Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1080/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Nuriyev Elnur Aləm oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İdris oğlu və Müdafiəçisi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakı ilə ##.##.1979-cu ildə Lənkəran rayonunda anadan olmuş, vətəndaşı, evli, orta təhsilli, işləməyən, hazırda məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İnşaatçılar küçəsi ev 1 mənzil 1-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs İdris oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs İdris oğlu satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İdris oğlu, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan yerdə xeyli miqdarda, təmiz çəkisi 30,05 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, xeyli miqdarda təmiz çəkisi 0,124 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan kokaini və üzərində“Methadone 40..Faran” göstəriciləri olan 02 ədəd blister kəsiyində, tərkibində ümumilikdə 0,76 qram olmaqla, xeyli miqdarda narkotik vasitə metadon olan 19 ədəd bozumtul-qəhvəyi rəngli metadon dərman həblərini əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla saxlamış, ## #### 2025-ci il tarixdə saat 18:44 dəqiqədə Bakı şəhəri, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi *** saylı ünvanın qarşısında saxlanıldıqdan sonra, həmin gün saat 18:50 radələrində yaşadığı ünvan 1 ünvanına video çəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı mənzildə olan masanın üzərindəki qara rəngli qutunun içərisindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 30,05 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,124 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan kokain və üzərində “Methadone 40..Faran” göstəriciləri olan 02 ədəd blister kəsiyində, tərkibində ümumilikdə 0,76 qram olmaqla, xeyli miqdarda narkotik vasitə metadon olan 19 ədəd bozumtul-qəhvəyi rəngli metadon dərman həbləri aşkar edilərək götürülmüşdür.. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs İdris oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs İdris oğlunun həbsdə saxlanıldığı 4 (dörd) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs İdris oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs İdris oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması, Təqsirləndirilən şəxs İdris oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs İdris oğluna narkomaniyadan məcburi müalicə təyin edilməsi və ##.##.2024-cü il tarixdən Lənkəran Rayonlararası Mərkəzi Xəstəxanasında (F11x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınması müəyyən edilmişdir. Hökmlə maddi sübut və məhkəmə xərcinə də münasibət bildirilmişdir. Həmin hökmdən narazı qalan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən narazı qalan müdafiəçi apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və əməlin AR CM-in 234.1-ci maddəsinə tövsif olunmaqla daha yüngül cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdırki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və onun müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İdris oğlunun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair apellyasiya şikayətinin dəlillərini, eləcə də apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdikləri dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İdris oğlu ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələri polislər tərəfindən saxlanmazdan 2-3 gün əvvəl internet vasitəsilə adını Ramin kimi bildiyi şəxsdən sifariş verərək 50 manat müqabilində əldə etmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Daimi olaraq metadon və marixuana istifadə edir. Kokain istifadə etməmişdir. Saxlanılarkən ona qarşı hər hansı fiziki zor tətbiq olunmayıb.. İş materiallarında olan: - ##.##.2025-ci il tarixli “əməliyyat- axtarış tədbirinin keçirilməsi və saxlanılmış şəxsin yaşadığı mənzilə baxış keçirilməsinə dair” protokoldan görünür ki, ## #### 2025-ci il tarixdə 18:50 radələrində Təqsirləndirilən şəxs İdris oğlunun yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman mənzildə olan masanın üzərindəki qabın içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə, 01 ədəd bükümdə içərisində narkotik vasitə kokainə bənzər ağ rəngli maddə kütləsi və 02 ədəd üstdə 19 ədəd üzərində “Methadon 40” yazısı olan dərman həbləri aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. - ##.##.2025-ci il tarixli “təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs İdris oğlunun yaşadığı mənzildən aşkar edilərək qablaşdırılmış 02 ədəd zərfə baxış keçirilən zaman zərflərin içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə narkotik vasitə kokainə bənzər maddə və 02 ədəd listdə 19 ədəd üzərində “Methadon 40” yazısı olan dərman həbləri aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. -“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İdris oğlu ## #### 2025-ci il tarixdə saat 18:44də şübhəli şəxs qismində tutulmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, */**** saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № ***” möhür əksi “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş” və s. soyadlar, imzalar olan zərfdəki üzərlərində “Methadone 40...Faran” göstəriciləri olan 02 ədəd blister kəsiyində ümumilikdə 19 ədəd bozumtul-qəhvəyi rəngli dərman təbiətlərinin tərkibində ümumilikdə 0,76 qram narkotik vasitə-mefadon müəyyən edildi. 01 ədəd bükümdəki təmiz çəkisi 0,124 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir. Qeyd: metadon -19 tablet, tədqiqata sərf edildi-02 tablet, qalıq-17 tablet, kokainin təmiz çəkisi-0.124 qr, tədqiqata sərf edildi -0.05 qr, qalıq- 0.074 qr. Ekspertiza tədqiqatının dəyəri 110 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, */*** saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş ” və s. soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi- 30,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd:marixuananın təmiz çəkisi-30.05 qr. tədqiqata sərf edildi-0.01 qr, qalıq 29.95 qram. Ekspertiza tədqiqatının dəyəri 78 manatdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 X2-X4 dair ##.##.2025-ci il tarixli, **** saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs İdris oğlunda eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASILILIQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs İdris oğlu ##.##.2024-cü il tarixdən Lənkəran Rayonlararası Mərkəzi Xəstəxanasında F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. -“xxxx” MMC və “xxxx” MMC-dən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İdris oğluna məxsus mobil nömrələrə aid mesaj mətnləri əldə edilmiş və həmin mətnlərdən aşağıdakılar müəyyən olunmuşdur: “Qaqa ot, yem gəldi”; “sizə gedirəm Əliyə tapşır pulum var”; “nolar 3-4 raşot edərəm sənnən”; “qapıma gəliblər pula görə...”; “zaur pulu at mənim kartıma”; “qaqaş iş görmüyesense bilim işimi camaat məni gözləyir”, “mene dedin atıram 30 m alacağım veşden 10 m atmadın” və sairə kimi narkotik vasitəsinin satışını təsdiq edən Təqsirləndirilən şəxs İdris oğluna müxtəlif nömrələrdən yazılmış sms-lərin olması əks olunmuşdur. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs İdris oğlunun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs İdris oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli * saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s., habelə narkotik vasitələrin və psixotrop maddələrin digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərlə bağlı halların da nəzərə alınması tövsiyə edilir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşaraq bildirir ki, məhkum edilmiş şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə apellyasiya şikayətinin dəlillərini məhkum edilmiş şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edilməlidir ki, Təqsirləndirilən şəxs İdris oğlunun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə üçün maddi və prosessual əsaslar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs İdris oğluna təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs İdris oğlu Lənkəran rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. “Amnistiya aktının tətbiq edilməsi barədə” ##.##.2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən Təqsirləndirilən şəxs İdris oğlu azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir.; Beləliklə, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İdris oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İdris oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1080/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1080/2026
04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver