Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1067/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Nuriyev Elnur Aləm oğlu (sədrlik edən və məruzəçi), Əliyev Emin Zöhrab oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Məhkum edilmiş şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən (hakim Z.Ramazanov) ##.##.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödəniməmiş və götürülməmiş, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ## ##### 2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Mülki iddia təmin edilərək, Təqsirləndirilən şəxs 5000 (beş min) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Ittiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs Gəncə şəhəri * saylı xəstəxanaya sürücü kimi işə düzəltmək imkanının olmasına inandırıb inam və etibarını qazanmaqla aldadaraq əməlini pərdələmək niyyəti ilə ## ######## 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən * saylı Asan Xidmət mərkəzində sonuncu ilə borc müqaviləsi bağlamaqla 8000 (səkkiz min) manat pulunu ələ keçirərək vermiş olduğu vədə əməl etməyib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi himayəsində dörd uşağının və onlardan ikisinin azyaşlı olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın qismən ödənilməsini, 23 il müddətinə Azərbaycan Respublikasının ordu sıralarında, onun 4 ilini xüsusi təyinatlı qüvvələrdə xidmət etməsini, Vətən Müharibəsi iştirakçısı olmasını, bir çox medal və fəxri fərmanlarla tətlif olunmasını nəzərə almamışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini və barəsində azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs apelyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində göstərilən əsaslarla onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs və mülki iddiaçı məhkəmə kollegiyasının iclasında işirak etmir və məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Ruslan Qəhrəmanov adlı tanışının vasitəsi ilə tanımışdır. Ruslan Qəhrəmanov 2024- cü ilin sentyabr ayının ortalarında ona zəng edərək Zərərçəkmiş şəxs adlı tanışının işə düzəlmək istədiyini bildirmişdir. Söhbət zamanı Ruslana bildirmişdir ki, Coşqunu Gəncə şəhəri * saylı xəstəxanada təcili yardıma sürücü kimi işə düzəldə bilər. O Ruslan ilə danışdıqdan bir gün sonra Ruslan ona zəng edərək Coşqun ilə danışdığını və həmin işin düzəldilməsi üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. Ruslan ona Coşqunun 8000 manat pul verməyə razı olduğunu bildirdikdən bir neçə gün sonra Ruslana zəng edərək Coşqunun təcili olaraq həmin 8000 manat pulu götürüb Bakı şəhərinə gəlməyini və onunla görüşüb həmin pulu verməyi tapşırmış, ## ######## 2024-cü il tarixdə Coşqun onunla əlaqə saxlayıb Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında onunla görüşmüş, orada Coşqunun pulu verməyə çəkindiyini görüb inandırmaq üçün ona pul vəsaitini notarius vasitəsi ilə verəcəyini və həmin pul vəsaitini Səhiyyə Nazirliyində işləyən tanışına verdikdən sonra Gəncə şəhəri * saylı xəstəxanada olan vakant sürücü yerinin adına bron ediləcəyini bildirmişdir. Coşqun onun bu sözlərinə inanıb onunla birlikdə Ukrayna dairəsi yaxınlığında yerləşən * saylı Asan Xidmət mərkəzinə gəlmiş və orada 8000 manat pulu notarial qaydada ona vermişdir. Bundan sonra Coşquna söz vermişdir ki, 1 ay müddətində işə çıxacaq. Lakin Coşqundan 8000 manat pul alsa da, Coşqunun işə düzəldilməsi üçün heç bir hərəkət etməmiş və həmin pul vəsaitini şəxsi problemlərinin həll edilməsinə xərcləmişdir. 1 ay müddət keçdikdən sonra Coşqun onunla əlaqə saxlayaraq işin nə yerdə olduğunu maraqlanmış, o isə hər dəfə müxtəlif bəhanələr gətirərək Coşqunu heç bir işə düzəltməmiş və pulunu geri tələb etdikdə pulu yalandan artıq iş görən şəxslərə verdiyini və həmin şəxslərdən pulu geri alıb Coşquna qaytaracağına yalandan vəd verərək bu günə qədər həmin puldan cəmi 3000 manat Coşquna pul qaytarmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2024-cü ilin sentyabr ayının ortalarında işsiz olduğu üçün Gəncə şəhərində “pasyolka” adlandırılan ərazidən tanıdığı Ruslan Qəhrəmanov adlı tanışı onu işə düzəldə biləcəyini bildirmişdir. O da Ruslanla razılaşmışdır. Söhbət zamanı Ruslan ona bildirmişdir ki, Bakı şəhərində yaşayan Ramin adlı dostu onu Gəncə şəhəri * saylı xəstəxanada təcili yardıma sürücü kimi işə düzəldə bilər. O da Ruslanla razılaşdıqdan bir gün sonra Ruslan zəng edərək Ramin ilə danışdığını və həmin işin düzəldilməsi üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. Təxminən bir neçə gün sonra yenidən Ruslan ona vatsap vasitəsi ilə səs göndərərək təcili olaraq həmin 8000 manat pulu götürüb Bakı şəhərinə getməyi və Ramin ilə görüşüb həmin pulu verməyi tapşırmış və ona Raminin nömrəsini də göndərmişdir. O da Ruslanın dediyi qaydada 8000 manat pulu götürüb Bakı şəhərinə gəlmişdir. Ramin ilə əlaqə saxlayıb Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında görüşmüş, orada Ramin ona bildirmişdir ki, həmin pul vəsaitini Raminə notarius vasitəsi ilə verəcək və Ramin tərəfindən pul vəsaiti Səhiyyə Nazirliyində işləyən tanışına verildikdən sonra Gəncə şəhəri * saylı xəstəxanada olan vakant sürücü yeri onun adına bron ediləcək. O da Raminin bu sözlərinə inanıb birlikdə Ukrayna dairəsi yaxınlığında yerləşən * saylı Asan Xidmət mərkəzinə gəlmiş və orada 8000 manat pulu notarial qaydada Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Ramin ona söz vermişdir ki, 1 ay müddətində o işə çıxacaq. Lakin 1 ay müddət keçdikdən sonra Ramin hər dəfə müxtəlif bəhanələr gətirərək onu heç bir işə düzəltməmiş və pulunu geri tələb etdikdə pulu artıq iş görən şəxslərə verdiyini və həmin şəxslərdən pulu geri alıb ona qaytaracağına yalandan vəd verərək həmin puldan cəmi 3000 manat pul qaytarmışdır. Işdə olan ## ######## 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, “borc verən” (Zərərçəkmiş şəxs) “borc alana” (Təqsirləndirilən şəxs) 8000 manat məbləğində pul borc verir. “Borc alan” borcu ##.##.2024-cü il tarixədək “borc verənə” notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürür. Işdə olan Azərbaycan Respublikası DIN-nin BƏSII-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən, hökm və qərarların surətindən görünür ki, ##.##.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: -Tərtər Hərbi Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq olunmaqla 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ##.##.2018-ci ildə cəza müddəti başa çatmışdır. -Bakı Hərbi Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 312.1-ci maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. -Lerik Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. ##.##.2022-ci ildə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR MM-nin Amnistiya qərarına əsasən cəzası 06 ay azaldılaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilmişdir. ##.##.2025-ci ildə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. -********* nömrəli cinayət işi ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə məhkum olunduğu cəzanı çəkməkdən CM-nin 80-1-ci maddəsinə əsasən azad olunmuşdur. Işdə olan Bakı şəhər Probasiya Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-**-*/*-*****/**** saylı məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə məhkum olunduğu 3000 manat cərimə cəzasını ##.##.2025-ci ildə ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Işdə olan ## #### 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ##.##.2025-ci il tarixdə, saat 21:45-də Bakı şəhəri, Sabunçu rayonu, S.Əliyev küçəsində saxlanılaraq Xətai RPI-nin 35-ci PB-nin inzibati binasına gətirilmişdir. Işdə olan vəsiqələrin sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. Işdə olan iddia ərizəsindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs 5000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia qaldırmışdır; Işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-*** saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasından daxil olmuş, ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə tutularaq ##.##.2026-cı il tarixdə Bakı Istintaq Təcridxanasına gətirilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Insan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Apellyasiya şikayətində əməlin tövsifi mübahsələndirilməsə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları birbirilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş zərəri qismən ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə almış və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini ## ######## 2024-cü il tarixdə, Lerik Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edildiyi cəzanı cəkməzdən əvvəl (##.##.2025-ci il tarixdə), yəni məhkumluğunun olduğu dövrdə törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə almış və cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Emin Əliyev Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(3-6)-1067/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1067/2026
11.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver