Məhkəmə qərarları › İş №1(3-6)-1130/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1130/2026

28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1130/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Əliyeva Aytən Heydər qızı və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 iştirakı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*/**** saylı qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə İmanova Kamilə Muxtar qızı tərəfindən verilmiş vəsatətin geri qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından İmanova Kamilə Muxtar qızı tərəfindən verilmiş apellyasiya şikayətnə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*/**** saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasına dair İmanova Kamilə Muxtar qızı tərəfindən verilmiş vəsatətə məhkəmədə baxılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*/**** saylı qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair İmanova Kamilə Muxtar qızı tərəfindən verilmiş vəsatət geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından narazı qalan İmanova Kamilə Muxtar qızı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi birinci istansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlarının qanunliyi və əsaslığını yoxlanılmasının apellyasiya icraatını müəyyənləşdirmişdir. Apellyasiya icraatı cinayət prosessinin müstəqil mərhələsi olmaqla şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, ədalət mühakiməsinin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə, birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin və əsaslığının təmin olunmasına yönəlmişdir. Apellyasiya icraatının predmetini birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökm və qərarları təşkil edir. Azərbaycan Respublikası CPM-in 384-cü maddəsi birinci instansiya məhkəməsinin hökm və qərarından apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə qaydası və hallarını müəyyənləşdirmişdir. Həmin normanın tələbinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayətini və ya apellyasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının elan olunduğu andan başlayır. Lakin həmin Məcəlləsinin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının sürətini məhkuma verildiyi andan başlayır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 383-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslərin dairəsi qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Belə ki, CPM-in 383.1-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir: 383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə-məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə-bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dairyetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair-barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü; 383.1.5. zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə-zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi; 383.1.6. mülki iddiaya dair hissədə-mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri; 383.1.7. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi.. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələblərindən görünür ki, apellyasiya şikayəti vermək hüququ yalnız cinayət prosesində müəyyən prosessual statusa malik olan və ya qəbul edilmiş məhkəmə aktı ilə hüquq və qanuni mənafeləri birbaşa pozulan şəxslərə. tanımışdır. Lakin hazırkı iş üzrə İmanova Kamilə Muxtar qızı cinayət işi üzrə nə ibtidai araşdırma mərhələsində, nə də məhkəmə istintaqı dövründə cinayət prosesinin iştirakçısı qismində tanınmamış, ona hər hansı prosessual status verilməmişdir. İşdə onun zərərçəkmiş şəxs, mülki iddiaçı və ya onların nümayəndəsi, eləcə də cinayət prosesinin digər iştirakçısı qismində tanınmasını təsdiq edən prosessual qərar mövcud deyildir Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətini və cinayət işinin materiallarını yoxlayıb, həmçinin apellyasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 386, 391, 407 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: İmanova Kamilə Muxtar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*/**** saylı qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə İmanova Kamilə Muxtar qızı tərəfindən verilmiş vəsatətin geri qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar