Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1041/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə Idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhər ** saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.5-ci, 180.2.1-ci, 180.2.4-cü və 234.1-ci maddələri ilə və təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə məhkum edilməsinə, Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə ona bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-867/2024 nörməli, ## ### 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 ərizəsinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-867/2024 nörməli, ## ### 2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.5-ci, 180.2.1-ci, 180.2.4-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 7 (yeddi) il 11 (on bir ) ay 26 (iyirmi altı ) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş cəzanın əvvəli # #### 2023-cü il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 ## ##### 2026-cı il tarixdə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa olunması barədə vəsatət ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti vermək hüququnu bilməmiş və yazıb oxuması olmadığı üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əsgərova-Məmmədova Leyla) ## #### 2026-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə məhkum təqsirləndirilən şəxs1 vəsatəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cəzasının 3 ilini çəkmişdir. Xəstə anası və bacısı kirayədə yaşayırlar, etidiyi əməldən peşmandır. Qeyd etdiklərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkumun şəxsi işini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 383.1.1-ci maddəsinə görə məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi apellyasiya şikayəti vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2024-cü il tarixli hökmünü ## #### 2024-cü il tarixdə almış və bu barədə qəbz cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqə 218). Qeyd edilən tarixdən çox uzun müddət (02 (iki) il) keçdiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs1 bildirdiyi səbəb üzrlü hesab oluna bilməz, həmin ərizə аşаğıdаkılаrа görə əsаssız və prоsеssuаl müddətin burахılmаsı üzrsüz hеsаb еdilməli, vəsatətə əlavə edilmiş apellyasiya şikayətinin surəti cinayət işində saxlanılmaqla, vəsаtət təmin оlunmаdаn rədd еdilməlidir. Kollegiya cinayət işinin materiallarını araşdırarkən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2024-cü il tarixli hökmü ## #### 2024-cü il tarixdə tarixdə təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Məhkum təqsirləndirilən şəxs1 01 (bir) il, 10 (on) ay, 07 (yeddi) gün müddət keçdikdən sonra, yəni ## ##### 2026-cı il tarixdə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmiş, bununla belə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməsinə dair heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin hökmündən zamanında xəbərdar olmuş, həmin hökmdən 01 (bir) il, 10 (on) ay, 07 (yeddi) gün müddət keçdikdən sonra, yəni ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti verərək müddəti ötürmüşdür. Kollegiya qeyd edir ki, məhkumun (təqsirləndirilən şəxsin) hökmdən qanunla müəyyən edilmiş müddətdə şikayət verməyə imkanı olmuş, lakin bu hüquqdan vaxtında istifadə etməmişdir. Bununla yanaşı, apellyasiya şikayətində məhkəmənin haqlı mövqeyini təkzib edəcək dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən göstərilən dəlillər formal xarakterli olduğundan müddətin bərpası əsası kimi qəbul edilə bilməz. Hökmdən şikayət müddəti hökmdə açıq-aydın formada məhkuma izah edilmişdir. Şikayətdə göstərilən hal müddətin üzrlü səbəbdən buraxılması üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.3, 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(3-6)-1041/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1041/2026
29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver