Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1043/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Nuriyev Elnur Aləm oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Zəfər Vəkil Bürosunun üzvü müdafiəçi1 iştirakı ilə, ##.##.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 7A ünvanında qeydiyyatda olan və Qusar şəhəri, Mehman Hətəmov küçəsi, ev 14 ünvanında yaşamış. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxs6 əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda sonuncuya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə yalan məlumat verib inandıraraq, etibarını qazandıqdan sonra sonuncunun arvadı Aidə Eminovanı yaşadıqları ünvanın yaxınlığında yerləşən məktəblərdən birində coğrafiya müəllimi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla onun tələbi əsasında zərərçəkmiş şəxs6 ## ### 2024-cü il tarixdə saat 23:16-da Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5C ünvanında yerləşən “Megastore" mağazasında “MilliÖn” aparatı vasitəsilə arvadı Aidə Eminovanın rəqfiqəsi, onun cinayətkar niyyətindən xəbərsiz olan zərərçəkmiş şəxs1 məxsus olan “xxxx” ASC-də açılmış **************** nömrəli kart hesabına köçürərək sonuncunun vasitəsi ilə ona göndərdiyi 5000 (beş min) manat məbləğində pul vəsaitini qeyd edilən gün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında zərərçəkmiş şəxs1 alıb ələ keçirərək, zərərçəkmiş şəxs6 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə X5 əmlakını ələ keçirmək məqsədilə guya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə Pərvin Ağayevaya yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncunu Abşeron rayonu Xızı Regional Təhsil İdarəsi * nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Təsərrüfat İşləri üzrə direktor müavini vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla onun tələbi əsasında hissə-hissə olmaqla X8 rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən “Araz” marketdə “Mpay” ödəmə terminalı vasitəsilə ##.##.2024-cü il tarixdə saat 17:10-da ona məxsus son 4 rəqəmi 3183 olan “xxxx” ASC-də açılmış kart hesabına göndərdiyi 2000 manat, ##.##.2024-cü il tarixdə saat 17:13-də eyni ünvanda eyni kart hesabına göndərdiyi 2000 manat, ##.##.2024-cü il tarixdə saat 17:14-də eyni ünvanda eyni kart hesabına göndərdiyi 1000 manat, ##.##.2024-cü il tarixdə saat 17:15-də eyni ünvanda eyni kart hesabına göndərdiyi 1000 manat, ümumilikdə isə Pərvin Ağayevanın 6000 (alt min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxs4 əmlakını ələ keçirmək məqsədilə guya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə zərərçəkmiş şəxs4 yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncunun bacısı Şəfa Əliyevanı müəllim kimi işlədiyi məktəbdə ştatın ləğv olunmasına görə işdən çıxarıldığından yenidən həmin işə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla ## #### 2024-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ** nömrəli binanın qarşısında zərərçəkmiş şəxs4 6000 (altı min) manat məbləğində pul vəsaitini alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxs3 İsmayıl oğlunun əmlakını ələ keçirmək məqsədilə guya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə zərərçəkmiş şəxs3 yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncunun arvadı Yeganə Qasımovanı Sumqayıt şəhəri ərazisində yerləşən uşaq bağçalarından birində müəllim kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2024-cü ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, 13cü mikrorayon, ** nömrəli binanın qarşısında zərərçəkmiş şəxs3 6000 (altımin) manat məbləğində pul vəsaitini alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Malik Dzhumaevin əmlakını ələ keçirmək məqsədilə sonuncuya guya Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olması barədə yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra Malik Dzhumaevin övladı Cumayev İslam Malik oğlunu Gəncə şəhərində yerləşən kolleclərdən birinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla onun tələbi əsasında Malik Dzhumaevin 2024-cü ilin iyul ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində Zəfər parkının yaxınlığında tanışı, onun cinayətkar niyyətindən xəbərsiz olan şahid1 vasitəsi ilə ona göndərdiyi 3500 (üç min beş yüz) manat pul vəsaitinin ona çatdırılması üçün sonuncu anası zərərçəkmiş şəxs1 verdikdən sonra 2024-cü ilin avqust ayının əvvəlində dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında həmin 3500 manat məbləğində pul vəsaitini onun cinayətkar niyyətindən xəbərsiz olan zərərçəkmiş şəxs1 alıb, ələ keçirərək Malik Dzhumaevə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək məqsədilə guya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tanışı olması barədə zərərçəkmiş şəxs1 yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncunu Azərbaycan Respublikası Tibb Universitetinin Cərrahiyyə şöbəsinin təsərrüfat bölmə müdiri kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla 2024cü ilin avqust ayının əvvəlində dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında zərərçəkmiş şəxs1 11000 (on bir min) manat məbləğində pul vəsaitini alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3(üç) il 7(yeddi) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Həmin hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək ona təyin olunmuş cəzanın azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs3 İsmayıl oğluna dəymiş ziyanı ödəmişdir, imkanı olmadığına görə digər zərərçəkmiş şəxslərin ziyanını ödəyə bilməmişdiir. Əməlindən peşmandır, cəza çəkməyə hazırdır. Həmçinin Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayında Bəhruz adlı tanışı ona zəng edərək, dostunun qızının ali təhsilli olmasını və Abşeron rayonunda yerləşən təhsil müəssisələrinin birində işə düzəlmək istəməsini bildirərək kömək etməyini xahiş etmişdir. Həmin vaxt ona pul lazım olduğu üçün Bəhruza əlaqə nömrəsini verməsini və görüşüb söhbət edəcəyini bildirmişdir. Sonra Pərviz adlı şəxs ona zəng edərək Bəhruzun tanışı olmasını və qızının işi ilə bağlı onunla görüşmək istəməsini bildirmişdir. O, Pərvizə qızına məxsus şəxsiyyət vəsiqəsinin, diplomun surətini götürməsini və görüşüb söhbət etməyi bildirmişdir. Təxminən 1-2 gün sonra o, Xırdalan şəhərində Pərviz və qızı Pərvin ilə görüşmüş və söhbət əsnasında onlara Xırdalan şəhəri, * nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi yerinin boş olmasını və həmin mərkəzə işə düzəldə biləcəyini bildirmişdir. O, Təhsil Nazirliyində bu işlərə baxan şəxslə danışıb onlara məlumat verəcəyini və həmin işə qəbul üçün təxminən 10000 manat pul lazım olacağını bildirmişdir. Lakin Pərviz və Pərvin həmin məbləğin çox olmasını və gücləri çatmayacağını bildirmişlər. O isə danışıb onlara məlumat verəcəyini bildirmişdir. ## #### 2024-cü il tarixdə Pərvizə zəng edərək, qızının işi üçün danışmağını və 6000 manata razılaşdıqlarını, həmçinin pulu çatdırmasını bildirmişdir. O, özünə məxsus bank kartınınhesab nömrəsini Pərvizə demiş, sonra həmin kart hesabına 6.000 manat pul göndərilmiş, həmçinin pula dair qəbzlər də göndərilmişdir. Pərvizə telefon nömrəsinə imtahan barədə bildiriş gələcəyini bildirmişdir. Bundan sonra Pərvini inandırmaq üçün ## #### 2024-cü il tarixdə digər nömrəsi ilə Pərvinin mobil nömrəsinə müraciətinə baxılması və imtahanın tarixi barədə əlavə məlumat verilməsi barədə mesaj göndərmişdir. Bir neçə gün sonra Pərvin ona zəng edərək, imtahanın vaxtı barədə maraqlandıqda narahat olmamağı, özünün qaydasına qoyacaqlarını, sentyabr ayında işə çıxacağını bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Pərvindən aldığı 6000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra onunla əlaqə saxlaya bilməmələri üçün telefonunu söndürmüşdür. zərərçəkmiş şəxs4 arvadı Nuranənin xalası oğludur. 2024-cü ilin iyun ayının ortalarında Azər ilə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən ** nömrəli binanın həyətində arvadı Nuranənin dayısının yas mərasimində görüşmüşlər. Söhbət əsnasında Azər bacısı Şəfa Əliyevanın müəllimə kimi işlədiyi məktəbdə ştatların ləğv edildiyini və onun işsiz qaldığını bildirmişdir. Bu zaman maddi durumu yaxşı olmadığından Azərdən pul almaq qərarına gəlmişdir. O, Azərin bacısı Şəfanı işinə bərpa etdirə biləcəyini bunun üçün 12000 manat pul lazım olduğunu bildirmişdir. Həmin puldan 6000 manatını əvvəlcədən, qalan 6000 manatı isə Şəfa işi düzələn zaman verməli olduğunu demişdir. O, adam olduğunu onunla danışıb xəbər edəcəyini demişdir. Ertəsi gün Azərə zəng edib adamla danışdığını demişdir. ## #### 2024-cü il tarixdə Azər ilə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən ** saylı binanın qarşısında görüşüb 6000 manat məbləğində pulu əlbəəl şəkildə ondan almışdır. Pulu götürən zaman Azərin bacısı Şəfanı iki həftə müddətində işinə bərpa etdirəcəyinə söz vermişdir. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Azər dostu Vasifin də arvadı Yeganəni işə düzəltmək istədiklərini və onun işə düzəlməsində köməklik etməyini xahiş etmişdir. O, Vasif və Azərlə Sumqayıt şəhəri ərazisində xatırlamadığı ünvanda görüşmüşlər. Onlarla görüş zamanı heç bir problem olmadığını, Vasifin arvadı Yeganəni Sumqayıt şəhəri ərazisində yerləşən bağçaların birinə müəllimə kimi işə düzəldə biləcəyini və bunun üçün 6000 manat pul lazım olduğunu demişdir. 2024-cü ilin iyul ayının ortalarında Vasif və Azər ilə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən ** saylı binanın qarşısında görüşmüşlər. Orada Vasifdən 6000 manat məbləğində pul almışdır. Pulu götürdükdən sonra Yeganəni 10 gün müddətinə Sumqayıt şəhəri ərazisində yerləşən bağçaların birinə müəllimə kimi işə düzəldəcəyini demişdir. Orada ona olan inamı artırmaq məqsədilə Vasifin arvadı Yeganəyə məxsus şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomun surətlərini də götürmüşdür. Vasifdən aldığı pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Təhsil Nazirliyində heç bir tanışı, eləcə də vəd etdiyi işi düzəldə biləcək tanıdığı şəxs yoxdur. Pula ehtiyacı olduğu üçün yalan vəd verib həmin pulu ələ keçirərək, şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2024-cü ilin mart ayında zərərçəkmiş şəxs1 ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Sonradan onunla aralarında dostluq münasibəti yaranmışdır. Vəfa ilə söhbət zamanı ona iş yerini dəyişmək istədiyini, əvvəlki iş yeri olan X6 təsərrüfat bacısı olaraq qayıtmaq istədiyini demişdir. O, Vəfaya “Təbib”də tanışı olduğunu tanışı vasitəsilə iş yerinin dəyişilməsində köməklik edə biləcəyini demişdir. X4 Tibb Mərkəzində tanışı ola biləcəyindən ehtiyat edərək oraya işə düzəltməyin mümkün olmadığını bildirmişdir. X1 Universitetində cərrahiyyə şöbəsində təsərrüfat bölmə müdiri vəzifəsində işləyən şəxsin təqaüdə çıxacağını Vəfanı həmin şəxsin yerinə işə düzəldə biləcəyini demişdir. 2024-cü ilin iyul ayının sonlarında Vəfaya “Təbib”də olan tanışı ilə danışdığını 15000 manat qarşılığında Vəfanı həmin vəzifəyə işə düzəldə biləcəyini demişdir. Vəfa maddi imkanının aşağı olmasını bildirdikdə o, 11000 manata onu Tibb Universitetində Cərrahiyyə şöbəsində təsərrüfat bölmə müdiri vəzifəsinə işə düzəldəcəyini demişdir. Vəfa onunla razılaşmışdır. Lakin Vəfa pulu avqust ayında verəcəyini demişdir. 2024-cü ilin may ayında Vəfa ona Aidə adlı rəfiqəsinin olmasını onun müəllim olaraq işə düzəlməkistədiyini demişdir. O, maddi imkanı aşağı olduğundan Vəfaya Təhsil Nazirliyində tanışı olmasını, rəfiqəsini müəllim olaraq yaşadığı ünvana yaxın ərazidə işə düzəltdirə biləcəyini demişdir. Bunun qarşılığında 5000 manat pul verməli olduğunu bildirmişdir. 2024-cü ilin may ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında Vəfayla görüşən zaman 5000 manat pulu Vəfadan almışdır. Vəfaya Aidəni 1 ay müddətində MİQ imtahanından sonra işə düzəldəcəyini bildirmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 2024-cü ilin iyul ayının sonlarında Vəfa oğlu Bəhruzun dostu olan Malikin oğlunun 11-ci sinfi bitirdiyini kollecə qəbul olmasını istədiyini bildirmişdir. Vəfaya guya Təhsil Nazirliyində olan tanışı vasitəsilə Malikin oğlunu kollecə düzəldə biləcəyini demişdir. Daha sonra yenidən söhbət zamanı Vəfanı inandırmaq üçün Malikin oğlunu Bakı şəhərinə kollecə düzəlməsinin alınmadığını, 3500 manat qarşılığında Gəncə şəhərində kollecə düzəldə biləcəyini demişdir. 2024-cü ilin avqust ayının əvvəlində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Boranı” restoranında Vəfa ilə görüşmüşlər. Orada zərfin içərisinə qoyulmuş halda Vəfanın Tibb Universitetində cərrahiyyə şöbəsində təsərrüfat bölmə müdiri vəzifəsinə işə düzəlməsiylə əlaqədar olan 11000 manat pulu, digər zərfdə isə Malikin oğlunun kollecə tələbə kimi düzəlməsi ilə əlaqədar 3500 manat pulu Vəfadan almışdır. O, həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun işə düzəltməklə əlaqədar heç bir səlahiyyəti yoxdur. Nə “Təbib”də, nə də Təhsil Nazirliyində hər hansı tanışı yoxdur. Pul aldığı şəxsləri aldatmaq üçün tanışı olduğunu demiş, aldığı pullardan heç kimə pul verməmişdir. Aidə adlı şəxsi müəllim olaraq və Malikin oğlunu isə tələbə olaraq düzəltməklə əlaqədar pulları Vəfa ona versə də aldığı pullardan Vəfaya pul verməmişdir. zərərçəkmiş şəxs1 söhbət əsnasında tanışı olan Gülarə və bacısı qızı Bənövşənin işə düzəlmək istədiklərini bildirsə də o, şəxslərin çox olmasından ehtiyat edərək, həmçinin onların qohum olması səbəbindən ondan pul tələb edəcəklərindən ehtiyat edərək həmin şəxslərin işə düzəlməsi ilə əlaqədar məsələnin baş tutmayacağını bildirmişdir. Vəfadan 13000 manat pul almamış, həmin məsələ ilə əlaqədar Ucar rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Onun həmin məsələ ilə heç bir əlaqəsi yoxdur. O, zərərçəkmiş şəxsləri inandırmaq məqsədilə onlardan diplom və şəxsiyyət vəsiqələrinin surətlərini alsa da həmin sənədlərlə heç bir qanunsuz hərəkətlər etməmiş, həmin sənəd surətlərini aldıqdan sonra cırıb atmışdır. Dələduzluq yolu ilə əldə etdiyi pullardan zərərçəkmiş şəxs olan zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs3 vurduğu maddi ziyanlardan bir qismini ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün qismən etirafı və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2015-ci il tarixli * nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təyin edilmiş cəza ilə bağlı gətirilmiş dəlillərini əsassız hesab edir və cəzanın yüngülləşdirilməsi üçün hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş ##.##.2025- ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2020-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2020- ci il tarixli qərarı ilə cəzası 6 ay azaldılmış, ##.##.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İşə baxan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs3 İsmayıl oğluna dəymiş ziyanı ödəməsini, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Zəfər Vəkil Bürosunun üzvü müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə müdafiəçi1 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Zəfər Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə müdafiəçi1 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Zəfər Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1043/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1043/2026
04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver