Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1103/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, X2 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhər ** saylı Vəkil Bürosunun üzvü müdafiəçi1 iştirakı ilə, ## ##### 1972-ci ildə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** saylı hökmü ilə üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, sonradan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 7(5-101)- ***/**** saylı qərarı ilə amnistiya aktı tətbiq edildilməklə ona təyin olunmuş həmin cəza müddəti altı ay azaldıldmış, ünvan 5 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində əvvəlki hökm üzrə cəza çəkməklə saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu *** nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən zərərçəkmiş şəxs1 “əməkdar müəllim” fəxri adı vermək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə, onun etibarını qazanıb özünə inandıraraq, ##.##.2020-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 ünvanda yerləşən Təhsil Nazirliyinin inzibati binasının qarşısında giriş hissədə 5000 manat nağd pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs2 X11 İstismarı idarəsinin hər hansı bir rayonun idarəsinə rəis vəzifəsinə təyin etdirmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə, onun etibarını qazanıb özünə inandıraraq, ##.##.2021-ci il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Su Melorasiya idarəsinin Tikinti Materialları bazasının qarşısında zərərçəkmiş şəxs2 iş yoldaşı Ocaxverdiyev İsmayıl Paşayəl oğlunun vasitəsilə göndərdiyi 15,000 manat nağd pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədə əmə' etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 15.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu 201 nömrəl tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən X4 Bakı şəhəri, Binəqədi rayonu *** nömrəli tam orta məktəbə direktor vəzifəsin təyin etdirmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğu olmayan vədlər verməklə, onun etibarını qazanıb özünə inandıraraq, ##.##.2020-ci il tarixdə Bal şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 8 ünvanda yerləşən “Araz” marketin qarşısınd göndərdiyi taksi sürücüsü Qəşəm adlı şəxsin vasitəsi ilə 5000 manat, ##.##.2021ci il tarixdə günort saatlarında ünvan 4 ünvanda yerləşən Azərbayca Dövlət İqtisad Universitetinin filialının qarşısında 10,000 manat, hissə-hissə olmaqla müxtəl vaxtlarda və müxtəlif ünvanlardan göndərdiyi bank kart hesablarına sonuncu dəfə ##.##.2023-cü tarixdə saat 19:06-da Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “Ara; marketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə 282 manat olmaqla, ümumilikdə 22,600 manat pulu köçiirtdürməklə, ümumi 37,600 manat pul vəsaitini vahid niyyətlə əhatə olum qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 Nam oğluna ümumilikdə 37,600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzlı etmişdir Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu 201 nömr tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən X3 övladı şahid1 Sumqayıt şəhərində yerləşən ** saylı orta məktəbə ixtisası üzrə biologiya müəlliməsi işinə düzəltməksəlahiyyətinə malik mötəl tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə, onun etibar qazanıb özünə inandıraraq, ##.##.2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanda yerləşən “Araz” marketin qarşısında göndərdiyi ta sürücüsü Qəşəmin vasitəsi ilə 10,000 manat və sonuncu dəfə ##.##.2023-cü il tarixdə saat radələrində Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində yerləşən “Tri Korona” adlanan ərazidə 2000 manat olmaqla, ümumi 12,000 manat nağd pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 12.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayətin birinci epizodu üzrə (zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmə) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş,. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4- cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 1(001)- 421/2025 hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası (barəsində tətbiq edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ##.##.2025- ci il tarixli Azərbaycan Respublikasi Milli Məclisinin Qərarı nəzərə alınmaqla) qismən toplanılmaqla ona qəti olaraq 04 il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan əvvəlki cinayət işi üzrə (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli hökmündə nəzərdə tutulmuş) şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 04 il 02 ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli ## #### 2024-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınması müəyyən edilmişdir. Həmin hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək ona təyin olunmuş cəzanın azaldılmasını və rejimin dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda zərərçəkmiş şəxs2 2021-ci ilin sentyabr ayının ortalarından tanıyır və zərərçəkmiş şəxs2la rəfiqəsi Aidənin vasitəsilə tanış olmuşdur. Həmin ərəfələrdə Aidə onunla telefonla danışan zaman bacısının əri zərərçəkmiş şəxs2 Tovuz rayonu Meliorasiya idarəsində işlədiyini, onu müdir vəzifəsinə düzəltmək üçün ondan Mübarizə köməklik etməyini xahiş etmişdir. O, da Aidəyə qohumu Mübarizə kömək edəcəyini deyib Mübarizin onunla əlaqə saxlamasını bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra zərərçəkmiş şəxs2 onunla əlaqə saxladıqdan sonra ona bu işdə kömək edə biləcəyini və bunun müqabilində 65,000 manat pul lazım olduğunu dedikdə, zərərçəkmiş şəxs2 ona həmin məbləğdə pulunun olmadığını, hazırda 15,000 manat pulunun olduğunu, əgər almarsa həmin məbləğdə pulu verə biləcəyini, işlə bağlı əmri olduqda isə ona əlavə olaraq şirinlik verəcəyini demişdir. O, da həmin ərəfədə pula ehtiyacı olduğu üçün Mübarizlə razılaşmışdır. zərərçəkmiş şəxs2 onunla sonra telefonla danışan zaman işi ilə əlaqədar Bakı şəhərinə gələ bilmədiyini, bu səbəbdən iş yoldaşı İsmayılın vasitəsilə ona həmin 15,000 manat pulu göndərəcəyini və pulu İsmayıldan təhvil alacağını demişdir. O, da heç bir söz deməmişdir. Aradan bir neçə gün keçdikdən sonra ##.##.2021 -ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən avtovağzalın yaxınlığında zərərçəkmiş şəxs2 tanışı Ocaxverdiyev İsmayıl Paşayət oğlu vasitəsi ilə göndərdiyi 15,000 manat pulu onun göndərdiyi taksi sürücüsü İsmayıl adlı şəxs götürüb ona təhvil vermişdir. Pula ehtiyacı olduğundan zərərçəkmiş şəxs2 heç bir iş görməmiş və almış olduğu 15,000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa zərərçəkmiş şəxs1 2020-ci ilin avqust ayından tanıyır. Söhbət əsnasında zərərçəkmiş şəxs1 Bakı şəhəri *** nömrəli tam orta məktəbdə direktor əvəzi işlədiyini və əməkdar müəllim fəxri adı almaq istədiyini demişdir. O, da Nərimana əməkdar müəllim fəxri adı almaqda köməklik edə biləcəyini demiş və buna görə 5000 manat pul lazım olduğunu bildirmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında Nəriman Təhsil Nazirliyinin qarşısında ona 5000 manat pul vermişdir. Aradan bir müddət keçdikdən sonra Nəriman *** nömrəli məktəbin direktoru təyin olunmaq istədiyini ona bildirmişdir. O, Nərimana Təhsil Nazirliyində tanışları olduğunu və onun məktəb direktoru təyin olunmasına köməklik edə biləcəyini demiş və bunun müqabilində təxminən 25.000 manat civarmda pul lazım olacağını demişdir. Nəriman da onunla razılaşmışdır. O, Nərimana ilkin olaraq 5000 manat pul verməli olduğunu demişdir. Danışıq əsnasında Nərimanı 2021-ci ilin yanvar ayınadək direktor vəzifəsinə təyin etdirəcəyini. bildirmişdir. Bundan sonra ##.##.2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Araz” marketin qarşısında göndərdiyi taksi sürücüsünün vasitəsi ilə Nərimanın göndərdiyi 5000 manat pulu təhvil almışdır. Pulu təhvil aldıqdan sonra Nərimana zəng edərək taksi sürücüsü ilə göndərdiyi 5000 manat pulu təhvil aldığını və qısa zaman ərzində onun direktor vəzifəsinə təyin olunmağı ilə bağlı işlərə başlayacağını demişdir. 2021-ci ilin yanvar ayında respublikada elan edilmiş pandemiya ilə əlaqədar təhsil sahəsində bütün təyinatlar dayandırılmışdır. Həmin ərəfədə danışıq zamanı Nərimana Bakı şəhəri, Binəqədi rayonu, 6cı mkr ərazisində yerləşən *** nömrəli tam orta məktəbin direktorunun da yaxın vaxtlarda təqaüdə göndəriləcəyini, həmin məktəbin Nərimanın işlədiyi *** nömrəli tam orta məktəbdən daha yaxşı olduğunu, istədiyi təqdirdə onu həmin məktəbə direktor təyin etdirə biləcəyini demişdir. Nəriman da həmin əraziyə yaxın yaşadığı üçün *** nömrəli məktəbə direktor təyin etdirilməsi ilə razılaşmışdır. O, danışıq zamanı Nərimana 10.000 manat ödəniş etməyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra ##.##.2021-ci il tarixdə günorta saatlarında Nərimanla ünvan 3 ünvanda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin filialının qarşısında görüşmüşlər. Orada Nəriman ona 10,000 manat pul vermişdir. Danışıq əsnasında Nərimana *** nömrəli tam orta məktəb daha yaxşı olduğu üçün həmin məktəbə onu direktor vəzifəsinə 40,000 manat pulun müqabilində təyin etdirəcəyini demişdir. Nəriman da ona nəğd həmin miqdarda pulu olmadığını, hissə-hissə həmin pulu ona verəcəyini demişdir. O, da etiraz etməyərək razılaşmışdır. Bundan sonra Nəriman hissəhissə olmaqla müxtəlif vaxtlarda və müxtəlif ünvanlardan ona göndərdiyi bank kart hesablarına ümumilikdə 22,600 manat pul köçürmüşdür. Danışıq əsnasında Nəriman ona qızı şahid1 orta məktəbdə müəllimə kimi işləmək istədiyini, hətta imtahan verdiyini, Quba rayonunda yerləşən orta məktəbə təyinat aldığını, lakin ailə vəziyyəti ilə əlaqədar həmin yerə işləmək üçün gedə bilmədiyini, onu yaşadığı Sumqayıt şəhərində yerləşən orta məktəblərin birinə müəllimə kimi işə düzəltməyini xahiş etmişdir. O, da Nərimana qızı Sevili Sumqayıt şəhərində yerləşən ** nömrəli orta məktəbə ixtisası üzrə biologiya müəlliməsi düzəldə biləcəyini bildirmişdir. Bunun müqabilində ondan 14,000 manat pul alacağını demişdir. Nəriman da artıq pulu olmadığını, endirim etməyini xahiş etmişdir. O, da 12,000 manat müqabilində qızı Sevilin işini həll edəcəyini Nərimana demişdir. Nərimana qızı Sevilin sənədlərini ona verməyini bildirmişdir. Nəriman da qızı Sevilin şəxsiyyət vəsiqəsinin, diplomunun surətlərini, tərcümeyi hal və başqa sənədlərinin surətlərini onunla görüşüb təhvil vermişdir. Aradan bir müddət keçdikdən sonra ##.##.2022- ci il tarixdə saat 18 radələrində Nəriman onun göndərdiyi taksi sürücüsü ilə ünvan 2 ünvanda yerləşən “Araz” marketin qarşısında görüşüb 10,000 manat pulu ona göndərmişdir. Bir qədər keçdikdən sonra o, pulu təhvil aldıqdan sonra Nərimana zəng edərək qızı Sevilin işinin həlli üçün göndərdiyi 10,000 manat pulu taksi sürücüsü Qəşəm adlı şəxsdən təhvil aldığını demişdir. Nəriman onunla hər dəfə əlaqə saxladıqda ona narahat olmamağım, həm özünün, həm də qızı Sevilin işinin həll olunacağını deyirmişdir. Sonuncu dəfə ##.##.2023-cü il tarixdə saat 16 radələrində Nəriman yaşadığı yerdə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində onunla görüşmüşdür. Orada Nərimanla taksiyə minərək Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində yerləşən “Tri Korona” adlanan əraziyə getmişlər. Orada avtomobildən düşdükdən sonra həmin yerdə Nərimandan qızı Sevilin işi ilə bağlı 2000 manat pulu almışdır. Nərimana artıq qızının işinin həll olunacağını da bildirmişdir. Sonra sağollaşıb ayrılmışlar. Lakin o, Nərimandan aldığı ümumilikdə 54,600 manat pulun müqabilində heç bir iş görməmişdir. Aldığı pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan Nəriman ona mütəmadi olaraq zəng edib işlə bağlı maraqlandıqda, o, məcbur qalıb Nərimanı aldatmağa başlamışdır. Nəriman ondan pulunu tələb etməyə başladıqda isə, ondan vaxt istəsə də, Nərimanın pulunu qaytara bilməmişdir. Bundan sonra Nəriman onun barəsində şikayət etmişdir. Etdiyi cinayət əməllərinə görə çox peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Orxan Mahmudov adlı şəxsi tanımır, zərərçəkmiş şəxs2 həmin şəxslə ona 50,000 manat pul göndərməmişdir, o, X5 Sistemlərinin İstismarı idarəsinin hər hansı bir rayonun idarəsinə rəis vəzifəsinə təyin etdirmək üçün ##.##.2021- ci il tarixdə iş yoldaşı Ocaxverdiyev İsmayıl Paşayət oğlunun vasitəsi ilə göndərdiyi 15,000 manat pulu almışdır. Bundan başqa Mübarizdən pul almamışdır. Əvvəlki ifadəsini oxumamış, ifadəsi kompyuterdə yazılsa da, həmin ifadəni oxumadığı təqdirdə imza etmiş, lakin hadisələrin ifadəsində qeyd etdiyi kimi baş verdiyini bildirmişdir. zərərçəkmiş şəxs2 X11 İstismarı idarəsinin hər hansı bir rayonun idarəsinə rəis vəzifəsinə təyin etdirmək üçün ##.##.2021-ci il tarixdə iş yoldaşı Ocaxverdiyev İsmayıl Paşayət oğlunun vasitəsi ilə göndərdiyi 15,000 manat puldan başqa heç bir məbləğdə pul almadığını bir daha bildirmişdir. Bakı şəhərində “MİDA” tərəfindən tikilən yaşayış kompleksindən mənzil almaqda köməklik etməyini Mübariz xahiş etsə də, Mübarizdən həmin işə görə heç bir məbləğdə pul almamışdır. zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 Nama2 oğlundan aldığı pullardan sonradan onlara heç bir məbləğdə pul qaytarmamışdır. Mübark Hüseynov və zərərçəkmiş şəxs1 ilə əvvəllər heç bir iş görməmişdir. zərərçəkmiş şəxs2 və Nərimar Vəliyev ilə əvvəllər aralarında ədavət, düşmənçilik, qərəzli münasibətlər və borc məsələs olmamışdır. O, sözügedən cinayətləri törədərkən heç kimlə əlbir olmadığını, həmin cinayətləri təl törətdiyini, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 aldığı pullarda! heç kimə heç bir məbləğdə pul vermədiyini, həmin pulları şəxsi ehtiyaclarına xərclədiyin bildirmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində ədalət qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2018-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayının ortalarınadək *** nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Həmin dövrdə, yəni 2020-ci ilin avqust ayın istifadəsində olan 050-663-05-30 mobil telefon nömrəsinə bir nəfər adının Kəmalə olduğu bildirən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi qadın özünü təl nazirliyinin inspektoru kimi təqdim edərək məktəbin tədris prosesi ilə maraqlanmış və telefor səmimi söhbət eləmişdir. Bundan sonra bir neçə dəfə bu cür zənglər edib danışan zaman Şəmsi; ona məktəbdə fəxri ad almaq istəyən olub-olmadığını soruşmuş və əməkdar müəllim fəxri almaqda köməklik edə biləcəyini demişdir. O, da həmin Şəmsiyyə adlı qadına özünün əmək müəllim fəxri adı almaq istədiyini bildirmişdir. Şəmsiyyə adlı qadın bunu həll edə biləcəyini bildirmiş və bunun üçün ondan 5000 manat pul istəmişdir. O da birinci dəfə ##.##.2020-ci il tarixdə saat 10:30- da Təhsil nazirliyinin qarşısında Şəmsiyyə adlı qadına 5000 manat vermişdir. Şəmsiyyə onun *** nömrəli tam orta məktəbdə direktor vəzifəsinə hansı səbəb təsdiq edilmədiyini soruşmuş və təhsil nazirinin müavininin adını çəkərək onunla yaxın münasibətinin olduğunu, onu məktəb direktoru vəzifəsinə təyin etdirmək imkanı olduğunu demiş və bu məsələnin həll etməyi təklif etmişdir. O, da həmin Şəmsiyyə adlı qadının bu təklifi ilə razılaşmışdır. Şəmsiyyə onu Binəqədi rayonu, *** nömrəli tam orta məktəbə direktor təyin etdirəcəyini və onun vəzifəsinə təyin edilməyi üçün ilkin olaraq 5000 manat tələb olunduğunu bildirmişdir. Şəmsiyyə 2021-ci ilin yanvar aynadək onu məktəb direktoru vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. ##.##.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 8-də yerləşən “A marketin qarşında Şəmsiyyənin göndərdiyi Qəşəm adlı taksi sürücüsünə Şəmsiyyəyə verilməsi 5000 manat pul vermişdir. Şəmsiyyə zəng edib göndərdiyi 5000 manat pulu Qəşəm adlı sürücüsündən götürdüyünü və qısa zamanda təhsil nazirinin onu çağırıb məktəb direktoru edəcəyini bildirmişdir. Şəmsiyyə 2021ci ilin yanvar ayında ona zəng edib məktəb direktoru olunmağı üçün əlavə 10,000 manat verməyini demiş və o, ##.##.2021-ci il tarixdə günorta saatlarında iqtisad universitetinin qarşısında Şəmsiyyəyə 10,000 manat vermişdir. Bundan sonra Şəmsiyyənin göndərdiyi bank hesab kartlarına onun istəyi ilə müxtəlif vaxtlarda pul köçürmüşdür. Lakin Şəmsiyyə müxtəlif bəhanələrlə işin düzəlməsinin yubandığını bildirirmişdir. Şəmsiyyə qızı şahid1 Sumqayıt şəhərində məktəblərdən birinə müəllimə düzəldəcəyini bildirib, bunun üçün 10,000 manat pul istəmiş və o, ##.##.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 8-də yerləşən “Araz” marketin qarşında Şəmsiyyənin göndərdiyi Qəşəm adlı taksi sürücüsünə Şəmsiyyəyə verməsi üçün 10,000 manat pul vermişdir. Lakin Şəmsiyyə qızını da müəllimə işinə düzəltməyib müxtəlif bəhanələr gətirərək müddəti uzadırmış. Sonuncu dəfə ##.##.2023-cü il tarixdə saat 16 radələrində Şəmsiyyə ona pul verməyi üçün taksi göndərmiş və o, həmin taksiyə əyləşib Şəmsiyyənin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsinə gəlmişdir. Şəmsiyyə orada taksiyə əyləşmiş və taksi sürücüsünə Bakı şəhəri, ünvan 6nə sürməyini bildirmişdir. ünvan 6 “Tri Korona” deyilən ünvanda Şəmsiyyə taksidən düşən zaman o, Şəmsiyyəyə 2000 manat pul vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 54,600 manat pul vermişdir. Bundan sonra Şəmsiyyənin onu aldatdığını görüb verdiyi 54,600 manat pulu qaytarmasını bildirmiş, Şəmsiyyə pulu qaytaracağını deyib onu aldadırmış. Bir müddət sonra Şəmsiyyənin həbs olunduğunu öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 54,600 manat pulu müxtəlif vaxtlarda nağd və hesab kartına köçürtməklə vermişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs 2000 manat pulu ##.##.2023-cü il tarixdə 16 radələrində ünvan 6 “Tri Korona” deyilən ünvanda vermişdir. X13 işi ilə bağlı 2000 manat pulu vermişdir. Şəmsiyyə ona artıq qızının işinin həll olunacağını da bildirmişdir. Sonra sağollaşıb ayrılmışlar. Sonradan o, mütəmadi olaraq Şəmsiyyə ilə əlaqə saxladıqda, Şəmsiyyə hər dəfə ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, artıq Şəmsiyyənin onu aldatdığını hiss etdikdən sonra pulunu tələb etməyə başlamışdır. Lakin Şəmsiyyə onun bu günədək pulunu qaytarmamışdır. Sonradan o Şəmsiyyənin ondan başqa bir neçə şəxsləri də aldadaraq pullarını ələ keçirdiyini bildikdən sonra bu barədə şikayət etmək qərarına gəlmişdir. Zərəçəkmiş şəxs ifadəsinin sonunda ona vurulmuş ziyanın ödənilmədiyini bildirməklə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir.. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, 2021-ci ilin sentyabr ayının ortalarında baldızı Aidənin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, o, iş yeri ilə bağ dəyişiklik etmək, yəni öz ixtisasına uyğun melarasiya sistemi üzrə hər hansı bir idarəyə və ya istənilən başqa rayondakı idarəyə rəhbər vəzifəsinə təyin olunmaq istəyirmiş. Həmin ərəfəc baldızı Aidə Gəncə şəhərində yaşadığından Təqsirləndirilən şəxs Gəncədə olan zaman or tanımışdır. Ailə arasında olan danışıqlar üzrə Aidə onun iş yerini dəyişmək istədiyini bilirmiş. İ səbəbdən ona Şəmsiyyə adlı tanışı olduğunu, bu işdə ona köməklik edə biləcəyini düşündüyüı deyib Şəmsiyyənin mobil nömrəsini ona vermişdir. O, Aidəyə Şəmsiyyə ilə danışmasını və ona 1 işdə kömək edə biləcəyini tam öyrəndikdən sonra onunla əlaqə saxlamasını xahiş etmişdir. İ danışıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan 050-256-60- 77 sa; mobil nömrəsinə zəng edib ona işlə bağlı köməklik edəcəyini, bunun üçün bir neçə gün araşdıı aidiyyatı üzrə tanışları ilə əlaqə saxlayıb ona zəng edəcəyini demişdir. Bu danışıqdan 3-4 g sonra, yəni 2021-ci ilin sentyabr ayında ortalarında Şəmsiyyə yenidən onunla əlaqə saxlamış melarasiya üzrə istənilən rayona idarə rəisi təyin edilməyimdən ötrü 50,000 (əlli min) manat pul lazım olduğunu demişdir. O, Şəmsiyyə ilə razılaşmış və təxminən bir gün sonra tanışı Orxan vasitəsi ilə 50,000 manat pulu Şəmsiyyəyə çatdırması üçün verib Bakı şəhərinə göndərmişdir. Orxan pulu Şəmsiyyəyə verdikdən sonra onunla əlaqə saxlayıb pulu verdiyini dedikdə, o, Şəmsiyyə ilə həmin gün əlaqə saxlamışdır. Şəmsiyyə ona pulu götürdüyünü, lazım olan yerlərə çatdırdığını, işin həlli üçün heç bir problem olmayacağmı, təxminən bir ay ərzində işin həllini tapacağını demişdir. Şəmsiyyə bu danışıqdan təxminən iki gün sonra yenidən onunla əlaqə saxlamış və “Bakı şəhərində rayon icra başçılarının kuratorları var, işin həlli üçün həmin şəxsə 15,000 (on beş min) manat şirinlik vermək lazımdır, sonradan həmin şəxs işinin həllində sənə də arxa dayaq olacaq” demişdir. O, Şəmsiyyənin sözünə etibar edib iş yoldaşı İsmayıl Bakı şəhərinə gedəcəyindən, axşam saatlarında evinə gedib, 15,000 manatı İsmayıla vermiş və pulu şəhərə çatdıqda Şəmsiyyə adında qadına verməli olduğunu bildirmişdir. Növbəti gün İsmayıl onunla əlaqə saxlayıb şəhərə çatdığını, Şəmsiyyə ilə görüşüb pulu verdiyini demişdir. O, yenidən Şəmsiyyə ilə əlaqə saxlamış və ona pulu götürdüyünü, işin həllini tapacağını narahat, olmamağını bildirmişdir. Bundan sonra mütəmadi olaraq Şəmsiyyə ilə əlaqə saxlamış, lakin onun işi həllini tapmamışdır. Artıq 3 ildir ki, Şəmsiyyə onu aldadaraq ondan işə düzəltmək bəhənasi ilə aldığı ümumilikdə 65,000 (altmış beş min) manat pulu ona qaytarmamış, müxtəlif bəhanələrlə onun vaxtini almışdır. Hadisə nəticəsində ona 65,000 manat maddi ziyan dəydiyini bildirmişdir. 2021-ci ildən Təqsirləndirilən şəxs baldızı Aidənin vasitəsi ilə tanımışdır. Baldızı Aidə də Şəmsiyyəni yaşadığı Gəncə şəhərində tanımışdır. Həmin ərəfədə o, iş yerini dəyişmək istəyirmiş. İşlədiyi sahədə öz ixtisasına uyğun olaraq hər hansı bir idarəyə rəhbər vəzifəyə təyin olunmaq üçün çalışırmış. Bu barədə yaxın qohumu Aidə də məlumatlı olmuşdur. Danışıq əsnasında Aidə ona Şəmsiyyə adlı tanışı olduğunu, həmin qadının iş görən biri olduğunu, lazım gələrsə onunla tanış edə biləcəyini demişdir. O, da Aidəyə Şəmsiyyə ilə əlaqə saxlayıb maraqlanmağını xahiş etmişdir. Aidə ilə danışdıqdan bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək tanışlıq vermişdir. Danışıq əsnasında Şəmsiyyə onun işindən məlumatlı olduğunu, tanışları ilə maraqlanıb ona xəbər edəcəyini demişdir. Şəmsiyyə ilə aralarında olan danışıqdan bir neçə gün keçdikdən sonra 2021-ci ilin sentyabr ayının ortalarında Şəmsiyyə ona yenidən zəng etmişdir. Şəmsiyyə onu X11 İstismarı idarəsinin hər hansı bir rayonun idarəsinə rəis vəzifəsinə təyin etdirə biləcəyini, bunun üçün 50,000 manat pul lazım olduğunu, 2021-ci ilin dekabr ayında yeni vəzifəyə təyin olunmağı ilə bağlı əmri olacağını demişdir. O, da Şəmsiyyə ilə razılaşmışdır. Aradan bir gün keçdikdən sonra ##.##.2021-ci il tarixdə işi ilə bağlı Bakı şəhərinə gələ bilmədiyi üçün tanışı X8 çatdırması üçün 50,000 manat pul şəxsi məlumatları olan CV və fotoşəklini göndərmişdir. Orxandan xahiş edərək Şəmsiyyə ilə görüşməsini və göndərdiyi həmin pulu Şəmsiyyəyə verməsini xahiş etmişdir. Həmin gün Orxan pulu götürən kimi Şəmsiyyə ilə görüşmüşdür. Şəmsiyyə Orxanın yanından ona zəng edərək göndərdiyi 50,000 manat pulu və sənədləri Orxandan təhvil aldığını bildirmişdir. Bundan sonra Şəmsiyyə ona narahat olmamağını, işinin həll olunacağını demişdir. Həmin gün axşam saatlarında Şəmsiyyə ilə danışan zaman Şəmsiyyə ona göndərdiyi pul və sənədlərini lazımi yerlərə çatdırdığını bildirmişdir. Aradan iki gün keçdikdən sonra Şəmsiyyə ona zəng edərək “Bakı şəhərində icra hakimiyyəti başçılarının kuratorları olduğunu”, işinin həlli üçün həmin şəxsə şirinlik kimi 15,000 manat pul lazım olduğunu, həmin şəxsin gələcəkdə də ona arxa-dayaq olacağım demişdir. O, da Şəmsiyyəyə inandığı və artıq pul verdiyi üçün dedikləri ilə razılaşmışdır. Bundan sonra həmin gün o, iş yoldaşı Ocaxverdiyev İsmayıl Paşayət oğlu Bakı şəhərinə getdiyi üçün ona 15,000 manat pulu Şəmsiyyə adlı qadınla görüşüb təhvil verməsi üçün vermişdir. Səhəri gün, yəni ##.##.2021-ci il tarixdə saat 10 radələrində İsmayıl ona zəng edərək Şəmsiyyə ilə görüşdüyünü çatdırması üçün verdiyi 15,000 manat pulu Şəmsiyyə adlı qadına təhvil verdiyini bildirmişdir. Biı qədər keçdikdən sonra Şəmsiyyə də zəng edərək İsmayıldan pulu təhvil aldığını demişdir. Şəmsiyyə danışıq əsnasında ona 2021-ci ilin dekabr ayında artıq işi barədə əmr olacağını bildirmişdir 2021-ci ilin dekabr ayında o, Şəmsiyyəyə zəng edib işlə bağlı maraqlandıqda Şəmsiyyə ona naraha olmamağını, qısa zaman ərzində həll olacağını demişdir. O, da artıq heç nə deməmişdir. Bı minvalla o, müxtəlif vaxtlarda Şəmsiyyə ilə əlaqə saxlasa da, Şəmsiyyə hər dəfə müxtəlif bəhanələ gətirərək onu aldatmağa davam edirmiş. O, artıq Şəmsiyyə tərəfindən aldadıldığını baş; düşdükdən sonra pulunu tələb etsə də, bu günədək Təqsirləndirilən şəxs onun pulunu qaytarmamışdır. O, da artıq Şəmsiyyənin onun pulunu qaytarmadığını görüb bu barədə şikayət etmək qərarına gəlmişdir. Sonradan Şəmsiyyənin ondan başqa bir neçə şəxsi də aldadaraq pullarını ələ keçirdiyini bilmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qızma ##.##.2021-ci il tarixdə tanışı Orxan Mahmudovun vasitəsi ilə 50,000 manat, ##.##.2021-ci il tarixdə isə iş yoldaşı Ocaxverdiyev İsmayıl Paşayət oğlunun vasitəsi ilə 15,000 manat olmaqla ümumilikdə 65,000 manat pulu onu X11 İstismarı idarəsinin hər hansı bir rayonun idarəsinə rəis vəzifəsinə təyin etdirməsi üçün vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi 65,000 manat puldan heç bir məbləğdə pul qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan aldığı pulları hər hansı vəzifəli şəxsə verəcəyi barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs yalan danışdığını, 65,000 manat pulu Şəmsiyyəyə onu X11 İstismarı idarəsinin hər hansı bir rayonun idarəsinə rəis vəzifəsinə təyin etdirməsi üçün verdiyini, bunu üzləşən zaman da Şəmsiyyənin üzünə dediyini, Şəmsiyyənin onun işini həll etmədiyi təqdirdə ona Bakı şəhərində yerləşən “MİDA” yaşayış kompleksindən ev almağına köməklik etməsi üçün pul verməyinin mümkünsüz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavət, qərəzli münasibət, düşmənçilik və ya borc məsələs: olmadığını, bu məsələ olmayana kimi Şəmsiyyəni ümumiyyətlə tanımadığını, tanışı Orxar Mahmudovun ailəsi ilə birlikdə işi ilə əlaqədar sonradan X14 Dubay şəhərinə köçdüyünü, Orxanla elə yaxın əlaqələri olmadığını, həmin ərəfədə Bakı şəhərinə gələ bilmədiyi üçün Orxandan göndərdiyi pulu Şəmsiyyəyə çatdırmasmı xahiş etdiyini, Orxanın da göndərdiyi 50,000 manat pulu Şəmsiyyəyə verdiyini, bunu Şəmsiyyənin də təsdiq etdiyini, hazırd; Orxan Mahmudovun xarici ölkədə yaşadığı üçün əlaqəsi olmadığını, telefon nömrəsini və barəsində başqa hər hansı məlumat bilmədiyini bildirmişdir. Orxan Mahmudov tanışıdır, Orxan ailəsi ilə birlikdə işi ilə əlaqədar sonrada X14 Dubay şəhərinə köçdüyünü eşitmişdir. Orxanın vasitəsi ilə Şəmsiyyəyə 50,000 manat pul göndərməyi ilə bağlı heç bir yazışma, sms bildirişi və səs yazısı olmadığını, bu səbəbdən həmin faktla bağlı heç bir sübut təqdim edə bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün qismən etirafı və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2015-ci il tarixli * nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təyin edilmiş cəza ilə bağlı gətirilmiş dəlillərini əsassız hesab edir və cəzanın yüngülləşdirilməsi üçün hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 317-2.1, 66.3cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə CM-nin 317-2.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, **** nömrəli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(001)- ***/**** nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. (1-ci Cild, İ/V. 219- 244). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı qərarından görünür ki, Bakı ,əhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(001)- ***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ##.##.2025- ci il tarixli Azərbaycan Respublikasi Milli Məclisinin Qərarının 1-ci hissəsinin 3.1-ci bəndinə əsasən altı ay azaldılmışdır. İşə baxan məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini məhkəmə iclasında etiraf etməsi halını, həmin əməllərdən peşman olmasını bildirməsini, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhər ** saylı Vəkil Bürosunun üzvü müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhər ** saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhər ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1103/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1103/2026
11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver