Məhkəmə qərarları › İş №1(3-6)-1033/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1033/2026

14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-1033/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimlәri İbrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Cәfәrova Lәman Faiq qızının katibliyi vә xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı iştirakı ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsinә dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında ilkin açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci maddәsi ilә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәyә görә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi vә ondan mәnәvi zәrәrin tutulması barәdә qәrar çıxarılmasını xahiş etmişdir. Şikayәt әrizәsi onunla әsaslandırılmışdır ki, “xxxx” Tibbi Ərazi Bölmәlәrinin İdarәetmә Birliyi Publik X1 departamentinin rәhbәri Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Akif qızı ##.##.2026-cı il tarixli ona ünvanlanmış mәktubunda göstәrdiyi “nüfuzuna xәlәl gәlmәsi barәdә” cavabı şәr vә böhtandır. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs bu әmәli ilә ona qarşı CM-nin 147-ci maddәsi ilә nәzәrdә tutulmuş böhtan cinayәt әmәlini törәtmişdir vә 11.000 manat mәnәvi ziyan vurmuşdur. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Akif qızı - “xxxx”in Hüquq departamentinin rәhbәri; ünvan; Yasamal r-nu, Nәrimanov pr.206; Tel: 012-310-17- 70; ##.##.20260cı il tarixli **-***-Q-****-**-****/**** saylı mәktubu: CPM-293.3.4. ##.##.2026-cı il tarixli mәktub. CPM 293.3.5 “xxxx”-in hüquq departamentinin rәhbәri Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ona qarşı törәtdiyi AR CM-nin 147-ci maddәsi ilә ona zәrәr vurulduğundan psixoloji iztirablar vә sarsıntılar keçirdiyindәn hәmin mәblәğin tutulması, şikayәtinә şәxsi iştirakı ilә vә şikayәt verdiyi şәxsin iştirakının tәmin olunması ilә baxılması xahiş edilmişdir. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 1(5-104)-195/2026 nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata götürülmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarından verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk, şikayәtin dәlillәrinә uyğun çıxış edәrәk, şikayәtin tәmin edilmәsini vә hәmin qәrarın lәğv edilmәsini xahiş etdi. Lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs mәhkәmә iclasında iştirak etmәmişdir. Mәhkәmә kollegiyası onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, işdә iştirak edәn şәxslәrin fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli Qәrarında mәhkәmәlәrin nәzәrinә çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfindәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfındәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfındәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPMnin 293.3.1-293.3.7-ci maddәlәri). Sözügedәn Plenum qәrarında mәhkәmәlәrә hәmçinin tövsiyә edilir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPMnin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 302.1-ci maddәsinә әsasәn aşağıdakı hallarda mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir: 302.1.1. şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 302.1.2. şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 302.1.3. şikayәtin mәzmunu bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 302.1.4. cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 302.1.5. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduqda; 302.1.6. cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 302.1.7. şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 302.1.8. şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdikdә. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 302.2.3-cü mddәsinә әsasasәn mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk bu Mәcәllәnin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә qәrar çıxarır. Birinci instansiya mәhkәmәsi iş üzrә mübahisәlәndirilәn qәrarında düzgün olaraq qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı şikayәt әrizәsindә onun mәşğuliyyәt növü vә vәzifәsi göstәrilmәmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddәsinә әsasәn şikayәt vermiş şәxs haqqında mәlumatlar, o cümlәdәn soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, mәşğuliyyәt növü vә vәzifәsi şikayәtdә göstәrilmәlidir. Bundan başqa, şikayәtdә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin harada, nә vaxt vә hansı konkret hәrәkәtlә törәdilmәsi, “nüfuzuna xәlәl gәlmәsi barәdә” ifadәnin hansı formada böhtan hesab edildiyi, hәmin mәlumatların kimә vә hansı qaydada yayılması, habelә iddia edilәn mәnәvi ziyanın mәhz hansı hallarla әlaqәli yaranması aydın vә konkret şәkildә göstәrilmәmişdir. Şikayәtdә 11.000 manat mәnәvi ziyanın vurulduğu qeyd edilsә dә, hәmin ziyanın yaranma sәbәbi, ifadә olunan mәlumatla sәbәbli әlaqәsi vә onun hansı hallarla tәsdiq edildiyi әsaslandırılmamışdır. Halbuki, AR CPM-nin 293.3.2-ci maddәsinә әsasәn cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği şikayәtdә göstәrilmәlidir. Mәhkәmә kollegiyası qeyd edir ki, şikayәt әrizәsindә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs barәdә mәlumatlar da qanunun tәlәb etdiyi qaydada tam göstәrilmәmişdir. Belә ki, әrizәdә hәmin şәxsin yaşayış yeri qeyd edilmәmiş, hәmçinin onun ata adı üzrә uyğunsuzluğa yol verilmişdir. Bu hal barәsindә şikayәt verilmiş şәxsin şәxsiyyәtinin dәqiq müәyyәn edilmәsinә vә şikayәtin mәhz hansı şәxsә qarşı yönәldiyinin aydınlaşdırılmasına maneә yaratmışdır. AR CPM-nin 293.3.3-cü maddәsinә әsasәn böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi, yәni şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri, habelә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi göstәrilmәlidir. Şikayәtdә cinayәtin törәdilmә hallarını tәsdiq edәn sübutlar da konkretlәşdirilmәmişdir. Yalnız ##.##.2026-cı il tarixli mәktuba istinad edilmәsi özlüyündә kifayәt etmir; hәmin mәktubun hansı hissәsinin cinayәt qanunu ilә nәzәrdә tutulmuş böhtan xarakterli mәlumat hesab edildiyi, bu mәlumatın yalanlığı, onu yayan şәxsin hәmin mәlumatın yalan olduğunu bilmәsi vә mәlumatların yayılma faktı şikayәtdә әsaslandırılmamışdır. Hәmçinin bu halların hansı şahid ifadәlәri, hansı sәnәdlәr vә ya digәr sübutlarla tәsdiq edildiyi göstәrilmәmişdir. Halbuki, AR CPM-nin 293.3.4-cü maddәsinә әsasәn şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә, hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi göstәrilmәlidir. Bununla yanaşı, xüsusi ittiham qaydasında şikayәt әrizәsindә şikayәtin verildiyi yer göstәrilmәmişdir. Bu isә şikayәtin prosessual tәlәblәrә uyğun tәrtib edilmәdiyini göstәrәn hallardan biridir. AR CPM-nin 293.3.6-cı maddәsinә әsasәn böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә vә ya şifahi şikayәtin qәbul edilmәsi barәdә protokolda şikayәtin verildiyi tarix vә yer göstәrilmәlidir. Bundan әlavә, şikayәtdә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs CM-nin 147-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi xahiş olunsa da, CM-nin 147-ci maddәsinin hansı hissәsi üzrә mәsuliyyәtә cәlb edilmәsinin tәlәb olunduğu dәqiq göstәrilmәmişdir. Halbuki, hәmin maddә 147.1 vә 147.2-ci hissәlәrdәn ibarәt olmaqla fәrqli hüquqi tәrkiblәri nәzәrdә tutur. Şikayәtçi yayılması iddia edilәn mәlumatların hansı hissәsinin CM-nin 147.1-ci maddәsi, hansı halların isә CM-nin 147.2-ci maddәsi üzrә tövsif edilmәli olduğunu әsaslandırmamış, eyni әmәlin hansı sәbәbdәn hәmin maddәnin konkret hissәsinin tәrkibini yaratdığını göstәrmәmişdir. AR CPM-nin 293.3.5-ci maddәsinә әsasәn cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş şikayәtdә aydın vә konkret şәkildә ifadә olunmalıdır. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin qәrarı ilә razılaşaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayәt o zaman әsaslı hesab edilә bilәr ki, şikayәtdә istinad olunan әmәlin hәqiqәtәn törәdildiyi, hәmin әmәlin cinayәt tәrkibinin әlamәtlәrini özündә әks etdirdiyi, elәcә dә qeyd olunan әmәlin barәsindә şikayәt verilәn şәxs tәrәfindәn törәdildiyi müvafiq mötәbәr sübutlarla әsaslandırılsın. Odur ki, şikayәtdә göstәrilәnlәr müvafiq sübutlarla tәsdiqlәnmirsә, belә şikayәt әsassız hesab edilmәlidir. Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 138.2-ci maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin cinayәt mәsuliyyәtinә cәlb olunması әsaslarını vә onun tәqsirli olub-olmamasını sübutetmә vәzifәsi ittihamçının üzәrinә düşür. Hәmin Mәcәllәnin 139.0, 139.0.2 vә 139.0.4-cü maddәlәrinә әsasәn şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi vә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi - cinayәt tәqibi üzrә icraat zamanı yalnız sübutlara әsasәn müәyyәn edilir. Avropa Mәhkәmәsinin presedent hüququna müvafiq olaraq barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs tәrәfindәn yayılmış mәlumatlarda fikrin vә ya faktın әks etdirilmәsi fәrqlәndirilmәli vә bu hala әhәmiyyәt verilmәlidir. Faktların mövcudluğu nümayiş oluna bilsә dә, fikirlәrin hәqiqiliyi sübut oluna bilәn deyildir. Fikirlәrin hәqiqiliyini sübut etmәk tәlәbinә riayәt etmәk mümkün deyil vә bu tәlәb Konvensiyanın 10-cu maddәsi ilә tәmin edilmiş hüququn әsas hissәsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes vә Gijsels, § 42 vә Lingens, § 46). Eyni zamanda üçüncü tәrәfin davranışı barәdә iddialar irәli sürüldüyü hallarda bәzәn faktın tәqdimatı ilә fikirlәr arasında fәrqi müәyyәn etmәk çәtin olur. Buna baxmayaraq, hәtta fikirlәr faktlara әsaslanmadıqda onlar olduqca әsassız ola bilәr (bax, Jerusalem Avstriyaya qarşı, §43). Plenum qәrarı 6-cı bәnd) Xüsusi ittiham qaydasında şikayәtlәr әsasında işlәrә baxılarkәn yayılmış mәlumatların tәhqir vә ya tәnqid xarakterli olmasına, onların xüsusi ittihamçının şәxsi vә ya ictimai hәyatına, siyasi fәaliyyәtinә müdaxilә olubolmamasına diqqәt yetirsinlәr. Nәzәrә alınmalıdır ki, Avropa Mәhkәmәsinin presedent hüququna görә ifadә azadlığının hәyata keçirilmәsi özündә mәsuliyyәt vә öhdәliklәri ehtiva edir, Konvensiyanın 10-cu maddәsi ilә jurnalistlәrә verilәn tәminat isә onunla şәrtlәnir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün vә etibarlı mәlumatı tәqdim etmәk mәqsәdilә vicdanla fәaliyyәt göstәrsinlәr (bax, başqa mәnbәlәrlә yanaşı, Radio Frans vә digәrlәri Fransaya qarşı, §37 vә yuxarıda qeyd olunmuş Kolombani vә digәrlәri, §65). Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittihamçı apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar