pulu, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 212 ünvanında yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs əlbə-əl 2.200 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib vədinə əməl etməyib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7.700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, 1(106)–***/**** saylı qərarı ilə təyin olunmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, 1(1-8)– ***/**** saylı qərarı ilə (amnistiya aktı tətbiq edilməklə) 6 (altı) ay azaldıldıqdan sonra saxlanılmış 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 gün müddət (əvvəlki hökm üzrə) ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 27(iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın çəkilmə müddətinin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, 1(106)–***/**** saylı qərarına əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsinin nəzərə alınması, mülki iddianın qismən təmin edilməsi müəyyən edilmişdir. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün cəza hissəində ləğv edilməsini və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş etmişdir.. Apellyasiya şikyəti onunla əsaslandırılmışdır ki,zərərçəkmiş şəxs özü Qarabağ qazisidir.Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrə aldadaraq dəfələrlə əziyyət çəkib qazandığı pulları almışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə ağırlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişlər. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum edilmiş şəxsin özünün etirafı və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bunları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda göstərilən bütün epizodları qəbul edir. O bilmədi ki, iş bu yerə gələr. Əvvəl sobanın aparatını götürəndə 1500 manat Pərvizə vermişdi. Hal-hazırda Pərvizdən aldığı 12700 manatı qaytarmamışdır. Ona müstəntiq zəng vurmuşdu, lakin həmin vaxt tutulduğu üçün onun zəngini aça bilməmişdi, daha sonra Pərvizə zəng vuraraq dedi ki, müstəntiq zəng vurub, çağırır, belə bir məsələ var. O da dedi ki, müstəntiqlə özün razılaş. Sonra müstəntiq ona 10 gün vaxt vermişdi və elə oldu ki, bu 10 gündə o yenə tutuldu, əlaqə saxlaya bilmədi. Bir həkim var idi, o da tutulub. Pulu ona verdi ki, sosial müavinət düzəltsin. Daha sonra o pulun müəyyən hissəsini ona hissə-hissə qaytardı. O 22 il ibtidai sinif müəllimi olmuşdur. 44 günlük vətən müharibəsinin şəhid və qazi ailələrinə maddi və mənəvi böyük yardımları olub. Sadəcə o həyatının səhvini edib. O vaxta qədər heç şöbə qapısı tanımamışdı, elə oldu ki, tutuldu, həkim də pulları hissə-hissə qaytardı. Ağcabədi rayonunda olan iş üzrə amnistiyaya düşür, şikayətçi də çıxsın deyə şikayətini geri götürüb, zərərçəkmiş şəxs mülki iddia versə zərəri ödəyəcək. Hal-hazırda cəza çəkir. 2 il cəza verilmişdi, 9 ayını çəkmişdi, şikayətçi şikayətini geri götürüb. Zərərçəkmiş borc müqaviləsi imzalasın, zərəri ödəyəcək. Həkimin hissə-hissə qaytardığı pulu Pərvizə qaytarmırdı, çünki o, 8 ay həbsdə olmuş və heç kimi yox idi, paltar və digər zəruri ehtiyaclarımı almaq üçün pulu yox idi, ona görə də həkim ona ayda 200-300 manat pul göndərirdi. Mülki iddianı vurulmuş ziyan hissəsində qəbul edir. Əməlindən səmimi peşman olmasını, ailəli və himayəsində 2 uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, Valehlə 2021-ci ildə Ticarət Mərkəzində tanış olmuşlar. Onunla birlikdə çörək kəsmiş, uşağının xeyir işində iştirak etmişdir. Özü elektrik işləyir, onun evində bir sıra işlər də görmüşdür. 2023-cü ildə anasının xəstəliyi ilə bağlı edilən sosial müavinətlər cavabsız qalmışdı və Valeh də bu barədə eşitmişdi. Ona dedi ki, onun əlaqələri, tanışları var, bir neçə dəfə dedikdən sonra o da məcbur qalıb razılaşdı, çünki onu 2 ildi tanıyırdı, inandı. Xırda-xırda 16700 manat oldu və səs yazıları da təqdim etmişdir. O iki ildi ki, bu adamı tapa bilməmişdir. Valeh 12700 manat zərər vurub. Anasına pensiya, bacısına sosial müavinət, digər bacısına isə sosial müavinət və xəstə uşağına əlillik müəyyən etdirməyə vəd vermişdi. Ona dəymiş ziyan ödənilməmişdir, hazırda şikayətçidir, ziyanını tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Mülki iddianın təmin olunmasını xahiş edir.. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli * nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və yaetibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Belə ki, Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə görə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bundan başqa məhkəmə kollegiyası mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək onun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.4 -cü maddələri ilə təyin edilmiş cəzanın dəyişdirilməsi ilə bağlı verilmiş apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, iki övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və cəzanı ağırlaşdıran halın olmadığını müəyyən edərək ona azadlıqdanməhrumetmə cəzası təyin etsə də, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli, 1(017)–**/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinib, ona CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(106)–***/**** saylı hökmündən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(017)–**/**** saylı hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinib, ona CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, iş üzrə mülki iddia qismən təmin edilərək, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurduğu ziyana görə 6650 manat, dövlət rüsumuna görə isə 86,50 manat cəmi 6736,50 manat məbləğində pul alınaraq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(1-8)–***/**** saylı qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilən 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmış, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli ##.##.2025-ci il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə kolllegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin tələbləri pozulmuş, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 177.2.4-cü maddəsi ilə daha ağır həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığna və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-ci maddəsinə görə, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası artırılaraq 2 (iki) il 6 (altı) ay həddində müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025ci il tarixli, 1(106)–***/**** saylı qərarı ilə təyin olunmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, 1(1-8)– ***/**** saylı qərarı ilə (amnistiya aktı tətbiq edilməklə) 6 (altı) ay azaldıldıqdan sonra saxlanılmış 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 gün müddət (əvvəlki hökm üzrə) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1031/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1031/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver