Məhkəmə qərarları › İş №1(3-6)-1052/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1052/2026

02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1052/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ## ###### 1989-cu ildə Qazax rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, himayəsində bir azyaşlı uşağı olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinmələrinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim X1) *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs2 ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və barəsində “həbs” qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə iclas zalında həbsə alınması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzacəkmə müddətinin əvvəlinin ## ##### 2026-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hesab edilməsi və hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, əvvəlki cinayət işi üzrə ## ###### 2025-ci ildən tarixdən ## ###### 2025cü il tarixədək, ## ###### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün, ümumilikdə 03 (üç) ay 05 (beş) gün, 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs1 cəzacəkmə müddətinin əvvəlinin ## ##### 2026-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2024-cü il tarixdə saat 22:26 dəqiqədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən filial mağazasına müştəri qismində daxil olaraq, aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, mağazanın vitrinlərinə yerləşdirilmiş ümumilikdə 420 manat dəyərində 1 litr həcmində 6 ədəd «Civas Regal 12 il» markalı və ümumilikdə 180 manat dəyərində hər biri 90 manat olan 1 litr həcmində 2 ədəd «Jack Daniels» markalı spirli içkiləri gizli olaraq talamış, təqsirləndirilən şəxs2 isə onun cinayət əməlinin ifşa olunmaması üçün onu sığortalamış, birlikdə mağazadan çıxıb uzaqlaşaraq ümumilikdə zərərçəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə ## ###### 2025-ci il tarixdə saat 22:50 radələrində ünvan 4 ünvanında yerləşən “Canciyər” adlı dönərxanada müştəri qismində olan zaman dönərxananın ümumi istifadəli zalında yerləşən masanın üzərindən zərərçəkmiş şəxs2 məxsus üzərində 10 manat dəyərində “Azerfon” mobil operatoruna aid 077-722-93-00 və 10 manat dəyərində “Azercell” mobil operatoruna aid 050- 570-80-10 mobil telefon nömrələri olan 1300 manat dəyərində “Samsung Galaxy S23” markalı mobil telefon aparatını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 1320 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2025- ci il tarixdə saat 21:20 dəqiqədə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerəşən filial mağazasına müştəri qismində daxil olaraq, aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq, o, mağazanın vitrinlərinə yerləşdirilmiş ümumi dəyəri 124 manat, hər birinin dəyəri 62 manat olan 1 litr həcmində 2 ədəd «Jameson» markalı və 66,90 manat dəyərində 1 litr həcmində 114 ədəd «Captain» markalı spirli içkiləri gizli olaraq talamış, təqsirləndirilən şəxs2 isə onun cinayət əməlinin ifşa olunmaması üçün onu sığortalamış, birlikdə mağazadan çıxıb uzaqlaşaraq ümumilikdə zərərçəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 190,90 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2025- ci il tarixdə saat 21:49 dəqiqədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən filial mağazasına müştəri qismində daxil olaraq aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq, o, mağazanın vitrinlərinə yerləşdirilmiş ümumi dəyəri 240 manat, hər birinin dəyəri 20 manat olan 0,5 litr həcmində olan 2 ədəd «Beluqa» markalı, ümumi dəyəri 146,98 manat, hər birinin dəyəri 73,49 manat olan 1 litr həcmində 2 ədəd «Grey groos» markalı spirli içkiləri və ümumi dəyəri 254,60 manat, hər birinin dəyəri 127,30 manat olan 800 qram həcmində 2 ədəd “Kabrita №*” markalı uşaq yeməyini gizli olaraq talamış, təqsirləndirilən şəxs2 isə onun cinayət əməlinin ifşa olunmaması üçün onu sığortalamış, birlikdə mağazadan çıxıb uzaqlaşaraq ümumilikdə zərərçəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 641,58 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2024-cü il tarixdə saat 22:26 dəqiqədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən filial mağazasına müştəri qismində daxil olaraq, aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq təqsirləndirilən şəxs1 mağazanın vitrinlərinə yerləşdirilmiş ümumilikdə 420 manat dəyərində 1 litr həcmində 6 ədəd “Civas Regal 12 il” markalı və ümumilikdə 180 manat dəyərində hər biri 90 manat olan 1 litr həcmində 2 ədəd “Jack Daniels” markalı spirli içkiləri gizli olaraq talamış, o isə təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunmaması üçün sonuncunu sığortalamış, birlikdə mağazadan çıxıb uzaqlaşaraq ümumilikdə zərərçəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2025-ci il tarixdə saat 21:20 dəqiqədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən filial mağazasına müştəri qismində daxil olaraq, aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq təqsirləndirilən şəxs1 mağazanın vitrinlərinə yerləşdirilmiş ümumi dəyəri 124 manat, hər birinin dəyəri 62 manat olan 1 litr həcmində 2 ədəd “Jameson” markalı və 66,90 manat dəyərində 1 litr həcmində 1 ədəd “Captain” markalı spirli içkiləri gizli olaraq talamış, o isə təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunmaması üçün sonuncunu sığortalamış, birlikdə mağazadan çıxıb uzaqlaşaraq ümumilikdə zərərçəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 190,90 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ##.##.2025-ci il tarixdə saat 21:49 dəqiqədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən filial mağazasına müştəri qismində daxil olaraq, aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq təqsirləndirilən şəxs1 mağazanın vitrinlərinə yerləşdirilmiş ümumi dəyəri 240 manat, hər birinin dəyəri 120 manat olan 0,5 litr həcmində olan 2 ədəd “Beluqa” markalı, ümumi dəyəri 146,98 manat, hər birinin dəyəri 73,49 manat olan 1 litr həcmində 2 ədəd “Grey groos” markalı spirli içkiləri və ümumi dəyəri 254,60 manat, hər birinin dəyəri 127,30 manat olan 800 qram həcmində 2 ədəd “Kabrita №*” markalı uşaq yeməyini gizli olaraq talamış, o isə təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunmaması üçün sonuncunu sığortalamış, birlikdə mağazadan çıxıb uzaqlaşaraq ümumilikdə zərərçəkmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 641,58 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Apellyasiya müraciətlərinin dəlilləri: Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət Ittihamının Müdafiəsi üzrə Idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilərək, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsi xahiş edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, cəzadan narazı olduğunu və təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Iş Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Səbail RPI-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Nizami Rayon Polis Idarəsi əməkdaşları tərəfindən saxlanılaraq ##.##.2025-ci il tarixdə Bakı Istintaq Təcridxanasına yerləşdirilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və barəsində 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və ## ###### 2025-ci il tarixdən hökmün elan olunduğu ## #### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 03 ay 03 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə - cəmi 06 ay 10 gün hesablanmaqla üzərində qəti olaraq 02 il 01 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilmiş və təqsirləndirilən şəxs1 barəsində Səbail rayon məhkəməsinin ##.##.2025-ci il tarixli 1(009)-264/2025-ci il qərarı ilə “həbs” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs1 Səbail rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının icrası ilə bağlı ##.##.2026-cı il tarixdən həbsdə saxlanılmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən məlum olur ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 qəti cəza təyin edilən zaman hazırkı hökmlə təyin edilən cəza ilə onun əvvəlki cinayət işi üzrə təyin edilmiş 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla cəza təyin edilməli olduğu halda, əvvəlki hökmlə təyin edilmiş qəti cəza ilə yəni, 02 il 01 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası ilə toplanılaraq cəza təyin edilmişdir. Halbuki, məhkəmə tərəfindən 02 il 08 ay müddətə deyil, 02 il 01 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası toplanılmaqla, təqsirləndirilən şəxsin tutulduğu və həbsdə olduğu 03 ay 05 gün müddət (06 ay 10 gün hesablanmaqla) nəzərə alınmış olsa da, təyin edilmiş vahid cəzadan təkrar olaraq Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən qeyd olunan müddətlər çıxılmaqla cəza hesablanmışdır. Bununla da cəzanın təyin edilməsi və hesablanması zamanı cinayət qanununun norması pozulmuşdur. Bundan başqa, məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxs1 ##.##.2026-cı il tarixdən həbsdə olmasına baxmayaraq cəzaçəkmə müddətinin əvvəlini hökmün çıxarıldığı tarixdən, yəni, ##.##.2026-cı il tarixdən hesablamaqla da cinayət qanununun normasının pozulması halına yol vermişdir. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum olunmalarına dair Bakı şəhəri Səbail rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 aid hissədə cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilsin. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dəymiş ziyan ödənilib və şikayətçi yoxdur. Bir azyaşlı övladı və xəstə anası onun himayəsindədir. Qeyd olunan halların nəzərə alınmasını xahiş edir. Hökmdən digər məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və zərər çəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestinə yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X2 verilmiş protestin məzmununa uyğun izahat verərək, apellyasiya protestinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi barədə qərar çıxarılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin cinayət qanunu normasının düzgün tətbiq edilməsinə dair hissəsində məhkəmənin mülahizəsinə buraxdığını, qalan hissədə isə apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Işin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü cinayət qanununun normasının düzgün tətbiq olunması və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması hissəsində dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq ona münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarına əlavə edilmiş Səbail Rayon Polis Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Nizami Rayon Polis Idarəsi əməkdaşları tərəfindən saxlanılaraq ##.##.2025-ci il tarixdə Bakı Istintaq Təcridxanasına yerləşdirilmişdir. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və barəsində 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 ## ###### 2025-ci il tarixdən ## ###### 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və ## ###### 2025-ci il tarixdən hökmün elan olunduğu ## #### 2026-cı il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə cəmi 06 (altı) ay 10 (on) gün hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 01(bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Iş materiallarına əlavə edilmiş Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsi tərəfindən ## ### 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, ##.##.1989-cu il tavəllüdlü təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 202.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatı zamanı müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə təyin olunmuş qəti cəza, yəni 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hesab edilməli və hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Lakin, məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə təyin edilmiş qəti cəza ilə yəni, 02 il 01 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökm ilə toplayaraq cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli Plenumunun Qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Həmin məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*- **)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə təyin edilən 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmalı və hazırki hökmlə təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxs1 cəza təyin edilməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı cinayət işi üzrə ## ###### 2025-ci ildən tarixdən ## ###### 2025-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət, ## ###### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün müddət, ümumilikdə 03 (üç) ay 05 (beş) gün müddət, 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təqsirləndirilən şəxs1 təyin ediləcək cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxs1 cəzacəkmə müddətinin əvvəlini ## ##### 2026-ci il tarixdən hesablamaqla da səhvə yol vermişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi öz hökmündə təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirini ləğv etməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbirini nəzərə almışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli Bakı şəhər Nizami Rayon Məhkəməsinin hökmü elan edildiyi tarixdən, yəni ## #### 2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmə cəzanın təyin edilməsi və hesablanması zamanı cinayət qanununun normasını düzgün tətbiq etməməklə, həmçinin cəzaçəkmə müddətinin əvvəlini düzgün müəyyən etməməklə, cinayət qanununun tələblərini pozmuş və nəticədə cinayət qanunun tətbiqində səhvə yol verərək düzgün tətbiq etməmişdir. Ona görə hökm həmin hissədə dəyişdirilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cəzanın təyin edilməsi, hesablanması və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması hissəsində dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Məhkum edilmiş təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum edilmiş təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi, hesablanması və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması hissəsində dəyişdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və qəti olaraq təqsirləndirilən şəxs1 üzərində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı cinayt işi üzrə ## ###### 2025-ci ildən tarixdən ## ###### 2025-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət, ## ###### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün, ümumilikdə 03 (üç) ay 05 (beş) gün müddət təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Habil Məmmədov Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar