Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1100/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs X1, onun etibarnamə üzrə münayəndəsi (vəkil) müdafiəçi1, Müdafiəçi müdafiəçi2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştiakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi (vəkil) müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.Xəzri) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarına əsasən ## ######## 1988-ci ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olan, orta təhsili, işləyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Mizan kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar massivində yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025- ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmiş, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. İşin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixində saat 10 radələrində nəqliyyat vasitəni idarə etmək hüququ verən «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiy texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz 817 yük» markalı, Az 99- RX-920 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu ərizisindən keçən Mərdəkan şossesində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğun olaraq relssiz nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başlamazdan, dönməzdən və qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bu qaydaya əməl etməyərək dayandığı yerdən sola doğru dönərkən arxadan eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Hyundai Accent markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ehtiyatsızlıqdan «Hyundai Accent» markalı avtomobilin sürücüsü zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs baş-beyinin ağır dərəcəli əzilməsi, sol alın payının qütbünün dağılması və beyindaxili hematoması, solda alın sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınıqları, yumşaq toxumalarının defektindən ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətinin dəlilləri, sübutların təsviri, proses iştirakçılarının çıxışları: İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından narazı qalan zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi (vəkil) müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarın ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, amnistiya aktının 5.1-ci bəndində qanunverici birbaşa göstərmişdir ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Lakin, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi məhkəmənin icraatına amnistiya aktı qüvvəyə mindikdən 4 (dörd) ay sonra daxil olmuşdur. Buna görə də bu əsasla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında məhkəmənin qərarı tamamilə qanunsuzdur. Bundan başqa sözügedən amnistiya aktının 39-cu bəndində qeyd edilmişdir ki, bu Qərarın 19.1-19.4-cü bəndlərində nəzərdə tutulan orqanlar bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər. Bu orqanlar arasında isə məhkəmələrin adı yoxdur. İbtidai araşdırma orqanı isə şəxsin barəsində amnsitiya aktını tətbiq etməmiş və müddət ötürülmüşdür. Məhz bu hissədə də məhkəmə pozuntuya yol vermişdir. Eyni zamanda iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ilkin ifadəsində özünü qismən təqsirli bildiyini, hadisənin məhz zərərçəkmiş şəxsin yüksək sürətlə hərəkət etməsi nəticəsində baş verdiyini qeyd etmişdir. Baxmayaraq ki, zərərçəkmiş şəxs R.Əsədvova kifayət qədər maddi ziyan dəymişdir, təqsirləndirilən şəxs ona heç bir maddi və mənəvi dəstək olmamışdır. Yalnız sonuncu məhkəmə iclasında məhkəmə iclasında ittihamçı prokurorun vermiş olduğu suallar və müdafiəçinin yönəltməsi nəticəsində təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini qeyd etmişdir. Bu hal ona dəlalət edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ümumiyyətlə özünü baş vermiş hadisədə təqsirli bilmir və bu iş materialları ilə də təsdiq olunur. Belə olan halda da məhkəmə amnistiya aktının tətbiq edilməsində səhvə yol vermişdir. Qərardan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs X1 və onun etibarnamə üzrə münayəndəsi (vəkil) müdafiəçi1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarın ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittihamedici hökm çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 zərərçəkmiş şəxs X1 etibarnamə üzrə münayəndəsi (vəkil) müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X3 zərərçəkmiş şəxs X1 etibarnamə üzrə münayəndəsi (vəkil) müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İşdə olan ## ###### 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Mərdəkan şossesində Mərdəkan qəsəbəsi istiqamətində yolun sağ kənarında baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək və görüntü əldə edilərək protokola əlavə edilmişdir. İşdə olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin ## ######## 2025-ci il tarixli, */**** saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İşdə olan Məhkəmə tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, *** №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş-beyinin ağır dərəcəli əzilməsi, sol alın payının qütbünün dağılması və beyindaxili hematoması, solda alın sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınıqları, yumşaq toxumalarının defekti aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşylar) təsirindən onun «X5» X4 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. İşdə olan Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının ##.##.2026-cı il tarixli 3- 16-16/2- */****/**** №-li rəyindən görünür ki,istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən 1.2. «Mercedes- Benz 817 yük» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.3.4.«Hyundai Accent» markalı,**- FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan hadisə yerinə baxış keçirilməsi zamanı hadisə yerinin yaxınlığından götürülmüş hadisənin görüntüsü əks olunmuş diskə personal kompyuter vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı müşahidə kamerasının qeydə aldığı kadrda gündüz hava şəraitində ## ###### 2025-ci il tarixdə Bakı şəhəri, Mərdəkan şossesində Mərdəkan qəsəbəsi istiqamətində yolun sağ kənarında dayanmış "MercedesBenz 817 yük» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola istiqamətlənməsi, həmin vaxt eyni istiqamətdə yolun sağdan sola doğru 1-ci hərəkət zolağı ilə hərəkətdə olan “Hyundai Accent markalı” **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük avtomobilin hərəkət zolağına daxil olduğu üçün sağa istiqamətlənib yük avtomobilin arxa sağ hissəsi ilə toqquşması müəyyən olunmuşdur. İşdə olan ## ###### 2026-cı il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ## ###### 2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər RPİ- nin DYPŞ-dən alınmış ## #### 2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BC 045670 seriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilməmiş və hər hansı bir məhdudiyyət yoxdur. İşdə olan ## #### 2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi S.Cəfərov tərəfindən Azərbaycan Respublikasının CMnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İşdə olan AA 1337801 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində ##.##.2014-cü il təvəllüdlü Qasımov Telman Kamil oğlu adlı 01 yetkinlik yaşına çatmayan övladı vardır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X12 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin məsələ üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının: -1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxsləri təsbit edir; 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7- ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan 01 övladı vardır, bununlada amnistiya aktının 1.16-cı bəndində göstərilən şəxslər kateqoriyasına daxildir. Yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu kateqoriyadan olan şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Milli Məclisinin "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi (vəkil) müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: İkram Şirinov Aqil Musayev
Məhkəmə qərarları › İş №1(3-6)-1100/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1100/2026
12.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver