Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1036/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X1 və X2 ibarət tərkibdə,) *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə, ## ####### 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin digər şəxs də təqsili bilinib məhkum edilmiş, qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib ünvan 1 ünvanının yaxınlığında külli miqdarda 4 (dörd) ədəd qara rəngli polietilen bağlamalarda hər birinin ayrıayrılıqda təmiz çəkisi 3780,0 qram, 3590,0 qram, 4025,0 qram, 4735,0 qram olmaqla, ümumi təmiz çəkisi 16130,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 126,70 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki 2 (iki) ədəd sintetik torbada əldə edib saxlamaqla üzərində daşıyarkən ## ###### 2026-cı il tarixdə, saat 10:55də həmin ünvanda Binəqədi rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən həmin polis idarəsinə gətirilmiş və həmin tarixdə saat 13:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı 2 (iki) ədəd sintetik torbanın içərisində 4 (dörd) ədəd qara rəngli polietilen bağlamalarda hər birinin ayrıayrılıqda təmiz çəkisi 3780,0 qram, 3590,0 qram, 4025,0 qram, 4735,0 qram olmaqla, ümumi təmiz çəkisi 16130,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 126,70 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəni xaric etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şahidlər ziddiyyətli ifadələr vermişlər, barəsində ədalətsiz hökm çıxarılmışdır. Tək qoca nənəsinə və bacısına baxır. Əməlindən peşmandır. Əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinə dəqiqləşmə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onu CMin 234.4.3-cü maddələri ilə təqsirli bilmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi qənaətinə gələrkən digər sübutlarla yanaşı onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrə də əsaslanmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsini dəyişmiş, müdafiə tərəfi təqsirləndirilən şəxsin istintaq zamanı ifadələri təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürmüş, lakin bu əsaslı görünməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı etirafedici ifadə verməsinə səbəb kimi polis əməkdaşları tərəfindən fiziki təzyiqə və zorakılığa məruz qaldığını göstərmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiqlərin göstərilməsinə dair bildirdiklərinin araşdırılmasından ötrü birinci instansiya məhkəməsinin sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanıldığı Bakı Istintaq Təcridxanasına daxil olarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün Bakı Istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabçada göstərilmişdir ki, onun bədən səthində köhnə çapıqlar aşkar edilmiş, göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı tarixə aid onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bununla əlaqədar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verilmiş suallara cavab olaraq tibbi kitabçada qeyd edilən bədən səthindəki köhnə çapıqların hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını, həmin çapıqların onun əvvəllər keçirdiyi avtomobil qəzası nəticəsində yarandığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 məhkəmə-tibbi ekspertizasının ## ###### 2026-cı il tarixli, ** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.150-152). Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində həbslə bağlı təqdimata baxılarkən məhkəmədə verdiyi izahatında özünü ittiham üzrə tam təqsirli bildiyini göstərmişdir və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi barədə ümumiyyətlə göstərməmişdir (iş vərəqə: cild İ, səh.109). Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin ona məxsus olmağını, polis əməkdaşları tərəfindən etirafedici ifadələr verməyə məcbur edildiyinə, polis əməkdaşları tərəfindən evində saxlanılması barədə və digər göstərdiyi hallar cinayət işinin materialları əsasında araşdırılarkən onun həmin narkotik vasitələrin həqiqətən də ondan aşkar edildiyi və onun özünə məxsus olduğunu etiraf etməsi, həmçinin onun polis əməkdaşları tərəfindən evində saxlanılmaması həm şəxsi axtarış zamanı sorğu-sual edilərkən, həm sonradan müstəntiqə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, bundan sonra da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən hakimə verdiyi izahatında dəfələrlə təsdiq olunmuşdur. Hətta qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də bu barədə heç bir fikir söyləməmişdir (cild 1, iş vərəqə: 179). Bundan başqa, həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini fiziki və psixoloji təzyiqlərin təsiri altında alınması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Həmçinin məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən öz imzaları ilə təsdiq etdiyi ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təzyiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində qeyd etdiyi həmin “qanunsuz hərəkətlər” barədə, yəni ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən ona edilən fiziki və psixoloji təzyiqlər nəticəsində etirafedici ifadələr verməsini göstərsə də, onun ibtidai istintaq zamanı bu barədə ümumiyyətlə bildirməməsi də həmin ifadələrinin inandırıcı olmadığını və yalan olduğunu bir daha təsdiq etmişdir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Beləliklə, müdafiə tərəfi Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsaslı olmamış, Təqsirləndirilən şəxs pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin bütün ifadələrini yoxlamaqla, ifadələrini dəyişməsi səbəbini əsaslı hesab etməməklə, həmçinin ifadələrə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai istintaq zamanı verdiyi ifadəslərini əsas götürməsi və üstünlük verməsi qanuni olmuşdur. Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsin üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə olmadığını iddia etsə də, bu hal da iş materialları ilə təkzib edilməkdədir. Əvvəla, bu hal, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələri ilə uzlaşmır. Çünki, o, həmin ifadələrində narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu, şahid ifadələri ilə həmin narkotik vasitənin Təqsirləndirilən şəxsa aidiyyəti müəyyən edilir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi, bunun sübuta yetirilməməsi iddialarına gəldikdə bu dəlili də iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. CM-in 234.2-ci maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Əməliyyat məlumatı da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Beləliklə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, CPM-in cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsa təyin edilən cəza məsələsinə gəldikdə, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi həmin əməllərə görə cinayət qanununun 234.4.3-cü maddəsinin müəyyən etdiyi məhrumiyyət beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minumum hədlərdə - 06 (altı) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1036/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1036/2026
30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver