Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(3-6)-1084/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Xüsusi ittihamçı Xüsusi ittihamçı, Bəraət almış şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X11 oğlu) ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: ## ##### 1988-ci il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Şəhəri * saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçı təhqir etməsi faktı sübuta yetirilmədiyindən, xüsusi ittihamçının şikayəti ilə bağlı verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilmişdir. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onun həmin maddə ilə təqsirli bilib, maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə məhəl qoymayaraq, onun üçün heç nə ilə müqayisə olunmayan ən ali dəyər hesab etdiyi şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. Belə ki, ##.##.2024-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 540-cı məhəllə ünvanında yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının * nömrəli iclas zalında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona doğru əlini silkələyərək "qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram" təhqiramiz ifadəsini işlətmişdir. Bununla əlaqədar aidiyyəti qurumlara müraciət edib şikayətlər ünvanlamışdır. Belə ki, ##.##.2024-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə ilə müraciət edərək ##.##.2024-cü il tarixdə məhkəmə zalında vəkil Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu təhqir etdiyini bildirmiş və sonuncunun əməlində cinayət tərkibi olduğu üçün barəsində cinayət işinin başlanaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Verilmiş sorğu əsasında Bakı Apellyasiya Məhkəməsinin * nömrəli iclas zalında ##.##.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının audio-video yazısı əldə edilmiş və 01 ədəd CD diskə baxış keçirilmişdir. Videogörüntünün 10 dəqiqə 48-ci saniyəsindən 11 dəqiqə 10 saniyəsinə olan müddət ərzində vəkil Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona doğru əlini silkələyərək "qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” təhqiramiz ifadəsini işlətməsi aşkar edilmişdir". Ədalət mühakiməsinin həyata keçirildiyi ali bir qurumda məhkəmədə ona qarşı o cür təhqiramiz ifadələr işlətməsi cinayət qanunvericiliyinin 148-ci maddəsində təsbit olunmuş təhqir cinayət tərkibini yaradır. CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhətində qeyd olunan başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onun əhatəsinin (dostların, tanışların) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqəti alçaldan hərəkətlər müxtəlif formalarda həyata keçirlə bilər: yazılı, şifahi, bədən hərəkətləri və s. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyməklə nalayiq sözlər söyləməklə, haqqında ələsalıcı ifadələr işlətməklə törədilə bilər. Şərəf ləyaqətin yazılı formada alçaltdılması məktubda, ərizədə və ya hər hansı müraciətdə ifadə oluna bilər. Hərəkətlər ilə şərəf və ləyaqəti alçaltma üzünə tüpürməklə, şillə vurmaqla, mimikalarla, jestlərlə başqa şəxsi mənfi cəhətdən yamsılamaqla və s. hərəkətlərlə edilə bilər. Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa, məs: bütün vəzifəli şəxsləri korrupsiyada ittiham etməklə onlar haqqında nalayiq ifadələr işlətmək və s. CM-nin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Qeyd edim ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs dövlət hakimiyyətinin əsas sütunlarından birini təşkil edən ədalət mühakiməsinin keçirildiyi ən ali bir qurum olan məhkəmədə onun ünvanına yuxarıda qeyd etdiyi ifadələri işlətməsi məhkəmə iclasında daha çox şəxslərin arasında yayılmasına səbəb olduğu üçün (nəzərə alınmalıdır ki, proses iştirakçılarından əlavə başqa şəxslər də olmuşdur) bu əməl CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin də bütün əlamətlərini özündə ehtiva edir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli, * saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvidəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6 cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin "zəruriliyi" əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın" mövcud olub olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı). Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə müvafiq olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi kimi hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları vardır. Konstitusiyanın 26-cı maddəsinin tələbinə görə isə "hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır". İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli bəraət hökmündən xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və apellyasiya baxışını qismən istintaq aparmaqla Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti xüsusi ittiham qaydasaında verilmiş şikayətin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin hökmünün qısa məzmunu ondan ibarətdir ki, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə, hüquq normalarına və professional vəkil etikasına məhəl qoymayaraq, onun şəxsiyyətini, cəmiyyətdəki mövqeyini və ən ali mənəvi dəyəri olan şərəf və ləyaqətini qəsdən, nalayiq formada alçaldaraq onu təhqir etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin çıxardığı bu hökm tamamilə əsassız və qanunsuzdur, işin həqiqi hallarına uyğun gəlmir, cinayət-prosessual qanunvericiliyin və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Belə ki, ##.##.2024-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 540-cı məhəllə ünvanında yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının * nömrəli iclas zalında rəsmi məhkəmə prosesi gedişatında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs açıq-aşkar şəkildə ona doğru əlini silkələyərək hər kəsin eşidə biləcəyi tonda "qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram" təhqiramiz və nalayiq ifadəsini işlətmişdir. Hadisə zamanı iclas zalında hakim köməkçisi, məhkəmə nəzarətçisi daxil olmaqla 10 nəfərə yaxın şəxs mövcud olmuş və bu ifadələri birbaşa eşitmişlər. Birinci instansiya məhkəməsi iş üzrə mövcud olan ən mötəbər sübutu - rəsmi audio-video səs yazısını (CD diski) və bununla bağlı keçirilmiş linqvisitik ekspertiza rəylərini tamamilə səhv qiymətləndirmişdir. İş materiallarında mövcud olan ## #### 2025-ci il tarixli ilkin məhkəmə-lingvistik ekspertiza rəyində açıq şəkildə göstərilmişdir ki, səs yazısındakı bu ifadələr birbaşa onun şərəf və ləyaqətini alçaldan, təhqiredici xarakterə malik ifadələrdir. Məhkəmə sonrakı ekspertiza rəylərində regional fonetik və üslub xüsusiyyətlərini qabardaraq və ya cümlənin sintaktik bitkinliyini bəhanə edərək cinayət əməlinin mahiyyətindən qaçmışdır. Məhkəmə hökmdə qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 3 rəyi bir-biri ilə ziddiyyət yaradır və bu səbəbdən rəylərin mötəbərliyi və obyektivliyi əsaslı şübhələr yaradır. Halbuki, hər 3 rəydə təqsirləndirilin şəxsin istifadə etdiyi ifadələr təhqir hesab edilmişdir. Belə ki: Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində göstərilib ki, 1-ci və 2-ci suallar üzrə: rəyin tədqiqi nəticəsində göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iclas zalında işlədilmiş “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” ifadəsində xüsusi ittihamçı Xüsusi ittihamçı şərəf və ləyaqətini alçaldan, habelə təhqiredici xarakterə malik məlumatlar mövcuddur. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində qeyd olunub ki, iş materiallarına əlavə edilmiş diskdə, Bakı Apellyasiya Məhkəməsinin iclas zalında qeydə alınmış videogörüntüdə, sual hissəsində göstərilmiş "qalstukunu boğazına sarıyaraq burdan sarıyaraq burdan sürüyüb ataram” cümləsi, əksər sözlərin iştirakı və kiçik fərqlərlə- “sənin qalstukun var haa boğazına bağlayıb, burdan sürüyə-sürüyə...” şəklində müəyyən edildi. Həmin videogörüntüdəki şərait nəzərə alınmaqla 9-12-ci dəqiqələrdə tərəflər arasında gərginlik şəraitində baş verən dialoqda xüsusi məzmunlu və təhqiredici ifadə 1-ci sualda qeyd edilmiş cümlə hesab edilir. Bir şəxsin digər bir şəxsə qarşı, qalstukundan tutaraq sürüməsi” kimi xəbərdarlıq daşıyan cümlə hesab edilir. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli rəyində göstərilib ki, ekspertizaya təqdim olunmuş 3 ədəd DVD-R diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissəsindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 3 ədəd DVD-R diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan rəyin tədqiqi hissəsində göstərilmiş danışıqların məzmununda səsləndirilmiş “Sənin o qalstukun var ha, boğazına bağlıyıf burdan sürüyərək getmalı olacam” ifadəsi təhqiredici xarakterə malik məlumat hesab edilir. Məhkəmə həmçinin hökmdə qeyd etmişdir ki, Məhkəmə həmçinin nəzərə alır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Nikula Finlandiyaya qarşı”, “Steur Niderlanda qarşı” və “Morice Fransaya qarşı” qərarlarında vəkillərin ədalət mühakiməsinin həyata keçirilməsinin ayrılmaz iştirakçıları olduqları, onların peşə fəaliyyəti ilə bağlı davranış və ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmələrin xüsusi diqqət və həssaslıq nümayiş etdirməli olduqları qeyd edilmişdir. Lakin Vəkillər Kollegiyasının mövqeyi başqadır. Vəkillər Kollegiyası Rəyasət Heyətinin ##.##.2024-cü il tarixli iclasında qəbul edilmiş qərara əsasən, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə töhmət verilmiş, töhmətdən bu günədək şikayət verilməmiş və faktiki olaraq qəbul edilən qərarla razılaşmışdır. Həmin töhmət Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhz bu videogörüntülər əsasında verilmişdir (Vəkillər Kollegiyası Rəyasət Heyətinin İclas Protokolu məhkəməyə təqdim edilmişdir). Qeyd edir ki, təqsirləndirilən şəxs öz köməkçisini polisdən çıxartdırmaq məqsədilə polis əməkdaşının kartına pul atmış və sonradan köməkçisi vasitəsiylə bu barədə məhkəməyə və prokurorluğa şikayət etmişdir. Azərbaycan Respublikası CPM-nin 96.3-cü maddəsinə əsasən ekspert rəyi mütəxəssis rəyindən üstün hesab edilir. Buna baxmayaraq məhkəmə mütəxəssis rəyini ekspert rəyindən üstün tutmuş, halbuki mütəxəssis rəyində qeyd edilənlər qanunsuzdur-cəfəngiyyatdır. Belə ki, mütəxəssis rəyində göstərilir ki, təqsirləndirilən şəxs sözləri affekt vəziyyətində söyləmiş və sözlərin kimlərin ünvanına yönləndirildiyini bilməmişdir. Ancaq təqsirləndirilən şəxs bu sözləri işlədərkən çox rahat şəkildə kresloda oturmuş, əlini mənə tərəf silkəyərək söyləmişdir (videogörüntülərdə həmin anlar mövcuddur). Məhkəmədə sübuta ehtiyac olmayan işin halı budur ki, onun nümayəndəsi olduğu qarşı tərəf odur. Videogörüntünün 17-ci dəqiqəsində o, ondan adsoyadını soruşmuş və demişdir ki, barəsində şikayət edəcəkdir. O da tam arxayın və rahat şəkildə “Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, * saylı Vəkil Bürosu, yazdın? İndi get kimə istəyirsən şikayət et” demişdir. Maraqlısı odur ki, X22 müdiri mütəxəssis2 məhkəmədə olarkən bildirmişdir ki, bu sözlər təhqirdir, lakin onun işçiləri mart ayında rəy verirlər ki, bu sözlər təhqir deyil və kimə ünvanlanıb bəlli deyil. Məhkəmə hökmdə qeyd etmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs söz və ifadə azadlığı hüququ vardır. Məhkəmə söz azadlığını təhqir ilə qarışdırmışdır. Həmçinin bildirmək istəyirəm ki, məhkəmə əlavə olaraq psixoloq və filoloq dəvət olunmuş, hər ikisi məhkəmə prosesində videogörüntülərə baxaraq təqsirləndirilən şəxs tərəfindən istifadə olunan ifadələrin təhqir olduğunu demişlər. "Qalstukunu boğazına sarıyıb sürümək" ifadəsi insanın səviyyəsini endirən, onun ləyaqətini amansızcasına tapdalayan və cəmiyyət qarşısında, xüsusilə dövlət hakimiyyətinin əsas sütunlarından olan məhkəmə zalında şəxsi nüfuzdan salan bir ifadə formasıdır. Bu həm şifahi, həm də əl silkələmək kimi bədən hərəkətləri (jestlərlə) ilə müşayiət olunan qəsdən törədilmiş nalayiq bir əməldir. Təqsirləndirilən şəxs iddia edir ki, məhkəmə zalı kütləvi tədbir yeri deyil və şəxslərin sayı məhduddur. Lakin Ali Məhkəmənin Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2015-cü il tarixli qərarına əsasən, şərəf və ləyaqətin qorunması şəxsin dostlarının, kollektivinin və əhatəsinin gözündə nüfuzdan salınmasının qarşısını almaq məqsədi daşıyır. Məhkəmə prosesində kənar subyektlərin, rəsmi şəxslərin və digər vəkillərin yanında bu cür ifadələrin işlədilməsi şəxsin cəmiyyətdəki nüfuzuna birbaşa zərbə vurur. Hazırki iş üzrə konkret olaraq bir şəxs göstərilmiş və onun ünvanına ittihamedici, şərəf və ləyaqəti alçaldan ifadələr (qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram) işlədildiyindən və eyni zamanda həmin audio-video yazı məhkəməyə təqdim olunduğundan, məhkəmə iclası açıq formada keçirildiyindən bununla da həmin ifadələrin 2 və daha artıq şəxs tərəfindən görülməsinə eləcə də, daha çox şəxslərin arasında yayılmasına səbəb olduğu üçün bu əməl CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin də bütün əlamətlərini özündə ehtiva edir. Beləliklə, yuxarıda göstərilən hallar bir daha onu təsdiq edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində CM-nin 148-ci maddəsinin bütün tərkib əlamətləri olduğu halda, məhkəmə onun barəsində göstərilən maddə ilə ittiham hökmü çıxarmamışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sözügedən hökmü məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxarıldığı üçün həmin hökm ləğv edilməlidir. Məhkəmə iclasında xüsusi ittihamçı Xüsusi ittihamçı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli bəraət hökmünün ləğv edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərək həmin maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etdilər. Məhkəmə iclasında bəraət almış şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətinin təmin edilməyərək iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli bəraət hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində xüsusi ittihamçı Xüsusi ittihamçı ərizəsində göstərdiyi xüsusatları bir daha müdafiə edərək bildirmişdir ki, ##.##.2024-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 540-cı məhəllə ünvanında yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının * nömrəli iclas zalında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mənə doğru əlini silkələyərək “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” təhqiramiz ifadəsini işlətmişdir. Həmin vaxt zalda hakim köməkçisi, məhkəmə nəzarətçisi və sair olmaqla 10 nəfər adama yaxın şəxs olmuşdur. Yekun olaraq o, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ilə barışmadığını, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş, lakin son sözündə o bildirmişdir ki, hazırkı iş üzrə onun təqsiri qanunla tələb olunan qaydada sübuta yetirilməmişdir. Belə ki xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” ifadəsinin onun tərəfindən məhz həmin formada işlədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Əksinə, iş üzrə keçirilmiş sonrakı ekspertizalarda tam fərqli ifadələr göstərilmiş, həmçinin ekspert rəyləri də bir birlərinə ziddiyyət təşkil etmişdir. Belə ki, ## #### 2025-ci il tarixli ekspert rəyində ilkin şikayətdə göstərilən ifadənin təhqir xarakterli olduğu qeyd edilsə də, sonrakı ## ####### 2025-ci il tarixli ekspert rəyində artıq həmin ifadənin “əksər sözlərin iştirakı və kiçik fərqlərlə” eşidildiyi göstərilmişdir. Halbuki, söhbət “kiçik fərqlərdən” deyil, ifadənin məzmununa və mahiyyətinə təsir edən ciddi fərqlərdən gedir. Həmin rəydə ifadə “sənin qalstukun var ha, boğazına bağlayıb, burdan sürüyə-sürüyə...” formasında müəyyən edilmiş, cümlənin davamı isə ümumiyyətlə göstərilməmişdir. Beləliklə, ekspert tərəfindən müəyyən edilən mətn nə ilkin şikayətdə göstərilən ifadə ilə tam üst-üstə düşür, nə də bitmiş və məntiqi cəhətdən tamamlanmış cümlə təşkil edir. Bundan əlavə, ifadədə sözlərin əskik olması və cümlənin yarımçıq saxlanılması həmin səs yazısının dəqiq və birmənalı şəkildə müəyyən edilmədiyini göstərir. Bu isə ekspert rəyinin etibarlılığına və nəticələrinin obyektivliyinə ciddi şübhələr yaradır. Bundan əlavə, ## ###### 2026-cı il tarixli kompleks ekspertiza rəyində əvvəlki rəylərlə tam ziddiyyət təşkil edən, mahiyyət etibarilə fərqli məzmunlu dialoq müəyyən edilmişdir. Həmin rəydə guya onun tərəfindən “Sənin o qalustukun var ha, boğazına bağlayıb, burdan sürüyərək getməli olacam” ifadəsinin işlədildiyi göstərilmişdir. Halbuki, həmin səs yazısını adi qaydada dinlədikdə belə bu ifadələrin, xüsusilə də “sürüyərək” və “getməli olacam” sözlərinin ümumiyyətlə səslənmədiyi açıq şəkildə eşidilir. Digər tərəfdən, o, Biləsuvar rayonunda anadan olmuş, 18 yaşınadək orada yaşamışdır. Onun nitqində “gəlif”, “gedif, “bağlayıf” kimi fonetik formalar istifadə edilmir. Həmin danışıq formaları daha çox başqa regional şivələrə, xüsusilə qərb zonasına xasdır. Bu səbəbdən ekspert rəyində göstərilən mətnin həm məzmun, həm də danışıq üslubu baxımından onun nitq xüsusiyyətləri ilə uyğunluq təşkil etmədiyi aşkar görünür. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun ## #### 2026-cı il tarixli mütəxəssis rəyində isə açıq şəkildə göstərilmişdir ki, həmin ifadədə təhqirin əsas elementi hesab olunan “nalayiq ifadə forması” mövcud deyil və təhqir faktı müəyyən edilmir. Bundan əlavə, xüsusi ittihamçı tərəfindən iddia olunan ifadələrin məhkəmə iclası zamanı səsləndirildiyi göstərilir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə iclası mahiyyət etibarilə kütləvi tədbir, ictimai toplantı və ya qeyri-məhdud şəxslərin iştirak etdiyi yığıncaq deyildir. Məhkəmə iclasında yalnız iş üzrə prosessual statusu olan şəxslər, məhkəmə tərkibi və qanunla müəyyən edilmiş digər iştirakçılar iştirak edirlər. Onların iştirakı cinayət prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən məhkəmə iclasını qeyriməhdud sayda şəxsin iştirak etdiyi ictimai mühit kimi qiymətləndirmək fikrincə düzgün deyildir. İş materiallarında da iddia olunan ifadələrin geniş ictimaiyyət arasında yayılması, qeyri-məhdud şəxslər tərəfindən eşidilməsi və ya xüsusi ittihamçının nüfuzuna ictimai müstəvidə mənfi təsir göstərməsi barədə hər hansı sübut mövcud deyildir. Əksinə, iddia olunan hadisənin baş verdiyi məkan məhkəmə zalı olmuş, orada iştirak edən şəxslərin sayı məhdud olmuş və həmin şəxslər yalnız konkret məhkəmə işinin iştirakçıları və digər prosessual subyektlər olmuşlar. Bu baxımdan, ittiham tərəfinin istinad etdiyi halların ictimai xarakter daşıdığı və ya xüsusi ittihamçının şərəf və ləyaqətinin qeyri-məhdud şəxslər qarşısında alçaldıldığı barədə nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, iş üzrə hansı konkret ifadənin işlədildiyi, həmin ifadənin kim tərəfindən və hansı formada səsləndirildiyi, ümumiyyətlə təhqir tərkibinin olub-olmadığı, mötəbər və ziddiyyətsiz sübutlarla müəyyən edilməmişdir. Həmçinin Xüsusi ittihamçı ərizəsi əsasında ilkin araşdırma zamanı polis orqanı hadisədə cinayət əlamətləri müəyyən etməmiş və cinayət işinin başlanmasını rədd etmişdir və həmin qərar bu günədək qüvvədədir. O, heç bir şəxsi təhqir etmək və onun şərəf və ləyaqətini alçaltmaq məqsədi daşımamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ekspert qismində dindirilən Quliyeva İlhamə İnqilab qızı ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. O, məhkəmə-linqivistik ekspertizasının keçirilməsinə dair ## ##### 2025 ci il tarixli qərarına əsasən tədqiqat apararaq ## #### 2025-ci il tarixli */*** saylı ekspert rəyi tərtib etmişdir. O, sözügedən qərarda qoyulan suallar üzrə təqdim olunan materiallar əsasında tədqiqat aparmışdır. Ekspertizanın keçirilməsi zamanı, əvvəlcə, ayrıayrı sözlər, sonra isə həmin sözlərin birləşməsi nəticəsində yaranan konseptual məna təhlil olunmuşdur. Tədqiqat nəticəsində Bakı Apellyasiya Məhkəməsinin iclas zalında işlədilmiş "qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram" ifadəsində xüsusi ittihamçı Xüsusi ittihamçı şərəf və ləyaqətini alçaldan, habelə təhqiredici xarakterə malik məlumatların mövcudluğu müəyyən edilmişdir. Belə ki, sözügedən ifadə həm təhdid, həm də neqativ, aqressiyalı ifadədir, yəni təhqirdir. Birbaşa təhqir kimi söyüşdən istifadə olunmasa da, həmin ifadə birbaşa şərəf və ləyaqəti alçaltmaq üçün istifadə olunmayan, dolayı, mədəni təhqir kateqoriyasına daxildir Birinci instansiya məhkəməsində məhkəmə iclasında ekspert qismində dindirilən Bayramova Almaz İmaməli qızı ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin böyük eksperti vəzifəsində çalışır. O, bundan əvvəl məhkəmə-linqivistik ekspertizasının keçirilməsinə dair tərtib olunan ## #### 2025-ci il tarixli */*** saylı ekspert rəyində araşdırılmayan məsələlər üzrə tədqiqat aparmışdır. Tədqiqata əlavə materialları təqdim olunduğu üçün sözügedən ekspertiza əlavə məhkəmə-ekspertizası kimi müəyyən edilmişdir. Ona məhkəmə tərəfindən birbaşa tapşırılmasa da, o, linqivist olaraq səs ona aydın olmadığı üçün tədqiqatın nəticəsinin dəqiq olmasından ötrü o, öz təşəbbüşü ilə təqdim olunan səs yazılarının fonoskopik təmizlənməsini təmin etmişdir. Lakin bununla belə, səs yazısının kənar səslərdən təmizlənməsi böyük bir fərq yaratmamışdır. Aparılan tədqiqat zamanı səs yazısında istifadə olunan sözləri və ifadələri metodikdan irəli gələrək ayrı-ayrı sintaktik təhlil etmişdir. Təhlil nəticəsində Bakı Apellyasiya Məhkəməsinin iclas zalında işlədilmiş “Sənin qalstukun var ha boğazına sarıyıb burdan sürüyə-sürüyə” ifadəsinin təhqiredici ifadə olması müəyyən edilmişdir. Səs yazısında “Ataram” sözü konkret olaraq eşidilmədiyi üçün o, həmin sözü rəydə qeyd etməyərək boşluq qoymuşdur. Linqvistik olaraq onun üçün məzmun yaradıcı komponent, əhəmiyyət daşıyan dil vahidi “sürüyə-sürüyə” sözü olduğundan sonrakı sözlər, hər nə olur-olsun, onun üçün ikincidərəcəli komponentdir. Səs yazısında “Ataram” sözü işlədilməsə də, artıq “sənin qalstukun var ha boğazına sarıyıb burdan sürüyə sürüyə” ifadəsi qarşı tərəfə, yəni bir insana ünvanlandığı üçün cümlənin məzmun bəllidir. Çünki “Qalstukundan tutub sürüyəsürüyə aparmaq” – insanı güc tətbiq etməklə iradəsinə zidd şəkildə zorla aparmaq kimi təsvir yaradaraq nəzərinizdə həmin təsəvür yaranır. Bu ancaq neqativ nitq məqsədindən irəli gələ bildiyi üçün “Sənin qalstukun var ha boğazına sarıyıb burdan sürüyə-sürüyə” ifadəsi təhqiredici ifadə olaraq müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında mütəxəssis qismində dindirilən mütəxəssis2 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Milli X9 adına Dilçilik İnstitutunda filoloq/laboratoriya müdiri vəzifəsində çalışır. “Sənin qalstukun var ha boğazına bağlayıb burdan sürüyə-sürüyə ataram” və “Sənin qalstukun var ha boğazına bağlayıb burdan sürüyə-sürüyə” ifadələri ümumi kontekst olaraq məna baxımından eyni qiymətləndirilə bilər. “Sürüyə-sürüyə” ifadəsi özü artıq özlüyündə hərəkəti ehtiva edir, burda artıq məzmun və məna bəllidir. “Sürüyə-sürüyə” sözündən sonra boşluğun olması “ellipsis” adlanır, yəni artıq bu sözdən sonra işlədiləcək ifadə bəlli olduğu üçün həmin boşluğun yeri dolur. Yəni ifadəni işlədən şəxs qarşı tərəfin boğazına ip saldığı üçün o, digər tərəfi ya atacaq, ya da, son nəticədə, pis bir hərəkət edəcək. Linqivistik ekspertizada nalayiq forma və neqativ informasiya əsasdır. Sözügedən ifadədə artıq neqativ informasiya var. “Kiminsə boğazına istənilən nəsə bağlayıb sürüyə-sürüyə” ifadəsində neqativ məlumat var. Hər neqativ məlumat təhqir deyil. Təhqir şəxsiyyətin nalayiq formada alçaldılmasıdır. Açar söz “nalayiq forma”dır. Nalayiq forma etik davranış qaydalarına və əxlaqa zidd olan hərəkətin təsbit olunmasıdır. Linqivistik ədəbiyyatda xüsusi siyahı var. O siyahıya daxil olan söz qrupları təhqir hesab olunur. Cəmiyyət tərəfindən qınanan peşə və məşğuliyyət növlərinə aid sözlər, həmin sözlərin ifadə etdiyi efemistik ifadələr, və yaxud söyüş kateqoriyasına aid olan bütün sözlər, cinsiyyət orqanı və ondan əmələ gələn sözlərin hamısı, heyvan və heyvana aid xüsusiyyətlərin insana köçürülməsi, söz daha yumşaq formada ifadə olunsa belə, təhqirdir. Məsələn o, çaqqaldır, demək təhqir hesab olunur. Heyvanın leşini, kisəni sürümək olar, amma insanı sürümək olmaz. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, “Sənin qalstukun var ha boğazına sarıyıb burdan sürüyə-sürüyə gedərsən” və ya “Sənin qalstukun var ha boğazına bağlayıb burdan sürüyə-sürüyə getməli olarsan” cümləsinin mənası yoxdur Birinci instansiya məhkəməsində məhkəmə iclasında psixoloq qismində dindirilən mütəxəssis1 ifadəsində bildirmişdir ki, o, Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixoloq vəzifəsində çalışır. Emosional reaksiya müəyyən bir hadisə qarşısında düşüncələrin şəxsdə yaratdığı reaksiya ilə əlaqədar davranışlarının formalaşmasıdır. Emosional partlayış konfliktli situasiyada yarana bilər. Psixoloji ədəbiyyatlara əsasən, bir hadisə o zaman emosional partlayış reaksiyası kimi qəbul olunur ki, nitqin deqradasiyası, yəni qırıqlığı var. Gərgin emosional vəziyyətlərdə nitqin nəzarətdən çıxması mümkündür. Qəfil emosional partlayış olur, sonradan sönür və peşmanlıq hissi gəlməyə başlayır. Bunu əlayaq və bədən dilini müşahidə edərək müəyyənləşdirmək mümkündür. Alçaldılma ictimai xarakterli olarsa, geri çəkilmə, göz kontaktının itməsi halları müşahidə edilərsə, həmin şəxsin psixoloji baxımdan alçaldımış olması hiss olunur. Təhrikedici davranış qarşı tərəfdə emosional partlayış yarada bilər. Məhkəmə iclasında dinlədiyi səs yazılarına qulaq asaraq bildirmişdir ki, həmin səslərdə “qalstuk” sözünü aydın eşitsə də, digər hissəni zəif eşitmişdir. Səsin qırılıb qırılmadığını tam eşidə bilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, “Çaşırsan ha”, “sən öz fikrini özünə saxla” ifadələri səs tonundan, emosional reaksiyalardan, hansı formada deyilməsindən asılı olaraq emosional partlayış yarada da bilər, yaratmaya da bilər. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli *-**-**/*-*/*** nömrəli “Məhkəmə linqvistik ekspertizası”, “Nitq fəaliyyəti məhsullarının tədqiqi” rəyindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin iclas zalında işlədilmiş “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” ifadəsində xüsusi ittihamçı Xüsusi ittihamçı şərəf və ləyaqətini alçaldan, habelə təhqiredici xarakterə malik məlumatlar mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli *-**-**/*-*/**** nömrəli “Məhkəmə linqvistik ekspertizası”, “Nitq fəaliyyəti məhsullarının tədqiqi” rəyindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin iclas zalında qeydə alınmış videogörüntüdə, sual hissədə göstərimiş “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” cümləsi, əksər sözlərin iştirakı və kiçik fərqlərlə - “sənin qalstukun var haa, boğazına bağlayıb, burdan sürüyə-sürüyə...” şəklində müəyyən edilmişdir. Həmin videogörüntüdəki şərait nəzərə alınmaqla 9-12-ci dəqiqələrdə tərəflər arasında gərginlik şəraitində baş verən dialoqda xüsusi məzmunlu və təhqiredici ifadə 1-ci sualda qeyd edilmiş cümlə hesab edilir. Bir şəxsin digər şəxsə qarşı, “qalstukundan tutaraq sürüməsi” kimi xəbərdarlıq daşıyan cümlə təhqir xarakterli cümlə hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**-*/** nömrəli “Audio və videoyazıların məhkəmə ekspertizası”, “Səsin və şifahi nitqin tədqiqi” və “Nitq fəaliyyəti məhsullarının tədqiqi” rəyindən görünür ki, Yazılı mətnin müəyyən olunmasında danışıq materialına dəfələrlə qulaqasma metodundan istifadə olunmuşdur, istifadə olunan proqram-kompleksləri tədqiq olunan materiala qulaq asmaqla yanaşı kompüterin ekranında yaranan pəncərədə həmin hissəni vüzual müşahidə etməyə, danışığa hissə-hissə (səs, heca, söz və cümlə səviyyəsində) və dəfələrlə qulaqasmağa, sürətə görə korreksiya etməyə imkan verir. Videofonoqramın yazılış keyfiyyəti və həcmləri auditiv-linqvistik parametrləri müəyyən etməyə, eləcə də fonetik linqvistik analiz aparmağa imkan verir. Mətndə aşağıdakı şərti işarələmələr qəbul olunmuşdur: * çoxnöqtələrlə - müəyyən olunmayan söz və ifadələr; * K1, K2, K3 və s. - kişi cinsinə məxsus səslə danışan diktorlar; * Q1, Q2, Q3 və s. - kişi cinsinə məxsus səslə danışan diktorlar; * K - fərdiləşdirilməsi aparılmayan kişi cinsinə məxsus səslə danışan diktorlar; * Q - fərdiləşdirilməsi aparılmayan qadın cinsinə məxsus səslə danışan diktorlar; * III işarəsi ilə yarımçıq qalmış söz və ifadələr; * ekspertlərə məxsus kommentariyalar mötərizədə verilmişdir; Ekspert tərəfindən dinlənilmələr nəticəsində tədqiqatı tələb olunan danışıqların yazılı mətn hissəsi əldə olunmuş və həmin mətn hissəsi aşağıda verilmişdir: K1 - Sən mövqeyini saxla özündə. Danışığınıza fikir ver. Mən sənə cinayətkar zadam?! Sən özünü bəlkə hakim hesab eliyirsən K2 - Məə deyirsiz? K1 - Sən həddini aşma K2- Ağıllı ol! K1 - Vəkil/// Nə? K2-Ağıllı ol! K3 - Sakit. Sakit. Məni ki/// K1 - Çaşırsan ha K2 - Səə dedim ağıllı ol! K1 - Çaşırsan ha K2 - ...əlləşirsən K1 - Sən məni qurdalıyırsan hə?! K3 - Yavaş K1 - Nağarmısan? K2 - Sənin özün nə danışdığını/// K1 - Səə deyəsən qalustuk ağırdı ha?! K2 - Sənin o qalustukun var ha, boğazına bağlıyıf burdan sürüyərək getməli olacam K1 - Neyniyərsən? K2 - Dedim mən K3 - Ay qardaş K2-Ağıllı ol! K1 - Qaşınır o hələ. Ayə, tək gedirsən ha K3 - Olmaz da olmaz! Olmaz!. Ekspertizaya təqdim olunmuş 03 ədəd DVD-R diskdə olan mübahisəli fonoqramlardakı tələb olunan rəyin tədqiqi hissəsində göstərilmiş danışıqların məzmununda səsləndirilmiş “Sənin o qalstukun var ha, boğazına bağlıyıf burdan sürüyərək getmalı olacam” ifadəsi təhqiredici xarakterə malik məlumat hesab edilir. Azərbaycan Milli Elmlər Akademiyası İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, linqvistik ekspertizaya təqdim olunmuş materialda ümumilikdə neqativ məlumatın mövcudluğu qeydə alınsa da, ifadə olunan fikrin məntiqi və qrammatik baxımdan qeyri-dəqiqliyi və düzgün olmamasını, cümlədə qrammatik əlaqələrin, xüsusilə uzlaşmanın pozulması, subyekt və predikat arasında daxili əlaqənin qeyri-adekvat şəkildə ifadə olunmasını və bu səbəblə, nitq aktında nəzərdə tutulan konkret hərəkətlərin kimə yönləndirildiyinin anlaşılmaması kimi məna qeyridəqiqliyi, eləcə də təhqir faktının təsbit olunması üçün vacib göstərici olan “nalayiq ifadə forması”nın qeydə alınmaması kimi halları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımdan yanaşdıqda Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindan məhkəmə zalında X3 qarşı işlədilmiş “Sənin o qalstukun var ha, boğazına bağlayıb burdan sürüyə-sürüyə getməli olarsan” cümləsində təhqir faktı mövcud deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Azərbaycan Respublikası Vəkillər X19 ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Rəyasət Heyətinin ##.##.2024-cü il tarixli iclasında qəbul edilmiş qərara əsasən, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında”Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə, vəkil Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs töhmət verilmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli bəraət hökmü ləğv edilməli, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında baxılan iş üzrə təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham tərəfinin təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumata, ekspert rəyinə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət hadisəsi törədilməmiş, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur, cinayət əməlininin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmir. Birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs söz və ifadə azadlığı hüququ vardır. Bu hüquqdan istifadə qanuni qaydada olmuşdur. Bu zaman Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən məsuliyyətinə və öhdəliklərinə əməl edilmiş, digərlərinin hüququna xələl gətirilməmiş, vətəndaşların "İnsan Hüquqlarının və X12 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqları pozulmamışdır. Hazırkı halda Xüsusi ittihamçı şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması ilə nəticələnən, yəni Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhz bu formada söz və ifadələr işlətməsi müyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin iclas zalında istifadə edilmiş ifadələr hədə xarakterli olmaqla özündə hər hansı təhqir elementini təcəssüm etdirmir. Belə ki, birinci instansiya məhkəməsi hökmü əsaslandırarkən qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli *-**-**/*-*/*** nömrəli ekspert rəyində mübahisəli ifadə “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” formasında müəyyən edilmiş, ## ####### 2025-ci il tarixli *-**-**/*-*/**** nömrəli ekspert rəyində isə həmin ifadənin “sənin qalstukun var haa, boğazına bağlayıb, burdan sürüyə-sürüyə…” formasında səsləndiyi göstərilmiş, ifadənin bir hissəsinin ümumiyyətlə eşidilmədiyi qeyd edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**-*/** nömrəli kompleks ekspertiza rəyində həmin ifadə “sənin o qalstukun var ha, boğazına bağlıyıf burdan sürüyərək getməli olacam” formasında müəyyən edilmişdir. Beləliklə, eyni audioyazı üzrə aparılmış ekspert tədqiqatlarında ifadənin məzmunu müxtəlif formalarda müəyyən edilmiş, həmin ziddiyyətlər isə aradan qaldırılmamışdır və məhkəmə nəzərə almışdır ki, ## ####### 2025-ci il tarixli ekspert rəyində tədqiqat materiallarının məhdud həcmli və qismən yararlı olduğu göstərilmiş, mübahisəli cümlənin bir hissəsi ümumiyyətlə müəyyən edilməmişdir. Həmin rəyin tədqiqat hissəsində ifadədə invektiv (nalayiq) leksikaya aid söz və ifadələrin istifadə olunmadığı, işlədilən sözlərin ədəbi dil normalarına uyğun olduğu, şəxsin mənəvi keyfiyyətlərini və fəaliyyətini qiymətləndirən alçaldıcı əlamətlərin müşahidə edilmədiyi qeyd olunsa da, nəticə hissəsində cümlənin təhqir xarakterli hesab edildiyi göstərilmişdir. Beləliklə, ekspert rəyinin öz daxilində mövcud olan bu ziddiyyət həmin rəyin mötəbərliyi və obyektivliyi barədə əsaslı şübhələr yaradır Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli *-**-**/*-*/*** nömrəli ekspert rəyində ifadələrin “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” formasında müəyyən edilməsi, ## ####### 2025-ci il tarixli *-**-**/*-*/**** nömrəli ekspert rəyində isə həmin ifadənin “sənin qalstukun var haa, boğazına bağlayıb, burdan sürüyə-sürüyə…” formasında səsləndiyinin göstərilməsi, ifadənin bir hissəsinin ümumiyyətlə eşidilməməsinin qeyd edilməsi, daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**-*/** nömrəli kompleks ekspertiza rəyində həmin ifadə “sənin o qalstukun var ha, boğazına bağlıyıf burdan sürüyərək getməli olacam” formasında müəyyən edilməsinin və ekspert tədqiqatlarında ifadənin məzmunu müxtəlif formalarda müəyyən edilmiş, həmin ziddiyyətlər isə aradan qaldırılmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli *-**-**/*-*/*** nömrəli ekspert rəyində ifadələrin “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” formasında müəyyən edilməsi, ## ####### 2025-ci il tarixli *-**-**/*-*/**** nömrəli ekspert rəyində isə həmin ifadənin “sənin qalstukun var haa, boğazına bağlayıb, burdan sürüyə-sürüyə…” formasında səslənməsi hələ ekspert rəylərinin ziddiyyətli olmasını ehtiva etmir və qeyd edilməlidir ki, rəylər ifadələrin qismən fərqli olması qeyd edilmiş və ekspert rəylərinin nəticə hissəsində cümlənin təhqir xarakterli hesab edildiyi göstərilmişdir ki, bu da həmin ifadələrin təhqiq olmasını sübut edir. Ekspert rəylərində ifadələrin təhqir xarakterli olmasına birinci instansiya məhkəməsi tərəfindən təhqir kimi yanaşılmaması əsassız olmuşdur. Birinci instansiya məhkəməsi eyni zamanda hökmdə qeyd etmişdir ki, Azərbaycan Milli X9 adına Dilçilik İnstitutunun ## #### 2026-cı il tarixli mütəxəssis rəyində ifadədə neqativ məzmunun mövcudluğu qeyd edilsə də, təhqirin zəruri elementi hesab olunan “nalayiq ifadə forması”nın müəyyən edilmədiyi və linqvistik baxımdan təhqir faktının mövcud olmadığı göstərilmişdir. Beləliklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, təhqir cinayətinin mövcudluğu barədə verilmiş ekspert rəyləri ilə həmin mütəxəssis rəyinin nəticələri arasındakı ziddiyyət də ittihamın birmənalı şəkildə sübuta yetirilmədiyini göstərən mühüm hallardan biridir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 96.3-cü maddəsinə əsasən ekspert rəyi mütəxəssis rəyindən üstün hesab edilir. Belə ki, CPM-nin 96.3-cü maddəsinə əsasən Şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə mütəxəssis qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. Mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil edən nəticəyə gələrək mütəxəssis rəyini qanunsuz və əsassız olaraq ekspert rəyindən üstün tutmaqla mötəbər sübut kimi qəbul etmişdir və beləliklə də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsi nəticəsinə gəlmişdir. Beləliklə birinci instansiya məhkəməsi nəzərə almışdır ki, mübahisə predmeti olan ifadə öz mahiyyətinə görə çoxmənalı xarakter daşıyır və onun məzmunu birmənalı şəkildə şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmağa yönəlmiş ifadə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, “qalstukunu boğazına bağlayıb buradan sürüyərəm”, “qalstukundan tutub apararam” və ya buna oxşar ifadələr konkret şəxsə mənfi mənəvi keyfiyyət aid edən, onu söyən, alçaldan və ya cəmiyyət qarşısında nüfuzdan salan ifadələr kimi qəbul edilməlidir, istifadə olunduğu şəraitdən asılı olaraq emosional reaksiya, kobud xəbərdarlıq, hədə-qorxu və ya məcazi nitq forması kimi də qəbul edilə bilməsi ilə bağlı məhkəmənin qənaəti düzgün deyil. Həmin ifadələrdə şəxsin mənəvi keyfiyyətlərini alçaldan, onu müəyyən sosial və ya əxlaqi baxımdan mənfi təqdim edən konkret söz və ya ifadə mövcuddur. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli * saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin və ekspert rəyinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr düzgün təhlil edilməmiş, bir-biri ilə düzgün müqayisə edilməmiş və həmin ifadələrin hansının Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsnın CM-in 148-ci maddəsində göstərilən cinayətin törədilməsində iştirakını təkzib edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəylərində göstərilən mətndə xüsusi ittihamçı Xüsusi ittihamçı ilə bağlı neqativ məlumatın mövcudluğunu məlumatda mənəvi keyfiyyətlərin şübhə altına alındığını, bu fikirlərin təsdiq formasında təqdim edilməsini, eləcə də faktoloji səciyyə daşıyan bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımından yanaşdıqda təqdim olunmuş mətndə xüsusi ittihamçı Xüsusi ittihamçı ilə bağlı onun şərəf və ləyaqətini alçaltmağa xidmət edən məlumatlar mövcuddur. Linqvistik ekspertizanın rəyinə əsasən həmin ifadələr “təhqir” xarakterli işlədilə bilər və hökmdə həmin rəyə istinadən yayılan məlumatların təhqir olduğu əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2024-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 540-cı məhəllə ünvanında yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının * nömrəli iclas zalında rəsmi məhkəmə prosesi gedişatında işlədilən ifadələrin təhqir olmaması məzmununda ifadələr verməsinə dair ifadəsinə tənqidi yanaşır, həmin ifadələr Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünümüdafiə xarakterli ifadəsi hesab edilməlidir və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmişdir. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2024-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 540-cı məhəllə ünvanında yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının * nömrəli iclas zalında rəsmi məhkəmə prosesi gedişatında işlədilən ifadələrin təhqir xarakterli ifadələr olmaması, ziddiyyətli rəylər olmasına istinad etməsinə baxmayaraq, qeyd olunmalıdır ki, bu ifadələr bilavasitə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs vəkil kimi iştirak etdiyi məhkəmə prosesində ifadə olunmuşdur və birbaşa Xüsusi ittihamçı ünvanına deyilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.” Həmin qərarın 3-cü bəndində göstərilir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin II və III hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsnın Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirinin olmamasına dair gəldiyi nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və X17 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» ## ###### 2014-cü il tarixli * nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yuxarıda qeyd edilən məhkəmə prosesində təhqir xarakterli ifadələri işlədərək xüsusi ittihamçını cəmiyyət qarşısında onu tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onların ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin məhkəmədə səsləndirdiyi söz və ifadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyləri ilə müəyyən edilmişdir ki, ekspert rəylərində göstərilmiş cümlələrini linqvistik baxımdan təhlil etdikdə işlənən ifadələr xüsusi ittihamçı Xüsusi ittihamçının şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan söz və fikirlər hesab olunur. Yəni, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə prosesi zamanı xüsusi ittihamçı barəsində səsləndirdiyi söz və ifadələr birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. Təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmin söz və ifadələrlə onların aid olduğu şəxslərin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərini alçaltmış, onların cəmiyyətdə tutduqları mövqelərini ləkələmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). “Qavazov Bolqarıstana qarşı iş üzrə” ##.##.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göründüyü kimi təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr məhkəmə prosesində və digər şəxslərin də iştirak etdiyi məhkəmə iclas zalında işlədilmişdir. Ali Məhkəmənin Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaradır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin III hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin II hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “İnsan Hüquqlarının və X12 Haqqında” Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa məlumat və ideyaları almaq və yaymaq azadlığı da daxildir. Bu maddənin digər bəndində isə bu azadlıqların həyata keçirilməsi bir sıra məqsədlər üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilməsi təsbit olunub. Avropa Konvensiyasının 10-cu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. Maddənin 2-ci hissəsinə görə bu azadlığın həyata keçirilməsi həmçinin mətbuata tətbiq olunan “vəzifə və öhdəliklər” doğurur. Bu işdə olduğu kimi, digər şəxslərin hüquqlarının pozulduğu hallarda bu “vəzifə və öhdəliklər” əhəmiyyət kəsb etməyə başlayır. Qeyd edilməlidir ki, xüsusi ittihamı irəli sürmüş şəxslərin öz şərəfinə və nüfuzunun qorunmasına hüququ həm Milli, həm də Beynəlxalq aktlarla təmin olunmuşdur. İfadə etmək azadlığının həyata keçirilməsinə xas olan “vəzifə və öhdəliklər səbəbindən” Konvensiyanın 10-cu maddəsi ilə ümumi maraq kəsb edən məsələlər barədə məlumat yaymaqla bağlı jurnalistlərə verilən təminat jurnalist etikasına uyğun olaraq dəqiq və etibarlı məlumat təqdim etmək üçün vicdanla hərəkət etmək şərtinə tabe olur ( bax, the Goodwin v. X2. judgment of 27 March 1996. Reports 1996-II. P.500/39 və Fressoz and Roire v. France, Reports 1999-1, p. 24/54). “İnsan Hüquqları və X12 Haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin təcrübəsində 10-cu maddədə işlədilən “İfadə” anlayışına genişləndirici təsvir verilir. “X13rşı” işdə Məhkəmə göstərir ki, bu, nəinki xeyirxah və zərərsiz qiymətləndirilən və ya etinasız qəbul edilən “məlumat” və “ideyaları”, həm də dövlət və ya əhalinin bir hissəsi tərəfindən həqarətli, utandırıcı və narahatlıq doğuran “məlumat” və “ideyaları” əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir. Məhkəmə qeyd edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsnın söz və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməlidir, digərlərinin hüququna xələl gətirməməlidir, xüsusi ittihamçıların "İnsan Hüquqlarının və X12 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının ## ###### 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və ## ###### 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası baxılan iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsnın xüsusi ittihamçı Xüsusi ittihamçını təhqir etməsi mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunduğundan, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmədə təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsinin tələbinə əsasən hökm məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdınlmaması ilə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxaraldığı üçün, birinci instansiya məhkəməsinin hökmünün ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası, xüsusi ittihamçıların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunan və cəmiyyətdə qınağa səbəb olan cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq, qeyd edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası növü cəzanın məqsədlərini təmin edə bilər, məhz bu iş üzrə sosial ədalətin bərpası, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda ağlabatan hesab edilə bilər. Belə bir vəziyyətdə məhkəmə kollegiyası cərimə növündə cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilməli, iş üzrə maddi sübut 01 ədəd CD disk xüsusi ittiham qaydasında şikayət üzrə materiallarda saxlanılmalı, iş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış tədqiqatların dəyəri olan 670 (altı yüz yetmiş) manat Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ləğv edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. İş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış tədqiqatların dəyəri olan 670 (altı yüz yetmiş) manat Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Xüsusi ittiham qaydasında şikayət üzrə maddi sübut olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hazırkı hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hazırkı hökmdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1(3-6)-1084/2026
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-6)-1084/2026
27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver