Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1123/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Nuriyev Elnur Aləm oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğllu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Hüseynov) ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ## #### 1985-cü ildə Türkmənistan Respublikası, Krasnovodsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 56A-da yaşamış, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ## ##### 2024-cü il tarixdən ## ##### 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək tutulduğu 01 (bir) gün və hazırki cinayət işi üzrə ## ### 2025-ci ildən ## ### 2025-ci il tarixədək tutulduğu 02 gün, ümumilikdə 05 (beş) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis Idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə saat 21:43-də ünvan 2 saylı ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əlində olan torbadan 01 bükümdə təmiz çəkisi 130 qram təşkil edən bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona təyin edilmiş cəza ilə razı olmadığını, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində göstərilən əsaslarla Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 6 aydır narkotik vasitə istifadə edir. Sonuncu dəfə sosial şəbəkədə tanış olduğu Iran Islam Respublikası vətəndaşından istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana əldə etmiş və onu istədiyi vaxt istifadə etməsi üçün üzərində saxlamışdır. ## ### 2025-ci il tarixdə saat 21:43-də ünvan 1 saylı ünvanın qarşısında tanışları Namiq və Bayazi ilə birlikdə olarkən 4 nəfər mülki geyimli şəxslər videoçəkilişlə onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirib, onun və yanında olan şəxslərin üzərində yoxlama aparılacağını demişlər. Daha sonra polis əməkdaşları ona əgər üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda o, əlində olan sellofan torbanı təqdim edib içərisində bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin torbaya baxıldıqda içərisindən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra üstü yoxlanılmış, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonra təqdim etdiyi büküm götürülməklə zərfdə qablaşdırılmış və zərfin üzəri onun və polis əməkdaşlarının tərəfindən imzalanmışdır. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu Iran Islam Respublikası vətəndaşından istifadə etmək məqsədilə 200 manata əldə etdiyini bildirmişdir. Sonra yanında olan Namiq və Bayazinin də üstü yoxlanılmış, lakin mobil telefonlarından başqa heçnə aşkar olunmamışdır. Daha sonra videoçəkiliş dayandırılmış və polis əməkdaşlarının dəvəti ilə Nəsimi RPI-yə gəlmişlər. Polis Idarəsində üzərindən narkotik vasitənin aşkar olunması ilə bağlı aparılmış videoçəkiliş barədə protokol tərtib olunmuş və o, həmin protokola imza etmişdir. Daha sonra polis şöbəsində təhqiqatçı tərəfindən onun iştirakı ilə təqdim etdiyi bükümdə olan maddəyə baxış keçirilmiş, daha sonra bununla bağlı protokol tərtib olunmuş və o, həmin protokola imza etmişdir. Sonra təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitə istifadə etmiş, lakin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni əldə etdiyi şəxslə sosial şəbəkədə tanış olmuş, adını, soyadını, ata adını bilmir, yalnız Iran Islam Respublikası vətəndaşı olduğunu bilir. Həmin şəxs ona narkotik vasitəni qoyduğu yerin məkan yerini göndərmiş və o da həmin şəxsin ona göndərdiyi hazırda xatırlamadığı kart hesabına 200 manat pul atmışdır. Narkotik vasitəni əldə etdiyi şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Tanışları Bayazi və Namiqin onun üzərində narkotik vasitə olmasından məlumatları olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. ## ### 2025- ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Rayman» adlı şəxs Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlaması, gəzdirməsi və satışı ilə məşğul olur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə «Rayman» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Nəsimi RPI-nin 22-ci polis şöbəsinin əməliyyat müvəkkilləri şahid5, şahid4 və şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 21 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsinə getmişlər. Saat 21:43-də həmin küçədə ** saylı ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında şəxsiyyətləri sonradan məlum olan şahid2 və şahid1 da olmuşdur. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o cümlədən saxlanıldığı andan müdafiəçinin yardımından istifadə etmək hüququnun olmasını izah etmişlər. Bu proses videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs da üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan ağ rəngli sellofan torbanı təqdim edib, həmin torbada narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torba açıldıqda içərisindən 01 ədəd bükümdə yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol ön cibindən 01 ədəd mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan büküm və 01 ədəd mobil telefon qablaşdırılmaqla götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı istifadə etmək məqsədilə Iran Islam Respublikası vətəndaşından 200 manata əldə etdiyini bildirmişdir. Bundan sonra şahid2 və şahid1 üstü yoxlanılmış, lakin onların üstündən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin şahid2 və şahid1 üstündən aşkar olunmuş mobil telefonlar tərəflərindən götürülmüşdür. Sonra videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs, şahid2 və şahid1 onlarla birlikdə Nəsimi RPI-nin 22-ci polis şöbəsinə gəlmələri təklif olunmuş, onlar da razılaşaraq brlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra videoçəkilişlə bağlı protokol tərtib olunmuş və hər bir iştirakçı həmin protokola imza etdikdən sonra Təqsirləndirilən şəxs barəsində raport tərtib olunmuş və şöbənin təhqiqatçısı tərəfindən sonuncu şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu müddət ərizndə sonuncuya qarşı hər hansı fiziki və psixi təsir edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nəsimi RPI-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri şahid5, şahid4 və şahid3 da şahid şahid6 ilə eyni məzmunlu ifadə vermişlər. Iş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPI-nin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə saat 21:43-də ünvan 3 saylı ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman əlində olan sellofan torbadan 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və əynində olan şalvarının cibindən 01 ədəd «Nokia» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Iş materiallarında olan təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPI-nin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə saat 21:43-də ünvan 2 saylı ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman aşkar olunmuş 01 ədəd bükümdəki kütləyə və 01 ədəd DVD diskinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 21:43-də ünvan 2 saylı ünvanın qarşısında saxlanılması və özünün əlində olan torbadakı 01 ədəd bükümü təqdim etməsi videogörüntüdə öz əksini tapmış, həmçinin bükümdə olan kütlənin yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Iş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, şəxsi axtarış və götürmə zamanı ondan götürülmüş “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ## ### 2025-ci il tarixli, */*** saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Təqdim etdi: Təqsirləndirilən şəxs...» yazılar və imzalar olan kağız paketdə 1(bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamadakı şəffaf sellofan torbada təmiz çəkisi 130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabıs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir. Iş materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən “Nokia” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 Ambulator X8 haqqında ## ### 2025-ci il tarixli, **** saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSIS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin arayışından və Sabunçu rayon məhkəməsinin ##.##.2025-ci il tarixi hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ## ###### 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Insan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edərkən hökmü onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 01 bükümdə ümumi təmiz çəkisi 130,0 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 129,9 qram olan qurudulmuş marixuana məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində narkotik vasitənin miqdarının çox olması səbəb olmuşdur. Ümumiyyətlə, narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarının çox olması deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Yəni, aşkar edilmiş belə əşyaların miqdarının çox olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 130,0 qram narkotik vasitə qurudulmuş marixuana 01 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri əldə etməsi, hazırlanması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşımasını təsdiq edəcək fotoşəkil, sms mətni, səs yazısı və ya digər məlumat müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, aparılmış ibtidai istintaq dövründə keçirilmiş istintaq hərəkətləri ilə sonuncunun barəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıması ittihamı irəli sürülməsinə zəmin yaradacaq hər hansı fakt və sübut aşkar olunmadan yalnız müstəntiqin subyektiv xarakterli mülahizələri əsasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıma kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma (cinayət törədilən zaman qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq) kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı mövqeyini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(3-6)-1123/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1123/2026
05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver