Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1114/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlunun, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ## #### 1991-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Merdiyeva İlhamə Əziz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Orxan Əlizadə) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun ## ###### 2026-ci il tarixdən ## ###### 2026-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin hökm elan edildiyi vaxtdan, yəni, ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbs qətimkan tədbirinin icrasının Bakı şəhəri Xətai rayon Polis İdarəsinə və Azərbycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanser qeydiyyatında olmasının nəzərə alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,313 qram narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə, saat 14:48-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 14 ünvanında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,313 qram olan maddə kustar üsulla hazırlanmış nakotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2200 manat miqdarda cərimə cəzası tamamilə birləşdirilməklə ona qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə və 2200 manat miqdarda cərimə cəzası təyin edilmiş, azadlıqdan məhrum etmə cəzasının sonu ilə ##.##.2023-cü il tarixdə, ##.##.2025-ci il tarixli qərarla isə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ######## 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı, digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini əvvəlki hökmlə yaranmış məhkumluğun ödənilmədiyi dövrdə törətdiyindən onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almamış, ona cəza təyin edərkən CM-in 65.2-ci maddəsinin tələblərinə əməl etməmiş, eyni zamanda təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etməyərək, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Merdiyeva İlhamə Əziz qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin dərhal ləğv edilməsi və məhkəmə iclas zalından azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Merdiyeva İlhamə Əziz qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm qanunsuz, əsassız və cinayət-prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Məhkəmə CPM-in sübutların qiymətləndirilməsinə dair tələblərinə əməl etməmiş, sübutları birtərəfli qiymətləndirmiş, təqsirləndirilən şəxsin xeyrinə olan halları araşdırmamış və mövcud ziddiyyətləri aradan qaldırmadan ittiham hökmü çıxarmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ardıcıl şəkildə bildirmişdir ki, saxlanıldığı zaman üzərində narkotik vasitə olmamış, narkotik vasitənin cibindən necə çıxdığını görməmiş və həmin narkotik vasitə ona məxsus olmamışdır. Bu ifadələr yalnız "özünü müdafiə xarakterli" hesab edilərək rədd edilmiş, lakin məhkəmə həmin ifadələrin niyə həqiqətə uyğun olmadığını konkret sübutlarla əsaslandırmamışdır. Cinayət prosesində təqsirsizlik prezumpsiyası qüvvədə olduğundan bütün aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli idi. Məhkəmə hökmünün əsasını təşkil edən polis əməkdaşlarının ifadələri bir-birini təsdiq etmir. Şahidlərdən biri narkotik vasitənin şalvarın cibindən çıxarıldığını bildirmiş, digəri hansı cibdən çıxarıldığını xatırlamamış, digər ifadələrdə isə gödəkçənin cibindən təqdim olunduğu göstərilmişdir. Həmçinin şahidlər: saxlanmanın dəqiq yerini; saxlanma anında neçə əməkdaşın iştirak etdiyini; videogörüntünün harada aparıldığını; narkotik vasitənin hansı cibdən aşkar edilməsini dəqiq və eyni qaydada izah edə bilməmişlər. Belə mühüm ziddiyyətlər aradan qaldırılmadan onların ifadələrinin etibarlı sübut kimi qəbul edilməsi CPM-in sübutların qiymətləndirilməsi qaydalarına ziddir. Məhkəmə əsasən ibtidai istintaq zamanı verilmiş etirafedici ifadəyə istinad etmişdir. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etməmiş və özünü təqsirli bilmədiyini bildirmişdir. Cinayət-prosessual qanunvericiliyinə əsasən ittiham yalnız etiraf ifadəsinə əsaslana bilməz. Etiraf digər mötəbər və müstəqil sübutlarla təsdiq edilməlidir. Hazırkı işdə isə belə müstəqil və ziddiyyətsiz sübutlar mövcud deyildir. İş materiallarında yalnız "əməliyyat məlumatı daxil olmuşdur" ifadəsi göstərilmişdir. Lakin həmin məlumatın mənbəyi; etibarlılığı; yoxlanılma üsulu; əməliyyat tədbirinin keçirilməsinin zəruriliyi məhkəmə tərəfindən araşdırılmamışdır. Bu hal sübutların mümkünlüyü məsələsini şübhə altına alır. İş üzrə videogörüntü mövcud olsa da, məhkəmə həmin görüntülərin hansı hissələrinin ittihamı təsdiq etdiyini hökmdə göstərməmişdir.Videoyazının təhlili aparılmamış, müdafiə tərəfinin irəli sürdüyü arqumentlər cavabsız qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə və CPM-in müvafiq normalarına əsasən şəxsin təqsiri şübhəsiz sübut edilməlidir. Hazırkı iş üzrə isə: polis əməkdaşlarının ifadələri arasında ciddi ziddiyyətlər mövcuddur; maddi sübutun əldə edilmə mexanizmi tam aydınlaşdırılmamışdır; əməliyyat məlumatının qanuniliyi yoxlanılmamışdır; məhkəmə müdafiə tərəfinin arqumentlərinə əsaslandırılmış cavab verməmişdir. Belə olan halda bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməli idi. Məhkəmə isə əksinə olaraq ittiham mövqeyini qəbul etmişdir. Bu isə CPM-in 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasınm pozulmasıdır. İş üzrə toplanmış sübutlar məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək, ittihamın sübuta yetirilməsi baxımından aradan qaldırılması mümkün olmayan şübhələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyasını təsbit edən müddəalarına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə təfsir və şərh edilməli olduğunu nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə onun cinayət əməlini törətməkdə təqsirli olması qanunla müəyyən edilmiş qaydada və şübhədən kənar sübuta yetirilməmişdir. Bütün qeyd edilən hallara əsaslanaraq hesab edir ki, iş materiallarında olan sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlu verilmiş apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməklə təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, dövlət ittihamçısı Abdulla Abdullayev apellyasiya protestinin təmin edilməsini, Bakı şəhəri Xətai rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün, şahidlər İslamov Fərid Mayıl оğlu, şahid2 оğlu və Namazov İlkin Vəzir oğlunun dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri həm ayrı-ayrılıqda, həm də şahidlərin ifadələri, həmçinin cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edilərkən nəticə etibarı ilə cəm şəkildə bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırıb, təqsirləndirilən şəxsin ifadələrinin özünü müdafiə xarakteri daşımasına dəlalət edir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs verdiyi ifadəsini düzgün olaraq əsas götürməmiş, belə ki, təqsirləndirilən şəxsin ifadəsi səmimi olmamış, bu səbəbdən məhkəmə kollegiyası onun ifadəsini özünümüdafiə xarakteri daşıyan, məsuliyyətini yüngülləşdirmək üçün planlaşdırılmış formada verilmiş və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir. Birinci instansiya məhkəməsi toplanmış sübutlar əsasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətlərinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində istinad etdikləri dəlillər birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılıb hökmdə əsaslandırıldığından məhkəmə kollegiyası eyni halların yenidən sadalanmasına zərurət görməyərək belə qənaətə gəlir ki işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif etməkdə tam haqlı olmuşdur Apellyasiya protestinə münasibətdə məhkəmə kollegiyası aşağıda qeyd edilən qaydada şərh verməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi ## ###### 2026-cı il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## ##### 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat cərimə cəzası, Bakı şəhəri Xətai rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2200 manat cərimə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2200 manat cərimə cəzası saxlanılmış, ##.##.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, həmçinin, amnistiya qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad olunumuşdur.(i.v. 103-105) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ######## 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı, digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini əvvəlki hökmlə yaranmış məhkumluğun ödənilmədiyi dövrdə törətdiyindən onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almamış, ona cəza təyin edərkən CM-in 65.2-ci maddəsinin tələblərinə əməl etməmiş, eyni zamanda təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etməyərək, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. CPM-nin 403.0.1-ci maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməli, Samir Tağıyevin əməlində cinayətin residivinin olması ağırlaşdırıcı hal kimi nəzərə alınmalı, ona cəza təyin edərkən CM-in 65.2-ci maddəsinin tələblərinə əməl edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs həmin hökmə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 03 (ay) ay azadlıqdan məhrum etmə cəzası ağırlaşdırılaraq 01 (bir) il 6 (altı) ay həddində müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2026-ci il tarixdən ## ###### 2026-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlu tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-1114/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1114/2026
03.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver