Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1117/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçilər – müdafiəçi1 və müdafiəçi2 iştirakları ilə, ##.##.1981-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 4 Alatava küçəsi, D.Bünyadzadə küçəsində fərdi həyət evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 4,802 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 16,80 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi və Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyataxtarış tədbirləri nəticəsində ## ######## 2025-ci il tarixdə saat 17:04-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 4,802 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin və 01 bükülüdə təmiz çəkisi 16,80 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmünə əsasən (sədrlik edən F.A.Məmmədov, hakimlər M.N.Kərimova və L.Əsgərova-Məmmədova) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətləri verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, hökmün ləğv edilərək, məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, əvvəllər narkotik istifadəçisi olmuşdur. Evdə oturan zaman onun mobil telefonuna şəkil gəlmiş, həmin şəkildə narkotik vasitənin yeri olmuşdur. O, nə yaxşı pulsuz narkotik şəkli göndərildiyini düşünmüşdür. Sonradan şəkli göndərən iranlı şəxs ona yazmış və şəkli səhvən göndərdiyini, pulu olsa, göndərməyini, pulu olmasa da, “canın sağ olsun” demişdir. O, “Təzə bazar” tərəfə getmişdir. Orada zibillik olmuşdur. Daha sonra şəkildə olan daşı tapmış və daşın altından narkotik vasitəni götürmüşdür. Bu vaxt polis əməkdaşları onu saxlamışlar. O narkotik vasitəni əlindən atmış, lakin polislər ona narkotiki götürməyini demişlər. O, narkotikin ona aid olmadığını demişdir. Daha sonra onu idarəyə aparmışlar. Orada videoçəkiliş aparacaqlarını və narkotikin ona aid olduğunu deməyini, yoxsa nə olacağını bildiyini demişlər. O da döyülməmək üçün məcbur qalaraq video çəkiliş zamanı etiraf etmişdir. Ona sənədlərə imza çəkməyini demişlər, o isə imza çəkməyi bacarmadığını demişdir. Onun pulu yoxdur, xəstədir. Sadəcə tamahına görə narkotiki götürməyə getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik istifadə etmişdir. Bu dəfə şəkil atan iranlını tanımamışdır. İranlının göndərdiyi konuma getmiş, narkotiki götürmüş, lakin sonra atmışdır. Bu vaxt onu saxlamışlar. Saxlanılan zaman metamfetamin və marixuana onun üzərində olmuşdur. İbtidai istintaq zamanı xəsarət almamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, əsəb xəstəsi olduğu üçün psixotrop maddə olan şüşə, yəni ki, metamfetamin və narkotik vasitə olan nəşə, yəni ki, qurudulmuş marixuanadan istifadə edir, əvvəllər də məhkumluğu olmuşdur. Metamfetamini və marixuananı tanımadığı şəxslərdən alır. ## ######## 2025-ci il tarixdə sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə danışaraq 100 manat müqabilində şəxsi tələbatı üçün şüşə və nəşə istəmişdir. Həmin İran İslam Respublikasının vətəndaşı 100 manat müqabilində nəşə və şüşəni Kubinka adlı əraziyə qoyacağını bildirərək oradan götürə biləcəyini söyləmişdir. Eləcə də, göndərdiyi maddələrin müqabilində göndərdiyi bank kartına 100 manat pulu göndərməyini istəmişdir. O da 100 manat pulu iranlının bank kartına göndərmişdir. Bundan sonra həmin İran İslam Respublikasının vətəndaşı ona Kubinka adlı ərazidə konum göndərmiş və oraya həmin maddələri yerləşdirdiyini bildirmişdir. Eləcə də, həmin maddələri götürdükdən sonra aralarında olan yazışmaları silməyi tələb etmişdir. Bundan sonra həmin gün saat təxminən 16 radələrində İran İslam Respublikası vətəndaşının ona göndərdiyi ünvana getmiş və oradan qeyd olunan maddələri götürmüşdür. Maddələri götürdükdən sonra baxdıqda bir büküm şüşə və bir büküm nəşə olduğunu müəyyən etmişdir. Maddələri götürdükdən sonra mobil telefonunda İran İslam Respublikasının vətəndaşı ilə aralarında olan yazışmaları silmişdir. Həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra saat 17:04-də Nəsimi rayonu, Rəsul Rza küçəsi 111B ünvanının qarşısında olan zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşmışdırlar. Özlərinin polis olduqlarını təqdim etdikdən sonra polislərdən biri əlində mobil telefonla çəkiliş aparmağa başlamış, digər polis əməkdaşı isə üzərində narkotik vasitə saxlamağı ilə bağlı məlumat olduğunu bildirərək ondan özünü təqdim etməsini istəmiş və o da özü haqqında anket məlumatlarını söyləmişdir. Daha sonra isə üzərində qanunsuz əşya olub-olmamasını soruşmuşdur və olduğu təqdirdə təqdim etməyini xahiş etmişdir, o da 100 manata aldığı 01 ədəd bükümdə nəşə və 01 ədəd bükümdə şüşəni 01 ədəd qara rəngli sellofana bükülmüş vəziyyətdə əynində olan şalvarının cibindən çıxardaraq təqdim etmişdir. Həmin polis əməkdaşı təqdim etdiyi əşyanın nə olduğunu soruşduqda nəşə və şüşə olduğunu, haradan və necə əldə etdiyini soruşduqda adını bilmədiyi və 1 ildir tanıdığı iranlının qoyduğu yerdən götürərək əldə etdiyini, əvvəllər də həmin şəxsdən narkotik vasitə aldığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı üzərindən aşkar edilmiş maddələri açaraq nümayiş etdirmişdir, həmin bükümlərin içərisində nəşə və şüşə olmasını göstərmişdir. Daha sonra isə həmin bükümləri ağ rəngli zərfə qablaşdırmışdır, zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Həmçinin, ona məxsus olan Tecno markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi bildirilərək götürülmüşdür. Daha sonra polis əməkdaşı onun üstünü yoxlamışdır, üzərindən bir ədəd siqaret qutusu və 01 ədəd kibrit qutusu aşkar edilmişdir, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır, başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onu Nəsimi RPl-yə dəvət etmişdirlər və o könüllü şəkildə polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə daxil olduqda əvvəlcə videoçəkilişlə tanış olmuşdur, ona protokolu oxuyub imza etməyini bildirdikdə o, oxuya-yaza bilmədiyini söyləmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Qədir İmanov adlı mütəxəssis dəvət edilmişdir. Həmin mütəxəssis protokolu ona ucadan oxumuş və o da protokolun doğru olduğunu bildirərək imza etmişdir. Daha sonra isə onu təhqiqatçının otağına aparmışdırlar. Təhqiqatçının otağında olarkən videoçəkilişlə qablaşdırılaraq götürülmüş maddələrə yenidən baxış keçirilmişdir. Əvvəlcə zərf açılmış və içində olan bükümlər iştirakçılara göstərilmişdir. Daha sonra isə ekspertizaya göndərilməsindən ötrü ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərini iştirakçılar və o imzalamışdırlar. Həmin vaxt təhqiqatçı ondan həmin bükümlərin nə olmasını soruşmuş, o isə cavabında metamfetamin və nəşə olduğunu bildirmişdir, haradan əldə etdiyini soruşduqda iranlıdan aldığını, iranlının Kubinka adlı əraziyə qoyduqdan sonra gedib götürdüyünü bildirmişdir. Daha sonra isə videoçəkiliş dayandırılmışdır, videoçəkilişə baxdıqdan sonra isə protokol tərtib edilmişdir, protokol mütəxəssis tərəfindən ona oxunmuşdur və doğru olduğunu bildirmişdir, protokola müətəxəssis, eləcə də, İştirakçılarla o imza etmişdirlər. Bundan sonra isə ona dövlət hesabına müdafiəçi təyin edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya RPİ-də olarkən ona qarşı qanunsuz hərəkət edilməmişdir, o, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək üçün üzərində saxlamışdır, saxlanılarkən üzərindən aşkar edilmiş maddələr ilə Nəsimi Rayon Polis İdarəsində zərf açılaraq baxış keçirilmiş maddələr eynidir, psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə etdiyi şəxslə aralarında psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılaşma olmamışdır, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə metamfetamindən istifadə edə bilməmişdir, əvvəllər də psixotrop maddə və narkotik vasitəni tanımadığı şəxslərdən almışdır, psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əvvəllər, eləcə də, üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitə qurudulmuş marixuananı ona satan şəxsin əlaqə nömrəsi və ya digər əlaqə vasitələri, eləcə də, bank məlumatları barədə hər hansı məlumatı yoxdur, əvvəllər, eləcə də, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni ona satan şəxsin zahiri əlamətlərini xatırlamır, İran İslam Respublikasınını vətəndaşını 1 ildir ki, tanıyır və əvvəllərdə həmin şəxs ona şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə göndərmişdir, həmin şəxsin narkotik vasitələri və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə gətirməsindən məlumatı yoxdur, ailə üzvlərinin narkotik vasitə və ya psixotrop maddə saxlamağı barədə məlumatları olmamışdır, başqa haradasa psixotrop maddə və ya narkotik vasitə saxlamır (cild 1, iş vərəqi 101- 104). İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs izahat verərək, özünü təqsirli bilməyərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ CAŞ-ın baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri üzərində daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında ##.##.2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ***B saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman yerində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən metamfetamin və marixuanaya bənzər maddələr aşkar edilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ilkin ifadəsində narkotik vasitələri təxminən 01 ildir tanıdığı iranlının qoyduğu yerdən şəxsi istifadəsi üçün götürərək əldə etdiyini, əvvəllər də həmin şəxsdən narkotik vasitə aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Nəsimi RPİ-yə dəvət etmişlər. Təhqiqatçının otağında olarkən videoçəkilişlə qablaşdırılaraq götürülmüş maddələrə yenidən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Ekspertizanın qərarı əldə edildikdən sonra isə şəxs Nəsimi RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Şahid bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs videoçəkilişdə də narkotik vasitələri iranlı şəxslə telefonda danışıb onun qoyduğu yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman narkotik vasitə artıq üstündə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində olan narkotik vasitələri və mobil telefonu təqdim etmişdir. Şahid Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Onun əsas vəzifələrindən biri narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs etimad doğuran, məlum, qərəzsiz mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü ƏAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə idarə rəhbərliyi tərəfindən razılıq verilmişdir. Eyni zamanda həmin tarixdə məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır və əməliyyat qrupuna rəhbər o təyin olunmuşdur, qrupun üzvləri isə Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin kiçik inspektoru R X3 və Cinayət Axtarış şöbəsinin kiçik inspektoru R X4 təyin olunmuşdur. Təqsirləndirilən şəxs digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri-mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ***B saylı ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə ##.##.2025-ci il tarixdə saat 16:30-da Elnur Cəfərli və Elgün Allahverdiyev ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ***B saylı ünvanın qarşısında olmuşdurlar. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra ##.##.2025-ci il tarixdə saat 17:04-də əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs xarici görünüşü ilə oxşar olan şəxs görmüşdürlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşduqdan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları da həmin şəxsə özlərini təqdim etmişdirlər. Daha sonra Elgün Allahverdiyev mobil telefon ilə videoçəkilişə başlamışdır. O isə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə daşıması ilə bağlı məlumat olduğunu bildirərək bir daha özünü təqdim etməyini xahiş etmiş və Təqsirləndirilən şəxs da özü haqqında anket məlumatlarını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş və olduğu təqdirdə təqdim etməyi xahiş edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarının cibindəki 01 ədəd qara rəngli bükümü və 01 ədəd Tecno markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün nə olması soruşulduqda nəşə və şüşə deyə cavab vermiş, haradan və necə əldə etməsi soruşulduqda adını bilmədiyi və 1 ildir tanıdığı iranlının qoyduğu yerdən götürərək əldə etdiyini, əvvəllər də həmin şəxsdən narkotik vasitə aldığını bildirmişdir. Daha sonra həmin 01 ədəd qara rəngli sellofan bükümü açmış və içərisində 02 ədəd büküm olması, həmin bükümlərdən birində marixuanaya bənzər və digərində isə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır, 01 ədəd siqaret qutusu və 01 ədəd kibrit qutusu aşkar edilmişdir, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs Nəsimi RPİ-yə dəvət etmişdirlər, Təqsirləndirilən şəxs də könüllü şəkildə birlikdə Pİ-yə gəlmişdir. Polis idarəsinə daxil olduqda Təqsirləndirilən şəxs NH-də idarəyə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata alınmış və bu barədə idarə rəhbərliyinə raportla məruzə edilmişdir. Daha sonra isə videoçəkilişə Təqsirləndirilən şəxs iştirakı ilə baxılmış və onun tərəfindən protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs azərbaycan dilində oxuya-yaza bilmədiyini qeyd etdiyi üçün mütəxəssis Qədir İmanov dəvət edilmiş və protokol Qədir İmanov tərəfindən Təqsirləndirilən şəxs oxunmuş, sonra isə protokol imzalarla təsdiqlənmişdir. Araşdırmanın davam etdirilməsi RPl-nin TŞ-nin təhqiqatçısı Taryel Qaffarova həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçı Taryel Qaffarovun otağına aparmışdırlar. Təhqiqatçının otağında olarkən videoçəkilişlə qablaşdırılaraq götürülmüş maddələrə yenidən baxış keçirilmişdir. Əvvəlcə zərf açılmış və içində olan maddələr iştirakçılara göstərilmişdir. Daha sonra isə ekspertizaya göndərilməsindən ötrü həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərini Təqsirləndirilən şəxs və iştirakçılar imzalamışdır. Daha sonra isə videoçəkiliş dayandırılmış, videoçəkilişə baxdıqdan sonra isə protokol tərtib edilmişdir, həmin protokol da mütəxəssis Qədir Imanov tərəfindən Təqsirləndirilən şəxs ucadan oxunmuş, protokola Təqsirləndirilən şəxs və iştirakçılar imza etmişdir. Həmçinin, o, verilən suallara cavab olaraq bildirmişdir ki, o və Nəsimi RPİ-nin Nəsimi RPln- in Narkotiklərlə Mübarizə bölməsinin kiçik inspektoru R X3 və Cinayət Axtarış şöbəsinin kiçik inspektoru R X4 Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 17:04də Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ***B saylı ünvanın qarşısında saxlayaraq, özlərini təqdim edib, üzərinə videoçəkilişdən istifadə etməklə yoxlama aparmışdırlar və həmin vaxt şalvarının cibindəki 01 ədəd metamfetamin və 01 ədəd marixuana aşkar edilərək götürülmüşdür, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddə və narkotik vasitəni İran İslam Respublikasının vətəndaşına 100 manat pul göndərdikdən sonra həmin iranlının Kubinka adlı ərazidə narkotik vasitə və psixotrop maddəni qoyduqdan sonra gedib götürdüyünü qeyd etsə də, hələlik bu istiqamətdə müsbət nəticə əldə etmək mümkün olmamışdır, həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır, bu sahədə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 1, iş vərəqi 136-139). Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, iş vərəqi 1). ##.##.2025-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən “Mahir” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması, daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan və həmin tarixli, *-**-**/Ə***/**** saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır (cild 1, iş vərəqi 5-8). Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan görünür ki, ## ######## 2025-ci il tarixdə saat 17:04-də ünvan 1 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs üstü polis əməkdaşları tərəfindən yoxlanılır. Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə olması, orada polis əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra sonuncuya hüquq və vəzifələri izah olunur, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunur, bu təklifdən sonra Təqsirləndirilən şəxs cibindəki 01 ədəd qara rəngli sellofan bükümü və 01 ədəd Tecno markalı mobil telefonu təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün nə olması soruşulduqda nəşə və şüşə deyə cavab verir, haradan və necə əldə etməsi soruşulduqda adını bilmədiyi və 1 ildir tanıdığı iranlının qoyduğu yerdən götürərək əldə etdiyini, əvvəllər də həmin şəxsdən narkotik vasitə aldığını bildirir. Daha sonra həmin 01 ədəd qara rəngli sellofan büküm açılır və içərisindən 02 ədəd büküm olması, həmin bükümlərdən birində marixuanaya bənzər və digərində isə metamfetaminə bənzər maddələr olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ağ rəngli zərfə qoyularaq polis əməkdaşı tərəfindən qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, 01 ədəd siqaret qutusu və 01 ədəd kibrit qutusu aşkar edilir, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılır, başqa qanunsuz əşya və ya predmet aşkar olunmur (cild 1, iş vərəqi 9-11). Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ##.##.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq üstü yoxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə gətirilməklə üzərindən aşkar olunmuş maddələrə ## ######## 2025-ci il tarixdə saat 18:00-da baxış keçirilir, Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı əməliyyat tədbiri barədə məlumat verir, daha sonra isə saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb edir və Təqsirləndirilən şəxs də özü haqqında anket məlumatlarını bildirir. Daha sonra isə təhqiqatçı iştirakçılardan özlərini təqdim etməsini tələb edir və iştirakçılar özləri haqqında məlumat verirlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsinə gətirilərkən polis əməkdaşları tərəfindən zor tətbiq olunub-olunmaması soruşulur, Təqsirləndirilən şəxs isə hər hansı zor tətbiq olunmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və qablaşdırılmış maddələr açılaraq içərisinə baxılır. Təqsirləndirilən şəxs məxsus zərf açıldı və içində olan maddələr iştirakçılara göstərildi. Daha sonra təhqiqatçı həmin maddələrin nə olduğunu Təqsirləndirilən şəxs soruşur və Təqsirləndirilən şəxs cavabında metamfetamin və marixuana olduğunu bildirir, haradan və necə əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs cavabında iranlıdan kartına 100 manat pul göndərməklə əldə etdiyini, yəni pulu göndərdikdən sonra Kubinka adlı ərazidən götürdüyünü bildirir. Daha sonra isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükümlər ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılır. Eləcə də, Təqsirləndirilən şəxs məxsus mobil telefon da götürülür (cild 1, iş vərəqi 16-19). “Şübhəli şəxsin tutulması haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə, saat 19:15-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni ## ######## 2025-ci il tarixdə saat 17:04-dən tutulmuş hesab edilmişdir (cild 1, iş vərəqi 38). Məhkəmə - bioloji ekpertizasının ## ######## 2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Saxlanılan şəxs .... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd ağ rəngli polietilen bükülüdə təmiz çəkisi 16,80 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. QEYD: marixuananın təmiz çəkisi – 16,80 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 16,75 qram (cild 1, iş vərəqi 60-63). Məhkəmə - kimyəvi ekspertizasının ## ######## 2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,802 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. QEYD: metamfetaminin təmiz çəkisi – 4,802 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 4,702 qram (cild 1, iş vərəqi 65-68). Əməlin tövsif edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1- 1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 78-79). Diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə ## ######## 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman və Nəsimi RPİnin TŞ-də təqdim olunmuş əşyaya baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan 02 ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı meəyyən edilmişdir ki, ## ######## 2025-ci il tarixdə saat 17:04-də ünvan 1 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs üstü polis əməkdaşları tərəfindən yoxlanılır. Belə ki, videogörüntü açılan kimi Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə olması, orada polis əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra sonuncuya hüquq və vəzifələri izah olunur, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunur, bu təklifdən sonra Təqsirləndirilən şəxs cibindəki 01 ədəd qara rəngli sellofan bükümü və 01 ədəd Tecno markalı mobil telefonu təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün nə olması soruşulduqda nəşə və şüşə deyə cavab verir, haradan və necə əldə etməsi soruşulduqda adını bilmədiyi və 1 ildir tanıdığı iranlının qoyduğu yerdən götürərək əldə etdiyini, əvvəllər də həmin şəxsdən narkotik vasitə aldığını bildirir. Daha sonra həmin 01 ədəd qara rəngli sellofan büküm açılır və içərisindən 02 ədəd büküm olması, həmin bükümlərdən birində marixuanaya bənzər və digərində isə metamfetaminə bənzər maddələr olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ağ rəngli zərfə qoyularaq polis əməkdaşı tərəfindən qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, 01 ədəd siqaret qutusu və 01 ədəd kibrit qutusu aşkar edilir, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılır, başqa qanunsuz əşya və ya predmet aşkar olunmur. Daha sonra videoçəkiliş dayandırılır. Bundan başqa, diskdə Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq üstü yoxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə gətirilməklə üzərindən aşkar olunmuş maddələrə ## ######## 2025-ci il tarixdə saat 18:00-da baxış keçirilməsi prosesi əks olunmuşdur. Videogörüntüdə Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı əməliyyat tədbiri barədə məlumat verir, daha sonra isə saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb edir və Təqsirləndirilən şəxs də özü haqqında anket məlumatlarını bildirir. Daha sonra isə təhqiqatçı iştirakçılardan özlərini təqdim etməsini tələb edir və iştirakçılar özləri haqqında məlumat verirlər.Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsinə gətirilərkən polis əməkdaşları tərəfindən zor tətbiq olunub-olunmaması soruşulur, Təqsirləndirilən şəxs isə hər hansı zor tətbiq olunmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və qablaşdırılmış maddələr açılaraq içərisinə baxılır. Təqsirləndirilən şəxs məxsus zərf açıldı və içində olan maddələr iştirakçılara göstərildi. Daha sonra təhqiqatçı həmin maddələrin nə olduğunu Təqsirləndirilən şəxs soruşur və Təqsirləndirilən şəxs cavabında metamfetamin və marixuana olduğunu bildirir, haradan və necə əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs cavabında iranlıdan kartına 100 manat pul göndərməklə əldə etdiyini, yəni pulu göndərdikdən sonra Kubinka adlı ərazidən götürdüyünü bildirir. Daha sonra isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükümlər ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılır. Eləcə də, Təqsirləndirilən şəxs məxsus mobil telefon da götürülür. Daha sonra isə videoçəkiliş dayandırılır (cild 1, iş vərəqi 81-82). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 89-90). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, iş vərəqi 108-109). Qətimkan tədbirinin seçilməsinə dair ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 110-114). ****** saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ömürlük 3-cü qrup əlildir (cild 1, iş vərəqi 116). Narkotik vasitənin və psixotrop maddənin maddi sübut kimi tanınması, saxlanca verilməsi haqqında ## ######## 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfin içərisindəki təmiz çəkisi 4,802 qram olan bir bükümdə psixotrop maddə metamfetamin və təmiz çəkisi 16,80 qram olan bir bükümdə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, qalıq hissələr 4,702 qram psixotrop maddə olan metamfetamin və 16,75 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Nəsimi RPl-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 124-125). Azərbaycan Respublikası DİN- nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin, ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş olduğundan Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir (cild 1, iş vərəqi 129-130). Məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 146-147). Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASILILIQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli ** saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs III dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 149-150). Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınması səbəbindən, onun tutulması üçün haqqında axtarış elan edilmişdir (cild 1, iş vərəqi 154-155). Cinayət işi üzrə icraatın dayandırılması haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır (cild 1, iş vərəqi 156-157). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının ##.##.2025ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllıq yüngül ifadə olunduğundan onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs primitivlik, məsuliyyətsizlik, hövsələsizlik, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxs ekstremal psixi vəziyyətdə olmamışdır. (cild 1, iş vərəqə 159-162) Cinayət işi üzrə ictaatın təzələnməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild 1, iş vərəqi 163-164). Axtarışda olan şəxsin könüllü istintaqa gəlməsi haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmişdir (cild 1, iş vərəqə 166). Sübutların qiymətləndirilməsi haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri iş üzrə nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 32.5, 206.2ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işi başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 16,80 qram olan narkotik vasitə qurudulmuş marixuananın və təmiz çəkisi 4,802 qram olan psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması, qurudulmuş marixuananın 16,75 qram qalıq hissəsinin və metamfetaminin 4,702 qram qalıq hissəsinin saxlanılması üçün Nəsimi RPİ-nin NHyə təhvil verilməsi iş üzrə nəzərə alınmış, saxlanılan zaman Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etməsinə görə ona CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməməsi iş üzrə nəzərə alınmış, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin müəyyən edilməsi məqsədilə cinayət işi materiallarından material ayrılaraq müvafiq araşdırmanın aparılması məqsədi ilə Nəsimi Rayon Polis İdarəsinin 21-ci PŞ-yə göndərilmişdir (cild 1, iş vərəqə 170-182). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## #### 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## #### 2016- cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, psixotrop maddə-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik vasitələr olan bitkilər (onların hissələridir). Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində təqsirləndirilən şəxsin evdə oturan zaman mobil telefonuna səhvən şəkil gəldiyini və həmin şəkildə narkotik vasitənin yerinin göstərilməsini, təqsirləndirilən şəxsin də pulsuz olduğuna görə gedib həmin yerdən narkotik vasitəni tamahına görə götürdüyünü qeyd etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə istinad edilməsini zəruri sayır. Həmin maddəyə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Göründüyü kimi, müdafiə tərəfinin apellyasiya şikayətində qeyd etdiyi xüsusat doğru qəbul edilmiş olsa belə, təqsirləndirilən şəxsin narkotik vasitəyə bu və ya digər bir şəxslə cinayət əlaqəsinə girmədən, qarşılığında pul və sair nemət ödəmədən sahib olması onun narkotik vasitəni əldə etməsini (ona yiyələnməyə yönəlmiş başqa hərəkətlər etmə) istisna etmir. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” ## ######## 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Qeyd olunan Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 234.1-ci maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən (əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) hər hansı birini törətməsi həmin əməli başa çatmış cinayət kimi tövsif etməyə əsas verir. Odur ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni hər hansı əvəz ödəmədən, başqaları ilə cinayət əlaqəsinə girmədən əldə etməsi özlüyündə 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədildiyini deməyə imkan verir. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin digər bir dəlili təqsirləndirilən şəxsin cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs yüngül formada əqli gerilik aşkar edilsə də, bu onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Belə ki, əməli törədən zaman onun anlaqsız olması iş materialları və keçirilmiş kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizası rəyi ilə öz təsdiqini tapmamışdır. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının ##.##.2025ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllıq yüngül ifadə olunduğundan onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs primitivlik, məsuliyyətsizlik, hövsələsizlik, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxs ekstremal psixi vəziyyətdə olmamışdır (cild 1, iş vərəqi 159-162). Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində şəxsin cinayət törədərkən anlaqsız vəziyyətdə olmasına istinad etsə də, qeyd edilən hal rəyi ilə öz təsdiqini tapmamış və müdafiə tərəfi ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı halın mövcudluğuna dair sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədəyindən birinci instansiya məhkəməsi sübut qismində həmin rəyə əsaslanmaqda haqlı olmuşdur. Bundan başqa, kollegiya həmçinin qeyd edir ki, müdafiəçi apellyasiya şikayətində məhkum edilən şəxsin həm narkotik vasitəni əldə etməsində təqsirinin olmadığına, həm də cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olmasına istinad etməklə ziddiyyətli mövqe nümayiş etmişdir. Məhkəmə qeyd edir ki, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasının və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılmasının audio-video ilə aparılması, həmin prosesdə (ibtidai istintaq zamanı) təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Beləliklə, məhkəmə, yuxarıda göstərilən cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlinin törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin narkotik vasitələrə aidiyyətinin olub-olmaması, eləcə də saxlanılması zamanı, eləcə də saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətində irəli sürdüyü dəlillər cinayət işinin materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilməklə sübut kimi qəbul edilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyi, maddi sübutlar və digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Kollegiya belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılması qanuni və əsaslı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə və apellyasiya şikayətində özünü təqsirli bilməməsi həqiqəti əks etdirməyərək özünü müdafiə xarakteri daşımaqla, istintaq hərəkəti protokolları, iş üzrə şahidlərin ifadələri, ekspert rəyi, özünün ibtidai istintaq zamanı ifadəsi, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Qeyd edilənlərə əsasən, kollegiya, təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətlərində qeyd etdiklərini əsassız hesab etməklə, təqsirli bilindiyi cinayət əməlinin törədilməsini inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə apellyasiya şikayətinin dəlillərini özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıdığı qənaətinə gəlir. Kollegiya belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətlərində göstərdikləri xüsusatlar öz təsdiqi tapmamış, hətta digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Bu səbəbdən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməkdə haqlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən təyin edilən cəzaya münasibətdə isə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 3-cü qrup əlil olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, barəsində cəzasını ağırlaşdıran halların olmamasını qeyd etmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətində azadlıqdan məhrum etmə növündə cəza təyin etməsi cəzanın məqsədlərinə nail olma baxımından məqsədəmüvafiq olmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərini CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və CPM-in 44.1ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılması cinayət qanununun tələblərinə uyğun olmuşdur. Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ##.##.2003-cü il tarixli * saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Sadalanan xüsusatlara əsasən, məhkəmənin gəldiyi qənaətə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və əsaslı olmuşdur Odur ki, birinci instansiya məhkəməsinin hökmü işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayətinin dəlilləri özünümüdafiə xarakteri daşıdığından apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 24 (iyirmi dörd) saat üçün cəmi 264 (iki yüz altmış dörd) manat dövlət büdcəsindən tutularaq, “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(3-6)-1117/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1117/2026
15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver