Məhkəmə qərarları › İş №1(3-6)-1113/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1113/2026

15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1113/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1976-cı ildə Bakı çəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,669 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən ## ####### 2025ci il tarixdə, saat 17:59-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan balaca cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,669 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ####### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər öz həllini tapmışdır. Hökmdən Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət R Heydər Məmmədov apellyasiya protesti verərək hökmün cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini # ####### 2025-ci il tarixdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə, yəni cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir ki, bu hal onun barəsində CM-in 67.1 və 76.6.3-cü maddələrinin tələbinə uyğun cəza təyini üçün əsas yaratmışdır. Lakin məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edərək, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini hazırkı iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirməklə ona hökmlərin məcmusu qaydasında qəti cəza təyin etməli olduğu halda, qeyd olunanlara riayət etməyərək cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, barəsində ##.##.2025-ci il tarixli Amnistiya Aktının tətbiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkum edilmiş şəxsin ağır ailə vəziyyətinin olması, həbsdə olduğu müddətdə anasının vəfat etməsi, nəvələrinin himayəsində olması səmimi peşmançılıq keçirməsi, yaşlı atasının ona ehtiyacının olması, pnevmoniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilərək hökmün cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilərək, məhkum edilmiş şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilərək, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilməli, apellyasiya şikayəti ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində və apellyasiya şikayətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. Protest müəllifi birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normasının düzgün tətbiq edilməməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmiş, apellyasiya şikayətini vermiş məhkum edilmiş şəxs isə əməlin hüquqi tövsifini mübahisələndirmədən, barəsində ##.##.2025-ci il tarixli Amnistiya Aktının tətbiq edilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 152.1-ci maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsi və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Protest müəllifinin iddiası birinci instansiya məhkəməsi tərəfindən cəza müddətinin hesablanması zamanı cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə bağlı olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,669 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən # ####### 2025-ci il tarixdə, saat 17:59-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan balaca cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə ləğv edilərək, o, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 6 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini # ####### 2025-ci il tarixdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə, yəni cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir ki, bu hal onun barəsində CM-in 67.1 və 76.6.3-cü maddələrinin tələbinə uyğun cəza təyini üçün əsas yaratmışdır. Lakin, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edərək, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini hazırkı iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirməklə ona hökmlərin məcmusu qaydasında qəti cəza təyin etməli olduğu halda, qeyd olunanlara riayət etməyərək cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, məhkum edilmiş şəxs barəsində ##.##.2025-ci il tarixli Amnistiya Aktının tətbiq edilməsini xahiş etsə də, qeyd edilən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 15-ci bəndinə əsasən həmin amnistiya aktının tətbiq edilməsi məhdudlaşdırılan şəxslər dairəsinə aiddir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 15-ci bəndinə əsasən, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə ləğv edilərək, CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxs olduğundan onun barəsində qeyd edilən Amnistiya Aktının tətbiq edilməsi istisna edilir. Odur ki, verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli hökmü ilə çəkilməmiş 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, apellyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin, hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini məhkəmə kollegiyası rəhbər tutaraq, QƏRARA ALDI: Baş prokurorun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə təyin edilmiş təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli hökmü ilə çəkilməmiş 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “Alfa” vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Alfa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar