Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1112/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Məmmədov Habil Çingiz oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü müdafiəçi1 iştirakı ilə, ##.##.2001-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Xətai rayonu, M.Hadi küçəsi ev 107 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması,. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ##.##.2024-cü il tarixdən Mingəçevir şəhər Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,523 qram psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə saat 03:16 dəqiqədə Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi0,523 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsülla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilərək barəsində daha yüngül cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlindən peşmandır, “Vətən Müharibəsi” iştirakçısıdır. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, iş materiallarında olan - Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, müəyyən müddət ərzində narkotik vasitələrdən istifadə etmişdir. ##.##.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 4 ay 2 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin dövrdə Xətai rayonu, Gəncə prospektində yerləşən avtotəmir sexində rəngsaz kimi işləmişdir. Narkotik vasitələri Bakı şəhərində tanımadığı, şəxsiyyət məlumatları ona məlum olmayan şəxslərdən alırmış, lakin heç vaxt onların satışı ilə məşğul olmamışdır. ##.##.2026-cı il tarixdə, təxminən saat 23:00 radələrində Hövsan qəsəbəsində tanımadığı şəxsdən 20 manata bir büküm metamfetamin almış, onu əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq yaşadığı ünvana getmişdir. ##.##.2026-cı il tarixdə, təxminən saat 03:00 radələrində yaşadığı evdən çıxaraq Xətai rayonu, C.Həsənov küçəsi 4 ünvanının qarşısından keçərkən mülki geyimli üç nəfər tərəfindən saxlanılmışdır. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim etmiş, narkotik vasitə istifadəsi ilə bağlı şübhə əsasında videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri izah edilmiş və üzərində narkotik vasitə olub- olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Maddənin nə olduğu soruşulduqda, onun metamfetamin olduğunu bildirmişdir. Maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,58 qram olduğu müəyyən edilmişdir. Həmçinin üzərində olan 070-505-25- ** nömrəli “Samsung A24” markalı mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş maddə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs protokolla tanış olaraq onu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Xətai rayon 36cı Polis Şöbəsinə aparılmışdır. Orada aşkar edilmiş maddə qablaşdırılmış vəziyyətdə təhqiqatçıya təqdim olunmuşdur. Şəxs şübhəli qismində tutulmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təqdim olunmuş vəkillər siyahısından vəkil seçmişdir. Həmçinin bildirmişdir ki, təqdim etdiyi maddədən başqa nə yaşadığı ünvanda, nə də başqa hər hansı yerdə narkotik vasitə saxlamamış, istifadəsində ***-***-**-** nömrəli “Samsung A24” markalı mobil telefonun saxlanılan zaman üzərində olduğunu qeyd etmiş, saxlanılarkən və polis şöbəsinə aparılarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, polis əməkdaşlarının qanuni tələblərinə könüllü şəkildə tabe olmuşdur. - təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,63 qram olması müəyyən edilmiş, sonra həmin büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, təthqiqata təqdim edilən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi və sonuncunun həmin maddənin özünə məxsus olmasını bildirməsi videogörüntüdə əksini tapmışdı. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin fizikikimyəvi ekspertizalar şöbəsinin ekspertinin **/*** nömrəli ## ###### 2026-cı il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № ***” möhür əksi, “Təqsirləndirilən şəxs... (imza)...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,523 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (i.v. 35-39); DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə ## ###### 2026- cı il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və götürülməsi haqqında ## ###### 2026-cı il tarixli protokola uyğun olmuşdur (i.v. 49-50); DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə ## ###### 2026- cı il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntülər, təqdim olunan əşyaya baxış keçirilməsi haqqında ## ###### 2026-cı il tarixli protokola uyğun olmuşdur Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün etirafı və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və məhkuma təyin edilmiş cəza məsələsinə münasibət bildirərək cəzanın yüngülləşdirilməsi üçün hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak edərək aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə və Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasına töhfə verdiyinə görə “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini (CM-59.2) iş üzrə cəzasını yüngülləşdirən hallar kimi , Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə müdafiəçi1 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə müdafiəçi1 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1112/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1112/2026
12.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver