Məhkəmə qərarları › İş №1(3-6)-1076/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1076/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1076/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ##### 1998-ci il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, Kürdəmir rayonu, Qarabucaq qəsəbə ərazi dairəsi, Qarabucaq kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı hökmündən dövlət ittihamçısı İsmayıl Cavadlı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilməklə sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutların taleyi də həll edilmişdir. İttiham aktına və birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünə əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmaqda təqsirləndirilir. Belə ki, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə saat 00:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngaçal qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən *** saylı tam orta məktəbin qarşısında olarkən tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun bir müddət əvvəl onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs qisas almaqla cəzalandırmaq məqsədilə yaşadığı evdən əvvəlcədən götürdüyü istintaqa məlum olmayan bıçaqla sonuncunun bədənindən bir dəfə qəsdən vuraraq ona qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə hökmün dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına istinad edilməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən hökmdə onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alıb, ona təqsirləndirildiyi maddəsində nəzərdə tutulan aşağı həddə cəza təyin etməklə yanaşı barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq etməkdə haqlı olmamışdır. Hazırkı cinayət işi üzrə isə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin istinad olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət deyil, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, yalnız yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları sadalamaqla kifayətlənmiş və bu halları hökmdə əsas tutaraq təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin etmiş, eyni zamanda Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə barəsində olan cəzanı şərti hesab etmişdir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi həm də onun göstəricisidir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı tarazlığı təmin edə bilməmiş, bununla da Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə mövqe cinayətlərlə mübarizədə məsuliyyət hissinin artırılmasına mənfi təsir göstərməklə, cinayət qanununun ümumi xəbərdaredici məqsədinə nail olunmasına qətiyyən xidmət etmir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək məzmununa uyğun çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə və sanksiyada nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə hökmün dəyişdirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən müdafiəçi məhkum edilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmanlığını ifadə etdiyini, zərərçəkən şəxsin birinci instansiya məhkəməsində dindirilərkən bu hadisənin əsas günahkarı olması barədə mövqeyini, hadisənin zərərçəkən şəxsin nalayiq hərəkətləri nəticəsində başlandığını, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, zərərçəkənlə barışıq əldə olunduğunu, həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı səmimi ifadələri və səmimi peşmanlığı olduğunu bildirib apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs əməlinə görə peşman olduğunu, zərərçəkmiş şəxsin birinci zarafat etdiyini, ondan zarafat etməməsini xahiş etdiyini, çox içkili olduqlarını, zərərçəkmiş şəxsin söydüyünü, sonra evə getdiyini, iki dəfə zəng edib çağırdığını, ikinci dəfə zəng edəndə getdiyini, zərərçəkmiş şəxsin ondan fiziki baxımdan güclü olduğuna görə evdən mətbəx bıçağı götürdüyünü, çatan kimi zərərçəkmiş şəxsin yumruq atdığını, əyilib onu vurduğunu bildirib apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Mehmanla bir məhəllədə böyümüş, qonşu olmuşlar, məhəllə uşağıdırlar. Hadisə günü hər ikisi məclisdən çıxmış, ikisi də içkili vəziyyətdə olmuşlar. Zərərçəkmiş şəxs onunla söyüşlü zarafat etmiş, o da belə zarafatlar etməməsini demişdir. Aralarında bununla bağlı mübahisə olmuş, lakin hər ikisi aralanmışlar. Aralaşdıqdan sonra evə getmiş, lakin zərərçəkmiş şəxs ona zəng edərək yanına çağırmış, bu zaman o da evdən bıçaq götürərək getmişdir. Zərərçəkmiş şəxs telefonla danışan zaman da söyüş söymüş, buna görə də o, özü ilə bıçaq götürmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə ## ####### 2025-ci il tarixində baş vermiş, saat 12-ni keçmişdir. Hadisədən əvvəl orada yalnız ikisi olmuş, birlikdə yolda hərəkət etmişlər. Onlar birlikdə məhəllələrinə doğru hərəkət etmişlər. Həmin vaxt aralarında zarafat olmuş, başqa heç nə olmamış, Mehman onunla söyüşlə zarafat etmiş, o da belə zarafatlar etməməsini, belə zarafatlar götürmədiyini demişdir. Həmin vaxt onun üzərində bıçaq olmamış, onlar aralaşandan, o öz evinə gedəndən sonra zərərçəkmiş şəxs ona zəng edib çağırmışdır. Zərərçəkmiş şəxs onu məktəb tərəfə çağırmış, məktəb onun evindən 300-500 metr məsafədə yerləşir. Zərərçəkmiş şəxsin onu çağırmaqda məqsədini bilmir. O, bıçağı evdən götürmüş, zəng gələn vaxt evdə olmuşdur. Bıçağı götürməkdə məqsədi zərərçəkmiş şəxsi qorxutmaq və onun hərəkətinə görə onu cəzalandırmaq olmuşdur. O, məktəb tərəfdə zərərçəkmiş şəxsə yaxınlaşanda heç bir söhbət etməmişlər, o, çatan kimi zərərçəkmiş şəxs söyüş söymüş, yumruq atmış, o da əyilmiş və bıçaqla sonuncunu vurmuşdur. Həmin vaxt yoldan keçən adamlar olmuş, nə onun, nə də zərərçəkmiş şəxsin yanında başqa şəxslər olmamışdır. Onlara müdaxilə edən şəxslər isə yoldan keçən şəxslər olmuşdur. O, evdən zərərçəkmiş şəxslə görüşməyə gedəndə heç kimə məlumat verməmişdir. Evdən çıxan zaman bıçağı cibində gizlətmişdir. Bıçaq mətbəxdə istifadə olunan, meyvə bıçağı olmuşdur. O, zərərçəkmiş şəxsə qarın nahiyəsindən bir bıçaq zərbəsi vurmuşdur. Hər şey ani olmuş, zərərçəkmiş şəxsə başqa nahiyəsindən vurması ilə bağlı məsələ onun ağlına gəlməmişdir. O, zərərçəkmiş şəxsdən zəif olduğuna görə bu yola əl atmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə qonşu olmuşlar, uzun müddətdir ailəvi münasibətləri və gediş-gəlişləri olmuşdur. Hadisə günü onlar birlikdə məclisdə olmuş, hər ikisi içkili olmuşlar. Yolda birlikdə evə gedən zaman yalnız ikisi olmuş, bir-biri ilə zarafatlaşmışlar, o, təqsirləndirilən şəxslə kobud zarafat etmiş, təqsirləndirilən şəxs onun bu zarafatından incimiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxt onlar aralaşmış, daha sonra o, marketə tərəf getmiş, *** saylı orta məktəbin yanında təqsirləndirilən şəxslə zəngləşdikdən sonra yenidən görüşmüşlər. Onun təqsirləndirilən şəxsə, yoxsa təqsirləndirilən şəxsin ona zəng etməsini dəqiq xatırlamır. Görüşən kimi belə bir hadisə baş vermiş, təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi hadisə yerinə onun çağırması yadında deyil, həmin vaxt içkili olmuşdur. O, hadisədən əvvəl marketdə olmuşdur. Marketdə tək olmuş, daha sonra təqsirləndirilən şəxs gəlmiş və bıçaqlanma hadisəsi baş vermişdir. O, təqsirləndirilən şəxsin yenidən onun yanına gəlməsinin səbəbini bilmir. O, qarın boşluğundan xəsarət almışdır. Hadisə baş verdikdən sonra onları ayıran şəxslər gəlmişdir. Həmin şəxslər yoldan keçən şəxslər olmuşdur. Hadisə ani zamanda baş vermiş, həmin şəxslər oradan keçən zaman onlar əlbəyaxa olmuş, həmin şəxslər də onları aralaşdırmağa gəlmiş, elə həmin anda da bıçaqlanma hadisəsi olmuşdur. O, xəstəxanaya özü getmiş, yaxınlıqda olan təcili yardım stansiyasına müraciət etmişdir. Orada olan şahidlər də onların məhəllə yoldaşları olmuş, Sahil bıçaq vuran zaman onları ayırmışlar. Bütün bu hadisələr ümumilikdə təxminən 15 saniyə çəkmişdir. Həmin vaxt qaranlıq olmuş, o, bıçağı görməmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid şahid2 ifadəsində bildirmişdir ki, həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxsi məhəllə yoldaşları kimi tanıyır. Hadisə günü yoldaşları ilə toydan gəlmişlər, onlar hər biri toyda spirtli içki içmişlər. Toydan sonra o, mağazaya siqaret almaq üçün getmiş, bu zaman Mehmanın *** saylı məktəbin qarşısında oturduğunu görmüş, ondan nə baş verdiyini soruşmuş, Mehman isə Sahillə mübahisə etdiyini bildirmişdir. Həmin vaxt Sahil gəlmiş, söhbət əsnasında bıçaqla Mehmanı vurmuş, o, orda olan yoldaşları ilə birlikdə Sahillə Mehmanı aralamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Hadisə yerində o, Abbas, Ülvi və Vüsal adlı şəxslər olmuşlar. Onlar aralıda olan zaman Sahil gəlib bıçaqla Mehmanı vurmuşdur. X2 aralamış, hərə öz yolu ilə çıxıb getmişdir. Sahil arxadan gəlib Mehmanı qarın nahiyəsindən vurmuş, onlar həmin vaxt ayaq üstə olmuşlar. Sahillə Mehmanın arasında əvvəl başlamış mübahisənin şahidi olmamışdır. Orada onların yanında Mehman Sahili söyməmişdir. Birinci instansiya məhkəməsində şahid şahid4 və İbayev Abbas Elşən oğlu şahid şahid2 ilə oxşar məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsində şahid şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində yuxarıda qeyd olunan şahidlərlə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsinin ## ####### 2025-ci il tarixli raportundan görünür ki, ## ####### 2025-ci il tarixdə saat 00:16 radələrində Daxili İşlər Nazirliyi 102 xidmətinə daxil olan məlumatda Səngəçal qəsəbə sakini Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs ilə sərxoş vəziyyətdə toydan gələrkən Təqsirləndirilən şəxs küçədə bıçaqla ona xəsarət yetirməsi barədə məlumat vermişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən *** saylı tam orta məktəbin qarşısına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan ## ####### 2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və təsdiq etmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyi NHİX-nin TŞX-dən alınmış bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs həmin *** nömrəli tam orta məktəbə gedən yolda beton parçasının üzərində oturub mobil telefonla kiminləsə danışır. Bir qədər sonra Təqsirləndirilən şəxs sürətlə Zərərçəkmiş şəxs yaxınlaşır və Zərərçəkmiş şəxs də oturduğu yerdən qalxıb Təqsirləndirilən şəxs üzərinə gedir. Bu vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmaq istədiyi zaman Təqsirləndirilən şəxs əlində olan bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsində bir dəfə vurur. Bundan sonra ətrafda olan şəxslər araya girib Təqsirləndirilən şəxs sakitləşdirib oradan aralayırlar. İş materiallarında olan götürmə aparılması və baxış keçirilməsi haqqında ## ####### 2025ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli kəmər, 01 cüt qara rəngli corab, 01 cüt boz rəngli ayaqqabılardan ibarətdir. Paltarlardan yalnız 01 ədəd qara rəngli maykanın üzərində zədə izləri vardır, digər paltarlarda zədə izləri müşahidə olunmamışdır. İş materiallarında olan “xxxx” publik hüquqi şəxsin ## ###### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəsarət - qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi ## ####### 2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının ## ###### 2025-ci il tarixli **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının ## ###### 2026-cı il tarixli 561 MTKŞ/**** saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şərti olaraq * №-li maykanın ön səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şərti olaraq * №-li maykanın ön səthində 01 (bir) ədəd deşilmiş kəsilmiş zədə onun bədənin qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şərti olaraq * №-li maykada, köynəkdə, şalvarda, kəmərdə bir cüt corabda və bir cüt ayaqqabı üzərində zədə və zədə izləri aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya protesti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilməli, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı müəyyən olunmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutların məcmusuna əsasən yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Cinayət-Prosessual Məcəllənin 39 və 42-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Verilmiş apellyasiya protestindən göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi ümumiyyətlə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin əsas tələbinə dair dəlillərini əsaslı hesab edib qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda, məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərar). Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmunundan göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. Əvvəlki cinayət qanunundan fərqli olaraq, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəzanın sosial ədalətin bərpası məqsədi ilə bağlı qeyd edilməlidir ki, cinayət cəmiyyət tərəfindən qəbul edilən dəyərlər sistemini pozan ictimai təhlükəli hərəkət olduğundan bu nəticələri aradan qaldırmaq sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası cəmiyyətin şüurunda hüquq pozuntusunun nəticəsiz qalmayacağına dair inamı formalaşdırmaqla, onun hüquqa olan etimadını gücləndirir, habelə cəmiyyətdə dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına dair əminliyi təmin etmiş olur. Törədilmiş əməl ilə onun ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onu törədən şəxsin şəxsiyyəti arasında olan proporsionallıq cinayət cəzasının ədalətlilik meyarı kimi çıxış edir. Bu baxımdan o halda “sosial” ədalətin bərpası məqsədinə nail oluna bilər ki, təyin edilmiş cəza zərər çəkənin mənafeləri də nəzərə alınmaqla cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olsun və yalnız zərərçəkmiş şəxsdə deyil, bütövlükdə cəmiyyətdə ədalətin bərqərar olduğuna əminlik yaratsın. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi, maddə 59.2). Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halların məcmusunu, yəni Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, onun cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. Göründüyü kimi, cəza təyini zamanı yüngülləşdirici hallar düzgün olaraq nəzərə alınsa da, dövlət ittihamçısı apellyasiya protestinin əsas dəlili kimi Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə hökmün dəyişdirilməsini xahiş edərkən tələbini onunla əsaslandırmışdır ki, “Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin istinad olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət deyil, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, yalnız yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları sadalamaqla kifayətlənmişdir”. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, inzibati xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin həqiqətən də təqsirləndirilən şəxslə zarafatlaşarkən qeyri-etik ifadələrdən istifadə edilmə xüsusatını etiraf etməsini işin mübahisəsiz halı olduğunu nəzərdə saxlayır. Məhkəmə kollegiyası şərti məhkum etmə institutunun tələbinə aid hissədə cinayətin ictimai təhlükəliliyinin xarakteri ilə bağlı qeyd edir ki, şəxsin təqsirli bilindiyi cinayət əməli apellyasiya protestində qeyd olunduğu kimi, təsnifata görə ağır cinayətlərə aiddir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ## ####### 2025-ci ildə şübhəli şəxs qismində tutulmuş, ## ####### 2025-ci ildə isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Həmin vaxt Cinayət-Prosessual Məcəllənin 148-ci maddəsinə əsasən 48 saatlıq tutma müddəti belə başa çatmamışdı. İş üzrə zərərçəkmiş şəxslə heç bir barışıq da yox idi. Əməl silahla (bıçaqla) törədilmişdi. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin həmin vaxt verdiyi ifadələrdə əslində səmimi peşmançılıqla bağlı heç bir mövqe ifadə etməmişdi. Peşmançılıqla bağlı mövqe onun əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edildikdən sonra ## ###### 2026-cı il tarixdə dindirilərkən ifadə olunmuşdu. Həmçinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxs tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Həmin ərizədə bağışlama və ya barışıqla bağlı mövqe də ifadə edilməmişdi. Həmin ərizənin Qaradağ rayon Polis İdarəsinə daxil olma tarixi isə ## ###### 2025ci il tarixinə aiddir. Münasibətlərin həmin vəziyyətində prokuror tərəfindən müstəntiqin həbs qətimkan tədbiri vəsatətini təmin etməkdən imtina edilmiş və şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bu, əslində cinayət törətmiş Təqsirləndirilən şəxs göstərilən yüksək humanist mövqeni ifadə edirdi. Hökmdə qeyd edilməsə də, apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Təqsirləndirilən şəxs bu humanistliyi dəyərləndirmək əvəzinə, qətimkan tədbirinin şərtlərini pozaraq ## ###### 2026-cı ildə istintaqdan qaçıb gizlənmiş və barəsində axtarış elan olunmuş, ## ##### 2026-cı il tarixədək axtarışda olmuşdur. Axtarışda olduğu 3 aydan çox müddət ərzində cinayət işi üzrə icraat həmin səbəbdən dayandırılmışdır. Bu hal onun istintaqdan yayınmasının təsadüfi deyil, davamlı xarakter daşıdığını sübut edirdi. 4 aya yaxın müddət keçəndən sonra onun könüllü gəlmə iddiası şəxsin islah olunmağa meylliliyini birmənalı təsdiq edən xüsuat kimi də nəzərdən keçirilməsi əsaslı sayıla bilməz. Ona görə bu amil də onun məsuliyyətdən boyun qaçırmağa meylli olduğunu təsdiqləməklə barəsində təyin olunmuş cəzanın şərti tətbiq olunması imkanını zəiflədən xüsusatdır. İttiham aktında və işin hallarında göstərilir ki, Təqsirləndirilən şəxs zərərçəkmişin söyüşlü zarafatlarına görə onu cəzalandırmaq və qisas almaq məqsədilə bu əməli törətmişdir. Bu yanaşma da şəxsin öz şüurunda "fiziki olaraq özündən böyük söyüşlü zarafat edən şəxsə bıçaqla xəsarət yetirmək olar və bu, normal cavab reaksiyasıdır" kimi düşüncənin mövcudluğuna dəlalət edə bilər. O, qanunsuz hərəkəti qanunla tənzimlənən deyil, öz şəxsi "cəza" mexanizmi ilə əsaslandırmağa çalışmışdır. İbtidai istintaqın ilk mərhələsindən etibarən bunu "cəzalandırma" kimi təqdim edir və mövqeyini dəyişmirsə, gələcəkdə analoji vəziyyətdə nalayiq ifadə qarşılığında yenidən eyni “cəzalandırma” üsuluna (bıçağa) əl atılacağı düşüncə tərzinə çevrilmə ehtimalını əsaslı edir. Sərxoş vəziyyətdə cinayət törətməsi də onu cinayət məsuliyyətindən azad edən hal deyildir. Eyni zamanda, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmişdən ayrılıb evə getmiş, zərərçəkmişlə telefonla danışdıqdan sonra yenidən görüşməyə gedərkən evdən xüsusi olaraq mətbəx bıçağını götürüb cibində gizlədərək hadisə yerinə gəlmişdir. Bu hal cinayətin təsadüfi axarda deyil, əvvəlcədən və qəsdən planlaşdırılmış formada törədildiyini, əməlin gizli, qəflətən, gözlənilməz həyata keçirildiyini, ictimai təhlükəlilik dərəcəsinin yüksək olduğunu göstərir. Həm də videogörüntüdən aşkar və mübahisəsiz şəkildə müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmişə sürətlə yaxınlaşaraq çatan kimi dərhal bıçaqla zərbə endirmişdir. Videogörüntüdən də görünür ki, həmin məqamda hələ zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs hər hansı zərbə vurulmamış, heç bir xəsarət yetirilməmişdir. Yəni sərxoş olması hərəkətlərindən bəlli olan zərərçəkmiş şəxs daşın üstündə oturduğu zaman evdən gələn Təqsirləndirilən şəxs faktiki qaçaraq yaxınlaşmış, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs faktiki hücum anı kimi qaçaraq üstünə gəldiyi görən anda yerindən qalxmış və üstünə şığıyan Təqsirləndirilən şəxs iti hərəkətlə dərhal ona bıçaqla zərbə yetirmişdir. Kənar şəxslərin müdaxiləsi ilə Təqsirləndirilən şəxs zərərçəkmişdən kənarlaşdırılmış, amma videogörüntüdən də aşkar müşahidə olunduğu kimi Təqsirləndirilən şəxs təkidlə əlində bıçağı saxlamaqda davam etmiş, onları ayıran şəxs bıçağı ondan götürmək istəsə də verməmişdir. Şahid ifadələri ilə də təsdiq olunur ki, o, zərərçəkmişə sürətlə yaxınlaşaraq, faktiki qaçaraq çatıb bıçaqla vurmuşdur. Eyni zamanda, ibtidai istintaqda verdiyi ifadəsində də Təqsirləndirilən şəxs əməli törətdiyi bıçağı bilmədiyi bir yerə atdığını qeyd etmişdir. Bu da cinayət alətinin gizlədilməsi ilə bağlı qənaət formalaşdırır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində həm də başqa şəxslərin olmadığını desə də, göstərilən hal iş materialları ilə açıq şəkildə təkzib edilir. Təqsirləndirilən şəxs yalnız ətrafdakı şəxslərin araya girib onu dayandırmasından sonra oradan uzaqlaşdırılmışdır. Göründüyü kimi, bu da onun öz iradəsi ilə deyil, kənar şəxslərin müdaxiləsi ilə dayandırıldığını göstərir. Belə ki, videogörüntüdən aydın olur ki, həm zərərçəkmiş şəxsi, həm də təqsirləndirilən şəxsi dayandırmağa çalışmış, sonradan məcburi formada, hətta itələyərək təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırılmış, növbəti həmlələrinin qarşısı alınmışdır. Bundan başqa, apellyasiya instansiya məhkəməsi bir məqama da diqqəti cəlb etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və təqsirləndirilən Təqsirləndirilən şəxs uzun illərdir bir-birini tanıyırlar (təxminən 20 ildir), həmyerlidirlər və eyni ərazidə yaşayırlar. Hazırkı iş üzrə barışıq əldə olunması, həmçinin hadisənin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə söyüşlü zarafatlar etməsi səbəbindən baş verməsi əməlin tövsifi zamanı və cəzanı yüngülləşdirən hal kimi nəzərə alınsa da, şəxsi real cəzaçəkmədən tamamilə azad etmək üçün kifayət etmir. Birinci instansiya məhkəməsi hökmdə Təqsirləndirilən şəxs hansı konkret əsaslara görə cəza çəkmədən (azadlıqda qalaraq) islah olunacağını əsaslandırmamışdır. Şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunacağını sübut edən yetərli əsaslar iş materiallarında mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin hansı əsasla azadlıqdan məhrum etmə növündə cəzanı real olaraq çəkmədən islah olunacağı qənaətinə gəldiyi məlum deyildir. Qanunvericiliyin tələblərini, yuxarıda sadalanan Plenum Qərarlarının mövqeyini rəhbər tutan məhkəmə kollegiyası məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün əsasların olub-olmaması ilə bağlı məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Hazırkı iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmiş hallar, məhkum edilmiş şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanı şərti hesab edilməsi cəzanın məqsədlərinə xidmət edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hallara və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların təqsirkar şəxsin cəza çəkmədən islah olunacağı nəticəsinə gəlinməsi üçün yetərli olmasını əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinin düzgün olması barədə fikir yürütmək üçün kifayət etmir. Eyni zamanda məhkəmənin tətbiq etdiyi Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən, “müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Lakin məhkəmə konkret olaraq hansı əsaslara görə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığını hökmdə heç bir halda şərh etməmiş və əsaslandırmamışdır. Məhkəmə kollegiyası ilk öncə hesab edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi müəyyənləşdirmiş, bu zaman işin faktiki halları və cinayətin ictimai təhlükəliliyi düzgün qiymətləndirilmiş, nəticədə ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza həddi və növü Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Buna baxmayaraq, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi üçün hökmdə qeyd olunan hallar yetərli olmamış, cəzanı yüngülləşdirən həmin hallarla cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmışdır. Göstərilən hallar məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin birmənalı tətbiqinə səbəb ola bilməz. Belə ki, məhkum edilmiş şəxs barəsində həmin maddənin tətbiqi üçün əsaslar yoxdur, məhkum edilmiş şəxsin islah olunması yalnız cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanunidir, birinci instansiya məhkəməsi işin faktiki hallarını kifayət qədər nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın müddətini açıq-aydın ədalətsiz hesab etmir. Göründüyü kimi, həm qanunverici, həm də Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumları şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, “məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun”. Beləliklə, məhkəmə kollegiyası bir daha qeyd edir ki, nəzərə alınmış yüngülləşdirici hallar onun barəsində aşağı həddə, hətta sanksiyada müəyyən edilmiş cəzanın ən aşağı həddində cəza təyin olunmasına gətirib çıxarsa da, məhkum edilmiş şəxsin ona təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməyə əsas verən heç bir hal müəyyən edilmir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab olunması cəzanın məqsədlərini təmin etmir, məhkumun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi labüddür və cəzanın məqsədləri ancaq bu halda təmin edilə bilər. Belə ki, həmin yüngülləşdirici hallar məhkum edilmiş şəxsə sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə cəzanın təyin olunması üçün əsas olmuş, kifayət qədər nəzərə alınmışdır. Belə ki, işin faktiki halları və iş materialları araşdırıldıqda aydın olur və məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar nəzərə alınmaqla məhkum edilmiş şəxsin yalnız azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah olunması mümkündür. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza təyini zamanı yüngülləşdirən halları yalnız sadalamaqla kifayətlənərək, Ali Məhkəmənin cinayət işləri üzrə yekun qərarlarına əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmayan, məhkəmə təcrübəsindən kənar, eyni maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilmiş, işin bənzər faktiki hallarına malik olan və hazırkı iş üzrə müəyyən edilmiş hallardan daha çox cəzanı yüngülləşdirici hallara malik olan digər şəxslərlə müqayisədə açıq-aydın ədalətsiz olan yüngül vəziyyət yaratmışdır və bu vəziyyətdə təqsirləndirilən şəxs və ya digər şəxslər tərəfindən yenidən cinayət əməllərinin törədilməyəcəyi qənaətinə gəlmək üçün əsaslar müəyyən olunmur. İfrat humanizm xatirinə cəzanın qabaqlayıcı və ədaləti təmin edən funksiyasının zəiflədilməsi, cinayət və cəzanın mütənasibliyinin tarazlığını pozan yanaşma isə yolverilməzdir. İş materiallarından göründüyü kimi, məhkəmə işə baxarkən cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Beləliklə, apellyasiya kollegiyası törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən, əvvəlcədən düşünülmüş şəkildə birbaşa qəsdlə törətməsini, iş üzrə cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etmir, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Bundan başqa, birinci instansiya məhkəməsi hökmdə qeyd etdiyi mövqeyə görə “təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla onun üçün kifayət qədər ağır cəza olar, habelə təqsirləndirilən şəxsin gələcəkdə sosial həyat və cəmiyyətdən tamamilə uzaqlaşmasına, geri dönüşü olmayan kriminal bir şəxsiyyət olaraq formalaşmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası həmin qənaətlə ümumiyyətlə razılaşmır və qeyd edir ki, əvvəla, istənilən azadlıqdan məhrum etmə cəzası məhkumun və ailəsinin həyatına təsir edir. Əgər "ailənin məhrumiyyətə düşməsi" real cəzadan yayınmaq üçün əsas götürülsəydi, azadlıqdan məhrum etmə cəzası ailəsi olan heç bir şəxsə tətbiq edilə bilməzdi. Digər tərəfdən, hazırkı iş üzrə ümumiyyətlə onun ailənin yeganə gəlir gətirən başçı olması və ya ailənin hansı məhrumiyyətlərə düçar ola biləcəyi ilə bağlı hər hansı məlumat mövcud deyildir. Birinci instansiya məhkəməsinin "şəxsin cəza çəkməsi onun kriminallaşmasına gətirib çıxara bilər" fərziyyəsi də penitensiar sistemə və dövlətin cəza-icra siyasətinə yanlış yanaşmadır. Məhkəmənin sanki "xxxx" yanaşması dövlətin islah müəssisələrinin fəaliyyətinin effektsiz sayıldığı düşüncəsinə xidmət edir ki, bu da yolverilməzdir. Əksinə, ağır cinayət törədib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyi vəziyyətdə istintaqdan 3 aydan çox gizlənən və sonda real cəza çəkməyən şəxsdə "cəzasız qalmanın mümkünlüyü" təsəvvürünün formalaşmasına şərait yaranır. Beləliklə, hökmdə təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi onun "gələcəkdə sosial həyat və cəmiyyətdən tamamilə uzaqlaşmasına, geri dönüşü olmayan kriminal bir şəxsiyyət olaraq formalaşmasına gətirib çıxara bilər" kimi israr qəbuledilən deyil. Belə ki, "cəmiyyətdən tamamilə uzaqlaşma", "geri dönüşü olmayan kriminal şəxsiyyət" ifadələri məhbəs mühiti barədə ümumi təsəvvür və ya ehtimal əsasında gəlinən subyektiv mülahizədir - "Həbs onu düzəlməz cinayətkara çevirə bilər" şəklində sübutsuz ehtimaldır. Belə qəbul edilsə, bu arqument istənilən şəxsə şamil edilə bilər və nəticədə islah edilmə (CM-in 41.2ci maddəsi) məqsədinin heç kim üçün həbslə əldə edilə bilinməyəcəyini iddia edərək cəza institutunu bütövlükdə boşluğa çıxarar. Məhkəmə kollegiyası hökmlə Təqsirləndirilən şəxs cəzasını çəkmək üçün təyin ediləcək cəzaçəkmə müəssisəsinin növünü də müzakirə edərək hesab edir ki, o, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu olan cəmi 01 (bir) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ümumi cəza müddətinə hesablanıb hazırkı qərarla təyin olunan cəza müddətindən çıxılmalıdır. Bunlardan başqa, məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsinin müşavirə otağında müzakirə edilən məsələlərin həllinə dair protokolu ("müşavirə protokolu") nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, işə baxmış məhkəmə tərkibi şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzasına münasibətdə əvvəlcə "çəkilməlidir" deyə yekdil qərara gəlmişdir (CPM maddə 346.1.13 (lehinə 3, əleyhinə 0). Amma protokolun sonunda məhkəmə tərkibi CM-in 70-ci maddəsinin tətbiqi ilə bağlı eyni qaydada səsvermə ilə tam əks mövqe göstərmişdir. Faktiki müşavirədə tərkib həm cəzanın çəkilməli olması, həm də çəkilməli olmaması barədə bir-birinə zidd iki nəticəyə gəlmişdir. Hökm elan olunarkən isə nəticələrdən birinə – cəzanın çəkilməli olmamasına istinad edilmişdir. Qeyd olunan prosessual pozuntu birinci instansiya məhkəmsinin elan etdiyi yekun nəticəyə təsir göstərməsə də məhkəmə kollegiyası aşkar etdiyi həmin xüsusatı nəzərdə saxlayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən, apellyasiya məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Hökmdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair göstəriş və müddəalar xaric edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu olan cəmi 01 (bir) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar