Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1032/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 2 il 7 ay 12 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda yerləşən * saylı cəzaçəkmə müəssisəsinin inzibati binasında qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanda yerləşən hosteldə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmalarına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Hökmə əsasən, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən ** nömrəli mənzilin giriş qapısının kilidini özündə olan açar nümunələrindən istifadə etməklə açar seçmə yolu ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla, evdən “Samsung” markalı, qara rəngli, 15 manat dəyərində 01 ədəd cərəyan qurğusu, “Xiaomi” markalı, ağ rəngli, 20 manat dəyərində 01 ədəd cərəyan qurğusu, “GLO” markalı, ağ rəngli, 17 manat dəyərində 01 ədəd cərəyan qurğusu, “Xiaomi” markalı, ağ rəngli, 25 manat dəyərində 01 ədəd cərəyan qurğusu, “Samsung” markalı, ağ rəngli, 15 manat dəyərində 01 ədəd cərəyan qurğusu, içərisində 40 manat dəyərində bijuteriyalar olan bir ədəd dəmir qutu, 05 qram çəkidə, Rusiya istehsalı, 583 əyarlı, brilyant qaşlı, 1000 manat dəyərində 01 ədəd qızıl qadın üzüyü, 06 qram çəkidə, Rusiya istehsalı, zümrüd qaşlı, 583 əyarlı, 800 manat dəyərində 01 ədəd qızıl qadın üzüyü, 10 qram çəkidə, brilyant qaşlı, Rusiya istehsalı, 583 əyarlı, 1500 manat dəyərində 01 cüt qızıl sırğa, “Master- Piece” markalı, tünd göy rəngli, 30 manat dəyərində 01 ədəd çanta, “Black Squad” markalı, ağ rəngli, 50 manat dəyərində 01 ədəd uzunqol idman kişi köynəyi, “Lambors” markalı, qara rəngli, 20 manat dəyərində 01 ədəd çanta, “Bodan” markalı, qara rəngli, 25 manat dəyərində 01 ədəd çanta, tünd parlaq qırmızı rəngli, üzərində reklam yazısı olmayan, 20 manat dəyərində, içərisində 500 manat pul olan qadın üçün 01 ədəd pul qabı və “ASUS” markalı, qara rəngli, 2200 manat dəyərində 01 ədəd notebook kompüteri ələ keçirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda – 6277 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti cinayət və cinayət-prosessual qanunvericilik normalarına istinad edilərək onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə Bakı şəhəri Yasamal rayon 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılaraq bölməyə gətirilmiş, orada fiziki və mənəvi işgəncələrə məruz qalaraq törətmədiyi cinayət hadisəsində şübhəli şəxs qismində saxlanılmış və ona qarşı müstəntiq tərəfindən birtərəfli və qərəzli ittiham irəli sürülmüşdür. Bunları sübut edən heç bir mötəbər sübut olmadığı halda, təqsirli bilinərək barəsində cəza təyin edilmişdir. İttihamda onun tərəfindən cinayətin törədilməsi yalnız ümumi sözlərlə göstərilmiş, bu əməlin məhz onun tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmamış, həmin halları təsdiq edən, bir-birinə ziddiyyət təşkil edən deyil, bir-birini tamamlayan heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmiş, hadisənin real gedişatını əks etdirən videogörüntü cinayət işinin materiallarına əlavə edilməmişdir (məhkəməyə təqdim edilmiş videogörüntüdəki şəxsin sifət nahiyəsi görünmür, həmin şəxs ümumiyyətlə o deyil, o olsa belə, videogörüntü cinayətin real gedişatını əks etdirmir). Bu da şübhəli sübutdur. Hadisənin baş verdiyi yerdə, yəni evdə və guya onun müstəntiqə könüllü təqdim etdiyi maddi sübut sayılan əşyalarda onun əlbarmaq izlərinin olub-olmaması ilə bağlı məhkəmə-trasoloji ekspertizası təyin edilməmiş və yalnız subyektiv mülahizələrə, müstəntiqin özünün tərtib etdiyi, təzyiq altında alınmış izahatlara əsaslanaraq ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə ona elan edilmiş ittiham üzrə cinayət əməlində təqsirliliyi sübuta yetirilməmişdir. Barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Məhkəmə baxışı zamanı ittiham tərəfi onun ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olduğunu sübuta yetirə bilməmiş və məhkəməyə onun həmin cinayətdə təqsirli olduğunu təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Barəsində məhkəmə tərəfindən qanunsuz, birtərəfli, qərəzli və ədalətsiz hökm çıxarılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında məhkum edilmiş şəxs ibtidai istintaq vaxtı ittiham aktının müstəntiqin subyektiv fikirləri ilə toplandığını, polis işçiləri tərəfindən təzyiq edilməsi ilə bağlı prokurorluğa şikayət etdiyini, həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edildiyini, Səbail Rayon Məhkəməsinə etdiyi müraciət əsasında məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarıldığını, yenidən prokuror tərəfindən qərarın ləğv olunduğunu, yenə şikayət etdiyini, şikayətinin təmin edildiyini, məhkəmədə də zərərçəkmiş şəxslərin onu tanımadığını, polislərin "Kamerada görmüşük, düşmüsən” dediklərini, onunla da onu həbs etdiklərini, məhkəmə prosesi gedişində bir dəfə gətirdikləri görüntüdə üzünün görünmədiyini, evdən əl-barmaq izlərinin çıxmadığını, maddi sübutların olmadığını, onun müstəntiqə guya geyim əşyalarını verməsi qeyd edilsə də, zərərçəkmiş şəxsin evindən əsas götürülən qızıl, pul, noutbuk qaytarılmadığını, gecə qızıl, noutbuk satılmadığını, bu cinayəti törətmədiyini bildirib hökmün ləğv edilməsini, ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi təqsirləndirilən şəxsin arxa tərəfdən görünən videogörüntülər vasitəsilə tanındığını, sifətinin isə tanınmadığını, zərərçəkmiş və onun ailə üzvlərinin heç birinin oğurluğa gələn şəxsin məhz bu şəxs olduğunu demədiyini, çantasından evdən oğurlanan malların çıxarılmasının təbii görünmədiyini, onu polis əməkdaşlarının da çantasına qoya biləcəklərini, əsas oğurlanan noutbukun olmadığını, polis əməkdaşlarının da evə baxışa gələndə zərərçəkmiş şəxslərdən əşyanın yerini soruşub sonra təqsirləndirilən şəxsə deyə biləcəklərini bildirərək şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunmasını və hökmün ləğv edilərək ona bəraət verilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında dövlət ittihamçısı birinci instansiya məhkəməsinin müdafiə tərəfinin bütün dəlillərini bir-bir araşdırdığını, istintaqın əvvəlində də təqsirləndirilən şəxsin etirafedici ifadələr verdiyini və verdiyi etirafedici ifadələrin iş materiallarında olan ifadənin yerində yoxlanılması protokolu ilə də təsdiq olunduğunu, iş materiallarına həmin protokolların görüntü və fotoşəkillərin əlavə edildiyini, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların bir qisminin zərərçəkmiş şəxsə qaytarıldığını, zərərçəkmiş şəxsin ifadəsində də bu məsələnin öz təsdiqini tapdığını, şahid qismində dindirilmiş X2 da ifadəsində təqsirləndirilən şəxsin özünün oğurladığı əşyaların hardan göstərilməsini birbaşa evə baxışda özü, ifadənin yerində yoxlanılması istintaq hərəkətində göstərdiyni və həmin evi də təsadüfi olaraq seçdiyini ifadəsində bildirdiyini birbaşa göstərdiyini, təqsirləndirilən şəxsin sonradan dəyişilmiş və özünümüdafiə xarakterli ifadələrini və səsləndirdiyi dəlillərini birinci instansiya məhkəməsinin inandırıcı hesab etmədiyini, məhkəmənin mövqeyinin əsaslı olduğunu, fiziki zorakılıqla bağlı iddiaların araşdırıldığını, təqsirləndirilən şəxsin məhkəmə-tibbi ekspertizadan keçirildiyini, üzərində hər hansı bir xəsarət aşkar edilmədiyini, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddiaların əsassız hesab edildiyini, cəza təyini zamanı cəzanı yüngülləşdirən, ağırlaşdıran halların nəzərə alındığını, cinayətlərin residivinin ağırlaşdırıcı hal olduğunu, təqsirləndirilən şəxsin əvvəllər də eyni kateqoriya cinayətlərə görə məhkum edildiyini, müdafiə tərəfinin qeyd etdiyi dəlillərin əsassız olduğunu bildirərək verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək oğurluq etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ittiham aktında 26 martda 28-ci bölmənin əməkdaşları tərəfindən bölməyə dəvət olunduğu göstərilmişdir. Amma 25 martda 20 Yanvar dairəsində, yəni Nəsimi rayonunda saxlanılması ilə bağlı kamera görüntüləri olmuşdur. Sonra 28-ci bölməyə gətirilmiş, orada işgəncələrə və təzyiqlərə məruz qalmışdır. Ondan sonra müstəntiq öz yazdıqlarını ona imzalamaq üçün vermiş, daha sonra həbs seçilməsi üçün hakim qarşısına çıxarılmış, hakimə də bu olanları demişdir. Hakim onu Respublikanski xəstəxanaya ekspertizaya göndərmişdir. Ayın 29-u aparmışlar, o vaxtı artıq sağalmışdı, başında şişmələr və digər yaralar keçmişdi. Orada həkimə də ona bir az dərin baxmasını demişdir. Xəsarətlərini də baxıb dəqiq yazması üçün göstərmişdir. Həkim yola vermiş, rəyi də doğru-düzgün yazıb verməmişdir. O, özü 20 martda bayram ərəfəsində Maştağada ailəsinin yanında olmuşdur. Həmin günün axşamı isə qaldığı hosteldə olmuşdur. Onu ayın 26-sı aparmışlar. Tutduqları günün səhəri ona məxsus olan idman çantasını bölmədə əlinə vermişlər. Maşının arxasında Puşkin küçəsində düşürmüşlər. Hostelin 2 girişi var, biri Puşkin küçəsi, digəri isə ittiham aktında qeyd olunan küçə. TŞ kameralarında hamısı varmış. Sumka ilə bərabər hostelə daxil olmuşlar. İçinə kaşlok, adaptor, nauşnik və digər çoxlu şeylər bölmədə qoyulmuşdu. Əgər bu maddi sübutlar onun tərəfindən oğurlanıbsa, orada onun əl izləri olmalı idi. Həmçinin evdə barmaq izləri olmalıdır. Guya bunları müstəntiqə o təqdim etmişdir. Sonra göstərilmişdir ki, zərərçəkmişin evindən komputer, qızıl oğurlanmışdır. H.Cavid prospekti 63, 28-ci bölmə onun əvvəlcədən qeydiyyatda olduğu bölmə olmuşdur. Orada qalırdı, evlər söküləndə, * saylıda cəza çəkirdi. Evlər söküldüyündən o, məcburən cəzaçəkmə müəssisəsinə qeydiyyata düşmüşdür. Nəsimi Rayon Məhkəməsində ## #### 2023-cü ildə ona bəraət verilmişdir. O, cəza çəkdiyi dövrdə Nəsimi Rayon Polis İdarəsinin müstəntiqini, polis əməkdaşlarını mülki qaydada məhkəməyə vermişdir. Nəsimi Rayon Polis İdarəsinin o vaxtkı rəisi və işçiləri, bugünkü gün Yasamal Rayon Polis İdarəsinin rəisi və işçiləridir. Onlara qarşı iddia qaldırdığı üçün onu bu qaydada tutmuşlar. Müstəntiq onu cinayət yerinə də aparmamış, ev yiyələri ilə görüşdürməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ayın 20-i axşam bayram qeyd etmək üçün qaynıgilə getmişdi. Saat 10-11-in yarısı qayıtmışlar. O həyətdə oturdu, uşaqlar evə qalxdı. Xəbər elədilər ki, evə adam girib. qapılar açıqdır. Əvvəl elə bildi ki zarafat edirlər, qalxıb gördü ki, həqiqətən bəzi əşyalar yoxdur. 102-yə zəng elədi. 28-ci Bölmənin əməkdaşları gəldi, evdən, həyətdən və otaqlardan barmaq izi nümunələri götürdülər. Polis əməkdaşları qonşuların kameralarına baxdılar, dedilər ki, bilirik kimdir. Tapıb xəbər edəcəyik. Ayın 26-sı onu çağırdılar. Polis əməkdaşları qonşuların kameralarına baxdılar, dedilər ki, bilirik kimdir. Tapıb xəbər edəcəyik. Şərifzadə 40, mənzil 10-da «Kaktus»un yanında yaşayır. Şəkildə göstərilən onun mənzilidir. Yoldaşı, özü və iki uşağı ilə yaşayırlar. Taksi sürücüsüdür, yoldaşı şirniyyatda işləyir. Noutbuku oğurlanıb, uşağı akademiyaya qoymuşlar, onun üçün xüsusi hipertəhlükəsiz “Asus” notbuk almışdı. 2000 azn-ə yaxın qiyməti var idi. Qızıl sırğa da oğurlanıb. Otağa girən kimi sağda siyirmədə idi. Hesab edir ki, təqsirləndirilən şəxs törədib. Görünüşündən də oxşayır. Təqsirləndirilən şəxs özü evdə hər şeyin yerini göstərdi. Evdə baxışa gələndə təqsirləndirilən şəxs “narkoman” təsiri bağışlamışdı. İndi kökəlib, yaxşı baxıblar. Ümumiyyətlə, məcbur edilənə oxşamırdı. Üzərində bir xəsarət də görmədi. Videoçəkilişdə göstərilən yer onların məhəlləsidir, görüntüdəki şəxs isə məhz Təqsirləndirilən şəxsdur. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ayın 20-i evə qayıdarkən əşyaların evdən aparıldığını görmüşdür. Sonradan xırda əşyalar, yəni qulaqcıq və adapterlər qaytarıldı. Amma böyük, dəyərli əşyalar kompüter, qızıl və pul qaytarılmadı. Polislərin dediklərinə görə, həmin xırda əşyaları şəxsin evindən aşkarlamışdılar. O özü kamera görüntünü görməmişdir. Kamera qonşuya aid olub, onlar baxıblar. Sırf şəxsin özünü oğurluq edərkən görməmişdir. Təqsirləndirilən şəxs evə gətiriləndə özü onun sumkasının harada olduğunu dedi. Heç polislər çantanın yerini bilmirdi. Təqsirləndirilən şəxsi evə baxış üçün gətirəndə Təqsirləndirilən şəxs özü ona dedi ki, bu evi təsadüfən seçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsindən daxil olmuş ## ##### 2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə 30 mart-## ##### 2002; 11 aprel-## #### 2002; 30 iyul-## ###### 2003-cü il tarixlərdə həmin xəstəxanada müalicədə olmuşdur (Diaqnoz: oyanıq tipli psixopatiya). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin ## ##### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayib ki, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında ollmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında ## #### 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani surətdə göstərmişdir. Həmin foto görüntülər mobil telefonla çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair ## ### 2026-cı il tarixli qərarda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsində aparılmış araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 2 il 7 ay 12 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünün təqdim etdiyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ rəngli “Samsung” markalı mobil telefon üçün cərəyan qurğusu, 1 ədəd ağ rəngli “Xiaomi” markalı mobil telefon üçün cərəyan qurğusu, 1 ədəd ağ rəngli “Glo” markalı mobil telefon üçün cərəyan qurğusu, 1 ədəd ağ rəngli “Xiaomi” markalı mobil telefon üçün cərəyan qurğusu, 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon üçün cərəyan qurğusu, 1 ədəd ağ rəngli uzunqol idman kişi köynəyi, 1 ədəd qara rəngli çanta, 1 ədəd qara rəngli əl çantası, 1 ədəd tünd parlaq qırmızı rəngli qadın pul qabı və 1 ədəd tünd göy rəngli kişi çantası sübut əhəmiyyətli olduğundan iş üzrə maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına münasibətdə qeyd etmişdir ki, “təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, cinayət əməlini inkar etməsi və polis əməkdaşları tərəfindən guya təzyiqə məruz qalması barədə verdiyi ifadələr məsuliyyətdən yayınmağa yönəlmişdir və iş üzrə mövcud sübutların məcmusu ilə tam şəkildə təkzib edilir. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ardıcıl, məntiqi və bir-birini tamamlayan ifadəsindən müəyyən olunur ki, ## #### 2025-ci il tarixdə ailəsi ilə birlikdə evdən kənarda olduqları müddətdə naməlum şəxs onların yaşadığı mənzilə qanunsuz daxil olmuş, evdən müxtəlif məişət əşyaları, qızıl-zinət əşyaları, pul və notebook oğurlamışdır. Zərərçəkmiş şəxs hadisədən dərhal sonra polisə məlumat vermiş, hadisə yerinə baxış keçirilmiş, izlər götürülmüş və qonşuların müşahidə kameralarına baxış keçirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında videogörüntülərdə görünən şəxsin təqsirləndirilən Təqsirləndirilən şəxs olduğunu birbaşa göstərmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ifadəsini mötəbər hesab edir. Belə ki, həmin ifadələr iş üzrə digər sübutlarla, o cümlədən şahid ifadələri, maddi sübutlar, videogörüntülər və istintaq hərəkətlərinin protokolları ilə uyğunluq təşkil edir və aralarında hər hansı ziddiyyət müəyyən olunmur. Şahid Şahid ifadəsi də zərərçəkmiş şəxsin ifadəsini təsdiq edir. Şahid göstərmişdir ki, oğurlanmış bəzi əşyalar sonradan polis əməkdaşları tərəfindən aşkar olunmuş və həmin əşyaların təqsirləndirilən şəxsin göstərdiyi yer əsasında tapılması müəyyən edilmişdir. Şahid bildirmişdir ki, təqsirləndirilən şəxs evə baxış keçirilərkən özü çantanın yerini göstərmiş və evi təsadüfi seçdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, bu hal təqsirləndirilən şəxsin hadisə barədə birbaşa məlumata malik olmasını və cinayət əməlində iştirakını təsdiq edən mühüm sübutdur”. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti əsaslandırarkən onu da göstərmişdir ki, “iş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində göstərdiyi halları hadisə yerində əyani surətdə nümayiş etdirmiş, cinayətin törədilmə mexanizmini və oğurlanmış əşyaların yerini göstərmişdir. Həmin istintaq hərəkəti fotoşəkillərlə rəsmiləşdirilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun aparılmış, protokol prosessual qaydada tərtib edilmiş və onun etibarlılığına şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin sonradan həmin ifadələrdən imtina etməsi onların sübut əhəmiyyətini aradan qaldırmır. Maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş zərərçəkmişə məxsus cərəyan qurğuları, çantalar, pul qabı və digər əşyalar cinayət əməlini birbaşa təsdiq edən sübutlardır. Təqsirləndirilən şəxsin həmin əşyaların harada yerləşdiyini bilməsi, onların bir qismini təqdim etməsi və həmin əşyaların zərərçəkmiş şəxs tərəfindən tanınması təqsirləndirilən şəxsin cinayət əməlini törətməsini təsdiq edən mühüm faktiki məlumatlardır. Məhkəmə təqsirləndirilən şəxsin “əşyaların polis əməkdaşları tərəfindən sonradan çantaya qoyulması” barədə müdafiə mövqeyini inandırıcı hesab etmir. Belə ki, həmin iddialar heç bir obyektiv sübutla təsdiq olunmur, iş materiallarında belə bir halı təsdiqləyən məlumat yoxdur və bu mövqe yalnız məsuliyyətdən yayınmağa xidmət edir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə iddiaları da araşdırılmışdır. ## #### 2025-ci il tarixli *** saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, onun bədənində hər hansı xəsarət müəyyən edilməmişdir. Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində aparılmış araşdırmanın nəticəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bu hallar təqsirləndirilən şəxsin işgəncə və təzyiq barədə iddialarının əsassız olduğunu göstərir”. Göründüyü kimi, birinci instansiya məhkəməsi müdafiə tərəfinin dəlillərinə hüquqi münasibət bildirmiş, qiymət vermiş və həmin hallar yenidən apellyasiya baxışı zamanı dəlil qismində təqdim edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2005-ci il Qərarının 2-ci bəndinə görə, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlmişdir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkum edilmiş şəxs məhkəmə iclasında ifadəsini dəyişmiş, müdafiə tərəfi məhkum edilmiş şəxsin istintaq zamanı ifadələri təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürmüş, lakin bu əsaslı görünməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021ci il tarixli Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsirlərə məruz qalması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, göstərilən hallar sonradan formalaşdırılmış özünümüdafiə dəlilləri olmaqla iş materialları ilə ümumiyyətlə təsdiqini tapmır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini etiraf etməsi üçün polis tərəfindən döyülməsi və sair təzyiqlərə məruz qoyulması və boynuna götürməyə məcbur edilməsi barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlllərini törətməsini çoxsaylı sübutlar məcmusu da mübahisəsiz təsdiq edir. Birinci instansiya məhkəməsinin hökmdə qeyd etdiyi kimi, həmin hallar araşdırılmışdır. Belə ki, Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilmədi. Cinayət işinin başlanmasının rədd edilməsinə dair ## ### 2026-cı il tarixli qərarda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsində aparılmış araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasının sonradan bildirilməsi sonradan düşünülmüş özünümüdafiə üsulu kimi qiymətləndirilməlidir. Beləliklə, müdafiə tərəfi təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsaslı olmamış, təqsirləndirilən şəxsin iddiaları müvafiq dəlillərlə dəstəklənməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin bütün ifadələrini yoxlamaqla, ifadələrini dəyişməsi səbəbini əsaslı hesab etməməklə, həmçinin ifadələrə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməsi qanuni olmuşdur. Müdafiə tərəfinin iddialarına gəldikdə bu dəlili də iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası məhkum edilmiş şəxsin hökmdə göstərilən cinayət əməllərini törətməsi barədə mövqeyi ilə razılaşır. Beləliklə, birinci instansiya məhkəməsinin qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Cinayət-Prosessual Məcəllənin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində məhkum edilmiş şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxsin ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşaraq iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən yekun nəticəyə gəlir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirsiz olmasını iddia edərək ona bəraət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif etmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlilləri qismində göstərilmiş məqamlar birinci instansiya məhkəməsinin hökmündə əsaslandırılaraq tədqiq edilmişdir. Bu səbəbdən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və göstərilənlərin şəxsin cinayət məsuliyyətindən azad olunmasına nail olmasına yönəlmiş hal kimi nəzərə alınır. Heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallaar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə isə məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əvvəllər də eyni xarakterli cinayətlərə görə məhkum olunduğunu, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyini, bu halın cinayətlərin residivini yaratdığını və cəzanı ağırlaşdıran hal kimi nəzərə almış, həmçinin məhkəmə təqsirləndirilən şəxsin ailəli olmasını və dəymiş maddi ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi həm də cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, vurulmuş ziyanın tam ödənilməməsini nəzərə almışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Qərarının 4-cü bəndinə əsasən, Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət-hüquqi normaların işığında apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum edilmiş şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 177.2.3 və 177.2.4cü maddələrinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəza ədalətli olmuş, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli ** saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 65.3-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbindən də göründüyü kimi, əməlində cinayətin residivi olan şəxsə təyin edilmiş cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi, şəxsə maddənin sanksiyasında olan beş il müddətinə azadlıqdan məhrum etmə cəzasının yarısından az müddətə cəzanın təyin olunmasına qanunvericilik yol vermir və məhkəmə tərəfindən də ona mümkün aşağı həddə – 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün cəzaya təsir edən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir, həmçinin təyin edilmiş cəzanın növü və həddi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunan normaların tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası həddində, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli Qərarı, həmin Qərara ## ### 2018ci il tarixli *** saylı dəyişikliklər və ## ##### 2025-ci il tarixli *** saylı Qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Vəkil müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaitindən Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına 165 (bir yüz altmış beş) manat pul köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1032/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1032/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver