Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1124/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili İsmayılzadə Kürdoğlu Vidadi oğlunun iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında verilmiş şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X4) xüsusi ittiham qaydasında verilmiş həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı həmin məhkəmə qərarından apellyasiya şikayəti verib, onun ləğv edilməsi, şikayətinin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki şikayət üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət törətməsi (məhkəməyə təqdim edilmiş flaş-kart və digər dəlil-sübutlarla) təsdiq olunsa da, məhkəmə sübutları nəzərə almayaraq, onlara hüquqi qiymət verməyərək Azərbaycan Respublikası CPM-nin 11-ci maddəsinə zidd olaraq bərabərlik prinsipini pozaraq qərar qəbul etmişdir. Məhkəmə CPM-nin 293-cü maddəsinə istinad edərək qərar qəbul etmişdir. Halbuki qərarda qeyd olunan iradlar öz təsdiqini tapa bilməz. Belə ki, bütün məlumatlar məhkəməyə təqdim olunmuş, şikayətin verdiyi tarix qeyd olunmuş, əməlin məhz həmin şəxslər tərəfindən törədilməsi tam təsdiq olunmuşdur. Vurulan zərərin nəticəsində əmələ gələn maddi ziyanın məbləği xüsusi ittihamçı tərəfindən ilkin nəticələrdən sonra da verilə bilər. Halbuki məhkəməyə təqdim olunan dəlil-sübutlar hər iki şəxsin günahkar olduğunu birbaşa təsdiq edir. Birinci instansiya məhkəməsi bütün təqdim edilən dəlil və sübutları nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 müdafiəçisi İsmayılzadə Kürdoğlu Vidadi oğlu apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin əməllərində ümumiyyətlə cinayət tərkibinin əlamətləri mövcud deyil. Belə ki, şikayətə əlavə edilmiş video müraciət barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən yayımlanmışdır. Həmçinin sözügüdən müraciətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayətçini təhqir etməsi və ona böhtan atması ümumiyyətlə təsdiqini tapmır. Xüsusilə nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilən cinayət işinin rədd edilməsi haqqında qararda və ##.##.2026-cı il tarixli məhkəmə iclası zamanı xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin özü izahatında Gülər Müsəvidən 25 min manat pul aldığını etiraf etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq hesab etmişdir ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikasının CPM-in 293.3.1-293.3.7-ci maddələri ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından həmin şikayətin məhkəmənin icraatına qəbul edilməməlidir. Apellyasiya məhkəməsi iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 müdafiəçisi İsmayılzadə Kürdoğlu Vidadi oğlu apellyasiya şikayətinə etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 384.1.7-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna malik olan şəxslər məhkəmənin xüsusi ittiham qaydasında verilmiş şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qəbul etdiyi qərarından apellyasiya şikayəti verə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətə mahiyyəti üzrə baxmadığını nəzərə alaraq hesab edir ki, sonuncunun verdiyi apellyasiya şikayəti ilə bağlı qərar ilkin baxış iclasının nəticəsi üzrə qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in: - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətin öz icraatına qəbul etməkdən əsassız olaraq imtina etməsi barədə qərar qəbul etməsi ilə cinayət-prosessual qanunvericiliyin müvafiq tələblərini pozması təşkil edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin dəlilinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in: - 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə həmin şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. - 293.3.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi) göstərilir. - 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışının keçirilməsindən və öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. - 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən müvafiq nəticəyə gələrkən, gəldiyi hüquqi nəticəni şikayətin CPM-in 293-cü maddəsinin tələbinə uyğun olaraq tərtib edilməməsi, şikayətdə istinad olunan cinayət əməlinin həqiqətən törədilməsini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, əməlin isə məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 tərəfindən törədildiyini təsdiq edən sübutların məhkəməyə təqdim olunmaması, həmçinin X1 və X2 3-cü şəxs qismində işə cəlb edilməsinin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmaması ilə əsaslandırmışdır. İşə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq, törədilməsi ehtimal olunan əməlin məhz həmin şəxslər tərəfindən törədilməsini təsdiq edən sübutun şikayətdə göstərilmədiyini nəzərə alaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə cinayət cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normaları və işin müvafiq prosessual hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Xüsusi ittihamçı verdiyi apellyasiya şikayəti əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1124/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1124/2026
27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver