Məhkəmə qərarları › İş №1(3-6)-1063/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1063/2026

23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-1063/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimlәri İbrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Cәfәrova Lәman Faiq qızının katibliyi, xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Axundov İsfәndiyar Mәhәmmәd oğlunun nümayәndәsi vә vәkili Nümayәndә, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs vә onun müdafiәçisi - Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili Müdafiәçi iştirakları ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsinә dair Axundov İsfәndiyar Mәhәmmәd oğlunun xüsusi ittiham qaydasında şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli (sәdrlik edәn, hakim X1) qәrarından Axundov İsfәndiyar Mәhәmmәd oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında ilkin açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Axundov İsfәndiyar Mәhәmmәd oğlu xüsusi ittiham qaydasında әrizә ilә mәhkәmәyә müraciәt edәrәk Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayәt әrizәsi onunla әsaslandırılmışdır ki, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ## ### 2026-cı il tarixdә «Tiktok» sosial şәbәkәsindә olan vә özünә mәxsus sәhifәdә tәsisçisi vә rәhbәri olduğu müәssisә barәsindә böhtan xarakterli mәlumatlar yaymaqla vә eyni zamanda barәsindә tәhqiredici ifadәlәr işlәtmәklә onu tәhqir etmiş barәsindә yalan mәlumatlar yayaraq cәmiyyәtdә nüfuzdan salmışdır. Belә ki, "Dusunen.feqir" Tiktok Sosial şәbәkәsindә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs mәxsus sәhifәdә olan videoda hәr hansı bir sübut vә әsas olmadan müәssisәnin işgüzar nüfuzunu lәkәlәyәn vә eyni zamanda müәssisә rәhbәrinin şәrәf vә lәyaqәtini alçaldan heç bir әsas olmadan әsassız yerә ittiham edәn mәlumatlar paylaşılmışdır. Hәmin video paylaşımda şәxs 15 il öncә onunla müqavilә bağlayaraq mülkiyyәtindә olan obyekti ona satdığını bildirmiş bu alqı-satqı nәticәsindә pulun bir hissәsinin ödәnildiyini lakin qalan 400 min manat pul vәsaitini ödәmәdiyini bildirmişdir. Bundan başqa güya 3-il bundan öncә 5 min, 1 il bundan öncә 10 min vә 8 ay öncә isә min manat vәsait ödәdiyini bildirmişdir. Əlavә olaraq guya o, onun hüquq mühafizә orqanlarına müraciәt etmәyini bәhanә edәrәk pulun yerdә qalan hissәsini ödәmәkdәn imtina etmişdir. Bundan әlavә guya yanvar ayında onun yanında olmuş vә o, ona yanında 200 qadın işlәdiyini hansını istәyir onuda götürüb apara bilәcәyini söylәmişdir. Bununla әlaqәdar hәmin video yazıda mәni abırsız, hәyasız, vicdansız kimi ifadәlәrlә tәhqir edәrәk sosial şәbәkә izlәyicilәrinә sәslәnәrәk bu mәsәlәyә dair münasibәt bildirilmәlәrini xahiş etmişdir. Göründüyü kimi Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs hәmin video yazıda özünündә hüquqşünas olduğunu qeyd etmәklә sәslәndirdiyi fikirlәrin nәticәsini dәrk edәrәk qanunu pozduğunu qәsdәn barәmdә böhtan xarakterli mәlumatlar yaymaqla sonda mәni tәhqir edәn ifadәlәr söylәdiyini nümayiş etdirmişdir. Hesab edir ki, bu ifadә konkret şәxsә yönәlmiş alçaldıcı xarakter daşıdığından tәhqir kimi qiymәtlәndirilmәlidir. Şәxsiyyәt hüquqlarının müdafiәsi haqqında Azәrbaycan Respublikası Ali ‘Mәhkәmәsinin ##.##.2025ci il tarixli ** nömrәli Plenum Qәrarının 1.2-ci bәndinә әsasәn toxunulmaz olan şәxsiyyәt hüquqlarına hörmәt etmәk vә onları pozmamaq hәr kәsin borcudur. Bu baxımdan şәxsiyyәt hüquqları onu pozan hәr kәsә qarşı irәli sürülә bilәn hüquqlardır (mütlәq hüquq) vә onların müdafiәsinә müddәt şamil olunmur. Şәxsiyyәt hüquqlarına Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) III fәslindә sadalanan hüquq vә azadlıqlar, Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq hüquqi sәnәdlәrdә vә daxili qanunvericilik aktlarında tәsbit edilmiş sair hüquqlar (valideynlik, uşaqla ünsiyyәt, unudulmaq hüquqları vә s.) aiddir. Bu hüquqlar fiziki şәxslә yanaşı, bәzi hallarda hüquqi şәxslәrә dә aiddir. Hüquqi şәxsin öz adından şәxsi qeyri-әmlak hüquqları әldә etmәk vә hәyata keçirmәk hüququ qanunda nәzәrdә tutulmuşdurl . Ad hüququ, işgüzar nüfuzun qorunması, kommersiya sirrinin qorunması, unudulmaq hüququ, olduğu yeri seçmәk azadlığı vә s. hüquqi şәxsin qeyri-әmlak hüquqları sayılır. Odur ki, şәxsiyyәt hüquqlarının müdafiәsi ilә bağlı tәminatlar mahiyyәtinә uyğun gәldiyi halda hüquqi şәxslәrә dә şamil olunur. Şәxsiyyәt hüquqlarının toxunulmazlığı, pozulmazlığı vә ayrılmazlığı konstitusion sәviyyәdә tәminat altına alınmışdır. Dövlәt hәr kәsin şәxsiyyәt hüquq vә azadlıqlarının müdafiәsinә tәminat verir. İnsan lәyaqәti qorunur vә ona hörmәt edilir, hәr kәsin öz şәrәf vә lәyaqәtini müdafiә etmәk hüququ vardır. Şәxsiyyәtin lәyaqәti dövlәt tәrәfindәn qorunur. Heç bir hal şәxsiyyәtin lәyaqәtinin alçaldılmasına әsas verә bilmәz. Şәrәf - fiziki şәxsin mәnәvi keyfiyyәtlәrinә, ictimai vә şәxsi davranışında әsas tutduğu mәnәvi-әxlaqi prinsiplәrinә görә cәmiyyәtdә qazandığı dәyәrdir. Lәyaqәt - fiziki şәxsin doğulduğu andan insan olması sәbәbi ilә sahib olduğu mәnәvi dәyәrdir. işgüzar nüfuz - fiziki vә ya hüquqi şәxsin sahibkarlıq vә ya digәr sahәdә peşәkar fәaliyyәtinә görә cәmiyyәtdә barәsindә formalaşmış rәydir. Şәxsin şәrәfinin vә işgüzar nüfuzunun lәkәlәnmәsi onun barәsindә hәqiqәtә uyğun olmayan alçaldıcı mәlumatların, tәhqiramiz ifadә vә hәrәkәtlәrin yayılması ilә şәrtlәndirildiyi halda, lәyaqәtin alçaldılması üçün belә mәlumatların, ifadәlәrin vә hәrәkәtlәrin üçüncü şәxslәrin iştirakı olmadan da bilavasitә hәmin şәxsә bildirilmәsi vә ya edilmәsi yetәrli hesab edilir. Odur ki, hәtta yayılma halı olmadıqda da, hәqiqәtә uyğun olmayan alçaldıcı mәlumatların, habelә tәhqiramiz ifadәlәrin ünvanlandığı şәxsә bildirilmәsinin vә ya hәrәkәtlәrin edilmәsinin sübuta yetirilmәsi, sonuncunun lәyaqәtinin alçaldılması qәnaәtinә gәlinmәsi üçün yetәrlidir. Bu baxımdan mәhkәmәlәr şәrәfin vә işgüzar nüfuzun müdafiәsi barәdә işlәrә baxarkәn üç halı aydınlaşdırmalıdırlar: mәlumatın, ifadәnin vә ya hәrәkәtin şәxsin şәrәfini, lәyaqәtini vә işgüzar nüfuzunu lәkәlәmәsi; mәlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Lәyaqәtin alçaldılması ilә bağlı işlәrә baxılarkәn isә yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Odur ki, şәrәfin vә işgüzar nüfuzun müdafiәsini tәlәb edәn iddiaçı mәlumatların, ifadәlәrin vә ya hәrәkәtlәrin cavabdeh tәrәfindәn ifadә edildiyini vә (vә ya) yayıldığını, elәcә dә ona münasibәtdә şәrәf vә lәyaqәtini, işgüzar nüfuzunu lәkәlәyәn xarakter daşıdığını, cavabdeh isә yalnız mәlumatlara münasibәtdә onların hәqiqәtә uyğun olduğunu sübut etmәlidir. Şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn mәlumatlar dedikdә, şәxsiyyәtini alçaldan vә hәqiqәtә uyğun olmayan yazılı (mәtn, şәkil, karikatura, audio, video vә s.), habelә şifahi informasiyalar başa düşülür. 2.3.5. İşgüzar nüfuzu lәkәlәyәn mәlumatlar - üçüncü şәxslәrdә şәxsin işgüzar fәaliyyәti vә bu fәaliyyәtin keyfiyyәti barәdә mәnfi rәyin yaradılmasına yönәlmiş vә hәqiqәtә uyğun olmayan mәlumatlardır. Bu baxımdan qeyd edilmәlidir ki, hәr hansı mәlumatın işgüzar nüfuzu lәkәlәyәn hesab edilmәsi üçün sadalanan bu iki şәrt birlikdә mövcud olmalıdır.Şәxsin şәrәf, lәyaqәt vә ya işgüzar nüfuzunu lәkәlәyәn mәlumatlardan fәrqli olaraq, ifadәlәr vә hәrәkәtlәr şәxsin barәsindә tәhqiramiz sözlәrin işlәdilmәsi vә hәrәkәtlәrin edilmәsini ehtiva edir. Tәhqir vә böhtana görә şәxsin cinayәt mәsuliyyәtinә cәlb olunması zәrәrçәkmiş şәxsin şәxsiyyәt hüquqlarının mülki mühakimә icraatı qaydasında müdafiәsini (tәsbit iddiaları istisna olmaqla) vә vurulmuş mәnәvi zәrәrin kompensasiyasını tәlәb etmәk hüququnu istisna etmir. Mәhkәmәlәr yayılmış mәlumatların, ifadәlәrin vә edilmiş hәrәkәtlәrin şәxsin şәrәf, lәyaqәt vә işgüzar nüfuzunu alçaldan mәzmunda olmasının müәyyәnlәşdirilmәsi üçün buna yalnız xüsusi biliyin tәlәb olunduğu halda ekspertiza tәyin etmәlidirlәr. İfadә vә mәlumatların mәna, mәzmun vә ifadә tәrzi baxımından şәxsin şәrәfini, lәyaqәtini vә işgüzar nüfuzunu lәkәlәmәsinin xüsusi bilik tәlәb edilmәdәn cәmiyyәtdә mövcud olan sosial-әxlaqi dәyәrlәr baxımından qiymәtlәndirmә aparmaqla, hakimin özü tәrәfindәn vә bәzi hallarda “Azәrbaycan dilinin izahlı lüğәti"ndәn istifadә etmәklә asanlıqla müәyyәn edilmәsi mümkün olduğu halda, iş üzrә mәhkәmә-linqvistik ekspertizaları tәyin edilmәmәlidir. Ekspertiza tәyin edildiyi halda isә xüsusi bilik tәlәb etmәyәn aydın anlaşılan söz vә ifadәlәrlә bağlı (mәsәlәn, “şәrәfsiz”, "alçaq”, “dәlәduz”, “hәyasız”, “qanmaz” vә s.) şәrәf vә lәyaqәtin, habelә işgüzar nüfuzun lәkәlәnmәsi mәsәlәsinә dair suallar, o cümlәdәn hüquqi xarakterli vә ekspertin xüsusi biliyindәn kәnar mәsәlәlәrә dair suallar qoyulmamalı, habelә nalayiq şәkildә ifadә olunan sözlәr vә açıq söyüşlәrdәn ibarәt materiallar (şifahi vә ya yazılı şәkildә) tәqdim edilmәmәlidir. Yayılma informasiya agentliklәrindә, audiovizual, çap, onlayn media subyektlәrindә, habelә sosial şәbәkәlәrdә yayımlanmaqla, әsәrlәrdә tәsvir vә ifadә edilmәklә, yığıncaq vә toplantılarda sәslәndirilmәklә (edilmәklә), mәlumatın vә ya ifadәnin mәktub, әrizә, şikayәt vә digәr sәnәdlәrdә göndәrilmәsi yolu ilә vә s. üsullarla edilә bilәr. Yayılmış hәqiqәtә uyğun olmayan mәlumatlar xüsusiyyәtlәrinә görә fiziki şәxsin şәrәf vә lәyaqәtini alçaltmasa da, onun işgüzar nüfuzunun lәkәlәnmәsinә sәbәb ola bilәr. Mәsәlәn, seçkili orqana namizәdliyini irәli sürәn şәxsin rәsmi olaraq bәyan etdiyindәn daha artıq әmlaka malik olması ilә bağlı yalan mәlumatın yayılması onu seçicilәri arasında nüfuzdan sala vә ona zәrәrin vurulması üçün әsas ola bilәr. Şәrәf, lәyaqәt vә ya işgüzar nüfuzu lәkәlәyәn mәlumatların yayılması ilә bağlı işlәrә baxarkәn, mәhkәmәlәr xüsusilә yayılan mәlumatların mәzmununa vә onların ictimai şüurda tәsirinin ağırlığına, iddiaçının keçirdiyi mәnәvi sarsıntı vә (vә ya) iztirabların dәrәcәsinә, digәr mәnfi nәticәlәrin yaranıbyaranmamasına, mәlumatların yayılma müddәti, üsulu, yeri vә zәrәrçәkmiş şәxs haqqında mәnfi ictimai fikrin formalaşdırılmasındakı roluna, iddiaçının işgüzar nüfuzuna, habelә şәxsiyyәtinә, onun ictimai mövqeyinә, vәzifәsinә tәsir edib-etmәmәsinә vә digәr әhәmiyyәtli hallara diqqәt yetirmәlidirlәr. İşgüzar nüfuz fiziki şәxsin peşәkar fәaliyyәtә başladığı, sahibkar statusunu әldә etdiyi vә ya hüquqi şәxs kimi dövlәt qeydiyyatına alındığı andan deyil, yalnız müәyyәn dövr әrzindә hәyata keçirdiyi fәaliyyәtlә bağlı etimad qazanmasından sonra yaranır. Belә ki, hәr hansı subyektin müәyyәn müddәt әrzindә müxtәlif sahәlәrdә biznes vә ya digәr peşәkar fәaliyyәtlә mәşğul olması, yerli vә xarici bazarlarda tanınması, ticarәt dövriyyәsinә malik olması, müvafiq әmtәә nişanları adı altında mәhsullar istehsal etmәsi, işlәr görmәsi, xidmәtlәr göstәrmәsi, biznes reytinqlәrindә yer tutması, hәmin subyekt barәdә çoxsaylı müsbәt xarakterli tәrәfdaş vә müştәri rәylәrinin, nәşrlәrin mövcudluğu onun işgüzar nüfuzunu formalaşdırmış olur. Fiziki şәxsin tәsviri şәxsin kimliyini birbaşa müәyyәnlәşdirmәyә imkan verәn istәnilәn görüntüsü, habelә görüntüsünün әks olunduğu istәnilәn daşıyıcını әhatә edir (mәsәlәn, fotoşәkil, videoyazı, incәsәnәt әsәri, video oyun fiquru, karikatura, kukla vә s.). Tәsvirin yayılması onun hәr hansı informasiya ehtiyatında, o cümlәdәn media vә internet şәbәkәsindә açıqlanması (yerlәşdirilmәsi) vә ya hәr hansı digәr üsulla müvafiq tәsvirlә şәxslәrin tanış olmasına imkanın yaradılması, habelә hәr hansı şәxs tәrәfindәn yayılmış tәsvirin üzәrindә mәqsәdindәn vә formasından asılı olmayaraq, aparılan bütün növ әmәliyyatları ehtiva edir. Şәxsin tәsvirinin qorunması “insan hüquqlarının vә X3 haqqında” Avropa Konvensiyasının 8-ci maddәsi ilә dә qorunma altına alınmışdır. Belә ki, bu hüquq әsasәn şәxsin tәsvirindәn istifadәyә nәzarәt hüququnu, o cümlәdәn tәsvirin yayılmasını qadağan etmәk imkanını nәzәrdә tutur. Şәxsin tәsvirindәn istifadәyә nәzarәt hüququnun müdafiәsi dövlәtin Konvensiya ilә müәyyәn edilmiş pozitiv öhdәliyini tәşkil edir.Unudulmaq hüququ rәqәmsal platformalarda әvәllәr yayılımış şәxsin mәnafeyinә mәnfi tәsir edәn ictimaiyyәtә açıq mәlumatların (mәtn, sәs, görüntü vә s.) sonradan dövlәt vә ictimai maraq baxımından hәr hansı әhәmiyyәt kәsb etmәmәsi vә ya aktuallığını itirmәsi sәbәbi ilә silinmәsini, anonimlәşdirilmәsini, gizlәdilmәsini, arxivlәşdirilmәsini vә ya hәmin mәlumatlara әlçatanlığın mәhdudlaşdırılması ilә bağlı digәr hәrәkәtlәrin edilmәsini tәlәb etmәk hüququnu nәzәrdә tutur.Bu hüquq yayılan mәlumatların әsasәn insanların şәxsi vә sosial hәyatlarına әsassız mәnfi tәsir göstәrmәsindәn qorumaqla, milli qanunvericilikdә “Fәrdi mәlumatlar haqqında” Azәrbaycan Respublikası Qanununun 7.1.5-ci maddәsindә öz әksini tapmışdır. Hәmin maddәdә fәrdi mәlumat subyektinin informasiya sistemindә özü barәsindә toplanılmış vә işlәnilәn fәrdi mәlumatların qanunvericiliklә müәyyәn olunmuş hallar istisna olmaqla, mәhv edilmәsini tәlәb etmәk hüququ nәzәrdә tutulmuşdur.Cinayәt qanunvericiliyinin konkret olaraq cinayәt mәcәllәsinin xüsusi hissәsinin 19-cu fәsilindә әks olunmuş şәxsiyyәtin azadlığı vә vә lәyaqәti әleyhinә olan cinayәtlәr qrupuna daxil edilmiş böhtan (147-ci maddә) vә tәhqir (148-ci maddә) cinayәtlәri xüsusi ittiham qaydasında cinayәt mühakimәsi qaydasında hәyata keçirilir.Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrәli qәrarı ilә cinayәt qanunvericiliyindә xüsusi ittiham qaydasında cinayәt tәqibinә sәbәb olan әmәllәrin törәdilmәsinә görә cinayәt mәsuliyyәtinin nәzәrdә tutulması hәr kәsin mәnәvi dәyәri olan şәrәf vә lәyaqәtini, nüfuzunu qeyri-qanuni qәsdlәrdәn qorumaq mәqsәdi daşıdığını mәhkәmәlәrә izah etmişdir.Belә ki, hәr kәsin şәrәfi dedikdә onun cәmiyyәtin üzvü kimi әxlaqi, mәnәvi keyfiyyәtlәrinә, digәr insanlara, dövlәtә, cәmiyyәtә münasibәtinә görә ona verilәn qiymәt, lәyaqәti dedikdә şәxsin öz mәnәvi vә әqli keyfiyyәtlәrini, cәmiyyәtdәki mövqeyini vә nüfuzunu dәrk etmәsi vә özünün özünә verdiyi qiymәt, nüfuzu dedikdә isә şәxsin cәmiyyәtdә, kollektivdә, dostlarının әhatәsindә, tәşkilatda öz qabiliyyәtinә görә tutduğu mövqe başa düşülür. Göründüyü kimi Tiktok Sosial Şәbәkәsindә olan "Dusunen.feqir" adli sәhifәdә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs barәsindә әsassız vә böhtan xarakterli mәlumatlar yaymaqla mövcud qanunvericiliyin tәlәblәrini kobud şәkildә pozmuşdur. Yayılmış video yazıda şәxs özünün hüquqşünas olduğunu bildirmәklә barәsindә tәhqir vә böhtan xarakterli mәlumatları qәsdәn bilәrәkdәn vә şüurlu şәkildә etdiyini tәsdiq edәrәk bu hәrәkәtlәrinin nәticәsini dәrk etmәklә qәrәzli olaraq yaydığını bir daha nümayiş etdirmişdir.Hәmin video yazının yayıldığı Tiktok Sosial Şәbәkәsindә olan "Dusunen.feqir" adlı sәhifәnin 5186 nәfәr daimi izlәyicisi vardır. Mәlumatın yayıldığı hәmin sәhifәnin hәr kәsә açıq olan bir sosial hesab olmasını nәzәrә alaraq, paylaşılmış mәlumatların geniş bir auditoriyaya ünvanlandığı aydın olur. Qeyd edir ki, Cinayәt Mәcәllәsinin 147-ci maddәsi ilә böhtan әmәli ilә әlaqәdar cinayәt mәsuliyyәtinin yaranması üçün müәyyәn edilmәli olan hәr 3 hal hazırki faktda mövcuddur. Belә ki, bu hallar: mәlumatın hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәmәsi vә ya nüfuzdan salması, hәmin mәlumatın doğru olmaması, belә mәlumatların yayılmasıdır. Belә ki, yayılmış mәlumatda şәrәf vә lәyaqәtin alçaldılması vә nüfuzdan salınması ilә bağlı bildirirәm ki, ümumiyyәtlә mәnim Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ilә hәr hansı bir әmlakın alınması ilә bağlı danışığım vә münasibәtim olmamışdır. Onun mәnim adımı hallandırması cәmiyytdә olan nüfuzuma xәlәl gәtirmәklә mәnә tәziq göstәrәrәk maddi maraqlarını tәmin etmәk mәqsәdi güdmüşdür. Yekun olaraq mәlumatın yayılması hissәsinә dair bildirirәm ki, mәlumatların yayıldığı Tiktok Sosial Şәbәkәsindә olan "Dusunen.feqir" adlı sәhifәnin 5186 nәfәr izlәyicisi var. Hәmin mәlumata isә 2840 nәfәrdәn çox izlәyici baxmış vә 1807 nәfәr isә bәyәnmişdir. Sosial şәbәkә - әn çox tәhqir vә böhtanın müşahidә olunduğu yerdir. Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәrindә qeyd edilәn әmәli törәtmiş şәxslәrin sosial şәbәkә vasitәsilә edilәn hәrәkәti tәhqir vә böhtan cinayәti hesab edilir. Qeyd etmәk istәyirki, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 -ci maddәsinin tәlәbinә әsasәn yalan olduğunu bilә-bilә hәr hansı şәxsi şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları kütlәvi nümayiş etdirilәn әsәrdә, kütlәvi informasiya vasitәsindә vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan cinayәti hesab olunur. Eyni mәcәllәnin 147.1 -ci maddәsindә yәni yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan cinayәti hesab edilir. Bu cinayәtlәr subyektiv cәhәtdәn birbaşa qәsdlә törәdilir. Azәrbaycan Respublikasının Konstitusiyasının 63-cü maddәsindә göstәrilmişdir ki, heç kәs mәhkәmә hökmü olmadan cinayәtdә tәqsirli sayıla bilmәz. Lakin, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs konstitusion normaları belә nәzәrә almır. Hәmin mәlumatların yayılması nәticәsindә mәnim şәrәf vә lәyaqәtimә olduqca ağır zәrәr vurulmuş vә cәmiyyәt içindә nüfuzdan salınmışam. Onun bu әmәllәri Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148ci maddәlәrindә qadağan edilәn әmәllәrә uyğun gәlir. Azәrbaycan Respublikası Konstitusiyasının 46-cı maddәsinә әsasәn hәr kәsin öz şәrәf vә lәyaqәtini müdafiә etmәk hüququ var. Şәxsiyyәtin lәyaqәti dövlәt tәrәfindәn qorunur. Heç bir hal şәxsiyyәtin lәyaqәtinin alçaldılmasına yol verә bilmәz. "Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin ## ###### 2014-cü il tarixli * saylı Plenum Qәrarında qeyd edilmişdir ki, insanın şәrәfi, lәyaqәti vә nüfuzu hüququn әn ali bәşәri dәyәrlәrindәn hesab olunur. Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddәsindә, Birlәşmiş Millәtlәr Tәşkilatının ## ###### 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bәyannamәsindә vә ## ###### 1966-cı il tarixli “Mülki vә siyasi hüquqlar haqqında" Beynәlxalq Paktda, “İnsan Hüquqlarının vә X3 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) tәsbit edilmiş şәxsi vә ailә hәyatına hörmәt hüququ ilә әlaqәdar olaraq qeyd olunur ki, hәr kәsin şәrәf vә lәyaqәtinin müdafiә olunmaq hüququ vardır. Lәyaqәtini müdafiә etmәk hüququ vardır, hәr hansı hal şәxsiyyәtin lәyaqәtinin alçaldılmasına әsas verә bilmәz, insanın şәrәfi, lәyaqәti vә nüfuzu bir-biri ilә sıx surәtdә bağlı olan mәnәvi, әxlaqi vә sosial dәyәrlәr olduğuna görә bu dәyәrlәr dövlәt tәrәfindәn müdafiә olunur. Hәmin Qәrarın 2-ci bәndindә qeyd olunmuşdur ki, mәhkәmәlәrә izah edilsin ki, cinayәt qanunvericiliyindә xüsusi ittiham qaydasında cinayәt tәqibinә sәbәb olan әmәllәrin törәdilmәsinә görә cinayәt mәsuliyyәtinin nәzәrdә tutulması hәr kәsin mәnәvi dәyәri olan şәrәf vә lәyaqәtini, nüfuzunu qeyri-qanuni qәsdlәrdәn qorumaq mәqsәdi daşıyır. Hәr kәsin şәrәfi dedikdә onun cәmiyyәtin üzvü kimi әxlaqi, mәnәvi keyfiyyәtlәrinә, digәr insanlara, dövlәtә, cәmiyyәtә münasibәtinә görә ona verilәn qiymәt, lәyaqәti dedikdә şәxsin öz mәnәvi vә әqli keyfiyyәtlәrini, cәmiyyәtdәki mövqeyini vә nüfuzunu dәrk etmәsi vә özünün özünә verdiyi qiymәt, nüfuzu dedikdә isә şәxsin cәmiyyәtdә, kollektivdә, dostlarının әhatәsindә, tәşkilatda öz qabiliyyәtinә görә tutduğu mövqe başa düşülür. Qeyd edilәn Qәrarın 3-cü bәndindә qeyd olunur ki, mәhkәmәlәrin diqqәtinә çatdırılsın ki, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 vә 166.1-ci maddәlәri ilә xüsusi ittiham qaydasında şikayәtlәr әsasında işlәrә baxılarkәn bütün hallarda Konstitusiyanın 30-cu maddәsindә (әqli mülkiyyәt hüququ), 32- ci maddәsinin II vә III hissәlәrindә (şәxsi vә ailә hәyatının sirrini saxlamaq hüququ), 46- cı maddәsindә (şәrәf vә lәyaqәtin müdafiәsi hüququ), 47-ci maddәsindә (fikir vә söz azadlığı), 50-ci maddәsindә (mәlumat azadlığı), Konvensiyanın 8-ci maddәsindә (şәxsi hәyata vә ailә hәyatına hörmәt hüququ) vә 10-cu maddәsindә (fikri ifadә etmәk azadlığı) tәsbit edilmiş hüquq vә azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrә Avropa Mәhkәmәsinin (bundan sonra Avropa Mәhkәmәsi) ifadә azadlığına dair presedent hüququndan geniş istifadә olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ##.##.2014- cü il tarixli qәrarında göstәrilmişdir ki, böhtan vә tәhqir xarakterli mәlumatlar mәtbuatda dәrc edilmәklә, radio vә televiziya verilişlәrindә sәslәndirilmәklә, elektron vasitәlәrlә yayımlanmaqla, kinoxronika proqramlarında nümayiş etdirilmәklә, әsәrlәrdә tәsvir edilmәklә, yığıncaq vә toplantılarda deyilmәklә, mәktub, әrizә vә şikayәtlәrdә göstәrilmәklә, idarә, müәssisә vә tәşkilatlardan mәnşә alan sәnәdlәrdә әks etdirilmәklә vә sair üsullarla yayıla bilәr. Lakin, Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәrinin mәnasına görә, şәxs böhtana, yәni yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları yaymaya vә tәhqirә, yәni şәxsiyyәtin şәrәf vә lәyaqәtini nalayiq formada qәsdәn alçaltmaya görә o halda cinayәt mәsuliyyәtinә cәlb edilә bilәr ki, tәhqir vә böhtan xarakterli mәlumatlar onun tәrәfindәn kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, kütlәvi informasiya vasitәsindә vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütlәvi informasiya vasitәsi vә kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdә dövri mәtbu nәşrlәr, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şәbәkәlәri vә digәr informasiya resursları nәzәrdә tutulur. Mәtbuatın vә teleradio kanallarının internet saytları vә digәr yayım formaları başa düşülür. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsinin tәlәbinә әsasәn tәhqir, yәni kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, kütlәvi informasiya vasitәsindә vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şәxsiyyәtin şәrәf vә lәyaqәtini nalayiq formada qәsdәn alçaltma başa düşülür. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs mәnә böhtan atmaqla vә tәhqir etmәklә cinayәt әmәli törәtmişdir vә qanuna müvafiq şәkildә cәzalandırılması labüddür. Əks tәqdirdә onun hüquqlarını müdafiә etdiyim şәxs barәsindә әsassız yayıldığı mәlumatlar cәzasız qalacaqdır ki, bu da cәmiyyәtdә cәzasızlıq mühiti yaradacaqdır. Bunun da nәticәsindә hәm hәmin şәxslәr, hәm dә başqaları bu cür әmәl törәtmәkdә davam edәcәklәr. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Axundov İsfәndiyar Mәhәmmәd oğlunun xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 1(5-101)-355/2026 nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Axundov İsfәndiyar Mәhәmmәd oğlu apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata götürülmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, şikayәt әrizәsindә barәsindә şikayәt verilәn şәxsin şәxsiyyәtini müәyyәn etmәyә imkan verәn bütün әsas mәlumatlar göstәrilmişdir. Belә ki, hәmin şәxsin şәxsiyyәt vәsiqәsinin mәlumatları, FİN kodu vә digәr identifikasiyaedici mәlumatlar әrizәdә әks etdirilmişdir. Bundan әlavә, şikayәt olunanın FİN koduna uyğun qeydiyyat ünvanı da şikayәtdә göstәrilmişdir. Üstәlik mәhkәmә iclasında hәmin şәxs özü iştirak etmiş vә әrizәdә göstәrilәn ünvanda qeydiyyatda olduğunu bir daha tәsdiq etmişdir. Bu halda yaşayış yerinin hәr hansı detalının natamam hesab edilmәsi şikayәtin icraata qәbul edilmәsindәn imtina üçün әsas ola bilmәzdi. Əgәr hәqiqәtәn şikayәt olunan "şәxsin yaşayış yerinin müәyyәn edilmәsinә" zәrurәt var idisә hazırlıq iclasında şәxsin özünün iştirak etmәsini nәzәrә alaraq mәhkәmә zәruri hesab etdiyi digәr mәlumatları dәqiqlәşdirmәk imkanına malik olmuşdur. Bunu mәhkәmә iclas protokoluna baxmaqla müşahidә etmәk mümkündür. Mәhkәmәnin şikayәtdә hansı ifadәlәrin böhtan, hansılarının isә tәhqir tәşkil etmәsinin göstәrilmәdiyi barәdә nәticәsi iş materiallarına uyğun deyildir. Şikayәt әrizәsindә mübahisәlәndirilәn ifadәlәr, onların sәslәndirildiyi şәrait, yayımlandığı platforma vә hәmin mәlumatların mәnbәyi әtraflı göstәrilmişdir. Bundan әlavә, tәhqir vә böhtan çıxışı ilә bağlı videoyazı elektron daşıyıcıda mәhkәmәyә tәqdim edilmişdir. İfadәlәrin hüquqi baxımdan böhtan vә ya tәhqir kimi tövsif olunması isә son nәticәdә mәhkәmәnin hüquqi qiymәtlәndirmә sәlahiyyәtinә aid mәsәlәdir. Şikayәtçi tәrәfindәn mübahisәlәndirilәn ifadәlәrin göstәrilmәsi CPM-in tәlәblәrinin yerinә yetirilmәsi üçün kifayәt edir. Mәhkәmәyә tәqdim edilmiş şikayәt әrizәsinin 5-ci abzasında ifadә olunmuş sözlәri görmәmәk isә yәqin ki hakimin işlә kifayәt qәdәr tanış olmaması kimi qiymәtlәndirmәk daha doğru olar. Şikayәt әrizәsindә hadisәnin vaxtı, yeri, baş vermә şәraiti, әmәli törәtmiş şәxs, istifadә olunmuş ifadәlәr vә hәmin hәrәkәtlәrin nәticәlәri әtraflı göstәrilmişdir. Bu baxımdan ittihamın mәzmununun vә hәcminin müәyyәn edilmәdiyi barәdә nәticә iş materialları ilә tәkzib olunur. Mәhkәmә qәrarında da ittihamın hansı hissәsinin qeyri- müәyyәn qaldığı әsaslandırılmamışdır. Mәhkәmәnin ittihamın mәzmununun vә hәcminin müәyyәn edilmәmәsi barәdә nәticәsi iş materiallarına uyğun deyildir. Şikayәt birbaşa Sabunçu rayon Mәhkәmәsinә tәqdim edilmiş, qәbul olunmuş vә qeydiyyata alınmışdır. Bu sәbәbdәn şikayәtin verildiyi yerin müәyyәn edilmәsindә hәr hansı çәtinlik mövcud olmamışdır. Bundan әlavә, Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında" ## ###### 2014-cü il tarixli * nömrәli Qәrarında da xüsusi ittiham qaydasında şikayәtin verildiyi yerin ayrıca qeyd edilmәmәsi, göstәrilmәmәsi onun zәruri olmadığı hüquqi mövqe kimi ifadә edilmişdir. Bu hal şikayәtin verilmә yerinin müәyyәn edilmәsinә mane olmamışdır vә belә çatışmazlıq mövcud olsa belә, bu şikayәtin icraata qәbulundan imtina üçün mütәnasib әsas sayıla bilmәz. Sabunçu rayon Mәhkәmәsi hәmin hüquqi mövqeyi nәzәrә almamışdır. Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә müdafiәsinә tәminat verilir. Mәhkәmәlәr prosessual normaları tәtbiq edәrkәn şәxsin mәhkәmәyә çıxış hüququnun mahiyyәtini nәzәrә almalı vә formal xarakterli çatışmazlıqları hәmin hüququn hәyata keçirilmәsinә maneә kimi qiymәtlәndirmәmәlidirlәr. Qәrarda göstәrilәn hallar şikayәtin mahiyyәti üzrә araşdırılmasına mane olan, aradan qaldırılması mümkün olmayan nöqsanlar hesab edilә bilmәz. Əksinә, mәhkәmә tәrәfindәn iş materialları tam vә hәrtәrәfli qiymәtlәndirilmәdәn CPM-in 293-cü maddәsinin tәlәblәri hәddindәn artıq formal şәkildә tәtbiq edilmişdir. Göründüyü kimi mәhkәmә xüsusi ittiham qaydasında şikayәtimi mahiyyәti üzrә qiymәtlәndirmәk әvәzinә prosessual normalara hәddindәn artıq formal yanaşaraq, nәticәdә pozulmuş hüquqlarımın bәrpası üçün mәhkәmәyә çıxış hüququmu әsassız vә qanunsuz olaraq mәhdudlaşdırmışdır. Mәhkәmә kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Axundov İsfәndiyar Mәhәmmәd oğlunun nümayәndәsi vә vәkili Nümayәndә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk, şikayәtin dәlillәrinә uyğun çıxış edәrәk, şikayәtin tәmin edilmәsini vә hәmin qәrarın lәğv edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs vә onun müdafiәçisi - Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili Müdafiәçi mәhkәmә iclasında apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyası verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, işdә iştirak edәn şәxslәrin fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Axundov İsfәndiyar Mәhәmmәd oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin (CPM) 299.1, 299.3 vә 299.3.3-cü maddәlәrinin tәlәblәrinә görә mәhkәmәnin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәr bir halda cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmәnin hazırlıq iclasında mәhkәmәyә daxil olmuş xüsusi ittiham qaydasında şikayәtin ona aid olubolmaması vә şikayәtin mәzmununun Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәlәrә baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında» Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrәli Qәrarın 11-ci bәndindә qeyd edilmişdir ki, mәhkәmәlәrin nәzәrinә çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfindәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddәlәri). Hәmin qәrarda mәhkәmәlәrә tövsiyә edilmişdir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPM-nin 302.1.2- 302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Mәhkәmә kollegiyası mübahisәlәndirilәn qәrarla razılaşaraq qeyd edir ki, mәhkәmә xüsusi ittiham qaydasında verilmiş şikayәti nәzәrdә keçirәrәk şikayәtin Azәrbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun tәrtib edilmәmәsi vә şikayәtin forma vә mәzmun baxımından qanunvericliyin tәlәblәrinә uyğun olmaması qәnaәtinә gәlir. Belә ki, CPM-nin 293.3.3-cü maddәsindә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi göstәrilmәlidir. Lakin, mәhkәmә hazırlıq iclasında şәxslәrin şәxsiyәti müәyyәn edilәrkәn müәyyәn edilmişdir ki, Axundov İsfәndiyar Mәhәmmәd oğlu tәrәfindәn verilmiş xüsusi ittiham qaydasında şikayәt әrizәsindә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәli törәtmiş şәxsin yaşayış yeri tam olaraq göstәrmәmişdir. Bundan başqa, Axundov İsfәndiyar Mәhәmmәd oğlu xüsusi ittiham qaydasında şikayәt әrizәsindә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ona böhtan atdığını vә tәhqir etdiyini qeyd etsә dә, konkret olaraq hansı ifadәlәrin böhtan, hansı ifadәlәrin isә tәhqir olmasını göstәrmәmişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, barәsindә şikayәt verilmiş şәxs şikayәt әrizәsindә yalnız ümumi formada ittiham edilmiş, ittihamın mәzmunu vә hәcmi dәqiq müәyyәnlәşdirilmәmişdir. Halbuki, şikayәtdә göstәrilmәdiyi halda, mәhkәmә öz tәşәbbüsü ilә şәxsin hansı әmәllәrinә görә Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi, hansı әmәllәrinә görә isә hәmin Mәcәllәnin 148-ci maddәsi ilә nәzәrdә tutulmuş әmәllәri törәtmәsini müәyyәn edә bilmәz. Belә ki, ittihamın mәzmununu vә hәcmini müәyyәn etmәk әdalәt mühakimәsini hәyata keçirәn mәhkәmәnin vәzifәsi deyil, xüsusi ittiham qaydasında şikayәt vermiş şәxsin vәzifәsidir. Qeyd edilәn hallar isә mәhkәmәnin hazırlıq iclasında araşdırılıb qiymәt verilmәli olan mәsәlәlәrdir. Mәhkәmәnin hazırlıq iclasında törәdilmәsi iddia edilәn әmәllәrә mahiyyәti üzrә baxılıb qiymәt verilmәsә dә, onların nәdәn ibarәt olması, şәxsin mәhz hansı әmәllәrinә görә cinayәt qanununun hansı norması ilә ittiham edilmәsi, yәni ittihamın mәzmununu vә hәcmi aydın vә dәqiq olmalıdır ki, barәsindә şikayәt verilmiş şәxs üçün dә aydın olsun ki, hansı әmәlinә görә Cinayәt Mәcәllәsinin mәhz hansı maddәsi ilә ittiham edilir. İttihamın qeyri müәyyәn olması işin mәhkәmә baxışının tәyin edilmәsini istisna edir. Belәliklә dә, barәsindә şikayәt verilmiş şәxs xüsusi ittiham qaydasında şikayәt әrizәsindә yalnız ümumi formada ittiham edilmiş, ittihamın mәzmunu, hәcmi dәqiq müәyyәnlәşdirilmәmişdir. Bu halları müәyyәn etmәk isә şikayәt vermiş şәxsin vәzifәsidir. Nәzәrә almaq lazımdır ki, qeyd edilәn hallar şikayәt әrizәsindә göstәrilmәdiyi halda, yәni ittihamın mәzmunu, hәcmi qeyri-müәyyәn olduğu halda şikayәt üzrә mәhkәmә baxışı keçirilә bilmәz. Bundan әlavә CPM-in 293.3.6-cı maddәsinә әsasәn şikayәtdә şikayәtin verildiyi tarix (il, ay vә gün) vә yer göstәrilmәli olduğu halda Axundov İsfәndiyar Mәhәmmәd oğlu xüsusi ittiham qaydasında şikayәtindә şikayәtin verildiyi yeri göstәrmәmişdir. Belә olan halda xüsusi ittiham qaydasında şikayәtin forma vә mәzmun baxımından qanunvericiliyin tәlәblәrinә uyğun olmaması verilmiş şikayәtin icraata qәbul edilәrәk mahiyyәti üzrә baxılmasını istisna edir. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli Qәrarında mәhkәmәlәrin nәzәrinә çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfindәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfındәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfındәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPMnin 293.3.1-293.3.7-ci maddәlәri). Sözügedәn Plenum qәrarında mәhkәmәlәrә hәmçinin tövsiyә edilir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPMnin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 302.1-ci maddәsinә әsasәn aşağıdakı hallarda mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir: 302.1.1. şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 302.1.2. şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 302.1.3. şikayәtin mәzmunu bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 302.1.4. cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 302.1.5. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduqda; 302.1.6. cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 302.1.7. şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 302.1.8. şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdikdә. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 302.2.3-cü mddәsinә әsasasәn mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk bu Mәcәllәnin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә qәrar çıxarır. Birinci instansiya mәhkәmәsi iş üzrә mübahisәlәndirilәn qәrarında düzgün olaraq qeyd etmişdir ki, mәhkәmә xüsusi ittiham qaydasında verilmiş şikayәti nәzәrdә keçirәrәk şikayәtin Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun tәrtib edilmәmәsi vә şikayәtin forma vә mәzmun baxımından qanunvericliyin tәlәblәrinә uyğun olmaması, şikayәt verәn şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәmәsi qәnaәtinә gәlir. Belә ki, CPM-nin 293.3.4-cü maddәsinә әsasәn böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә vә ya şifahi şikayәtin qәbul edilmәsi barәdә protokolda şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi göstәrilir. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin qәrarı ilә razılaşaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayәt o zaman әsaslı hesab edilә bilәr ki, şikayәtdә istinad olunan әmәlin hәqiqәtәn törәdildiyi, hәmin әmәlin cinayәt tәrkibinin әlamәtlәrini özündә әks etdirdiyi, elәcә dә qeyd olunan әmәlin barәsindә şikayәt verilәn şәxs tәrәfindәn törәdildiyi müvafiq mötәbәr sübutlarla әsaslandırılsın. Odur ki, şikayәtdә göstәrilәnlәr müvafiq sübutlarla tәsdiqlәnmirsә, belә şikayәt әsassız hesab edilmәlidir. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşaraq qeyd edir ki, xüsusi ittihamçı Axundov İsfәndiyar Mәhәmmәd oğlu Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә mәsuliyyәtә cәlb edilmәsini xahiş etsә dә, sonuncu tәrәfindәn törәdilmiş hansı әmәlin (әmәllәrin) Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsinin, hansı әmәlin (әmәllәrin) Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәnin tәsiri altına düşdüyünü әsaslandırmamışdır. Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 138.2-ci maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin cinayәt mәsuliyyәtinә cәlb olunması әsaslarını vә onun tәqsirli olub-olmamasını sübutetmә vәzifәsi ittihamçının üzәrinә düşür. Hәmin Mәcәllәnin 139.0, 139.0.2 vә 139.0.4-cü maddәlәrinә әsasәn şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi vә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi - cinayәt tәqibi üzrә icraat zamanı yalnız sübutlara әsasәn müәyyәn edilir. Avropa Mәhkәmәsinin presedent hüququna müvafiq olaraq barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs tәrәfindәn yayılmış mәlumatlarda fikrin vә ya faktın әks etdirilmәsi fәrqlәndirilmәli vә bu hala әhәmiyyәt verilmәlidir. Faktların mövcudluğu nümayiş oluna bilsә dә, fikirlәrin hәqiqiliyi sübut oluna bilәn deyildir. Fikirlәrin hәqiqiliyini sübut etmәk tәlәbinә riayәt etmәk mümkün deyil vә bu tәlәb Konvensiyanın 10-cu maddәsi ilә tәmin edilmiş hüququn әsas hissәsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes vә Gijsels, § 42 vә Lingens, § 46). Eyni zamanda üçüncü tәrәfin davranışı barәdә iddialar irәli sürüldüyü hallarda bәzәn faktın tәqdimatı ilә fikirlәr arasında fәrqi müәyyәn etmәk çәtin olur. Buna baxmayaraq, hәtta fikirlәr faktlara әsaslanmadıqda onlar olduqca әsassız ola bilәr (bax, Jerusalem Avstriyaya qarşı, §43). Plenum qәrarı 6-cı bәnd) Xüsusi ittiham qaydasında şikayәtlәr әsasında işlәrә baxılarkәn yayılmış mәlumatların tәhqir vә ya tәnqid xarakterli olmasına, onların xüsusi ittihamçının şәxsi vә ya ictimai hәyatına, siyasi fәaliyyәtinә müdaxilә olubolmamasına diqqәt yetirsinlәr. Nәzәrә alınmalıdır ki, Avropa Mәhkәmәsinin presedent hüququna görә ifadә azadlığının hәyata keçirilmәsi özündә mәsuliyyәt vә öhdәliklәri ehtiva edir, Konvensiyanın 10-cu maddәsi ilә jurnalistlәrә verilәn tәminat isә onunla şәrtlәnir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün vә etibarlı mәlumatı tәqdim etmәk mәqsәdilә vicdanla fәaliyyәt göstәrsinlәr (bax, başqa mәnbәlәrlә yanaşı, Radio Frans vә digәrlәri Fransaya qarşı, §37 vә yuxarıda qeyd olunmuş Kolombani vә digәrlәri, §65). Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Axundov İsfәndiyar Mәhәmmәd oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, hәmçinin hesab edir ki, mәhkumun hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-in 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Axundov İsfәndiyar Mәhәmmәd oğlunun apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Axundov İsfәndiyar Mәhәmmәd oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili Müdafiәçi tәrәfindәn Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 12 (on iki) saat üçün, cәmi 132 (yüz otuz iki) manat dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri ** saylı Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar