Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-1085/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyasının hakimlәri - İbrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Cәfәrova Lәman Faiq qızının katibliyi, dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru dövlәt ittihamçısı1 İsmayıl oğlunun, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs, müdafiәçi - Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili müdafiәçi1 vә tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs iştirakları ilә, ##.##.1984-cü ildә Tәrtәr rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, ailәli, ali tәhsilli, işlәmәyәn, mәhkum olunmuş vә mәhkumluğu ödәnilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şәhәri, Binәqәdi rayonu, Sulu-tәpә qәsәbәsi, yeni tikilidә yaşamış, barәsindә “hәbs" növündә qәtimkan tәdbiri seçilmiş, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.2-ci maddәsi ilә mәhkum olunmasına dair Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026cı il tarixli hökmündәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә vә Azәrbaycan Respublikası Baş prokurorunun müavini R Heydәr Mәmmәdov tәrәfindәn verilmiş apellyasiya protestinә әsasәn Bakı Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında ilkin baxış keçirәrәk müәyyәn etdi: Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.2-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair olan ********* nömrәli cinayәt işi üzrә ittiham aktı Bakı şәhәri Xәtai rayon polis idarәsinin İstintaq şöbәsinin müstәntiqi X2 tәrәfindәn tәrtib olunaraq, ## ###### 2025-ci il tarixdә Bakı şәhәri Xәtai rayon prokuroru Sәrdar İmanov tәrәfindәn tәsdiq olunmuş vә cinayәt işi ittiham aktı ilә birlikdә aidiyyәti üzrә baxılması üçün Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinә göndәrilmişdir. İttiham aktından görünür ki, Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilir ondan ötrü ki, Tәqsirlәndirilәn şәxs özgәnin әmlakını qanunsuz vә әvәzsiz әlә keçirmә mәqsәdi ilә Zәrәrçәkmiş şәxs etibarından sui-istifadә edәrәk sonuncunun iş yoldaşı Behbudova İradә Abddula qızının övladı Lәman Bәdәlovanı guya Sabunçu rayonu *** nömrәli tam orta mәktәbә müәllimә kimi işә götürülmәsindә kömәklik göstәrәcәyi barәdә yalan vәd verib aldadaraq üzәrinә götürdüyü öhdәliyi yerinә yetirmәk niyyәtindә olmadığı halda әldә edәcәyi pul vәsaitini qaytarmaq mәqsәdi güdmәyәrәk hәr hansı bir işin görülmәsi marağında olmadan bu mәqsәdlә ## #### 2022-ci il tarixdә saat 11:04-dә ünvan 1 ünvanında “MilliÖn” terminalından Zәrәrçәkmiş şәxs onun istifadәsindә olan son 8 rәqәmi ***6455-3534 olan “Leo Bank” kart hesabına köçürdüyü 2.500 manat vә bundan iki gün sonra Bakı şәhәri, Xәtai rayonu Zığ yolu 5 ünvanında “Rahat market”dә “MilliÖn” terminalından Zәrәrçәkmiş şәxs onun hәmin kart hesabına köçürdüyü 1.500 manat, cәmi 4.000 manat alıb barәsindә cinayәt tәqibi başlananadәk 1.000 manatı qaytarmaqla 3.000 manat pul vәsaitini vahid qәsdlә әhatә olunan niyyәtlә әlә keçirmәklә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Zülfiqar qızına ümumilikdә 3.000 (üç min) manat miqdarda maddi ziyan vuraraq dәlәduzluq etmişdir. Bundan başqa Tәqsirlәndirilәn şәxs tәkrarәn özgәnin әmlakını qanunsuz vә әvәzsiz әlә keçirmә mәqsәdi ilә Zәrәrçәkmiş şәxs etibarından sui-istifadә edәrәk sonuncunun 65 yaşı tamam olaraq tәqaüdә çıxarılmış sabiq iş yoldaşı şahid3 guya Sabunçu rayonu *** nömrәli tam orta mәktәbdә müәllimә kimi işә qәbul olunmasına kömәklik göstәrәcәyi barәdә yalan vәd verib aldadaraq üzәrinә götürdüyü öhdәliyi yerinә yetirmәk niyyәtindә olmadığı halda әldә edәcәyi pul vәsaitini qaytarmaq mәqsәdi güdmәyәrәk hәr hansı bir işin görülmәsi marağında olmadan bu mәqsәdlә 2022-ci ilin iyul ayının әvvәlindә Zәrәrçәkmiş şәxs istintaqa mәlum olmayan taksi sürücüsü ilә ona göndәrdiyi 1.600 manat, ## #### 2022-ci il tarixdә saat 13:30-da ünvan 2 ünvanında “Bravo market”dә “MilliÖn” terminalından Zәrәrçәkmiş şәxs onun İstifadәsindә son 8 rәqәmi ***6455-3534 olan «Leo Bank»a kart hesabına köçürdüyü 1.000 manat, ## #### 2022-ci il tarixdә saat 08:59-da Bakı şәhәri, Xәtai rayonu Zığ yolu 5 ünvanında «Rahat market»dә «MilliÖn» terminalından Zәrәrçәkmiş şәxs onun hәmin kart hesabına köçürdüyü 600 manat vә 2022-ci ilin iyul ayının sonlarında hәmin ünvandan eyni qaydada onun kartına köçürülmüş 800 manat, cәmi 4.000 manat alıb barәsindә cinayәt tәqibi başlananadәk 1.000 manatı qaytarmaqla 3.000 manat pul vәsaitini vahid qәsdlә әhatә olunan niyyәtlә әlә keçirmәklә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Zülfiqar qızına ümumilikdә 3.000 (üç min) manat miqdarda maddi ziyan vuraraq dәlәduzluq etmişdir. Bundan başqa Tәqsirlәndirilәn şәxs tәkrarәn özgәnin әmlakını qanunsuz vә әvәzsiz әlә keçirmә mәqsәdi ilә Zәrәrçәkmiş şәxs etibarından sui-istifadә edәrәk sonuncunun qohumu X1 guya müәllimlәrin sertifikatlaşdırma imtahanından keçmәsinә kömәklik göstәrәcәyi barәdә yalan vәdlәr verib aldadaraq. üzәrinә götürdüyü öhdәliyi yerinә yetirmәk niyyәtindә olmadığı halda әldә edәcәyi pul vәsaitini qaytarmaq mәqsәdi güdmәyәrәk hәr hansı bir işin görülmәsi marağında olmadan bu mәqsәdlә 2022-ci ilin avqust ayının sonlarında Zәrәrçәkmiş şәxs istintaqa mәlum olmayan taksi sürücüsü ilә ona göndәrdiyi 2.000 manat vә 1.800 manat, ## ######## 2025-ci il tarixdә saat 21:03-dә Bakı şәhәri, Xәtai rayonu Zığ yolu 5 ünvanında “Rahat market”dә “MilliÖn” terminalından Zәrәrçәkmiş şәxs onun istifadәsindә olan tanışı Teyyub Fәrәcovun adına rәsmilәşdirilmiş ****-****-****- **** nömrәli «Kapital Bank» kart hesabına köçürdüyü 700 manat vә bundan bir neçә gün sonra eyni ünvandan vә eyni qaydada hәmin kart hesabına köçürülmüş 500 manat, cәmi 5.000 manatı alıb barәsindә cinayәt tәqibi başlananadәk 2.500 manatını qaytararaq 2.500 manat pul vәsaitini vahid qәsdlә әhatә olunan niyyәtlә әlә keçirmәklә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Zülfiqar qızına ümumilikdә 2.500 (iki min beş yüz) manat miqdarda maddi ziyan vuraraq dәlәduzluq etmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü ilә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.2-ci maddәsi ilә tәqsirli bilinәrәk, ona 02 (iki) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin olunmuş, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 69.3-cü maddәsinә әsasәn ## ###### 2025-ci il tarixdәn ## ###### 2025-ci il tarixәdәk tutulduğu 02 (iki) gün müddәt ona tәyin edilmiş 02 (iki) il müddәtә azadlıqdan mәhrum etmә cәzasından çıxılaraq, üzәrindә 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi sәkkiz) gün müddәtә azadlıqdan mәhrum etmә cәzası saxlanılmış, cәzasının ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, cәzasının әvvәlinin ## ##### 2026-cı il tarixdәn hesablanması, barәsindә seçilmiş “başqa yerә getmәmәk haqqında iltizam” qәtimkan tәdbiri “hәbs” qәtimkan tәdbirinә dәyişdirilmәsi, dәrhal mәhkәmә iclas zalından hәbs edilmәsi vә barәsindә seçilmiş “hәbs” qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması hökm edilmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Zülfiqar qızı apellyasiya şikayәti verәrәk, Tәqsirlәndirilәn şәxs daha ağır cәza tәyin edilmәsini xahiş etmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn Azәrbaycan Respublikası Baş prokurorunun müavini R Heydәr Mәmmәdov tәrәfindәn apellyasiya protesti verilәrәk, hökmün lәğv edilmәsi, cinayәt vә cinayәtprosessual qanunvericiliklәrin tәlәblәrinә uyğun yekun qәrar qәbul edilmәsi xahiş olunmuşdur. Apellyasiya protestinә vә apellyasiya şikayәtinә ilkin baxılması zamanı dövlәt ittihamçısı apellyasiya protestinin vә apellyasiya şikayәtinin әlavә sübutlar tәlәb edilmәdәn vә mәhkәmә istintaqı aparılmadan mәhkәmә baxışına tәyin edilmәsini xahiş etdi. Apellyasiya protestinә vә apellyasiya şikayәtinә ilkin baxılması zamanı zәrәrçәkmiş şәxs apellyasiya protestinin vә apellyasiya şikayәtinin әlavә sübutlar tәlәb edilәmәdәn vә mәhkәmә istintaqı aparılmadan mәhkәmә baxışına tәyin edilmәsini xahiş etdi. Apellyasiya protestinә vә apellyasiya şikayәtinә ilkin baxılması zamanı tәqsirlәndirilәn şәxs vә müdafiәçisi qanunamüvafiq qәrar qәbul edilmәsini xahiş etmişlәr. Mәhkәmә kollegiyası verilmiş apellyasiya şikayәtinin vә apellyasiya protestinin dәlillәrini cinayәt işinin materialları ilә әlaqәli surәtdә hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinlәyәrәk hesab edir ki, apellyasiya protesti vә apellyasiya şikayәtinin baxılmasına xitam verilmәli, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.2-ci maddәsi ilә mәhkum olunmasına dair Bakı Şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü vә hәmin cinayәt işi üzrә ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hazırlıq iclasının qәrarı lәğv edilmәli, cinayәt işi yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә hazırlıq mәrhәlәsinә göndәrilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 391.2-ci maddәsinә әsasәn apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә ilkin baxılması qaydası apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn müәyyәn edilir. Bu zaman hәr bir halda apellyasiya instansiyası mәhkәmәsi aşağıdakı mәsәlәlәri araşdırmalıdır: daxil olmuş apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hәmin mәhkәmәyә aid olub-olmadığını; apellyasiya şikayәti vә ya apellyasiya protesti verilәrkәn bu Mәcәllәnin 381-390-cı maddәlәrinin tәlәblәrinә riayәt olunub-olunmadığını; cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarına vә ya xüsusi ittiham qaydasında şikayәt üzrә icraata xitam verilmәsi vә ya dayandırılması üçün әsasların olub-olmadığını; cinayәt işi üzrә qәtimkan tәdbirinin dәyişdirilmәsi, lәğv edilmәsi vә ya seçilmәsi üçün әsasların olubolmadığını; cinayәt işi, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materialları vә ya xüsusi ittiham qaydasında şikayәt üzrә birinci instansiya mәhkәmәsindә icraat zamanı bu Mәcәllәnin tәlәblәrinin kobud surәtdә pozulmasına yol verilib-verilmәdiyini. Belә ki, mәhkәmә kollegiyası qeyd edir ki, verilmiş ittihamdan vә birinci instansiya mәhkәmәsinin hökmündәn görünür ki, Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Zülfiqar qızına qarşı hәmin cinayәt әmәllәrini birinci vә ikinci epizodlar üzrә 2022-ci ilin iyul ayında, üçüncü epizod üzrә isә 2022-ci ilin avqust vә 2025-ci ilin sentyabr aylarında törәtmişdir. Belә ki, üçüncü epizod üzrә verilmiş ittihamda göstәrilmişdir ki, Tәqsirlәndirilәn şәxs tәkrarәn özgәnin әmlakını qanunsuz vә әvәzsiz әlә keçirmә mәqsәdi ilә Zәrәrçәkmiş şәxs etibarından sui-istifadә edәrәk sonuncunun qohumu X1 guya müәllimlәrin sertifikatlaşdırma imtahanından keçmәsinә kömәklik göstәrәcәyi barәdә yalan vәdlәr verib aldadaraq. üzәrinә götürdüyü öhdәliyi yerinә yetirmәk niyyәtindә olmadığı halda әldә edәcәyi pul vәsaitini qaytarmaq mәqsәdi güdmәyәrәk hәr hansı bir işin görülmәsi marağında olmadan bu mәqsәdlә 2022-ci ilin avqust ayının sonlarında Zәrәrçәkmiş şәxs istintaqa mәlum olmayan taksi sürücüsü ilә ona göndәrdiyi 2.000 manat vә 1.800 manat, ## ######## 2025-ci il tarixdә saat 21:03-dә Bakı şәhәri, Xәtai rayonu Zığ yolu 5 ünvanında “Rahat market”dә “MilliÖn” terminalından Zәrәrçәkmiş şәxs onun istifadәsindә olan tanışı Teyyub Fәrәcovun adına rәsmilәşdirilmiş ****-****-****-**** nömrәli «Kapital Bank» kart hesabına köçürdüyü 700 manat vә bundan bir neçә gün sonra eyni ünvandan vә eyni qaydada hәmin kart hesabına köçürülmüş 500 manat, cәmi 5.000 manatı alıb barәsindә cinayәt tәqibi başlananadәk 2.500 manatını qaytararaq 2.500 manat pul vәsaitini vahid qәsdlә әhatә olunan niyyәtlә әlә keçirmәklә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Zülfiqar qızına ümumilikdә 2.500 (iki min beş yüz) manat miqdarda maddi ziyan vuraraq dәlәduzluq etmişdir. Lakin, cinayәt işinin 60-cı sәhifәsindә olan “MilliÖn” elektron ödәmә sistemi vasitәsilә aparılmış әmәliyyata dair çıxarışdan görünür ki, ## ######## 2022-ci il tarixdә, saat 21:03dә Bakı şәhәri, Xәtai rayonu Zığ yolu 5 ünvanında “Rahat market”dә “MilliÖn” terminalından Zәrәrçәkmiş şәxs onun istifadәsindә olan tanışı Teyyub Fәrәcovun adına rәsmilәşdirilmiş ****-****-****-**** nömrәli «Kapital Bank» kart hesabına 700 manat pul köçürmüşdür. Ümumiyyәtlә, cinayәt işi üzrә ibtidai istintaq zamanı toplanmış, hәmçinin mәhkәmә istintaqı zamanı tәdqiq edilmiş sübutların - zәrәrçәkmiş şәxs vә şahidlәrin ifadәlәri, elәcә dә müvafiq sәnәdlәrin mәcmusu ilә müәyyәn edilir ki, üçüncü epizod üzrә olan cinayәt әmәli Tәqsirlәndirilәn şәxs tәrәfindәn 2022-ci ilin müvafiq aylarında törәdilmiş, Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxsә qarşı cinayәt әmәllәri 2022-ci il tarixdә başa çatmış vә 2022-ci ildәn sonra Tәqsirlәndirilәn şәxs tәrәfindәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Zülfiqar qızına qarşı cinayәt xarakterli әmәl (әmәllәr) törәdilmәmişdir. Lakin, işin qeyd olunan hallarına hәm ibtidai istintaq zamanı, hәm dә birinci instansiya mәhkәmәsi zamanı qiymәt verilmәmiş, tәqsirlәndirlәn şәxs Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Zülfiqar qızına qarşı 2025-ci ildә dәlәduzluq etmәsi faktı olmadığı halda, tәqsirlәndirilәn şәxsә qarşı saxta ittiham verilmiş vә bununla bağlı itthamedici hökm çıxarılmışdır. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 289.3.1-ci maddәsinә әsasәn cinayәtin törәdilmә yeri, vaxtı, üsulları, motivlәri, nәticәlәri vә digәr mühüm hallar ittiham aktının tәsviri-әsaslandırıcı hissәsindә göstәrilmәlidir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 303.3.6-cı maddәsinә әsasәn cinayәt işi üzrә ittiham aktının vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın nәticәlәrinә dair yekun protokolunun müvafiq olaraq bu Mәcәllәnin 289 vә 290.3.2-ci maddәlәrinin vә ya 296.2-ci maddәsinin tәlәblәrinә uyğun olmadıqda mәhkәmә cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının baxılmasına xitam verilmәsi vә onun ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә qәrar çıxarmalıdır. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 391.8.1-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsindә mәhkәmә baxışı bu Mәcәllәnin 303.3-cü maddәsinin tәlәblәri pozulmaqla keçirildikdә apellyasiya instansiyası mәhkәmәsi apellyasiya şikayәtinә vә apellyasiya protestinә baxılmasına xitam verilmәsi vә cinayәt işinin, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının vә ya xüsusi ittiham qaydasında şikayәt üzrә materialların birinci instansiya mәhkәmәsinә qaytarılması haqqında qәrar çıxarır. Hәmin Mәcәllәnin 391.9-cü maddәsinә әsasәn bu Mәcәllәnin 391.8-ci maddәsindә nәzәrdә tutulmuş hallarda apellyasiya instansiyası mәhkәmәsi öz qәrarı ilә mәhkәmә baxışının nәticәlәri üzrә çıxarılmış birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını lәğv edir; cinayәt işini, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarını vә ya xüsusi ittiham qaydasında şikayәt üzrә materialları birinci instansiya mәhkәmәsinә mәhkәmәnin hazırlıq iclasının keçirilmәsi mәrhәlәsinә vә ya yeni mәhkәmә baxışına göndәrir. Hәmin Mәcәllәnin 303.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında mәhkәmәyәdәk icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının mahiyyәti üzrә qanuni hәll edilmәsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müәyyәn etdikdә mәhkәmә cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının baxılmasına xitam verir vә onu ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarır. Göründüyü kimi, yuxarıda qeyd edilәn ziddiyyәt mәhkәmәyәdәk icraat zamanı aradan qaldırılmamış, birinci instansiya mәhkәmәsi isә ibtidai istintaq orqanı tәrәfindәn düzgün verilmәmiş hәmin ittihamı tәkrarlamaqla müvafiq olaraq cinayәt işinin mahiyyәti üzrә qanuni hәll edilmәsi mümkün olmayan pozuntuya yol verildiyindәn, hökm vә hazırlıq iclasının qәrarı lәğv edilәrәk cinayәt işi birinci instansiya mәhkәmәsinә hazırlıq iclası mәrhәlәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 391.3.7-ci maddәsinә әsasәn apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә ilkin baxılması zamanı apellyasiya instansiyası mәhkәmәsi apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә baxılmasına xitam verilmәsi vә cinayәt işinin, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının vә ya xüsusi ittiham qaydasında şikayәt üzrә materialların birinci instansiya mәhkәmәsinә qaytarılması haqqında qәrar qәbul edә bilәr. Mәhkәmә kollegiyası, yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 391-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә vә Azәrbaycan Respublikası Baş prokurorunun müavini R Heydәr Mәmmәdov tәrәfindәn verilmiş apellyasiya protestinә baxılmasına xitam verilsin. Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.2.2-ci maddәsi ilә mәhkum olunmasına dair Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hazırlıq iclasının qәrarı vә ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü lәğv edilsin. Cinayәt işi Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinә hazırlıq iclası mәrhәlәsinә göndәrilsin. Tәqsirlәndirilәn şәxs barәsindә seçilmiş “hәbs” növündә qәtimkan tәdbiri lәğv edilsin vә mәhkәmә iclası zalından dәrhal hәbsdәn azad edilsin. Hazırki qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan çıxarıldığı vaxtdan bir ay müddәtindә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-6)-1085/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1085/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver